Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-338/2023 01.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirlən şəxs: xx xxxx 1973-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 05 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2017-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2018-ci il tarixdə şərti cəza müddəti başa çatmış, Lənkəran Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “08 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında “Milli Məclisin xx.xx.2021-ci il tarixli Qərarın 4-cü hissəsinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri İ.Babayev küçəsi ev 17-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 01 may 2023-cü il tarixdə Lənkəran şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,311 qram, 0,363 qram, ümumi təmiz çəkisi 0,674 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 17:30-da Lənkəran ŞRPŞ-nın əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri H.Əliyev prospektində saxlanılaraq polis şöbəsinə gətirilmiş və şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçəsinin sağ yan cibindən qeyd edilən çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək göstərmişdir ki, vərəm xəstəsi olmaqla İİ qrup əlilliyini bərpa etmək məqsədilə ailəsi ilə kirayədə qaldığı Masazır qəsəbəsindən 08 aprel 2023-cü il tarixdə Lənkəran şəhərinə gəlmişdir. Lakin Lənkəran şəhərinə qayıtdıqdan sonra yenidən narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməyə başlamışdır. 01 may 2023-cü il tarixdə səhər saatlarında Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə üzdən tanıdığı və adını bilmədiyi şəxsdən 2 bükümdə 20 manata psixotrop maddə metamfetamin almışdır ki, istifadə etsin. Həmin gün saat 17 radələrində Lənkəran şəhəri H.Əliyev prospektində polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Orada onun üzərində dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı şalvarının cibindəki 2 bükümdə metamfetamini çıxardıb təqdim etmişdir. Üzərindən aşkar olunaraq götürülmüş iki büküm metamfetamini bir zərfə qoyub bağlamışlar və möhürləmişlər. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Tutduğu əməldən son dərəcə peşmandır. Psixotrop maddələrdən istifadə etməyi bədənində olan ağrılarla bağlıdır. Məhkəmədən barəsində yüngül cəza çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi şahidlərin ifadələri, şəxsi axtarış keçirilməsi haqqında protokol, videoçəkilişə dair disk, götürülmüş maddi sübut, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri, habelə iş materiallarında olan digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyir. Təqsirləndirilən şəxs Psixotrop maddələri qəbul etməsi, üzərində Psixotrop maddələri saxlaması və gəzdirməsi barədə məlumat əldə etmişdir. Özü qrup rəhbəri olmaqla həmin qrupa Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 da daxil olmuşdur. Onlar birlikdə, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün ötrü xx.xx.2023-cü il tarixdə əməliyyat saat 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı Lənkəran şəhəri H.Əliyev prospektində görüb birlikdə polis şöbəsinə getməyi bildirilmişlər. Təqsirləndirilən şəxs də onlarla birlikdə polis şöbəsinə gəlmiş, orada onun üzərində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi-axtarış aparılmış, Təqsirləndirilən şəxs şalvarının cibindən iki ədəd bükümü təqdim edərək bildirmişdir ki, həmin bükümlərdəki “şüşə” adlanan psixotrop maddə metamfetamindir, özünə məxsusdur və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin metamfetamini 01 may 2023-cü il tarixdə səhər saatlarında Lənkəran şəhəri Böyük bazar adlanan ərazidə tanımadığı şəxsdən 20 manata özü qəbul etmək üçün almışdır. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasının yeri və vaxtı barəsində digər şahidlər, Lənkəran ŞRPŞ-nin CABın əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 lazımi qaydada məlumatlandırılsalar da, əməliyyat tapşırığının yerinə yetirilməsi ilə bağlı məhkəmə iclasında iştirk edə bilməmişlər. Məhkəmə onların üzrlü səbəbdən məhkəmə iclasında iştirak etmədiklərini nəzərə alıb işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı əsasında ifadələri elan olunmuş şahid Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Psixotrop maddələri qəbul etməsi, üzərində psixotrop maddələri saxlaması və gəzdirməsi barədə Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuşdur. Şahid1 qrup rəhbəri olmaqla həmin qrupa o və Şahid2 da daxil olmuşdur. Onlar birlikdə, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün ötrü xx.xx.2023-cü il tarixdə əməliyyat saat 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı Lənkəran şəhəri H.Əliyev prospektində görüb birlikdə polis şöbəsinə getməyi bildirilmişlər. Təqsirləndirilən şəxs də onlarla birlikdə polis şöbəsinə gəlmiş, orada onun üzərində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi-axtarış aparılmış, Təqsirləndirilən şəxs şalvarının cibindən iki ədəd bükümü təqdim edərək bildirmişdir ki, həmin bükümlərdəki “şüşə” adlanan psixotrop maddə metamfetamindir, özünə məxsusdur və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin metamfetamini 01 may 2023-cü il tarixdə səhər saatlarında Lənkəran şəhəri Böyük bazar adlanan ərazidə tanımadığı şəxsdən 20 manata özü qəbul etmək üçün almışdır. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı əsasında ifadələri elan olunmuş şahid lər, Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələri qəbul etməsi, üzərində psixotrop maddələri saxlaması və gəzdirməsi barədə Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuşdur. Şahid1 qrup rəhbəri olmaqla həmin qrupa o və Şahid3 da daxil olmuşdur. Onlar birlikdə, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün ötrü xx.xx.2023-cü il tarixdə əməliyyat saat 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı Lənkəran şəhəri H.Əliyev prospektində görüb birlikdə polis şöbəsinə getməyi bildirilmişlər. Təqsirləndirilən şəxs də onlarla birlikdə polis şöbəsinə gəlmiş, orada onun üzərində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi-axtarış aparılmış, Təqsirləndirilən şəxs şalvarının cibindən iki ədəd bükümü təqdim edərək bildirmişdir ki, həmin bükümlərdəki “şüşə” adlanan psixotrop maddə metamfetamindir, özünə məxsusdur və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin metamfetamini 01 may 2023-cü il tarixdə səhər saatlarında Lənkəran şəhəri Böyük bazar adlanan ərazidə tanımadığı şəxsdən 20 manata özü qəbul etmək üçün almışdır. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən iki bükümdə 0,81 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, o, həmin psixotrop maddənin özünə məxsus olduğunu, istifadəsi üçün üzərində gəzdirdiyini göstərmişdir. İşdə olan məhkəmə məhkəmə-kimyəvi ekspertizasının 02 may 2023-cü il tarixli, 19/502 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki 2 ədəd bükümlərdə ayrı-ayılıqda təmiz çəkiləri: - 0,311 qr: -0,363 qram: ümumi təmiz çəkisi: 0,674 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqatdan sonra metamfetaminin qalığı 0,574 qram olmuşdur. Ekspertiza xərci 60 manat təşkil eləyir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 03 may 2023-cü il tarixli, 499 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların və opiodlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan DİN BƏSİİ-nin tələbnaməsindən, Lənkəran Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmündən və Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Qarnizonu Hərbi Tribunalının xx.xx.1994-cü il tarixli hökmü ilə köhnə CM-nin 241-ci maddəsinin “V” bəndi, 83-cü maddəsinin 2-ci hissəsi, 143-cü maddəsinin 3-cü hisssəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1996-cı il tarixdə Salyan Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli qərarı ilə CM-nin 50-ci maddəsinə əsasən 11 ay 03 gün vaxtından əvvəl şərti azad olunmuş, Lənkəran Rayon Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2004-cü ildə cəzasının sonu ilə azad olumuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 05 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2017-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2018-ci il tarixdə şərti cəza müddəti başa çatmış, Lənkəran Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “08 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında “Milli Məclisin xx.xx.2021-ci il tarixli Qərarın 4-cü hissəsinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə qeyd edir ki, tqsirləndirlən şəxsin məhkumluğu ödənilməmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə şikayət daxil olmamışdır. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün etirafı ilə yanaşı, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib özündə saxlaması kifayət qədər sübuta yetmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirkar şəxsin islah olunmasına və ailəsinin həyait şəraitinə təsirini nəzərə almışdır. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmiş, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, eləcə də vərəm xəstəsi olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 05 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2017-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2018-ci il tarixdə şərti cəza müddəti başa çatmış, Lənkəran Rayon Məhkəməsinin 11.10. 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “08 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında “Milli Məclisin xx.xx.2021-ci il tarixli Qərarın 4-cü hissəsinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmişdir. Məhkəmə qeyd ediur ki, Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanı çəkib qurtardığı gündən 06 il, Lənkəran Rayon Məhkəməsinin 11.10. 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanı çəkib qurtardığı gündən 02 il keçməmişdir. Buna görə də Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Qeyd oluna Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi üç il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs müəyyən olunacaq cəza üç ilin üçdə ikisindən az ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanaları, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən polinarkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan qalıq çəkisi 0,574 qram olan psixotrop maddə-metamfetamin, hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərci - 60 manat tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs polinarkomaniyadan müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ saxlanılan qalıq çəkisi 0,574 qram olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. X4
Məhkəmə qərarları › İş №1(049)-338/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-338/2023
01.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver