Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-313/2023 31.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 12:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Mürüvət qızı, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1984-ci ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, H.Abdullayev küçəsi bina 15, mənzil 5-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Mürüvət qızı ilə arasında 04 iyun 2023-cü il tarixdə saat 16 radələrində Lənkəran şəhəri H.Abdullayev küşəsi 15-ci binada yerləşən Təqsirləndirilən şəxs məxsus mənzilin qarşısında şəxsi münasibətləri zəminində, yəni sonuncunun onun ünvanına xoşagəlməz ifadələr işlətməsi səbəbindən aralarında yaranmış münaqişə zamanı qəsdən yumruq ilə Zərərçəkmiş şəxs sağ göz və İV barmaq nahiyyəsinə vurmaqla ona - sağ göz almasına yayılmış qansızma, sağ göz qapaqlarıgözaltı, sol əlin İV barmağı nahiyələrində qançırlardan ibarət xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs Mürüvət qızının sağlamlığına YÜNGÜL zərər vurmuşdur. Məhkəmə istintaqında cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər ailə həyatı qurmuşdur, birgə nikahından 2 övladı vardır. Hal-hazırda subaydır. Heç kimlə şəxsi düşmənçiliyi və ədavəti yoxdur. Fərdi əməklə məşğul olaraq ailəsinin dolanşığını təmin edir. xx.xx.2023-cü il tarixdə o saat 11:00 da Zərərçəkmiş şəxs verdiyi 200 manatı ondan almaq üçün ona zəng vurmuşdur. Lakin, Azadə onun pulunu qaytarmaq əvəzinə onu mobil telefonda sərt formada söyüb təhqir etmişdir. O da onun təhqirlərinə cavab olaraq onun ünvanına sərt formada təhqir etmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs onun yaşadığı Lənkəran şəhəri H.Abdullayev küçəsi bina 15 də yerləşən mənzilinə gəlmiş və onu görən kimi onunla mübahisə etməyə başlamışdır. Bundan əlavə onun sifətinə sillə ilə vurmuşdur. O da onun onu sillə ilə vurmasından əsəbiləşərək onun göz nahiyəsinə qəsdən yumruqla vuraraq xəsarət yetirmişdir. Bu zaman anası Şahid onların arasında daxil olmuş və onları ayırmışdır. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, əməlindən peşimandır, bir daha belə hallara yol verməyəcəkdir. Himayəsində iki azyaşlı uşağı vardır. Həmin uşaqlarını təkbaşına böyüdür. Buna görə də barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs Mürüvət qızı ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Şəbnəm, O və Gülər WhatsApp ani mesajlaşma şəbəkəsində videozəng danışmışdır.Bu zaman Şəbnəm onu heç bir səbəb olmadan təhqir etməyə başlamışdır.O da baş vermiş hadisədən əsəbiləşərək xx.xx.2023-cü il tarixdə saat 16 radələrində onun yaşadığı Lənkəran şəhəri H.Abdullayev küçəsi 15-ci binada yerləşən mənzilə getmişdir. Şəbnəmə niyə onun haqqında təhqirlə dolu ifadələr işlətdiyini bildirmişdir. Bu zaman gözləmədiyi anda Şəbnəm onun sağ göz nahiyəsinə yumruqla zərbə endirmişdir. O, zərbə nəticəsində sağ gözündən ciddi zərbə almışdır. Münaqişə zamanı sol əlinin barmağından zədə almışdır. Zərərçəkmiş şəxs Mürüvət qızı çıxışında Təqsirləndirilən şəxs ilə barışmadığını və Şəbnəmə CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə istintaqında Şahid ifadəsində bildirmişdir ki, hal-hazırda subaydır, Heç kimlə şəxsi düşmənçiliyi və ədavəti yoxdur. Təqaüd alaraq ailəsinin dolanşığını təmin edir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadıqları Lənkəran şəhəri H.Abdullayev küçəsi 15-ci binada yerləşən mənzilində olan zaman Zərərçəkmiş şəxs onların yaşadıqları məznilin qapısın döyərək mənzilin qarşısına Şəbnəmi çağırmışdır. Şəbnəm çölə çıxan zaman onların arasında münaqişə baş vermişdir. Azadə Şəbnəmin niyə onu söyməsini bildirmişdir. Onlar bir birilərini təhqir etdilər. Şəbnəm Azadənin göz nahiyəsinə yumruqla zərbə endirmiş, Azadə də onun saçların yolmuşdur. O da onların arasına girərək onları ayırmışdır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: Məhkəmə-tibb ekspertizasının 05 iyun 2023-ci il tarixli, 543 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs Mürüvət qızının bədəni üzərində- sağ göz almasına yayılmış qansızma ,sağ göz qapaqları-gözaltı,sol əlin İV barmağı nahiyələrində qançırlar aşkar edilmişdir.Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər,müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Hadisə yerinə baxış keçirilməsi haqqında 05 iyun 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Lənkəran rayonu, Veravul kəndində baş vermişdir. Lənkəran ŞİHB-nın Lənkəran şəhər Mənzil Təsərrufatı İdarəsi tərəfindən verilmiş 14 iyun 2023-cü il tarixli Arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, övladları – xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllədlü X4 ilə birlikdə Lənkəran şəhəri H.Abdullayev küçəsi bina 15,mənzil 5-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona istinad edilən CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin təsdiqedici ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. Sadalanan sübutlar cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəza ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 128-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Göründüyü kimi CM-nin 128-ci maddəsinin sanksiyasında alternativ beş cəza növü müəyyən olunmuşdur ki, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs şəxsiyyətini, iki azyaşlı uşağını təkbaşına böyüməsini, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 1000 (bir min) manat cərimə cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-313/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-313/2023
31.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver