Məhkəmə qərarları › İş №1(049)-312/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-312/2023

19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-312/2023 19.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxx 1984-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Lənkəran Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndi tətbiq edilməklə Amnistiya Qərarının 36-cı Bəndinə əsasən cəzadan azad edilmiş, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmış, Salyan Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qərarına əsasən narkomaniyadan məcburi müalicəsinin davam etdirilməklə tamamlanması qərara alınmış, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşımaqla saxlamışdır. Belə ki, o, 23 mart 2023-cü ilin tarixində gecə radələrində Lənkəran rayonu, Separadi kəndində yerləşən fərdi yaşayış evindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək həmin ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin zirzəmisinə qanunsuz daxil olaraq orada olan, 1 ədədi 120 manat olmaqla ümumi qiyməti 360 manat dəyərində 3 ədəd 12 litr tutumlu mis qazan, 100 manat dəyərində 1 ədəd mis teşt, 20 manat dəyərində 1 ədəd mis kəfkir, 1 ədəd 220 manat dəyərində “Total” markalı preparator, 1 ədəd 90 manat dəyərində “Total” markalı drel, 1 ədəd 110 manat dəyərində “Total” markalı laqonda olmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 900 (doqquz yüz) manat qiymətində əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan əlavə o, 05 aprel 2023-cü il tarixində, Lənkəran şəhəri “Raypo” adlanan ərazidə Lənkəran şəhər sakini X1, satış məqsədi olmadan qanunsuz olaraq, öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 4 (dörd) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,246 qram; 0,439 qram; 0,322 qram; 0,252 qram olmaqla ümumi təmiz çəkisi 1,259 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 05 aprel 2023-cü il tarixdə, saat 16:20 dəqiqədə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu, Separadi kəndində piyada hərəkətdə olan zaman saxlanılaraq ŞRPŞ-nin inzibati binasına gətirilmiş və şöbədə üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən qeyd edilən çəkilərdə və bükümlərdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azadlığa çıxdıqdan sonra arada marixuana istifadə etmişdir. 05 aprel 2023-cü il tarixdə yaşadığı evdə olarkən onu kiminsə çağırdığını eşitmişdir. Həyətə düşərkən onu çağıran şəxs ona polis əməkdaşı olduğunu və onunla birlikdə bir neçə dəqiqəliyə polis şöbəsinə getməli olduğunu bildirmişdir. Polis Şöbəsinə gəldikdən sonra onu Səbuhi Mirzəyev adlı polis zabiti döyməyə başlamışdır. Sonra isə Səbuhi onun üzərinə narkotik vasitə qoyaraq ona həmin narkotik vasitənin ona məxsus olduğunu deməsini, əgər narkotik vasitənin ona məxsus olduğunu deməzsə ona daha şiddətli işgəncə veriləcəyi və ona qarşı daha ağır ittihamın irəli sürüləcəyini demişdir. O, da məcbur qalıb narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Həmin vaxt onun üzərində heroin deyil, marixuana olmuşdur, həmin marixuananı ona Mahir vermiş, lakin o, Mahirıə buna görə pul verməmişdir. Mahirdən heç vaxt heroin almamışdır. Həmkədlisini Zərərçəkmiş şəxs evindən oğurluğu o, etmişdir. Belə ki, içkili vəziyyətdə olarkən həmkəndlisi Zərərçəkmiş şəxs evinin zirzəmisinə girmiş və oradan sadəcə olaraq 1 ədəd qazan oğurlamışdır. Qalan əşyaların isə kim və ya kimlər tərəfindən oğurlanmasını bilmir. Məhkəmədən ona CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməsini və 177.2.3-cü maddəsi ilə yüngül cəza verilməsini xahiş edir. Cinayət işində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış dindirmə protokollarından görünür ki, məhkəmədə verdiyi ifadəsində fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə 06 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində, 07 aprel 2023-cü il tarixdə, habelə 28 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində göstərmişdir ki, Lənkəran rayonu, Separadi kəndində anası və 2 övladı ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. 4-5 ilə ilə yaxındır ki, narkotik vasitə heroindən tüstüsünü udmaq yolu ilə qəbul edir. Narkotik vasitə almağa pulu olmadığı üçün oğurluq etmək fikrinə düşmüşdür. Belə ki, yaşadığı Lənkəran rayonu, Separadi kəndində İmran adlı şəxsin evində heç kəsin olmadığını bilib 23 mart 2023-cü il tarixində gecə radələrində ora oğurluq etməyə getmişdir. Həyatyanı sahəyə daxil olduqdan sonra evin zirzəmisinə girib orada 3 ədəd mis qazan, 1 ədəd mis teşt, 1 ədəd mis kəfkir, 1 ədəd preparator, 1 ədəd drel, 1 ədəd laqonda götürüb hissə-hissə öz yaşadığı evə daşımağa başlamışdır. Ertəsi günü yol taksilərindən biri ilə həmin qabqacaqları Lənkəran şəhəri ərazisində metal yığan Rövşən adlı şəxsə 75 manat qarşılığında satmışdır. Digər elektrik avadanlıqlarını isə Lənkəran şəhərində tanımadığı şəxsə satmışdır. Narkotik vasitə istifadəçisi olduğu üçün çox vaxt Lənkəran şəhəri Raypo deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxslərdən alırmış. Sonuncu dəfə 05 aprel 2023-cü il tarixdə saat 14 radələrində Lənkəran şəhəri raypo ərazisində X4 yaxınlaşmış və “kakos” olub-olmadığını soruşmuşdur. Mahir Şıxəliyev də ona “kakos” olduğunu bildirmişdir. Mahir Şıxəliyevdən 20 manat qarşılığında dörd büküm psixotrop maddə istifadəçiləri arasında “Kakos” kimi tanınan heroin almış və ağrıları olan zaman qəbul etmək üçün üzərində saxlamışdır. Həmin günü saat 16 radələrində yaşadığı Lənkəran rayonu Separadi kəndində aldığı heroin də üzərində olarkən mülki geyimdə olan üç şəxs ona yaxınlaşmışdır. Onlar özlərini Lənkəran ŞRPŞ-nin əməkdaşı kimi təqdim etmiş və ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib onu Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. İnzibati binaya gətirilənə kimi polis əməkdaşlarının nəzarəti altında olmuş və üzərində olan bükümləri harasa atmaq imkanı olmamışdır. İnzibati binada ona şübhəli şəxs qismində tutulduğunu elan edib hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət etmişlər. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya, yaxud predmet olub-olmadığı soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmişdir. O da istifadə məqsədilə aldığı, əynində olan şalvarının sağ yan cibində olan 4 ədəd bükümdə olan heroini çıxarıb polis əməkdaşlarına təqdim etmiş və bükümün içərisində heroin olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş, nəticədə hər hansı bir qanunsuz əşya, yaxud predmet aşkar olunmamışdır. Üzərində aşkar edilmiş 4 bükümdə heroin elektron tərəzində çəkildikdə çəkisi 1,39 qram olmuşdur. Sonra həmin bükümdə olan heroin ekspertizaya təqdim olunması üçün kağız paketə qoyulub möhürlənmişdir. Zərfin üstünə o və müdafiəçisi imza etmişdir. Üzərində aparılan axtarış videoçəkiliş ilə müşayiət olunmuşdur, sonda tərtib edilən protokol iştirakçılara ucadan oxunmuş, o və müdafiəçisi tərəfindən imzalanmışdır. Oğurluqları tək törətmişdir. Oğurladığı əşyaları satmaq üçün qabaqcadan hər hansı şəxs və ya şəxslərlə sövdələşməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs оğlu ibtidai istintaq zamanı verdiyi cinayət işinin 116-117-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Seoparadi kəndində ailəsi ilə birlikdə yaşayır. Malyar kimi fəaliyyət göstərir. Lənkəran rayonu, Separadi kəndində ona məxsus və qardaşı Heybət Ağayev ilə qonşuluqda yerləşən fərdi yaşayış evi vardır. həyat yoldaşının xəstəliyi ilə əlaqədar olaraq tez-tez Bakı şəhərinə gedirmiş və Bakı şəhərində olduğu zaman evindən oğurluq olmuşdur. Belə ki, 2023-cü ilin mart ayının 14-15 tarixlərində o, Bakı şəhərinə getmişdir. Oğurluq hadisəsi də 14-24 mart tarixləri arasında baş vermişdir. Qardaşı Heybət 24 mart 2023-cü il tarixində günorta saat 14 radələrində ona məxsus evə gedən zaman oradan oğurluq hadisəsinin baş verdiyini görmüş və bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Belə ki, ona məxsus fərdi yaşayış evindən 1 ədədi 120 manat olmaqla 360 manat dəyərində 3 ədəd mis qazan, 100 manat dəyərində 1 ədəd mis teşt, 20 manat dəyərində 1 ədəd mis kəfkir, 220 manat dəyərində 1 ədəd “Total” markalı preparator, 90 manat dəyərində 1 ədəd “Total” markalı drel, 110 manat dəyərində 1 ədəd “Total” markalı laqonda olmaqla ümumilikdə 900 (doqquz yüz) manat qiymətində əmlakı oğurlanmışdır. O, Bakı şəhərində olduğum üçün araşdırmanın aparılması üçün qardaşım Heybət Ağayev ərizə ilə Lənkəran ŞRPŞ-ya müraciət etmişdir. Evindən oğurluq hadisəsini törədənin onunla həmkəndli olan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Oğurluq nəticəsində ona 900 manat dəyərində maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərdi ki, icraatına Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatların icra olunmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Onunla birlikdə əməliyyat qrupunun tərkibində Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili Rahid Əsgərov və polis nəfəri Şahid3 də olmuşdur. Əməliyyat qrupuna rəhbərliyi özü edirmiş. 05 aprel 2023-cü il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu Separdi kəndində piyada hərəkət etdiyini görüb ona yaxınlaşmışdır. Ona yaxınlaşdıqdan sonra özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş və onu şöbəyə dəvət etmişlər. Əvvəlcə onlarla şöbəyə gəlmək istəməmiş, müxtəlif bəhanələr gətirməyə başlamış və daha sonra razılaşmışdır. Polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa, təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynindəki şalvarının sağ yan cibindən sellofana bükülmüş, içərisində narkotik vasitə heroinə bənzər kütlələr olan 4 ədəd sellofan bükümü təqdim etmişdir. Daha sonra onun üzərində axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bükümlərdə narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün Lənkəran şəhəri “Raypo” ərazisində X1 20 manat qarşılığında aldığını bildirmişdir. Bundan başqa o, Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən mis qab-qacaq oğurladığını etiraf etmişdir. Oğurladığı misqab-qacağı 75 manata satdığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə Şahid1 оğluna əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və o da, həmin qrupa daxil edilmişdir. 05 aprel 2023-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu Separdi kəndində piyada hərəkət etdiyini görüb ona yaxınlaşdıqdan sonra özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş və onu şöbəyə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa, təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynindəki şalvarının sağ yan cibindən sellofana bükülmüş, içərisində narkotik vasitə heroinə bənzər kütlələr olan 4 ədəd sellofan bükümü təqdim etmişdir. Daha sonra onun üzərində axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bükümlərdə narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün Lənkəran şəhəri “Raypo” ərazisində X1 20 manat qarşılığında aldığını bildirmişdir. Bundan başqa o, Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən mis qab-qacaq oğurladığını etiraf etmişdir. Oğurladığı misqab-qacağı 75 manata satdığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid3 Asəf oğlu ibtidai istintaq zamanı verdiyi cinayət işinin 152-154-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə Şahid1 оğluna əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və o da, həmin qrupa daxil edilmişdir. 05 aprel 2023-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu Separdi kəndində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşdür. Bir müddət onu izlədikdən sonra ona yaxınlaşmağa qərar vermişdir, özü ilə birlikdə olan polis əməkdaşlarını təlimatlandırandan sonra gözlənilməzliyi təmin edərək ona yaxınlaşmışdır. Ona yaxınlaşdıqdan sonra özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs da özünü təqdim etməsini istəmişdir və o da özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş və onu şöbəyə dəvət etmişlər. Əvvəlcə onlarla şöbəyə gəlmək istəməmiş, müxtəlif bəhanələr gətirməyə başlamış və daha sonra razılaşmışdır. Polis şöbəsində araşdırmanın aparılması təhqiqatçı Bəhruz Qurbanova həvalə edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış aparılmışdır. Videoçəkilişin aparılması ona həvalə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa, təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynindəki şalvarının sağ yan cibindən sellofana bükülmüş, içərisində narkotik vasitə heroinə bənzər kütlələr olan 4 ədəd sellofan bükümü təqdim etmişdir. Daha sonra onun üzərində axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 ədəd büküm elektron tərəzidə çəkildikdə çəkisi 1,39 qram olmuşdur. Daha sonra təhqiqatçı tərəfindən həmin bükümlər ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bükümlərdə narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün Lənkəran şəhəri “Raypo” ərazisində X1 20 manat qarşılığında aldığını bildirmişdir. Bundan başqa o, Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən mis qab-qacaq oğurladığını etiraf etmişdir. Oğurladığı misqab-qacağı Lənkəran şəhər sakini X9 75 manata satdığını bildirmişdir. Cinayət işinin 29-30-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Şəxsi axtarış və götürmə barədə” 05 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2023-cü il tarixdə saat 16:20 radələrində Lənkəran ŞRPŞnin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Separadi kəndində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmişdir. Polis əməkdaşlarının və müdafiəçinin iştirakı videoçəkiliş müşayiəti ilə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı sonuncuya üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya vardırsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən 4 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, onun üzərindən başqa hər hansı bir qanunsuz əşya, yaxud predmet aşkar edilməmişdir. Şübhəli şəxsin üzərindən aşkar edilərək götürülmüş 4 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər maddə elektron tərəzidə çəkildikdə ümumi çəkisi 0,54 qram olmuşdur. Həmin kütlələr ekspertizaya göndərilmək məqsədilə kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə ona məxsusdur. Həmin kütləni Lənkəran şəhəri “Raypo” ərazisində tanımadığı şəxsdən 20 manat qarşılığında şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Bundan başqa o, Lənkəran rayonu, Separadi kəndində İmran adlı şəxsin evindən mis qab-qacaq oğurladığını və Lənkəran şəhərində Rövşən adlı şəxsə 75 manata satdığını bildirmişdir. Cinayət işinin 44-45-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 aprel 2023-cü il tarixli, 19/419 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində narkotik vasitə heroinəbənzər kütlə olan dörd ədəd büküm.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümdə, təmiz çəkiləri –0,246 qram; 0,439 qram; 0,322 qram; 0,252 qram olmaqla ümumi təmiz çəkisi 1,259 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspert tədqiqinə 0.04 qram sərf edilmiş, qalıq 1,099 qram qalmışdır. Aparılmış tədqiqatın dəyəri 65 manatdır. Cinayət işinin 51-55-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 24 mart 2023-cü il tarixli protokoldan görünür ki, oğurluq cinayət hadisəsinin baş verdiyi yer Lənkəran rayonu, Separadi kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. Cinayət işinin 95-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 06 aprel 2023-cü il tarixli, 386 nömrəli məhkəmə narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 132-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 10 may 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, qeyd olunan 1 ədəd böyük perforatorun qiyməti 350 manat, 1 ədəd kiçik perforatorun qiyməti 200 manat, 1 ədəd drelin qiyməti 150 manat, 2 ədəd laqondanın hər birinin qiyməti 150 manat olmaqla 300 manat, 2 ədəd bağlama şlanq bir bağlamasında 60 metr uzunluğu olan şlanqın qiyməti 100 manat olmaqla ümumi qiyməti 200 manatdır. Cinayət işinin 106-cı vərəqində olan 10 aprel 2023-cü il tarixli şahidi dindirmə protokolundan görünür ki, X6 ifadəsində göstərmişdir ki, 2018-ci ildən narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitələrin satışı məşğul deyil, lakin istəyən olsa pay kimi vermişdir. Həm də narkotik istiofadə edən dostları ilə birlikdə istifadə edir. Lənkəran rayonu, Separadi kənd sakini Faiq adlı şəxsi tanıyır. Belə ki, o, narkotik vasitə istifadəçisi olduğuna görə narkotik vasitə almaq üçün ona yaxınlaşmışdır. Sadəcə bir dəfə olaraq 05 aprel 2023-cü il tarixində günorta saatlarında Lənkəran şəhəri, “Raypo” adlanan ərazidə ona narkotik vasitə heroin vermişdir. O, Faiqə verdiyi heroinə görə pul istəməmiş, lakin o, 20 manat çıxarıb onun cibinə salmışdır. Cinayət işinin 150-151-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 10 may 2023-cü il tarixli, 19/507 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 büküm heroin Rəy № 19/419 və X2 üzərindən aşkar edilmiş 3 büküm heroin Rəy № 19/426 sözlər və imzalar olan 2 ədəd zərfdəki, ümumi sayı 7 büküm olan heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir biri ilə eynidirlər. Cinayət işinin 122-123-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 01 may 2023-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, tədqiqat keçirildikdən sonra qalan 1.099 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlama kamerasına təhvil verilmiş, bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlər ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, müdafiə tərəfinin, yəni təqsirləndirilən şəxsin və müdafiəçinin təklifi ilə məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 Asəf oğlunun ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini, yəni üzərindən narkotik vasitə heroin aşkar edilməməsi, oğurluq cinayəti nəticəsində yalnız mis qazanları oğurlmasına dair ifadəsini ibtidai istintaq zamanı özünün verdiyi ifadələrlə, xüsusilə təqsirləndirilən şəxs qismində iki dəfə aralarına uzun müddət olmaqla ayrı-ayrı vaxtlarda müdafiəçisinin iştirakı ilə dindirilməsi zamanı törətdiyi cinayətləri etiraf etməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işi üzrə obyektiv nəticəyə gəlməyə imkan verdiyindən sübut kimi qiymətləndirilməklə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi isə özünü müdafiə xarakterli olaraq cinayət işi üzrə məhkəmədə müəyyən olunan hallarla təsdiqini tapmamışdır. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı fiziki zora məruz qalması ilə bağlı qeyd edir ki, həmin hal məhkəmə hazırlıq iclası zamanı təqsirləndirilən şəxs tərəfindən səsləndirildiyindən məhkəmə tərəfindən müvafiq olaraq araşdırılması üçün ibtidai araşdırmaya rəhbərlik edən prokurora məlumat verilmişdir. Məhkəməyə təqdim edilmiş Lənkəran Rayon prokurorluğunun 02 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs fiziki zora məruz qalması ilə bağlı toplanmış material üzrə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin cinayət işinin 92-93-cü vərəqlərində olan 06 aprel 2023-cü il tarixli 333 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət aşkar edilməmişdir. Digər tərəfdən məhkəmədə proses iştirakçılarının iştirakı ilə tədqiq edilmiş şəxsi axtarış zamanı lentə alınmış videogörüntüdən də görünür ki, istintaq hərəkəti zamanı müdafiəçi ona eyni məzmunlu sual vermiş və Təqsirləndirilən şəxs ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsini subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadələrini, zərərçəkmiş və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,259 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs Cəfərov X8 rayonu, Separadi kəndində yerləşən Zərərçəkmiş şəxs fərdi yaşayış evinə qanunsuz daxil olmuş və anbardan ümumi dəyəri 900 manat olan əşya oğurlamışdır ki, bu əməllər onun oğurluq cinayəti üzrə məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, oğurluq nəticəsində talanmış əmlakların qiymətinə dair təklif olunmuş sübutları araşdıraraq hesab edir ki, iş materiallarına olan mütəxəssis rəyində göstərilən qiymət zərərçəkmiş şəxsin bildirdiyi qiymət əsasında olduğu üçün həmin məbləğ zərərçəkmiş şəxsin bildirdiyi kimi müəyyən edilməlidir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət işinin 15-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “tutulma haqqında” 05 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:55-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 90-91-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 05 aprel 2023-cü il, saat 16:55-dən hesab edilmişdir. Cinayət işinin 176-177-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran rayonu, Separadi kənd inzibati ərazi dairəsinin arayış və xasiyyətnaməsindən görünür ki, Cəfərov X8 rayonu, Separadi kəndində anası X3 və övladı xx.xx.2016-cı il təvəllüdlü X7 ilə birlikdə yaşayır, yaşayış müddəti ərzində özünü sakit aparmış, ondan şikayət daxil olmamışdır. Cinayət işinin 134-135-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 136-cı vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “amnistiya aktının tətbiq edilməsi barədə” qərarından görünür ki, görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndi tətbiq edilməklə Amnistiya Qərarının 36-cı bəndinə əsasən cəzadan azad edilmiş, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Salyan Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinin davam etdirilməklə tamamlanması qərara alınmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olması, CMnin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtrardıqdan bir ildən az müddət keçməmiş yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 06 aprel 2023-cü il tarixli, 386 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞdə saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,099 qram qalıq çəkisi olan heroin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. CPM-nin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxs tərəfindən vurulmuş ziyana görə mülki iddia vermədiyindən ona vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 177.2.3-cü maddəsi ilə 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 aprel 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,099 qram qalıq çəkisi olan heroin məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Zərərçəkmiş şəxsə vurulmuş ziyana dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar