Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-343/2023 27.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Canıyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat : 17:30 xx xxxxxx 1995-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 179.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, Lənkəran şəhəri, Səməd Vurğun küçəsi, ev 38 ünvanında birlikdə yaşadığı, 08 iyun 1992-ci ildən yaşa görə əmək pensiyası təyin edilmiş, 25 iyun 1932-ci il təvəllüdlü X5nın 7 fevral 2021-ci il tarixdə yaşadığı evdə vəfat etməsindən və həmin gün Lənkəran rayonunun Lənkəran bələdiyyəsinin balansında olan Lənkəran şəhər “Böyük bazar qəbirstanlığı”nda dəfn olunmasından sonra nənəsinin adına olub, sağlığında ona etibar etdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətindən verilmiş 6768 6753 1157 4402 hesab nömrəli plastik pensiya kartını aidiyyəti üzrə təhvil vermək əvəzinə, həmin plastik kartın hesabına yüklənən aylıq pensiya məbləğlərini, yəni ona etibar edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə məxsus xeyli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talama qərarına gəlib, bu məqsədlə 15 mart 2021-ci il tarixdən 16 fevral 2023-cü il tarixədək olan müddətdə Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən hissə-hissə olmaqla, cəmi 6675 manat 67 qəpik məbləğində pul vəsaitinin mədaxil olunduğu həmin plastik pensiya kartının hesabından vahid niyyətlə 16 mart 2021-ci il tarixdə 259 manat, 15 aprel 2021-ci il tarixdə 260 manat, 07 may 2021-ci il tarixdə 260 manat, 21 iyun 2021-ci il tarixdə 260 manat, 22 iyul 2021-ci il tarixdə 259 manat, 16 avqust 2021-ci il tarixdə 260 manat, 16 sentyabr 2021-ci il tarixdə 260 manat, 18 oktyabr 2021-ci il tarixdə 260 manat, 15 noyabr 2021-ci il tarixdə 260 manat, 15 dekabr 2021-ci il tarixdə 259 manat, 14 yanvar 2022-ci il tarixdə 260 manat, 15 fevral 2022-ci il tarixdə 328 manat, 16 mart 2022-ci il tarixdə 265 manat 16 mart 2022-ci il tarixdə 3 manat, 14 aprel 2022-ci il tarixdə 319 manat, 16 may 2022-ci il tarixdə 268 manat, 16 iyun 2022-ci il tarixdə 269 manat, 18 iyul 2022-ci il tarixdə 319 manat, 17 avqust 2022-ci il tarixdə 268 manat, 20 sentyabr 2022-ci il tarixdə 269 manat, 17 oktyabr 2022-ci il tarixdə 319 manat, 16 noyabr 2022-ci il tarixdə 260 manat, 25 noyabr 2022-ci il tarixdə 8 manat, 16 dekabr 2022-ci il tarixdə 269 manat, 18 yanvar 2023-cü il tarixdə 200 manat, 23 yanvar 2023-cü il tarixdə 80 manat, 15 fevral 2023-cü il tarixdə 5 manat, 20 fevral 2023-cü il tarixdə 360 manat və 28 fevral 2023-cü il tarixdə 9 manat olmaqla, ümumilikdə xeyli miqdar təşkil edən 6675 manat (altı min altı yüz yetmiş beş manat) məbləğində pul vəsaitini "xxxx" ASC-nin ünvan 2 ünvanında, ünvan 3əhəllədə yerləşən “Bazarstore” mağazalarında və ünvan 4 ünvanında yerləşən “Fədək” ticarət mərkəzində quraşdırılmış bank terminallarından (bankomatlarından) çıxarıb, şəxsi ehtiyaclarına sərf edərək, ona etibar edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə məxsus həmin məbləğdə pul vəsaitini vahid niyyətlə mənimsəmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla talamışdır. Bundan başqa o, X5nın 7 fevral 2021-ci il tarixdə ölümündən sonra nənəsinin adına olan plastik pensiya kartının hesabından ümumilikdə 6675 manat məbləğində pul vəsaitini hissə-hissə çıxararaq mənimsəmə yolu ilə talamasından ibarət cinayət əməlini guya nənəsinin 2023-cü ilin mart ayında vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə almaqla ört-basdır etmək qərarına gəlib, bu məqsədlə 16 mart 2023-cü il tarixdə Lənkəran rayonunun Lənkəran bələdiyyəsinə şifahi müraciəti əsasında istifadə etmək məqsədi ilə əldə etdiyi, həmin bələdiyyənin sədri tərəfindən imzalanıb, bələdiyyənin möhürü ilə təsdiq edilmiş, məzmununa bilə-bilə yalan, yəni həqiqətə uyğun olmayan, 07 fevral 2021-ci il tarixdə vəfat edərək Lənkəran şəhər “Böyük bazar qəbirstanlığı”nda dəfn olunmuş X9 guya 06 mart 2023-cü il tarixdə dəfn olunmasına dair məlumatlar daxil edilmiş, ona nənəsinin adına ölüm haqqında tibbi sənəd almaq üçün Lənkəran şəhər Ailə Sağlamlıq Mərkəzinə təqdim etmək hüququ verən, 16 mart 2023-cü il tarixli, 228/4 nömrəli “arayış” adlı rəsmi sənəddə nənəsinin dəfn tarixinə dair saxta məlumatın qeyd olunduğunu bilə-bilə vahid niyyətlə hərəkət edib, hüquq verən həmin saxta arayışı eyni tarixdə Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 2 saylı Ailə Sağlamlıq Mərkəzində onun əsl niyyətindən xəbərsiz olan səlahiyyətli əməkdaşlarına təqdim etməklə istifadə edib, oradan saxta arayış əsasında 17 mart 2023-cü il tarixdə əldə etdiyi, nənəsinin adına ölüm haqqında tibbi şəhadətnamə almaq hüququ verən, məzmununda nənəsinin dəfn tarixinə dair saxta məlumatın əks olunduğunu bilə-bilə rəsmi sənəd olan “ölüm haqqında məlumat” adlı tibbi sənədi 17 mart 2023-cü il tarixdə Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdə onun əsl niyyətindən xəbərsiz olan səlahiyyətli əməkdaşına təqdim etməklə istifadə edib, həmin gün oradan saxta tibbi sənəd əsasında əldə etdiyi, nənəsinin adına ölüm haqqında şəhadətnamə almaq hüququ verən, məzmununda nənəsinin dəfn tarixinə dair saxta məlumatın əks olunduğunu bilə-bilə rəsmi sənəd olan “ölüm haqqında tibbi şəhadətnamə” adlı tibbi sənədi isə 17 mart 2023-cü il tarixdə Lənkəran rayon Qeydiyyat Şöbəsində onun əsl niyyətindən xəbərsiz olan səlahiyyətli əməkdaşına təqdim etməklə istifadə edib, saxta tibbi sənəd əsasında həmin gün oradan əldə etdiyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi onun X28ya yaşa görə təyin edilmiş əmək pensiyasına görə pensiya məbləğini ödəmək vəzifəsindən azad edən, məzmununda nənəsinin dəfn tarixinə dair saxta məlumatın əks olunduğu 17 mart 2023-cü il tarixli AZ-İİ 343616 №-li “ölüm haqqında şəhadətnamə” adlı rəsmi sənədi Lənkəran rayon Qeydiyyat Şöbəsi vasitəsi ilə istifadə edib, 01 aprel 2023-cü il tarixdə “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs tərəfindən X5nın pensiya işinin bağlanmasına nail olmaqla vahid niyyətlə bilə-bilə hüquq verən və vəzifədən azad edən saxta rəsmi sənədlərdən istifadə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında yerləşən atasına məxsus fərdi yaşayış evində yaşayır. O və atası Şahid5 Lənkəran şəhəri, Nizami küçəsində yerləşən, atasına məxsus çexol sexində işləyirlər. 1932-ci il təvəllüdlü X17 onun nənəsidir. X28 vəfat edənə qədər onlarla birlikdə ünvan 6 ünvanında yerləşən evdə yaşamışdır. X5 7 fevral 2021-ci il tarixdə öz əcəli ilə yaşadıqları evdə vəfat etmiş və həmin gün nənəsini el adəti ilə Lənkəran şəhərində yerləşən “Böyük bazar” qəbirstanlığında dəfn etmişlər. Nənəsi vəfat edən vaxt “koronavirus” infeksiyasının yayılması ilə bağlı ölkə ərazisində, o cümlədən Lənkəran rayonunda karantin rejimi tətbiq edildiyinə görə yas mərasimi təşkil etməmişlər. Lakin nənəsi Rəvayətin ölümünü bütün qohumları və qonşuları bilmiş və onlara başsağlığı vermişlər. X28 yaşa görə hər ay pensiya almış və aylıq təqaüdün məbləği 260-280 manat civarında olmuşdur. Nənəsi aylıq pensiyasını adına olan "xxxx" ASC-yə məxsus plastik pensiya kartı vasitəsi ilə almışdır. Nənəsi sağlığında adına olan həmin plastik kartı ona vermiş və o, həmin kartın hesabından pulu həmişə çıxararaq nənəsinin razılığı ilə özünə xərcləmişdir. Yəni nənəsi sağ olanda pensiyasını ona vermişdir. Nənəsinin 7 fevral 2021-ci il tarixdə vəfat etməsi barədə heç bir dövlət orqanına, o cümlədən pensiya məbləğinin dayandırılması üçün Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə məlumat verməmişdir. X28 vəfat edəndən sonra nənəsinin pensiya kartını özündə saxlamağa davam etmiş və hər ay həmin karta yüklənmiş pulu Lənkəran şəhərində olan "xxxx" ASCyə aid bankomatlardan çıxararaq öz şəxsi ehtiyaclarına sərf etmişdir. Kartın hesabına pensiya məbləğləri hər ayın 7-dən 15-dək yüklənmişdir. Kart daim onda olduğuna görə valideynləri bundan şübhələnməmişlər. O, nənəsi Rəvayətin vəfat etdiyi 2021-ci ilin fevral ayının 7-dən 2023-cü ilin mart ayına qədər onun pensiya kartına aylıq yüklənən məbləğləri hər ay mütəmadi olaraq bankomatdan çıxararaq xərcləmişdir. Sonuncu dəfə 2023-cü ilin fevral ayının sonunda hesaba yüklənmiş pulu çıxardıb xərcləmiş, ylnız 2023-cü ilin mart ayı üçün ödənilmiş pensiya məbləğini çıxartmamışdır. O, pensiya kartını valideynlərinin bilməməsi üçün özünə məxsus Vaz 2107 markalı avtomobilində saxlamışdır. Onun nənəsinin adına olmuş təqaüd kartını özündə saxlamaqda məqsədi maddi ehtiyaclarını qarşılamaq olmuşdur. X18 adına Lənkəran şəhərində 1 otaqlı yaşayış evi vardır. 2023-cü ilin fevral ayının sonlarında atası Şahid5 həmin evi vərəsəlik qaydasında öz adına keçirtmək üçün X18 ölüm haqqında şəhadətnaməsinin evdə olub-olmadığını ondan soruşmuş, o, atası Şahid5 nənəsi Rəvayətin adına ölüm haqqında şəhadətnamə almadığını demişdir. Evdə lazım olanda sənəd işləri ilə həmişə özü məşğul olduğuna görə atası Saleh elə zənn etmişdir ki, o, nənəsi Rəvayətin ölümündən sonra ölüm haqqında şəhadətnaməni almışdır. Lakin o, həmin sənədi almadığına görə bunu atası Salehə demişdir. Atası Saleh onu möhkəm danlamış və nənəsi Rəvayətin ölüm sənədi alınmamışdırsa adına hesablanmış pensiyanın necə olduğunu soruşmuş, o, atası Şahid5 nənəsi Rəvayətin ölümündən sonra onun adına olmuş pensiya kartını özündə saxladığını, DSMF-yə təhvil vermədiyini, nənəsinin pensiyasının dayandırılması barədə də müraciət etmədiyini bildirmişdir. O, atası Salehin təkidindən sonra X18 adına olmuş pensiya kartına hər ay yüklənən pulu bankomatdan çıxardığını və öz ehtiyaclarına xərclədiyini etiraf etmişdir. Atası onu yenə danlamış və daha kartdan pul çıxarmamasını, qısa müddət ərzində kartı təhvil verməsini və X18 adına ölüm haqqında şəhadətnamə almasını tapşırmışdır. O, nənəsinin adına ölüm haqqında şəhadətnamə almaq üçün hansı dövlət orqanlarına müraciət edəcəyini maraqlanmış, lakin qorxduğuna görə bu işin üstünə düşməmiş, atası Salehin təkidi ilə 2023-cü ilin mart ayının ortalarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına getmiş, orada tanımadığı tibb işçisi ona bələdiyyədən arayış almağını və arayışla gəlməyini demişdir. O, Lənkəran şəhər bələdiyyəsinə getmiş, orada bələdiyyənin işçisi ilə söhbət edib ölümlə bağlı arayış almaq istədiyini demiş, bələdiyyə işçisi şəhər bələdiyyəsinin sədri Şahid4 işdə olmadığını bildirmiş və növbəti gün gəlməsini təklif etmişdir. O, təxminən 2 gün sonra 16 mart 2023-cü il tarixdə saat 11 radələrində Lənkəran bələdiyyəsinin inzibati binasına getmiş, bələdiyyə sədri işdə olmadığına görə gözləmiş, bir müddət sonra bələdiyyə sədri Şahid4 gəlmiş, o, bələdiyyənin işçisi olan, sonradan adının Şəhla olduğunu bildiyi qadına X18 ölümü ilə bağlı arayış almaq üçün gəldiyini demiş və nənəsinin ölümü haqqında arayış verilməsini xahiş etmişdir. O, nənəsi Rəvayətin şəxsiyyət vəsiqəsini qadın işçiyə təqdim etmiş, bələdiyyə işçisi kompüterdə arayış tərtib etməyə başlamış, onun Rəvayət Miriyeva ilə qohumluq əlaqələrini soruşmuş, o, bələdiyyə işçisinə Rəvayət Miriyevanın nəvəsi olduğunu demiş, bələdiyyə işçisi Rəvayətin nəvəsi olduğuna görə arayışı onun adına yaza bilməyəcəyini, yalnız övladlarının adına verə biləcəyini demişdir. O, belə olduğu halda verəcəyi arayışı bibisi X10 adına tərtib etməsini xahiş etmiş, bələdiyyə işçisi X18 nə vaxt və harada dəfn edildiyini soruşmuş, o, X18 6 mart 2023-cü il tarixdə evdə vəfat etdiyini və Lənkəran şəhər Böyük Bazar qəbirstanlığında dəfn edildiyini bildirmişdir. Onun verdiyi məlumat əsasında bələdiyyə işçisi olan qadın arayış tərtib etmiş və arayışı özü ilə götürüb bələdiyyə sədri Şahid4 təqdim etmişdir. O, bələdiyyə sədri Şahid4 xidməti otağının qapısının qarşısında gözlədiyinə görə Şahid4 arayışı imzaladığını və möhürlədiyini görmüşdür. Bundan sonra bələdiyyənin işçisi arayışı ona təqdim etmiş, həmin arayışın məzmununda X5nın 6 mart 2023-cü il tarixdə Lənkəran şəhər “Böyük Bazar” qəbirstanlığında dəfn olunduğu göstərilmişdir. O, arayışı bələdiyyədən təhvil alandan sonra həmin gün saat 15 radələrində Lənkəran Ailə Sağlamlıq Mərkəzinə müraciət etmiş, Lənkəran Ailə Sağlamlıq Mərkəzinin binasının birinci mərtəbəsində həkim otağında olan həkimlərdən bir nəfər – sonradan adının “Şəbnəm” olduğunu bildiyi bir həkimə yaxınlaşıb bələdiyyənin arayışını və nənəsinin şəxsiyyət vəsiqəsini təqdim etmiş və nənəsi Rəvayətin ölümü barədə tibbi sənəd verməsini xahiş etmiş, həkim ondan nənəsi Rəvayətin hansı xəstəlikdən öldüyünü soruşmuş, o, nənəsinin öz əcəli ilə öldüyünü, ölümündən əvvəl infakt keçirdiyini demiş, həkim onun verdiyi sənədlər əsasında nənəsi Rəvayətin ölümü ilə bağlı tibbi sənəd tərtib edib, ona təqdim etmişdir ki, Mərkəzin ikinci mərtəbəsində müdirə imzaladıb möhürlətsin. O, həkimin tapşırığı ilə həmin tibbi sənədi imzalamış, həmin tibbi sənədin məzmununda X18 6 mart 2023-cü il tarixdə baş beyinə qansızma nəticəsində öldüyü göstərilmişdir. Həkim nənəsinin şəxsiyyət vəsiqəsini ona təqdim etmiş, bələdiyyənin verdiyi arayış isə həkimdə qalmışdır. O, tibbi sənədi həkimdən təhvil alıb ikinci mərtəbəyə qalxmış, lakin iş vaxtı bitdiyinə görə müdir işdə olmadığından, 17 mart 2023-cü il tarixdə saat 11 radələrində Lənkəran Ailə Sağlamlıq Mərkəzinə getmiş, qadın müdirə yaxınlaşıb, tibbi sənədi ona təqdim edib, sənədi aşağı mərtəbədən verdiklərini demiş, qadın müdir tibbi sənədin məzmununa baxıb, sənədin sonunda imzasını çəkmiş və möhür vuraraq tibbi sənədi ona təqdim etmişdir. Həmin gün tibbi sənədi Lənkəran RMX-da qeydiyyatçı işləyən tanımadığı qadın tibb işçisinə təqdim etdikdən sonra həmin xəstəxanadan ona nənəsinin ölümü haqqında tibbi şəhadətnamə verilmişdir. Həmin tibbi şəhadətnaməni isə həmin gün Lənkəran rayon qeydiyyat şöbəsinin tanımadığı əməkdaşına təqdim etmiş və qeydiyyat şöbəsindən 17 mart 2023-cü il tarixdə X5nın adına ölüm haqqında şəhadətnamə almış, nənəsinin şəxsiyyət vəsiqəsini isə qeydiyyat şöbəsinə təhvil vermişdir. Qeydiyyat şöbəsindən ona X18 ölümü haqqında şəhadətnamə əsasında elektron qaydada Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya ödənişinin dayandırılacağı bildirilmişdir. O, X18 ölümü barədə sənəd alarkən belə qərara gəlmişdir ki, sənədlərdə X18 yeni tarixdə öldüyünü yazdırsın ki, nənəsinin pensiya kartına yüklənmiş və onun çıxararaq xərclədiyi pulu heç kim bilməsin. Yəni nənəsinin vəfatından sonra onun pensiya pulunu xərclədiyini gizlətmək məqsədi ilə əldə etdiyi sənədlərdə nənəsinin vəfat tarixini 06 mart 2023-cü ilə yazdırmışdır. O, pensiya ödənişi olaraq X18 adına olmuş plastik karta onun ölümündən sonra yüklənmiş cəmi 6675 manat pul vəsaitini hər ay hissə-hissə Lənkəran şəhərində bankomatlardan çıxararaq şəxsi ehtiyaclarına sərf etmiş və pensiya ödənişinin əvəzi olaraq 6675 manat vəsaiti istintaq müddətində qaytarmışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, hazırda zərər çəkmiş şəxsə dəyən maddi ziyanı tam olaraq ödədiyini, zərər çəkmiş şəxslə barışdığını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbini olmadığını, eyni zamanda dəymiş ziyanın 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilmiş iclasında iştirak etmiş zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna dəymiş ziyan tam olaraq ödənilmiş, onunla barışmışlar və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələb yoxdur. Məhkəmə istintaqında Şahid5 Niyaz oğlu ifadəsində göstərdi ki, arvadı Şahid6, övladları Təqsirləndirilən şəxs və Nəzrin Miriyeva birlikdə ünvan 5 ünvanında yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır. 1932-ci il təvəllüdlü X17 onun anasıdır. X32 vəfat edənə qədər onlarla birlikdə yaşamışdır. X6 7 fevral 2021-ci il tarixdə öz əcəli ilə yaşadıqları evdə vəfat etmiş və onu həmin gün el adəti ilə Lənkəran şəhəri “Böyük bazar” qəbirstanlığında dəfn etmişlər. Anası Rəvayət vəfat edən vaxt “koronavirus” infeksiyasının yayılması ilə bağlı ölkə ərazisində, o cümlədən Lənkəran rayonunda karantin rejimi tətbiq edildiyinə görə yas mərasimi təşkil etməmişlər. Anası yaşa görə təqaüd almış və aylıq təqaüdün məbləği 260-280 manat civarında dəyişmişdir. Anası Rəvayət aylıq əmək haqqını adına olan "xxxx" ASC-yə məxsus plastik pensiya kartı ilə almış, sağlığında həmin kartı nəvəsi, yəni onun oğlu Niyaza vermişdir. Kart hesabından pulu həmişə Niyaz çıxarmış və özünə xərcləmişdir. Belə ki, anası Rəvayət nəvəsi Niyazı çox istəmiş və həmişə Niyaza maddi köməklik etmişdir. Anası Rəvayətin 7 fevral 2021-ci il tarixdə vəfat etməsi barədə heç bir dövlət orqanına, o cümlədən pensiya məbləğinin dayandırılması üçün Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə məlumat verməmişlər. Evin bütün sənəd işlərini oğlu Niyaz gördüyünə görə elə bilmişdir ki, Niyaz DSMF-yə məlumat vermiş və təqaüd kartını təhvil vermişdir. Bir neçə dəfə o, Niyazdan bu barədə soruşanda, Niyaz ona nənəsinin ölüm sənədini aldığını və təqaüd kartını təhvil verdiyini demişdir. X21 adına Lənkəran şəhəri mikrorayon adlanan ərazidə 1 otaqlı bina evi olmuşdur. 2023-cü ilin fevral ayında belə qərara gəlmişdir ki, evi öz adına keçirsin. O, Niyaza anası Rəvayətin ölüm sənədini ona verməsini və evi adına keçirtmək üçün dövlət orqanlarına müraciət edəcəyini bildirmiş, Niyaz ona etiraf edərək Rəvayətin ölüm sənədini hələ almadığını demiş, o, Niyaza bərk əsəbiləşmiş və buna görə Niyazı danlamışdır. Niyaz həmçinin ona etiraf etmişdir ki, nənəsi Rəvayətin təqaüd kartını özündə saxlamış və hər ay karta yüklənən pul vəsaitini çıxararaq xərcləmişdir. O, Niyaza tapşırmışdır ki, nənəsi Rəvayətin ölümü ilə bağlı sənəd alsın və kartı da təhvil versin. Niyaz 16 mart 2023-cü il tarixdə Lənkəran şəhər bələdiyyəsinə gedərək oradan arayış almış, həmin arayışı Lənkəran RMX-ya təqdim etmiş, oradan aldığı tibbi sənədi isə 17 mart 2023-cü il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsinə təqdim edərək oradan Rəvayət Miriyevanın ölümü haqqında şəhadətnamə almışdır. Sonradan ona məlum olmuşdur ki, oğlu X22 ölümü ilə bağlı dövlət qurumlarından aldığı sənədlərdə, o cümlədən ölüm haqqında şəhadətnamədə 7 fevral 2021-ci il tarixdə vəfat etmiş Rəvayət Miriyevanın dəfn tarixini 6 mart 2023-cü il yazdırmışdır. Niyazın ona deməsinə görə 2023-cü ilin fevral ayı da daxil olmaqla həmin vaxta qədər iki il müddətində anası Rəvayətin pensiya kartına yüklənən pulun hamısını Niyazı bankomatdan çıxararaq xərcləmişdir. Məhkəmə istintaqında Şahid4 ifadəsində göstərdi ki, 2019-cu ilin dekabr ayında keçirilmiş bələdiyyə seçkilərində Lənkəran bələdiyyəsinin üzvü, 14 yanvar 2020-ci il tarixdə bələdiyyə üzvlərinin iştirakı ilə keçirilmiş iclasda Lənkəran bələdiyyəsinin sədri seçilmişdir. Hal-hazırda həmin vəzifədə işləmir. Bələdiyyə sədri olaraq onun vəzifələri bələdiyyənin ümumi fəaliyyətinə nəzarət etmək, bələdiyyə iclaslarını keçirtmək və iclaslara rəhbərlik etmək, bələdiyyənin fəaliyyəti ilə bağlı müraciət etmiş şəxslərə arayışlar vermək və digər vəzifələrdən ibarət olmuşdur. 228/4 nömrəli, 16 mart 2023-cü il tarixli arayışı Lənkəran şəhər sakini X10 adına anası xx.xx.1932-ci il təvəllüdlü X9 xx.xx.2023-cü il tarixdə Lənkəran şəhər Böyük bazar qəbirstanlığında dəfn olunması və arayışın Lənkəran şəhər Ailə Sağlamlıq Mərkəzinə təqdim edilməsi ilə bağlı vermişdir. Arayışda adı qarşısındakı imza ona məxsusdur və üzərindəki möhür Lənkəran bələdiyyəsinin möhürüdür. Lənkəran şəhərində yerləşən “böyük bazar” və “kiçik bazar” qəbirstanlıqları 2021-ci ilin yanvar ayından Lənkəran bələdiyyəsinin balansına verilmişdir. Həmin vaxtdan etibarən hər iki qəbirstanlıqda dəfn edilmiş şəxslərin ailə üzvlərinin müraciətləri əsasında bələdiyyə tərəfindən arayışlar verilir. 2021-ci ilin yanvar ayından etibarən hər iki qəbirstanlıqda dəfn edilən şəxslərin siyahısı tutulur. Dəfni ilə bağlı arayış verdiyi Rəvayət Miriyevanın hər hansı yaxınını şəxsən qəbul etməmiş, bu işləri inspektor Şahid9 tapşırmışdır. Şahid9 ona deməsinə görə 15 mart 2023-cü il tarixdə işdə olmadığı vaxt Rəvayət Miriyevanın nəvəsi gələrək nənəsinin dəfni ilə bağlı arayış istəmiş, həmin vaxt o, işdə olmadığına görə Şahid9 müraciət etmiş şəxsə növbəti gün gəlməsini bildirmişdir. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi həmin şəxs 16 mart 2023-cü il tarixdə Şahid9 müraciət edərək nənəsinin “böyük bazar” qəbirstanlığında dəfn edilməsi barədə arayış istəmiş, Şahid9 vəfat etmiş şəxsin qızı X10 adına X21 06 mart 2023-cü il tarixdə Lənkəran şəhər “Böyük bazar” qəbirstanlığında dəfn edilməsi barədə arayış tərtib etmiş və ona təqdim etmişdir. O da arayışın məzmununa baxmış və arayışı imzası ilə təsdiq edib, bələdiyyənin möhürü ilə təsdiq edərək Şahid9 təqdim etmişdir. Şahid9 da həmin arayışı Rəvayət Miriyevanın nəvəsinə təqdim etmişdir. Həmin arayışın surətini isə arayışlar qovluğuna əlavə etmişdir. Sonradan ona məlum olmuşdur ki, Rəvayət Miriyeva 06 mart 2023-cü ildə deyil, 07 fevral 2021-ci il tarixdə dəfn olunmuşdur. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, 18 fevral 2022-ci il tarixdən Lənkəran RMX PHŞ-in 2 saylı Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri vəzifəsində işləyir. ASM Lənkəran şəhəri Qala Xiyabanı küçəsində yerləşir. Şöbə müdiri olaraq onun vəzifələri 2 saylı ASM-in ümumi fəaliyyətinə, peyvəndlənmə, nizam-intizam, hesabatlara nəzarət etməkdən ibarətdir. Bundan başqa, ASM-ə müraciət etmiş Lənkəran şəhər sakinlərinə ailə üzvünün ölümü haqqında məlumat adlı sənəd verilir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir qohumluq və tanışlıq əlaqələri olmamışdır. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs 17 mart 2023-cü il tarixdə saat 11 radələrində ASM-nin inzibati binasının 2-ci mərtəbəsində yerləşən xidməti otağına gələrək ona imzalaması üçün ölüm haqqında məlumat adlı tibbi sənədi təqdim etmiş, o, həmin tibbi sənədə baxdıqda orada Lənkəran şəhəri, S.Vurğun küçəsi, ev 38-də yaşamış 1932-ci il təvəllüdlü X9 baş beyinə qansızmadan 06 mart 2023-cü il tarixdə ölməsi barədə məlumatlar yazılmışdır. Adətən həmin tibbi sənədi müraciət etmiş şəxslərə verdiklərindən, o, bilmişdir ki, həmin ölüm haqqında məlumat adlı sənədi şöbə müdiri olduğu 2 saylı ASMin həkim terapevtlərindən biri tərtib etmişdir. O, X9 ölümü haqqında məlumat adlı tibbi sənədin sonunda “şöbə və ya məntəqə müdiri” qrafasının qarşısında ad və soyadı olaraq “Şahid1” yazıb imzalamış və şöbə müdiri olduğu 2 saylı ASM-in möhürü ilə sənədi təsdiq edərək müraciət etmiş şəxsə təqdim etmişdir. Həmin şəxs tibbi sənədi ondan alıb, xidməti otağını tərk edərək getmişdir. Sonradan ona məlum olmuşdur ki, Rəvayət Miriyevanın ölümü barədə tibbi sənədi həkim terapevt Şahid2 tərtib etmişdir. Şahid2 ona Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə iş saatından sonra 2 saylı ASM-ə gəlib ona müraciət edərək Lənkəran şəhər sakini olan X5nın vəfat etməsi ilə bağlı adına ölüm haqqında sənəd istədiyini və Lənkəran bələdiyyəsindən arayış gətirdiyini, həmin arayış, ölmüş şəxsin şəxsiyyət vəsiqəsi və şəxsin verdiyi məlumat əsasında Rəvayət Miriyevanın adına ölüm haqqında məlumat adlı sənəd tərtib edib imzası ilə təsdiq etdiyini bildirmiş və bələdiyyənin arayışını ona təqdim etmişdir. O, bələdiyyənin arayışının məzmununa baxmış, arayışın məzmununda Rəvayət Miriyevanın xx.xx.2023-cü il tarixdə Lənkəran şəhər Böyük bazar qəbirstanlığında dəfn edildiyi yazılmışdır. İş üzrə şahidlər Şahid7, Şahid2, Şahid6 və Şahid3 teleqramla məhkəməyə müraciət edərək, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və ibtidai istintaq zamanı verdikləri ifadəni təsdiq etdiklərini bildirmişlər. Məhkəmə istintaqında dövlət itthamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadədən görünür ki, Ədliyyə Nazirliyinin Lənkəran rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsində işləyir. Qeydiyyat şöbəsinin rəisi olaraq onun vəzifələri vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, yəni nikahın, doğumun və ölümün qeydiyyatının aparılması və bununla bağlı şəxslərin müvafiq şəhadətnamələrlə təmin edilməsindən ibarətdir. Təqsirləndirilən şəxs şəxsən tanımır, həmin şəxslə heç bir ədavəti və düşmənçiliyi, eləcə də qohumluq əlaqələri olmamışdır. Ona təqdim edilmiş X9 ölümü ilə bağlı verilmiş 17 mart 2023-cü il tarixli AZ-İİ № 343616 saylı ölüm haqqında şəhadətnamə adlı sənəd və onun məzmunu ilə tanış olaraq göstərmişdir ki, həmin sənəd onun tərəfindən verilmiş və möhürlə təsdiq edilmişdir. Sənədin sonundakı soyadının qarşısındakı imza ona məxsusdur. Belə ki, 17 mart 2023-cü il tarixdə əvvəllər tanımadığı, Lənkəran şəhər sakini Miriyev X20 rayon Qeydiyyat Şöbəsinə müraciət edərək mərhum X5nın adına ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmiş, Lənkəran Rayon Mərkəzi Xəstəxanasından verilmiş ölüm haqqında tibbi şəhadətnaməni və nənəsinin şəxsiyyət vəsiqəsinin əslini qeydiyyat şöbəsinə təqdim etmişdir. Təqsirləndirilən şəxs müraciəti həmin gün qeydə alınmış və mərhum X18 tibbi sənəddə göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə Lənkəran şəhərində beyin infaktından ölməsinə dair 17 mart 2023-cü il tarixli AZ-İİ № 343616 saylı ölüm haqqında şəhadətnamə verilmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin mart ayının 17-də 295 nömrə ilə qeyd edilmişdir. Təqsirləndirilən şəxs qeydiyyat şöbəsində açılmış ölüm haqqında akt qeydləri kitabında və reyestri kitabında imza etdikdən sonra ölüm haqqında şəhadətnamə həmin gün, yəni 17 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs təqdim edilmiş, ölüm haqqında tibbi şəhadətnamə qeydiyyat şöbəsində saxlanılmış, Rəvayət Miriyevanın adına olmuş şəxsiyyət vəsiqəsinin əsli isə Lənkəran şəhər-rayon polis şöbəsinə təhvil verilmişdir. X4 07 fevral 2021-ci il tarixdə vəfat etməsindən məlumatı olmamış, ona təqdim edilmiş ölüm haqqında tibbi şəhadətnamədə Rəvayət Miriyevanın ölüm tarixi xx.xx.2023-cü il göstərildiyi üçün həmin tarixə uyğun ölüm haqqında şəhadətnamə vermişdir. Məhkəmə istintaqında dövlət itthamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadədən görünür ki, 18 fevral 2022-ci il tarixdən Lənkəran RMX-nin 2 saylı Ailə Sağlamlıq Mərkəzinə həkim terapevt işləyir. X37 şəhəri Qala Xiyabanı küçəsində yerləşir. Onun işlədiyi 2 saylı ASM-in şöbə müdiri Şahid1dır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir qohumluq və tanışlıq əlaqələri olmamışdır. Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə saat 15 radələrində 2 saylı ASM-ə gəlib ona müraciət edərək Lənkəran şəhər sakini olan X5nın vəfat etməsi barədə məlumat vermiş və bu barədə tibbi sənəd verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona Lənkəran bələdiyyəsindən X18 dəfn edilməsi ilə bağlı verilmiş arayışı və nənəsinin şəxsiyyət vəsiqəsini təqdim etmişdir. O, sənədlərə baxdıqda, Rəvayət Miriyevanın ölümündən əvvəl Lənkəran şəhəri, Səməd Vurğun küçəsi, ev 38 ünvanında yaşadığını, bələdiyyənin arayışında onun xx.xx.2023-cü il tarixdə Lənkəran şəhər “böyük bazar” qəbirstanlığında dəfn edildiyi barədə yazıldığını görmüşdür. O, bələdiyyənin arayışı və ölmüş şəxsə aid şəxsiyyət vəsiqəsinə əsasən X9 ölümü ilə bağlı “A 4 formatlı” “ölüm haqqında məlumat” adlı hazır blankı doldurmuş, tərtib etdiyi tibbi sənəddə Təqsirləndirilən şəxs verdiyi şifahi məlumatlar əsasında X9 ölüm səbəbini baş beyinə qansızma olaraq qeyd etmiş, tərtib etdiyi sənədi imzalamış, lakin ərazisi olduğuna görə digər həkim terapevt Ehtiramə Əhmədovanın ad və soyadını yazmışdır. O, tərtib etdiyi ölüm haqqında məlumat adlı sənədi Təqsirləndirilən şəxs imzalatmış və sənədi şöbə müdirinə imzalatması üçün sonuncuya təqdim etmişdir. Təqsirləndirilən şəxs şöbə müdiri Şahid1 xidməti otağına gedib geri qayıtmış və müdirin işdə olmadığını bildirmişdir. O, Təqsirləndirilən şəxs iş günü bitdiyi üçün səhəri gün saat 11 üçün gəlməsini demişdir. Bələdiyyənin arayışı isə ASM-də qalmışdır. Bildiyinə görə növbəti gün Təqsirləndirilən şəxs Şahid1 yanına gedib tibbi sənədi şöbə müdirinə imzaladaraq möhürlətdirmişdir. X9 adına tərtib edilmiş ölüm haqqında məlumat adlı sənədin məzmununu özü yazmış və sənədi həkim terapevt Ehtiramə Əhmədovanın imzasına oxşar imza ilə təsdiq etmişdir. Həmin tibbi sənəddə “Həkim” qrafasının qarşısında Əhmədova.E yazısının qarşısındakı imza və imzadan yuxarıda əlyazma ilə icra edilmiş yazılar (Təqsirləndirilən şəxs imzası istisna olmaqla) onun tərəfindən yazılmışdır. Həmin tibbi sənədin sonundakı imza isə şöbə müdiri Şahid1 məxsusdur. O, tərtib etdiyi ölüm haqqında məlumat adlı tibbi sənəddə X9 adı, təvəllüdü və qeydiyyat ünvanı barədə məlumatları Təqsirləndirilən şəxs təqdim etdiyi, Rəvayət Miriyevaya məxsus şəxsiyyət vəsiqəsinə istinadən, ölümün səbəbini Təqsirləndirilən şəxslə şifahi söhbət apararaq, ölüm tarixini isə Lənkəran bələdiyyəsinin arayışına istinadən yazmışdır. Məhkəmə istintaqında dövlət itthamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadədən görünür ki, əri Şahid5, övladları Təqsirləndirilən şəxs və Nəzrin Miriyeva birlikdə ünvan 5 ünvanında yerləşən ərinə məxsus fərdi yaşayış evində yaşayır. 1932-ci il təvəllüdlü X17 onun qayınanasıdır. X14 vəfat edənə qədər onlarla birlikdə yaşamışdır. X1 7 fevral 2021-ci il tarixdə öz əcəli ilə yaşadıqları evdə vəfat etmiş və onu həmin gün el adəti ilə Lənkəran şəhəri “Böyük bazar” qəbirstanlığında dəfn etmişlər. Qayınanası Rəvayət vəfat edən vaxt “koronavirus” infeksiyasının yayılması ilə bağlı ölkə ərazisində, o cümlədən Lənkəran rayonunda karantin rejimi tətbiq edildiyinə görə yas mərasimi təşkil etməmişlər. Qayınanası yaşa görə təqaüd almış və aylıq təqaüdün məbləği 260-280 manat civarında dəyişmişdir. Qayınanası Rəvayət aylıq əmək haqqını adına olan "xxxx" ASC-yə məxsus plastik pensiya kartı ilə almış, sağlığında həmin kartı nəvəsi, yəni onun oğlu Niyaza vermişdir. Kart hesabından pulu həmişə Niyaz çıxarmış və özünə xərcləmişdir. Belə ki, qayınanası Rəvayət nəvəsi Niyazı çox istəmiş və həmişə Niyaza maddi köməklik etmişdir. Qayınanası Rəvayətin 7 fevral 2021-ci il tarixdə vəfat etməsi barədə heç bir dövlət orqanına, o cümlədən pensiya məbləğinin dayandırılması üçün Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə məlumat verməmişlər. Evin bütün sənəd işlərini oğlu Niyaz gördüyünə görə elə bilmişdir ki, Niyaz DSMF-yə məlumat vermiş və təqaüd kartını təhvil vermişdir. Bir neçə dəfə o, Niyazdan bu barədə soruşanda, Niyaz ona nənəsinin ölüm sənədini aldığını və təqaüd kartını təhvil verdiyini demişdir. X8 adına Lənkəran şəhəri mikrorayon adlanan ərazidə 1 otaqlı bina evi olmuşdur. 2023-cü ilin fevral ayında əri Şahid5 belə qərara gəlmişdir ki, evi öz adına keçirsin. O, Niyaza anası Rəvayətin ölüm sənədini ona verməsini və evi adına keçirtmək üçün dövlət orqanlarına müraciət edəcəyini bildirmiş, Niyaz ona etiraf edərək Rəvayətin ölüm sənədini hələ almadığını demiş, Saleh Niyaza bərk əsəbiləşmiş və buna görə Niyazı danlamışdır. Niyaz həmçinin etiraf etmişdir ki, nənəsi Rəvayətin təqaüd kartını özündə saxlamış və hər ay karta yüklənən pul vəsaitini çıxararaq xərcləmişdir. Onlar Niyaza tapşırmışlar ki, nənəsi Rəvayətin ölümü ilə bağlı sənəd alsın və kartı da təhvil versin. Niyaz 16 mart 2023-cü il tarixdə Lənkəran şəhər bələdiyyəsinə gedərək oradan arayış almış, həmin arayışı Lənkəran RMX-ya təqdim etmiş, oradan aldığı tibbi sənədi isə 17 mart 2023-cü il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsinə təqdim edərək oradan Rəvayət Miriyevanın ölümü haqqında şəhadətnamə almışdır. Sonradan ona məlum olmuşdur ki, oğlu X22 ölümü ilə bağlı dövlət qurumlarından aldığı sənədlərdə, o cümlədən ölüm haqqında şəhadətnamədə 7 fevral 2021-ci il tarixdə vəfat etmiş Rəvayət Miriyevanın dəfn tarixini 6 mart 2023-cü il yazdırmışdır. Halbuki X14 7 fevral 2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə istintaqında dövlət itthamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadədən görünür ki, əri X24 və övladı X25 ilə birlikdə ünvan 8 ünvanında yaşayır. 1932-ci il təvəllüdlü X17 anasıdır. X32 vəfat edənə qədər qardaşı Şahid5 ailə üzvləri ilə birlikdə ünvan 5 mvanında yaşamışdır. X6 7 fevral 2021-ci il tarixdə yaşadığı evdə vəfat etmişdir. X27 həmin gün, yəni 7 fevral 2021-ci il tarixdə el adəti ilə Lənkəran şəhərində yerləşən “Sərdəxıl” adlanan “Böyük bazar” qəbirstanlığında, 1979-cu ildə vəfat etmiş mərhum atası Təqsirləndirilən şəxs qəbrində dəfn etmişlər. X32 vəfat edən vaxt “koronavirus” infeksiyasının yayılması ilə bağlı karantin rejimi tətbiq edildiyinə görə yas mərasimi təşkil etməmişlər. X23 ölümünü bütün qohumları və qonşuları bilmiş və baş sağlığı vermişlər. Evdə qardaş və bacılarının iştirakı ilə yas mərasimi təşkil etmişlər. X32 sağlığında yaşa görə təqaüd almışdır. X32 təqaüdəçıxmamışdan əvvəl Lənkəran şəhərində yerləşən uşaq baxçalarının birində aşpaz işləmişdir. Anası aylıq təqaüdünün hamısını evə xərcləyərmiş. X32 sağlığında pensiya kartını qardaşı Şahid5 oğlu Təqsirləndirilən şəxs vermiş və kartdan pulu həmişə sonuncu çıxarmışdır. X34 vəfat edəndən sonra onun pensiya kartının aqibəti, eləcə də mərhum anasının adına ölüm haqqında şəhadətnamə alınıb-alınmaması barədə məlumatı olmamışdır. Çünki, mərhum X32 qardaşı Şahid5 yanında yaşadığına görə bu işləri qardaşı Saleh həll etməli olmuşdur. O, 08 aprel 2023-cü il tarixdə kütləvi iformasiya vasitələrində “Lənkəran bələdiyyəsində böyük yeyinti” başlıqla dərc edilmiş yazıda mərhum X21 dəfn tarixinə dair Lənkəran bələdiyyəsinin sədri tərəfindən saxta arayış verilməsi, guya onun bələdiyyə sədrinin anasından sələmə pul götürməyi və pulu ödəyə bilmədiyinə görə mərhum anasının ölümündən sonra pensiya kartını Şahid4 verməyi barədə məlumatlar yazıldığını görmüşdür. O, dərhal qardaşı Şahid5lə telefon əlaqəsi saxlayaraq dərc edilmiş məlumatlar barədə xəbəri olub-olmadığını soruşmuşdur. Qardaşı Şahid5 və arvadı Şahid6 ona mərhum X21 vəfatından sonra övladları Təqsirləndirilən şəxs nənəsinin təqaüd kartını özündə saxlayaraq təhvil vermədiyini, hər ay kart hesabına yüklənmiş pulu çıxararaq xərclədiyini, 16 mart 2023-cü il tarixdə nənəsinin ölümü ilə bağlı sənədlər toplamaq məqsədi ilə bələdiyyədən və xəstəxanadan sənədlər aldığını, bütün bunlardan yeni məlumatlarının olduğunu bildirmişlər. Bundan sonra ona məlum olmuşdur ki, mərhum X32 7 fevral 2021-ci il tarixdə vəfat edəndən sonra onun pensiya kartı nəvəsi Təqsirləndirilən şəxs qalmış, mərhum anasının vəfat etməsi barədə aidiyyəti dövlət qurumlarına məlumat verilməmiş, nəticədə Niyaz 2 il müddətində həmin təqaüd kartın hesabına yüklənən pulu çıxararaq xərcləmişdir. Təqsirləndirilən şəxs etdiyi əməlləri gizlətmək üçün 2023-cü ilin mart ayında Lənkəran bələdiyyəsindən və Lənkəran RMX-dan guya mərhum X21 06 mart 2023-cü il tarixdə vəfat etməsinə dair sənədlər almışdır. Bununla bağlı kütləvi informasiya vasitələrində məlumatlar verilsə də, həmin məlumatlar həqiqəti əks etdirmir. Belə ki, o və ailə üzvləri Lənkəran bələdiyyəsinin sədri Şahid4 və onun anası Sevil Mirzəyevanı tanımırlar və onlardan sələmə pul götürməmişlər. Onun və ailə üzvlərinin sələmə pul götürməyə ehtiyacı da yoxdur. Çünki, o, məktəbdə müəllim işləyir, aylıq əmək haqqı 512 manat təşkil edir və əri Vaqif Sadıqov təqaüddə olan piolis əməkdaşıdır, 1000 manatdan artıq təqaüd alır. Onun və ailə üzvlərinin qazancı ailənin dolanışığı üçün yetərli məbləğdir. Odur ki, o və ailə üzvlərindən kimsə Lənkəran bələdiyyəsinin sədri və ya anasından borca və ya sələmə pul götürməmişlər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Baxış aparılması haqqında 11 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Lənkəran rayonunun Lənkəran bələdiyyəsinin balansında olan qəbirstanlıqlarda dəfn edilmiş şəxslərlə bağlı məlumatların əks olunduğu jurnala baxış keçirilmiş, baxış zamanı jurnalın 4-cü vərəqində 30 nömrə ilə qeydə alınmış sırada 25 iyun 1932-ci il təvəllüdlü X9 07 fevral 2021-ci il tarixdə dəfn edilməsinə dair qeydlər aparıldığı müəyyən edilmişdir. Baxış aparılması haqqında 04 may 2023-cü il tarixli protokoldan görünür ki, X9 dəfn olunduğu Lənkəran şəhər “Böyük bazar qəbirstanlığı”na baxış keçirilmiş, baxış zamanı Rəvayət Miriyevanın qəbir daşının üzərində “X17 25.Vİ.1932-7.İİ.2021” yazılarının həkk olunduğu müəyyən edilmişdir. Baxış aparılması haqqında 07 iyul 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən təqdim edilmiş, X9 adına olmuş 6768 6753 1157 4402 hesab nömrəli plastik pensiya kartına dair çıxarışa və ATM vasitəsi ilə aparılan nağdlaşdırma əməliyyatlarına dair 1 (bir) ədəd CD diskdə olan görüntülərə müqayisəli təhlil aparılmaqla ətraflı baxış keçirilmiş, baxış zamanı həmin plastik kartın hesabına 15 mart 2021-ci il tarixdən 16 fevral 2023-cü il tarixədək olan müddətdə cəmi 24 halda, ümumilikdə 6675,67 manat məbləğində pul vəsaitinin mədaxil olunduğu və həmin kartının hesabından 16 mart 2021-ci il tarixdə 259 manat, 15 aprel 2021-ci il tarixdə 260 manat, 07 may 2021-ci il tarixdə 260 manat, 21 iyun 2021-ci il tarixdə 260 manat, 22 iyul 2021-ci il tarixdə 259 manat, 16 avqust 2021-ci il tarixdə 260 manat, 16 sentyabr 2021-ci il tarixdə 260 manat, 18 oktyabr 2021-ci il tarixdə 260 manat, 15 noyabr 2021-ci il tarixdə 260 manat, 15 dekabr 2021-ci il tarixdə 259 manat, 14 yanvar 2022-ci il tarixdə 260 manat, 15 fevral 2022-ci il tarixdə 328 manat, 16 mart 2022-ci il tarixdə 265 manat 16 mart 2022-ci il tarixdə 3 manat, 14 aprel 2022-ci il tarixdə 319 manat, 16 may 2022-ci il tarixdə 268 manat, 16 iyun 2022-ci il tarixdə 269 manat, 18 iyul 2022-ci il tarixdə 319 manat, 17 avqust 2022-ci il tarixdə 268 manat, 20 sentyabr 2022-ci il tarixdə 269 manat, 17 oktyabr 2022-ci il tarixdə 319 manat, 16 noyabr 2022-ci il tarixdə 260 manat, 25 noyabr 2022-ci il tarixdə 8 manat, 16 dekabr 2022-ci il tarixdə 269 manat, 18 yanvar 2023-cü il tarixdə 200 manat, 23 yanvar 2023-cü il tarixdə 80 manat, 15 fevral 2023-cü il tarixdə 5 manat, 20 fevral 2023-cü il tarixdə 360 manat və 28 fevral 2023-cü il tarixdə 9 manat olmaqla, cəmi 29 halda, ümumilikdə 6675 manat məbləğində pul vəsaitinin hər ay pensiya ödənişi həyata keçirildikdən sonra 23 halda "xxxx" ASC-nin ünvan 2 ünvanında quraşdırılmış terminalından (bankomatından), 4 halda "xxxx" ASC-nin Lənkəran şəhəri, Mir Mustafaxan küçəsində yerləşən “Bazarstore” mağazasında quraşdırılmış terminalından (bankomatından), 1 halda "xxxx" ASC-nin ünvan 4 ünvanında yerləşən “Fədək” ticarət mərkəzində quraşdırılmış terminalından (bankomatından) və 1 halda "xxxx" ASC-nin Lənkəran rayonu, Şilavar kəndi, 21-ci məhəllədə yerləşən “Bazarstore” mağazasında quraşdırılmış terminalından (bankomatından) məxaric edildiyi, pulun hesabdan məxaric edilməsi ilə bağlı sonuncu bank əməliyyatının "xxxx" ASC-nin ünvan 2 ünvanında quraşdırılmış terminalında (bankomatında) aparıldığı, ATM vasitəsi ilə nağdlaşdırma əməliyyatlarını aparılması zamanı qeydə alınmış fotoşəkillərdəki şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. 17 may 2005-ci il tarixdə Lənkəran ŞRPŞ tərəfindən X9 adına verilmiş AZE 02910364 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, 25 iyun 1932-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Lənkəran şəhəri, S.Vurğun küçəsi, ev 38-də qeydiyyatda olmuşdur. X12 məxsus olmuş plastik kartda əks olunmuş məlumatlardan görünür ki, həmin plastik kart "xxxx" ASC-dən verilməklə hesab nömrəsi olaraq 6768 6753 1157 4402 göstərilmişdir Lənkəran rayonunun Lənkəran bələdiyyəsindən verilmiş 16 mart 2023-cü il tarixli 228/4 nömrəli arayışdan görünür ki, “Verilir Lənkəran şəhər sakini X13 ondan ötrü ki, onun anası xx.xx.1932-ci il təvəllüdlü X17 xx.xx.2023-cü il tarixində Lənkəran şəhər “Böyük bazar” qəbirstanlığında dəfn olunmuşdur. Arayış Lənkəran şəhər Ailə Sağlamlıq Mərkəzinə təqdim etmək üçün verilir”. “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquq şəxsin 2 saylı Ailə Sağlamlıq Mərkəzindən verilmiş “ölüm haqqında məlumat” adlı tibbi sənəddən görünür ki, həmin tibbi sənədin məzmununda X9 ölüm tarixi 06 mart 2023-cü il olaraq göstərilmiş, sənəddə ölüm tarixini təsdiq edən yaxın qohum olaraq Təqsirləndirilən şəxs həmin sənədi imzalamışdır. “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli “ölüm haqqında tibbi şəhadətnamə” adlı sənədin məzmunundan görünür ki, həmin sənəddə X11 ölüm tarixi 06 mart 2023-cü il göstərilmişdir. Lənkəran rayon qeydiyyat şöbəsindən verilmiş 17 mart 2023-cü il tarixli AZ-İİ 343616 №-li “ölüm haqqında şəhadətnamə” adlı sənədin məzmunundan görünür ki, X17 06 mart 2023-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin mart ayının 17-si günündə 295 nömrə ilə qeyd edilmişdir. Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş 17 mart 2023-cü il tarixli “ölüm haqqında akt qeydi” adlı sənədi surətindən görünür ki, həmin sənəddə X9 06 mart 2023-cü ildə ölüm tarixinə dair məlumatları verən şəxsin X26 olduğu göstərilmiş və sənəd sonuncu tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X3 verilmiş 19 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Pensiya” altsisteminə əsasən mərhum X12 xx.xx.1992-ci il tarixində “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq R.Miriyevanın pensiyasının məbləği xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 259,78 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2023cü il tarixinədək 268,62 manat, xx.xx.2023-cü il tarixindən 327,22 manat təşkil etmişdir. Vətəndaşın pensiya işi xx.xx.2023-cü il tarixində “Pensiya” altsistemi tərəfindən vəfat servisi statusu ilə bağlandığından həmin tarixdən ona pensiya ödənişi həyata keçirilməmişdir. R.K.Miriyevanın xx.xx.2021-ci il tarixində vəfatı ilə əlaqədar Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına məlumat daxil olmamışdır. “Pensiya” altsistemindən əldə edilmiş məlumatlara əsasən R.K.X2 hesabına xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək ümumilikdə 7002,89 manat vəsait köçürülmüşdür. Kapital Bankdan alınmış məlumata əsasən kart hesabından 6674,92 manat məxaric edilmiş, hesabda qalan 327,97 manat isə Mərkəzi Filiala qaytarılmışdır. R.K.Miriyevanın xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək pensiya ödənişi illər üzrə aşağıdakı kimi olmuşdur: xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasında ayda 259,78 manat məbləğində olmaqla 2597,8 manat, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında ayda 268,62 manat olmaqla 3423,43 manat (2022-ci il üzrə 200 manat məbləğində maddi yardım nəzərə alınmaqla), xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında ayda 327,22 manat olmaqla 981,66 manat (cəmi – 7002,89 manat) pensiya vəsaiti vətəndaşın müvafiq kart hesabına köçürülmüşdür. Lənkəran Rayon Psixiatriya Xəstəxanasından verilmiş 05 may 2023-cü il tarixli 379 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir Pul vəsaitinin depozitdə saxlanılması haqqında 16 iyun 2023-cü il tarixli qərardan görünür ki, Şahid5 Niyaz oğlu tərəfindən 16 iyun 2023-cü il tarixdə dəymiş zərərin əvəzi olaraq 6675 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürülərək müvafiq ödəniş qəbzi istintaqa təqdim edildiyindən qeyd olunan pul vəsaitinin iş üzrə yekun qərar verilənədək Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılması qərara alınmışdır. Kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizasının 02 iyun 2023-cü il tarixli 4/727-5/616 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2023-cü il tarixli 228/4 nömrəli “Arayış”ın aşağı hissəsində “Lənkəran Bələdiyyəsinin sədri:” qrafasında “Şahid4” yazılarının qarşısında olan imza Şahid4 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, X9 adından olan “Ölüm haqqında məlumat”da olan əlyazmalar və “Həkim” qrafasında olan imza (Şöbə vəya məntəqə müdiri qrafasındakı yazılardan başqa) Şahid2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, X9 adından olan “Ölüm haqqında məlumat”ın aşağı hissəsində “Ölüm tarixinin təsdiq edən yaxın qohumların birinin A.S.A və imzası” qrafasında olan imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, X9 adından olan “Ölüm haqqında məlumat”ın aşağı hissəsində “Şöbə və ya məntəqə müdiri” qrafasında olan yazılar və həmin yazıların qarşısında olan imza Şahid1 tərəfindən icra olunmuşdur. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 228/4 nömrəli “Arayış”ın, xx.xx.2023cü il tarixdə ölməsi yazılmış, tarixi və qeydiyyat nömrəsi olmayan “Ölüm haqqında məlumat”ın üzərlərində olan möhür əksləri relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli 228/4 nömrəli “Arayış”ın üzərlərində olan “AZƏRBAYCAN RESPUBLİKASİ LƏNKƏRAN RAYONU LƏNKƏRAN BƏLƏDİYYƏSİ” məzmunlu və xx.xx.2023-cü il tarixdə ölməsi yazılmış, tarixi və qeydiyyat nömrəsi olmayan “Ölüm haqqında məlumat”ın üzərində olan “TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİ İDARƏETMƏ BİRLİYİ LƏNKƏRAN RAYON MƏRKƏZİ XƏSTƏXANASİ “PUBLİK HÜQUQİ ŞƏXSİ 2 SAYLİ AİLƏ SAĞLAMLİQ MƏRKƏZİ” məzmunlu möhür əksləri eyni məzmunlu eksperimental əks nümunələri ilə eynilik təşkil edirlər. 10 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 12 iyul 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə X9 adına "xxxx" ASC-dən verilmiş plastik pensiya kartı və həmin bankdan götürülmüş, hesabdan pul vəsaitlərinin nağdlaşdırılmasının fotogörüntülərinin əks olunduğu bir ədəd CD disk maddi sübut hesab edilərək cinayət işi materiallarına əlavə edilmişdir. Lənkəran ŞİHB-nin Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Miriyev X20 şəhəri, S.Vurğun küçəsi ev 38 ünvanında atası, anası və bacısı ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna dəymiş ziyan tam olaraq ödənilmiş, onunla barışılmışdır və ona qarşı heç bir şikayət və tələb yoxdur. Müdafiə tərəfinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın (ümumilikdə 6675 manat) 25 faizi miqdarında (1671,67 manat) dövlət büdcəsinə ödəniş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini yuxarıda şərh olunan qaydada törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4 və 320.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Lakin, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 179.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş ziyanı tamamilə ödəmiş, barışmışlar, dəymiş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinin tələbinə görə «Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmiş beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir». Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 43.1 və 43.1.2-ci maddəsinə görə məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Onu da qeyd etmək lazımdır ki, işdə olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 179.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməlidir. CM-in qeyd edilən normasının dispozisiyasından da göründüyü kimi, bu normada nəzərdə tutulan qayda imperativdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 179.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməli, onun barəsində CM-in 179.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilməli və o, yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma cinayət məsluliyyətinə səbəb olur. CM-nin 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, islah işləri cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş islah işləri cəzasını əsas iş yeri üzrə çəkməli və cəzanın icra müddəti onun işlədiyi və qazancından tutulmaların aparıldığı aylar və günlər üzrə hesablanmalıdır. Hökmün bu hissədə icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə olunmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, X9 adına "xxxx" ASC-dən verilmiş plastik pensiya kartı və həmin bankdan götürülmüş, hesabdan pul vəsaitlərinin nağdlaşdırılmasının fotogörüntülərinin əks olunduğu bir ədəd CD disk maddi sübut cinayət işi materiallarına əlavə edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalı, hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsi ilə bağlı hissədə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğdə pul tutulmaqla bir il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan X9 adına "xxxx" ASC-dən verilmiş plastik pensiya kartı və həmin bankdan götürülmüş, hesabdan pul vəsaitlərinin nağdlaşdırılmasının fotogörüntülərinin əks olunduğu bir ədəd CD diskin cinayət işində materiallarında saxlanılması nəzərə alınsın. Cinayət işi üzrə 6675 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq hesabına köçürülməklə dövlət nəfinə keçirilsin. Həmin hissədə qərarın icrası Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərini əlaqələndirmə idarəsi və Maddi-texniki təminat şöbəsinin Maliyyə sektoruna həvalə edilsin. Hökmün icrası islah işi cəzasına münasibətdə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətinə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-343/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-343/2023
27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver