Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-336/2023 03.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X9 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1975-ci ildə Masallı rayonu, Boradigah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, evli, bir yetkinlik yaşına çatmayan uşağı olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 03 avqust 2023-cü il tarixdə, saat 17.30-da Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə cinayət əməlini törətmişdir. Belə ki, o, 2019-cü ilin sentyabr ayının axırında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci madələri ilə təqsirləndirilməklə Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan X12, X7 və X8, əvvəllər Ədliyyə Nazirliyində yüksək vəzifələrdə işləməsinə görə ələqələrindən istifadə etməklə Lənkəran Ağır Cinayətlər Məhkəməsində qanunla müəyyən edilmiş cəzadan az cəza verilməsinə nail olacağını təqsirləndirilən şəxslərin ataları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 yalandan vəd verərək, onları özünə inandırıb, 23 sentyabr 2019-cü il tarixdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə Bakı şəhəri Yasamal rayonu Elmlər Akademiyasının yaxınlığında yerləşən parkda görüşüb, təqsirləndirilən şəxslər X12, X7 və X6 cəzasının müddətini azaltmaq adı ilə hər birinə görə 5000 manat olmaqla ümumi 15000 manata razılığa gəldikdən sonra, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 özünə inandırıb, ona olan inam və etibarından sui-istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan razılaşdıqları xeyli miqdar təşkil edən 15000 manat məbləğin, 12000 manatını 26 sentyabr 2019-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu Elmlər Akademiyasının yaxınlığında yerləşən parkda, qalan 3000 manatını isə 2019-cü ilin dekabr ayının əvvəllərində Lənkəran şəhəri, X4 Akif Canəli oğlu, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 qəbul edib özgənin, yəni Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ümumilikdə xeyli miqdar təşkil edən 15000 manat məbləğində pul vəsaitini vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ali savadlı hüquqşünasdır. Universiteti bitirdikdən sonra əsasən Ədliyyə Nazirliyi strukturunda çalışmışdır. 2009-cu ildə 2 saylı xüsusi müəssisədə rəis müavini, 2010-cu ildən 2011-ci ilə kimi rəis əvəzi, 2011-ci ildən isə X1 inspektor, 2014cü ildə həmin müəssisədə baş inspektor vəzifəsində işləmişdir. 21 may 2014-cü il tarixdə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna əsasən ədliyyə orqanlarında xidmətdən xaric olunmuşdur. Ədliyyə orqanlarından xaric olunduqdan sonra heç bir yerdə işləməmişdir. 2019-cu ildə hazırki cinayət işi üzrə şahid olan Şahidlə tanış olmuş və ona əvvəllər Ədliyyə orqanlarında işlədiyini demişdir. Tanışlıqdan təxminən 4-5 ay sonra Amin ondan cinayət işlərinin Lənkəran Ağır Cinayətlər Məhkəməsində olan qohumlarının cəzalarının yüngülləşdirməkdə ona kömək etməyi xahiş etmişdir. O buna razılıq verərək zərəçəkmiş şəxslərə bunun üçün 15000 manat lazım olduğunu bildirmişdir. 2019-cu ilin sentyabr ayın axırlarında zərəşəkmiş şəxslərdən, hərəsindən 4000 manat olmaqla 12000 manat pul almışdır. O Arif, Akif və Mikayıla demişdir ki, bununla onların işi çətin alınar, gərək qalanını da versinlər. O pulu aldıqdan sonra ondan xahiş olunan şəxslərin cəzasını azaltmaqdan ötrü heç bir iş görməmişdir. Həmin ilin oktyabr ayında Akif, Arif və Mikayıl ona zəng edib demişlər ki, uşaqlarına hökm oxunub və çox cəza vermişlər. O Akif, Arif və Mikayıla demişdir ki, narahat olmasınlar işi Apellyasiya məhkəməsi vasitəsilə həll edər. Buna görə də qalan 3000 manatı da istəmiş və 2019-cu ilin dekabr ayın əvvəllərində Lənkəran şəhəri, Ş.Xiyabanında Akiflə görüşərək ondan 3000 manat pul almışdır. Akif ona bildirmişdir ki, özü, Arif və Mikayıl hərəsi 1000 manatdan qoymuşlar. O Akif, Arif və Mikayıldan aldığı pulları öz şəxsi işləri üçün xərcləmişdir. Hazırda isə onlara vurduğu ziyanı tam olaraq ödəmiş, zərəçəkmiş şəxslərlə barışmışdır, ondan şikayətçi və tələbkar deyillər. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, işin məhkəmə baxışı zamanı və ibtidai araşdırma dövründə verdiyi ifadələr, həmçinin zərərçəkmiş şəxslərin və şahidin verdikləri ifadələrlə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, onun və digər zərəçəkmiş şəxslərin oğlullarının cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və onlar istəyirmişlər ki, övladlarına məhkəmə az cəza versin. Ona görə də, adam axtarırmışlar ki, bunu məhkəmədən xahiş etsin. 2019-cu ilin sentyabr ayında qohumu və həmkəndlisi olan Şahid ilə söhbət edən zaman demişdir ki, onun Bakı şəhərində yaşayan bir tanışı var, əvvəllər Ədliyyə orqanlarında işləyib, türmə rəisi olub. O, uşaqlarının həbsdən azad olunmasında onlara kömək edə biləcək. Buna görə də onlar həmin şəxslə əlaqə saxlamış və həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. 23 sentyabr 2019-cü il tarixdə o Akiflə birlikdə Elbrusla tanış olandan sonra sonuncu telefonda öz formada olan şəkilllərini göstərib demişdir ki, türmədə işləmiş, sonra işdən çıxmışdır. Elbrus demişdir ki, uşaqları icbari ilə buraxdıracaqdır. Elbrusdan işi həll etmək üçün nə lazım olduğunu soruşduqda demişdir ki, hərəsi 5000 manatdan olmaqla 15000 manat pul düzəldib ona versinlər, o bu işi qurtaracaqdır. Onlar Elbrusla danışdıqdan sonra ona bildirmişlər ki, gedib həmin təklifi Mikayıla da desinlər və razılığa gələndən sonra görüşüb pulu ona verərlər. 26 sentyabr 2019-cu il tarixdə, Bakı şəhərində Elmlər Akademiyasının yanındakı parkda o, Akif və Mikayıl hərəsinə 4000 manat olmaqla Elbrusa 12000 manat pul vermişlər. Elbrus bildirmişdir ki, qalan 3000 manat da ona çatdırılmalıdır. Pulu Elbrus onlardan alsa da, oğullarına heç bir köməklik göstərməmişdir. Buna görə də onlar Ebrusa öz narazılıqlarını bildirdikdə, o, onları arxayınlaşdıraraq bildirmişdir ki, apelyasiya məhkəməsi vasitəsilə işi həll edəcəkdir. Buna görə də qalan 3000 manat pulu da onlardan tələb etmiş və 2019-cu ilin dekabr ayın əvvəllərində hər birindən 1000 manat olmaqla cəmi 3000 manat pulu Lənkəran şəhərində Akifdən almışdır. Lakin, Elbrus bundan sonra da, öz sözünə əməl etməmişdir. Onlar buna görə Elbrusla əlaqə saxlamış, Elbrus əvvəlcə demişdir ki, bu ola bilməz və güya onu da aldadıblar. Sonra Elbrus deyirmiş ki, pulu gətirib qaytaracaqdır. Daha sonra Elbrusdan xəbər çıxmamışdır. Onlar bilmişlər ki, Elbrus onları aldatmış, etibarından sui-istifadə edərək pulunu ələ keçirərək onlara qarşı dələduzluq etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə verərək təqsirləndirlən şəxslə barışdığını, təqsirləndirilən şəxsin ona vurduğu ziyanı ödədiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, oğlu Elnur Ağayev, həmkəndliləri Zərərçəkmiş şəxs1 oğlu Hakim Əlizadə, Zərərçəkmiş şəxs2 oğlu Orxan Əliyev və digərləri ilə birlikdə barələrində olan cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Onlarda istəyirmişlər ki, övladlarına məhkəmədə az cəza verilsin. 2019-cu ilin sentyabr ayında bir gün Zərərçəkmiş şəxs1 ona demişdir ki, həmkəndlisi olan Şahid onu görüb söhbət edən zaman demişdir ki, Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs adlı bir tanışı var, əvvəllər Ədliyyə orqanlarında işləyib, türmə rəisi olmuşdur. Elbrus uşaqların həbsdən azad olunmasında kömək edə biləcək, çünki əvvəllər bu orqanda işləmişdir. Amin demişdir ki, istəsələr zəng edib danışsın. Arifdə razılaşmış, Amin Elbrusa zəng edib bu barədə sonuncu ilə danışmışdır. Elbrus da telefonda Aminə demişdir ki, Bakı şəhərinə gedib onunla görüşüb söhbət etsinlər. 23 sentyabr 2019-cü il tarixdə Arif Akiflə birlikdə Bakı şəhərinə gedib, X3 yerləşən parkda görüşmüşlər. Elbrus onlara əvvəllər Ədliyyədə hansısa bir türmədə rəis işlədiyini, sonra işdən çıxdığını, narahat olmamaqlarını, uşaqlarına məhkəmədə az iş kəsilməkdən ötrü əlindən gələni edəcəyini, buna görə də hərəsindən 5000 manat olmaqla ümumi 15000 manat pul istəmişdir. Elbrusla razılaşdıqdan sonra 26 sentyabr 2019-cu il tarixdə, birlikdə Bakı şəhərinə gedib X3 həmin parkda yenidən görüşmüşlər. Akif və Arifdə hərəsi 4000 manat olmaqla 12000 manat pulu Elbrusa vermişlər. Elbrus demişdir ki, qalan 3000 manatı da ona verməlidir. 2019-cu ilin oktyabr ayında məhkəmədə ağır cəza verilmişdir. Elbrus onları əmin etmişdir ki, narahat olmasınlar, qalan pulu da ona versinlər, apelyasiya məhkəməsi vasitəsilə işi həll edəcəkdir. 2019-cu ilin dekabr ayın əvvəllərində Elbrus Lənkərana gəlmişdir. O da Akiflə birlikdə hərəsi 1000 manat götürüb birlikdə gedib Lənkəran şəhəri, Ş.Xiyabanında Elbrusla görüşüb qalan pulu da ona vermişlər. 2020-ci ilin mart ayın 5-də Şirvan Apelaysiya Məhkəməsində hökm dəyişdirilməmişdir. Onlar buna görə Elbrusla əlaqə saxlamış, Elbrus əvvəlcə demişdir ki, bu ola bilməz və güya onu da aldadıblar. Sonra Elbrus deyirmiş ki, pulu gətirib qaytaracaqdır. Daha sonra Elbrusdan xəbər çıxmamışdır. Onlar bilmişlər ki, Elbrus onları aldatmış, etibarından sui-istifadə edərək pulunu ələ keçirərək onlara qarşı dələduzluq etmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə verərək təqsirləndirlən şəxslə barışdığını, təqsirləndiirlən şəxsin ona vurduğu ziyanı ödədiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, oğlu Orxan Əliyev, həmkəndliləri Zərərçəkmiş şəxs3 oğlu Elnur, Zərərçəkmiş şəxs1 oğlu Hakim Əlizadə digər iki şəxslə birlikdə 27 may 2019-cu il tarixinə keçən gecə Lənkəran rayonu Lüvəsər kəndində quldurluq cinayəti törətdikləri üçün barələrində cinayət işi başlanaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Onlarda istəyirmişlər ki, övladlarına məhkəmədə az cəza verilsin. Ona görə də, adam axtarırmışlar ki, bunu məhkəmədən xahiş etsin. 2019-cu ilin sentyabr ayında bir gün qohumu və həmkəndlisi olan Şahid ona və Zərərçəkmiş şəxs1 bildirmişdir ki, onun Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs adlı bir tanışı var, əvvəllər Ədliyyə orqanlarında işləyib, türmə rəisi olmuşdur. Amin demişdir ki, Elbrus uşaqlarının həbsdən azad olunmasında onlara kömək edə biləcək, çünki əvvəllər bu orqanda işləmişdir. Amin Elbrusla danışmasını bildirdikdə razılaşmışdır. Elbrusa zəng edib Amindən nömrəni aldığını demiş və danışmışlar. Elbrus da demişdir ki, Bakı şəhərinə gedib onunla görüşüb söhbət etsinlər. 23 sentyabr 2019-cü il tarixdə o Akiflə birlikdə Bakı şəhərinə gedib, X3 yerləşən parkda görüşmüşlər. Söhbət əsnasında Elbrus onlara demişdir ki, heç narahat olmasınlar, iş Lənkəran Ağır Cinayətlər Məhkəməsinə gedəndən sonra orada danışacaq ki, uşaqlara az iş verilsin. Hərəsi 5000 manatdan olmaqla 15000 manat pul düzəldib ona versinlər, o bu işi qurtaracaqdır. Mikayıl və Arifdə hərəsi 4000 manat pul düzəltmişlər və birlikdə 26 sentyabr 2019-cu il tarixdə Bakı şəhərinə gedib X3 yenidən həmin parkda görüşmüşlər. Arif və Mikayılda hərəsi 4000 manat olmaqla 12000 manat pulu Elbrusa vermişlər. Elbrus demişdir ki, qalan 3000 manatı da ona verməlidir. 2019-cu ilin oktyabr ayın 18-də uşaqlara Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunmuşdur. Arifin oğlu Hakimə, onun oğlu Orxana və Mikayılın oğlu Elnura ağır cəza verilmişdir. Elbrus onları əmin etmişdir ki, narahat olmasınlar, qalan pulu da ona verssinlər, apelyasiya məhkəməsi vasitəsilə işi həll edəcəkdir. 2019-cu ilin dekabr ayın əvvəllərində Elbrus Lənkərana gəlmişdir. Lənkəran şəhəri Ş.Xiyabanında Elbrusla görüşüb qalan 3000 manatı da sonuncuya vermişlər. 2020ci ilin mart ayın 5-də Şirvan Apelaysiya Məhkəməsində hökm dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Onlar buna görə Elbrusla əlaqə saxlamış, Elbrus əvvəlcə demişdir ki, bu ola bilməz və güya onu da aldadıblar. Sonra Elbrus deyirmiş ki, pulu gətirib qaytaracaqdır. Daha sonra Elbrusdan xəbər çıxmamışdır. Onlar bilmişlər ki, Elbrus onları aldatmış, etibarından sui-istifadə edərək pulunu ələ keçirərək onlara qarşı dələduzluq etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə verərək təqsirləndirlən şəxslə barışdığını, təqsirləndiirlən şəxsin ona vurduğu ziyanı ödədiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid göstərdi ki, 2019-cü ilin yay aylarında o, Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxsla söhbət zamanı ona demişdir ki, əvvəllər hansısa türmədə işləmiş, hazırda heç bir yerdə işləməsə də, hər yerə əli çatır. Zərərçəkmiş şəxslər isə qəsəbə sakinləridirlər. Sonuncuların uşaqları cinayət törətdikjlərinə görə həbs olunmuşdurlar. İş baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. Onlar uşaqlarına az cəza verilməsini istəmişlər. Buna görə də zərəçəkmişlərdən Zərərçəkmiş şəxs1lə söhbət zamanı sonuncu ondan uşaqlarının işi üçün adam lazım olduğunu bildirmişdir. Həmin vaxt yadına Elbrus düşmüş və o, Arifə Elbrusu təklif etmişdir. Arif razılaşdıqdan sonra Arif və Akif özləri Elbrusla danışmışlar. Lakin onların nə danışdıqlarını bilməmişdir. 2019-cu ilin dekabr ayında Zərərçəkmiş şəxs2 ona demişdir ki, özü Arif və Mikayıl ümumilikdə 15000 manat pulu Elbrusa vermişlər ki, uşaqların cəzasını azaldadacaqdır. Bir müddət keçdikdən sonra Akf və Arifdən eşitmişdir ki, onların uşaqlarına məhkəmədə ağır cəza vermişlər, Elbrus onlara kömək etməmişdir. O özü də həmin vaxt Elbrusa nə qədər zəng etsə də telefonuna zəng çatmamışdır. Sonra eşitmişdir ki, Elbrus onlara qarşı dələduzluq edib pullarını alaraq onları aldatmışdır. Bunu ona Akif, Arif və Mikayıl özləri demişlər. İşdə olan DİN-nin BƏSİİ-nin tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.4, 312.1, 178.2.3 və 178.4-cü maddələri ilə təqsirli bilinərək 5000 manat cərimə cəzasına, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixdə hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3750 manat cərimə cəzasına məhkum olunmuş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixdə qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə olan cinayət işinə, CM-nin 73-1.2 maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək cinayət işinin icraatına xitam verilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İşdə olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 mart 2023-cü il tarixli məktubdan görünür ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin sabiq əməkdaşı Təqsirləndirilən şəxs xx.xx.1999-cu il tarixdə orta rəis heyəti qismində qulluğa qəbul edilmiş, xx.xx.2014-cü il tarixli 486ş/h saylı əmrlə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.11-ci maddəsinə müvafiq olaraq (ədliyyə orqanlarından xaric edildikdə) ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İşdə olan xasiyyətnamədən və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunmaqla, onun himayəsində xx.xx.2009-cu il təvəllüdlü oğlu X5 vardır. İşdə olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən onların hər birinə ayrı-ayrılqda vurulmuş 5000 manat məbləğində ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və onların Təqsirləndirilən şəxsla barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. İşdə olan “Şübhəli şəxsin tutulması ilə bağlı axtarış elan edilməsi barədə” xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İşdə olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18.20-də Bakı şəhəri Yasamal rayonu ərazisində yaxalanaraq Lənkəran ŞRPŞ-nə gətirilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarix hesablanmaqla 03 müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin ifadə və ərizələrinə, şahid ifadəsi, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışmasını, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, 59.2-ci maddəsinə əsasən etdiyi əməli etiraf etməsi və səmimi peşiman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər: CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş”həbs” qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 428-435-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 01 ay 22 gün həbsdə saxlamanın müddətinin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan 03 (üç) ay 14 (on dörd) gün çıxılmaqla üzərində qəti olaraq, 08 (səkkiz) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası yaşadığı yer üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. X11
Məhkəmə qərarları › İş №1(049)-336/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-336/2023
03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver