Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-328/2023 10.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Canıyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat: 15:00 xx.xx.1989-cu il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, Lənkəran Rayon Məhkəməsinin 1(049)-204/2021 saylı, 24 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci qərarı ilə azadlıqdan məhrum etmə cəzasından 22 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran rayonu, Boladi kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə saat 03:00-da yaşadığı Lənkəran rayonu Boladi kəndində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə, həmkəndlisi Zərərçəkmiş şəxs evində heç kimin olmamasından istifadə edərək, qanunsuz olaraq evin həyətinə çəpərdən keçməklə daxil olmuş, daha sonra həyətdəki bir mərtəbəli evin birinci mərtəbəsində pəncərəni sıxıb aralamaqla qanunsuz olaraq evə daxil olub, orada yataq otağında hər birinin qiyməti 100 manat olmaqla cəmi qiyməti 200 manat olan 2 ədəd yorğanın, hər birinin qiyməti 100 manat olmaqla cəmi qiyməti 200 manat olan 2 ədəd ədyalın, hər birinin qiyməti 50 manat olmaqla cəmi qiyməti 250 manat olan 5 ədəd ədyalın, hər birinin qiyməti 50 manat olmaqla cəmi qiyməti 150 manat olan 3 ədəd divan üstü xalçanın, hər birinin qiyməti 25 manat olmaqla cəmi qiyməti 100 manat olan 4 ədəd kresloüstü xalçanın, 100 manat qiymətində 1 ədəd stolüstü xalçanın, 50 manat qiymətində olan 1 ədəd stolüstü xalçanın, hər birinin qiyməti 10 manat olmaqla cəmi qiyməti 350 manat olan 35 ədəd əl-üz dəsmalının, hər birinin qiyməti 50 manat olmaqla cəmi qiyməti 400 manat olan 8 ədəd yorğan üzü dəstinin, hər birinin qiyməti 10 manat olmaqla cəmi qiyməti 220 manat olan 22 ədəd yastıq üzünün, hər birinin qiyməti 20 manat olmaqla cəmi qiyməti 360 manat olan 18 ədəd hamam dəsmalının, hər birinin qiyməti 20 manat olmaqla cəmi qiyməti 600 manat olan 30 ədəd yaylığın, hər birinin qiyməti 30 manat olmaqla cəmi qiyməti 120 manat olan 4 ədəd stolüstü parçanın, hər birinin qiyməti 10 manat olmaqla cəmi qiyməti 140 manat olan 14 ədəd döşək üzünün, hər birinin qiyməti 2 manat olmaqla cəmi qiyməti 100 manat olan 50 ədəd boşqabın, hər birinin qiyməti 2 manat olmaqla cəmi qiyməti 60 manat olan 30 ədəd çəngəlin, 50 manat qiymətində 1 bağlama dəsmal dəstinin, 30 manat qiymətində 1 dəst stolüstü ədyalın, hər birinin qiyməti 50 manat olmaqla cəmi qiyməti 150 manat olan 3 ədəd uşaq ədyalın, hər birinin qiyməti 5 manat olmaqla cəmi qiyməti 120 manat olan 24 ədəd çay dəsmalını gizli olaraq talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 3750 manat zərər vurmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Lənkəran rayonu, Boladi kəndində valideynləri ilə birlikdə yaşayır. Spirtli içkilərin aludəçisidir. Zərərçəkmiş şəxs həkməndlisidir. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 12 aprel 2023-cü il tarixdə saat 14 radələrində həmkəndlisi Eldar ilə birlikdə yaşadığı Lənkəran rayonu Boladi kəndində daş boşaltmış və ona 25 manat pul verilmişdir. Həmin pulu götürüb Lənkəran şəhərinə mərkəzi bazara gəlmiş və həmin bazarda olan kafedə spirtli içki qəbul edib sonra yaşadığı Boladi kəndində yerləşən evinə getmişdir. Spirtli içkinin təsirindən yatmışdır. 13 aprel 2023-cü il tarixdə təxminən saat 02 radələrində yuxudan oyanmış və spirtli içki qəbul etmək istəmişdir. Lakin pulu olmamış və qonşusu Zərərçəkmiş şəxs evindən oğurluq edərək pul əldə edib spirtli içki alıb qəbul etməyi qərarlaşdırmışdır. Saat 03 radələrində Zərərçəkmiş şəxs həyətinə daş çəpərdən tullanaraq daxil olmuş, daha sonra həyətdə olan masanı götürüb evin qarşısındakı pəncərənin yanına gətirmişdir. Masanın üzərinə qalxmış və taxta materialdan olan pəncərəni əli ilə aralamış, evə daxil olmuşdur. Evdən yataq otağında və yataq otağının yanındakı otaqdan yorğan, ədyallar, divanüstü xalça, kresloüstü xalça, stolüstü xalça, əl-üz dəsmalı, yorğan üzü dəsti, yastıq üzü, hamam dəsmalı, yaylıq, stolüstü parça, döşək üzü, boşqab, çəngəl, dəsmal dəsti, stolüstü ədyalı, uşaq ədyalı, çay dəsmalını oğurlamış və orada olan kisələrə töküb evə girdiyi yerdən də çıxıb Boladi kəndinin mərkəzinə gəlib səhərin açılmasını gözləmişdir. Saat təxminən 06 radələrində avtobusa əyləşib Lənkəran rayon mərkəzi bazarına getmiş və oğurladığı əşyaları bazarda müxtəlif şəxslərə satmışdır. Əldə etdiyi pula özünə spirtli içkilər alaraq qəbul etmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam şəkildə ödənilməsini və zərər çəkmiş şəxsin onunla barımasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli teleqramda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, səhhəti ilə əlaqədar məhkəmə iclasınada iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilməklə tədqiq olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhərində yaşadığı vaxtdan etibarən Lənkəran rayonu Boladi kəndində yerləşən fərdi yaşayış evi boş qalmışdır. Bakı şəhərindən Lənkəran rayonuna gəldikdə həmin evdə yaşayır. Evinin əşyalarını da evdə saxlamışdır. Lənkəran rayonu Boladi kəndində yaşayan bacısı Ülviyyə Qasımova arabir evi nəzarət edir. O, Bakı şəhərində olan zaman yəni 13 aprel 2023-cü il tarixdə saat 11 radələrində bacısı Ülviyyə ona zəng edib, kiminsə evinin pəncərəsindən evin içərisinə girib evindən bir neçə əşyanın oğurladığını aşkar etdiyini ona telefonda bildirmişdir. Bacısı Ülviyyə evindən oğurluq edilməsi barədə DİN-in 102 xidməti zəng mərkəzinə məlumat verdiyini də ona demişdir. Ülviyyə sonuncu dəfə 09 aprel 2023-cü il tarixdə evinə gedib baxdıqda hər şeyin qaydasında olduğunu, oğurluq hadisəsi baş vermədiyini bildirmişdir. O, evində oğurluq hadisəsi baş verdiyini bildikdən dərhal sonra Bakı şəhərindən Lənkəran rayonuna yola düşüb evinə gəlmişdir. Evinə gəlib baxdıqda evin otaqlarında bir sıra əşyaların axtarıldığını, səliqəsinin pozulduğunu, əşyalarından oğurlandığını aşkar etmişdir. O, evdəki əşyalara nəzər yetirdikdə evdən hər biri 100 manat qiymətində olan 2 ədəd yorğanın, hər biri 100 manat qiymətində 2 ədəd böyük ölçülü ədyalın, birinin qiyməti 50 manat olan 5 ədəd kiçik ölçülü ədyalın, birinin qiyməti 50 manat olan 3 ədəd divan üstü xalçanın, birinin qiyməti 25 manat olan 4 ədəd kresloüstü xalçanın, 100 manat qiymətində 1 ədəd böyük ölçülü stolüstü xalçanın, 50 manat qiymətində 1 ədəd balaca stolüstü xalçanın, birinin qiyməti 10 manat olan 35 ədəd əl-üz dəsmalının, birinin qiyməti 50 manat olan 8 ədəd yorğan üzü dəstinin, birinin qiyməti 10 manat olan 22 ədəd yastıq üzünün, birinin qiyməti 20 manat olan 18 ədəd hamam dəsmalının, birinin qiyməti 20 manat olan 30 ədəd yaylığın, birinin qiyməti 30 manat olan 4 ədəd stolüstü parçanın, birinin qiyməti 10 manat olan 14 ədəd döşək üzünün, birinin qiyməti 2 manat olan 50 ədəd boşqabın, birinin qiyməti 2 manat olan 30 ədəd çəngəlin, 50 manat qiymətində 1 çemodan dəsmal dəstinin, 30 manat qiymətində 1 ədəd stolüstü ədyalın, birinin qiyməti 50 manat olan 3 ədəd uşaq ədyalının, birinin qiyməti 5 manat olan 24 ədəd çay dəsmalının oğurlandığını müəyyən etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə 3750 manat dəyərində maddi ziyan ona vurulmuşdur. Evində baş vermiş oğurluq əşyalardan ona yalnız bir ədəd yataq üzlüyü, bir ədəd yataq balınc üzlüyü, bir ədəd ədyal, bir ədəd divan örtüyü və bir dəst əl-üz dəsmalı qaytarılmışdır. Onların da cəmi qiyməti 250 manat təşkil edir. Hazırda ona 3500 manat maddi ziyan vurulmuşdur. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin Liman polis bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Lənkəran rayon Boladi kənd sakini X3 13 aprel 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nin Liman PB-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, 09 aprel 2023-cü il tarixdən 13 aprel 2023-cü il tarixədək olan müddət ərzində qardaşı Zərərçəkmiş şəxs Lənkəran rayonu Boladi kəndində yerləşən yaşayış olmayan evində naməlum şəxs və ya şəxslər pəncərədən evə daxil olaraq evin dəhlizinə girmiş, daha sonra evin otaqlarından 3750 manat dəyərində məişət əşyalarını oğurlamışlar. Həmin məlumat əsasında tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmiş ki, Lənkəran rayonu, Boladi kənd sakini Zərərçəkmiş şəxs evindən oğurluq hadisəsini törədən şəxs həmkəndlisi Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs Liman PB-yə dəvət olunmuş, bölmədə onunla şifahi söhbət zamanı sonuncu həmkəndlisi Zərərçəkmiş şəxs evindən 13 aprel 2023-cü il tarixdə gecə vaxtı məişət əşyalarını oğurladığını səmimi olaraq etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş üzrə digər şahidlər Şahid3 və X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 14 aprel 2023-cü il tarixdə saat 15 radələrində yaşadığı evində olduğu zaman bir nəfər şəxsin küçələrində qışqıraraq ədyal, yorğan örtükləri satdığını uca səslə söyləməsini eşitmişdir. O, küçəyə çıxmış və həmin şəxsdən nə satması barədə maraqlanmışdır. Özünü “Aqil” adı ilə təqdim edən həmin şəxs Lənkəran rayon mərkəzi bazarından gəldiyini, bazarda mallarını satdıqdan sonra qalan malları ucuz qiymətə satdığını və pulunun ona qaldığını demişdir. “Aqil” adlı həmin şəxs satılıq ədyal, yorğan örtüyü olduğunu ona bildirmişdir. “Aqil” adlı şəxsin əlində əlavə bir torba da olmuş, həmin torbanın içərisində nə olduğunu bilməmişdir. Həmin vaxt evində qonaq olan tanışı Pərvanə Rzayevanı da səsləyib küçəyə çağırmış və ona da “Aqil” adlı şəxsin satmağa ədyal gətirdiyini demişdir. Pərvanə ədyalı, o isə yorğanı almışlar. “Aqil” adlı şəxs ədyalı 20 manata, yorğan örtüyünü isə 25 manata satdığını desə də, o 15 manata yorğan örtüyünü, Pərvanə isə 10 manata ədyalı almışlar. Qalan 10 manat borcu isə “Aqil” adlı şəxs səhəri gün gəlib evlərindən alacağını bildirmişdir. “Aqil” adlı şəxsdən ədyal və yorğan örtüyünü aldıqdan sonra həyətə daxil olmuş, onun hara getdiyini bilməmişlər. “Aqil” adlı şəxsin onlara yorğan örtüyünü və ədyalı satanda həmin əşyaların oğurluq olduğunu nə o, nə də Pərvanə Rzayeva bilməmişlər. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilməklə tədqiq olunmuş şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 14 aprel 2023-cü il tarixdə saat 15 radələrində tanışı Şəlalənin evində qonaq olduğu zaman küçəyə bir nəfər şəxsin qışqıraraq ədyal, yorğan örtükləri satdığını uca səslə söyləməsini eşitmişdir. Şəlalə küçəyə çıxmış və həmin şəxsdən nə satması barədə maraqlanmışdır. Daha sonra Şəlalə onu da küçəyə səsləmiş və “Aqil” adlı bir şəxsin ədyal və yorğan örtüyü satdığını demişdir. O da küçəyə çıxmış və həmin şəxsin satdığı ədyalı bəyənib onu almaq istəmişdir. “Aqil” adlı şəxs Lənkəran rayon mərkəzi bazardan gəldiyini, bazarda mallarını satdıqdan sonra qalan malları ucuz qiymətə satdığını və pulunun ona qaldığını demişdir. “Aqil” adlı şəxsin əlində əlavə bir torbada olmuş, həmin torbanın içərisində nə olduğunu bilməmişdir. “Aqil” adlı şəxs ədyalı 20 manata, yorğan örtüyünü isə 25 manata satdığını desə də, Şəlalə 15 manata yorğan örtüyünü, o isə 10 manata ədyalı almışdır. Qalan 10 manat borcu isə “Aqil” adlı şəxs səhəri gün gəlib onlardan alacağını bildirmişdir. “Aqil” adlı şəxsdən ədyal və yorğan örtüyünü aldıqdan sonra həyətə daxil olduqları üçün onun hara getdiyini bilməmişlər. “Aqil” adlı şəxs onlara yorğan örtüyünü və ədyalı satanda həmin əşyaların oğurluq olduğunu nə o, nə də Şəlalə bilməmişlər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: 16 aprel 2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Baxış keçirilməsi haqqında 15 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Lənkəran rayonu Boladi kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. İfadənin yerində yoxlanılması barədə 17 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Əliyev X4 rayonu Boladi kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış törətdiyi oğurluq cinayətinin baş vermə ardıcıllığını və mexanizmini göstərmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Əliyev X4 Rayon Məhkəməsinin 1(049)-204/2021 saylı, 24 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci qərarı ilə azadlıqdan məhrum etmə cəzasından 22 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-nin 18 və 83-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 1(049)-204/2021 saylı, 24 iyun 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 4(049)-125/2023 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əl-barmaq və ovuc əksləri ADİS-in məlumat bazasında olan açılmayan cinayət işləri üzrə hadisə yerinin müayinəsi zamanı götürülmüş əl-barmaq izləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində Lənkəran rayonu, Boladi kəndində qeydiyyatda olan Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl-barmaq izlərindən 04 ədədi xx.xx.1989-cu il tarixdə Lənkəran rayonunda doğulmuş Təqsirləndirilən şəxs sol əlinin orta və adsız barmağları ilə eynilik təşkil etmişdir. Təqdim olunan əşyanın maddi sübut qismində götürülməsi və baxış keçirilməsi haqqında 16 aprel 2023-cü il il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd yataq üzlüyü, bir ədəd yataq balınc üzlüyü, bir ədəd ədyal, bir ədəd divan örtüyü və bir dəst əl-üz dəsmalı maddi sübut qismində tanınaraq götürülmüş, saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 2 ədəd yorğanın hər birinin qiyməti 100 manat olmaqla cəmi qiyməti 200 manat, 2 ədəd böyük ölçülü odeyalın hər birinin qiyməti 100 manat olmaqla cəmi qiyməti 200 manat, 5 ədəd nisbətən kiçik ölçülü odeyalın hər birinin qiyməti 50 manat olmaqla cəmi qiyməti 250 manat, 3 ədəd divan üstü xalçanın hər birinin qiyməti 50 manat olmaqla cəmi qiyməti 150 manat, 4 ədəd kresloüstü xalçanın hər birinin qiyməti 25 manat olmaqla cəmi qiyməti 100 manat, 1 ədəd materialı qalın olan stolüstü xalçanın qiyməti 100 manat, 1 ədəd materialı nazik olan stolüstü xalçanın qiyməti 50 manat, 35 ədəd əl-üz dəsmalının hər birinin qiyməti 10 manat olmaqla cəmi qiyməti 350 manat, 8 ədəd yorğan üzü dəstinin hər bir dəstinin qiyməti 50 manat olmaqla cəmi qiyməti 400 manat, 22 ədəd yastıq üzünün hər birinin qiyməti 10 manat olmaqla cəmi qiyməti 220 manat, 18 ədəd hamam dəsmalının hər birinin qiyməti 20 manat olmaqla cəmi qiyməti 360 manat, 30 ədəd yaylığın hər birinin qiyməti 20 manat olmaqla cəmi qiyməti 600 manat, 4 ədəd stolüstü parçanın hər birinin qiyməti 30 manat olmaqla cəmi qiyməti 120 manat, 14 ədəd döşək üzünün hər birinin qiyməti 10 manat olmaqla cəmi qiyməti 140 manat, 50 ədəd boşqabın hər birinin qiyməti 2 manat olmaqla cəmi qiyməti 100 manat, 30 ədəd çəngəlin hər birinin qiyməti 2 manat olmaqla cəmi qiyməti 60 manat, 1 bağlama dəsmal dəstinin qiyməti 50 manat, 1 dəst stolüstü odeyalın qiyməti 30 manat, 3 ədəd uşaq odeyalının hər birinin qiyməti 50 manat olmaqla cəmi qiyməti 150 manat, 24 ədəd çay dəsmalının hər birinin qiyməti 5 manat olmaqla cəmi qiyməti 120 manatdır. Sübutların qiymətləndirilməsi haqqında 20 iyun 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs evindən aşkar edilmiş Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri maddi sübut qismində tanınmış və cinayət işinə əlavə edilmişdir. Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil. Lənkəran ŞİHB-nin Boladi KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əliyev X4 rayonu, Boladi kəndində anasına məxsus evdə yaşamış və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Lənkəran Rayon Prokurorluğundan daxil olmuş 01 sentyabr 2023-cü il tarixli 176C-23 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən döyülməsi ilə bağlı göstərdiyi xüsusatlar aparılmış araşdırma zamanı öz təsdiqini tapmadığından həmin yoxlama materialı üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını CM-nin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı zərərçəkmiş şəxsə könüllü olaraq tamamilə ödəməsini CM-nin 59.1.13-cü, əməlindən peşmançılıq hissi keçirməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən, cəzasını yüngülləşdirici hallar kimi nəzərə alır. CM-nin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətin residivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 65.2-ci maddəsinin (CM-nin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.) tələbinə uyğun olaraq CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından aşağı olmayan cəzanın təyin edilməsi qanunauyğundur. Məhkəmə hesab edir ki, CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 16 aprel 2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd yataq üzlüyü, bir ədəd yataq balınc üzlüyü, bir ədəd ədyal, bir ədəd divan örtüyü və bir dəst əl-üz dəsmalının saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılması və Zərərçəkmiş şəxs evindən aşkar edilmiş Təqsirləndirilən şəxs məxsus əl-barmaq izlərinin isə cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 16 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd yataq üzlüyü, bir ədəd yataq balınc üzlüyü, bir ədəd ədyal, bir ədəd divan örtüyü və bir dəst əl-üz dəsmalının saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılması və Zərərçəkmiş şəxs evindən aşkar edilmiş Təqsirləndirilən şəxs məxsus əl-barmaq izlərinin isə cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-328/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-328/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver