Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-32/2025 17.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat 12:35 xx.xx.1979-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Lənkəran Rayon Məhkəməsinin 1(049)-417/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib barəsində 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılaraq 02 il 06 ay hesablanmış və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)- 1464/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə 03 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmış və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Lənkəran şəhəri H.Abdullayev küçəsində yerləşən yataqxanada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan, qanunsuz olaraq 21 avqust 2024-cü il tarixdə, Lənkəran şəhəri, Səttarxan küçəsində tanışı Şahid4 öz istifadəsi üçün, xeyli miqdarda, bir ədəd gümüşü rəngli kağızda təmiz çəkisi-0,306 qram psixotrop maddə olan metamfetamini 10 manat pulun müqabilində almaqla əldə edərək üzərində saxlayaraq daşımış və 21 avqust 2024-cü il tarixdə saat 19:10 dəqiqədə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, H.Abdullayev küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq üstünə baxış keçirilən zaman həmin bir ədəd gümüşü kağıza bükülmüş psixotrop maddə olan metamfetamin əynində olan şalvarının sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Lənkəran şəhərində yaşayır. Uzun müddətdir ki, psixotrop maddə olan metamfetamindən qəbul edir. Adətən istifadəsi üçün psixotrop maddə olan metamfetamini Lənkəran şəhərində tanımadığı müxtəlif şəxslərdən almışdır. Onu polis əməkdaşları 21 avqust 2024-cü il tarixdə Lənkəran şəhəri Kirov küçəsində saxlasalar da, əməliyyat çəkilişi H.Abdullayev küçəsində həyata keçirilib. Onun üzərində heç bir psixotrop maddə olmamışdır. Onu polis əməkdaşları Lənkəran ŞRPŞ-yə aparmışlar. Onun cibinə psixotrop maddə metamfetamini polis əməkdaşları qoyublar. O, keçmiş məhkum yoldaşı Şahid4 heç bir psixotrop maddə almamışdır. Şahid4la onun arasında heç bir üzləşdirmə keçirilməmişdir. Polis əməkdaşları onu döyərək üzərində psixotrop maddə olmadığı halda ona istinad edilən cinayət əməlini etiraf eləməyə məcbur etmişlər. Döyülməyi barədə nə müdafiəçisinə, nə də digər şəxslərə və orqanlara məlumat verməmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü narkotik vasitələrin istifadəçisi kimi təqsirli bildiyini, lakin ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında dövlət itthamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ailəsi ilə birlikdə Lənkəran şəhərində yaşayır. Uzun müddətdir ki, psixotrop maddə olan metamfetamindən qəbul edir. Adətən istifadəsi üçün psixotrop maddə olan metamfetamini Lənkəran şəhərində tanımadığı müxtəlif şəxslərdən alır. 21 avqust 2024-cü il tarixdə Lənkəran şəhəri, Səttarxan küçəsində tanışı Şahid4la rastlaşdıqda ondan öz istifadəsi üçün psixotrop maddə olan metamfetamin satmasını istəmiş, Rasimin də metamfetamin qəbul etdiyini və özündə metamfetamin olacağını düşünmüşdür. Rasim də özündə olan metamfetamin bükümlərindən bir bükümünü 10 manat pulun müqabilində ona vermişdir. Rasimdən aldığı 01 ədəd bükümdə metamfetamini daha sonra istifadə etmək məqsədi ilə əynindəki şalvarının sol yan cibinə qoymuşdur. 21 avqust 2024-cü il tarixdə, saat 19:10-da Lənkəran şəhəri, H.Abdullayev küçəsində olduğu zaman mülki geyimdə olan bir neçə nəfər şəxs ona yaxınlaşmış, özlərini təqdim edib, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını demişlər. Ona psixotrop maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə onlarda məlumatların olduğunu deyib, hadisə yerində üzərini yoxlamışlar. Ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu halda təqdim etməsini təklif etmişlər. O da şalvarının sol yan cibindən 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini və şalvarının arxa sağ cibindən isə 01 ədəd “Nokia” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra üzərində aşkar edilmiş həmin bükümə baxış keçirilmiş və içərisində psixotrop maddə olan metamfetamin olduğu müəyyən olunmuşdur. Daha sonra həmin büküm tərəzidə çəkilərək qablaşdırılmış və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. O da həmin zərfə imza etmişdir. Daha sonra həmin bükümü kimdən əldə etməyi şifahi olaraq onda soruşulmuş, o da həmin psixotrop maddəni 10 manat pulun müqabilində Lənkəran şəhəri, Səttarxan küçəsində “Rasim” adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Lənkəran ŞRPŞ-nin inzibati binasında onu şübhəli şəxs kimi tutulması elan edib və onun üçün müdafiəçi dəvət etmişlər. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmiş, ona qarşı hansısa qanunsuzluq edilməmişdir. Özü narkotik vasitə istifadəçisidir. Narkotik vasitələrin satışı ilə məşğul olmur. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis baş leytenantı rütbəsindədir. Lənkəran şəhəri, A.Mahmudov küçəsi ev 104-də qeydiyyatda olmaqla Lənkəran şəhəri H.Abdullayev küçəsində yerləşən yataqxanada yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatı icra olunmasından ötrü şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən adı qeyd olunan şəxsin cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmiş, Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Liman PB-nin polis nəfəri, polis serjantı Şahid3 isə qrupun üzvləri olmuşlar. 21 avqust 2024-cü il tarixdə, saat 19:10 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, H.Abdullayev küçəsində olmasını müşahidə etmişlər. Sonra videoçəkiliş vasitəsi ilə ona yaxınlaşaraq özlərini təqdim etmiş, ona üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə gəzdirməsində şübhələr olduğundan üstünün yoxlanılmasını bildirmişlər. Ona barəsində əməliyyat məlumatının olduğunu və narkotik vasitələr və ya psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasını izah etdikdən sonra, üstündə qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. O da əynində olan şalvarın sol cibindən 01 ədəd gümüşü kağıza bükülmüş bükümü təqdim etmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdə onun 0,43 qram olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ arxa cibindən isə 01 ədəd “Nokia” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş həmin 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini 10 manat pul müqabilində Lənkəran şəhəri, Səttarxan küçəsində yaşayan “Rasim” adlı şəxsdən öz istifadəsi üçün almışdır. Bundan sonra üstündə şəxsi axtarış aparılmış və başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra həmin büküm zərfdə qablaşdırılaraq DİN-in 135 saylı möhürü ilə möhürlənmişdir. Axtarış zamanı aşkar olunmuş 01 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra həmin videoçəkiliş tərtib olunmuş protokola əlavə edilməsindən ötrü DVD diskə köçürülmüşdür. Bundan sonra yoxlama zamanı əldə edilmiş 01 ədəd zərfdə qablaşdırılmış büküm, 01 ədəd “Nokia” markalı mobil telefon və 01 ədəd DVD disk aidiyyəti üzrə qərar qəbul edilməsindən ötrü raportla şöbə rəhbərliyinə məruzə olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddənin mənbəyi Lənkəran rayonu Mamusta kəndində qeydiyyatda olan və Lənkəran şəhəri Səttarxan küçəsində yaşayan Şahid4dur. Lakin, Şahid4 həmin psixotrop maddəni haradan və ya kimdən əldə etməsi barədə heç bir məlumat əldə etmək mükün olmamışdır. Məhkəmə istintaqında Şahid3 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Şahid2 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, xidməti iş yerinin dəyişdirilməsi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini göstərmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis leytenantı rütbəsindədir. Lənkəran ŞRPŞ-nin CAB-yə Lənkəran şəhəri, A.Mahmudov küçəsi ev 104-də qeydiyyatda olmaqla Lənkəran şəhəri H.Abdullayev küçəsində yerləşən yataqxanada yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Belə ki, daxil olmuş əməliyyat məlumatı icra olunmasından ötrü şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən adı qeyd olunan şəxsin cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 etmiş, o və Liman PB-nin polis nəfəri, polis serjantı Şahid3 isə qrupun üzvləri olmuşlar. 21 avqust 2024-cü il tarixdə, saat 19:10 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, H.Abdullayev küçəsində olmasını müşahidə etmişlər. Sonra videoçəkiliş vasitəsi ilə ona yaxınlaşaraq özünü təqdim etmiş, ona üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə gəzdirməsində şübhələr olduğundan üstünün yoxlanılmasını bildirmişlər. Ona barəsində əməliyyat məlumatının olduğunu və narkotik vasitələr və ya psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasını izah etdikdən sonra, üstündə qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynində olan şalvarın sol cibindən 01 ədəd gümüşü kağıza bükülmüş bükümü təqdim etmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdə onun 0,43 qram olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ arxa cibindən isə 01 ədəd Nokia markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş həmin 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini 10 manat pul müqabilində Lənkəran şəhəri Səttarxan küçəsində yaşayan Rasim adlı şəxsdən öz istifadəsi üçün almışdır. Bundan sonra üstündə şəxsi axtarış aparılmış və başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra həmin büküm zərfdə qablaşdırılaraq DİN-in 135 saylı möhürü ilə möhürlənmişdir. Axtarış zamanı aşkar olunmuş 01 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra həmin videoçəkiliş tərtib olunmuş protokola əlavə edilməsindən ötrü DVD diskə köçürülmüşdür. Bundan sonra yoxlama zamanı əldə edilmiş 01 ədəd zərfdə qablaşdırılmış büküm, 01 ədəd nokia markalı mobil telefon və 01 ədəd DVD disk aidiyyəti üzrə qərar qəbul edilməsindən ötrü raportla şöbə rəhbərliyinə məruzə olunmuşdur. Məhkəmə iclasında videokonfrans əlaqə sistemi vasitəsilə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməyərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsindən tanıyır. Azadlığa çıxdıqdan sonra Nadirlə bir neçə dəfə telefon əlaqəsi olmuşdur. İbtidai istintaq zamanı şahid qismində verdiyi ifadəni təzyiq altında vermişdir. O, Təqsirləndirilən şəxs psixotrop maddə satmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddə satması barədə ifadə verəcəyi halda sərbəst buraxılacağı ilə bağlı polis əməkdaşlarının ona verdiyi vədə inanmışdır. Onların arasında üzləşdirmə keçirilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 21 avqust 2024-cü il tarixdə saat 19:10-da saxlanılmış, həmin gün saat 19:40-da şübhəli şəxs qismində tutulmuşdur. 21 avqust 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 21 avqust 2024-cü il tarixdə saat 19:10-da Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, H.Abdullayev küçəsində olan zaman saxlanılmış, üstünün yoxlanılması aparılmışdır. Yoxlanış başlandıqda əvvəlcə Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və s. vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və sağ arxa cibindən isə 1 ədəd mobil telefon çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdə kütlənin psixotrop maddə metamfetamin olduğunu, psixotrop maddə metamfetamin qəbul etdiyini, üzərindən aşkar edilmiş 1 ədəd bükümü tanışı Şahid4 istifadəsi üçün 10 manata aldığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 1 ədəd bükümdən başqa üzərində qanunla qadağan edilmiş başqa hər hansı maddə, predmet olmadığını bildirdi. Bundan sonra onun üzərində keçirilən axtarış zamanı üzərindən başqa hər hansı əşya, predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş metadon həbinə bənzər həblər elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0,43(sıfır tam yüzdə qırx üç) qram oldu. Həmin metamfetaminə bənzər kütlə ekspertizaya təqdim olunması məqsədi ilə zərfdə qablaşdırıldı və DİN-nin 135 saylı möhürü ilə möhürləndi. Məlum hərəkətlər videogörüntüyə alınaraq DVD diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 22 avqust 2024-cü il tarixli 19/616 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi:-0,306 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. 22 avqust 2024-cü il tarixli 786 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. 22 avqust 2024-cü il tarixli 654 nömrəli məhkəmə narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğuldur və 21 avqust 2024cü il tarixdə Şahid4 10 manat pulun qarşılığında 01 ədəd psixotrop maddə olan metamfetamin almışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatına heç bir məlumat daxil olmamışdır. 23 avqust 2024-cü il tarixli Təqsirləndirilən şəxs və Şahid4 arasında keçirilmiş “üzləşdirmə”dindirmə protokolundan görünür ki, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs 21 avqust 2024-cü il tarixdə Şahid4 ona 10 manat pulun qarşılığında psixotrop maddə satdığını bildirmişdir. Şahid4 da həmin xüsusatları təsdiq etmişdir. Bu da bir daha təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərini sübut edir. Lənkəran rayonlararası psixiatriya xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada hər hansı bir diaqnozla qeydiyyatda durmur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib barəsində 03 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə AR MM-nin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılaraq 02 il 06 ay hesablanmış və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu ödənilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 4(049)-135/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 avqust 2024-cü il tarixdən hesablanmışdır. Lənkəran Rayon Məhkəməsinin 1(049)-417/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib barəsində 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-1464/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 03 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi -0,306 qram olan 01 ədəd bükümdə psixotrop maddə metamfetamin və iş üzrə 01 ədəd DVD diskdə olan videogörüntü maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,256 qram olan 01 ədəd bükümdə psixotrop maddə metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmişdir. CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin və müdafiə tərəfinin çıxışının «təqsirləndirilən şəxsin üzərində hər hansı psixotrop maddə metamfetamin olmaması, onun polis əməkdaşları tərəfindən döyülərək üzərinə psixotrop maddə metamfetamin qoyulması», habelə ibtidai istintaq zamanı Şahid4 Təqsirləndirilən şəxs əleyhinə ifadə verməyə məcbur edilməsi barədə ifadə və çıxışlarına qiymət verərək hesab edir ki, həmin ifadələr özünümüdafiə xarakterli olmaqla təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və Təqsirləndirilən şəxs satış məqsədi olmadan psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlamaqla daşıması cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokol və ona əlavə edilmiş videoçəkiliş, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi təsdiqedici ifadə ilə yanaşı, şahidlərin ifadələri, üzləşdirmə protokolu, habelə məhkəmə-kimyəvi, məhkəmə-narkoloji və məhkəmə tibb ekpertiza rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi, onun barəsində fiziki zor tətbiq edilməsi ilə bağlı ifadəsinə, həmçinin bu barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər də iş materiallarında olan sənədlərlə və məhkəmə tibb ekspertiza rəyi ilə təkzib olunur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, o, ibtidai istintaq zaman daha inandırıcı ifadə vermiş, məhkəmə istintaqı zamanı isə cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, İlqar Şükürova elan edilmiş ittiham üzrə ona bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, Təqsirləndirilən şəxs əməlini yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən və cəzanı ağırlaşdıran halı, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 65.2-ci maddəsinin (CM-nin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.) tələbi baxımından ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından aşağı olmayan cəzanın təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 21 avqust 2024-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 1 ədəd bükümdə 0,256 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalan Lənkəran ŞRPŞ-də saxlanılan 1 ədəd bükümdə 0,256 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-32/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-32/2025
17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver