Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-341/2023 08.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Lənkəran çəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, qeyri rəsmi olaraq evli və iki azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına 08 avqust 2023-ci il tarixdə, saat 09:55-də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 29 iyun 2023-cü il tarixdə saat 11 radələrində Lənkəran şəhəri H.Əliyev prospekti bina 17 mənzil 35-də yerləşən fərdi yaşayış evində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə ailə münasibətləri zəminində, yəni sonuncunun ona xəbər vermədən atasının evinə getməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sol çənə və sol qol nahiyyəsinə qəsdən yumruqla vurmaqla ona - sol alt çənə nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması, sol bazu nahiyəsində qançırdan ibarət xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs Eman qızının sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Zərərçəkmiş şəxs ilə 2018-ci ildə qeyri rəsmi olaraq ailə həyatı qurmuş və həmin nigahdan 2 övladı olmuşdur. Əvvəllər Afaqla münasibətləri yaxşı olmuş, lakin son zamanlar Afaq onun sözlərinə qulaq asmır və ondan icazə almadan atası evinə gedir. xx.xx.2023-cü il tarixdə, səhər saat 11 radələrində fərdi yaşayış evində olan zaman xx.xx.2023-cü il tarixdə Afaq ondan icazə almadan atasının evinə getdiyi üçün o, Afaqa irad bildirəndə, sonuncu onun iradını qəbul etməyərək onunla münaqişə etməyə başlamış, bu zamanı o, əsəbləşərək Afaqın Məmmədovun çənəsinə və qoluna yumruqla vurmuş, bundan sonra isə yaşadığı evdən çıxıb getmişdir. Onlar arasında olan münaqişə 3-4 dəqiqə davam etmiş və münaqişə zamanı orada kənar şəxs olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə ərizə təqdim edərək göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmış, sonuncuya dəymiş maddi və mənəvi ziyanı tam ödəmiş, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Buna görə də barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, 2018-ci ildə Təqsirləndirilən şəxs ilə qeyri rəsmi olaraq ailə həyatı qurmuş və həmin nigahdan iki övladları olmuşdur. Əvvəllər Adillə münasibətləri yaxşı olsa da, son zamanlar Adilin onun valideynlərinə qarşı olan münasibəti pisləşmişdir. Adil ona valideynlərinin evinə getməyinə mane olmuşdur. xx.xx.2023-cü il tarixdə, səhər saat 11 radələrində fərdi yaşayış evində olduğu zaman bir gün əvvəl o, övladları ilə birlikdə atası evinə getdiyi üçün Adil ona iradını bildirmiş və onların arasında münaqişə yaranmışdır. Münaqişə zaman Adil yumruqla onun çənəsinə və qoluna zərbələr vuraraq ona xəsarət yetirmişdir. Daha sonra Adil həmin evi tərk edib getmişdir. O, da, övladlarını götürüb atası evinə getmiş və Adilin onu döyməsi barədə qardaşı Şahid məlumat vermişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı tələb və şikayəti yoxdur, sonuncu ona dəymiş maddi ziyanı tam ödəmiş, buna görə də məhkəmədən məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini və ərinin cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün və zərərçəkmişin ifadələri, ekspertiza rəyi və məhkəmə iclasında tədqiq edilmiş materiallarla tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2023-ci il tarixli 634 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində-sol alt çənə nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması, sol bazu nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materialında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 01 iyul 2023-cü il tarixli baxış protokolundan görünür ki, hadisə Lənkəran şəhəri H.Əliyev prospekti bina 17 mənzil 35-də yerləşən fərdi yaşayış evində baş vermişdir. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş işdə olan arayışdan görünür ki, Kazımov X2 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilnib 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum və xx.xx.2016-cı il tarixdə Milli Məclisin xx.xx.2016-cı il tarixli amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. Məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir. Hal-hazırda o, zərərçəkmişlə barışmış və dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. X4
Məhkəmə qərarları › İş №1(049)-341/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-341/2023
08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver