Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-320/2023 17.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:00 Lənkəran Rayon Məhkəməsinin hakimi: Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Lənkəran rayonu, Şıxəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Şıxəkəran kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Lənkəran rayonu Şıxakəran kəndində yerləşən birgə yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs aralarında baş vermiş mübahisə zamanı yumruğu ilə Zərərçəkmiş şəxs göz və döş qəfəsi nahiyələrinə zərbə vurmaqla sonuncunun sağ göz almasına yayılmış qansızma, sağ göz qapaqları-gözaltı, döş qəfəsi nahiyələrində qançırlar əmələ gəlməsi ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Müəyyən edilmişdir ki, ora kənar şəxslər gəlməmiş, ictimai qayda pozulmamışdır. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs arvadıdır. 2019-cu ildə Vəfa ilə ailə həyatı qurmuş və bir yerdə yaşamaqla 2 övladları vardır. Ailə qurandan sonra xasiyyətləri uyğun gəlmədikləri üçün aralarında ailə-məişət münasibətləri zəminində mübahisələri olmuşdur. 15 iyun 2023-cü il tarixdə o, işdən evə gələn zaman bazarlıq etməklə 3 ədəd banan da almışdır. Bananlardan ikisini uşaqlarına və birini də anasına vermişdir. Buna görə Vəfa ondan küsmüş və deyinməyə başlamışdır. Buna görə aralarında sözlə mübahisə başlamış və Vəfa fincanı onun üstünə atmışdır. O da əsəbləşdiyindən yumruqla Vəfanın sağ göz nahiyyəsinə bir zərbə vurmuşdur. Bundan sonra Vəfadan çəkinmiş və o da anasına zəng edib münaqişə barədə ona xəbər vermişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Vəfanın anası evinə gəlmiş, evdə aralarında sözlə mübahisə olmuş, Vəfa onu təhqir etdiyindən o da sözlə onu tüfənglə öldürəcəyi ilə hədələmişdir. Ancaq konkret olaraq onda tüfəng olmamış və hazırda da yoxdur. Onun Vəfanı öldürmək fikri olmamış, Vəfa polisə şikayət etmək istədiyinə görə onu sözlə hədələmişdir. Münaqişə yaşadıqları evdə baş vermiş, orda kənar şəxslər olmamışdır. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və birgə nikahlarından 2 övladı vardır. Ailə qurandan sonra xasiyyətləri uyğun gəlməmiş, Emil hər dəfə evdə yersiz münaqişələr yaratmış, onu söymüş, hər bir ailə-məişət hadisəsini problemə çevirmiş, onun əlindən evində rahat yaşaya bilməmişdir. O, 2 azyaşlı uşaqlarına görə çətinliklərə dözüb ailəsinin dağılmasını istəməsə də, lakin Emil yenə də hərəkətlərini davam etmişdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində evdə olan zaman ev üçün bazarlıq edən Emil 3 ədəd banan da almışdır. Emil həmin bananları uşaqlarına və anasına vermişdir. O da Emilə irad tutaraq hamıya banan aldığı halda onun üçün niyə almadığını soruşmuşdur. Buna görə Emil əsəbləşmiş, ona “sən ananla birləşib mənim haqqımda danışırsız” sözlərini demişdir. Münaqişə zamanı Emil ona hücum çəkib yumruqla göz nahiyyəsindən bir zərbə vurmuş və zərbənin təsirindənh özünü itirmişdir. Münaqişə yerində kənar şəxslər olmamış, münaqişədən sonra anası ora gəlmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən ziyan tamamilə ödənilmiş və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızı, Təqsirləndirilən şəxs isə kürəkənidir. Hazırda aralarında münasibətlər yaxşı deyil. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Emil evdə münaqişə yaradıb Vəfanı döymüşdür. Vəfa ona bu barədə deyəndən sonra o, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Vəfanın evinə getmişdir ki, onları sakitləşdirsin. Emil isə yenə də həmin mübahisəyə görə Vəfanı tüfənglə öldürəcəyi ilə hədələmişdir. Lakin həmin vaxt ona xəsarət yetirməmiş və real olaraq tüfənglə onu hədələməmiş, onun əlində tüfəng olmamışdır. Yalnız sözlə hədələmişdir. Bu səbəbdən Vəfa 102 xidmətinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən sadələşdirilmiş icraat materiallarının 16-23-cü vərəqlərində olan “Baxış keçirilməsi haqqında” 17 iyun 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Lənkəran rayonu, Şıxəkəran kəndində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs birgə yaşadığı evdə baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 16-23-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli, 601 nömrəli məhkəmə ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sağ göz almasına yayılmış qansızma, sağ göz qapaqları-gözaltı, döş qəfəsi nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 42-ci vərəqəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam həcmdə ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmişə dəyən ziyan tam ödənildiyindən və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-320/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-320/2023
17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver