Məhkəmə qərarları › İş №1(049)-331/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-331/2023

20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-331/2023 20.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 11:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid Mirzəhəsən qızı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-cı il tarixdə Lənkəran raronu, Şiləvar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Bəlləbur kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, azyaşlı qızı Zərərçəkmiş şəxs ile 22 iyun 2023-cü il tarixdə saat 18 radələrində Lənkəran rayonu Bəlləbur kəndində şəxsi münasibətləri zəminində, yəni sonuncunun onun ünvanına xoşagəlməz ifadələr işlətməsi səbəbindən aralarında yaranmış münaqişə zamanı qəsdən yumruq ilə Zərərçəkmiş şəxs- alın-sol gicgah nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması, sol gözaltı, boyun nahiyələrində qançırlardan ibarət xəsarət yetirməklə sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ailəlidir 3 övladı var. Azyaşlı qızı Zərərçəkmiş şəxs ilə xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Lənkəran rayon Bəlləbur kəndində şəxsi münasibətlər zəminində, yəni sonuncunun onun ünvanına xoşagəlməz ifadələr işlətməsi səbəbindən aralarında yaranmış münaqişə zamanı qəsdən üz bədən nahiyələrinə yumruqla vuraraq xəsarət yetirmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, dəymiş ziyanı ödəmiş və buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs onun atasıdır. Atası və anası ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə mobil telefonda danışan zaman atası onu mobil telefonda danışdığını görmüşdür. Ona görə də kiminlə danışdığını soruşmuşdur. O isə rəfiqəsilə danışdığını atasına bildirmişdir. Atası ona niyə rəfiqəsilə mobil telefonda danışdığını bildirmişdir. Bundan əlavə atası ona hələ azyaşlı olmasını rəfiqəsinin ola bilməyəcəyini bildirmişdir. O, atasının sözündən əsəbiləşmiş və ona cavab qaytarmışdır. Atası da onu xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadığları Lənkəran rayonu Bəllǝbur kəndində yerləşən fərdi yaşayış evində üz və bədən nahiyələrinə yumruqla qəsdən vuraraq ona xəsarət yetirmişdir.O da baş vermiş hadisədən əsəbiləşərək DİN-nin 102 xidmətinə və Lənkəran ŞRPŞ-yə ərizə ilə müraciət etmişdir. Hazırda atasə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə notariat qaydasında təsdiq edilmiş ərizə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid Mirzəhəsən qızı ifadəsində göstərdi ki, ailəlidir, 3 uşağı vardır. Zərərçəkmiş şəxs onun böyük qızıdır. Zərərçəkmiş şəxs 15 yaşı vardır. O onunla birlikdə Lənkəran rayonu, Bəllǝbur kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Zərərçəkmiş şəxs təxminən 2 aydır ki, nə onun nədəki həyat yoldaşı Təqsirləndirilən şəxs sözlərinə məhəl qoyur. Zərərçəkmiş şəxs mobil telefonda sosial şəbəkələrdə qızlarla danışır. Atasıda xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadığı Lənkəran rayonu, Bəllǝbur kəndində yerləşən fərdi yaşayış evində Gülayın mobil telefonda danışdığını görmüşdür. Bu zaman həyat yoldaşı Nizami çox əsəbləşmiş və qızına azyaşlı olmasını və ona telefonda danışmasını qadağa qoymuşdur. Bu zaman gözləmədiyi anda qızı Zərərçəkmiş şəxs atasına niyə onun işlərinə qarışmasını, ona mobil telefonla danışmağı qadağan etməsini və bir daha onun işlərinə qarışmayacağını bildirirək atasının başına qışqırmışdır. Nizami Gülayın hərəkətlərindən pərt olmuş formada əsəbiləşərək onun üz və bədən nahiyələrinə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində qəsdən xəsarət yetirmişdir. Gülayda döyülməsi ilə bağlı DİN-nin 102 xidmətinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 22-24 cü vərəqlərində olan “Baxış keçirilməsi haqqında” 24 iyun 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Lənkəran rayonu, Bəlləbur kəndində yerləşən fərdi yaşayış evidir. Baxış keçirilən zaman zərərçəkmiş şəxs hadisə yerini göstərərək 22 iyun 2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs tərəfindən məhz həmin ünvanda döyüldüyünü bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 20-22-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli, 628 nömrəli məhkəmə ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən üzərində alın-sol gicgah nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması, sol gözaltı, boyun nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir,müddəti müayinədən bir gün əvvəl uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 48-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 iyun 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 20 iyul 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir, ona qaşı heş bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tam ödədiyindən, sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar