Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-321/2023 18.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs - mülki iddiaçı - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs X5 və onun müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat: 16:40 xx xxxxxx 1963-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-131/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)- 92/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 05 ay 28 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri, Məhəmməd ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu qaydalarının tələbləri ilə həvəskar balıq ovu üçün 1 nəfərin istifadəsi üçün diametri 0,5 metrdən kiçik 1 ədəd domcadan istifadə etməli və ovuna icazə verilən şamayı və qarasol balıqlarının minimum ölçüsünün (şamayı balığı üçün 19 sm, qarasol balığı üçün isə 17 sm ) olduğu halda həmin tələbləri pozaraq qanunsuz balıq tutmaq məqsədi xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində Lənkəran çayının Lənkəran şəhəri ərazisindən keçən hissəsinə gəlib 1 ədəd diametri 115 sm, uzunluğu 190 sm olan balıqovlama vasitəsi sayılan domcadan istifadə etməklə həmin gün saat 23:45 radələrinə qədər qeyd edilən ərazidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli 146 saylı qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər bioresurslarının qeyri-qanuni ovuna görə cərimələr”də qeyd olunmuş cədvələ əsasən, hər biri 33 manat təşkil edən, ölçüləri 12-16 sm aralığında dəyişən 27 ədəd şamayı və hər biri 11 manat təşkil edən, ölçüləri 13-16 sm aralığında dəyişən 20 ədəd qarasol balıqlarını qanunsuz tutaraq xeyli, yəni 1111 (bir min yüz on bir) manat ziyan vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs X5 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 26 aprel 2023-cü il tarixində təxminən saat 22 radələrində balıq tutmaq məqsədi ilə Lənkəran çayının, Lənkəran şəhəri ərazisindən keçən hissəsində çay sahilinə gəlmişdir. O, özünə məxsus olan balıqovlama vasitəsi sayılan kapron sapdan toxunmuş, gözlərinin ölçüsü 16x16 mm olan balıqovlama vasitəsi sayılan 1 ədəd domcadan istifadə edərək Lənkəran çayının Lənkəran şəhəri ərazisindən keçən hissəsindən təxminən saat 23 radələrinə kimi balıq tutmuşdur. Təqsirləndirilən şəxs tutduğu balıqları da götürüb çaydan sahilə çıxan zaman Su NPİ-nin Lənkəran XPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, Lənkəran çayından balıq tutmaq üçün rəsmi icazənin olduğunu bilməmiş, lakin qida əldə etmək üçün Lənkəran çayının, Lənkəran şəhəri ərazisindən keçən hissəsindən su sahəsinə daxil olaraq balıq ovu etmişdir. Bundan sonra, polis əməkdaşları onu özünə məxsus kapron sapdan toxunmuş, gözlərinin ölçüsü 16x16 mm olan 1 ədəd domca adlanan balıqovlama vasitəsini və həmin domca adlanan balıqovlama vasitəsi ilə qanunsuz tutduğu balıqlar ilə birlikdə Lənkəran XPŞ-yə apararaq, orada onlara baxış keçirilmiş, bu barədə protokol tərtib olunmuş və videokameraya çəkilmişdir. Tərtib olunmuş protokola imza etmişdir. Balıqovlama vasitəsi sayılan kapron sapdan toxunmuş, gözlərinin ölçüsü 16x16 mm olan 1 ədəd domca adlanan ov vasitəsini və həmin domca vasitəsi ilə ovladığı 47 ədəd müxtəlif növə aid balıqlar maddi subut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs X2 sözündə bildirdi ki, hər iki ayaqlarının iltihablaşması ilə bağlı hərəkət edə bilmədiyini, daim müayinə və müalicə aldığını, xəstəliyi ilə bağlı bir neçə dəfə əməliyyat olunsa da, səhhətinin gündən-günə pisləşməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Mülki iddianı qəbul edir. Maddi imkanı olmadığı üçün hazırda dəymiş ziyanı ödəyə bilmir. Gələcəkdə hissə hissə ödəyəcəkdir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs və mülki Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə ifadəsində bildirdi ki, törədilmiş cinayət əməli nəticəsində 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 1111 manat ziyan dəymişdir. Hazırki vaxtadək vurulmuş ziyandan ödəniş edilməmişdir. Mülki iddianı müdafiə edir və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, X7 İdarəsinin X9 şöbəsində polis nəfəri vəzifəsində işləyir. 26 aprel 2023-cü il tarixdə saat 23:45 radələrində X7 idarəsinin X9 şöbəsinin əməkdaşları ilə birlikdə Lənkəran çayının Lənkəran şəhəri ərazisindən keçən hissəsində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs kapron sapdan toxunmuş, gözlərinin ölçüsü 16x16 mm olan 1 ədəd domca adlanan ov vasitəsi, həmin domca ilə ovladığı 47 ədəd müxtəlif növ balıqlar aşkar edilib götürülərək sənədləşdirilməsi üçün Su NPİ-nin Lənkəran XPŞ-yə gətirmişlər. Lənkəran XPŞ-də sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, maddi vəziyyəti ağır olduğu üçün məcburiyyət qarşısında qalıb qida əldə etmək məqsədi ilə Lənkəran çayının Lənkəran şəhəri ərazisindən keçən hissəsinin su sahəsinə icazəsiz daxil olaraq 1 ədəd domca adlanan ov vasitəsi ilə 47 ədəd müxtəlif növ balıqları rəsmi icazəsi olmadan Lənkəran çayından qanunsuz tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Lənkəran çayının Lənkəran şəhəri ərazisindən keçən hissəsinin su sahəsindən balıqovlama bileti olmadan, yəni balıq ovu etməsi üçün heç bir rəsmi icazəsi olmadan balıqları qanunsuz tutmuşdur. Lənkəran XPŞ-də baş vermiş hadisə ilə əlaqədar olaraq “Samsung” markalı videokamera vasitəsi ilə qanunsuz tutulmuş balıqlara və balıqovlama vasitələrinə baxış keçirilib müvafiq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən protokolun doğruluğu imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Rəfail oğlu şahid qismində dindirilmiş Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 26 aprel 2023-cü il tarixdə saat 23:45 radələrində X7 idarəsinin X9 şöbəsinin əməkdaşları ilə birlikdə Lənkəran çayının Lənkəran şəhəri ərazisindən keçən hissəsində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs kapron sapdan toxunmuş, gözlərinin ölçüsü 16x16 mm olan 1 ədəd domca adlanan ov vasitəsi, həmin domca ilə ovladığı 47 ədəd müxtəlif növ balıqlar aşkar edilib götürülərək sənədləşdirilməsi üçün Su NPİ-nin Lənkəran XPŞ-yə gətirmişlər. Lənkəran XPŞ-də sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, maddi vəziyyəti ağır olduğu üçün məcburiyyət qarşısında qalıb qida əldə etmək məqsədi ilə Lənkəran çayının Lənkəran şəhəri ərazisindən keçən hissəsinin su sahəsinə icazəsiz daxil olaraq 1 ədəd domca adlanan ov vasitəsi ilə 47 ədəd müxtəlif növ balıqları rəsmi icazəsi olmadan Lənkəran çayından qanunsuz tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Lənkəran çayının Lənkəran şəhəri ərazisindən keçən hissəsinin su sahəsindən balıqovlama bileti olmadan, yəni balıq ovu etməsi üçün heç bir rəsmi icazəsi olmadan balıqları qanunsuz tutmuşdur. Lənkəran XPŞ-də baş vermiş hadisə ilə əlaqədar olaraq “Samsung” markalı videokamera vasitəsi ilə qanunsuz tutulmuş balıqlara və balıqovlama vasitələrinə baxış keçirilib müvafiq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən protokolun doğruluğu imzalanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Baxış keçirilməsi haqqında 27 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs kapron sapdan toxunmuş, gözlərinin ölçüsü 16x16 mm, diametri 115 sm, uzunluğu 190 sm olan 1 ədəd domca, 27 ədəd şamayı və 20 ədəd qarasol balıqları aşkar edilərək götürlümüşdür. xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq kapron sapdan toxunmuş, gözlərinin ölçüləri 16x16 mm olan 1 ədəd domca adlanan balıqovlama vasitəsi ilə ovlanmış balıqlar 27 ədəd şamayı və 20 ədəd qarasol balığı balıqlarıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq şərti maliyyə vahidinin (1 ədəd şamayı balığı 3,30 manat və 1 ədəd qarasol balığı 1,10 manat olmaqla 10 əmsalına vurulması yolu ilə hesablanır. Belə olan halda 1 ədəd şamayı balığı balığlına görə ziyanın məbləği 33,0 manat və 1 ədəd qarasol balığı üçün isə 11.0 manat təşkil etdiyindən 27 ədəd şamayı balığı (27 ədəd x 33manat=891 manat, 20 ədəd qarasol x 11manat=220) dəymiş ziyan ümumilikdə 1111 manat təşkil edir. Mülki iddiaçı qismində tanınma haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Lənkəran çayının Lənkəran şəhəri ərazisindən keçən hissəsindən Təqsirləndirilən şəxs tərəfindən 27 ədəd şamayı və 20 ədəd qarasol balıqlarının qanunsuz tutması nəticəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 1111 manat ziyan dəydiyi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi mülki iddiaçı qismində tanınmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji müxtəlifliyin qorunması xidmətinin xx.xx.2023-cü il tarixli, 3-14-21/2-393/2023 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Lənkəran şəhəri, Məhəmməd ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-131/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-92/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 05 ay 28 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Məhkəmə hesab edir ki, CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməsə də, CM-nin 18.4.1 və 83-cü maddələrin tələblərinə əsasən residiv kimi nəzərə alınmır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-131/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Maddi sübut kimi tanıma haqqında 10 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş balıqovlama vasitəsi sayılan kapron sapdan toxunmuş, gözlərinin ölçüsü 16x16 mm, diametri 115 sm, uzunluğu 190 sm olan 1 ədəd domca, hər birinin ayrı ayrılıqda ölçüləri 12-16 sm olan 27 ədəd şamayı və hər birinin ayrı ayrılıqda ölçüləri 13-16 sm olan 20 ədəd qarasol balığı balıqları, hadisə yerinə baxış zamanı çəkilmiş 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır. Balıqların tez xarab olan ərzaq malı hesab edildiyi üçün Su NPİ-nin Lənkəran XPŞ-nin 29 aprel 2023-cü il tarixli 3-1315-3-2/2-178/2023 saylı məktubuna əsasən "xxxx" MMC-yə təhvil verilməsi və həmçinin digər maddi sübutlar olan balıqovlama vasitələrini isə Lənkəran XPŞ-nin sübutların saxlanc otağına təhvil verilmişdir. Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 844 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil. Lənkəran ŞİHB-nin Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 iyun 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, İsayev X4 şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, tək yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin 18 iyul 2023-cü il tarixli 36 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-131/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2014-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-92/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 05 ay 28 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş 05 ay 28 gün şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı nəzarət işinin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi üçün Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri qanuni balıq ovuna cərimələr”in 10-cu bəndinə və bu qərara əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 119 nömrəli qərarına əsasən ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd balığı qanunsuz ovlamaqla balıq ehtiyatlarına vurulmuş ziyan şərti maliyyə vahidinin (1 manat 10 qəpik) müəyyən edilmiş əmsallara (dərəcələrə) vurulması yolu ilə hesablanır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 256.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin nümayəndəsi və şahid ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-92/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 05 ay 28 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 76.6 və 76.6.2-ci maddələrinə əsasən, Cəzanın çəkilməmiş hissəsi ərzində məhkum, ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir (cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edildiyi halda, cəza bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin olunur). Hazırki halda, məhkəmə, cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş Təqsirləndirilən şəxs barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsinə zərurət görmür və ona CM-nin 256.1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməsini cəzanın məqsədləri baxımından qanunauyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində onun cəzasını ağırlaşdıran hallar yoxdur. CM-nin 256.1-ci maddəsinin sanksiyasında iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah edilməsinə və onun həyat şəraitinə təsiri nəzərə alınaraq, Təqsirləndirilən şəxs CM-nin 256.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş islah işləri cəzasını əsas iş yeri üzrə çəkməli və cəzanın icra müddəti onun işlədiyi və qazancından tutulmaların aparıldığı aylar və günlər üzrə hesablanmalıdır. Hökmün bu hissədə icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə olunmalıdır. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və X9 Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan balıqovlama vasitəsi sayılan kapron sapdan toxunmuş, gözlərinin ölçüsü 16x16 mm, diametri 115 sm, uzunluğu 190 sm olan 1 ədəd domca, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil verilməli, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq tutulmuş hər birinin ayrı ayrılıqda ölçüləri 12-16 sm olan 27 ədəd şamayı və hər birinin ayrı ayrılıqda ölçüləri 13-16 sm olan 20 ədəd qarasol balıqlarının "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınmalı və həmin balıqların satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilməli, bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulmalı, hadisə yerinə baxış zamanı çəkilmiş 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə mülki iddia ilə əlaqədar qeyd edir ki, mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs dəymiş ziyana görə 1111 (bir min yüz on bir) manat alınıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 06(altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və X9 Şöbəsində saxlanılan balıqovlama vasitəsi sayılan kapron sapdan toxunmuş, gözlərinin ölçüsü 16x16 mm, diametri 115 sm, uzunluğu 190 sm olan 1 ədəd domca, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil verilsin, baxış zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk isə iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq tutulmuş hər birinin ayrı ayrılıqda ölçüləri 12-16 sm olan 27 ədəd şamayı və hər birinin ayrı ayrılıqda ölçüləri 13-16 sm olan 20 ədəd qarasol balıqlarının "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınsın, həmin balıqların satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilsin və bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulsun. İş üzrə mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs dəymiş ziyana görə 1111 (bir min yüz on bir) manat alınıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-321/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-321/2023
18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver