Məhkəmə qərarları › İş №1(049)-34/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-34/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-34/2023 17.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Canıyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 15:45 xx xxxxx 1964-cü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, ev 78/14, mənzil 17-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayında, Lənkəran şəhərində, istintaqa məlum olmayan mənbədən və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd sellofan kəsiyi bükümündə, təmiz çəkisi 1,259 qram olan psixotrop maddə metanfetamini əldə edib üzərində saxlayaraq daşımış, 29 iyun 2022-ci il tarixdə saat 18:30-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, Z.Əliyeva küçəsi 78/14 nömrəli binanın yaxınlığında küçədə olan zaman saxlanılaraq polis şöbəsinin ünvanı ünvan 1lən şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibindən qeyd edilən çəkidə və bükümdə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, psixotrop maddə metamfetamindən və narkotik vasitə heroindən 10-15 ilə yaxındır ki, istifadə edir. Psixotrop maddə metamfetamini Lənkəran şəhəri ərazisində müxtəlif yerlərdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxslərdən almışdır. Sonuncu dəfə 29 iyun 2022-ci il tarixdə saat 10-11 radələrində Lənkəran şəhəri “böyük bazar” ərazisinə getmişdir. Orada əvvələr də metamfetamin aldığı şəxsi görüb ona yaxınlaşmış, həmin şəxsdən ona satması üçün üzərində metamfetamin olub-olmadığını soruşmuşdur. Həmin tanımadığı şəxs də üzərində metamfetamin olduğunu bildirmişdir. Həmin şəxsdən şəxsi istifadəsi üçün 20 manat qarşılığında 1 büküm metamfetamin alaraq ağrıları olan zaman qəbul etmək üçün üzərinə qoymuşdur. Aldığı metanfetamindən istifadə etməmişdir. Həmin gün saat 18 radələrində Lənkəran şəhəri Z.Əliyeva küçəsi 14 nömrəli binanın yaxınlığında əvvəllərdə tanıdığı Əyyar və Xəlili görmüşdür. Onlarla söhbətləşərkən tanımadığı mülki geyimli beş şəxs onlara yaxınlaşmışdır. Onlar özlərini BNMİ-nin cənub regional şöbəsinin əməkdaşı kimi təqdim etmişlər. Polis əməkdaşlarından biri onlara narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatı olduğunu deyib onları regional şöbənin inzibati binasına dəvət etdikdə razılaşaraq şöbənin inzibati binasına getmişlər. İnzibati binaya gələnə kimi polis əməkdaşları onu nəzarətdə saxlamışlar. Şalvarının sol yan cibində olan metamfetamini üzərindən kənara atmaq imkanı olmamışdır. İnzibati binada onu otaqlardan birinə aparmışlar, ona şübhəli şəxs qismində tutulduğunu elan edib hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi dəvət etmişlər. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya olubolmadığı soruşulmuş, olduğu halda təqdim etməyi təklif edildikdə istifadə məqsədi ilə aldığı, əynində olan qara şalvarının sol yan cibinə qoyduğu 1 ədəd metamfetamin bükümünü çıxarıb polis əməkdaşlarına təqdim etmiş və bükümdə psixotrop maddə metamfetamin olduğunu, özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 20 manat qarşılığında Lənkəran şəhəri “böyük bazar” ərazisində üzdən tandığı, lakin adını bilmədiyi şəxsdən aldığını demişdir. Daha sonra polis əməkdaşı tərəfindən onun üzərində şəxsi axtarış keçirilmiş, nəticədə hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Üzərində aşkar edilmiş 1 bükümdə metamfetamin elektron tərəzidə çəkilərək ekspertizaya təqdim olunması üçün qablaşdırılmışdır. Tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə tutduğu əməlindən peşman olmasını, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində törətdiyi cinayət əməlini etiraf etməsini, kimsəsiz olaraq tənha yaşamasını, qonşularının maddi dəstəyi ilə dolanmasını, qaraciyər sirrozu və dağılmaqla olan sağ ağciyərin vərəmi kimi ağır xəstəliklərdən əziyyət çəkməsini nəzərə alaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Şahid4 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin polis nəfəri vəzifəsində xidmət edir. Regional şöbənin baş əməliyyat müvəkkili Şahid3 icraatına Lənkəran şəhəri Z.Əliyeva küçəsi 78/14, mənzil 17-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq, satış məqsədi olmadan narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi Şahid3 həvalə edilmişdir. Onunla birlikdə əməliyyat qrupunun tərkibində əməliyyat müvəkkilləri Aqil Əhmədov, Xəyyal Abışov, polis nəfəri Ramil Əliyev olmuşdur. 29 iyun 2022-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs nəzarətə götürmüşlər. O, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi 78/14 nömrəli binanın yaxınlığında olmuşdur. Onu 10-15 dəqiqə izlədikdən sonra ona yaxınlaşmağa qərar vermişlər. Polis əməkdaşlarını təlimatlandırandan sonra gözlənilməzliyi təmin edərək ona yaxınlaşmışlar. Onun yanında Lənkəran şəhər sakini Şahid5 və Şahid1 də olmuşdur. Həmin şəxslərin üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə gəzdirməsi ilə bağlı əsaslı şübhələr olduğuna görə üzərinə şəxsi axtarış keçirilməsinin vacibliyini izah edərək, şöbəyə dəvət etdikdə sonuncular razılaşmışlar. Polis şöbəsində İqbal Cahangirovun hüquq və vəzifələri izah edilmiş və müdafiəçi ilə təmin olunmuşdur. Müdafiəçinin və onların iştirakı ilə, videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduqda sonuncu əynindəki şalvarının sol yan cibindən 1 ədəd sellofan kəsiyi bükümü çıxarıb stolun üzərinə qoymuşdur. Sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. 1 ədəd sellofan kəsiyi bükümü elektron tərəzidə çəkildikdən sonra müvafiq qaydada qablaşdırılmışdır. Şəxsi axtarış zamanı aşkar olunanlardan başqa Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 29 iyun 2022-ci il tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. 29 iyun 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarının sol yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda 01(bir) ədəd sellofan bükümündə ümümi çəkisi 1,30 qram olan psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 30 iyun 2022-ci il tarixli, 19/750 saylı rəyindən görünür ki, “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə, təmiz çəkisi -1,259 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata sərf edildi -0,05 qram, qalıq -1,209 qram. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 05 iyul 2022-ci il tarixli, 750 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən toksikomaniya xəstəliyi aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilərək Lənkəran Rayon Məhkəməsi tərəfindən 01 oktyabr 2021-ci il tarixində 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixli Qərarla Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad olunmaqla barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Lənkəran Rayon Məhkəməsinin 1(049)-125/2021 saylı, 01 oktyabr 2021-ci il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında 01 iyul 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbir seçilmişdir. 22 iyul 2022-ci il tarixli, 618 saylı saylı arayışdan görünür ki, Cangirov X1 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda olmamışdır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 1 ədəd bükümdə çəkisi 1,209 qram psixotrop maddə metamfetamin, şəxsi axtarışın görüntüləri olan DVD disk maddi sübut kimi tanınmış, 1 ədəd bükümdə 1,209 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Cangirov X1 şəhəri, Z.Əliyeva küçəsi, ev 78/14, mənzil 17-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Lənkəran RMX publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs K 74.4 Qaraciyər sirrozu. Xroniki xolesistit diaqnozu qoyulmuşdur. Lənkəran RMX publik hüquqi şəxsin Vərəm xəstəlikləri şöbəsinin müvafiq arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən Lənkəran RMX publik hüquqi şəxsin Vərəm xəstəlikləri şöbəsində qeydiyyatda durur və ona dağılma mərhələsində sağ ağ ciyərin infiltrativ vərəmi diaqnozu qoyulmuşdur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndi tətbiq edilməklə, amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad edilmiş, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsində göstərilmişdir ki, amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən həmin Qərarın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər cəzalardan azad edilməsi göstərilmişdir. (Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Amnistiya qərarının 7-ci bəndində qeyd olunmuşdur ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Təqsirləndirilən şəxs cəzadan azad edildiyindən məhkumluğu götürülmüşdür. Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, kimsəsiz olaraq qonşularının maddi dəstəyi ilə tənha yaşamasını, qaraciyər sirrozu və dağılma mərhələsində sağ ağ ağciyərin vərəmi kimi ağır xəstəliklərdən əziyyət çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah edilməsinə və ağır xəstəlikləri ilə bağlı həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 29 iyun 2022-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı üç gün müddət (həbsdə saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla) azadlığın məhdudlaşdırılması cəzasının altı gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzası üzrə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq qalan 1 ədəd bükümdə 1,209 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 iyun 2022-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 03 (üç) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 6 (altı) günə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı ünvanı təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 1 ədəd bükümdə 1,209 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. Ekspertiza xərci 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar