Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-324/2023 06.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1976-cı ildə Lənkəran rayonu Sütəmurdov kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı,evli, ali təhsilli, işsiz, məhkum olunmamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə, özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Belə ki, o, 2020-ci ilin noyabr ayında, istintaqa dəqiq məlum olmayan tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 15 saylı Ərazi Məşğulluq filialında aparıcı mütəxəssis vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib Lənkəran rayonu Sütəmurdov kənd sakini Zərərçəkmiş şəxs1 ödəniş müqabilində işlədiyi idarədə mütəxəssis vəzifəsində işə düzəldəcəyi barədə yalan vəd verərək sonuncunu ona olan etibarından sui-istifadə etməklə aldadaraq 2020-ci ilin noyabr ayında Lənkəran rayonu Sütəmurdov kəndində “Xəzər” marketin yaxınlığında 4000 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2021-ci ilin iyun ayında, istintaqa dəqiq məlum olmayan tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 15 saylı Ərazi Məşğulluq filialında aparıcı mütəxəssis vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib Lənkəran rayonu Xolmili kənd sakini Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edib X5 15 saylı Ərazi Məşğulluq filialı vasitəsilə özünüməşğulluq layihələrinə cəlb edilərək sonuncunun adına daha yüksək qiymətə olan tikiş aparatını Zərərçəkmiş şəxs2 2500 manata təşkil edəcəyinə nail olacağını yalan vəd verib aldadaraq 2021-ci ilin iyun ayında 2500 manat məbləğində pulu Lənkəran şəhəri H.Z.Tağıyev küçəsində yerləşən X2 filialının inzibati binasında sonuncudan almaqla özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və məhkəmə istintaqında həmin ifadənin məzmununa uyğun ifadə verərək göstərdi ki, 2006-2012-ci illərdə Lənkəran rayonu Sütəmurdov kəndinin icra nümayəndəsi vəzifəsində çalışmışdır. Həmin dövrdə Zərərçəkmiş şəxs1 onun müavini olmuş və onunla münasibətləri həmişə normal olmuşdur. 2012-ci ildə o, Lənkəran rayon ƏƏSM-də aparıcı mütəxəssis vəzifəsində çalışmağa başlamışdır. 2012-ci il tarixdə Zərərçəkmiş şəxs1 Sütəmurdov kəndinin icra nümayəndəsi vəzifəsinə keçmişdir. Həmin idarədə 2020-ci il tarixdə struktur dəyişikliyi olmuş və idarədə çalışan işçilər məşğulluq mərkəzinin tabeçiliyinə keçmişlər. O, da Lənkəran rayon məşğulluq mərkəzində aparıcı mütəxəssis kimi işləməyə başlamışdır. Həmin ərəfələrdə Zərərçəkmiş şəxs1 Sütəmurdov kənd icra nümayəndəsi vəzifəsindən çıxarılmış və Lənkəran şəhər işıqlandırmasında işləməyə başlamışdır. Lakin Zərərçəkmiş şəxs1 çalışdığı iş ixtisasına uyğun olmadığı üçün həmin işdə çalışmaq istəməmişdir. O, Anarla yaxın olduğundan onun bunlardan məlumatı olmuşdur. Buna görə də, Anar ona əgər çalışdığı məşğulluq mərkəzində hər hansı bir iş olduğu təqdirdə bildirməsini demişdir. 2020-ci ilin noyabr ayında Anar ona internetdə məşğulluq mərkəzində bir neçə vakant yerin olduğunu gördüyünü bildirib köməklik göstərməsini xahiş etmişdir. O, da Anara işə qəbulun imtahanla keçirildiyini, lakin imtahanın çətin olduğunu, istəyirsə Anarın işini pulla həll edə biləcəyini demişdir. Həmin ərəfədə maddi sıxıntı çəkdiyindən borcu çox olmuşdur. O, fikirləşmişdir ki, Anardan aldığı pulla borclarını verər. Sonra isə Anara işin alınmadığını deyib pulunu qaytarar. Anar ondan nə qədər pul lazım olduğunu soruşduqda o, Anara təxminən 4-5 min manat lazım olduğunu bildirmişdir. Anar 4000 manat düzəldə biləcəyini demiş, o, da Anara məşğulluq mərkəzində mütəxəssis kimi iş düzəldəcəyini bildirmişdir. Anara pulla bərabər inandırıcı olsun deyə həkim və ailə tərkibi haqqında arayışı, yaşayış yeri üzrə arayışı, tərcümeyi halı, kadr anketi, şəxsiyyət vəsiqəsinin surətini gətirməsini istəmişdir. Zərərçəkmiş şəxs1 2020-ci ilin noyabr ayında onunla yaşadığı Sütəmurdov kəndində görüşüb 4000 manat pulu və qeyd etdiyi sənədləri ona vermişdir. Anara bir ay ərzində işlə təmin olunacağını demiş, lakin borcu olduğundan və borcunu qaytarmaq üçün ona pul lazım olduğundan Anardan aldığı pullarla borclarını qaytarmışdır. Anar hər dəfə işin hansı yerdə olduğunu ondan soruşduqda o, hər dəfə müxtəlif bəhanələr gətirərək işinin yubandığını bildirmişdir. O, Anardan aldığı pulu bankdan kredit götürüb qaytarmaq istəsə də bank ona kredit verməmişdir. Buna görə də, Anarın pulunu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs1 4000 manat pul alıb işlə təmin edəcəyinə vəd verərkən o, 15 saylı ərazi məşğulluq filialında aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. Zərərçəkmiş şəxs1 işə düzəltmək üçün həmin vaxtı onun heç bir səlahiyyəti olmamışdır. O, Zərərçəkmiş şəxs1 pulu 2020-ci ilin noyabr ayında Lənkəran rayonu Sütəmurdov kəndində “xəzər” marketin yaxınlığında avtomobildə almışdır. Həmin pulu o, bir dəfəyə 4000 manat olmaqla Anardan almışdır. Bundan başqa Lənkəran rayonu Xolmili kənd sakini Zərərçəkmiş şəxs2 təxminən 10 ildir ki, tanıyır. Sevinclə heç bir qərəzli münasibəti olmamış, ailəvi dostluq münasibətləri olmuşdur. Sevinc məşğulluq idarəsində çalışdığı zaman 2021-ci ilin iyun ayında ondan dövlət tərəfindən tikiş aparatı verilməsini istəmişdir. O, Sevincə demişdir ki, həmin aparatın satışda qiyməti çox bahadır. Lakin idarə tərəfindən həmin aparat işsiz şəxslərə verilir. Əgər tikiş aparatından istəyirsə müəyyən məbləğdə pul verməlidir. Sevinc ona tikiş aparatı üçün pul verə biləcəyini bildirmişdir. Sevincdən 2021-ci ilin iyun ayında çalışdığı iş yerində tikiş aparatının verilməsi üçün 2500 manat pul almışdır. Sonra Sevincə bildirmişdir ki, şəxsiyyət vəsiqəsi ilə iş axtaran kimi qeydiyyata düşsün. Sevinc qeydiyyata düşdükdən sonra Sevincə bir neçə həftəyə tikiş aparatı veriləcəyini bildirmişdir. Sevincə bu işi Bakı şəhərində çalışan tanışının vasitəsilə gördüyünü bildirmişdir. Sevincdən aldığı pulla borclarını vermişdir. O, Anardan və Sevincdən pulu alarkən heç kimlə əlbir olmamışdır. Anardan və Sevincdən pulu alarkən heç kimə işi düzəltmək barədə deməmişdir. Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissləri keçirir. О, zərərçəkmiş şəxslərlə barışmış və onlardan üzr istəmişdir. Həmçinin zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir və zərərçəkmiş şəxslər onu bağışlamışlar. Ona görə də barəsində olan iş üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəmə baxışı iclasında verdiyi ifadəsində göstərdi ki, Lənkəran rayonu Xolmili kəndində ailəsi ilə birlikdə yaşayır və iki övladı var. Üçüncü qrup əlildir. Təqsirləndirilən şəxs təxminən 15 ildir tanıyır. Rəvanla heç bir qərəzli münasibəti olmamışdır. Özünə sosial yardım düzəltmək istəyərkən Təqsirləndirilən şəxs Dövlət sosial müdafiə fondunda mütəxəssis kimi çalışdığı zamanlarda onu tanımış və dostluq münasibətləri olmuşdur. Sonradan isə ailəvi münasibətləri yaranmışdır. 2021-ci ilin iyun ayında Təqsirləndirilən şəxs Dövlət sosial müdafiə fondunun Lənkəran rayon şöbəsində mütəxəssis kimi çalışdığı vaxt ona demişdir ki, dövlət məşğuluq proqramına əsasən çalışdığı idarə tərəfindən vətəndaşlara müəyyən avadanlıqlar verilir. Belə ki, dövlət işləməyən, əlilliyi olan şəxslərə məşğulluq idarəsi tərəfindən mal-qara, tikiş, qalay aparatları və s. verir. Əgər Rəvana 2500 manat pul verərsə ona bir ədəd paltar tikən aparat təşkil edə bilər və həmin aparatın qiyməti 35-40 min manat arasıdır. O, da Rəvanla razılaşmış, həmin ay 2500 manatı Rəvana çalışdığı Lənkəran şəhəri H.Z.Tağıyev küçəsində yerləşən dövlət sosial müdafiə fondunun Lənkəran rayon şöbəsində vermişdir. Rəvan paltar tikən aparatı ona 2-3 həftəyə verəcəyini demiş, lakin həmin vaxtdan bir neçə həftə keçməsinə baxmayaraq Rəvana hər dəfə zəng edib işin nə yerdə olduğunu soruşduqda Rəvan hər dəfə ona yalan vədlər verərək bir neçə günə işin həll olunacağını deyib onu aldatmışdır. Bir neçə ay keçdikdən sonra isə Rəvanı işdən çıxarmışlar. Rəvan ona tikiş aparatının düzəlmədiyini bildirib pulunu geri qaytaracağına söz vermiş, lakin 2500 manat puldan 450 manat ona qaytarmışdır. Dəfələrlə Təqsirləndirilən şəxs pulunu istəsə də, pulunu qaytaracağını deyib onu aldadaraq müxtəlif bəhanələrlə pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs onun etibarından sui istifadə edib ona dövlət sosial müdafiə fondundan məşğulluq proqramı çərçivəsində tikiş aparatı verilməsi vədi ilə aldadaraq 2500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Rəvana pulu verən vaxt yanında heç kim olmamışdır. Rəvan ona tikiş aparatını təşkil edəcəyi ilə bağlı yalan vəd verib pulunu alan dövrdə Lənkəran şəhər məşğulluq idarəsində aparıcı mütəxəssis kimi işləmiş və Rəvan ona bu işi konkret kimin vasitəsi ilə düzəltdiyini deməmişdir. Rəvan onun işini Bakı şəhərində olan tanışının vasitəsilə gördüyünü bildirmişdir. Həmçinin Rəvan ona tikiş aparatı verəcəyi ilə bağlı idarədə adını sistemə vurmasını təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində eyni zamanda göstərdi ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş və ondan üzr istəmişdir. Təqsirləndirilən şəxs onunla barışmış və ondan aldığı pulu qaytarmaqla ona dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir. O da təqsirləndirilən şəxsi bağışlamış və onunla barışmışdır. Ona görə də iş üzrə icraata xitam verilməsini və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı əsasında ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Sütəmurdov kəndində ailəsi ilə birlikdə yaşayır. Lənkəran şəhər İşıqlanma müəssisəsində sahə ustası işləyir. 2010-2012-ci il tarixlərində Lənkəran rayonu Sütəmurdov kənd icra nümayəndəsinin müavini vəzifəsində çalışmışdır. 2012-ci il tarixdən 2014cü il tarixlərində isə Sütəmurdov icra nümayəndəsi kimi çalışmışdır. 2014-cü ilin oktyabr ayından Lənkəran şəhər işıqlandırma müəssisəsində sahə ustası kimi çalışır. Sütəmurdov kənd icra nümayəndəsinin müavini işlədiyi dövrdə icra nümayəndəsi Təqsirləndirilən şəxs olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Lənkəran DSMF-də işə düzəldiyindən o, icra nümayəndəsi vəzifəsinə keçmişdir. Sonra isə o, ixtisasına uyğun iş tapa bilmədiyi üçün şəhər işıqlandımasında işləməyə başlamışdır. Həmin vaxtlarda Rəvan məşğulluq mərkəzində çalışırmış, yəni Rəvanla uzun müddətdir ki, tanışdır. O, Təqsirləndirilən şəxs məşğulluq mərkəzində ixtisasına uyğun iş olarsa ona bildirməsini xahiş etmişdir. 2020-ci ilin noyabr ayında internet saytında məşğulluq mərkəzində bir neçə vakant yerin olduğunu görüb həmin vaxtı məşğulluq mərkəzində çalışan Təqsirləndirilən şəxs bu barədə bildirmişdir. Rəvan ona işə qəbulun imtahanla keçirildiyini, lakin imtahanın boş şey olduğunu, işə qəbul olmaq üçün lazım olan məbləğdə pul verməli olduğunu bildirmişdir. O, nə qədər məbləğdə pulun lazım olduğunu soruşduqda Rəvan ona 4000 manat verərsə onun işini Lənkəran şəhər məşğulluq idarəsində aparıcı mütəxəssis kimi düzəldə biləcəyini demişdir. O, Rəvanın dediyi sözlər barədə evdə danışmış və evdəkilərin razılığını almışdır. Lakin özündə pul olmadığı üçün 2020-ci ilin noyabr ayında əmisi oğlu Şahid1 4000 manat borc pul almışdır. Daha sonra Təqsirləndirilən şəxs ona dediyi sənədləri, yəni, həkim arayışını, ailə tərkibi haqqında arayışı, yaşayış yeri üzrə arayışı, tərcümeyi halı, kadr anketi, şəxsiyyət vəsiqəsinin surətini CD diskə yazılmış formada 4000 manat pulla birlikdə Təqsirləndirilən şəxs yaşadığı Sütəmurdov kəndində, “xəzər” marketin yaxınlığında, Rəvanın avtomobilində vermişdir. Rəvan ona bir ay ərzində işlə təmin olunacağına vəd vermiş, lakin Rəvanla görüşündən bir ay keçdikdən sonra o, Rəvandan maraqlandıqda Rəvan ona sənədlərini göndərdiyini, gələn ayın 5-də işinin düzələcəyini bildirmişdir. O, hər dəfə Rəvandan işinin hansı yerdə olduğunu soruşduqda Rəvan ona müxtəlif bəhanələr gətirərək işinin yubandığını bildirirmiş. Lakin daha sonra o, Rəvanın onu aldatdığını başa düşüb Rəvana işi istəmədiyini, verdiyi 4000 manat pulunu geri qaytarmasını istədikdə Rəvan pulu bir neçə günə qaytaracağını, bankdan kredit götürüb qaytaracağını, lotoreya oynayıb pul götürüb qaytaracağını bildirirmiş. Onun Rəvanla uzun müddətdir ki, münasibəti olduğundan indiyədək Rəvanın ona pulu geri qaytarmasını gözləyirmiş. Lakin Rəvanın artıq ona pulu qaytarmayacağını görüb xx.xx.2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs işə düzəlməklə bağlı 4000 manat verdiyini ailə üzvləri və əmisi oğlu Rəşad təsdiq edə bilər. O. pulları Rəvana həmin şəxslərin yanında verməsə də, Rəvanla olan danışıqlarından həmin şəxslərin məlumatları vardır. Rəvan onu Məşğulluq mərkəzində işlə təmin edəcəyinə yalan vəd verib pulunu alan dövrdə Lənkəran şəhər məşğulluq idarəsində aparıcı mütəxəssis kimi işləyirmiş və Rəvan onu işə konkret kimin vasitəsi ilə düzəldəcəyini deməmişdir. Rəvan onun işini Bakı şəhərində olan tanışının vasitəsilə gördüyünü bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ondan aldığı 4000 manat pulu tam şəkildə geri qaytarmış və bununla da ona vurduğu ziyanı tam şəkildə ödəmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. O, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və Təqsirləndirilən şəxs cəzalandırılmamasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifаdə verərək göstərdi ki, Lənkəran rayonu Xolmili kəndində qeydiyyatda olsa da, ünvan 1 ünvanında tək yaşayır. Bəzən Lənkəran rayonuna gəlib anası ilə birlikdə qalır. Bakı şəhərində gözəllik salonlarının birində çalışır. Təqsirləndirilən şəxs təxminən 15 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs Dövlət sosial müdafiə fondunda mütəxəssis kimi çalışdığı zamanlarda anası özünə sosial yardım düzəltmək istəyərkən Təqsirləndirilən şəxs tanımışdır. Rəvanla dostluq münasibətləri olmuş. sonradan isə ailəvi münasibətləri yaranmışdır. 2021-ci ilin iyun ayının sonlarında Təqsirləndirilən şəxs onun anasına demişdir ki, Dövlət sosial müdafiə fondunun Lənkəran rayon şöbəsi tərəfindən dövlət məşğuluq proqramına əsasən çalışdığı idarə tərəfindən vətəndaşlara müəyyən avadanlıqlar verir. Belə ki, dövlət işləməyən, əlilliyi olan şəxslərə məşğulluq idarəsi tərəfindən mal-qara, tikiş, qalay aparatları və. s. verir. Əgər Rəvana 2500 manat pul verərsə anasına bir ədəd paltar tikən aparat təşkil edə bilər, həmin aparatın qiyməti 35-40 min manat arasıdır. Anası Rəvanla razılaşmış və 2500 manatı Rəvana vermişdir. Rəvan paltar tikən aparatı anasına 2-3 həftəyə verəcəyini demişdir. Lakin həmin vaxtdan bir neçə həftə keçməsinə baxmayaraq Rəvana hər dəfə zəng edib işin nə yerdə olduğunu soruşduqları zaman Rəvan hər dəfə onlara yalan vədlər verərək bir neçə günə işin həll olunacağını deyib aldatmışdır. Bir neçə ay keçdikdən sonra isə Rəvanı işdən çıxarmışlar. Təqsirləndirilən şəxs onun anasına tikiş aparatının düzəlmədiyini bildirib pulunu geri qaytaracağına söz vermiş, anasının verdiyi 2500 manat puldan 450 manatını qaytarmışdır. Dəfələrlə Təqsirləndirilən şəxs pulu istəsələr də, Rəvan pulu qaytaracağını deyib onları aldadaraq müxtəlif bəhanələrlə pulu qaytarmamışdır. Təqsirləndirilən şəxs onun anasının etibarından suiistifadə edib dövlət sosial müdafiə fondundan məşğulluq proqramı çərçivəsində tikiş aparatı verilməsi vədi ilə aldadaraq 2500 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Anasının deməsinə görə Rəvana pulu verən vaxtı yanında heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifаdə verərək göstərdi ki, Lənkəran rayonu Şağlaser kəndində ailəsi ilə birlikdə yaşayır və üç övladı vardır. 2006-cı il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində ƏSMM-də aparıcı məsləhətçi, 2016-cı il tarixdə idarə ləğv edildikdən sonra Lənkəran şəhər məşğulluq mərkəzində aparıcı məsləhətçi vəzifəsində işləmişdir. Hazırda Astara xidmət şöbəsində böyük mütəxəssis vəzifəsində çalışır. 15 saylı ərazi məşğulluq filialında işlədiyi dövrdə vətəndaş ilk növbədə müraciət etdiyi zaman iş axtaran kimi qeydiyyata alınırmış. Sonra vətəndaşa təkliflər olunur, münasib iş yerləri araşdırılır, vətəndaş münasib işlə təmin edilmədiyi təqdirdə həmin şəxsə işsizlik statusu verilir və fərqli məşğulluq tədbirləri təklif olunmuşdur. Həmin tədbirlərə özünəməşğulluq, peşə hazırlığı, ictimai işlərə cəlb olunma, kvota ilə işə düzəlmə, birgə maliyyələşmə ilə işə düzəlmə və.s. aid olmuşdur. O, Zərərçəkmiş şəxs2 səs küylü adam olduğu üçün tanıyır. 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs2 15 saylı ərazi məşğulluq filialına müraciət edərək iş axtaran kimi qeydiyyata alınmasını istəmişdir. O, da həmin ərəfədə qəbul şöbəsində Sevincdən şəxsiyyət vəsiqəsini alıb Sevinci iş axtaran kimi qeydiyyata almışdır. Onun Sevinclə başqa heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs2 o, özü qeydiyyata almışdır. Çünki hər işçinin özünün elektron imzası vardır. Zərərçəkmiş şəxs2 tikiş aparatı üçün Təqsirləndirilən şəxs müraciət edib etməməsini bilmir. Ona Təqsirləndirilən şəxs özü də bu barədə heç bir söz deməmişdir. Şahid1 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı əsasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri Əhmədli qəsəbəsində müvəqqəti mənzil kirayəsində yaşayır. Saç ustası kimi çalışır. Zərərçəkmiş şəxs1 onun əmisi oğludur. Anar əvvəllər Lənkəran rayonu Sütəmurdov kənd icra nümayəndəsinin müavini, sonradan Sütəmurdov icra nümayəndəsi kimi çalışmışdır. 2014-cü il tarixdən Lənkəran şəhər işıqlandırma müəssisəsində sahə ustası kimi çalışır. Təqsirləndirilən şəxs həmkəndlisidir. Rəvanla heç bir qərəzli münasibətləri olmamışdır. 2020-ci ilin noyabr ayında Anar ona zəng edərək işə düzəlmək üçün 4000 manat pul lazım olduğunu bildirmişdir. O, hansı işə düzəlmək istədiyini soruşduqda Anar ona tanışı və həmkəndlisi olan, məşğulluq mərkəzində çalışan Təqsirləndirilən şəxs çalışdığı idarədə mütəxəssis kimi Anarı işə düzəldəcəyini, bunun üçün də Rəvana 4000 manat pul verməli olduğunu, lakin pulu olmadığı üçün bir neçə aylıq borca 4000 manat verməyini istəmişdir. O, Anara demişdir ki, kənddə atasından götürsün. Sonra atasına zəng edib Anara 4000 manat pul verməsini istəmişdir. Anar ondan 4000 manat pul alsa da geri qaytarmamışdır. Bir müddət sonra o, rayona gələrkən Anardan işinin nə yerdə olduğunu soruşmuş, Anar ona bildirmişdir ki, işə düzəlmək üçün ondan aldığı 4000 manat pulu Rəvana vermiş, lakin işi düzəlməmişdir. Rəvan da Anarın verdiyi pulu geri qaytarmır. O, bunun üçün özü Lənkəranda olarkən Rəvanla görüşmüş, lakin Rəvan ondan pul almadığını bildirib Anarla razılaşacağını demişdir. O, da Rəvana demişdir ki, “Anarla sən özün bilərsən. Mən pulumu Anardan alacağam”. Anar Rəvandan hər dəfə pulunu geri istədikdə Rəvan müxtəlif bəhanələr gətirərək işi yubadaraq bankdan kredit götürüb qaytaracağını, lotoreya oynayıb pul götürüb qaytaracağını bildirirmişdir. Lakin hazırkı müddətədək onun bildiyinə görə Rəvan Anara aldığı pulu geri qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X5 X1 xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək Nazirliyin yanında Dövlət Məşğulluq Xidmətinin Lənkəran rayon Məşğulluq Mərkəzində (sonrakı 15 saylı ərazi məşğulluq filialı) aparıcı məsləhətçi vəzifəsində, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Nazirliyin tabeliyində X5 15 saylı Ərazi Məşğulluq filialında (indiki X2 filialı) aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X5 X1 xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, Lənkəran rayonu Xolmili kənd sakini Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 iyul tarixli 327 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”na uyğun olaraq 29 iyul 2021-ci il tarixdən Filial tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində işaxtaran şəxs kimi qeydiyyata alınmışdır. Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli 168 nömrəli Qərarına uyğun olaraq özünüməşğulluğa cəlb olunması ilə bağlı Filiala müraciət etməmiş və “Özünüməşğulluq proqramı üzrə istiqamətlərin müəyyən olunması reyestri”ndə məlumatları aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər rayon Polis Şöbəsinin müstəntiqi X4 xx.xx.2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 611 saylı arayışından görünür ki, Şükürov X7 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 1627 manat məbləği dövlət büdcəsinə ödəmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Sütəmurdov kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin nümayəndəliyin ərazisində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur və onun barəsində yaşadığı ərazi üzrə İcra Nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinməli, lakin aşağıdakılara əsasən o, cinayət məsuliyyətindən azad edilməli və onun təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbinə görə “bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmiş beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir”. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs maddi ziyan məbləğini tamamilə ödəməklə zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, eyni zamanda, o, dəymiş ziyanın iyirmi beş faizi miqdarında vəsaiti də dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin məcəllənin 43.1 və 43.1.2-ci maddəsinə görə məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunanları, həmçinin, təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslərlə barışmasını və onlara dəymiş ziyanı ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmiş beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə maddi sübut, ekspertiza və məhkəmə xərcləri yoxdur. İş üzrə mülki iddia tələbi verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41, 43, 321.2.1, 346, 347, 356 və 358ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin, onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə olan cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №1(049)-324/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-324/2023
06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver