Məhkəmə qərarları › İş №1(049)-337/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-337/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-337/2023 26.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafisəi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 16:30 16 avqust 2003-cü ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam ali təhsilli (tələbə), işləməyən, məhkum olunmamış, Lerik rayonu, Gürdəsər kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 may 2023-cü tarixində axşam radələrində Lənkəran şəhəri, Mirsalayev küçəsi, döngə 3, ev 13-dən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək həmin evin 1-ci mərtəbəsindəki digər otaqda kirayə yaşayan, Zərərçəkmiş şəxs qaldığı otağa qanunsuz daxil olaraq otaqda olan stulun üstündəki şalvarın cibindən 3810 manat olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 3810 (üç min səkkiz yüz on) manat pulunu yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Lerik rayonu, Gürdəsər kəndində qeydiyyatda olmaqla valideynləri ilə birgə yaşayır. 2020-ci il tarixdə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə fakültəsi”nin “turizm işinin təşkili” ixtisasına qəbul olmuş və həmin universitetin 3-cü kursunu bitirmişdir. Universitetə qəbul olduğu ildən Lənkəran şəhərində kirayə mənzillərdə, 2022-ci ilin sentyabr ayından isə ünvan 1 ünvanında yerləşən evdə kirayə qalmışdır. Həmin evin 1-ci mərtəbəsində onunla eyni otaqda tələbə yoldaşı Beyrək Məmmədzadə, qonşu otaqda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Mrtuz oğlu və evin ikinci mərtəbəsində isə 3 tələbə qalmışdır. Qonşu otaqda qalan Zərərçəkmiş şəxs 2023-cü ilin fevral ayından həmin evdə kirayə qalmağa başlamışdır. Zərərçəkmiş şəxsla adlı şəxslə həmsöhbət olarkən onun Lənkəran şəhərinə ev tikmək üçün gəldiyini bildirmişdir. O da bunu bildiyi üçün Zərərçəkmiş şəxs pulunun olduğunu öyrənmişdir. Oğurluq etmək niyyəti ilə may ayının 6-da Zərərçəkmiş şəxs hamamda olmasından istifadə edib onun otağına daxil olmuş, stulun üzərində olan Zərərçəkmiş şəxs məxsus qara rəngli şalvarı götürmüş, daha sonra şalvarın cibinə baxarkən orada rezinlə bağlanmış pulun olduğunu görmüşdür. Pulu saymasa da amma çoxlu pulun olduğunu bilmişdir. Ordan 3800 manat və bir ədəd 10 manatlıq əskinas götürmüş və dərhal otaqdan çıxmışdır. Həmin pulu şəxsi istifadəsi üçün xərcləməyə başlamış və 3-4 gün ərzində o pulun hamısını xərcləmişdir. Zərərçəkmiş şəxs yaşlı olduğundan pulunun azaldığını hiss etməmiş, daha sonra o pulunu sayarkən pulunun azaldığını hiss etmiş və oğurluq olduğundan şübhələndiyi üçün polis şöbəsinə məlumat vermişdir. Daha sonra polis şöbəsinə gətirilmiş və törətdiyi əməli etiraf etmişdir. Oğurluq hadisəsini tək törətmişdir. Hər hansı şəxs və ya şəxslər ona köməklik göstərməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, ilk dəfə cinayət törətdiyini, cari ilin sentyabr ayından başlanacaq yeni tədris ilində universitetin İV kursunda təhsil alacağını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyini, zərər çəkmiş şəxslə barışdığını və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alıb, ona həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli teleqramda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanında tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət itthamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 25, mənzil 7A-da qeydiyyatdadır və Lənkəran şəhərinə gələnə kimi orada həyat yoldaşı, qızı və oğlu ilə birlikdə yaşamışdır. 14 fevral 2023-cü il tarixindən Lənkəran şəhərinə ev tikmək üçün gəlmişdir. Lənkəran şəhərində yaşayış evi olmadığı üçün Lənkəran şəhəri, Mirsalayev küçəsi, döngə 3, ev 13-də kirayə yaşamağa başlamışdır. Ev tikmək məqsədilə gəldiyi üçün üzərində həmişə çoxlu pul olmuşdur. O, həmin evdə yaşamağa başlayanda onunla qonşu otaqda 2 tələbə və evin 2-ci mərtəbəsində də bir neçə tələbə qalmışdır. O, otağından çıxarkən həmişə qapını açarla kilidləməsə də çox vaxt otaqdan çıxarkən qapını kilidlə bağlamışdır. 12 may 2023-cü il tarixində səhər saat 9-10 radələrində hamama getmiş və otağın qapısını açarla bağlamamışdır. Daha sonra otağa qayıtdıqda stulun üstündə olan qara rəngli şalvarının cibinə baxdıqda orada olan pullardan azaldığını müşahidə etmişdir. Şübhələndiyi üçün cibindəki pulu saymağa başlamışdır. Pulları sayanda 3810 manat pulun əskik olduğunu görmüşdür. Oğurluğun olduğunu dəqiqləşdirdikdən sonra polis şöbəsinə müraciət etmişdir. Daha sonra oğurluq hadisəsini onunla eyni evdə kirayə yaşayan Lerik rayon sakini Təqsirləndirilən şəxs törətdiyini öyrənmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. 12 may 2023-cü il tarixində Lənkəran rayonu, B.Mirsalayev küçəsi, döngə 3, ev 13-də yaşayan Dövlətov X1 ŞRPŞ-yə ərizə ilə müraciət edərək kirayə qaldığı evdə 3810 manat pulunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Lənkəran ŞRPŞ-nin polis sahə rəisi Şahid2 ilə birlikdə cinayətin tez bir zamanda açılması, əməli törədən şəxsin tutulması üçün tədbirlər görməyə başlamışdır. Zərərçəkmiş şəxs istintaq bölməsinə izahat verməzdən əvvəl onunla şifahi olaraq sorğu keçirmiş, ondan şübhələndiyi şəxs və ya şəxslərin olubolmadığını soruşmuşdur. Zərərçəkmiş şəxs da şübhələndiyi şəxs kimi onunla bir evdə yaşayan tələbələrdən biri olduğunu bildirmişdir. Bu istiqamətdə əməliyyat-axtarış tədbirlərini davam etdirərək oğurluğu törətməkdə şübhəli bilinən şəxsin Lerik rayonu, Gürdəsər kəndində qeydiyyatda olmaqla, Zərərçəkmiş şəxsla bir evdə kirayə yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs ətrafında aparılmış əməliyyat tədbirlərindən sonra onu Lənkəran şəhəri ərazisində saxlamış və polis şöbəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs da onlarla razılaşmış, polis şöbəsində ilkin araşdırma zamanı Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 12 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 12 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Lənkəran şəhəri, B.Mirsalayev küçəsi, döngə 3, ev 13-də yerləşən fərdi yaşayış evidir. 15 may 2023-cü il tarixli “ifadələrin yerində yoxlanılması haqqında” haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, təqsirləndirilən Məmmədov X2 şəhəri, B.Mirsalayev küçəsi, döngə 3, ev 13-də yaşayan Zərərçəkmiş şəxs qaldığı otaqdan etdiyi oğurluq əməlinin baş vermə ardıcıllığını və mexanizmini göstərmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Lənkəran Şəhər Psixatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Məmmədov X2 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. Qətimkan tədbirinin seçilməsi haqqında 14 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutularaq saxlanıldığı Lənkəran ŞRPŞ-nin MSY-dən azad edilmiş və “barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ona dəymiş 3810 manat məbləğində pulun tam şəkildə ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Lerik Rayon İcra Hakimiyyəti başçısının Əliabad kənd İƏD nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Leriki rayonu Gürdəsər kəndində atası, anası və qardaşı ilə birlikdə yaşayır. 2020-ci il tarixdə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə fakültəsi”nin “turizm işinin təşkili” ixtisasına qəbul olmuş və həmin universitetin 3-cü kursunda təhsil alır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Lənkəran Dövlət Universiteti tərəfindən Təqsirləndirilən şəxs verilmiş LDU 0025/AT00099437 nömrəli təhsil kartının surətindən görünür ki, qəbul olma tarixi 2020, bitirmə tarixi isə 2024-cü il qeyd olunmuşdur. Zərərçəkmiş şəxs məhkəmə ünvanladığı xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı məhkəmə cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlinin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan məhkəmə iclasında elan edilmiş zərər çəkmiş şəxs və şahidin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş istintaq hərəkətlərin dair digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla barışmasını CM-nin 59.1.12-ci, ona dəymiş ziyanı tamamilə ödənilməsini CM-nin 59.1.13-cü, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə təqsirini etiraf etməsi, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. CM-nin 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (vurulmuş ziyanın məbləğini), Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdən halları və cəzanı ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, onun cəmiyyətdən təcrid olunmadan da islah olunması qənaətinə gələrək hesab edir ki, ona CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 12 may 2023-cü il tarixdən 14 may 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı üç gün müddət (həbsdə saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla) azadlığın məhdudlaşdırılması cəzasının altı gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Müəyyən edildiyi kimi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Lerik rayonu Gürdəsər kəndində yaşamaqla Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə fakültəsi”nin “turizm işinin təşkili” ixtisası üzrə tələbə olmaqla əraziyə qonşu olan Lənkəran rayonunda təhsil almaq məcburiyyətindədir. Bu səbəbdən də cəzanın icrasına nəzarət edən orqan tərəfindən ona ərazini tərk edəcəyi halda qayda pozuntuları, yəni yaşadığı Lerik rayon ərazilərindən kənara çıxması kimi qeydə alınacaqdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı müəyyən edilmiş ərazi məhdudiyyətinin, yəni Lerik və Lənkəran rayonlarının hüdudlarından kənara çıxmamaq şərti ilə icra olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası üzrə onun üzərinə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübutun, məhkəmə xərcinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 may 2023-cü il tarixdən 14 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 3(üç) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 6(altı) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun: - yaşadığı Lerik rayonu, Gürdəsər kəndində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran və Lerik rayonlarının ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin, habelə təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lerik Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə ekspertiza xərci və maddi sübutun olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar