Məhkəmə qərarları › İş №1(049)-34/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-34/2025

08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-34/2025 08.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi: Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclas katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1995-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Lənkəran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Nizami rayon məhkəməsinin qərarı ilə 02 ay 19 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş,xx.xx.2024-cu il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, Lənkəran şəhərinin, Koroğlu küçəsi ev 6-da qeydiyyatda olmaqla, barəsində Lənkəran rayon məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, 2024-cü ilin sentyabr ayında, Lənkəran şəhərində, kiçik bazar adlanan ərazidə, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, 1 (bir) ədəd bükümdə, ağ rəngli kristallardan ibarət, təmiz çəkisi 1,665 qram olan xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatı əldə etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının 09 sentyabr 2024-cü il tarixdə keçirdikləri əməliyyat tədbiri nəticəsində həmin gün saat 19:10 radələrində Lənkəran şəhəri, Müslüm Maqamayev küçəsində saxlanılaraq, orada üstü yoxlanılarkən 1,665 qram çəkidə olan xeyli miqdarda psixotrop maddə metamfetamin əynindəki şalvarın sağ yan cibindən sellofana bükülmüş halda aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərdi ki, uzun müddətdir narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamindən istifadə edir. Lənkəran şəhəri Koroğlu küçəsi ev 6-da yaşayır. Subaydır. Rəsmi olaraq heç yerdə işləmir. Bir neçə ildir ki, bədənində ağrılar olduğu üçün narkotik vasitə və psixotrop maddə metafetamini qızdırıb tüstüsünü çəkməkə qəbul edir. Hətta buna görə 2022-ci ildə CM-nin 234.1-ci maddəsi ilə 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə həbsdən azad edilmişdir. Həbsdən azad edildikdən sonra narkotik vasitə qəbul etməsə də sonradan bədənində ağrılar olduğu üçün yenidən narkotik vasitə və psixotrop maddə qəbul etməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə gündüz saatlarında Lənkəran şəhəri kiçik-bazar ərazisində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün bir ədəd bükümdə psixotrop maddə metamfetamin alıb üzərində saxlamışdır. O həmin gün saat 19 radələrində Lənkəran şəhəri M.Maqamayev küçəsi ilə piyada gedərkən mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmışlar. Onlardan biri video çəkiliş aparırmış. Həmin şəxslər ona özlərini təqdim etdikdən sonra onların polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək üstünü yoxlmalı olduğunu demişdir. Sonra polis əməkdaşı ona üzərində əgər qanunla qadağan olunmuş hər hansı bir maddə və predmet vardırsa təqdim etməyini bildirmişdir. O da etiraz etməyib şalavarının sağ yan cibindən saxladığı bir bükümdə metamfetamini, sol cibidən isə Samsung markalı mobil telefonumu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümə polis əməkdaşı baxış keçirmiş, büküm tərəzidə çəkildikdə sellofan bükümün içərisində olan metafetamin çəkisi 1,86 qram olmuşdur. Onun bu barədə sorğu sual edildikdə polis əməkdaşlarına üzərində aşkar olumuş bükümün içərisində metamfetamin olduğunu və həmin matamfetamini kiçik bazar ərazisindəüzdən tanımadığı adını və ünvanını bilmədiyi şəxsdən 20 manata alaraq qəbul etmək üçün üzərində saxladığını demişdir. Üzərində aşkar olunmuş həmin büküm zərfə qoyularaq qablaşdırılmışdır. Zərf möhürlənərək o və iştirakçılarla birlikdə zərfin üzərinə imzalarını qeyd etmişlər. Bildirir ki, etdiyi əməldən çox peşman olmuşdur. O metafetamini kiçik bazar adlanan ərazidə üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 20 manat alaraq qəbul etmək üçün üzərində saxlamışdır. O həmin metafetamini bədənində ağrıları olduğundan özü üçün istifadə etməkdən ötrü üzərində saxlamışdır. Əldə etdiyi metafetamindən heç kəsə satmamış. Heç kəsədə istiafdə etmək üçün verməmişdir. O narkotik vasitələrin satışı ilə heç vaxt məşqul olmamışdır. Polis əməkdaşları tərəfindən ona qaraşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. Hazırda əməlindən çox peşmandır. Göstərilənlərə əsasən ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs son sözündə ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X4 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin X1 baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Rütbəsi polis polkovnik-leytenantıdır. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, çox vaxt üzərində narkotik vasitə və psixotrop maddə saxlaması, gəzdirməsi barədə qərəzsiz mənbədən məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı bir münasibəti və qərəzçiliyi olmamışdır. Həmin məlumatın daxil olması barədə şöbənin rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü 09 sentyabr 2024-cü il tarixdə şöbə rəisindən müvafiq razılıq alındıqdan sonra tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna şöbənin CAB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 da cəlb edilmişdir. Polis şöbəsinin rəisi tərəfindən müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. Təxminən 10-15 dəqiqə sonra, saat 19:10-da Təqsirləndirilən şəxs Lənkəran şəhəri M.Maqamayev küçəsi ilə piyada getdiyini görmüşlər. Bu zaman əməliyyat müvəkkili Şahid3 tərəfindən aparılan video çəkilişlə Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu deyib üstünə baxış keçirlməsini bildirilmişdir. Təqsirləndirilən şəxs onlarla razılaşmışdır. Bundan sonra yaxınlıqda olan küçədə dayanmış avtomobilinin yanına gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində əgər qanunla qadağan edilmiş hər hansı bir maddə və yaxud əşya vardırsa təqdim etməsi təklif etmişdir. Təqsirləndirilən şəxs həmin vaxt əynindən olan şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümü vəşalvarının sol yan cibindən özünə məxsus Samsung markalı mobil telefonunu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirdikdə, bükümün içərisində ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdə kütlənin çəkisi 1,86 qram olmuşdur. Təqsirləndirilən şəxs ilə bu barədə sorğu sual edildikdə o üzərində aşkar olumuş bükümün içərisində metafetamin olduğunu və həmin maddəni həmin gün kiçik bazar ərazisində üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 20 manata alaraq qəbul etmək üçün üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş həmin kütlə ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərindən metamfetaminə bənzər maddələrin aşkar ediməsi ilə bağlı protokol tərtib edərək Təqsirləndirilən şəxs özünə və iştirakçılara oxunaraq doğruluğu imzalarla təsdiq edilmişdir. Sonra bu barədə tərəfindən raportla şöbə rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd bükümdə olan metamfetaminə bənzər kütlə, bir ədəd mobil telefon, bu barədə tərtib edilmiş protokol və içərisində aparılmış videoçəkilişin görüntüləri olan 1 ədəd DVD disk və Təqsirləndirilən şəxs özü ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı Baxışəli Rufullayevə təqdim edilmişdir. X2 tərəfindən Əlisa Qafarov şübhəli şəxs qismində tutulmuşdur. Sonra təhqiqatçı tərəfindən Əlisa Qafarov şübhəli şəxsin hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs qarşı hər hansı bir qanuna zidd hərəkətlərə yol verilməmişdir. Məhkəmə istintaqında dindirilmiş Şahid3 şahid Rahid Əsgərovun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 10-15 dəqiqə sonra, saat 19:10-da Təqsirləndirilən şəxs Lənkəran şəhəri M.Maqamayev küçəsi ilə piyada getdiyini görmüşlər. Bu zaman əməliyyat müvəkkili Şahid3 tərəfindən aparılan video çəkilişlə Təqsirləndirilən şəxs yaxınlaşdıq Təqsirləndirilən şəxs özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu deyib üstünə baxış keçirlməsini bildirilmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşmışdır. Bundan sonra yaxınlıqda olan küçədə dayanmış avtomobilinin yanına gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindəəgər qanunla qadağan edilmiş hər hansı bir maddə və yaxud əşya vardırsa təqdim etməsi təklif etmişdir. Təqsirləndirilən şəxs həmin vaxt əynindən olan şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümü vəşalvarının sol yan cibindən özünə məxsus Samsung markalı mobil telefonunu təqdim etmişdir. Əlis Qafarlının təqdim etdiyi bükümə baxış keçirdikdə, bükümün içərisində ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdə kütlənin çəkisi 1,86 qram olmuşdur. Təqsirləndirilən şəxs ilə bu barədə sorğu sual edildikdə o üzərində aşkar olumuş bükümün içərisində metafetamin olduğunu və həmin maddəni həmin gün kiçik bazar ərazisindəüzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 20 manata alaraq qəbul etmək üçün üzərində saxladığını demişdir. Cinayət işinin 9-11-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 09 sentyabr 2024-cü il tarixli, şəxsi axtarışın keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş DVD-R diskdə olan videogörüntüdən görünür ki, QafarlıƏlisa Arzu oğlunun əynində olan şalvarın sağ yan cibində 1 ədəd bükümdə olan psixotrop maddə olan metamfetaminə bənzər maddəni çıxardıb təqdim edərək bükümün içərisində olan maddənin metamfetamin olduğunu və özünə məxsus olmasını, eləcə də öz istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Cinayət işinin 46-49-cu vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 24 avqust 2024-cü il tarixli 19/621 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs aşkarlanmış kütlə ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 1,665 qram olan ağ rəngli krsitallardan ibarət maddə metamfetamindir. Tədqiqatdan sonra qalıq 1.615 qram olmuşdur. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanuni ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına ” daxildir (Siyahı İ). Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. Cinayət işinin 81-ci vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 12 sentyabr 2024-cü il tarixli, 692 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburu müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2022-ci idən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Cinayət işinin 18-ci vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2024-cü il tarixdə saat 19:55-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 55-56-cı vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 113-116-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 18 noyabr 2024-cü il tarixli qərardan görünür ki, maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kağız paketdə, ümumi təmiz çəkisi 1.665 qram psixotrop maddə olan metamfetaminin ekspertizadan qaytarılmış 01 ədəd paketdə, ümumi təmiz çəkisi 1.615 qram hissəsi istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlamnışdır. Cinayət işinin 110-111-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsi tərəfindən təqdim edilmiş xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri Koroğlu küçəsi ev 6-da qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Cinayət işinin 87-89 vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2022-ci il tarixli Lənkəran rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Nizami rayon məhkəməsinin qərarı ilə 02 ay 19 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. xx.xx.2024-cu il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinəəsasən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanıəldə edilmiş sübutları, təqsirləndirilən şəxsin vəşahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinəəsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarışəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminəəsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 118-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi işüzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı 1.665 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara vəəşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinəəsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansıüsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla vəəşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinəəsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) iləəlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı iləəks etdirilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinəəsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmişşəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. CM-nin 83.4-cü maddəsinəəsasən məhkum edilmişşəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü iləəvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanıçəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 1 sentyabr 2023-cü il tarixli qararında müəyyən edilmişdir ki, CM-nin 83.4-cü maddəsinin mənasına görə, məhkum edilmiş şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti cəzanın çəkilməmiş hissəsini əvəz edən cəzanın çəkilib qurtardığı gündən hesablanmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən, yəni 09 sentyabr 2024-cü il tarixdə onun Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası üzrə xx.xx.2024-cü ildə şərti olaraq vaxtından əvvəl azad edildiyindən məhkumluğu ödənilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməyən şəxs hesab edilməlidir. Azərbaycan RespublikasıCM-nin 18.1-ci maddəsinəəsasən qəsdən cinayət törətməyə görəəvvəllər məhkum olunmuşşəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək peşman olmasını CM-nin 59.2-ci maddəsinəəsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinəəsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, QafarlıƏlisa Arzu oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinəəsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, əvvəlki məhkumluğunun da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsəəvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinəəsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuşşəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. CPM-nin 158.2 və 158.6-cı maddəsinəəsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 09 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş12 sentyabr 2024-cü il tarixli, 692 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilsin və onunərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.615 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İşüzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının vəəsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 14 iyun 2024-cü il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 09 sentyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilsin və onunərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1.615 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin və 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar