Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-314/2023 06.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 2A4 iyun 1986-cı il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Lənkəran rayonu, Şağlaküçə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 may 2023-cü il tarixdə gecə saat 03:00 radələrində ilə ünvan 1 ünvanında Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində, yəni sonuncunun onunla barışmaması səbəbindən aralarında yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruqla vurmaqla ona sol göz almasına yayılmış qansızma, sol göz qapaqları-gözaltı, sol gicgah nahiyələrində qançırların yaranması ilə nəticələnən və dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə baxışında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 3 il ərzində Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətində olmuşdur. Onunla sevgi münasibətlərində olduğu müddət ərzində dəfələrlə münasibətləri korlanmışdır. Lakin sonda bir-biri ilə barışmışlar. Zərərçəkmiş şəxs ayrılmaq istəmədiyi üçün bir neçə dəfə onunla barışmağa cəhd etmişdir. Sonuncu dəfə mübahisələri xx.xx.2023-cü il tarixdə olmuşdur. Həmin gün onu görmək üçün onun qaldığı Lənkəran şəhəri 20 Yanvar küçəsindəki evə getmişdir. Zərərçəkmiş şəxs ilə həmin vaxt bir qədər söhbət etmiş, lakin sonuncu barışmaq istəmədiyini, onunla ayrılmaq istədiyini bildirmişdir. Bundan əsəbləşdiyi üçün onun baş və bədəninə bir neçə dəfə asta zərbə vurmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin sonunda, əməlindən peşmançılıq hissi keçirdiyini, iş üzrə zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınaraq, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 3 il qeyri-rəsmi ər-arvad münasibətində olmuş və 3-4 ay olar ki, münasibətləri pozulduğundan ondan ayrılmışdır. Təqsirləndirilən şəxs ondan ayrılması ilə barışmamış, tez-tez onu narahat etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə onun yaşadığı evə gəlmişdir. Həmin vaxt evdə özü və qızı Fatimə olmuşdur. Ramin onun üzərinə hücum edərək onun baş və bədəninin müxtəlif nahiyələrinə qızının gözü qarşısında zərbələr vurmuşdur. Qızı Fatimə qorxaraq ağlamışdır. O, hər ikisinin oturmasını tələb etmiş və söhbət etmək istədiyini bildirmişdir. 10-15 dəqiqə söhbət etmiş, onu sakitləşdirməyə çalışmışdır. Daha sonra, atasının yaşadığı Lerik rayonuna getmiş və Raminin onu döyməsi barədə polisə məlumat vermişdir. Zərər çəkmiş şəxs Abbasova X1 Ramin Rafiq oğlu ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını və barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Şahid məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid təhqiqat araşdırması zamanı verdiyi izahatından görünür ki, 1 nömrəli məktəbin 3-cü sinfində təhsil alır. Son 3-4 ay əvvələdək anası ilə özü və Ramin Lənkəran rayonunun Şiləvar kəndində birgə yaşamışdır. Sonra anası ilə Ramin ayrıldığı üçün anası ilə birgə ünvan 2 ünvanında onunla yaşamışdır. Bununla belə Ramin tez-tez anasını narahat edərək onunla barışmaq istəmişdir. 31 may 2023-cü il tarixdə saat 03:00 radələrində qorxaraq səs-küyə ayılmışdır. Raminin anasının üzərinə qışqıraraq onu söydüyünü görmüşdür. Sonra anasını döyməyə başlamışdır. Ağladıqda ondan sakit durmasını tələb etmişdir. Otaq qaranlıq olduğundan əlində işıq fənəri yandırmışdır. O, özünə mətbəxdən çay süzmüş və otağa qayıtmışdır. Anası ondan çölə çıxmasını xahiş etsə də o, icazə verməmişdir. Bir qədər sonra çayı içdikdən sonra o, çarpayıya uzanaraq yuxuya getmişdir. Təqribən o, 20 dəqiqə yatmışdır. Anası ilə gizlicə evdən çıxaraq “dördyol” adlanan ərazidən taksi ilə Lerik rayonuna-babasigilə getmişdir. Təxminən 06:00-07:00 radələrində artıq babasigilə çatmışdır. Onlara çatdıqdan sonra Ramin evdəki əşyaları toplayaraq oraya gəlmiş və əşyaları maşından boşaltmalarını tələb etmişdir. Sonra dayısı Ramini sakitləşdirmişdir. İş materialında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 05 iyun 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 525 nömrəli ekspert rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində sol göz almasına yayılmış qansızma, sol göz qapaqları-gözaltı, sol gicgah nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 6-12 saat əvvələ uyğun gəlir və sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Lənkəran şəhər Psixitariya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 1007 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhər Psixitariya xəstəxanasında qeydiyyatda deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Lənkəran şəhər İHB-nın Şağlaküçə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 iyun 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Şağlaküçə kəndində anası və qardaşı ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Subaydır. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli tam sübuta yetirmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəlməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-314/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-314/2023
06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver