Məhkəmə qərarları › İş №1(049)-315/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-315/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-315/2023 06.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 11:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1972-ci il tarixdə Lənkəran rayonu, Şağlaser kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Şağlaser kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 09 iyun 2023-cü il tarixdə, saat 13 radələrində Lənkəran rayonu, Girdəni kəndi ərazisindən keçən Lənkəran-Boradigah asfalt yolun kənarı yük avtomobillərinin təmiri sexinin yaxınlığında küçədə tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yəni, sonuncunun idarə etdiyi avtomobili Lənəkəran şəhəri “Ləvəngi” dairəsində taksi duracağında onun avtomobilini durduğu yeri öz avtomobilini durduraraq məşğul etdiyi üçün baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs badalaq ataraq yerə yıxıdıb baş nahiyyəsini qəsdən yerə çırparaq ona sol gicgah-təpə nahiyəsindəki yumşaq toxumaların əzilməsi hematomasından ibarət və dərəcəsinə görə sağlamlığını qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bəhruz Şirəliyyevi o, təxminən 3-4 il olar ki, taksi sürücüsü kimi tanıyır. Bəhruzla münasibətləri normal olmuş, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamış, lakin son bir ayda Bəhruz özünün idarə etdiyi avtomobili Lənkəran rayonu «Ləvəgi» dairəsində yerləşən taksi duracağında onun yerində saxladığı üçün bir-iki dəfə Bəhruzla yer üstündə aralarında sözlə mübahisələri olmuşdur. 09 iyun 2023-cü il tarixdə saat 13 radələrində o, idarə etdiyi avtomobili ilə «Ləvəngi» dairəsinə gəldikdə Bəhruzun yenə də onun saxladığı yerdə öz avtomobilini saxladığını görmüş və onun yerini tutduğunu görüb o, avtomobilini onun avtomobilinin böyrünə verib saxladıqdan sonra Bəhruzdan avtomobilini ordan çıxarmağını tələb etdikdə Bəhruz ona kobud formada çıxarmayacağını dedikdə aralarında mübahisə yaranmış və mübahisə zamanı Bəhruz onunla kobud formada danışdığı üçün o, da Bəhruzu kənara aparıb döymək üçün avtomobilinə oturmağını tələb etmiş və Bəhruz onun yanında avtomobilində oturduqdan sonra o, üzü Girdəni kəndi istiqamətində təxminən 500 metr gedib yol kənarında yük avtomobillərinin təmiri sexinin yaxınlığında avtomobilini saxlayıb Bəhruzu dükanını arxasına aparıb arxada onunla aralarında baş vermiş mübahisə zamanı Bəhruz ona nalayiq söz dediyi üçün əsəbləşib Bəhruzdan yapışaraq Bəhruza badalaq verib yerə yıxarda başınıda yerdə yerə çırpmış və Bəhruz bir anlıq huşunu itirmiş və o, ayağa qalxıb onun böyrünə əsəbindən bir dənə təpikdə vurub onu söymüş, orada bir tanımadığı bir kişi gəlib onları ayırmış, sonra etdiyi hərəkətə peşman olmuş, Bəhruzdan onu bağışlamağını desə də, Bəhruz ondan şikayət edəcəyini demiş və o, Bəhruza «gəl otur avtomobilimə səni aparım geri” Bəhruz avtomobilinə sakitcə oturduqdan sonra Bəhruzu «Ləvəngi dairəsinə gətirmiş və Bəhruz avtomobilindən düşüb öz avtomobilinə oturub sürüb getmiş və sonra eşitmişdir ki, Bəhruz ondan şikayət edibdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Lənkəran rayonu Ləvəngi-Boradigah marşrutu üzrə idarə etdiyi Mercedes Benz E-clas markalı ** OG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə təxminən bir il olar ki, taksi fəaliyyəti ilə məşqul olur. Lənkəran rayonu Şağlaser kəndindən olan Təqsirləndirilən şəxs adlı taksi sürücüsünü o, üç il olar ki, tanıyır. Şaiqlə hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. 09 iyun 2023-cü il tarixdə gündüz vaxtı o, Boradigah qəsəbəsindən avtomobilinə müştəri mindirib Lənkəran şəhərində bazarda düşürtdükdən sonra «Ləvəngi» taksi duracağına getmiş və orada avtomobilini bir kənarda saxlayıb müştəri gözləyərkən bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi Nissan Sani markalı 42-329 dövlət qeydiyyat nişanlı avtomobili gətirmiş onun olduğu avtomobilin sol yan tərəfində saxlamış və ondan güya o, avtomobilini onun yerində saxladığını deyərək avtomobilini çəkməyini tələb etmiş və o, öz avtomobilini dəbərtmədiyi üçün Şaiq onunla mübahisə etməyə başlamış, sonra isə onu öz avtomobilinə mindirmək istədiyini və onu başqa yerə aparıb kənar yerdə mübahisəyə davam edəcəyini tələb etmiş və o, da Şaiqin idarə etdiyi avtomobilə minəndən sonra Şaiq Lənkəran rayoun Girdəni kəndi istiqamətdə avtomobilini sürüb bir ara küçəyə avtomobilini salmış və həmin yerdə yəni küçə kənarında avtomobili saxlayıb onunla birlikdə avtomobildən düşdükdən sonra ona yaxınlaşmış, ondan sonra onunla mübahisə edib ünvanına nalayiq sözlər deyəndə o da Şaiqə cavab qaytardığı üçün Şaiq onu tutub badalaq ataraq yerə yıxıdarkən Şaiqin əli onun başında olduğu üçün başını yerə çırpımış və o, yerdə olarknə sol böyrünə təpiklə zərbə vurmuş, ondan sonra onun özünə bir-iki nalayiq söyüşlər söymüş, daha sonra isə ondan üzr istəmiş və onu bağışladığını deyəndə o, Şaiqə ondan polisə şikayət edəcəyini demişdir. Bundan sonra Şaiq onu öz avtomobilinə mindirib «Ləvəngi» dairəsinə gətirmiş, o, Şaiqin avtomobilindən düşüb öz avtomobilinə minərək başı yerə çırpıldığı üçün Lənkəran RMX-na gəlib həkim müayinəsindən keçdikdən sonra Lənkəran ŞRPŞ-nə gəlib bu barədə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan ona tam həcmdə ödənilmiş, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə ərizə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 22--24-cü vərəqlərində olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 562 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol gicgah-təpə nahiyyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması, sol dirsək nahiyyəsində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə sol gicah-təpə nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 34-cü vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkuum edilməmişdir. Zərəçəkmiş şəxs MZərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdimiş edilmiş 06 iyul 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyanı tam həcmdə ödəmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı ödədiyindən cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, X1 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar