Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-334/2023 22.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs (videokonfrans əlaqə sistemi vasitəsilə) və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1989-cu ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 ay 09 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran şəhəri Hacılar küçəsi ev 15-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Mərkəzi bazar ərazisində, satış məqsədli olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən, öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə ümumi təmiz çəkisi -0,713 qram ağ rəngli kristialdan ibarət psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 15:30-da Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəflindən keçirilmiş əməliyyat-axtarış tədbirlər zamanı ünvan 1 ünvanı ünvan 2 şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibindən həmin çəkidə və bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilmir. Bazardan evə gedəndə iki nəfər ona yaxınlaşmışlar və qolundan tutaraq onu maşına otuzdurmuşlar. Maşına oturandan sonra polis əməkdaşları özlərini təqdim etmişlər. O, narkotik vasitə olan heroindən istifadə edir və narkotiki tanımadığı şəxsdən alır. Lakin onu metamfetaminlə sənədləşdirərək ona qarşı ittiham irəli sürüblər. Evinə 30 metr qalmış onu tutmuşlar və polis əməkdaşları onu saxlayarkən üzərində heç bir narkotik vasitə olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlandıqdan sonra Ruhid adlı polis əməkdaşı narkotiki onun üzərinə qoymuşdur. Həmçinin o, saxlanılarkən polis əməkdaşları tərəfindən ona zor tətbiq edilərək xəsarətlər yetirilmişdir. Dövlət ittihamçısının vəsatəti əsasında və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, özünü elan olunmuş ittiham üzrə təqsirli bilir. Tutduğu əməlindən peşmandır. İşin mahiyyəti üzrə göstərmiş ki, qeyd etdiyi ünvanda qeydiyyatda olmaqla valideyni ilə birlikdə yaşayır. O, fərdi əməklə məşğul olur. Əvvəllər məhkum olunmuşdur. Bədəninin ağrısından əziyyət çəkir. Psixi xəstəliklərə görə heç bir yerdə qeydiyyatda deyil. Narkoman kimi Lənkəran rayonlararası narkoloji dispanserdə qeydiyyatda durmur. Spid xəstəliyyindən əziyyət çəkir. 3-4 aydır ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Metamfetamini siqaretin zərli kağızında yandırma yolu ilə tüstüsünü udmaqla qəbul edir. Demək olar ki, hər gün psixotrop madd olan metamfetamindən istifadə edir. İstifadə etdiyi psixotrop maddəni Lənkəran şəhər ərazisində təsadüfən rastlaşdığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxslərdən alır. 03 may 2023-cü il tarixdə saat 14:00 radələrində Lənkəran şəhəri mərkəzi bazar adlanan ərazidə əvvəllər tanımadığı bir şəxslə rastlaşmışdır. Söhbət edən zaman bir-birilərinin narkoman olduqlarını bilmişlər. O, həmin şəxsdən psixotrop maddə istəmişdir. Həmin şəxsdə ona üzərində psixotrop maddə olduğunu bildirmiş və 10 manata bir bükümdə psixotrop maddə olan metamfetamin satmışdır. O, həmin şəxsdən aldığı psixotrop maddəni əynindəki şalvarının sol yan cibinə qoymuşdur. Bədənində ağrılar olan zaman istifadə edəcəkmiş. Elə həmin günü, yəni 03 may 2023-cü il tarixdə saat təxminən 15:30 radələrində Lənkəran şəhəri Hacılar küçəsi ərazisində piyada gedən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar, özlərini ona təqdim etdikdən sonra onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində o, şübhəli şəxs kimi tutulmuş və vəkil ilə təmin olunmuşdur. Sonra orada vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı əynimdəki şalvarımın sol yan cibindən istifadəsi üçün saxladığı bir büküm psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Həmin bir büküm psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilmiş, çəkisi 0,78 qram olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş bir büküm metamfetamini bir zərfə qoyub bağlamışlar və möhürləmişlər. Bu barədə protokol tərtib edilmiş, protokolu və zərfi o və başqa iştirakçılar imzalamışlar. Tutduğu əməldən son dərəcə peşmandır. Psixotrop maddə olan metamfetamini qəbul etməklə cinayət törətdiyini başa düşür, o psixotrop maddələri heç vaxt satmamışdır. Psixotrop maddələrdən istifadə etməyi bədənində olan ağrılarla bağlı olduğunu bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-si üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. Lənkəran şəhəri Hacılar küçəsi ev 15-də qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq psixotrop vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə qərəzsiz mənbədən əldə etdiyi məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 03 may 2023-cü il tarixdə raportla Lənkəran ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Şöbə rəisi tərəfindən təsdiq edilmiş 03 may 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərara əsasən ondan, ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri polis mayoru Şahid2 və polis kiçik leytenantı Şahid3 ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin günü əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqda sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar. Təxminən saat 15 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Hacılar küçəsində yolla piyada hərəkət etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini ona təqdim etmişlər. Həmin vaxtı yolda qediş-gəliş çox oldugundan və Təqsirləndirilən şəxs üzərinə orada baxış kecirmək üçün normal şərait olmadığından onu Lənkəran ŞRPŞnə dəvət etmişlər. Şöbəyə gəldikdən sonra bu barədə raportla şöbə rəisinə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, polis kiçik leytenantı Şahid3 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir bükümdə kristial şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli başqa hər hansı bir şey aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs ilə şifahi sorğu keçirilərkən bildirilmiş ki, təxminən üç-dörd aydır ki, psixotrop maddə metamfetamindən istifadə edir, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini 03 may 2023-cü il tarixdə Lənkəran şəhəri mərkəzi bazar ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 10 (on) manata aldığını, istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğru bilib iştirakçılar və Təqsirləndirilən şəxs protokolu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı psixi və fiziki təsir göstərməmiş və belə halların şahidi olmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid3 oğu ifadələrində Şahid1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə verdilər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, həmçinin təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 03 may 2023-cü il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilmiş DVD diskdə olan videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olmuş şalvarının sol yan cibindən bir bükümdə 0,78 qram psixotrop maddə metamfetamini çıxarıb təqdim etmiş və həmin psixotrop maddənin özünə məxsus olduğunu, istifadəsi üçün üzərində gəzdirdiyini göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Lənkəran regional bölməsi tərəfindən təqdim edilmiş 04 may 2023-cü il tarixli, 19/510 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümlərdə təmiz çəkiləri- 0,713 qram olan ağ rəngli kristialdan ibarət olan maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir (Siyahı İ). Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 04 may 2023-cü il tarixli, 504 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TAKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X6 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 avqust 2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, Lənkəran rayon məhkəməsində AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilərkən Təqsirləndirilən şəxs ifadəsində saxlanıldıqdan sonra Lənkəran ŞRPŞ-ə gətirildiyini və burada olarkən etirafedici ifadə verməsi üçün ona polis əməkdaşları tərəfindən fiziki zor tətbiq olunmasını bildirmişdir və həmin məlumat Lənkəran rayon məhkəməsi tərəfindən Lənkəran rayon prokurorluğuna göndərilmişdir. Aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs müraciətində qeyd etdiyi faktlar öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən hər hansı şəxsin əməlində cinayət tərkibi olmaması əsası ilə rədd edilməlidir.” Sözügedən Qərarın təsviri hissəsində göstərilənlərə əsasən həmin material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun xx.xx.2022-ci il tarixli cavabından və hökmün surətindən görünür ki, Hüseynov X3 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 ay 09 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 03 may 2023-cü il tarixdə saat 16:10-də şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin qərarında görünür ki, 05 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 may 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Lənkəran ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası 1951-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 5 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Sübutların qiymətləndirilməsi haqqında 05 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bükümdə 0,713 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış, psixotrop maddə metamfetaminin ekspertizadan sonra qalıq qalmış 0,663 qram hissəsi Lənkəran şəhərrayon polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, şəxsi axtarışın 1 ədəd DVD diskinin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün ifadəsi ilə yanaşı, bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitənin olmaması, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilərək xəsarət yetirilməsi və polis əməkdaşı tərəfindən üzərinə narkotik vasitənin qoyulması barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə protokolu və əlavə edilmiş DVD disk, tədqiq edilmiş digər sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Hökmdən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 25 yanvar 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı tarixdən iki il keçməmiş 03 may 2023-cü il tarixdə hazırkı cinayət əməlini törətdiyindən o, CM-nin 83.1-ci maddəsinə əsasən məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CMnin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, X1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı 03 may 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə taksikomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi naroloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,663 qram təşkil edən psixotrop maddə - metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 03 may 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə taksikomaniyadan məcburi müalicə təyin olunsun və ərazi naroloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,663 qram təşkil edən psixotrop maddə - metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-334/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-334/2023
22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver