Məhkəmə qərarları › İş №1(049)-308/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-308/2023

06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-308/2023 06.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 16:30 Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Lənkəran rayon Vəkil Büerosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 2002-ci ildə Lənkəran rayonu, Digah kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Digah kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq qərarın gəlib bu məqsədi ilə 19 dekabr 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Lənkəran rayonun Digah kəndində yerləşən evin həyətinə hasardan keçib, həyətdə yerləşən bir mərtəbəli evin örtülmüş pəncərəsini əlləri ilə itələyib açaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla evin yataq otağının asılqanda asılmış Zərərçəkmiş şəxs məxsus qiyməti 50 manat olan boz rəngli şalvarı, qiyməti 70 manat olan qara rəngli şalvarı, həmin şalvarın cibində olan 380 manat pulunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumlikdə 500 (beş yüz ) manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayının ortalarında ona pul lazım olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs evdə tək yaşadığını bildiyi üçün həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Həmin ərəfədə təqribən 2022cü ilin dekabr ayının 15-20 si ərəfələrində dəqiq taixinin bilmədiyi gün gecə saat 01 radələrində Vaqifin evinin qarşısına gəlmişdir. Ətrafa baxmış heç kəsin olmadığını görmüşdür. Hasardan həyətə boylanmış həyətdə heçkəsin olmadığını evin işıqlarınında sönülü vəziyyətdə olduğunu görmüdür. O evdə heç kəsin olmadığından əmin olduqdan sonra hasardan tullanıb həyətə daxil olmuşdur. O evin qarşısına gəlib pilləkənin yanında olan kilidli olmayan pəncərəni sakitcə açaraq içəri mətbəxə daxil olmuşdur. Mətbəxdə oradan otağa sakitcə keçmişdir. Asılqanda şalvarların asıldığını görmüşdür. Şalvarın ciblərini axtaranda şlavardan birinin cibində sayını dəqiq bilmədiyi məbləğdə pul götürüb evdən gəldiyi kimidə çıxıb getmişdir. Küçədə pulu sayarkən 380 manat pul və birdə banka kartı olmuşdur. O kartı xatırlamadığı yerə tullamışdır. Həmin pullu maddi ehtiyacları üçün xərcləmişdir. Həmin evdən şalvar oğurlamamışdır. Sonra Bakı şəhərinə getmişdir. Orada işləməyə başalamışdır. O bu ilin aprel ayında kənddə gələrkən polis əməkdaşlarından biri onu polis şöbəsinə dəvət edib orada Zərərçəkmiş şəxs evindən baş vermiş oğurluqla bağlı sorğu sual edildikdə həmin evdən törətdiyi oğurluq hadisəsini etiraf etmişdir. Oğurluğu tək etmişdir. Törətdiyi əməldən peşamandır. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyəcəyini bildirmiş və ona aşağı həddə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs qızı ifadəsində bildirmişdir ki, Lənkəran rayonun Digah kəndində yaşayır. Həyat yoldaşı 9 il bundan öncə vəfat etmişdir. Övladları ailə qurub ondan ayrı yaşayırlar. O təqaütçüdür. İkinci qrup əlilliyə görə hər ay 320 manat təqaüd alır. xx.xx.2022-ci il tarixdə 320 manat təqaüdünü alıb saxlamışdır. O həmin pulu evin yataq otağının yanında olan boş otaqda asılqandan asdığı şalvarının cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 10 radərində qaz pulunu ödəmək üçün paltarlarını geyinmək istəyərkən asılqandan asdığı şalvarın asılqanda görməmişdir. Digər otaqları axtarsa da tapa bilməmişdir. O evə baxanda evin giriş hissəsində olan pəncərənin açıq vəziyətdə olduğunu görmüşdür. Bundan şübhələnmişdir ki, gecə vaxtı kimsə evə qanunsuz daxil olaraq yatdığı otağın yanında yerləşən boş otaqda asılqandan asdığı ona məxsus iki ədəd şalvarlar, şalvarlarından birnini cibində 320 manat təqaüt pulunu, 60 manatda özünə məxsus olan pul və bank karıtını oğurlamışdır. Bu barədə həmin gün DİNnin 102 xidmətinə zəng edib məlumat vermişdir. Polis əməkdaşları evə gəlib hadisə yerinə baxış keçirmişlər. Sonra bu barədə ərizə və izahatını yazıb polis əməkdaşlarına təqdim etmişdir. O özü də oğurluğun olduğu otağın yanında kı, otaqda yatmışdır. Gecə vaxtı heç bir səs eşitməmişdir. Heç kimi də görməmişdir. Buna görə oğurluqda şübhələndiyi şəxs olmamışdır. Lakin polis şöbəsinə ərizə ilə müraciət etdikdən bir müddət sonra polis əməkdaşları ona bildirmişlər ki, ona məxsus evdə baş vermiş oğurluğu onunla qonşuluqda yaşayan Məqi ləqəbli Məmmədəli adlı şəxsin etmişdir. Məmmədəlinin hadisədən bir gün öncə məhəllədən keçdiyini görmüşdür. Xahiş edir ona dəymiş ziyanın ödənilməsinə köməklik olunsun. Ona məxsus evdə baş vermiş oğurluq nəticəsində 380 manat pulu və iki ədəd şalvarı oğurlanmışdır. Bildirir ki, oğurlanmış şalvarları hər ikisini tikdirmişdir. Onlardan biri boz rəngli olmaqla qiyməti 50 manat, digəri isə qara rəngli olmaqla qiyməti 70 manatdır. Bank kartının hesabında pul olmamışdır. Hadisədən dərhal sonra kartını hesabını bağlatdırmışdır. Ona ümumlikdə 500 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs çıxış edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Məmmədli Kərimova ən ağır cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Şahid1 Bahəddin oğlu ifadəsində göstərmişdir ki, o Lənkəran ŞRPŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir Rütbəsi polis kapitanıdır. Lənkəran rayonun Digah kəndi onun xidməti ərazisidir. Lənkəran rayonun Digah kənd sakini Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Lənkəran ŞRPŞ-na ərizə ilə müraciət edərək bildirmişdir ki, gecə saatlarında onun yaşadığı evdən 380 manat pulu, iki ədəd şalvarlarını naməlum şəxs tərəfindən oğurlanmışdır. Tərəfindən aparılan əməliyyat axtarış tədbirlər zamanı Zərərçəkmiş şəxs evində törədilmiş oğurluğu, Zərərçəkmiş şəxs evinin yaxınlığında yaşayan Məqi ləqəbli Təqsirləndirilən şəxs tərəfindən oğurlanması məlum olmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs yerinin müəyyən edildikdən sonra polis şöbəsinə dəvət edilmişdir. Onunla tərəfimdən apardığı şifahı sorğu sual zamanı həmin cinayəti tötətdiyini etiraf etmiş və peşmançılığını bildirmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsindən göstərmişdir ki. o Lənkəran ŞRPŞ-nin İTBnin polis sahə rəisi vəzifəsində işləyir. Lənkəran rayonun Digah kəndi onun xidməti ərazisidir. Lənkəran rayonun Digah kənd sakini Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə və Lənkəran ŞRPŞ-na ərizə ilə müraciət edərək bildirmişdir ki, gecə saatlarında onun yaşadığı evdən 380 manat pulu, iki ədəd şalvarlarını naməlum şəxs tərəfindən oğurlanmışdır. Zərərçəkmiş şəxs ərizə ilə müraciət etdikdən sonra həmin gün əməliyyat qrupunun üzvləri ilə birlikdə hadisə yerinə gedib təhqiqatçı tərəfindən ora baxış keçirilmişdir. Araşdırma dövründə həmin oğurluğu, Zərərçəkmiş şəxs evinin yaxınlığında yaşayan Məqi ləqəbli Təqsirləndirilən şəxs tərəfindən oğurlanması məlum olmuşdur. Tərəfimdən onunla söhbət aparılarkən həmin cinayəti tötətdiyini etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, oğurluq hadisəsi Lənkəran rayonun Digah kəndində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yataq otağında baş vermiş və Zərərçəkmiş şəxs ifadəsini əyani şəkildə göstərmişdir. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini əyani şəkildə göstərərək törətdiyi oğurluğu təsdiq etmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilmiş və onun barəsində axtarış elan edilmişdir. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonunda yaxalanaraq Lənkəran ŞRPŞ-nin MSY-nə təhvil verilmişdir. Lənkəran Şəhəri İHB-nın Şilavar kənd İƏD nümayəndəliyi tərəfindən verilmiş Arayış və xasiyətnamədən görünür ki, Kərimov X2 rayonu, Digah kəndində qeydiyyatda olmaqla yaşayır və yaşadığı müddətdə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Lənkəran ŞRPŞ-nın CAB-nə verilmiş əməliyyat tapşırığının cavabından görünür ki, Zərərçəkmiş şəxs evindən oğurluğu Təqsirləndirilən şəxs etməsinə dair əməliyyat məlumatları əldə edilmşdir. Məmmədli Kərimov həmin oğurluqdan başqa hər hansı bir yerdə cinayət törətməsi və yuxud törətdiyi oğurluq hadisəsində başqa bir şəxsin iştirakının olması barədə CAB-nə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə baxışı zamanı məhkəmə cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlinin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün ibtidai istintaqda verdiyi ifadələri ilə yanaşı, bunu tamamlayan məhkəmə iclasında elan edilmiş zərər çəkmiş şəxs və şahidin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş istintaq hərəkətlərin dair digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi, yəni şalvarların deyil, 380 manat məbləğində pulu oğurlaması barədə ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında zərərçəkmiş şəxs və şahid ifadələri ilə, həmçinin toplanmış və məhkəmədə tədqiq edilmiş digər sübutlarla təkzib olunur. Məhkəmə təqsirləndirilən Məmmədli Kərimovun həmin ifadəsini inandırıcı bilmir və hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və o, bu cür ifadə verməklə məsuliyyətdən yayınmağa çalışır. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, Məmmədli Kərimovun əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. CM-nin 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Məmmədli Kərimova həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzanın təyin edilməsi məqsədəuyğundur. Məmmədli Kərimovun CM-nin CM-nin 56.1.2-cü maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı CPM-nin 158.2-ci maddəsinə əsasən faktiki olaraq saxlandığı vaxtdan, yəni 24 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, Zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 24 sentyabr 2023-cü il tarixdən hesablanmaqla, o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar