Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-318/2023 10.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 17:20 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1980-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Darquba kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Lənkəran rayonu Darquba kəndində yerləşən birgə yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ilə ailə münasibətləri zəminində yəni, Zərərçəkmiş şəxs əzab-əziyyətlə pul qazanması və bu halın onun vecinə olmamasını bildirməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı yumruğu ilə Zərərçəkmiş şəxs baş-ənsə nahiyyəsinə zərbə vurmaqla ona ənsə nahiyyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Müəyyən edilmişdir ki, münaqişə 1-2 dəqiqə davam etmiş, ora kənar şəxslər gəlməmiş, ictimai qayda pozulmamışdır. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 2007-ci ilin yanvar ayında onunla ailə həyatı qurmuşdur. Onunla birgə nikahdan 3 azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxs yeməkxanalarda qabyuyan işləyir. Özü isə rəsmi olaraq heç bir yerdə işləməsə də iş olanda fəhləlik edir. Spirtli içkilərin aludəçisi olmasa da toylarda, məclislərdə spirtli içki qəbul edir. xx.xx.2023-cü il saat 23 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadığı evə gələrək əzab-əziyyətlə pul qazanmasından gileylənərək narazılıq etmişdir. Bu səbəblə aşadığı evin daxilində, qonaq otağında aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı əsəbi olduğundan Zərərçəkmiş şəxs üz-baş və bədəninin müxtəlif nahiyələrinə . umruqla zərbə vurmuşdur. Aralarındakı mübahisə 1-2 dəqiqə ərzində davam etmişdir və mübahisə zamanı qardaşı Şahid yaxınlıqda olmuşdur. Mübahisə zamanı əlində və üzərində hər hansı əşya-predmet olmamışdır. Əvvəllər Zərərçəkmiş şəxs ilə arasında bir neçə dəfə mübahisə baş versə də ilk dəfə ona xx.xx.2023-cü il tarixində xəsarət yetirmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onunla birgə nikahdan 3 azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs spirtli içki aludəçisi olduğundan onunla yola getmir, evdə tez-tez əsassız mübahisələr etmişdir. Özü isə ailəsini dolandırmaq məcburiyyətində qaldığına görə yeməkxanalarda qabyuyan kimi işləyərək çörək pulu qazanmışdır. xx.xx.2023-cü il saat 23 radələrində Lənkəran rayonu Darquba kəndində yerləşən yaşadığı evə işdən gəldikdə əzab-əziyyətlə pul qazanmasından bunun Təqsirləndirilən şəxs vecinə olmamasından gileylənmişdir. Buna görə yaşadığı evin daxilində, qonaq otağında Təqsirləndirilən şəxsla arasında sözlə mübahisə baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs yumruq zərbəsi ilə onun üz-baş və bədəninin müxtəlif nahiyələrinə zərbə vurmuşdur. Aralarındakı mübahisə 1-2 dəqiqə ərzində yaşadığı evin daxilində davam etmişdir və qaynı Şahid yaxınlıqda olmuşdur. Özü Təqsirləndirilən şəxs heç bir zərbə vurmamışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs əlində hər hansı əşya-predmet olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən döyülməsi mütəmadi xarakter daşımamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən ziyan tamamilə ödənilmiş və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş iş üzrə Şahid təhqiqat zamanı verdiyi ifadəsində bildirilmişdir ki, “Təqsirləndirilən şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs spirtli içkilərin aludəçisidir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində spirtli içki qəbul edərək yaşadığı evdə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, yumruqla onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuşdur”. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən sadələşdirilmiş icraat materiallarının 18-20-ci vərəqlərində olan “Baxış keçirilməsi haqqında” 14 iyun 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Lənkəran rayonu Darquba kəndində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs birgə yaşadığı evdə baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 16-17-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli, 583 nömrəli məhkəmə ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - ənsə nahiyyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması aşkar edilmişdir. Oeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 39-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14 iyun 2023-cü il tarixli arayışından görünür ki, Şahid əvvəllər məhkum olunmamışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam həcmdə ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-318/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-318/2023
10.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver