Məhkəmə qərarları › İş №1(049)-31/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-31/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-31/2023 26.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 16.10 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1975-ci il tarixdə Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmişdir. Belə ki, o, 2022-ci ilin may ayında, dəqiq müəyyən edilməmiş tarixdə, yaşadığı Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində yerləşən özünəməxsus həyətyanı torpaq sahəsində və bir ədəd plastmas vedrənin içinə torpaq dolduraraq hazırladığı bir ədəd dibçəkdə qanunsuz olaraq tərkibində narkotik maddələr (komponentlər) olan çətənə (kannabis) bitkisi toxumlarını əkmiş, əkdiyi toxumlardan cücərmiş dörd ədəd çətənə bitkisi kollarını yetişdirmək məqsədilə mütəmadi olaraq suvarıb qulluq göstərməklə kultivasiya etmiş, onun cinayət törətməsi barədə məlumat almış Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən 13 iyul 2022-ci il tarixdə, saat 13:14 dəqiqədə keçirilən əməliyyataxtarış tədbirləri zamanı yaşadığı evinin həyətyanı sahəsində xeyli miqdarda-dörd ədəd tərkibində narkotik maddələr (komponentlər) olan çətənə (kannabis) bitkisi kolları əkilib kultivasiya edildikləri torpaq sahəsində və bir ədəd dibçəkdə kök üstündə aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Uzun illərdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Əldə etdiyi narkotik vasitələri rayon ərazisində tanımadığı şəxslərdən əldə edir. 2022-ci ilin may ayında Lənkəran şəhərində olan zaman küçədə bir ədəd kibrit qutusunda içərisində 4 ədəd çətənə toxumu tapmışdır. Onun toxumlardan başı çıxdığından baxan kimi bilmişdir ki, həmin çətənə toxumudur. Qərara gəlmişdir ki, elə həmin toxumu əkib öz istifadəsi üçün yetişdirər. Həmin toxumları 2022-ci ilin may ayının əvvəlində əkmək qərarına gəlmişdir. Toxumlardan 3 ədədini həyətyanı sahəsində daş hasarın yanında bir az kolluq yerdə əkmişdir. Qalan bir ədəd toxumu da, 01 ədəd plastmas vedrə götürüb içərisini torpaqla doldurub dibçək hazırladıqdan sonra həmin dibçəkdə əkmişdir. Sonra isə günəşiri həmin dibçəkə və torpaqda əkdiyi bitkilərə su verməyə başlamışdır ki, inkişaf etsinlər. O, həmin bitkiləri bağda kol-kosun yanında gizlətmişdir ki, heç kim görməsin. Bu barədə heç kimə də, məlumat verməmişdir. 13 iyul 2022-ci il tarixdə, saat 14 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları yaşadığı həyətə gələrək ona həyətində qanunsuz olaraq narkotik tərkibli çətənə birkiləri əkməyi barədə şübhələri olduğunu və bunun üçündə baxış keçirilməsini bildirmişlər. Onu qəbul edilmiş qərarla tanış etmişlər. O, həyətə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Baxış, polis əməkdaşlarının, aqranom mütəxəssisin, iştirakı ilə keçirilmişdir. Baxış zamanı videoçəkiliş aparılmışdır. Baxış zamanı o, dibçəkdə əkdiyi bitkini və onun yanında torpaqda əkdiyi bitkiləri polis əməkdaşlarına təqdim etmişdir. Həmin 01 ədəd dibçəkdə 1 ədəd çətənə bitkisinin kolu və torpaqda olan 3 ədəd çətənə bitkisinin kolu aşkar olunaraq götürülmüşdür. Götürülmüş bitkilər daha sonra ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs özünə məxsus həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkibbecərməsi, həmin kollara aqrotexniki qaydada qulluq etməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Şöbənin əməliyyat müvəkkili Şahid3 icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyataxtarış tədbirlərinin keçirilməsi xahiş edilmiş və əməliyyat qrupu yaradılmışdır. 13 iyul 2022-ci il tarixdə, saat 14 radələrində əməliyyat qrupuna daxil edilmiş polis əməkdaşlarının, alim-aqranom Söhrab Əskərovun da, iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu, Yuxarı Nüvədi kənində yerləşən evinə getmişlər. Həyətin girişində Təqsirləndirilən şəxs həyətində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkməsi barədə əsaslı şübhələrinin olması barədə bildirdikdən sonra onu qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra, o, həyətə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirirərək ərizə yazmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, həyətyanı sahədə əgər qanunsuz hər hansı bir predmet varsa təqdim etsin. O da, evinin qarşısında yerləşən ona məxsus həyətyanı torpaq sahəsində əkdiyi 3 ədəd və bir ədəd plastmas vedərədə əkdiyi bir ədəd narkotik tərkibli çətənə bitkisinin kollarını təqdim etmişdir. Təqsirləndirilən şəxs çətənə bitkilərini gələcəkdə öz şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Baxış zamanı yaş halda olan bitkilər ekspertizaya göndərilməsi üçün qabalaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs özünə məxsus həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkibbecərməsi, həmin kollara aqrotexniki qaydada qulluq etməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. İcraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmiş və əməliyyat qrupu yaradılmışdır. 13 iyul 2022-ci il tarixdə, saat 14 radələrində əməliyyat qrupuna daxil edilmiş polis əməkdaşlarının, alim-aqranom Söhrab Əskərovun da, iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu, Yuxarı Nüvədi kənində yerləşən evinə getmişlər. Həyətin girişində Təqsirləndirilən şəxs həyətində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkməsi barədə əsaslı şübhələrinin olması barədə bildirdikdən sonra onu qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra, o, həyətə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirirərək ərizə yazmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, həyətyanı sahədə əgər qanunsuz hər hansı bir predmet varsa təqdim etsin. O da, evinin qarşısında yerləşən ona məxsus həyətyanı torpaq sahəsində əkdiyi 3 ədəd və bir ədəd plastmas vedərədə əkdiyi bir ədəd narkotik tərkibli çətənə bitkisinin kollarını təqdim etmişdir. Təqsirləndirilən şəxs çətənə bitkilərini gələcəkdə öz şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Baxış zamanı yaş halda olan bitkilər ekspertizaya göndərilməsi üçün qabalaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs özünə məxsus həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib-becərməsi, həmin kollara aqrotexniki qaydada qulluq etməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Şöbənin əməliyyat müvəkkili Şahid3 icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmiş və əməliyyat qrupu yaradılmışdır. 13 iyul 2022-ci il tarixdə, saat 14 radələrində əməliyyat qrupuna daxil edilmiş polis əməkdaşlarının, alim-aqranom Söhrab Əskərovun da, iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu, Yuxarı Nüvədi kənində yerləşən evinə getmişlər. Həyətin girişində Təqsirləndirilən şəxs həyətində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkməsi barədə əsaslı şübhələrinin olması barədə bildirdikdən sonra onu qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra, o, həyətə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirirərək ərizə yazmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, həyətyanı sahədə əgər qanunsuz hər hansı bir predmet varsa təqdim etsin. O da, evinin qarşısında yerləşən ona məxsus həyətyanı torpaq sahəsində əkdiyi 3 ədəd və bir ədəd plastmas vedərədə əkdiyi bir ədəd narkotik tərkibli çətənə bitkisinin kollarını təqdim etmişdir. Təqsirləndirilən şəxs çətənə bitkilərini gələcəkdə öz şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Baxış zamanı yaş halda olan bitkilər ekspertizaya göndərilməsi üçün qabalaşdırılaraq möhürlənmişdir. Cinayət işinin 19-cu vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış 13 iyul 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi və götürülmüş 4 ədəd bitkilər narkotik tərkibli çətənə bitkisinin kolları olmaqla 50-100 sm hündürlükdədirlər, təxminən 2 ay öncə torpağa toxum şəklində əkilmişlər, aqrotexniki qaydada qulluq edlmiş, dibləri yumuşaldılmış, gübrələnmiş və mütəmadi olaraq suvarılmışlar. Cinayət işinin 49-52-cu vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış məhkəmə bioloji ekspertizasının 14 iyul 2022-ci il tarixli 19/787 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı ferdi evinin həyətində 4 ədəd çətənəyə bənzər bitkilər..” sözlər və imzalar olan bir ədəd bağlamadakı, ümumi sayı 04 ədəd olmaqla, yaş vəziyyətdə ümumi təmiz çəkisi 245,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir, xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq olunmuşdur. Cinayət işinin 68-ci vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış 14 iyul 2022-ci il tarixli, 773 nömrəli məhkəmə narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs çətənə bitkisi pereparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 16-18-ci vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış 13 iyul 2022-ci il tarixli “baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” protokoldan, protokola əlavə edilmiş CD diskdə videogörüntüdən görünür ki, vətəndaş, Təqsirləndirilən şəxs məxsus Lənkəran rayonun Yuxarı Nüvədi kəndində yerləşən həyətyanı sahəyə baxış zamanı 04 ədəd kilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülür.Həmçinin, baxış zamanı, Təqsirləndirilən şəxs polis əməkdaşının şifahi sorğularına cavab olaraq həmin bitkiləri özünün əkdiyini, narkotik vasitə istifadəçisi olduğunu bildirir. Cinayət işinin 101-104-cü vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış 05 sentyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədən aşkar edilərək götürülmüş 04 ədəd, ümumi təmiz çəkisi-245,0 qram (qalıq-244,92 qram) olan narkotik tərkibli çətənə bitkiləri və 1 ədəd CD diskdə videogörüntü maddi sübut qismində tanınmış, saxlanılması üçün 04 ədəd, qalıq çəkisi-244,92 qram olan narkotik tərkibli çətənə bitkiləri Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 1 ədəd CD diskdə videogörüntü cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli qərarından qeyd edilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 5(049)-255/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri ibtidai istintaq zamanı məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 19-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 237.1-ci maddəsinə əsasən Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət işinin 21-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “şübhəli şəxsin tutulması haqqında” 13 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 86-cı vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət törədərkən məhkumluğu olmamışdır. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını və məhkəmə istintaqı zamanı islah yönündəki davranışlarını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə, eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun özü və ailəsi ilə məhrumiyyətlər yaratmaqla yanaşı, iş üzrə müəyyən olunmuş cəzanın yüngülləşdirən hallarıın, xüsusilə də əməlindən peşman olmaqla islah yönündəki səmimi davranışlarının nəzərə alınmaması ilə nəticələnə bilər. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 iyul 2022-ci il tarixdən şübhəli şəxs qismində tutulduğu və həbsdə saxnıldığı müddətin hər günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ümumi müddət onun cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Lənkəran Rayon İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış qalıq-244,92 qram olan narkotik tərkibli çətənə bitkiləri hökm CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk CPM-nin 132.1-ci maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə narkoloji ekspertizasının 14 iyul 2022-ci il tarixli, 773 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 13 iyul 2022-ci il tarixdən hazırkı tarixədək tutulduğu və həbsdə saxlanıldığı 06 ay 13 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 1 il 26 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 244.92 qram qalıq çəkisi olan narkotik tərkibli çətənə bitkiləri məhv edilsin, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar