Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-310/2023 04.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:40 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 27 may 2023-cü il tarixdə saat 15-radələrində Lənkəran rayonu Sütəmurdov kəndi Hərbi şəhərciyi ev 2-də yaşayan yaşadığı evində ansı Zərərçəkmiş şəxs ona pul verməməsi səbəbəindən aralarında şəxsi münasibətlər zəmnində baş vermiş münaqişə zamanı yumruqla vurub Zərərçəkmiş şəxs sol mil-bilək oynağı nahiyəsindəki yumuşaq toxumaların əzilməsi-hemotoması aşkar edilmişdir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol mil-bilək oynağı nahiyəsindəki yumuşaq toxumaların əzilməsi-hemotomasıdan ibarət xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun anasıdır və onunla birlikdə bir evdə yaşayır. Dost tanışlarına pul borcu olduğu üçün anasından borca pul istəmiş, anası da ona borca pul vermədyi üçün aralarında dəfələrlə mübahisə olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 15-radələrində Lənkəran şəhərinə işləmək üçün getmiş, Lənkəran şəhərində özünə iş tapa bilmədiyi üçün fərdi yaşayış evinə geri qayıtmış, yolda dost tanışları ondan borca verdiyi pulu geri qaytarmasını demiş, o da yaxın müddət ərzində qaytaracağını deyərək yaşadığı evinə getmişdir. Fərdi yaşayış evinə gəlmiş, fərdi yaşayış evinin dəhlizində anasından 20 manat pul borca istəmiş, anası Zərərçəkmiş şəxs ona pul vermədiyi üçün aralarında mübahisələri baş vermiş, baş vermiş mübahisədə yumruqla onun sol əlinə vuraraq yerə yıxımış, anası yerə yıxıldıqdan sonra cavabsız qaldığını görüb evdən çıxıb getmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, qeyd olunan ünvanda oğlu ilə birlikdə yaşayır. Aldığı təqaüdlə dolanışığını təmin edir. xx.xx.2023-cü il tarixdə saat 15-radələrində fərdi yaşadığı evinin dəhlizdə oğlu Təqsirləndirilən şəxs ondan borca pul istəmiş, sonuncunun ona borca pul vermədiyi üçün aralarında mübahisə baş vermiş, baş vermiş mübahisədə onun sol əlinə yumruqlə vuraraq yerə yıxmışdır. Təqsirləndirilən şəxs Səfayəti vurduqdan sonra cavabsız qaldığını görüb Zərərçəkmiş şəxs uzaqlaşıb və evdən çıxıb getmişdir. Hadisə zamanı evdə heç kim olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən ziyan tamamilə ödənilmir və ona qarşı heç bir şikayəti yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən sadələşdirilmiş icraat materiallarının 31-33-ci vərəqlərində olan “Baxış keçirilməsi haqqında” 29 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Lənkəran rayonu Sütəmurdov kəndi Hərbi şəhərciyi ev 2-də yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdə baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 9-12-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli, 524 nömrəli məhkəmə ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol mil-bilək oynağı nahiyəsindəki yumuşaq toxumaların əzilməsi-hemotoması aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşya(əşyaların) ilə vurma nəticəsində törənmişlər. yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 32-33-cü vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 iyun 2023-cü il tarixli arayışından və işinin 39-42-ci vərəqlərində olan hökmün surətindən görünür ki, Hüseynov X1 Rayon Məhkəməsinin 1(049)-63/2021 saylı, 09 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təsiri bilinərək, 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qaşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-310/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-310/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver