Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-346/2023 04.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, hərəkətlərindən şikayət verilmiş şəxs X2 vəkili Müdafiəçi iştirakı ilə, X3 X5 barəsində xüsusi ittiham qaydasında şikayətinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran rayonu Vilvan kəndində yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması və onun həmin maddələrlə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ilə bağlı ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunamüvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq şikayət verən şəxs X6 məhkəmə hazırlıq iclaslarına təkrarən gəlməmişdir. Hərəkətlərindən şikayət verilmiş şəxs X2 vəkili Müdafiəçi şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3 və 299.3.3-cü maddələrinin məzmununa görə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1 - 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə baxılır. İş materiallarından görünür ki, hazırki iş üzrə ilk məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə saat 09:30-a təyin edilmiş, xüsusi ittiham qaydasında şikayət verən şəxs X6 həmin gün məhkəməyə teleqram göndərərək məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. X1 məhkəməyə gəlməməsinin üzürlü səbəblərlə əlaqədar olması ilə bağlı təsdiqedici sübutlarını həmin gün və ya sonrakı müddətlər ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclası təxirə salınaraq xx.xx.2023-cü il tarixə saat 12:00-a təyin edilmiş, bu barədə işdə iştirak edən şəxslərə, o cümlədən, xüsusi ittiham qaydasında şikayət verən şəxs X4 qanunamüvafiq qaydada məlumat verilmişdir. Buna baxmayaraq X6 xx.xx.2023cü il tarixə saat 12:00-a təyin edilmiş məhkəmə hazırlıq iclasına da təkrarən gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.8-ci maddəsinə əsasən xüsusi ittihamçının üzürlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. Qeyd edilən hüquq normasının məzmunundan göründüyü kimi, xüsusi ittihamçının üzürlü səbəblər olmadan məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina üçün əsasdır. Eyni zamanda, şikayət verən şəxsin xüsusi ittiham qaydasında hazırki şikayəti üzrə məhkəmə iclaslarında təkrarən iştirak etməməsi səbəbindən ona bilə-bilə yalan xəbərçilik etməyə görə cinayət məsuliyyəti haqqında xəbərdarlıq edilməsi mümkün olmamışdır. Xüsusi ittiham qaydasında hazırki şikayətdə də bu barədə hər hansı qeyd edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayət verən şəxsə bilə-bilə yalan xəbərçilik etməyə görə cinayət məsuliyyəti haqqında xəbərdarlıq edilir və bu barədə şikayətdə qeyd edilir. Şikayət şifahi verildikdə, bu izah protokola daxil edilərək şikayəti vermiş və protokolu tərtib etmiş şəxs tərəfindən imzalanır. Məhkəmə qeyd edilən hüquq normalarına istinad edərək hesab edir ki, X3 X5 barəsində xüsusi ittiham qaydasında şikayətinin, həmin iş üzrə xüsusi ittihamçının üzürlü səbəblər olmadan məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi əsası ilə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.8-ci maddəsinə əsasən icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 300.1.3, 300.5 və 302.2.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: X3 X5 barəsində verdikləri xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən və şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərar elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar apellyasiya şikayəti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №1(049)-346/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-346/2023
04.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver