Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-317/2023 06.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlu və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Lerik rayonu Nücü kəndində ananadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, 3 uşaq anası, məhkum olunmayan, Lənkəran rayonu Bala Şürük kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 15 iyun 2023-cü il tarixdə, saat 17 radələrində Lənkəran rayonu, Bala Şürük kəndində yerləşən birgə yaşadıqları fərdi yaşayış evinin həyətində qaynanası Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə ilə bağlı mobil telefonla zəng edərək, qardaşına məlumat verməsindən əsəbləşərək, Zərərçəkmiş şəxs alt dodaq, alt çənə nahiyələrinə yumruqla qəsdən zərbə vuraraq, ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid alt dodaq nahiyəsində əzilmiş-cırılmış yara, alt dodaq-alt çənə nahiyəsində qançırdan ibarət xəsarətlər yetirərək, Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X3rluq cinayəti törətdiyinə görə 2021-ci il tarixdə həbs edilmişdir. Üç azyaşlı uşağı ilə birlikdə qaynanası Minəvvər və qaynatası Mübarizlə bir evdə yaşayır. Evləndiyi vaxtdan qaynanası Minəvvər evdə tez-tez səbəbsiz yerə onunla münaqişə yaradır, o isə evlilik həyatı dağılmasın deyə illər ərzində qaynanası Minəvvərə səbr etmişdir. Lakin son zamanlar Minəvvərin illər ərzində ona qarşı göstərdiyi münasibətə görə əsəbləri pozulmuşdur. 15 iyun 2023-cü il tarixdə saat 14 radələrində qaynanası Minəvvər həyətdə meyvə ağaclarına su verməyini bildirmişdir. Həmin vaxt işi olduğu üçün qaynanası Minəvvərə işini yekunlaşdırdıqdan sonra həyətdəki meyvə ağaclarına su verəcəyini demişdir. Qaynanası Minəvvər isə sözünə əməl etmədiyini deyib onunla mübahisə etməyə ünvanına nalayiq sözlər deməyə başlamışdır. Qaynanası Minəvvər daha sonra valideynlərinə mobil telefonla zəng edərək, onların ünvanına da nalayiq sözlər demişdir. Həmin gün təxminən saat 17 radələrində həyətdə evin kənar tərəfində paltar yuduğu zaman qaynanası Minəvvər ona yaxınlaşıb yenə də həyətdə ağaclara su verməyini deyib, ünvanına nalayiq sözlər demişdir. Qaynanası Minəvvərə onu rahat buraxmasını demişdir. Həmin vaxt qaynanası Minəvvər köynəyinin yaxasından tutub çəkməyə başlamışdır. Qaynanası Minəvvərə köynəyini buraxmasını desə də o buraxmamışdır. O da əsəbləşib qaynanası Minəvvərin çənə nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Gəlini Aysel üç azyaşlı uşağı ilə birlikdə onunla bir evdə yaşayır. Oğlu tutulduqdan bir müddət sonra gəlini Təqsirləndirilən şəxs Gərmətük qəsəbəsində gül əkini yerində gündəlik olaraq işləməyə başlamışdır. Aysel işə başladıqdan sonra xasiyyəti dəyişməyə və evdə tez-tez onunla mübahisə etməyə başlamışdır. Aysel yaşadıqları evi onun adına keçirtməyi tələb etmişdir. O isə bundan imtina etmişdir. Aysel evdə tez-tez müxtəlif bəhanələrlə ona və əri Mübarizə qarşı hörmətsizlik edir, onların ünvanına kobud sözlər demişdir. Onlar isə Ayseli sakitləşdirməyə çalışmışlar. 15 iyun 2023-cü il tarixdə saat 14 radələrində həyətdə meyvə ağaclarına su verdiyi zaman Ayseli çağırıb, ona yorulduğunu, gəlib su verməkdə ona kömək etməsini demişdir. Aysel ona demişdir ki, “sən və ərin iki nəfərsiz ölməsiz ki özünüz verin”. O da əsəbləşib Ayselə eyni formada cavab vermişdir. Aralarında yaranmış mübahisə zamanı Aysel ünvanına nalayiq sözlər deməyə başlamışdır. Həmin gün təxminən saat 17 radələrində o Ayselin sakitləşmədiyini görüb onun qardaşı Elçinə zəng edib, hərəkətləri barədə məlumat vermişdir. Aysel qardaşı Elçinin onun barəsində şikayət etdiyinə görə onu məzəmmət etmək üçün gəldiyini bilib ayağa qalxaraq ona qardaşı Elçinin evlərinə gəlməklə səhv etdiyini demiş və ünvanına nalayiq sözlər işlədərək yumruqla qəflətən çənə nahiyəsinin aşağı hissəsinə bir zərbə vurmuşdur. Yumruq zərbəsi nəticəsində üst dişi alt dodaq nahiyəsinə batmaqla dodağından xəsarət almış və qan axmağa başlamışdır. Hazırda gəlini ilə barışmış, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə ərizə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 28-29-cu vərəqlərində olan 18 iyun 2023-cü il tarixli baxış protokolundan görünür ki, hadisə Lənkəran rayonu Bala Şürük kəndində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs birgə yaşadıqları fərdi yaşayış evinin həyətində baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 17-18-ci vərəqlərində olan məhkəmə-tibb ekspertizasının 16 iyun 2023-cü il tarixli, 596 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zaman onun bədəni üzərində - alt dodaq nahiyəsində əzilmiş-cırılmış yara, alt dodaq-alt çənə nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 62-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdimiş edilmiş 06 iyul 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam həcmdə ödənmişdir, heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tam həcmdə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-317/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-317/2023
06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver