Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-333/2023 24.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Lənkəran rayonu, Liman şəhəri, 3-cü xutor yaşayış massivində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 21 iyun 2023-cü il tarixdə gecə 02 radələrində yaşadıqları Liman şəhəri, 3-cü xutor qəsəbəsindəki fərdi yaşayış evində şəxsi münasibətlər zəmnində Zərərçəkmiş şəxs döyməklə ona sol göz almasına yayılmış qansızma, sol gözaltı, boyun nahiyələrində qançırların yaranması ilə nəticələnən və dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarət vurmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Liman şəhərində rəngsaz işləyir. Bacısı Zərərçəkmiş şəxs ərindən ayrılıb atası evə gələndən bəri aralarında tez-tez münaqişə baş vermişdir. Sonuncu mübahisələri 21 iyun 2023-cü il tarixində baş vermişdir. Həmin gün yorğun halda gecə 02 radələrində evə qayıtmışdır. Bacısı ona yemək vermişdir. Sərxoş olduğu üçün bir qədər aqressiv olmuşdur. Bacısını keçmiş ərindən ayrılmasında günahlandırmışdır. Keçmiş ərinin nahaq yerə ona aliment verdiyini bildirmişdir. İradları bacısının xoşuna gəlmədiyindən Pərvanə onunla yüksək tonda danışmağa başlamışdır. Əsəbiləşərək onun sol gözünə qəsdən yumruqla zərbə vurmuş və onu itələmişdir. Bundan sonra o, artıq cavab qaytarmamışdır. Sonra özü yorğun olduğu üçün yatmışdır. Atası bacısını döyməyindən xəbər tutan kimi onu evə gələrək danlamış, bacısı ilə onu barışdırmağa çalışmışdır. Bacısı onunla barışmaq istəməmiş və polisə şikayət etmişdir. Aralarındakı münaqişənin 4-5 dəqiqə davam etdiyini bildirmiş, münaqişə baş verən yerdə yalnız bacısıyla özünün olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda, əməlindən peşmançılıq hissi keçirdiyini, iş üzrə zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınaraq, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 6 ildir ki, ərindən rəsmi şəkildə ayrılaraq atasıgildə yaşayır. Qardaşı Bəhruz uzun müddətdir ki, tez-tez spirtli içki içərək onunla mübahisə edir. O, evdə tez-tez münaqişə yaradır. Sonuncu dəfə mübahisələri birgə yaşadıqları Liman şəhəri, 3-cü xutor qəsəbəsindəki evlərində 21 iyun 2023-cü il tarixdə saat təqribən 02 radələrində baş vermişdir. Qardaşı 01 radələrində evə gəlmişdir. O, çoxlu spirtli içki qəbul etmişdir. Aralarındakı münaqişə böyümüş, qardaşı kobud söyüşlərlə onu təhqir edərək qəsdən sol gözünə və bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbə vurmuşdur. Bəhruzdan sakitləşməsini tələb etsə də, qardaşı onun sözlərinə məhəl qoymamışdır. Bir qədər sonra o, sakitləşərək yatmışdır. Mübahisə bitdikdən bir qədər sonra atası işdən evə qayıtmışdır. Ona qardaşının onu döydünün bildirmişdir. Atası qardaşına irad bildirərək onları barışdırmağa çalışmışdır. Lakin qardaşı ilə barışmamış, Liman PB-yə ondan şikayət etmişdir. Aralarındakı münaqişə 3-5 dəqiqə davam etmiş, hadisə yerində yalnız qardaşı ilə özü olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını üçün işə xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında Şahid ifadəsində göstərdi ki, “SOCAR” neft şirkətində mühafizəçi işləyir. Qızı Zərərçəkmiş şəxs 6 ildir ki, ərindən ayrılaraq ona məxsus evdə yaşayır. Qızı ilə oğlu Bəhruzun münasibətləri soyuq olmuşdur. Onlar tez-tez bir-biri ilə mübahisə etmişdir. Sonuncu dəfə 21 iyun 2023-cü il tarixdə səhər saat 06:00 radələrində işdən evinə qayıtmışdır. Qızının sol gözü şişmiş vəziyyətdə ağladığını görmüşdür. O, gecə oğlu Bəhruzun onu içkili vəziyyətdə döydüyünü bildirmişdir. Onu sakitləşdirmişdir. Oğlu və qızı ilə söhbət edərək onları barışdırmaq istəmişdir. Lakin qızı əsəbi olduğundan polisə şikayət etmişdir. İş materialında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 21 iyun 2023-cü il “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Lənkəran rayonu, Liman şəhəri, 3-cü xutor qəsəbəsində yerləşən həyət evidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 612 saylı rəyindən görünür ki, 1988ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində sol göz almasına yayılmış qansızma, sol gözaltı, boyun nahiyyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti müayinədən 6-12 saat əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Lənkəran şəhər Psixitariya Xəstəxanasının 06 iyul 2023-cü il tarixli, 1073 saylı arayışından görünür ki, Hüseynov X2 şəhər Psixitariya xəstəxanada qeydiyyatda deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Lənkəran ŞİHB-nın Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 iyun 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Hüseynov X2 rayonu, Liman şəhəri, 3-cü xutor yaşayış massivində atası Şahid, bacısı Zərərçəkmiş şəxs və sonuncunun 2010 və 2012-ci il təvəllüdlü uşaqları ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli tam sübuta yetirmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda zərər çəkmiş şəxslə barışmış və dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəlməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-333/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-333/2023
24.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver