Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-32/2024 30.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Saat 11:50 xx.xx.1997-ci ildə Lənkəran rayonu, Şıxəkəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Lənkəran rayonu, Şıxəkəran kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 aprel 2023-cü il tarixdə, saat 11 radələrində “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus “”Chevrolet Cruze minik” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhərindən Gərmətük qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli, hərəkət təhlükəsizliyini təmin etməli olduğu halda, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinə əsasən, maksimum hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının tələblərinə uyğun olaraq avtomobili icazə verilən 40 km/saat sürətdən artıq idarə etməməli olduğu halda, həmin maddələrin tələblərini pozaraq, yəni avtomobili rayonun Sütəmurdov kəndi ərazisində 100 km/saat sürətlə idarə edib onunla eyni istiqamətdə yolun sağ səkisi ilə hərəkətdə olan piyadalar - Lənkəran rayonu, Sütəmurdov kəndi sakinləri xx xxxxxx 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 və xx xxxx 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 yanlarından hərəkətin təhlükəsizliyini təmin edib keçib getmək üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, bunlara əməl etməyib, sonuncuları avtomobilinin sol hissəsi ilə vurmuş, onun yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozması ehtiyatsızlıqdan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 canlı şəxslərdə həyat üçün təhlükəli olub, dərəcəsinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malik – beyin yarımkürəsinin alın nahiyəsində subaraxnoidal qansızma və hematoma, sol ənsə nahiyəsində dərialtı-subfasial hematoması kimi, Zərərçəkmiş şəxs1 sağ baldır sümüklərinin yerini dəyişmiş sınıqları, sol bud nahiyəsində əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərdi ki, özünə məxsus “Chevrolet Cruze minik” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2023-cü il tarixdə, saat təxminən 10 radələrində Lənkəran şəhərinə gəlmişdir. Lənkəran şəhərində olarkən istifadəsində olan mobil nömrəyə böyük qardaşı zəng edərək kiçik qardaşı Əliməmmədin atasına məxsus “VAZ 21074” markalı avtomobili kənd ərazisində sənədsiz idarə etdiyi üçün Lənkəran ŞRPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanıldığını və polis şöbəsinə aparıldığını bildirmişdir. O, bunu eşidən kimi Lənkəran rayonu, Gərmətük dairəsi ərazisinə getməkdən ötrü Sütəmurdov körpüsünü keçib avtomobilini sürətlə hərəkət etdirməyə başlamışdır. Həmin vaxtı onun sürəti saatda 100 km/saatdan çox olmuşdur. Hava yağmursuz olmuşdur. Saat təxminən 11 radələrində Sütəmurdov kəndində “Xəzər” marketi keçdikdən sonra yol sağa doğru istiqamətlənmişdir. Həmin yolu keçdikdən sonra əyləci sıxmış, avtomobilin sükanını sağa tərəf döndərmişdir. İdarə etdiyi avtomobil yolda sağa doğru sürüşmüşdür. Avtomobili səkiyə çıxaraq sol tərəfi hərəkətdə olduğu yolun sağ hissəsi ilə piyadalar üçün nəzərdə tutulmuş səki ilə piyada gedən bir qız və bir oğlana, daha sonra isə işıq dirəyinə dəyib üzü əks istiqamətə doğru dayanmışdır. Zərbənin təsirindən işıq dirəyi aşmışdır. Avtomobil dayandıqdan sonra o, avtomobilinin salonundan sol tərəfdə sonradan ad və soyadının Zərərçəkmiş şəxs1 olduğunu bildiyi şəxsin yerdə uzandığını görüb avtomobildən düşmək üçün avtomobilinin qapısını açmaq istəmişdir. Lakin qapı açılmadığı üçün sürücü hissədə olan pəncərəni yumruğu ilə vurub sındırmışdır. Pəncərədən çıxıb oğlanın avtomobilin altında deyil yanında olduğunu, sonradan ad və soyadının Zərərçəkmiş şəxs2 adlı şəxsin avtomobilinin arxa hissəsində yerdə uzandığını, Zərərçəkmiş şəxs1 alın nahiyəsindən qan axdığını görmüşdür. Zərərçəkmiş şəxs2 isə huşu özündə olmamışdır. Həmin vaxt oraya ətrafda olan şəxslər toplaşmış və onlardan təcili tibbi yardıma zəng vurmalarını istəmişdir. Ətrafda olanlardan bir neçəsi təcili tibbi yardıma zəng vurmuşlar. Bir neçə dəqiqədən sonra oraya təcili tibbi yardım briqadası, daha sonra isə polis əməkdaşları gəlmişlər. O, piyadaları avtomobili ilə vurduğu yeri göstərib baş verənləri polis əməkdaşlarına danışımışdır. Polis işçiləri hadisə yerinə baxış keçirib protokol tərtib etmişlər. O da protokolla tanış olub imzası ilə təsdiq etmişdir. Onu sərxoşluq müayinəsindən keçirmişlər. Baş vermiş yol-nəqliyyat hadisəsi onun ehtiyatsızlığı ucbatından olmuşdur. Yol nəqliyyat hadisəsi xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Lənkəran rayonu, Sütəmurdov kəndində üzü Gərmətük qəsəbəsi istiqamətində olan yolda “Xəzər” marketi keçdikdən sonra baş vermişdir. Yolnəqliyyat hadisəsinə qədər avtomobilinin surəti təqribən 100 km/saat sürətdən çox olmuşdur. O, döngəli yolu keçdikdən sonra sürəti yüksək olduğu üçün avtomobil sürüşərək yolun sağ səkisi ilə gedən piyadalara, sonra isə işıq dirəyinə dəyib dayanmışdır. Onun üçün təhlükə anı, yəni əyləci sıxmağı ilə piyadaları vurduğu yerə qədər olan məsafə təxminən 30 metr olmuş və 4-5 saniyə çəkmişdir. O, əyləci sıxıb sükanı sağa tərəf döndərsə də avtomobilinin sol hissəsi ilə piyadaları vurmaqdan yayına bilməmişdir. İdarə etdiyi avtomobillə piyadaları hərəkətdə olduğu yolun sağ ehtiyat hissəsində, səkinin üzərində vurmuşdur. Təqsirləndirilən şəxs son sözündə hadisədən sonra zərərçəkmiş şəxslərlə barışdığını, onlarla razılaşaraq vurulmuş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbi olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Sütəmurdov kəndində atasına məxsus evdə anası Qanuni nümayəndə, qardaşı Zərərçəkmiş şəxs1la birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə, saat təxminən 11 radələrində qardaşı Həsənlə birlikdə Sütəmurdov kəndində üzü Gərmətük qəsəbəsi istiqamətində yolun sağ ehtiyat hissəsi ilə piyada hərəkətdə olarkən arxadan yüksək sürətlə gələn avtomobil əyləci sıxmış, avtomobil yolun ortasında fırlanıb sürüşərək ehtiyat hissəyə çıxmış və avtomobilin sol hissəsi ona və birlikdə getdiyi qardaşı Həsənə çırpılmışdır. O, həmin vaxtı huşunu itirmişdir. Ayıldığında Lənkəran rayon mərkəzi xəstəxanasında olduğunu gormüşdür. Daha sonra onu Masallı rayonunda yerləşən bioloji təbabət klinikasına aparmışlar. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Sütəmurdov kəndində atasına məxsus evdə anası Qanuni nümayəndə, bacısı Əfsanə Kərimova ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə, saat təxminən 11 radələrində bacısı Əfsunə ilə birlikdə Sütəmurdov kəndində üzü Gərmətük qəsəbəsi istiqamətində yolun sağ ehtiyat hissəsi ilə piyada hərəkətdə olarkən arxadan yüksək sürətlə gələn avtomobil əyləci sıxmış, avtomobil yolun ortasında fırlanıb sürüşərək ehtiyat hissəyə çıxmış və avtomobilin sol hissəsi ona və birlikdə getdiyi qardaşı Həsənə çırpılmışdır. O, həmin vaxtı huşunu itirmişdir. Ayıldığında Lənkəran rayon mərkəzi xəstəxanasında olduğunu gormüşdür. Daha sonra onu Masallı rayonunda yerləşən bioloji təbabət klinikasına aparmışlar. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun övladlarıdırlar. Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində onlar müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Uşaqları Həsən və Əfsunə sağlamlıqlarının bərpası üçün Lənkəran rayon mərkəzi xəstəxanasında, Masallı rayonunda yerləşən bioloji təbabət klinikasında və Bakı şəhərində müalicə almışlar. Hal-hazırda Zərərçəkmiş şəxs1 və Kərimova X1 Kamran Namiq oğlu ilə barışmışlar, onlara dəymiş ziyan tam olaraq ödənilmişdir. Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi kimi nə onun, nə də Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq sonuncunun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə göstərdi ki, Zərərçəkmiş şəxs1 və Kərimova X1 Kamran Namiq oğlu ilə barışmışlar, onlara dəymiş ziyan tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq sonuncunun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX inspektoru vəzifəsində xidmət edir, polis baş serjantıdır. 21 aprel 2023-cü il tarixdə, saat 12 radələrində Lənkəran rayon mərkəzi xəstəxanasından rayonun Sütəmurdov kənd sakini Zərərçəkmiş şəxs1 yol-nəqliyyat hadisəsi nəticəsində sol budunun ön səthində kəsilmiş, didilmiş böyük həcmli qanlayan açıq yarası ilə xəstəxanaya daxil olması barədə Lənkəran ŞRPŞ-nin növbətçi hissəsinə məlumat daxil olmuşdur. Məlumatla bağlı istintaq-əməliyyat qrupunun tərkibində yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə, Lənkəran rayonu Sütəmurdov kəndinə getmişlər. Hadisənin baş verdiyi yer rayonun Sütəmurdov kəndi ərazisində, Gərmətük qəsəbəsi istiqamətində olan yolun “Xəzər” marketi təxminən 100 metr keçdikdən sonra olmuşdur. Həmin vaxtı rayonun Şıxəkəran kənd sakini Təqsirləndirilən şəxs məxsus “Chevrolet Cruze minik“ markalı **- BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ səkisindən sonra Lənkəran şəhəri istiqamətində dayanmışdır. Həmin yolun eni 10,4 metr, üzəri asfalt-beton örtüklü, yol iki zolaqlı, yolun hər iki tərəfində ehtiyyat hissə, yolda işıqlandırma sistemi olmuş, hər iki istiqamətdə yolun kənarında yaşayış evləri və tikililər yerləşmişdir. Yolda hərəkət sürəti 40 km/saat həddində təyin edilmişdir. Hadisə yerində yolun hərəkət hissəsi 5,2 metr olmuş, asfalt örtüyü quru olmuşdur. Hadisə yerində hər hansı nəqliyyat vasitəsindən sınma və ya dağılma izləri olmamışdır. Lakin yolun kənarında olan dirək aşmışdır. Hadisə yerində “Chevrolet Cruze minik” markalı **-BZ-*** dövlət qeydiyyat avtomobilə aid 25 metr uzunluğunda qoşa tormoz izi olmuş və sürücü özü də orada olmuşdur. Hadisə yerində ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 başqa bacısı Zərərçəkmiş şəxs2 da yol nəqliyyat hadisəsi zamanı müxtəlif bədən xəsarətləri almış və hər ikisi Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilmişlər. Təqsirləndirilən şəxs hadisə zamanı avtomobili ilə piyadaları vurduğu yeri və piyadaları vurduqdan sonra avtomobilinin durduğu yeri göstərərək bildirmişdir ki, 21 aprel 2023-cü il tarixdə, saat 11 radələrində idarə etdiyi “Cehrolet Cruze minik” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhəri istiqamətindən Gərmətük qəsəbəsi istiqamətində yüksək sürətlə hərəkətdə olarkən “Xəzər” marketi keçdikdən sonra qarşısına “VAZ 2106” markalı avtomobil çıxmış, bunun üçün əyləci sıxaraq sükanı sağa tərəf döndərmiş, sürəti yüksək olduğu üçün idarə etdiyi avtomobil asfalt üzərində sürüşərək yolun sağ səkisi ilə hərəkətdə olan piyadaları vurmuşdur. Piyadaları vurma Gərmətük qəsəbəsi istiqamətində asfalt örtüyünün başlanğıcından 0,7 metr məsafədə yolun sağ səkisinin üzərində baş vermişdir. Hadisə zamanı “Chevrolet Cruze minik” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs heç bir bədən xəsarəti almamışdır. Daha sonra Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirilmiş və hadisə zamanı alkoqol sərxoşluğu vəziyyəti olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş: 21 aprel 2023-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Lənkəran rayonu Sütəmurdov kəndində baş vermiş, yol nəqliyyat hadisəsini törətmiş “Chevrolet Cruze minik” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Gərmətük kəndi istiqamətində yolun sağ səkisinin kənarında üzü əks istiqamətdə daynmışdır. Həmin yol 10,4 metr enində, üzəri asfalt-beton örtüklü olmaqla iki zolağlıdır, yolun sağ və sol tərəfində yol səkisi vardır, yol şəhər elektrik işığı ilə işıqlandırılmış, yolun sağında və solunda fərdi yaşayış evləri və torpaq sahələri yerləşir. Yolda sürət həddi 40 km/saat təyin edilmişdir. Hadisə yerində yol düz olmaqla, yolun hərəkət hissəsi 5,2 metr, asfalt örtüyü quru olmuşdur. Piyadanı vurma Gərmətük kəndi istiqamətində sağ asfalt örtüyünün başlanğıcından 0,7 metr məsafədə səkidə baş vermişdir. “Chevrolet cruze minik” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisədən öncə texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Baxış aydın, yağmursuz hava şəraitində təbii işıqlandırma altında həyata keçirilmişdir. Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 24 may 2023-cü il tarixli, 8/1324 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən, “Chevrolet Cruze markalı”, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 40 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 575 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində beyin yarımkürəsinin alın nahiyəsində subaraxnoidal qansızma və hematoma, sol ənsə nahiyəsində dərialtı-subfasial hematoma aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan minik avtomaşının qabarıq hissələri ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 576 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sağ baldır sümüklərinin yerini dəyişmiş sınıqları, sol bud nahiyəsində əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan minik avtomaşının qabarıq hissələri ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. xx.xx.2023-cü il tarixli, 87 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı alkoqol sərxoşluq vəziyyəti aşkar olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi “Chevrolet Cruze minik” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üçün əhəmiyyət kəsb edə biləcəyinə görə maddi sübut kimi tanınmışdır. DİN-nin BDYPİ-nin Lənkəran RQİ və TBŞ-nin xx.xx.2023-cü il tarixli, 2-7529/2023 saylı məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Lənkəran rayonu Şıxəkəran kənd sakini xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına xx.xx.2018-ci il tarixdə “BC” kateqoriyalı AE-439817 saylı sürücülük vəsiqəsinin verildiyi, sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuşdur. Chevrolet Cruze markalı avtomobili idarə edə bilər. 06 iyul 2023-cü il tarixli, 1076 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasından qeydiyyatda deyil. Azərbaycan DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Qətimkan tədbinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Lənkəra ŞİHB-nin Şıxəkəran KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Şıxəkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda valideynləri və qardaşı ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xaraterizə olunur. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Kərimova X1 Kamran Namiq oğlu ilə barışmışlar, onlara dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 43.1 və 43.1.2-ci maddəsinə görə məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslərlə barışmasını və onlara dəymiş ziyanı aradan qaldırmasını nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı, bu əməldə inzibati xəta tərkibinin əlamətləri olduqda Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməlidir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə hesab edir ki, hazırkı halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 328.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran ŞRPŞ-nin X4 Bölməsinə göndərilməlidir. CPM-nin 346.1.19-cu maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında maddi sübutlar məsələsinin necə həll edilməli olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar aşağıdakıları qeyd edir: CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “Chevrolet Cruze minik” markalı **- BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə məhkəmə məsrəflərinin tutulması ilə əlaqədar aşağıdakılar qeyd edir: CPM-nin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2023-cü il tarixli, 8/1324 nömrəli rəyinə əlavə olunmuş bildirişdən görünür ki, ekspertiza tədqiqatlarının dəyəri 85(səksən beş) manat müəyən olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-сi bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Maddi sübut - “Chevrolet Cruze minik” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 328.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X4 Bölməsinə göndərilsin. Qərardan, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-32/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-32/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver