Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-342/2023 02.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 14:00 Lənkəran Rayon Məhkəməsinin hakimi: Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 05 iyul 2023-cü il tarixdə saat 04 radələrində Lənkəran şəhəri Z.Əliyeva küçəsində olan parkda Lənkəran şəhəri Z.Əliyeva küçəsi 78/15, mənzil 2-də yaşayan Zərərçəkmiş şəxs ilə Lənkəran şəhəri Z. Əliyev küçəsi 78/22, mənzil 30-da yaşayan Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəmnində yaranmış münaqişə zamanı sonuncu Zərərçəkmiş şəxs yumruqla sol göz və baş nahiyəsinə qəasdən bir neçə dəfə zərbə vuraraq ona alınsol gicgah nahiyəsindəki yumşaq toxumların əzilməsi-hematoması, sol said nahiyəsində sıyrıqdan ibarət sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngul zərər vurmaya aid xəsarətlər yetirmişdir. Mübahisə zamanı heç kəsin əmlakına ziyan dəyməmişdir və əmlak məhv edilməmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ondan şikayət etmiş Zərərçəkmiş şəxs və arvadı Şahid tanımış və münasibətləri normal olmuşdur. Rəna Əlidən ayrılandan sonra onun evinə gedib gəlmiş, qızı Rəşxəndə ilə dostlaşmışdır. Rəna Əlidən ayrılsa da, Əli hər dəfə onun evinə gedib münaqişə yaratmış,ona da onlarla əlaqəni kəsməyini demişdir. Rəna da azad qadın olduğunu, ərinin onun üçün heç kim olduğunu demişdir. Buna görə Rəna ilə münasibətləri davam etmişdir. Rəna əri Əlini kirayə qaldığı evə buraxmamışdır. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Rəna ona zəng edərək evdə çörək olmadığını, bir çörək alıb evinə gətirməyini demişdir. O da çörək alıb Rənanın evinə aparmış, 1 saata kimi onun evində qonaq kimi qalmışdır. Bundan sonra durub evinə getmək istədikdə bu zaman Əli qapını döymüş və Rəna da evdən çıxmamağını, Əlinin qapıda gözlədiyini və münaqişə olacağını demişdir. O, da saat 04 radələrinə kimi gözləmiş, sonradan Əlinin çıxıb getdiyini düşündüyündən evdən çıxıb gedəndə Əli qarşısına çıxmış, onun evində nə işi olduğunu soruşmuşdur. O da buranın onun evi olmadığını, Rənanın evi olduğunu, Rənaya çörək alıb verdiyini demişdir. Buna görə aralarında mübahisə baş vermiş, Əli yaxasından tutub onu həyətə salmış, onlar mübahisə etməklə parka tərəf getmişlər. Bu zaman Əli ona əl-qol atdığından o da əsəbləşərək onun sifət nahiyəsindən bir neçə yumruq zərbəsi vurmuşdur. Sonra da ondan ayrılıb çıxıb getmişdir. Münaqişə 2-3 dəqiqə davam etmiş, orada kənar şəxslər olmamışdır. Etdiyi əməldən peşmandır və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki döyülməsi barədə polis şöbəsinə ərizəni o yazmışdır. 2002-ci il tarixdə Şahid ilə ailə həyatı qurmuş və 2 övladları vardır. X3 hazırda hərbi xidmətdədir. X1 isə anası ilə birlikdə yaşayır. Əvvəllər münasibətləri normal olsa da, son 5 ildə ailə-məişət zəminində münasibətləri pozulmuşdur. Belə ki, Rəna bir ər kimi onu saymamış, istədiyi vaxt evə gəlib getmiş, uşaqları ona qarşı öyrətmişdir. 2023-cü ilin aprel ayına kimi münasibətləri olmuş, bazarlıq edib ona verməklə sonradan çıxıb getmişdir. Hazırda Rəna kirayədə qalır və onu evə buraxmır. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində qızı Rəşxəndəyə baş çəkmək üçün Rənanın qaldığı evə getmişdir. Qapıya yaxınlaşanda evdə kişi səsi eşitmiş, bir qədər gözlədikdən sonra qapını döymüş və evin içində işıqları söndürmüşlər. O evdə kiminsə olduğundan şübhələndiyindən qapının qarşısında oturub 2 saat gözləmişdir. Saat 04 radələrində qapı açılmış və tanıdığı Taleh adlı şəxs ordan çıxandan sonra ona yaxınlaşıb ondan arvadının və qızının evində nə işi olduğunu soruşmuşdur. Taleh də bir bəhanə ilə onlara çörək gətirdiyini və çıxıb gedəcəyini demişdir. Buna görə aralarında mübahisə baş vermiş,Taleh yaxasından tutub onu həyətə salmaq istəmiş, binanın girəcəyində arvadı Rəna Talehin qaçması üçün əlini cırmaqlasa da, o Talehi buraxmamışdır. Onlar mübahisə etməklə parka tərəf getmişlər. Bu zaman Taleh birdən onun göz və baş nahiyəsinə bir neçə yumruq zərbəsi vurub qaçıb getmişdir. Münaqişə 3-4 dəqiqə davam etmiş, onlardan başqa orada kənar şəxslər olmamış, münaqişə zamanı Talehi vurmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmamışlar və onun ittiham olunduğu Azəraycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid qismində ifadəsi alınmış Şahid ifadəsində göstərmişdir ki, 2002-ci il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və 2 övladları vardır. X3 hazırda hərbi xidmətdədir. X1 isə onunla birlikdə yaşayır. Əvvəldən əri Zərərçəkmiş şəxslə münasibətləri yaxşı olmamış, Əli həmişə evdə onunla münaqişə etmiş, dəfələrlə ondan polisə müraciət etmiş, lakin Əli əməlini davam etmişdir. Buna görə məcbur olub Əlidən ayrılmış və bir evdə kirayədə yaşamışdır. Lakin Əli ondan əl çəkməmiş, kirayədə yaşadığı evə gələrək yersiz münaqişələr yaratmış, buna görə Əlini evinə buraxmamışdır. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində o evinə gedib gələn Talehə zəng edib onun üçün çörək alıb gətirməsini xahiş etmişdir. Taleh də çörək alıb onun üçün gətirmiş və evdə olan zaman Əli qapısına gəlib münaqişə yaratmağa başlamış, onun evə adam saldığını demişdir. Münaqişə olmasın deyə o, Talehi evə salıb saxlamışdır ki, Əli çıxıb getsin. Ancaq Əli qapının qarşısında gizlənib Talehi gözləmişdir. Saat 04:00 radələrində qapını açıb Talehi yola salmaq istədikdə Əli ona yaxınlaşıb ondan arvadının evində nə işi olduğunu soruşmuşdur. Buna görə aralarında mübahisə baş vermişdir. Əli Talehin yaxasından tutub onu həyətə salmaq istəmiş, qapının qarşısında o Talehi buraxmaq üçün Əlinin qolundan tutmuş, lakin Əli Talehi buraxmamış, onlar mübahisə etməklə parka tərəf getmişlər. Sonradan onların dalaşdıqlarını eşitmişdir. Münaqişə zamanı o, Əliyə hər hansı bir xəsarət yetirməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən sadələşdirilmiş icraat materiallarının 19-21-ci vərəqlərində olan “Baxış keçirilməsi haqqında” 06 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Lənkəran şəhəri, Z.Əliyeva küçəsində, yaşayış binaları arasında yerləşəşn parkda baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 16-17-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli, 647 nömrəli məhkəmə ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində, alın-sol gicgah nahiyyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması, sol said nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 6-12 saat əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 36-37-ci vərəqəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinə əsasən 300 manat cərimə cəzası ilə məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə həmin cərimə tam ödənilmişdir və o, məhkumluğu olmayan şəxs hesab edilir. Lənkəran şəhər İHB-nın Lənkəran Şəhər Mənzil Təsərrüfat İdarəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası xx.xx.1984-cü il təvəllüdlü anası X2 ilə birlikdə ünvan 2 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də X7 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətini səmimi etiraf etdiyini, əməlindən peşman olduğunu və yaşayış yerindən müsbət xarakterizə olunduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 128-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməlin törədilməsinə görə - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-342/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-342/2023
02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver