Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-33/2022 06.12.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 16.45 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1983-cü il tarixdə Lənkəran rayonu, Alxovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, fəri əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq nаrkоtik vаsitə оlаn hеrоini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamаqlа dаşımış, habelə təkrarən saxlanc yerə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bеlə ki, о, 01 avqust 2021-ci il tarixə keçən gecə saat 01-02 radələrində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Lənkəran rayonu, Kənarmeşə kəndində Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətində qabağı küçəyə açılan birmərtəbəli tikilidə yerləşən, iki hissədən ibarət olan, ticarət mallarının və pul vəsaitlərinin saxlanıldığı yer olan mağazasının anbar təyinatlı sol hissəsinin qapısın sındırıb qanunsuz olaraq içəri daxil olandan sonra, həmin hissəni mağazanın ticarət zalı ilə ayıran divardakı pəncərəni sındırıb, pəncərədən ticarət zalına daxil olaraq oradan ticarət rəflərindən 1 qutusunun qiyməti 2 manat 20 qəpik, ümumi qiyməti 35 manat 20 qəpik olan 16 qutu «Vest» markalı siqareti, 1 qutusunun qiyməti 2 manat 40 qəpik, ümumi qiyməti 24 manat olan 10 qutu « Rothmans» markalı siqareti, 1 qutusunun qiyməti 2 manat 20 qəpik, ümumi qiyməti 44 manat olan 20 qutu «Classic» markalı siqareti, 1 qutusunun qiyməti 2 manat 40 qəpik, ümumi qiyməti 24 manat olan 10 qutu «Palİ Mail» markalı siqareti, 1 qutusunun qiyməti 2 manat 40 qəpik, ümumi qiyməti 12 manat olan 05 qutu «Vinchester» markalı siqareti, 1 qutusunun qiyməti 3 manat 70 qəpik, ümumi qiyməti 37 manat olan 10 qutu «Sobranie» markalı siqareti, 1 qutusunun qiyməti 3 manat 40 qəpik, ümumi qiyməti 68 manat olan 20 qutu «Kent 4» markalı siqareti, 1 qutusunun qiyməti 3 manat 40 qəpik, ümumi qiyməti 34 manat olan 10 qutu «Kent 8» markalı siqareti, 1 qutusunun qiyməti 3 manat 40 qəpik, ümumi qiyməti 34 manat olan 10 qutu «Vinston» markalı siqareti, 1 qutusunun qiyməti 2 manat, ümumi qiyməti 40 manat olan 20 qutu «Vant» markalı siqareti, 1 qutusunun qiyməti 1 manat 80 qəpik, ümumi qiyməti 18 manat olan 10 qutu «Bakı» markalı siqareti, 1 qutusunun qiyməti 1 manat 80 qəpik, ümumi qiyməti 36 manat olan 20 qutu «Argo» markalı siqareti, 1 qutusunun qiyməti 2 manat, ümumi qiyməti 80 manat olan 40 qutu «Magna» markalı siqareti, 1 qutusunun qiyməti 2 manat, ümumi qiyməti 16 manat olan 08 qutu «More» markalı siqareti, 1 qutusunun qiyməti 2 manat, ümumi qiyməti 20 manat olan 10 qutu «Viceroy» marka siqareti, "xxxx" MMC mobil telefon şəbəkəsinin nömrələri üçün - ümumi qiymə 80 manat olan 08 ədəd 10 manatlıq, ümumi qiyməti 30 manat olan 06 ədəd 05 manatlıq ümumi qiyməti 45 manat olan 15 ədəd 03 manatlıq, ümumi qiyməti 30 manat olan 15 ədəd 0; manatlıq, ümumi qiyməti 30 manat olan 30 ədəd 01 manatlıq danışıq konturları kartlarını "xxxx" MMC mobil telefon şəbəkəsinin nömrələri üçün - ümumi qiyməti 18 manat olan 01 ədəd 03 manatlıq, ümumi qiyməti 16 manat olan 08 ədəd 02 manatlıq, ümumi qiyməti 11 manat olan 15 ədəd 01 manatlıq danışıq konturları kartlarını, "xxxx" MMC mobil telefoı şəbəkəsinin nömrələri üçün - ümumi qiyməti 40 manat olan 08 ədəd 05 manatlıq, ümum qiyməti 26 manat olan 13 ədəd 02 manatlıq danışıq konturları kartlarını, kassa stolundan 5 (manat nağd pulu, soyuducudan 1 kiloqramının qiyməti 8 manat 50 qəpik, ümumi qiyməti 25 manat 50 qəpik olan 3 kiloqram «manqalüstü» sosislərini, 1 kiloqramının qiyməti 8 manat ümumi qiyməti 24 manat olan 3 kiloqram «servelat» kolbasası, 1 kiloqramının qiyməti 7 manat 50 qəpik, ümumi qiyməti 15 manat olan 2 kiloqram «ocaq» kolbasasını, gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 966 (doqquz yüz altmış altı) manat 70 qəpik ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə, o, 14 avqust 2021-ci il tarixə keçən gecə saat 03 radələrində 01 avqust təkrarən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə hərəkət edərək, Lənkəran rayonunun Kənarmeşə kəndində Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinə darvazadan qanunsuz daxil olaraq, həyətdən qabağı küçəyə açılan birmərtəbəli tikilidə yerləşən, ticarət mallarının və pul vəsaitlərinin saxlanıldığı mağazasını metal çərçivəli arxa qapısını sındırıb qanunsuz olaraq mağazanın ticarət zalına daxil olub oradan kassa stolundan kağız əskinaslar və metal qəpiklərdən ibarət cəmi 150 manat pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə, o, 2021-ci ili avqust ayında Lənkəran rayonu ərazisində məlum olmayan mənbədən və şəraitdə üç ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,998 qram, 2,929 qram, 3,268 qram, ümumi təmiz çəkisi 9,195 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üstündə saxlamaqla daşıyaraq Lənkəran rayonunun Göyşaban kəndində yaşadığı ünvana apardığı zaman 21 avqust 2021-ci il tarixdə saat 11:40-da onun cinayət törətməsi barədə məlumat almış Lənkəran şəhər-rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Göyşaban kəndi ərazisində «Göyşaban dairsəsi» yaxınlığında saxlanılıb ünvan 2 ünvanda verləsən polis şöbəsinin inzibati binasına gətirilərək üstündə şəxsi axtarış aparılmış və əynindəki şalvarın sol yan cibində gizlədib saxladığı üç kibrit qutusunda təmiz çəkisi 9.195 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 01 avqust 2021-ci il tarixdə, saat 01-02 radələrində Lənkəran rayonu, Kənarmeşə kəndində adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 məxsus mağazadan pul, ərzaq, kontur oğurlamışdır. Dükanın ikisi qapısı olmuş, o, sol qapıdan girmişdir. Mağazadan gğtürdüyü kontur, digər siqaret və ərzaqların qiymətini bilməmişdir. Sonradan bildiyinə görə 966 manat ümumi ziyan vurmuşdur. 14 avqust 2021-ci il tarixdə, saat 02-03 radələrində Lənkəran rayonu, Kənarmeşə kəndində adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 məxsus mağazadan qəpik, kağız pul götürmüş, ümumilikdə 120 manat kağız, 30 manat dəmir pul götürmüşdür. Həmin pulu da özünə xərcləmişdir. 21 avqust 2021-ci il tarixdə, saat 11-12 radələrində Lənkəran rayonu, Göyşaban kəndində olarkən Girdəni kəndindən olduğunu deyən tanımadığı bir nəfərdən 70 manata marixuana almış və istifadı etmək üçün üzərində saxlamışdır. Təxminən bir saat sonra onu polis əməkdaşları saxlamış və polis şöbəsində dəvət etmişlər, polis şöbəsində vəkilin iştirakı üzərinə şəxsi axtarış keçirilən zaman aldığı marixuananı təqdim etmiş və törətdiyi oğurluq hadisələrini də etiraf etmişdir. Hazırda əməlindən peşmandır. İmkanı olduğu halda maddi ziyanı ödəyəcəkdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 оğlu ifаdəsində göstərdi ki, Lənkəran rayonu, Kənarmeşə kəndində yaşayır, həyətayanı sahəsinin yola bitişik sahəsində mağazası vardır. Mağazada gündəlik təlabat malları satır və mağaza iki hissədən, anbar və zaldan ibarətdir. 01 avqust 2021-ci il tarixdə, sübh çağı bazara getmək üçün mağazaya baxdıqda hər şeyin dağıdıdığını görmüş və dərhal polisə məlumat vermişdir. Polis əməkdaşları bir qədər sonra gəlmiş və baxıb malları sayandan sonra mağazadan oğurlanmış malların miqdarı və vurulmuş ziyanın məbləği göstərdiyindən artıq olduğunu bildirmişdir. Mağazasından 16 qutu «West» markalı siqareti, 10 qutu «Rothmans» markalı siqareti, 20 qutu «Classic» markalı siqareti, 10 qutu «PallMalİ» markalı siqareti, 5 qutu «Winchester» markalı siqareti, 10 qutu «Sobranie» markalı siqareti, 20 qutu «Kent-4» siqareti 10 qutu «Kent-8» markalı siqareti, 10 qutu «Winston» markalı siqareti, 20 qutu «Want» markalı siqareti, 10 qutu «Bakı» markalı siqareti, 20 qutu «Argo» markalı siqareti, 40 qutu «Magna» markalı siqareti, 8 qutu «More» markalı siqareti, 10 qutu «Viceroy» markalı siqareti, ümumilikdə 219 qutu müxtəlif siqaretləri oğurlamışdır. Bundan əlavə, mağazasından «Azərsel» mobil telefon nömrələri üçün - 8 ədəd 10 manatlıq, 6 ədəd 5 manatlıq, 15 ədəd 3 manatlıq, 15 ədəd 2 manatlıq, 30 ədəd 1 manatlıq, cəmi 215 manatlıq «Sim-sim» markalı danışıq konturları, «Bakcell» mobil telefor nömrələri üçün - 6 ədəd 3 manatlıq, 8 ədəd 2 manatlıq, 15 ədəd 1 manatlıq, cəmi 4£ manatlıq «Cin» markalı danışıq konturları, "xxxx" mobil telefon nömrələri üçün - 8 ədəd t manatlıq, 13 ədəd 2 manatlıq, cəmi 66 manatlıq «Nar» markalı danışıq konturlar oğurlanmışdır. Eyni zamanda mağazadakı soyuducudan 3 kiloqram «Manqalüstü» markal sosislər, 3 kiloqram «Servelat» kolbasası, 2 kiloqram «Ocaq» kolbasasının oğurlandığını aşkar etmişdir. Oğurlanan ticarət malından əlavə isə mağazadan 50 manat nağd pul da oğurlanmışdır Oğurlanmış siqaretlərin qiymətləri ilə bağlı bildirir ki, «West» markalı siqaretin autusunun qiyməti 2 manat 20 qəpik, 16 qutunun ümumi qiyməti 35 manat 20 qəpik «Rothmans» markalı siqaretin 1 qutusunun qiyməti 2 manat 40 qəpik, 10 qutunun ümumi qiyməti 24 manat, «Classic» markalı siqareti 1 qutusunun qiyməti 2 manat 20 qəpik, 20 qutunun ümumi qiyməti 44 manat, «PallMalİ» markalı siqaretin 1 qutusunun qiyməti 2 manat 40 qəpik, 10 qutunun ümumi qiyməti 24 manat, «Winchester» markalı siqaretin 1 qutusunun qiyməti 2 manat 40 qəpik, 05 qutunun ümumi qiyməti 12 manat, «Sobranie» markalı siqaretin 1 qutusunun qiyməti 3 manat 70 qəpik, 10 qutunun ümumi qiyməti 37 manat, «Kent 4» markalı siqaretin 1 qutusunun qiyməti 3 manat 40 qəpik, 20 qutunun ümumi qiyməti 6S manat, «Kent 8» markalı siqaretin 1 qutusunun qiyməti 3 manat 40 qəpik, 10 qutunun ümum qiyməti 34 manat, «Vinston» markalı siqaretin 1 qutusunun qiyməti 3 manat 40 qəpik, 10 qutunun ümumi qiyməti 34 manat, «Vant» markalı siqaretin 1 qutusunun qiyməti 2 manat, 20 qutunun ümumi qiyməti 40 manat, «Bakı» markalı siqaretin 1 qutusunun qiyməti 1 manat 80 qəpik, 10 qutunun ümumi qiyməti 18 manat, «Argo» markalı siqaretin 1 qutusunun qiyməti 1 manat 80 qəpik, 20 qutunun ümumi qiyməti 36 manat, «Magna» markalı siqaretin qutusunun qiyməti 2 manat, 20 qutunun ümumi qiyməti 40 manat, «More» markalı siqaretin 1 qutusunun qiyməti 2 manat, 08 qutunun ümumi qiyməti 16 manat, «Viceroy» markalı siqaretir 1 qutusunun qiyməti 2 manat, 10 qutunun ümumi qiyməti 20 manatdır. Bütün bunlar tesablayanda ona vurulmuş ziyanın ümumi məbləği 966 (doqquz yüz altmış altı) manat 70 qəpik təşkil etmişdir. Vurulmuş ziyan onun üçün mühüm itkidir. Ona vurulmuş ziyan ümumilikdə 966 manat, 70 qəpik təşkil edir. Təqsirləndirilən şəxsin ifadəsi yerində yoxlanılan zaman dəqiqliklə mağazaya girdiyi yeri dediyinə görə hadisəni təqsirləndirilən şəxsin törətdiyinə əmin olmuşdur. Hazırda ona vurulmuş maddi ziyanı tam tələb edərək təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 оğlu ifаdəsində göstərdi ki, 14 avqust 2021-ci il tarixdə səhər saat 08 radələrində mağazının həyətə açılan arxa qapısının asma qıfılı sındırılmış, qapını açıq vəziyyətdə görmüş zala girəndə ticarət mallarının yerində olduğunu, kassa kimi istifadə olunan stolun siyirməsindən 150 manat pulun oğurlandığını aşkar etmişdir. Oğurluğu aşkar edəndən sonra şəxsi ***-***-**-** nömrəli telefonu ilə polisin «102» xidmətinə məlumat verib bildirmişdi ki, yaşadığı Kənarmeşə kəndində mağazasının qapısını sındırıb içəri daxil olmuşlar və 150 manat pul oğurlanmışdır. Bundan sonra Lənkəran rayon polis şöbəsinin əməkdaşları onlara gəlmişlər. O, polis əməkdaşlarına vəziyyəti danışandan sonra hadisə yerinə baxış keçirilmiş baxışda iştirak edərək oğrunun mağazaya haradan girdiyini, sındırılımış qapı qıfılını, pulur oğurlandığı siyirməni göstərmişdir. 22 avqusi 2021-ci il tarixdə özü evdə olmadığı zaman polis əməkdaşlarının müşaiyəti ilə həyətinə gələr şəxs, adını sonradan polisdə bildiyi Təqsirləndirilən şəxs onun mağazasından oğurluq etdiyini danışmışdır. Həmin vaxt evdə olan qızı Əkbərli Rəqsanə polis əməkdaşlarına mağazaya girməyə şərait yaratmışdır. Qızının deməsinə görə polis əməkdaşları ilə gəlmiş tanımadığı şəxs əvvəl həyətdən mağazanın qapısını necə sındırdığını göstərmiş, sonra mağazanın zalına girib kassa kimi istifadə olunan stolun siyirməsindən pul oğurladığını göstərmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş ziyan ödənilməsə də, həmin pulu şəxsə bağışlayır, qanunla nəzərdə tutulmuş yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 оğlu ifаdəsində göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsində polis nəfəri işləyir. 21 avqust 2021-ci il tarixdə polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsin ətrafında keçirilən əməliyyat-axtarış tədbirlərində post-patrul xidmətinin polis nəfəri Şahid2 ilə birlikdə iştirak etmişdir. Barəsində tədbir keçirilən şəxs Göyşaban kənd sakini 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi, bu məqsədlə əldə qanunsuz olaraq həmin maddələri əldə edib üzərində saxlaması barədə məlumatları almış əməliyyat müvəkkili tədbirin keçirilməsinə dair qərar qəbul etmişdi. Əməliyyat tədbirinin iştirakçıları kimi aldıqları təlimata görə Təqsirləndirilən şəxs aşkar etmək məqsədi ilə sonuncunun ola biləcəyi ərazilərdə müşahidələr aparmaq, aşkar edəndən sonra təhlükəsizliyi təmin etməklə yanaşı şəxsin üstündən hər hansı bir əşyanı, sənədi atmasına, ötürməsinə və ya məhv etməsinə imkan verməmək barədə tapşırıq almışlar. 21 avqust 2021-ci il tarixdə əməliyyat qrupu kimi birlikdə əraziyə çıxıb Təqsirləndirilən şəxs olduğu ərazilərdə müşahidələr apardıqları zaman saat 11 radələrində Lənkəran rayonunun Göyşaban kəndi ərazisində Təqsirləndirilən şəxs kənd yolunda piyada tək getdiyini görmüş, bir qədər müşahidələri davam etdirəndən sonra münasib məqam seçib özü üçün gözlənilmədən yaxınlaşaraq aradan çıxmasına imkanı vermədən saxlamışlar. Saxlanılan şəxs özünü Göyşaban kənd sakini Təqsirləndirilən şəxs kimi təqdim edərək, bildirdmişdir ki, ailəsində problemlər var, arvadı üç uşaqla birlikdə Göyşaban kəndindəki evində Kənarmeşə kəndinə valideynləri evinə qaçmış, indi özü oradan gəlir, orada da bacanağı Zaurla mübahisələri düşdüyünə və dalaşdıqlarına görə qanı qaralmışdır, eyni zamanda sərbəst buraxılmasını xahiş etməyə başlamışdır. Əməliyyat müvəkkili Şahid1 saxlanılan şəxsə izah etmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətməsi məlumatlar alınmış və məlumatların yoxlanılması üçün keçirilən rəsmi əməliyyat-axtarış tədbiri ilə əlaqədar saxlanılır, araşdırmanın davam etdirilməsi üçün onlarla polis şöbəsinə getməlidir. Təqsirləndirilən şəxs bir az yalvarandan sonra tələblərin qəti olduğunu görüb onlarla maşına oturmuş və Lənkəran şəhər-rayon polis şöbəsinə gəlmişdir. Saxlanıldığı yerdən polis şöbəsinə gətirilib üstündə şəxsi axtarış aparılanadək Təqsirləndirilən şəxs nəzarət altında olduğuna görə üstündən nə isə atmaq imkan olmamışdır. Polis şöbəsinə gələndən sonra araşdırmanın aparılması ilə təhqiqat bölməsinin təhqiqatçısı Vurğun Məmmədov məşğul olmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərarını elan edib vəkil dəvət etmiş, vəkilin iştirakı ilə hüquqlarını izah etmiş, sonra isə onun üstündə şəxsi axtarış aparılacağını, şəxsi axtarışın videoçəkilişlə sənədləşdiriləcəyini elan etmişdir. Vəkilin və əməliyyat tədbirinin iştirakçıları kimi onların iştirakı ilə aparılan şəxsi axtarışın əvvəlində təhqiqatçı Təqsirləndirilən şəxs üstündə qanunla qadağan edilmiş nə vardırsa, özü təqdim etməsini təklif etdikdə Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən üç ədəd kibrit qutusunu çıxardıb təqdim etmiş, təhqiqatçı qutularda nə olduğunu soruşanda isə sonuncu qutularda narkotik vasitə olan marixuananın olduğunu bildirmişdir. Təhqiqatçı qutuların hər birinin içindəkiləri onlara göstərəndə görmüşlər ki, formasına və rənginə görə oxşar olan, spesifik iyinə və digər əlamətlərinə görə doğurdan da çətənə bitkisindən hazırlanan və tüstüsü çəkilməklə qəbul ədilən narkotik vasitə qurudulmuş marixuanaya bənzər xırdalanmış bitki qurusundan ibarət kütlələr vardır. Təhqiqatçının suallarına cavabında Təqsirləndirilən şəxs marixuananı həmin gün, saat 8 radələrində tanımadığı Girdəni kənd sakinindən özü qəbul etmək üçüm 70 manata aldığını, sorğu-sual zamanı Təqsirləndirilən şəxs bundan başqa Lənkəran rayonu, Kənarmeşə kəndində iki mağazadan da oğurluq etdiyini bildimişdir. Daha sonra protokol tərtib edilmiş və işitrakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış şahid Şahid1 və Şahid3 ibtidai istintaq zamanı ifadələrinin məzmunundan da görünür ki, hər biri ayrı-ayrılıqda Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermiş və Təqsirləndirilən şəxs marixuananı 21 avqust 2021-ci il tarixdə, saat 8 radələrində tanımadığı Girdəni kənd sakinindən özü qəbul etmək üçüm 70 manata aldığını və sorğu-sual zamanı bundan başqa Lənkəran rayonu, Kənarmeşə kəndində iki mağazadan da oğurluq etdiyini bildirmişdir. Cinayət işinin 30-31-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Şəxsi axtarış və götürmə barədə” 21 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərindən üç ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər maddə aşkar edilərək götürülmüş, həmin narkotik vasitənin çəkisi 17.86 qram olmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin marixuana olduğunu və öz istifadəsi üçün Lənkəran rayonu, Girdəni kəndində tanımadığı şəxsdən 70 manata aldığını bildirmiş, bundan başqa Lənkəran rayonu, Kənameşə kəndində mağazalardan oğurluq etdiyini göstərmişdir. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakı ilə tədqiq edilmiş “Şəxsi axtarış və götürmə barədə” 21 avqust 2022-ci il tarixli əməliyyat axtarış tədbirinin videogörüntüsündən də görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərindən üç ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər maddə aşkar edilərək götürülmüş, həmin narkotik vasitənin çəkisi 17.86 qram olmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin marixuana olduğunu və öz istifadəsi üçün Lənkəran rayonu, Girdəni kəndində tanımadığı şəxsdən 70 manata aldığını bildirmiş, bundan başqa Lənkəran rayonu, Kənameşə kəndində mağazalardan oğurluq etdiyini göstərmişdir. Cinayət işinin 43-46-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 21 avqust 2021-ci il tarixli, 19/802 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlundan götürülərək tədqiqata təqdim edilmiş üç ədəd kibrit qutusunda təmiz çəkisi 9.915 qram olan maddə narkotik vasitə marixuanadır. Cinayət işinin 208-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 23 avqust 2021-ci il tarixli, 872 nömrəli ekspert rəyindən görünür ki, müayinə olunan Təqsirləndirilən şəxs oğlunda çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 210-212-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 12 noyabr 2021-ci il tarixli, 2651 nömrəli ekspert rəyindən görünür ki, müayinə olunan Təqsirləndirilən şəxs oğlu CM-nin 21-22-ci maddələrinin təsiri altına düşmür, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs məcburi mülaicəsinə ehtiyac yoxdur. Cinayət işinin 133-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 29 avqust 2021-ci il tarixli arayışdan (mütəxəssis rəyindən) görünür ki, 1 qutu «Vest» markalı siqaretin qiyməti 2 manat - 2 manat 20 qəpik; 1 qutu «Rothmans» markalı siqaretin qiyməti 2 manat 20- 2 manat 40- qəpik; 1 qutu Classic» markalı siqaretin qiyməti 2 manat - 2 manat 20 qəpik; 1 qutu «Palİ Mail» markalı siqaretin qiyməti 2 manat 20-2 manat 40 qəpik; 1 qutu «Vinchester» markalı siqaretin qiyməti 2 manat 20 qəpik- 2 manat 40 qəpik, 1 qutu «Sobranie» markalı siqaretin qiyməti 3 manat 50 qəpik- 3 manat 70 qəpik; 1 qutu «Kent 4» markalı siqaretin qiyməti 3 manat 20 qəpik - 3 manat 40 qəpik; 1 qutu «Kent 8» markalı siqaretin qiyməti 3 manat 20 qəpik - 3 manat 40 qəpik; 1 qutu «Vinston» markalı siqaretin qiyməti 3 manat 20 qəpik-3 manat 40 qəpik; 1 qutu «Vant» markalı siqaretin qiyməti 1 manat 90 qəpik - 2 manat;1 qutu «Bakı» markalı siqareti qiymətin 1 manat 70 qəpik -1 manat 80 qəpik; 1 qutu «Argo» markalı siqaretin qiyməti 1 manat 70 qəpik-1 manat 80 qəpik; 1 qutu «Magna» markalı siqaretin qiyməti 1 manat 80 qəpik- 2 manat; 1 qutu «More» markalı siqaretin qiyməti 1 manat 90 qəpik - 2 manat; 1 qutu Viceroy» markalı siqaretin qiyməti 1 manat 90 qəpik - 2 manat; «Manqalüstü» çeşidli sosislərinin 1 kiloqramının qiyməti 7 manat - 8 manat 50 qəpik; «Servelat» çeşidli markalı hisə verilmiş kolbasanın 1 kiloqramının qiyməti - manal 8 manat; «Ocaq» çeşidli bişmiş kolbasanın 1 kiloqramının qiyməti 6 manat 50 qəpik - 7 manat 50 qəpik arasında olduğu müəyyən edilmişdir. Cinayət işinin 71-73-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “İfadənin yerində yoxlanılması barədə” 22 avqust 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu törətdiyi oğurluq cinayətini etiraf edərək ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani şəkildə göstərmişdir. Cinayət işinin 220-237-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 11 dekabr 2021-ci il tarixli qərardan görünür ki, tədqiqat keçirildikdən sonra qalan 9.135 qram çəkidə narkotik vasitə marixuana maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlama kamerasına təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, müdafiə tərəfinin, yəni təqsirləndirilən şəxsin və müdafiəçinin təklifi ilə məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş şahid Şahid1 və Şahid3 ifadələrini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən qurudulmuş halda 5 qram marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 9.195 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlləri CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs1 məxsus mağazadan 966.70 manat məbləğində əmlak və Zərərçəkmiş şəxs2 məxsus mağazadan 150 manat pulu saxlana yerə təkrarən daxil olmaqla gizli yolla talamışdır ki, bu əməllər onun oğurluq cinayəti üzrə məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, oğurluq nəticəsində talanmış əmlakların qiymətinə dair təklif olunmuş sübutları araşdıraraq hesab edir ki, Zərərçəkmiş şəxs1 vurulmuş ümumi ziyan 966.70 manat və Zərərçəkmiş şəxs2 vurulmuş ziyan 150 manat kimi müəyyən edilməlidir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməli CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs oğluna CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin 21-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “tutma haqqında” 21 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə, saat 11.40-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 114-118-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21 avqust 2022-ci ildən hesab edilmişdir. Cinayət işinin 161-163-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu sonuncu dəfə Gəncə Hərbi Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il 02 ay müddətə azadlıqdan məhrum etmə cızasına məhkum edilmişdir. Hazırki cinayətləri törədərkən məhkumluğu olmamışdır. Cinayət işinin 126-127-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran rayon, Göyşaban inzibati ərazi dairəsinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu Göyşaban kəndində arvadı və xx.xx.2010, xx.xx.2009 və xx.xx.2019-cu il təvəllüdlü uşaqları ilə yaşayır, yaşayış müddəti ərzində ondan heç bir şikayət olmamış, 1-ci qrup Qarabağ veteranıdır, özünü intizamlı kənd sakini kimi göstərmişdir. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun himayəsində üç azyaşlı uşağının olması, cinayət əməllərini etiraf edərək peşman olmasını, Zərərçəkmiş şəxs2 ona qarşı şikayətinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, 1-ci Qarabağ müharibəsi veteranı olmasını CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməllərində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq, habelə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməməsini, şəxsin narkomaniyadan əziyyət çəkməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız müəyyən müddət azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin başlanğıcı 21 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 23 avqust 2021-ci il tarixli, 872 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs oğluna CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomanioyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübut - təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlundan aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 9.135 qram qalıq çəkisi olan marixuana CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs oğlunun barəsində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurəti yoxdur. CPM-nin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən vurulmuş ziyanın ödənilməsinə görə mülki iddia vermədiyindən vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 avqust 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 9.135 qram qalıq çəkisi olan marixuana məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa ç atdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-33/2022
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-33/2022
06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver