Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-33/2025 29.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhəmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və nümayəndəsi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2006-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkum olunmamış, Lənkəran şəhəri Ü.Hacıbəyov küçəsi ev 4-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 127-ci maddəsində nəzərtə tutulmuş cinayət əməli törətməsi haqqında məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs - sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs 31 oktyabr 2024-cü il tarixdə saat 11 radələrində Lənkəran şəhəri Fizuli küçəsində “Ya Hüseyn” məcidinin qarşısında yerləşən bağ sahəsində şəxsi münasibətlər zəminində, yəni Zərərçəkmiş şəxs onun bacısı Şahid3 mesaj yazaraq onu narahat etməsi səbəbindən aralarında yaranmış münaqişə zamanı qəsdən iki yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs çənə nahiyəsinə vurmaqla ona zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-in 126cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş alt çənə sümüyünün iki hissədən qəlpəli sınığdan ibarət xəsarət yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsini təsdiq edib göstərdi ki, X3 bacısıdır. X7 şəhəri Bazar ərazisində yerləşən “Trend Mail” paltar mağazasında işləyirdi. xx.xx.2024-cü il tarixdə bacısının işlədiyi “Trend Mail” paltar mağazasına paltar almaq üçün getmişdir. Həmçinin paltar mağazasında Zərərçəkmiş şəxs Azad oğlunun bacısı işləyirdir. Paltar mağazasında olduğu zaman İlkinin bacısı orada işləyən qızlara onu göstərərək Xoşqədəmin qardaşı olduğumu dediyini eşitmişdir. Həmçinin İlkinin bacısı onun anasının nömrəsini axtardığını mağazada öyrənmişdir ilkinin bacısının nə səbəbə anasının nömrəsini axtardığını öyrənmək üçün İlkinlə görüşmək istəmişdir. Həmin gün evdə olduğu zaman bacısı Xoşqədəmin İlkinə görə işdən çıxarıldığını öyrənmişdir. İlkin bacısı Xoşqədəmə mesaj yazaraq sevgili olmaq istəyini bildirmişdir. Lakin bacısı İlkinə onu narahat etməməsini demişdir. Olanları öyrənəndən sonra 31 10.2024-cü il tarixdə dostu Famillə əlaqə saxlayaraq İlkinlə görüşmək istədiyini demişdir. Famil ilə İlkin bir məhlədə yaşayırlar. Həmin gün saat 11 radələrində dostu Famil ilə Lənkəran şəhəri Fizuli küçəsində məcidin yaxınlığında görüşmüşdür. Famildən onların məhləsində yaşayan Azadın oğlu İlkini axtardığını deyərək onu çağırmasını xahiş etmişdir. Famildə İlkinə zəng edərək ‘Ya Hüseyn” məcidin qarşısına çağırmışdır. Famil ilə birlikdə Məcidin qarşısında yerləşən bağa gelərək İlkini gözləmişdir. Famil İlkini nə səbəbə axtardığını bilmirdir. İlkin onların yanına gəlmişdir. İlkin ilə danışmağa başlamışdır. İlkinə onun bacısı Xoşqədəmə mesaj yazdığını soruşmuşdur. İlkin onun bacısı Xoşqədəmdən xoşlandığını, bu səbəbdən ona yazaraq danışdığını demişdir, İlkinə bacısı Xoşqədəmin ona yazmamasını bildirməsini demişdir. İlkin onun bacısı Xoşqədəmə mesaj yazaraq narahat etməsi səbəbindən aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı ilkinin sol çənə nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Sonra isə sağ çənə nahiyəsinə yumruq zərbəsi endirmişdir. İlkin yerə yıxılmışdır. İlkinin üzərinə çıxaraq onu vurmaq istəmişdir. Lakin Famil isə onu qırağa itələyərək onları ayırmışdır. Sonra isə İlkini qaldıraraq oradan uzaqlaşdırmışdır. Famil ilə birlikdə bağdan çıxmışdır. İlkinin məcidin qarşısında əl üzünü yuduğunu görmüş və Məcidin qarşısından çıxaraq getmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs sonda bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir. Barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat mateiallarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsini təsdiq edib göstərdi ki, 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır. xx.xx.2024-cü il tarixdə Lənkəran polis şöbəsinə ərizə ilə müraciət edərək, İsmayılın onu vuraraq xəsarət yetirməsini bildirmişdir. Belə ki, Lənkəran şəhər bazar ərazisində yerləşən trend mail mağazasında işləyirdir. Mağazada işlədiyi müddətdə Xoşqədəm adlı qızla tanış olmuş, lakin sonradan münasibəti kəsmişdir. Xoşqədəmin qardaşı Şahismayıl onun bacısı ilə olan münasibəti öyrənmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində evdə olduğu zaman məlilə uşağı Famil ona zəng edərək, çölə çağırmışdır Evdən çıxaraq “Ya Hüseyn” məcidi ilə üzbəüz bağa getmişdir. Bağda Famil və İsmayıl birlikdə olmuşdur. Famil ilə söhbət edən zaman Şahismayıl anidən onun çənə nahiyəsinə yumruq zərbəsi endirmişdir. Yerə yıxılmışdır. Yerdə olduğu zaman Şahismayıl yenidən çənə nahiyəsinə yumruq zərbəsi endirmişdir. Sonra oradan qaçaraq məcidin qarşısına getmişdir. Zərərçəkmiş şəxs sonda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanının ödənildiyin bildirmişdir. Məhkəmə iclasından dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsini təsdiq edib göstərdi ki, xx.xx.2024-cü il tarixdə DİN-in 102 xidmətinə zəng edərək, xx.xx.2024-cü il tarixdə övladı Zərərçəkmiş şəxs iki nəfər şəxs tərəfindən döyülməsini bildirmişdir. Belə ki, Zərərçəkmiş şəxs övladıdır. Övladı İlkin 2001-ci il təvəllüdlüdür. Oğlu ilkin 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində qonşuluqda yaşayan Famil övladı İlkinə zəng edərək, onu çölə çağırmışdır. Övladı İlkin evdən çıxaraq Lənkəran şəhəri Fizuli küçəsində yerləşən “Ya Hüseyn” məcidinin qarşısında olan əraziyə getmişdir. Familin yanında İsmayılda olmuşdur. Övladının deməsinə görə İsmayıl və Famil onunla söhbət etmişdir. Mübahisə zamanı İsmayıl oğlu İlkinin çənə nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Oğlu İlkin yerə yıxıldığdan sonra İsmayıl yerdə oğlunun çənə nahiyəsinə yenidən zərbə endirmişdir. Məhkəmə iclasından dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsini təsdiq edib göstərdi ki, X1 tanışıdır. xx.xx.2024-cü il tarixdə yaşadığım evdə olan zaman tanışı İsmayıl ona zəng edərək, çölə çağırmışdır. Şahismayıl ona məhlədə yaşayan İlkini axtardığını demişdir, ilkini tanıdığını deyərək, ona zəng edərək yaşadığı evin qarşısında ‘'Ya hüseyn" məcidinin qarşısında olduğunu deyərək çağırmışdır, ilkin məcidin qarşısına gəldikdə ona tanışı İsmayılın onunla danışmaq istədiyini deyərək, məcidin qarşısında olan ərazidə onu gözlədiyini demişdir. İlkin Şahismayıl ilə söhbət etməyə getmişdir. Onların yanına getmişdir. Söhbət zamanı İlkinin Şahismayılın bacısına mesaj yazdığını öyrənmişdir, ilkin ilə Şahismayıl arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Şahismayıl ilkinin çənə nahiyəsinə yumruq zərbəsi endirmişdir. İlkin yerə yıxılmışdır. Şahismayıl İlkinə yenidən yumruq zərbəsi endirmişdir. Şahismayılı tutaraq onları ayırmışdır. İlkində oıadan çıxaraq getmişdir. Məhkəmə iclasından dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsini təsdiq edib göstərdi ki, Lənkəran şəhəri Bazar ərazisində yerləşən “Trend mail”da satıcı işləyirdir. Həmin mağazada onunla birlikdə Zərərçəkmiş şəxs adminstrator işləyirmiş. İlkin həmin mağazada tanış olmuşdur. İlkin 2024-cü ilin oktyabr ayının axırında onun telefon nömrəsini taparaq, tanış olmaq istədiyini bildirmişdir. Whatcapp sosial şəbəkəsində İlkinlə danışmışdır. Lakin işlədiyi mağazada İlkinlə sevgili olmağı barədə danışıqlar getdiyi üçün onunla əlaqəni kəsmişdir. Həmçinin İlkinə narahat etməməsini bildirmişdir. xx.xx.2024-cü il tarixdə qardaşı ismayıl “Trend mail" mağazasında olan zaman onun və İlkin barədə yayılan sözləri öyrənmişdir. Qardaşı ondan olanları soruşmuşdur. X2 tanış olmaq istədiyini, onunla qısa müddət danışdığını demişdir. Qardaşı İsmayılda xx.xx.2024cü ıl tarixdə İlkinlə olanları danışaraq, mübahisə edib dalaşmışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün və zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və məhkəmə iclasında tədqiq edilmiş materiallarla tam sübuta yetirilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1056 saylı rəyindən görünür ki, 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə, onun adına tərtib olunmuş tibbi sənəddə qeyd olunmuş məlumata əsasən hadisə haqqında olan məlumatları nəzərə alaraq ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq Zərərçəkmiş şəxs bədəni üzərində - alt çənə sümüyünün iki hissədən qəlpəli sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti tibbi sənəddə göstərilən tarixə xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olması nəticəsinə gəlinmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, saylı rəyindən görünür ki, 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə tibb-müayinəsinə və məhkəmə qərarında göstərilən suallara əsasən Zərərçəkmiş şəxs alt çənə sümüyünün sol mental və sağ bucaq nahiyəsinin açıq qəlpəli sınığı olmuş, qeyd olunmuş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda, yəni xx.xx.2024-cü il tarixdə yarana bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olması nəticəsinə gəlinmişdir. İş materialında olan xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Lənkəran şəhəri, Fizuli küçəsində Ya Hüseyn məscidi ilə üzbəüz ərazidə baş vermişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan ona ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-nin 127-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin cinayət əməlini törətmiş şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödənilməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 127.1-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Məhkəmə qeyd olunan hüquq normasının tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və CPM-nin 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəflərinin olmaması nəzərə alınsın. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №1(049)-33/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-33/2025
29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver