Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-304/2023 14.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 12:13 Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxx 1985-ci ildə Lənkəran rayonu, Liman şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Lənkəran rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran rayonu, Liman şəhəri, T.Bağırov küçəsi ev 18-də yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixində, Lənkəran şəhəri kiçik bazar ərazisində satış məqsədi ilə qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 4 ədəd şəffaf sellofan bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,212 qram; 0,165 qram; 0,232 qram; 0,233 qram; ümumi təmiz çəkisi 0,842 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 27 mart 2023-cü il tarixdə saat 10:20-də Liman PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Lənkəran rayonu, Liman şəhəri T.Bağırov küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq polis bölməsinə gətirilmiş və bölmənin inzibati binasında olan otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sağ yan cibindən qeyd edilən bükümlərdə və çəkilərdə narkotik vasitə olan heroini və üzərində narkotk vasitə heroin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitəni əsasən Lənkəran şəhəri, Kiçik Bazar ərazisindən alır. Sonuncu dəfə 27 mart 2023-cü il tarixində 09 radələrində Lənkəran şəhəri Kiçik Bazar ərazisinə getmişdir. Orada əvvəllər də narkotik vasitə aldığı şəxsi görüb ona yaxınlaşmışdır. Ondan şəxsi istifadəsi üçün narkotik vasitə heroin istəmişdir. O da üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Ondan şəxsi istifadəsi üçün 20 manat qarşılığında 4 ədəd büküm heroin alıb istifadəsi üçün üzərində saxlamışdır. Həmçinin Lənkəran şəhəri ərazisində yerləşən mağazaların birindən narkotik vasitə alarkən satıcılar tərəfindən aldadılmamaq üçün 1 ədəd elektron tərəzi də almışdır. 27 mart 2023-cü il tarixində saat 10 radələrində yaşadığı Lənkəran rayonu, Liman şəhəri, T.Bağırov küçəsində olarkən, aldığı heroin və elektron tərəzidə üzərində olarkən mülki geyimdə olan üç şəxs ona yaxınlaşmışdır. Onlar özlərini Liman polis bölməsinin əməkdaşı kimi təqdim etmişlər və ona narkotik vasitələrin qanunsuz saxlanılması və satışı ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib onu Liman PB-nin inzibati binasına gətirmişlər. İnzibati binaya gətirilənə kimi polis əməkdaşlarının nəzarəti altında olmuş və üzərində olan bükümləri və elektron tərəzini harasa atmaq imkanı olmamışdır. İnzibati binada ona şübhəli şəxs qismində tutulduğunu elan edib hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət etmişlər. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya, yaxud predmet olubolmadığı soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmişdir. O da əynindəki gödəkçənin sağ yan cibində qoyduğu 4 ədəd bükümü və 1 ədəd elektron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim etmiş və bükümlərdə heroin olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş, nəticədə hər hansı bir qanunsuz əşya, yaxud predmet aşkar olunmamışdır. Üzərində aşkar edilmiş 4 bükümdə olan heroin elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qanunamüvafiq qaydada qablaşdırılmışdır. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Üzərində aşkar edilən narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etmişdir. Narkotik vasitələrin və narkotik vasitələrin satışı ilə məşğul deyildir. Təqsirləndirilən şəxs son sözündə 4 büküm heroinin və 1 ədəd elektron tərəzinin ona məxsus olduğunu, lakin həmin narkotik vasitələri özünün istifadəsi üçün əldə etdiyi, satış məqsədinin olmadığını, buna görə də özünü qismən, yəni CM-nin 234.1-ci maddasində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildiyini, əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, icraatına Lənkəran rayonu, Liman şəhəri, T.Bağırov küçəsi, ev18-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Tərəfindən həmin məlumatların mötəbərliyi yoxlanıldıqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün şöbə rəhbərliyinə müraciət etmiş və müvafiq icazə alınandan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir, qrupun tərkibində o, polis nəfərləri Şahid2 və Şahid3 də olmuşdur. 27 mart 2023-cü il tarixdə təxminən saat 09 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu, Liman şəhəri ərazisində piyada hərəkət etdiyini görüb, onu nəzarətə götürmüşlər. Çünki Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr olma ehtimalı yüksək olmuşdur. Təqsirləndirilən şəxs müşahidə etmişlər, ona yaxınlaşan olmamışdır, özü də heç kimə yaxınlaşmamışdır. Təqsirləndirilən şəxs yaxınlaşmağın vaxtı olduğunu bildirmişdir. Üzərində narkotik vasitələr və ya psixotrop maddələr olma ehtimalı yüksək olduğundan gözlənilməzliyi və çevikliyi təmin edərək Təqsirləndirilən şəxs Liman şəhəri, T.Bağırov küçəsində piyada hərəkətdə olan zaman yaxınlaşmışlar. Özlərini polis əməkdaşı kimi təqdim etmiş və ondan da özünü təqdim etməsini istəmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim edəndən sonra ona yaxınlaşmaqlarının səbəbini izah etməyə başlamışlar, onun üzərində psixotrop maddələr və ya narkotik vasitələr olma ehtimalı olduğunu, bu səbəbdən də üzərində şəxsi axtarış aparılması üçün Liman PB-ya gəlməli olduğunu Təqsirləndirilən şəxs bildirmişlər. Təqsirləndirilən şəxs əvvəlcə bəhanələr gətirməyə başlamış, lakin daha sonra gəlməyə razı olmuşdur. Polis şöbəsində araşdırmanı təhqiqatçı davam etdirmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edilmiş, daha sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti altında üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa, təqdim etməyi təklif olunmuşdur. O da, əynindəki gödəkçənin sağ yan cibindən 4 ədəd büküm və bir ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. 4 ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra onun üzərində təhqiqatçı tərəfindən ətraflı axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 ədəd büküm elektron tərəzidə çəkildikdə çəkilmiş və ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin aludəçisi olmaqla yanaşı satışı ilə də məşğuldur. Təqsirləndirilən şəxs narkotik vasitə aldığı şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Müsbət nəticə əldə edilməmişdir. Məhkəmə iclasında Şahid3 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Dövlət ittihamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş təqsirləndirilən şəxs Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 27 mart 2023-cü il tarixdə təxminən saat 09:40 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu, Liman şəhəri ərazisində piyada hərəkət etdiyini görüb, onu nəzarətə götürmüşlər. Çünki Təqsirləndirilən şəxs üzərində narktoik vasitələr olma ehtimalı yüksək olmuşdur. Təqsirləndirilən şəxs müşahidə etmişlər, ona yaxınlaşan olmamışdır, özü də heç kimə yaxınlaşmırmış. Təqsirləndirilən şəxs yaxınlaşmağın vaxtı olduğunu bildirmişdir. Üzərində narkotik vasitələr və ya psixotrop maddələr olma ehtimalı yüksək olduğundan gözlənilməzliyi və çevikliyi təmin edərək Təqsirləndirilən şəxs Liman şəhəri, T.Bağırov küçəsində piyada hərəkətdə olan zaman yaxınlaşmışlar. Özlərini polis əməkdaşı kimi təqdim etmişlər və ondan da özünü təqdim etməsini istəmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim edəndən sonra ona yaxınlaşmaqlarının səbəbini izah etməyə başlamışlar, onun üzərində psixotrop maddələr və ya narkotik vasitələr olma ehtimalı olduğunu, bu səbəbdən də üzərində şəxsi axtarış aparılması üçün Liman PB-ya gəlməli olduğunu Təqsirləndirilən şəxs bildirmişlər. Təqsirləndirilən şəxs əvvəlcə bəhanələr gətirməyə başlamış, lakin daha sonra gəlməyə razı olmuşdur. Polis şöbəsində araşdırmanı təhqiqatçı Emil Nurizadə davam etdirmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edilmiş, daha sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti altında üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa, təqdim etməyi təklif olunmuşdur. O da, əynindəki gödəkçənin sağ yan cibindən 4 ədəd büküm və bir ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. 4 ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra onun üzərində təhqiqatçı tərəfindən ətraflı axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 ədəd büküm elektron tərəzidə çəkildikdə çəkisi 0,96 qram olmuşdur. Daha sonra götürülmüş kütlə ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin aludəçisi olmaqla yanaşı satışı ilə də məşğuldur. Təqsirləndirilən şəxsin narkotik vasitə aldığı şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Müsbət nəticə əldə edildikdə istintaqa məlumat veriləcəkdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 27 mart 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdə, saat 10:20 radələrində Liman PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Liman şəhəri T.Bağırov küçəsində olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərində keçirilən şəxsi axtarış zamanı onun əynində olan gödəkçəsinin sağ yan cibindən 04(dörd) ədəd bükümündə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Heroin elektron tərəzidə çəkildikdə ümumi çəkisi 0,96 qram olmuşdur. Həmin kütlə və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə heroindir. Həmin kütləni kiçik bazar ərazisində tanımadığı şəxsdən almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə-kimyəvi ekspertizasının 28 mart 2023-cü il tarixli 19/351 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri – 4 ədəd şəffaf sellofan bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,212 qram; 0,165 qram; 0,232 qram; 0,233 qram; ümumi təmiz çəkisi 0,842 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə- heroindirlər. tədqiqata 0,2 qram (hər ob 0,05 qram) istifadə edilmiş, 0,642 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat müəyyən edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 30 mart 2023-cü il tarixli, 340 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranana ASİLİLİQ SİNDROMU(NARKOMANİYA XƏSTƏLƏYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Maddi sübut hesab edilmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 0,842 qram heroin, 1 ədəd elektron tərəzi və şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən, hökm və qərardan görünür ki, Abasov X4 rayon məhkəməsinin 30 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 4(049)-98/2023 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 27 mart 2023-cü il tarixdən hesablanmışdır. Lənkəran Şəhər İHB-nın Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, anası X5, həyat yoldaşı X2 və övladı xx.xx.2016-cı il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanda yaşamış, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Abasov X4 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. CM-nin 18 və 83-cü maddəsinin tələblərinə əsasən məhkumluğu ödənilməmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.11-ci maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni satış məqsədi ilə qanunsuz olaraq 4 ədəd bükümlərdə ümumi təmiz çəkisi 0,842 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşıması şahidlərin təsdiqedici ifadələri, ekspertiza rəyləri, maddi sübut, «şəxsi axtarışın keçirilməsi» barədə protokol, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından hesab edir ki, təqsirləndirilən şəxsin 4 büküm heroin satış məqsədilə deyil, istifadə etmək üçün əldə etməsi barədə ifadələri onun özünümüdafiə xarakteri daşıyır və və təqdim edilmiş sübutlarla təkzib olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətin residivini CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (aşkar edilmiş narkotik vasitənin miqdarını) Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 65.2-ci maddəsinin (CM-nin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.) tələbi baxımından ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından aşağı olmayan cəzanın təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, X3 CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 27 mart 2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,642 qram olan narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri 60 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 4(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və cəzaçəkmə müddətinin başlanğıcı 27 mart 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 0,642 qram olan narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-304/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-304/2023
14.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver