Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-323/2023 13.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Masallı rayonu, Sərçuvar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkum olunmamış, Masallı rayonu, Sərçuvar kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs, 19 iyun 2023-cü il tarixdə, saat 12 radələrində Lənkəran rayonu, Qumbaşı kəndində yerləşən birgə yaşadıqları fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ona pula ehtiyacı olduğunu deyib, pul verməsini istədiyi zaman pulu olmadığını dedikdə, sonuncunun onunla mübahisə etməsindən əsəbiləşərək, Zərərçəkmiş şəxs sol bazu oynağı nahiyəsini qəsdən əli ilə tutub sıxaraq arxaya doğru burmaqla hər iki bazu nahiyələrinə yumruqla zərbələr vuraraq, ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid sol bazu oynağı nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması, hər iki bazu nahiyələrində qançırlardan ibarət xəsarətlər yetirərək, Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin yay aylarında xalası qızı Lənkəran rayonu, Qumbaşı kənd sakini Zərərçəkmiş şəxs ilə ailə qurmuşdur. Lakin aralarında rəsmi nikah olmamışdır. Güllərlə evləndikləri ilk vaxtlar onun Masallı rayonu Sərçuvar kəndində yerləşən evində yaşamağa başlamışlar. Ona məxsus ev təmirsiz olduğundan təxminən 5-6 ay müddətdir ki, Güllər Lənkəran rayonu Qumbaşı kəndində atası evində valideynləri ilə birlikdə yaşamağa başlamışdır. Özü də çox vaxt Qumbaşı kəndinə Güllərin atası evinə gedib orada qalmışdır. 14 mart 2023-cü il tarixdə Güllərlə evliliyindən bir oğlan uşağı dünyaya gəlmişdir. 19 iyun 2023-cü il tarixdə, saat 12 radələrində Güllərin atası evində olduğu zaman Güllər ona xəstə olduğuna görə müalicəsinə pul lazım olduğunu deyib, ona pul verməyini istəmişdir. Güllərə daha əvvəl ona pul verdiyini, pulunun olmadığını, pulu olduqda ona pul verəcəyini bildirmişdir. Güllər isə ona pul verməkdən imtina etdiyini deyib, mübahisə etməyə başlamışdır. Güllərin atasına məxsus evin ikinci mərtəbəsində aralarında yaranmış mübahisə zamanı əsəbiləşərək, onun qolunu tutub sıxaraq arxaya tərəf burub yumruqla qollarına zərbələr vurmuşdur. Güllərin qışqırıq səsinə onun atası Natiq evin birinci mərtəbəsindən yuxarı qalxıb ora gəlmişdir. Qayınatası Natiqin ora gəldiyini görüb, Gülləri buraxıb həyətə düşmüş və oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda, əməlindən peşmançılıq hissi keçirdiyini, iş üzrə zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınaraq, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2021-ci ilin yay aylarında xalası oğlu Masallı rayonu Sərçuvar kənd sakini Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Lakin aralarında rəsmi nikah olmamışdır. Təbrizlə evləndikləri ilk vaxtlar onun Masallı rayonu Sərçuvar kəndində yerləşən evində yaşasalar da, sonradan Təbriz onu Lənkəran rayonu, Qumbaşı kəndinə ata evinə gətirmişdir. Həmin vaxtdan Qumbaşı kəndində atasının evində valideynləri ilə birlikdə yaşayır. 14 mart 2023-cü il tarixdə Təbrizlə evliliyindən bir oğlan uşağı dünyaya gəlmişdir. Təbriz də Qumbaşı kəndinə atasının evinə gələrək onlarla birlikdə qalmışdır. 19 iyun 2023-cü il tarixdə saat 12 radələrində Təbriz də evdə olduğu zaman ona xəstə olduğuna görə müalicəsinə pul lazım olduğunu deyib, ona pul verməsini istəmişdir. Təbriz ona pul verməkdən imtina etdiyi üçün ona daha atasının evində qalmamasını, çıxıb getməsini bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Atasına məxsus evin ikinci mərtəbəsində aralarında yaranmış mübahisə zamanı Təbriz üstünə hücum edib, əllərini bazu hissəsindən tutub sıxaraq arxaya doğru burmuş və yumruqla qollarına zərbələr vurmağa başlamışdır. Həmin vaxt onların səsini eşidən atası Natiq evin birinci mərtəbəsindən yuxarı qalxıb ora gəlmişdir. Təbriz atası Natiqi görüb qorxub onu buraxaraq evdən qaçıb getmişdir. Ondan sonra polisin 102 xidmətinə zəng edərək, əri Təbriz tərəfindən döyülməyi barədə şikayət etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını və barışdıqları üçün işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş Şahid məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid təhqiqat araşdırması zamanı verdiyi izahatından görünür ki, ailəsi ilə birlikdə Lənkəran rayonu Qumbaşı kəndində yaşayır. Qızı Zərərçəkmiş şəxs 2021-ci ilin yay aylarında xalası oğlu Masallı rayonu, Sərçuvar kənd sakini Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Lakin aralarında rəsmi nikah olmamışdır. X7 evləndikləri ilk vaxtlar onun Masallı rayonu, Sərçuvar kəndində yerləşən evində yaşasalar da, sonradan Təbriz qızı Gülləri Lənkəran rayonu Qumbaşı kəndinə onun evinə gətirmişdir. Həmin vaxtdan qızı Güllər Qumbaşı kəndində evində onlarla birlikdə yaşayır. Təbriz də evinə gələrək onlarla birlikdə qalmışdır. 19 iyun 2023-cü il tarixdə, saat 12 radələrində evin birinci mərtəbəsində olduğu zaman ikinci mərtəbədən qızı Güllərin qışqırıq səsini eşitmişdir. Səsə ikinci mərtəbəyə qalxdıqda Təbrizin qızı Güllərin qollarını tutub arxaya burmaqla yumruqla ona zərbələr vurub onu döydüyünü görmüşdür. Təbrizin üstünə qışqırıb qızı Gülləri buraxmasını dedikdə, o, qorxub dərhal qızı Gülləri buraxıb həyətə qaçmış və sonra həyətindən çıxıb getmişdir. X4 nə səbəbə döydüyünü soruşduqda, ona Təbrizdən müalicəsi üçün pul istədiyini və buna görə aralarında mübahisə yarandığını, Təbrizin də mübahisə zamanı onu döydüyünü demişdir. İş materialında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 19 iyun 2023-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Lənkəran rayonu, Qumbaşı kəndində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs birgə yaşadıqları fərdi yaşayış evidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məhkəmə-tibbi ekspertizasının 20 iyun 2023-cü il tarixli, 609 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zaman onun bədəni üzərində - sol bazu oynağı nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması, hər iki bazu nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gəl bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Lənkəran şəhər Psixitariya Xəstəxanasının 21 iyun 2023-cü il tarixli, 1034 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhər Psixitariya xəstəxanada qeydiyyatda deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Masallı RİHB-nın Sərçuvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 iyun 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Sərçuvar kənd sakini arvadı Zərərçəkmiş şəxs və oğlu 2023-cü il təvəllüdlü X6 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli tam sübuta yetirmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəlməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-323/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-323/2023
13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver