Məhkəmə qərarları › İş №1(049)-305/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-305/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-305/2023 21.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 10.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 2005-ci ildə Lənkəran rayonu, Liman şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Lənkəran rayonu, Liman şəhəri, M.Ə.Sabir küçəsi ev 5-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs bqanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni qanunsuz olaraq psixotrop maddəni əldə edərək üzərində daşımaqla saxlamışdır. Belə ki, o, 14 mart 2023-ci ilin tarixində gecə saat 03 radələrində Lənkəran rayonu, Liman şəhəri, Natiq Ağayev küçəsi ev 42-dən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək həmin ünvanda yerləşən, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətindəki yardımçı tikiliyə qapısını özü ilə apardığı mıxçıxardan alət və vintaçandan istifadə etməklə açıb qanunsuz daxil olaraq orada olan, 1 ədəd 300 manat dəyərində “DVT” markalı qaynaq aparatı, ümumi qiyməti 120 manat dəyərində 6 kiloqramlıq “Anchor” kərə yağı, 1 ədəd 350 manat dəyərində Türkiyə istehslı olan “Kanal tipli və Ulitka” markalı havalandırma matoru, 1 ədədinin qiyməti 2 manat, ümumi dəyəri 72 manat olan 36 ədəd çini boşqab, 1 ədədinin qiyməti 3 manat, ümumi dəyəri 108 manat olan 36 ədəd çini kasa, 1 ədədinin qiyməti 1,5 manat, ümumi dəyəri 54 manat olan 36 ədəd kiçik çini boşqab, 1 ədədinin qiyməti 2 manat, ümumi dəyəri 72 manat olan 36 ədəd çini masqur, ümumi dəyəri 194 manat olan 12 ədəd bulud olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 1270 (min iki yüz yetmiş) manat qiymətində özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan əlavə o, 27 mart 2023-ci il tarixində, Lənkəran şəhəri kiçik bazar adlanan ərazidə, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 2 (iki) ədəd bükümdə, eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 0,266 qram və 0,210 qram olmaqla ümumi təmiz çəkisi 0,476 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 27 mart 2023-cü il tarixdə saat 13:30 dəqiqədə Liman PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu, Göyşaban kəndində piyada hərəkətdə olan zaman saxlanılaraq Liman polis bölməsinin inzibati binasına gətirilmiş və şöbədə üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən qeyd edilən çəkilərdə və bükümlərdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 14 mart 2023-ci ilin tarixində gecə saat 03 radələrində Lənkəran rayonu, Liman şəhəri, Natiq Ağayev küçəsi ev 42-dən oğurluq etmiş, həmin evin həyətindəki yardımçı tikiliyə qapısını özü ilə apardığı mıxçıxardan alət və vintaçandan istifadə etməklə açıb qanunsuz daxil olaraq orada olan əşyaları oğurlamış və sonra satmışdır. Lakin onun üzərində heç vaxt narkotik vasitə olmamışdır. Polis əməkdaşları X5 onu döyərək üzərində narkotik vasitə olmasına dair ifadə almışlar. Polis bölməsində Əzim adlı polis əməkdaşı onu vurmuş və döymüşdür. Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmə iclasına elan edilməklə araşdırılmış cinayət işinin 75-77-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, “Lənkəran rayonu, Liman şəhərində ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. 5-6 aya ilə yaxındır ki, psixotrop maddə metamfetamini tüstüsünü udmaq yolu ilə qəbul edir. Psixotrop maddəni Lənkəran şəhəri kiçik bazar deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxslərdən alırmış. Pulu olmadığı üçün metamfetamin ala bilmirmiş. Bu niyyətlə oğurluq etmək niyyətinə düşmüşdür. 14 mart 2023-cü il tarixində gecə saat 03 radələrində Liman şəhərində Xutor adlanan ərazidə yerləşən fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində daxil olaraq orada olan yardımlı tikilinin qapısını özü ilə apardığı mıxçəkən alət və vintaçanla qapısını açıb evin saxlanc yerindən qaynaq aparatı, 2 ədəd 3 kiloqramlıq yağ, havalandırma matoru, qab-qacaq oğurlamışdır. Oğurladığı əşyaları iki dəfəyə öz yaşadığı evə daşımışdır. Oğurladığı əşyaları Bakı şəhərinə aparıb orada tanımadığı şəxslərə satmışdır. Həmin pulu şəxsi istifadəsi üçün sərf etmişdir. Psixotrop maddəni sonuncu dəfə 27 mart 2023-ci il tarixində almışdır. Belə ki, həmin günü saat günorta 12 radələrində Lənkəran şəhəri kiçik bazar ərazisində bir neçə dəfə metamfetamin aldığı şəxsi görüb ona yaxınlaşmış, ondan “şüşə” olub-olmadığını soruşmuşdur. Həmin şəxs də ona “şüşə” olduğunu bildirmişdir. Tanımadığı şəxsdən 10 manat qarşılığında iki büküm psixotrop maddə istifadəçiləri arasında “şüşə” kimi tanınan metamfetamin almış və ağrıları olan zaman qəbul etmək üçün üzərində saxlamışdır. Həmin günü saat 13 radələrində Lənkəran rayonu Göyşaban kəndində olan zaman mülki geyimdə olan üç şəxs ona yaxınlaşmışdır. Onlar özlərini Liman polis bölməsinin əməkdaşı kimi təqdim etmiş və ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib onu Liman PB-nin inzibati binasına gətirmişlər. İnzibati binaya gətirilənə kimi polis əməkdaşlarının nəzarəti altında olmuş və üzərində olan bükümləri harasa atmaq imkanı olmamışdır. İnzibati binada ona şübhəli şəxs qismində tutulduğunu elan edib hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət etmişlər. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya, yaxud predmet olub-olmadığı soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmişdir. O da istifadə məqsədilə aldığı, əynində olan şalvarın sağ yan cibində olan 2 ədəd bükümdə olan metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmiş və bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş, nəticədə hər hansı bir qanunsuz əşya, yaxud predmet aşkar olunmadı. Üzərimdə aşkar edilmiş 2 bükümdə heroin elektron tərəzində çəkildikdə çəkisi 0,54 qram olmuşdur. Sonra həmin bükümdə olan metamfetamin ekspertizaya təqdim olunması üçün kağız paketə qoyulub möhürlənmişdir. Zərfin üstünə o və müdafiəçisi imza etmişdir. Üzərində aparılan axtarış videoçəkiliş ilə müşayiət olunmuşdur, sonda tərtib edilən protokol iştirakçılara ucadan oxunmuş, o və müdafiəçisi tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı təqdim etdiyi 1 ədəd mıxçəkən, 1 ədəd bıçaq, 1 ədəd vintaçanı, açarları oğurluq zamanı qapının açılmasında istifadə etmişdir. Oğurluğu tək törətmişdir. Oğurladığı əşyaları satmaq üçün qabaqcadan hər hansı şəxs və ya şəxslərlə sövdələşməmişdir.” Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək ona vurulmuş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməkə araşdırılmış cinayət işinin 117-118-ci vərəqlərində olan Zərərçəkmiş şəxs оğlu ifаdəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Həmin ünvanda yaşadığı fərdi yaşayış evi vardır. 14 mart 2023cü il tarixdə gecə 01 radələrində həyətin qapısını kilidlədikdən sonra yatmışdır. Həmin günü səhər saatlarında həyat yoldaşı həyətə düşdükdə qapının açıq olduğunu görmüşdür. Daha sonra ondan qapını açıb-açmadığını soruşmuşdur. O da axşam yatan zaman qapını bağladığını bildirmişdir. Şübhələndiyi üçün həyətə düşüb ətrafa göz gəzdirmişdir. Həyətə düşdükdə həyətdə olan yardımçı tikilinin pəncərəsinin və qapısının açıq olduğunu görmüşdür. Yardımçı tiiliyə baxarkən orada olan 1 ədəd 300 manat dəyərində “DVT” maraklı qaynaq aparatının, ümumi qiyməti 120 manat dəyərində 6 kiloqramlıq “Anchor” kərə yağının, 1 ədəd 350 manat dəyərində Türkiyə istehslı olan “Kanal tipli və Ulitka” markalı havalandırma matorunun, ümumi dəyəri 72 manat olan 36 ədəd çini boşqab, 108 manat olan 36 ədəd çini kasanın, ümumi dəyəri 54 manat olan 36 ədəd kiçik çini boşqabın, ümumi dəyəri 72 manat olan 36 ədəd çini masqurun, ümumi dəyəri 194 manat olan 12 ədəd buludun orada olmadığını görmüşdür. Daha sonra bu barədə DİN-in 102 xidmətinə məlumat verdim. Hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə baş verdiyi yerə baxış keçirilmişdir. Baş vermiş hadisə ilə bağlı Liman PB-yə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 1270 manat dəyərində maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərdi ki, Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. icraatına Lənkəran rayonu, Liman şəhəri M.Ə.Sabir küçəsi ev 5B-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq psixotrop maddələr əldə edib üzərində saxlaması, gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Onunla birlikdə əməliyyat qrupunun tərkibində Liman PB-nin polis nəfərləri Şahid2 və Şahid3 də olmuşdur. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. 27 mart 2023-ci il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu, Göyşaban kəndində piyada hərəkət edərkən ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində qanunsuz olaraq psixotrop maddə və ya narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş və onu bölməyə dəvət etmişlər. Polis bölməsində müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti ilə Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa, təqdim etməyi təklif olunmuşdur. O da əynindəki şalvarının sağ yan cibindən sellofana bükülmüş, içərisində psixotrop maddə metamfetaminəbənzər kütlə olan 2 ədəd sellofan bükümü, şalvarının sol yan cibindən qəpiklər, əlindəki çantanın içərisindən isə 1 ədəd mıxçəkən, 1 ədəd bıçaq, 1 ədəd vintaçanı, 1 ədəd rəngli qələm və kilid açarları təqdim etmişdir. Daha sonra onun üzərində şəxsi-axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bükümlərdə psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün Lənkəran şəhəri “Kiçik Bazar” ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat qarşılığında aldığını bildirmişdir. Bundan başqa o, Liman şəhəri Natiq Ağayev küçəsi, ev 42-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətindəki yardımçı tikilidən elektrik avadanlıqları və qab-qacaq oğurladığını etiraf etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 icraatına Lənkəran rayonu, Liman şəhəri M.Ə.Sabir küçəsi ev 5B-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq psixotrop maddələr əldə edib üzərində saxlaması, gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Onunla birlikdə əməliyyat qrupunun tərkibində o və Liman PB-nin polis nəfəri Şahid3 də olmuşdur. Əməliyyat qrupuna rəhbərliyi Şahid1 etmişdir. 27 mart 2023-ci il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu, Göyşaban kəndində piyada hərəkət edərkən ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində qanunsuz olaraq psixotrop maddə və ya narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş və onu bölməyə dəvət etmişlər. Polis bölməsində müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti ilə Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa, təqdim etməyi təklif olunmuşdur. O da əynindəki şalvarının sağ yan cibindən sellofana bükülmüş, içərisində psixotrop maddə metamfetaminəbənzər kütlə olan 2 ədəd sellofan bükümü, şalvarının sol yan cibindən qəpiklər, əlindəki çantanın içərisindən isə 1 ədəd mıxçəkən, 1 ədəd bıçaq, 1 ədəd vintaçanı, 1 ədəd rəngli qələm və kilid açarları təqdim etmişdir. Daha sonra onun üzərində şəxsi-axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bükümlərdə psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün Lənkəran şəhəri “Kiçik Bazar” ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat qarşılığında aldığını bildirmişdir. Bundan başqa o, Liman şəhəri Natiq Ağayev küçəsi, ev 42-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətindəki yardımçı tikilidən elektrik avadanlıqları və qab-qacaq oğurladığını etiraf etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 Rəfail oğlu ifadəsində göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 icraatına Lənkəran rayonu, Liman şəhəri M.Ə.Sabir küçəsi ev 5B-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq psixotrop maddələr əldə edib üzərində saxlaması, gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Onunla birlikdə əməliyyat qrupunun tərkibində o və Liman PB-nin polis nəfəri Şahid2 də olmuşdur. Əməliyyat qrupuna rəhbərliyi Şahid1 etmişdir. 27 mart 2023-ci il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu, Göyşaban kəndində piyada hərəkət edərkən ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində qanunsuz olaraq psixotrop maddə və ya narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş və onu bölməyə dəvət etmişlər. Polis bölməsində müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti ilə Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa, təqdim etməyi təklif olunmuşdur. O da əynindəki şalvarının sağ yan cibindən sellofana bükülmüş, içərisində psixotrop maddə metamfetaminəbənzər kütlə olan 2 ədəd sellofan bükümü, şalvarının sol yan cibindən qəpiklər, əlindəki çantanın içərisindən isə 1 ədəd mıxçəkən, 1 ədəd bıçaq, 1 ədəd vintaçanı, 1 ədəd rəngli qələm və kilid açarları təqdim etmişdir. Daha sonra onun üzərində şəxsi-axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bükümlərdə psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün Lənkəran şəhəri “Kiçik Bazar” ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat qarşılığında aldığını bildirmişdir. Bundan başqa o, Liman şəhəri Natiq Ağayev küçəsi, ev 42-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətindəki yardımçı tikilidən elektrik avadanlıqları və qab-qacaq oğurladığını etiraf etmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X1 ifadəsində göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X5 işləyir. Təqsirləndirilən şəxs Liman şəhər sakini kimi tanıyır və onu avaraçılıqla məşğul olan kimi tanımışdır. 2023cü ilin mart ayının sonunda Təqsirləndirilən şəxs polis idarəsinə gətirilərkən görmüş, həmin vaxt onunla danışmamış, hər hansı müansibəti olmamışdır. O, Təqsirləndirilən şəxs döyməmiş, vurmamış və ya onun yanında da belə hadisə olmamışdır. Cinayət işinin 28-30-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 27 mart 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdə saat 13:30 radələrində Liman PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Göyşaban kəndində saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmişdir. Polis əməkdaşlarının və müdafiəçinin iştirakı videoçəkiliş müşayiəti ilə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı sonuncuya üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya vardırsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən 2 ədəd sellofan bükümü, əynindəki şalvarın sol yan cibindən isə qəpiklər və əlindəki sellofan torbanın içərisindən isə 1 ədəd mıxçəkən, 1 ədəd bıçaq, 1 ədəd vintaçanı, 1 ədəd rəngli qələm və kilid açarları çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, onun üzərindən başqa hər hansı bir qanunsuz əşya, yaxud predmet aşkar edilməmişdir. Şübhəli şəxsin üzərindən aşkar edilərək götürülmüş 2 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkildikdə ümumi çəkisi 0,54 qram olmuşdur. Həmin kütlələr ekspertizaya göndərilmək məqsədilə kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Digər təqdim etdiyi əşyalar istintaq üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə ona məxsusdur. Həmin kütləni Lənkəran şəhəri “Kiçik Bazar” ərazisində tanımadığı şəxsdən 10 manat qarşılığında şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Bundan başqa o, Liman şəhəri ərazisində yerləşən fərdi yaşayış evindən qab-qacaq, elektrik avadanlıqları oğurladığını bildirmişdir Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakları ilə tədqiq edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdə saat 13:30 radələrində Liman PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Göyşaban kəndində saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmişdir. Polis əməkdaşlarının və müdafiəçinin iştirakı videoçəkiliş müşayiəti ilə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı sonuncuya üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya vardırsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən 2 ədəd sellofan bükümü, əynindəki şalvarın sol yan cibindən isə qəpiklər və əlindəki sellofan torbanın içərisindən isə 1 ədəd mıxçəkən, 1 ədəd bıçaq, 1 ədəd vintaçanı, 1 ədəd rəngli qələm və kilid açarları çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, onun üzərindən başqa hər hansı bir qanunsuz əşya, yaxud predmet aşkar edilməmişdir. Şübhəli şəxsin üzərindən aşkar edilərək götürülmüş 2 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkildikdə ümumi çəkisi 0,54 qram olmuşdur. Həmin kütlələr ekspertizaya göndərilmək məqsədilə kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Digər təqdim etdiyi əşyalar istintaq üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə ona məxsusdur. Həmin kütləni Lənkəran şəhəri “Kiçik Bazar” ərazisində tanımadığı şəxsdən 10 manat qarşılığında şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Bundan başqa o, Liman şəhəri ərazisində yerləşən fərdi yaşayış evindən qab-qacaq, elektrik avadanlıqları oğurladığını bildirmişdir. Cinayət işinin 41-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 mart 2023-cü il tarixli, 19/352 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində psixotrop maddə metamfetaminəbənzər kütlə olan iki ədəd büküm.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümdə, təmiz çəkiləri –0,266 qram və 0,210 qram ümimi çəkisi 0,476 qram ağ rəngli kristal formada olan maddələr metamfetamindir. Xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Cinayət işinin 93-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 30 mart 2023-cü il tarixli, 339 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu(toksikomaniya xəstəliyi) aşkar olunur. məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 129-cu vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 10 may 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1 ədəd “DVT” maraklı qaynaq aparatının qiyməti 300 manat, 6 kiloqramlıq “Anchor” kərə yağının 1 kiloqramının qiyməti 15 manat olmaqla, cəmi qiyməti 90 manat, 1 ədəd Türkiyə istehslı olan “Kanal tipli və Ulitka” havalandırma motorunun qiyməti 280 manat, 36 ədəd çini kasanın 1 ədədinin qiyməti 3 manat olmaqla, cəmi qiyməti 108 manat, 36 ədəd çini boşqabın 1 ədədinin qiyməti 2 manat olmaqla, cəmi qiyməti 72 manat, 36 ədəd çini kiçik boşqabın 1 ədədinin qiyməti 1,5 manat olmaqla, cəmi qiyməti 54 manat, 36 ədəd çini masqurun 1 ədədinin qiyməti 2 manat olmaqla, cəmi qiyməti 72 manat, 12 ədəd buludun 1 ədədinin qiyməti 12 manat olmaqla, cəmi qiyməti 144 manatdır. Cinayət işinin 122-123-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” 01 may 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 2 (iki) ədəd bükümdə, təmiz çəkisi 0,476 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan qaytarılmış 0,376 qram qalığı, oğurluq zamanı istifadə etdiyi 1 ədəd mıxçəkən, 1 ədəd bıçaq, 1 ədəd vintaçan və kilid açarları və “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntü maddi sübut hesab edilmişdir. Cinayət işinin 148-150-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 28 may 2023-cü il tarixli “ifadələrin yerində yoxlanılması haqqında” haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Liman şəhər sakini Zərərçəkmiş şəxs məxsus olan fərdi yaşayış evinin həyətindəki yardımçı tikilidən etdiyi oğurluq əməlinin baş vermə ardıcıllığını və mexanizmini göstərmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkən və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 26 aprel 2022-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Qeyd olunan dəyişiklik 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. CM-nin 10.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş və 21 noyabr 2023-cü il tarixdə edilmil dəyişliyə əsasən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahının İİ siyahının 118-ci sırasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metameftamin 0.476 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs özünü narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla daşıma cinayəti ilə təqsirli bilməməsi barədə göstərdiyi dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyləri, hadisə yerinə baxış həyata keçirilməsi barədə protokolla və digər sənədlərlə təkzib olunur. Məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs tutulması barədə ilkin əməliyyat məlumatı narkotik vasitənin qəbul etməsi və üzərində gəzdirməsi barədə olmuşdur ki, bu hal da iş materiallarının 3-5-ci vərəqlərində olan raport və əməliyyat axtarış tədbirinin həyata keçirilməsi barədə qərardan da görünür. Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı tutulub polis şöbəsinə gətirildikdən sonra üzərinə baxış keçirilməsi zamanı oğurluq cinayəti törətdiyini özü etiraf etmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsini subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs Əzizli X3 şəhəri N.Ağayev küçəsində yerləşən, Zərərçəkmiş şəxs evinə qanunsuz daxil olaraq orada olan 1270 manat dəyərində əmlakı oğurlamışdır ki, bu əməllər onun oğurluq cinayəti üzrə məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki zora məruz qaldığına görə psixotop maddəni əldə edib daşıma cinayətini törətməsinə dair ifadəsini aşağıdakı səbəblərə görə qanunvericilik baxımından sübut növü kimi qəbul etmir. İlk öncə məhkəmə qeyd edir ki, məhkəmədə proses iştirakçılarının iştirakı ilə tədqiq edilmiş şəxsin şəxsi axtarışı zamanı lentə alınmış videogörüntüdən də görünür ki, istintaq hərəkəti zamanı müdafiəçi ona eyni məzmunlu sual vermiş və Təqsirləndirilən şəxs ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Bunlardan başqa, cinayət işinin 90-91-ci vərəqlərində olan məhkəmə tibbi ekspertizasının 30 mart 2023-cü il tarixli, 306 nömrəli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs oğunun bədəni üzərində hər hansı bir xəsarət izi yoxdur. Eləcə də, məhkəmə araşdırması zamanı müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş şahid X1 tərəflərin iştirakı ilə dindirilərək təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi zor tətbiq etmədiyini bildirmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-7690/2023 nömrəli məktubundan və həmin məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus tibbi kartoçkadan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təcridxanaya daxil olmuş və müayinə zamanı bədəni üzərində xəsarət aşkar edilməmişdir. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs fiziki zora məruz qalması ilə bağlı məhkəmənin müraciətinə Lənkəran Rayon Prokurorluğunun 12 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirib araşdırmanın dayandırılmasını xahiş etdmişdir. Göstərilənlərə əsasən, habelə təqsirləndirilən şəxsin 27 mart 2023-cü il tarixdə tutulmasını və 30 mart 2023-cü il tarixdə, yəni təxminən 72 saat ərzində tibbi ekspertizadan keçirilməsini və həmin ekspertiza rəyinə əsasən bədəni üzərində xəsarət aşkar edilməməsini, eləcə də həmin xüsusatla bağlı şahid ifadələrini, habelə qeyd olunan fakt üzrə saxlanıldığı təcridxanada olan tibbi kartoçka və bu sahədə olan prokurorluğun məlumat məktubunu nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsi subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın bütün gedişi zamanı üzərindən narkotik vasitə aşkar edilməsini və oğurluq cinayətini törətməsini etiraf etməsini, məhkəmə araşdırması zamanı isə ziddiyyətli ifadələrini müqayisəli şəkildə araşdıraraq həmin ifadələri onun qeyri-səmimiliyinin göstəricisi kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin 12-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “tutulma haqqında” 27 mart 2023-cü il il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14.00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 83-87-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 27 mart 2023-cü il tarixdən hesab edilmişdir. Cinayət işinin 134-135-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış-xasiyyətnamədən görünür ki, Əzizli X3 rayonu, Liman şəhəri, Sabir küçəsi, ev 5 ünvanında atası, anası və iki qardaşı ilə birlikdə yaşayır, ictimai işlərdə fəali iştirak etməmiş, narkotik vasitələrin aludəçisidir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CMnin 177.1-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materialları ilə müəyyən olunur ki, 07 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona təyin edilmiş 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs oğurluq cinayəti üzrə əməlini etiraf edərək səmimi ifadə verməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ağırlıq dərəcəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hazırkı vaxtda digər hökm üzrə, yəni hazırkı iş üzrə hökmlə birləşdiriləcək hökm üzrə çəkilməli olan cəzası qalmadığından (təyin edilmiş cəzanı çəkib qurtardığından) ona CM-nin 66.5-ci maddəsi ilə cəza təyin edilməsini zəruri bilmir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 30 mart 2023-cü il tarixli, 339 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin olunmalı və onun, ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş Lənkəran ŞRPŞ-da saxlanılan 02 ədəd bükümdə qalıq çəkisi 0.376 qram psixotrop maddə metamfetamin və 1 ədəd mıxçəkən, 1 ədəd bıçaq, 1 ədəd vintaçan və kilid açarları CPMnin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış izamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 60 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia verilməmişdir. CPM-nin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxs tərəfindən vurulmuş ziyana görə mülki iddia vermədiyindən ona vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci (köhnə redaksiyada) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 177.2.3-cü maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci (köhnə redaksiyada) maddəsi ilə 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 mart 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş Lənkəran ŞRPŞ-da saxlanılan 02 ədəd bükümdə qalıq çəkisi 0.376 qram psixotrop maddə metamfetamin və 1 ədəd mıxçəkən, 1 ədəd bıçaq, 1 ədəd vintaçan və kilid açarları məhv edilsin, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Zərərçəkmiş şəxsə vurulmuş ziyana dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar