Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-335/2023 27.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat: 17:00 Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1980-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, dələduzluq, yəni etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran rayonunun Aşağı Nüvədi kəndi ərazisində ona məxsus həyətyanı sahənin qarşısında yerləşən Aşağı Nüvədi kənd bələdiyyəsinin mülkiyyətində olan 0,05 ha torpaq sahəsini 2022-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan torpaq sahəsi kimi yalandan təqdim edib özünə inandıraraq həmin torpaq sahəsini 7000 manat məbləğində satacağı baradə aralarında olan razılaşmadan sonra X15nın mebel, digər toy xərclərini qarşılamaq və öz şəxsi ehtiyacları üçün Zərərçəkmiş şəxs adadıb özünə inandıraraq vahid niyyətlə 6 oktyabr 2022-ci il tarixdə Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə 1500 manat məbləğində, 29 oktyabr 2022-ci il tarixdə Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə 2050 manat məbləğində, 28 dekabr 2022-ci il tarixdə isə 450 manat məbləğində pulu Lənkəran şəhəri “Ləvəngi dairəsi” adlanan ərazidə yerləşən “Qulamoff” marketində olan ödəmə aparatı vasitəsilə istifadəsində olan "xxxx" ASC-yə məxsus plastik karta köçürülməsinə Zərərçəkmiş şəxs tanışı Şahid1 vasitəsilə nail olub Zərərçəkmiş şəxs ümumilikdə 4000 (dörd min) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə tanışı olan Şahid2 vasitəsilə tanış olmuşdur. Zərərçəkmiş şəxs 3 dəfə onun evinə gəlmişdir və onunla həyat yoldaşının mülkiyyətində olan torpaq sahəsindən 5 sot hissəsini ona satmaq barədə razılaşmışlar. Həmin torpaq sahəsini satmağı aralarında 7.000 manata razılaşmışlar. Bu məqsədlə Zərərçəkmiş şəxs dörd min manat pul almışdır. Sonradan Zərərçəkmiş şəxs həmin torpaq sahəsini almaqdan imtina etmişdir və verdiyi pulu ondan geri tələb etmişdir. O, da həmin pulları övladı üçün alınan cehizlərə xərclədiyindən Zərərçəkmiş şəxs qaytara bilməmişdir. Zərərçəkmiş şəxs satdığı torpaq sahəsi bələdiyyəyə aid deyil, həyat yoldaşı Aynur Ağayevanın xüsusi mülkiyyətində olmuşdur və o, öz ailə üzvləri ilə birlikdə hazırda həmin torpaq sahəsində yaşayır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə iclasında elan edilərək araşdırılan ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ailə üzvlərilə birlikdə Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində yaşayır. Evli olmaqla üç övladı vardır. Əvəllər məhkum olunmamışdır. X15 2021-ci il tarixdə Lənkəran rayonu, Təngivan kənd sakini X8 ilə nişanlanmışdır. 19.10 2022-ci il tarixdə onun üçün Lənkəran şəhəri “Sultan” şadlıq sarayında toy etməyi qərara almışdır. Həmin ərəfələrdə heç bir yerdə işləmədiyi üçün maddi vəziyyətinin ağır olduğuna görə hər hansı bir yolla pul əldə etmək qərarına gəlmişdir. Bu zaman ağlına fərdi yaşayış evinin həyətyanı sahəsinin qarşısında olan, faktiki istifadə etdiyi, lakin bələdiyyə mülkiyyətində olan torpaq sahəsini özünki kimi təqdim edib, satıb pul əldə etmək fikrinə düşmüşdür. Bu səbəbdən tanıdığı şəxslərə Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşən fərdi yaşayış evinin torpaq shaəsindən bir neçə sotu satmaq istədiyini bildirmişdir. Bu təkliflərdən birini də, Lənkəran rayonu, Tütəpeştə kəndində yaşayan uzaq qohumu Şahid2 etmişdir. Şahid2 da torpaq almaq istəyən şəxs olduğu təqdirdə ona bildirəcəyini demişdir. 2022-ci ilin oktaybr ayının ortalarında Şahid2 ona zəng edərək, torpaq üçün müştəri olduğunu və onun mobil nömrəsini həmin şəxslərə verdiyini bildirmişdir. Sonra həmin şəxslər ona zəng edərək, torpaq sahəsinə baxmaq istədiklərini bildirmişlər. O da onlara gəlib baxmalarına razılaşmışdır. Bir gün sonra sonradan adlarını bildiyi Zərərçəkmiş şəxs və Şahid1 adlı şəxslər birgə yaşadığı evə gəlmişlər. Onlara həyətyanı sahəsinin qarşısında olan torpaq sahəsini öz mülkiyyətində olan torpaq sahəsi kimi təqdim edib, ümumilikdə 0,10 ha torpaq sahəsinin olduğunu və onun 0,05 ha hissəsini satdığını onlara bildirmişdir. Qiymət barədə onlarla söhbət etdikdə o, 0,05 ha torpaq sahəninin hər bir 0,01 ha sahəsinin əvvəlcə 1500 manat olmaqla ümumilikdə 7500 manata satacağını bildirib, sonra onlara 500 manat qiymətdə endirim edib, ümumilikdə 7000 manata satacağını bildirmişdir. Həmin şəxslər də onlarla razılaşmışlar. Sonra Zərərçəkmiş şəxs ilkin olaraq 1500 manat pulu torpağın onun adına sənədləşməsinə görə bəhanə edib istəmişdir. Leyla da ona səhəri günü 1500 manat pulu verəcəyini bildirmişdir. Səhəri gün yəni, 06 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Lənkəran şəhəri Mərkəzi bazarında olan zaman Zərərçəkmiş şəxs tanışı Şahid1la əlaqə saxlayıb onunla görüşüb ondan 1500 manat pulu almışdır. Həmin pulu ələ keçirdikdən sonra qızının toyu üçün ilkin xərcləri həyata keçirmişdir. Sonra 25 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs zəng edərək, 29 oktyabr 2022-ci il tarixdə qızını gəlin köçürdüyü üçün mebel almağa pul lazım olduğunu, torpağın pulundan ona 2050 manat pul verməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs da pulu tanışı Şahid1 verəcəyini və pulu ondan görüməyini bildirmişdir. Bundan sonra o, 26 oktyabr 2022-ci il tarixdə Şahid1 işlədiyi Lənkəran mərkəzi bazarına gedib Şahid1 2050 manat pulu əldə etmişdir. Əldə etdiyi pula da qızının toyu və mebel üçün xərcləmişdir. Bu müddət ərzində Zərərçəkmiş şəxs ilə telefon əlaqəsi zamanı torpağa dair sənədləşmə işlərini apadığını bildirmişdir. 28 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yenidən zəng edərək, 2023-cü ilin yanvar ayının ortalarına kimi torpağı onun adına keçirəcəyini bildirmiş, sonra ondan torpağa görə qalıq qalmış puldan 450 manat pul verməsini istəmişdir. Zərərçəkmiş şəxs, əvvəlcə pulu verməyə tərəddüd etsə də, gəlin köçmüş qızını yeni il üçün evinə qonaq çağırdığını və həmin pulun təcili ona lazım olduğunu bildirikdən sonra onunla razılaşmışdır. O da yenidən razılaşıb tanışı Famin Həsəndova pulu verəcəyini və həmişəki kimi ondan pulu götürməyini bildirmişdir. Həmin günü Şahid1 mobil telefonun “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə arvadı Aynur Ağayevanın "xxxx" ASC-yə məxsus 5103 0714 1628 9912 plastik kartın şəklini çəkərək göndərmiş, Şahid1 da həmin tarixdə göndərdiyi kart hesabına 450 manat pulu köçürmüşdür. Bundan sonra 2023-cü ilin yanvar-fevral ayları ərazində Leyla və Ramin onlara vəd etdiyi torpaq sahəsini onlara satmağını istəslərdə onlara hər dəfə bir bəhanə gətirərək, onları aldatmağa davam etmişdir. Sonradan Zərərçəkmiş şəxs ondan öz pulunu geri istəsə də, ona bir müddət vaxt verməsini istəmişdir. Lakin indiyədək ona vurmuş olduğum maddi ziyanı geri qaytarmadığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 2022-ci ilin oktyabr ayı ərzində Lənkəran şəhərinə yaxın kəndlərdə torpaq alıb ev tikmək fikirnə düşmüşdür. Bu səbəbdən Lənkəran şəhərinə yaxın ərazilərdə torpaq almaq üçün tanıdığı şəxslərdən soraqlaşmışdır. 05 oktyabr 2022-ci il tarixdə xəstə olduğuna görə iynə vurmaq üçün yaşadığı evə gələn, qonşuluqda yaşayan və Lənkəran rayonu Şürük kəndində yerləşən Təcili Tibbi yardım stansiyasında tibb bacısı işləyən Şahid2 da onun şəhər ətrafı almaq üçün torpaq axtardığını bilmişdir. Bu zaman Şahid2 Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs adlı qohumunun qızının toyun olduğuna görə pula ehtiyacı yarandığı üçün həyətyanı torpağını satdığını bildirmişdir. Şahid2 Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsini almışdır. Təqsirləndirilən şəxslə danışmaq üçün onun nömrəsini birgə yaşadığı Şahid1 vermişdir. Bu zaman Raminlə o telefondan danışıb, elə həmin günü günorta saatlarında Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsinə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə girmişlər. Təqsirləndirilən şəxs onları qarşılayıb yaşadığı evin qabağında yerləşən satacağı torpaq sahəsini onlara göstərmişdir. O da göstərdiyi torpaq sahəsindən əvvəlcə 0,03 ha torpaq sahəsini bəyənib almaq istədiyini bildirdikdə, Ramin satmaq istədiyi torpaq sahəsinin ümumilikdə 0,10 ha olduğunu və 0,05 ha torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Qiymət barədə Təqsirləndirilən şəxs ilə söhbət etdikdə o, 0,05 ha torpaq sahəsinin hər bir 0,01 ha sahəsini əvvəlcə 1500 manat olmaqla, ümumilikdə 7500 manata satacağını bildirisə də, sonradan 500 manat da endirim edib, ümumilikdə 7000 manata satacağını bildirmiş və razılaşmışlar. Təqsirləndirilən şəxs ona ilkin olaraq 1500 manat pulun verməyini istəyərək, torpağa dair sənədləri düzəldəcəyini bildirmişdir. 06 oktyabr 2022-ci il tarixdə Şahid1 1500 manat pulu vermiş və o da Təqsirləndirilən şəxs həmin tarixdə Lənkəran şəhəri Mərkəzi bazarında 1500 manat pulu vermişdir. 25 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Şahid1 zəng edərək, 29 dekabr 2022-ci il tarixdə qızını gəlin köçürdüyü üçün mebel almağa pul lazım olduğunu, torpağın pulundan ona 2050 manat pul verməyini xahiş etmiş, Famin bu barədə ona bildirdikdə, Raminə həmin pulu verməsinə razılıq vermişdir. 26 oktyabr 2023-cü il tarixdə Şahid1 2050 pulu Lənkəran mərkəzi bazarında Təqsirləndirilən şəxslə görüşərək, ona vermişdir. Bu ərəfələrdə Təqsirləndirilən şəxs onlarla telefon əlaqəsi saxlayaraq torpağın sənənədlərinin hazır olmaq ərəfəsində olduğunu 2023-cü ilin yanvar ayının 10-dək həmin torpaq sahəsinin onun adına keçəcəyini bildirmişdir. O də Təqsirləndirilən şəxs bu sözlərindən şübhələnməyib inanmışdır. 28 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Şahid1 zəng edərək, yeni il üçün yeni gəlin köçmüş qızını evinə qonaq çağırmaq üçün torpağın pulundan ona 450 manat pul istəmişdir. Famin də bu barədə ona dedikdə Təqsirləndirilən şəxs sözlərinə inanıb, həmin pulun ona verilməsinə razılıq vermişdir. Həmin günü Təqsirləndirilən şəxs Şahid1 göndərdiyi 5103 0714 1628 9912 nömrəli "xxxx" ASC-yə məxsus plastik kart hesabına 450 manat pulu Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən “Qulamoff” marketədə quraşdırılmış ödəmə terminalı vasitəsilə göndərmişdir. 2023-cü ilin yanvar-fevral ayları ərzində Raminin vəd etdiyi torpaq sahəsini adına keçirməsi ilə bağlı zənglər etsə də, o hər dəfə müxtəlif bəhanələr gətirərək, işlər gördüyünü bildirmişdir. Sonradan həmin torpaq sahəsinin Təqsirləndirilən şəxs aid olmadığını öyrənmişdir. 2023-cü ilin mart ayında isə Təqsirləndirilən şəxs ona torpağın sənədlərini düzəldə bilmədiyini bildirərək, pulunu qaytaracağını bildirsə də, indiyədək ona vurmuş maddi ziyanı geri qaytarmamışdır. Təqsirləndirilən şəxs ondan ümumilikdə 4000 manat pul almışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu madənin sanksiyası həddində ən ağır cəza verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs Lənkəran Mərkəzi Bazarında qadın geyimləri dükanında satıcı işləməsi ilə əlaqədar tanımış və onla qeyri-rəsmi olaraq yaşayır. Birgə yaşadığı Zərərçəkmiş şəxs Lənkəran şəhərinə yaxın ərazilərdə torpaq alıb ev tikmək istədiyi üçün birlikdə həmin ərazilərdə torpaq sahəsi almaq soraqlaşmışlar. Zərərçəkmiş şəxs 05 oktyabr 2022-ci il tarixdə ona zəng edərək, qonşuluqda yaşayan, tibbi bacısı işləyən Əntiqə adlı qadının ona iynə vurmaq üçün yaşadığı evə gəldiyi zaman söhbət əsnasında qohumu Təqsirləndirilən şəxs özünə məxsus olan və Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yerləşən torpaq sahəsindən 0.03-0.04 ha torpaq satmaq istəməsini bildirib, Təqsirləndirilən şəxs mobil nömrəsini ona vermişdir. Bu zaman o, həmin torpaq sahəsinə baxmaq üçün Ramin ilə telefon əlaqəsi saxlamışdır. 06 oktyabr 2022-ci il tarixdə özünə məxsus avtomobillə Zərərçəkmiş şəxs ilə birlikdə Təqsirləndirilən şəxs Aşağı-Nüvədi qəsəbəsində yerləşən evinə getmişlər. Təqsirləndirilən şəxs öz evinin qarşısında boş torpaq sahəsini göstərərək ona məxsus olduğunu və həmin torpaq sahəsindən 0.05 ha hissəsini satdığını demişdir. Əvvəlcə o, təqdim etdiyi torpaq sahəsinin 0.01 ha hissəsini 2.000 manata satacağını bildirsə də, güya onlara endirim edərək 0.01 ha hissəsini 1.500 manata olmaqla, ümumilikdə 7.500 manata, sonradan 500 manat endirim edərək ümumilikdə 7.000 manata satdığını bildirmişdir. Onlar da qiymətin əlverişli olduğunu görüb Təqsirləndirilən şəxslə şifahi şəkildə razılaşmışdır. Təqsirləndirilən şəxs torpağın Zərərçəkmiş şəxs adına keçirilməsi üçün ilkin olaraq 1.500 manat pulu ona verilməsini istəmiş, səhəri günü cavab verəcəyini bildirmişlər. Həmin tarixdə o, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qohumu Şahid2 onun haqqında soruşmasını bildirmiş, Leyla da Əntiqədən Raminə 1.500 manat pulu verib-verməməyi haqqında soruşduqda, Əntiqə də Leylaya Raminin düzgün adam olduğunu ona 1.500 manat verə biləcəyini bildirmişdir. 06 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq Lənkəran Mərkəzi Bazarına gəlmiş və orada ona 1.500 manat pulu ona vermişdir. Təqsirləndirilən şəxs də torpağın sənədləşməsi adı ilə Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin surətini ondan almışdır. 25 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək, 29 dekabr 2022-ci il tarixdə qızı üçün mebel almaq məqsədi ilə Leylanın ona əlavə olaraq 2.050 manat torpağın pulundan ona verilməsini istəmişdir. Bu barədə Zərərçəkmiş şəxs bildirdikdə, Leyla da həmin pulun ona verilməsinə razılığını bildirmişdir. 26 oktyabrda Lənkəran bazarında işlədiyi yerdə Təqsirləndirilən şəxslə görüşüb həmin pulıu nağd şəkildə ona vermişdir. Təqsirləndirilən şəxslə söhbət zamanı o, 2023-cü ilin yanvarın 10dək torpağın bütünlüklə Zərərçəkmiş şəxs adına keçəcəyini bildirmişdir. Bu müddət ərzində onunla əlaqə saxladığı zaman hər dəfə bəhanələr gətirərək onları inandırmışdır. 28 dekabr 2022-ci il tarixdə Ramin yenidən ona zəng edərək, torpağın ümumi veriləcək pulundan 450 manat ona verilməsini, yeni gəlin köçmüş qızını evinə qonaq çağırmaq istədiyini bildirmişdir. O da bu barədə Leylaya bildirdikdən sonra Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşən “Qulamoff” marketdə yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə onun göndərdiyi "xxxx"a məxsus hesab nömrəsinə 450 manat pulu göndərmişdir. 15 yanvar 2023-cü il tarixdə Leyla ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Həmin vaxt Ramin onlara müxtəlif bəhanələr gətirərək səbr edib gözləməyini bildirmişdir. Bir müddət sonra Raminin satmağa vəd etdiyi torpaq sahəsini Zərərçəkmiş şəxs adına keçirməməsini və həmin torpaq sahəsinin ona aid olmadığını bildikdən sonra onun vasitəsilə verilmiş 4.000 manat pulu ondan tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs pulu qaytaracağını bildirib 28 mart 2023-cü il tarixədək ondan vaxt istəsə də, həmin tarixdə də pulu qaytarmadığına görə Zərərçəkmiş şəxs polis şöbəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs onun vasitəsilə Zərərçəkmiş şəxs 4000 manat pul aldığını, lakin indiyədək pulunu qaytarmadığını bidlirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs uzaq qohumudur. Onunla münasibəti normal olmuşdur. 2022-ci ilin oktyabr ayında Ramin qız köçürdüyünə görə torpaq sahəsinin bir qismini satdığını və həmin torpaq sahəsini almaq istəyən olarsa onlara deməsini xahiş etmişdir. 05 oktyabr 2022-ci nil tarixdə qonşusu Zərərçəkmiş şəxs yaşadığı evə gedib ona iynə vuran zaman Zərərçəkmiş şəxs özünə ev tikmək üçün həyətyanı torpaq sahəsi axtardığını bildirmişdir. Bu zaman o, Zərərçəkmiş şəxs Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yaşayan uzaq qohumu Təqsirləndirilən şəxs özünə məxsus torpaq sahəsindən təxminən 0.03-0.04 ha torpaq sahəsini satmaq istəməsi barədə məlumat vermişdir. Bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nömrəsini istədikdə, o Leylaya Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Bu hadisədən bir gün sonra Zərərçəkmiş şəxs ilə telefon əlaqəsi saxlayan zaman ondan Təqsirləndirilən şəxslə torpaq alqı-satqısı ilə bağlı danışıqların hansı yerdə olmasını soruşduqda, Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs yaşadığı Aşağı-Nüvəsi qəsəbəsindəki evinə getdiyini, onun torpaq sahəsindən 0.05 ha torpaq sahəsini ümumilikdə 7.000 manata almaq üçün razılaşdıqlarını ona bildirib, Raminin ondan ilkin olaraq 1.500 manat pul istədiyini demişdir. Həmin pulu Raminə verib-vermədiyini soruşduqda o, Zərərçəkmiş şəxs Raminin Ağayevin uzaq qohumu olduğuna görə onu aldatmayacağını və etibarlı insan olduğunu söyləmişdir. Sonradan Təqsirləndirilən şəxslə də telefon əlaqəsi saxladığı zaman Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs 0.05 ha torpaq sahəsini satmaq üçün ümumilikdə 7.000 manata razılaşdıqlarını və həmin torpaq sahəsini Zərərçəkmiş şəxs adına keçirmək üçün ilkin olaraq birgə yaşadığı Famin vasitəsilə 1.500 manat pulu aldığını bildirmişdir. 2023-cü ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında narazılıqların baş verdiyindən xəbəri olmuşdur. Təqsirləndirilən şəxs aldığı 1.500 manatdan əlavə Zərərçəkmiş şəxs 2050 manat və 450 manat olmaqla, ümumlilikdə 4.000 manat pulu ələ keçirib vəd etdiyi vaxtda Leylanın adına həmin torpaq sahəsinin sənədləşdirilməsini həyata keçirmədiyini öyrənmişdir. Zərərçəkmiş şəxs da torpaq sahəsinin kənd bələdiyyəsinə aid olduğunu və topaq sahəsinin Təqsirləndirilən şəxs məxsus olmamasını və Raminin onun etibarından sui-istifadə edərək dələduzluq etdiyini bilmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməllərini törətməsi faktı özünün ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş materiallarında olan: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 24 iyun 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Lənkəran ŞRPŞ-nin İB-nin müstəntiqi X9, Lənkəran rayon X3 sədri X4, Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs Rasım qızına satması barədə təqdim edilmiş torpaq sahəsinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilən ərazi Lənkəran rayonu, Aşağı Nüvədi kəndi ərazisindən keçən asfalt yoldan 50 metr aralıda yerləşir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsini göstərərək evinin qarşısında yerləşdiyini və onun mülkiyyətində olmadığını bildirmişdir. Sözügedən torpaq sahəsinin 0,05 ha olmaqla kənd bələdiyyəsinin mülkiyyətinə aid olduğu, Təqsirləndirilən şəxs və ya başqa şəxslərə verilmədiyi müəyyən edilmişdir. Lənkəran rayon Aşağı Nüvədi bələdiyyəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 332 saylı arayışda qeyd edilmişdir ki, “Lənkəran rayonunun X3 ərazisində yerləşən 0,05 ha torpaq sahəsi təzə elektron xəritə məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aiddir.” Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabına verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdə Lənkəran Hərbi məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nın 178.2.3 və 62-ci maddələri təqsirləndirilərək barəsində şərti maliyyə vahidinin 500 misli cərimə cəzasına məhkum edilmişdir. CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Lənkəran ŞRPŞ-nin İB-nin müstəntiqi Sərxan Rzayev tərəfindən qəbul edilmiş “təqsirləndirilən şəxsin istintaqdan gizləndiyi üçün axtarışın elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21:10-da şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxs qismində tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə sat 18:00-da saxlandığı Lənkəran ŞRPŞ-nin MSY-dən azad edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Şiləvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Ağayev X5 rayonun Şiləvar kəndində ailə üzavləri olan həyat yoldaşı 1977-ci il təvəllüdlü X2, övladları 2000-ci il təvəllüdlü X11, 2004-cü il təvəllüdlü X6, 2013-cü il təvəllüdlü X7 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən tərtib edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Lənkəran rayonu, Küvənil kəndində yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi və üzərində olan 51,4 kv.m. olan tikili X1 xüsusi mülkiyyətindədir. Həmin daşınmaz əmlaka dair tərtib edilmiş texniki pasportdan görünür ki, sözügedən torpaq sahəsində olan tikinti altı sahə 105,4 kv.m. ərazini əhatə edir. Qeyd edilən xüsusata əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin, yəni həyat yoldaşına məxsus olan həyətyanı torpaq sahəsindən 500 kv.m. ərazini Zərərçəkmiş şəxs satdığını bildirməsi real deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. CM-in 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə— min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək “Zərərçəkmiş şəxs ilə həyat yoldaşının mülkiyyətində olmaqla Lənkəran rayonu, Küvənil kəndində yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən 0,05 ha hissəsini Zərərçəkmiş şəxs satmaq barədə razılaşması” məzmunda göstərdikləri məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, baxış protokolu, arayış, tədqiq edilmiş digər sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın bütün gedişi zamanı cinayəti törətməsini etiraf etməsini, məhkəmə araşdırması zamanı isə ziddiyyətli ifadələrini müqayisəli şəkildə araşdıraraq həmin ifadələri onun qeyri-səmimiliyinin göstəricisi kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun üçün hüquqi nəticə yaratmasa belə əvvəllər dələduzluq cinayətinə görə məhkum olunmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanın xeyli miqdara yaxın məbləğ olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməməsi və barışığa cəhd etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. Təqsirləndirilən şəxs 08 iyun 2023-cü il tarixdən 10 iyun 2023-cü il tarixədək tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq əsas cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilərək o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınmalıdır. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 27 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddianın və xüsusi müsadirə ediləsi əmlakın olmaması nəzərə alınmalıdır. CPM-nin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxs tərəfindən vurulmuş ziyana görə mülki iddia vermədiyindən ona vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08 iyun 2023-cü il tarixdən 10 iyun 2023-cü il tarixədək tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablansın və onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 27 sentyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-335/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-335/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver