Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-329/2023 24.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12.35 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1983-cü il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o 06 aprel 2023-ci il tarixində, Astara şəhəri, Bazar ərazisinə yaxın “Rus qəbiristanlığı” adlanan ərazidə, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 1 ədəd şəffaf sellofan bükümündə, təmiz çəkisi 5,294 qram olan xaş-xaşdan kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edərək üzərində saxlamaqla daşımış, 06 aprel 2023-cü il tarixdə saat 10:10-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu Siyavar kəndində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilmiş və şöbənin inzibati binasında olan otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan kiçik ölçülü cibindən qeyd edilən bükümdə və çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 06 aprel 2023-ci il tarixdə saat 09 radələrində Astara şəhəri, Bazar ərazisinə yaxın “Rus Qəbiristanlığı” adlanan ərazidə şəxsiyyətini bilmədiyi, lakin “Baba” adı ilə tanınan şəxsi görüb ona yaxınlaşmışdır və tiryək olub-olmadığını soruşmuşdur. Həmin şəxs də ona üzərində tiryək olduğunu bildirmişdir. Həmin şəxsdən 30 manat qarşılığında bir büküm narkotik vasitə tiryək almış və ağrıları olan zaman qəbul etmək üçün üzərində saxlamışdır. Həmin günü saat 10 radələrində Lənkəran rayonu Siyavar kəndində olan zaman mülki geyimdə olan üç şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini BNMİ-nin CBRŞ-nin əməkdaşları kimi təqdim etmiş və ona saxlanılmasının səbəbini bildirib onu BNMİ-nin CBRŞ-nin inzibati binasına gətirmişlər. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya, yaxud predmet olub-olmadığı soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmişdir. O da istifadə məqsədilə aldığı, əynində olan şalvarın sağ yan kiçik ölçülü cibində olan 1 ədəd bükümdə olan tiryəki çıxarıb polis əməkdaşlarına təqdim etmiş və bükümün içərisində narkotik vasitə tiryək olduğunu bildirmişdir. Tutduğu əməlindən son dərəcə peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, icraatına Astara rayonu Şahağacı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq, satış məqsədi olmadan narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatları daxil olmuşdur. İcraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü edirmiş. Onunla birlikdə əməliyyat qrupunun tərkibində polis nəfərləri Şahid2 və Şahid3 olmuşdur. 06 aprel 2023-cü il tarixdə saat 09:40 radələrində Təqsirləndirilən şəxs nəzarətə götürmüşlər. Onu, təxminən, 25-30 dəqiqə izlədikdən sonra Lənkəran rayonu Siyavar kəndində piyada hərəkətdə olarkən ona yaxınlaşmağa qərar vermişlər. Polis əməkdaşlarını təlimatlandırandan sonra gözlənilməzliyi təmin edərək ona yaxınlaşmışlar. Ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə gəzdirməsi ilə bağlı əsaslı şübhələr olduğuna görə üzərinə şəxsi axtarış keçirilməsinin vacibliyini izah edərək, şöbəyə dəvət etmişlər. Onlarla polis şöbəsinə gəlməyə razı olmuşdur. Polis şöbəsinə gətiriləndən sonra araşdırmanın aparılması BNMİnin CBRŞ-nin təhqiqatçısı Famil Həsənova tapşırılmışdır. Müdafiəçinin və onların iştirakı ilə, videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Videoçəkiliş aparılması Şahid2 tapşırılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynindəki şalvarın sağ kiçik ölçülü cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Sellofan bükümündə narkotik vasitə tiryək olduğunu, Astara şəhəri, Bazar ərazisinə yaxın “Rus qəbiristanlığı” tərəfdə “Baba” adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra 1 ədəd sellofan bükümü elektron tərəzidə çəkildikdə çəkisi 5,51 qram olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsin üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra götürülmüş kütlə ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olmuşdur, lakin keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi “Baba” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şahid1 icraatına Astara rayonu Şahağacı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq, satış məqsədi olmadan narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatları daxil olmuşdur. Qeyd edilən məlumat əsasında əməliyyat qrupu yaradılmışdır və o da, həmin qrupa daxil edilmişdir. 06 aprel 2023-cü il tarixdə saat 09:40 radələrində Təqsirləndirilən şəxs görüb onu nəzarətə götürmüşlər. Cabbarov X2 rayonu Siyavar kəndində piyada hərəkətdə olarkən ona yaxınlaşmışlar. Ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə gəzdirməsi ilə bağlı əsaslı şübhələr olduğuna görə üzərinə şəxsi axtarış keçirilməsinin vacibliyini izah edərək, şöbəyə dəvət etmişlər. Polis şöbəsinə gətiriləndən sonra araşdırmanın aparılması BNMİ-nin CBRŞ-nin təhqiqatçısı Famil Həsənova tapşırılmışdır. Müdafiəçinin və onların iştirakı ilə, videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Videoçəkiliş aparılması ona tapşırılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynindəki şalvarın sağ kiçik ölçülü cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Sellofan bükümündə narkotik vasitə tiryək olduğunu, Astara şəhəri, Bazar ərazisinə yaxın “Rus qəbiristanlığı” tərəfdə “Baba” adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra 1 ədəd sellofan bükümü elektron tərəzidə çəkildikdə çəkisi 5,51 qram olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsin üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra götürülmüş kütlə ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Cinayət işinin 29-31-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 06 aprel 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 06 aprel 2023-cü il tarixdə, saat 10:10 radələrində BNMİ-nin CBRŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu Siyavar kəndində olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ kiçik ölçülü cibindən 01(bir) ədəd bükümdə narkotik vasitə tiryək elektron tərəzidə çəkildikdə ümumi çəkisi 5,51 qram olmuşdur. Həmin kütlə paketə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş kütlə narkotik vasitə tiryəkdır. Həmin kütləni Astara şəhəri, Bazar ərazisinə yaxın “Rus qəbiristanlığı” adlanan ərazidə “Baba” adlı şəxsdən öz şəxsi istifadəsi üçün almışdır. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakları ilə tədqiq edilmiş videogörüntüdən görünür ki, 06 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən tiryək aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin tiryəkin özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Cinayət işinin 37-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş kütlə.....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bağlamada təmiz çəkisi – 5,294 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Cinayət işinin 69-cu vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 08 aprel 2023-cü il tarixli, 397 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nin təqdim etdiyi 3-17-1\2-113590 nömrəli arayışına əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstərişi vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 111-115-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Sübutların qiymətləndirməsi haqqında” 26 iyun 2023-cü il tarixli qərardan görünür ki, bir ədəd selofan bükümdə, ekspertiza tədqiqatından sonra ümumi xalis çəkisi 5,254 qram qalmış tiryək iş üzrə maddi sübut qismində tanınmış və saxlanması üçün Lənkəran ŞRPŞnin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntü iş üzrə maddi sübut hesab edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 19-cu qrafasına əsasən təmiz halda 0,5 qram tiryəkin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tiryəkin təmiz çəkisi 5,294 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin 13-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “şübhəli şəxsin tutulması” 06 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 58-59-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 07 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 aprel 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə tutulduğu yerdən azad edilmişdir. Cinayət işinin 84-85-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla arvadı X4, övladı xx.xx.2007-ci il təvəllüdlü X5 və övladı xx.xx.2009-cu il təvəllüdlü X1 ibarət ailə tərkibində yaşayır, onun barəsində heç bir şikayət və ərizə daxil olmamışdır. Cinayət işinin 83-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Astara rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Salyan rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 11 ay 01 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Astara rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Astara rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 04 ay 04 gün müddəti 08 ay 02 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-nin 18 və 83-cü maddələrinə əsasən məhkumluğu yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməllərini etiraf edərək peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini, əldə edilməklə saxlanılmış narkotik vasitənin miqdarını, əvvəllər ardıcıl olaraq iki dəfə məhkum olunmasını, eyni zamanda narkomaniyadan əziyyət çəkməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 24 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində 06 aprel 2023-cü il tarixdən 07 aprel 2023-cü il tarixədək tutulduğu 2 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə, o, məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 08 aprel 2023-cü il tarixli, 397 saylı qərarında qeyd edildiyi kimi Təqsirləndirilən şəxs İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstərişin olması səbəbindən barəsində məcburi müalicə təyin olunmamalı, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,254 qram qalıq çəkisi olan tiryək CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 06 aprel 2023-cü il tarixdən 07 aprel 2023-cü il tarixədək tutulduğu 2 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 avqust 2023cü il tarixdən hesablansın, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,254 qram qalıq çəkisi olan tiryək məhv edilsin. Məhkəmə məsrəfi 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-329/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-329/2023
24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver