Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-345/2023 20.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat: 16:05 30 avqust 1968-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 aprel 2023-cü il tarixdə Lənkəran şəhərində yerləşən “Böyük bazar” adlanan ərazidə istintaqla dəqiq müəyyən edilməyən vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda - 04 (dörd) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,449 qram, -0,351 qram, -0,259 qram, -0,308 qram, ümumi təmiz çəkisi -1,367 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə əməliyyat məlumatları almış Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 07 aprel 2023-cü il tarixdə, saat 16:45 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Lənkəran şəhəri, Qala Xiyabanı küçəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibində olan siqaret qutusunun içərisindən həmin bükümdə və çəkidə narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, heç yerdə işləmir. Rəsmi evli olsa da, ailəsi onunla birlikdə yaşamır. Ünvanını dəqiq bilmədiyi yerdə kirayə yaşayır. Təxminən 2 ildir ki, narkotik vasitə heroindən istifadə edir. İstifadə etdiyi narkotik vasitələri Lənkəran şəhəri ərazisində adını bilmədiyi, lakin üzdən tanıdığı şəxslərdən alır. 07 aprel 2023-cü il tarixdə, saat 16 radələrində Lənkəran şəhəri, Qala Xiyabanı küçəsində piyada hərəkətdə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu demiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis əməkdaşları tərəfindən Lənkəran ŞRPŞ-yə aparılarkən üzərində heç bir narkotik vasitə olmamış, polis əməkdaşları tərəfindən döyüldüyü üçün polis işçiləri tərəfindən ona verilmiş 4 bükümdə narkotik vasitə heroinin ona məxsus olduğunu videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı bildirmiş, o cümlədən cinayət işinin ibtidai istintaqı zamanı etirafedici ifadələr vermişdir. Özü narkotik istifadəçisi olsa da, saxlanılarkən üzərində narkotik vasitə olmamış, polis işçiləri tərəfindən döyüldüyü üçün ona verilmiş narkotik vasitə olan bükümlərin ona məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı verdiyi bəyanat üzrə araşdırma aparılmasından könüllü şəkildə imtina etdiyini, ona qarşı elan edilmiş ittihamla bağlı özünü təqsirli bilmədiyini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, göstərilən ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 2 ildir ki, “kakos” adlanan narkotik vasitə heroindən istifadə edir. İstifadə etdiyi narkotik vasitələri Lənkəran şəhəri ərazisində üzdən tanıdığı şəxslərdən alır. 07 aprel 2023-cü il tarixdə “kakos” adlanan narkotik vasitə əldə etmək məqsədilə Lənkəran şəhəri, “böyük bazar” adlanan əraziyə getmiş və üzdən tanıdığı narkotik vasitə satıcısı olan şəxslə rastlaşmış, ondan 20 manata dörd bükümdə heroin almış və üzərində saxlamışdır. Narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmur, dörd bükümdə heroini öz istifadəsi üçün almışdır. Həmin gün, yəni, 07 aprel 2023-cü il tarixdə, saat 16:45 radələrində Lənkəran şəhəri, Qala Xiyabanı küçəsində piyada hərəkətdə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu demiş və onun psixotrop maddə və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Üzərində narkotik vasitə olduğu üçün polis şöbəsinə getməkdən imtina etmiş, lakin onu saxlayıb polis şöbəsinə gətirmişlər. Şöbənin inzibati binasında, xidməti otaqlardan birində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün dövlət hesabına öz istəyi əsasında vəkil təyin edilmiş, daha sonra vəkil Müdafiəçi iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi ona bildirilmişdir. O da əynindəki şalvarın sağ yan cibindən içərisində dörd ədəd narkotik vasitə heroin bükümü olan siqaret qutusunu təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi siqaret qutusunun içinə baxış keçirilmiş və içərisində qəhvəyi rəngli, “kakos” adlanan narkotik vasitə heroin olan dörd ədəd sellofan bükümlər olması müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş və başqa qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşlarının onunla keçirdiyi şifahi sorğu-sual zamanı bildirmişdir ki, həmin narkotik vasitə heroin ona məxsusdur və həmin kütlələri Lənkəran şəhərində yerləşən “böyük bazar” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün almışdır. Təqdim etdiyi kütlələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatının doğruluğu yoxlanıldıqdan sonra raportla şöbə rəisinə məruzə edilmiş, bundan sonra tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri özü olmuş, onunla birlikdə polis sahə rəisi Şahid2 və polis nəfəri Şahid3 tədbirin qrupun tərkibində əməliyyat tədbirinin keçirilməsində iştirak etmişlər. 07 aprel 2023-cü il tarixdə axşam saat 16 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Qala Xiyabanı ərazisində hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə, xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən içərisində dörd ədəd sellofana bükülmüş kütlələr olan siqaret qutusu təqdim etmişdir. Həmin bükümlərin içərisinə baxış keçirildikdə içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş dörd ədəd bükümdə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmişdir. Narkotik vasitə heroinə bənzər bükümlərin çəkisinin 1,48 qram olması müəyyən edilmiş və həmin bükümlər ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr narkotik vasitə heroindir, ona məxsusdur. Həmin bükümləri Lənkəran şəhəri, “böyük bazar” ərazisində tanımadığı şəxsdən ümumilikdə 20 manat qarşılığında almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərməmiş, eləcə də ona qarşı polis işçiləri tərəfindən heç bir təzyiq və təsir göstərilməmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı əməliyyat müvəkkili Şahid1 icraatına daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının doğruluğu yoxlanıldıqdan sonra raportla şöbə rəisinə məruzə edilmiş, bundan sonra tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri Şahid1 olmuş, onunla birlikdə polis sahə rəisi Şahid2 da qrupun tərkibində əməliyyat tədbirində iştirak etmişlər. 07 aprel 2023-cü il tarixdə axşam saat 16:45 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Qala Xiyabanı ərazisində hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə, xidməti otaqlarının birində təhqiqatçı Bəhruz Qurbanov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına Müdafiəçi dəvət edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən içərisində dörd ədəd sellofana bükülmüş kütlələr olan siqaret qutusu təqdim etmişdir. Həmin bükümlərin içərisinə baxış keçirildikdə içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş dörd ədəd bükümdə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmişdir. Narkotik vasitə heroinə bənzər bükümlərin çəkisinin 1,48 qram olması müəyyən edilmiş və həmin bükümlər ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr narkotik vasitə heroindir, ona məxsusdur. Həmin bükümləri Lənkəran şəhəri, “böyük bazar” ərazisində tanımadığı şəxsdən ümumilikdə 20 manat qarşılığında almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: 07 aprel 2023-cü il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:45-də saxlanılmış, saat 17:25-də şübhəli şəxs qismində tutulmuşdur. 07 aprel 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindəki şalvarın sağ yan cibindən 04 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Narkotik vasitə heroinə bənzər bükümlərin çəkisi 1,48 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr narkotik vasitə heroindir, ona məxsusdur. Həmin bükümləri Lənkəran şəhəri, “böyük bazar” ərazisində tanımadığı şəxsdən ümumilikdə 20 manat qarşılığında almışdır, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 bölməsinin “məhkəmə fiziki-kimyəvi ekspertiza” üzrə verilmiş 08 aprel 2023-cü il tarixli 19/431 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 4 büküm...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,449 qram, -0,351 qram, -0,259 qram, -0,308 qram, ümumi təmiz çəkisi -1,367 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə ambulator-narkoloji ekspertizasının 06 iyul 2023-cü il tarixli, 698 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sendromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cü maddəsinin 3-cü hissəsi və 228-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək Moskva şəhər Lyublinsk Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkumluğu yoxdur. “Şəxsin tutmadan azad edilməsi və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 09 aprel 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs 09 aprel 2023-cü il tarixdə saat 16:00-da Lənkəran ŞRPŞ-nin MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 04 ədəd bükümdə, ümumi təmiz çəkisi -1,367 qram narkotik vasitə heroin və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd CD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 04 bükümdə, ümumi təmiz çəkisi -1,167 qram narkotik vasitə heroin saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd CD disk cinayət işi materiallarına əlavə edilmişdir. Lənkəran ŞİHB-nin Liman şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Lənkəran şəhərində tək yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Lənkəran Rayon Prokurorluğunun 05 sentyabr 2023-cü il tarixli, 477xid-23 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı məhkəmə iclasında verdiyi bəyanat üzrə həmin xüsusatların araşdırılmasından ötrü Lənkəran Rayon Məhkəməsindən rayon prokurorluğuna daxil olmuş müvafiq sorğu ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını bildirərək, araşdırmanın dayandırılmasını xahiş etmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma inayət məsuliyyətinə səbəb olur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında ifadəsinin və müdafiə tərəfinin çıxışının “təqsirləndirilən şəxsin üzərində hər hansı narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən döyüldüyü üçün polis işçiləri tərəfindən ona verilmiş 4 bükümdə narkotik vasitə heroinin ona məxsus olduğunu bildirməsi və cinayət işinin ibtidai istintaqı zamanı etirafedici ifadələr verməsi, habelə təqsirləndirildiyi maddə üzrə ona bəraət verilməsi” barədə ifadə və çıxışlarına qiymət verərək hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və Təqsirləndirilən şəxs şəxsi istifadə məqsədi olmayan narkotik vasitə heroin əldə etməsi, üzərində saxlamaqla daşıması cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış protokolu və videogörüntüsü, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi təsdiqedici ifadə ilə yanaşı, şahidlərin ifadələri, habelə məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi, onun barəsində fiziki zor tətbiq edilməsi ilə bağlı ifadəsinə, həmçinin bu barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər də iş materiallarında olan sənədlərlə təkzib olunur. Belə ki, təqsirləndirilən şəxsin onlara polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi, döyülmələri ilə bağlı məhkəmə iclasında verdiyi bəyanat üzrə həmin xüsusatların araşdırılmasından ötrü məhkəmə tərəfindən müvafiq məlumat ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş, araşdırma zamanı Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını bildirərək, araşdırmanın dayandırılmasını xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, ibtidai istintaq zaman daha inandırıcı ifadə vermiş, məhkəmə istintaqı zamanı isə cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxsna istinad olunmuş əməlin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsna elan edilmiş ittiham üzrə ona bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışının dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CMnin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını, cəzanı yüngülləşdirən hallarının mövcud olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 07 aprel 2023-cü il tarixdən 09 aprel 2023-cü il tarixədək 2 gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxarılaraq ona qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilərək o, məhkəmə zalında həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 04 bükümdə, ümumi təmiz çəkisi - 1,167 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-ekspertizası tədqiqatının xərci olan 60 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 aprel 2023-cü il tarixdən 09 aprel 2023-cü il tarixədək 2 gün şübhəli şəxs qismində tutularaq həbsdə olduğu müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 4 ədəd bükümdə 1.167 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 60 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-345/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-345/2023
20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver