Məhkəmə qərarları › İş №1(049)-319/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-319/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-319/2023 06.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Lənkəran rayonu Vilvan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Lənkəran rayonu Vilvan kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Təqsirləndirilən şəxs 11 iyun 2023-cü il tarixdə gecə saat 02 radələrində Lənkəran rayonu Vilvan kəndi ərazisindən keçən Lənkəran-Boradigah asfalt yolunun kənarında «Limon» marketin yaxınlığında küçədə kürəkəni Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yəni, əvvəllər aralarında olan dava-dalaşa görə bir-birilərindən ədavətli olduqları üçün baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən sillə və ardıyca yumruq zərbələri vuraraq ona alt dodaq nahiyəsində əzilmiş yara, sol gicgah nahiyəsində qançırdan ibarət və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Lənkəran rayonu Vilvan kəndində özünə məxsus fərdi yaşayış evində yaşayır. Yaşadığı kənddə hamı onu Vüsal kimi tanıyıb çağırsalar da onun əsil adı Yusifdir. Lənkəran rayonu Vilvan kəndində yaşayan Zərərçəkmiş şəxs onun bacısı Günay ilə 13 ildir ki, qeyri-rəsmi nikahdadır. Zərərçəkmiş şəxs bacısı Günay ilə birlikdə Lənkəran rayonu Vilvan kəndində özlərinə məxsus fərdi yaşayış evlərində yaşayırlar. Yeznəsi Amid ilə əvvəllər münasibətləri normal olmuş, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Lakin 2022-ci ilin təxminən oktyabr ayında o, qonşu olan Veravul kəndində küçədə qaynatasının evinə gedərkən yeznəsi Amidin kiçik qardaşı İlham onun onların küçəsindən keçdiyini düzgün formada anlamadığı üçün aralarında mübahisə olmuş və həmin mübahisə zamanı bir-biriləri ilə dalaşarkən bu zaman oraya gələn yeznəsi Amid onun tərəfini saxlamaq əvəzinə öz kiçik qardaşının tərəfini saxlayıb Amid də ona əl qaldırdığı üçün bir-biriləri ilə münasibətləri korlanmışdır. O, vaxtdan bəri bir-birilərini yaşadıqları kənddə görəndə bəzən Amid, bəzən də o, Amidə xoşa gəlməz sözlər demişlər. Sonuncu dəfə 11 iyun 2023-cü il tarixdə gecə saat 02 radələrində onun siqareti qurtardığı üçün yaşadığı Vilvan kəndində küçəyə çıxıb “Limon” marketin yaxınlığında olan Maisin ərzaq dükanından özü üçün siqaret aldıqdan sonra geri qayıdarkən və “Limon” marketin yanından keçərkən yeznəsi Zərərçəkmiş şəxs küçədə durub siqaret çəkdiyini görmüş və Amidin yanından keçərkən Amid onu görüb onun ünvanına xoşagəlməz söz dediyi üçün o, Amidə yaxınlaşıb dediyi sözü onun özünə qaytaranda Amidin ona əl qaldırmaq istədiyini görüb o, ilk öncə Amidin ağız nahiyəsinə bir sillə zərbəsi, sonra da ardıyca bir-iki yumruq zərbəsi vurmuş ondan sonra yoluna davam edib oradan uzaqlaşmışdır. O, Amidi “Limon” marketin yan tərəfində yol kənarında dalaşıb vurmuşdur. Həmin vaxtı orada o, və Amiddən başqa heç kim olmamışdır. Baş vermiş hadisə 3-5 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda, əməlindən peşmançılıq hissi keçirdiyini, iş üzrə zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınaraq, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Lənkəran rayonu Vilvan kənd sakini Təqsirləndirilən şəxs, yəni Vüsalı o, 13 ildir ki, Vilvan kənd sakini kimi tanıyır, həm də Yusif onun qaynıdır. Əvvəllər Yusif ilə münasibətləri normal olsa da, 2022-ci ilin oktyabr ayında Vüsal yəni, Yusif Veravul kəndində ondan kiçik olan qardaşı İlhamla dalaşan zaman qardaşı İlhamın üstünə bıçaq çıxardığı üçün o, həmin vaxtı Yusifi kəllə ilə vurub döymüş, Yusif də ondan şikayət etmiş, lakin sonda barışsalar da aralarında kin qalmışdır. O vaxtdan bəri Yusif onu kənddə görəndə ona atmacalı sözlər demiş, o, isə Yusifə əhəmiyyət verməmiş və Yusifdən uzaq olmağa çalışmışdır. 11 iyun 2023-cü il tarixdə gecə saat 02 radələrində yaşadığı evdə isti olduğu üçün küçəyə çıxmış və həmçinin Vilvan kəndində olan «Limon» marketdən özünə siqaret alıb marketin yan tərəfində siqaret çəkərkən, bu zaman içkili halda olan və onu görən qaynı Təqsirləndirilən şəxs ona yaxınlaşıb üstünə qəfildən cumaraq sifətinə ardıcıl olaraq yumruq zərbələri ağzına, çənəsinə və başına vurmuş, o, isə ona heç bir zərbə vurmamış, Yusif ona zərbələri vura-vura 2022-ci ilin oktyabr ayında ona kəllə zərbəsi vurmağının əvəzini çıxdığını demişdir. Ondan sonra Yusif ondan ayrılıb Lənkəran RMX-ya getmiş, onun da ağzından qan axdığı üçün o, DİN-in “102 xidməti”nə zəng edib bu barədə məlumat vermişdir. Baş vermiş mübahisə 3-5 dəqiqə davam etmişdir. Zərər çəkmiş şəxs Mirzəyev X3 Yusif Daxil oğlu ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını və barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında Şahid ifadəsində göstərdi ki, Lənkəran rayonu Vilvan kənd sakini Təqsirləndirilən şəxs onun böyük oğlu Zərərçəkmiş şəxs qaynıdır. Amid ilə Yusif əvvəllər yeznə-qayın kimi münasibətləri yaxşı olmuş, lakin bir neçə ay bundan əvvəl Yusif sərxoş vəziyyətdə onların məhəlləsində onun kiçik oğlu İlham ilə dalaşarkən İlhamın üstünə bıçaq çıxardığı üçün oğlu Amid onu vurmuşdur. Buna görə onlar Lənkəran ŞRPŞ-yə şikayət etmişlər və sonda yeznə-qayın olduqları üçün bir-biriləri ilə barışmışlar. 11 iyun 2023-cü il tarixdə gecə saat 04 radələrində oğlu Amid onun mobil telefonuna zəng edərək bildirmişdir ki, gecə saat 02 radələrində o, yaşadığı Vilvan kəndində özünə siqaret almaq üçün küçəyə çıxıb dükandan siqaret alıb kənarda çəkərkən, Yusif onunla rastlaşmış və onunla ədavətli olduğu üçün onu söyüb üstünə hücum çəkərək sifətinə bir neçə yumruq zərbəsi vuraraq onu döyməsini demişdir. Ondan sonra Amid polisə şikayət etmiş, sonra da Lənkəran RMX-ya getmişdir. O, bu xəbəri oğlu Amiddən eşitdikdən sonra yaşadığı evdən çıxıb Lənkəran RMX-ya gəldikdə oğlu Amidin ağzı-burun nahiyəsindən xəsarət aldığını görmüşdür. Oğlu Amid sonra ərizə ilə də Yusif tərəfindən döyülməyi barədə Lənkəran ŞRPŞ-yə şikayət etmişdir. İş materialında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 11 iyun 2023-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Lənkəran rayonu Vilvan kəndi ərazisindən keçən Lənkəran-Boradigah asfalt yolunun kənarında «Limon» marketin yaxınlığında olan yerdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 577 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində – alt dodaq nahiyəsində əzilmiş yara, sol gicgah nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Lənkəran şəhər Psixitariya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 1042 saylı arayışından görünür ki, Məmmədov X6 şəhər Psixitariya xəstəxanasında qeydiyyatda deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Lənkəran şəhər İHB-nın Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 iyun 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Məmmədov X6 rayonu, Vilvan kəndində arvadı X1 və uşaqları xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X4 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli tam sübuta yetirmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəlməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40, 43 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar