Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-348/2023 01.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X8 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirlən şəxs: xx.xx.1975-ci il tarixdə Lənkəran rayonu Səpnəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu Səpnəkəran kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, saxlanc yerinə daxil olub özgə əmlakını gizli olaraq talayıb oğurlamış, habelə satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2023cü il tarixdə, saat 11 radələrində həmkəndlisi və qonşusu X2 məxsus Lənkəran rayonu Səpnəkəran kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə hasardan tullanmaqla qanunsuz daxil olub vahid niyyətlə hərəkət edərək, həyətdə olan və saxlanc yeri kimi istifadə edilən anbara pəncərədən daxil olmaqla orada olan Zərərçəkmiş şəxsr oğluna məxsus bir ədəd qiyməti 80 manat olan bıçaq itiləyən aparatı, bir ədəd qiyməti 100 manat olan su motorunu, bir ədəd qiyməti 220 manat olan üç fazalı elektrik motorunu, bir ədəd 30 manat qiymətində çuğun materialdan olan tavanı və bir ədəd 80 manat qiymətində “UAZ” markalı avtomobilə aid transfer qutusunu Zərərçəkmiş şəxsr oğluna məxsus ümumilikdə 510(beş yüz on) manat qiymətində özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə, təmiz çəkisi -0,644qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək, üzərində saxlamaqla daşımış və Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının həmin tarixdə, keçirdikləri əməliyyat tədbirləri nəticəsində saat 18 radələrində Lənkəran rayonu Səpnəkəran kəndində, küçədə piyada hərəkətdə olarkən saxlanılaraq, polis şöbəsinin inzibati binasına gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı qeyd olunan çəkidə və bükümdə olan narkotik vasitə heroin sellofana bükülmüş halda əynindəki şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, kənlərində anası Zəmilə Quliyeva ilə birlikdə yaşayır. 2019-cu ildə CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 30.11.200-ci il tarixdə həbsdən azad olunmuş və bundan sonra yenidən narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Narkotik vasitə istifadə etmədiyi vaxtlarda bədənində güclü ağrılar olur. Rusiya Federasiyasında yaşayan İlham Bayramov onun çəpər qonşusudur. Onun evinə yeznəsi Zərərçəkmiş şəxs nəzarət edir. xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində bədənində ağrılar olduğu və narkotik vasitə əldə etmək üçün pula ehtiyacı olmuş, buna görə də İlhamın evindən heç kəsin olmadığını bilib oğurluq etmək qərarına gəlmişdir. O, İlhamın həyətinə olan anbardan bıçaq itiləyən aparatı, su motorlarını, çuğun tavanı, avtomobilə aid razdatqanı oğurlayıb həyətinə aparmış, sonra isə dəmir materialları yığan avtomobilin sürücüsünə 12 manata satmışdır. Pulu aldıqdan sonra saat 12 radələrində Lənkəran şəhərinə gəlib Böyük bazar adlanan ərazidə əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı, adını bilmədiyi narkoman tanışından bir bükümdə heroin almış, buna görə ona 15 manat pul vermişdir. Kəndə gedib istifadə etmək üçün onu cinbinə qoymuşdur. Həmin günü kəndlərində saat 18 radələrində yaşadığı evin yaxınlığında küçədə piyada gedərkən polis əməkdaşları onu saxlayaraq Lənkəran ŞRPŞ-nə gətirmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və video çəkilişlə aparılmaqla üstündə axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl o, əynində olan şalvarın cibindən bir bükümdə heroini çıxarıb təqdim etmişdir. O, həmin bükümün içərisində “kakos”un olduğunu demişdir. Şifahi sorğu zamanı o, bildirmişdir ki, heroini saxlanılan günü, saat 12 radələrində Lənkəran şəhəri Böyük bazar adlanan ərazidə tanımadığı şəxsə 15 manat öz istifadəsi üçün almışdır. Polis əməkdaşı ona başqa hər hansı bir cinayət törədib törətməməyi barədə sual verdikdə, bildirmişdir ki, saxlanılan gün, saat 11 radələrində qonşusu İlham Bayramovun həyətində olan anbardan dəmir əşyaları oğurlayıb metal yığımı ilə məşğul olan tanımadığı şəxsə satmışdır. Etdiyi əməldən peşmandır. Etdiyi əməldən çox peşman olmuşdur. Məhkəmədən barəsində yüngül cəza çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı şahid ifadələri, hadisə yerinə keçirilmiş baxış, ifadələrin yerində yoxlanılması, “şəxsi axtarış aparılması” barədə protokollar, həmin istintaq hərəkətinin aparılmasının qeydə alındığı bir ədəd DVD diskə köçürülmüş videogörüntü, götürülmüş maddi sübutla, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertiza rəyləri, mütəxəssis rəyi, əməliyyat tapşırığına verilmiş cavab məktubu, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxsr oğlu göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirlən şəxsin qonşusu X6 onun qayınatasıdır. Qayınatası ailəsi ilə birlikdə Rusiyada yaşayır. Onun Səpnəkəran kəndindəki evinə o, nəzarət edir. Həmin evin həyətindəki anbarda onun özünə məxsus bıçaq itiləyən, aqidel markalı su motoru, 3 fazalı elektrik motoru, avtomobilə aid razdatqa, su qızdırıcısı və s. əşyaları olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində oradan otu biçmək üçün dərgəzi götürmək istədiyi zaman bəzi əşyaların yerində olmadığını və anbarın pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Anbara baxan zaman müəyyən etmişdir ki, ona məxsus 80 manat dəyərində 1 ədəd dairəvi formada, baş hissəsi daşdan olan bıçaq itiləyən aparat, 100 manat dəyərində 1 ədəd “aqidel” markalı su motoru, 220 manat dəyərində 1 ədəd 3 fazalı elektrik motoru, 30 manat dəyərində 1 ədəd çuqun materialdan olan tava və 80 manat dəyərində bir ədəd “UAZ” markalı avtomobilə məxsus razdatqa oğurlanmışdır. Buna görə də, həmin gün DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra oğurluq baş verən yerə polis əməkdaşları gəlib oraya baxış keçirmişlər. Həmin gün axşam saatlarında ona məlum olmuşdur ki, oğurluğu qayınatasının qonşusu Təqsirləndirilən şəxs etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 510 manat maddi ziyan dəymişdir. Hazırki müddətədək ona dəymiş maddi ziyan ödənilməmişdir. O, təqsirləndirilən şəxsdən şikayətçi və tələbkardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşıması, həmçinin rayon ərazisində oğurluq hadisələrini törətməsi barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun cinayət əməlini ifşa etmək üçün ötrü xx.xx.2023-cü il tarixdə əməliyyat qrupunun üzvləri Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və İTB-nin polis sahə rəisi Şahid3 ilə birlikdə, saat 18:00 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu Səpnəkəran kəndində görüb birlikdə polis şöbəsinə getməyi bildirilmişlər. Təqsirləndirilən şəxs də onlarla birlikdə polis şöbəsinə gəlmiş, orada onun üzərində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi-axtarış aparılmış, Təqsirləndirilən şəxs şalvarının cibindən bir ədəd bükümü çıxardıb təqdim edib içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bir ədəd bükümün içərisinə baxış keçirildikdə orada spesifik iyə malik olan, qəhvəyi rəngli, toz formasında narkotik vasitə heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş heroin ona məxsusdur. Həmin bükümü Lənkəran şəhərində böyek bazar deyilən ərazidə tanımadığı şəxsdən 15 manata almış, aldıqdan sonra şəxsi istifadə məqsədilə üzərində saxlamışdır. Həmçinin bildimişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində qonşusu X3 həyətindən dəmir əşyaları oğurlamış və səyyar qaydada metal yığımı ilə məşğul olan tanımadığı şəxsə satmışdır. Məhkəmə iclasında dindirilmiş şahid Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə qeyd edir ki, cinayət işində olan 18 may 2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın sağ yan cibindən sellofana bükülmüş halda bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlənin narkotik vasitə heroin və onun özünə məxsus olduğunu, onu Lənkəran şəhəri böyük bazar ərazisində tanımadığı şəxsdən 15 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, həmçinin 18 may 2023-cü il tarixdə, saat 11 radələrində qonşusu İlham Bayramovun həyətindən dəmir əşyaları oğurlayıb satdığını bildirmişdir. Cinayət işində olan “Hadisə yerinin baxışının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi Lənkəran rayonu Səpnəkəran kəndində yerləşən X5 məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli tikilidə törədilmişdir. Cinayət işində olan ekspertin 19 may 2023-cü il tarixli 19/559 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 1 ədəd büküm....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,644qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra qalıq çəkisi 0,594 qram olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Cinayət işində olan ambulator məhkəmə-narkoloji ekspertizasının 20 may 2023-cü il tarixli, 550 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan 20 may 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, təklif və tələbin vəziyyəti ilə tənzimlənən azad bazar qiymətini, əmtəə vəziyyətini nəzərə alaraq: Təsvir edilmiş, daşdan hazırlanmış bıçaq itiləyən aparatın qiyməti 80 manat, işlək formada olan “Aqidel” markalı su motorunun qiyməti 100 manat, işlək formada olan 3 fazalı elektrik motorunun qiyməti 220manat, çuğun materialdan hazırlanmış tavanın qiyməti 30 manat, “UAZ” markalı avtomobilə aid razdatqanın (transfer qutusunun) qiyməti 80 manatdır. İstintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, narkotik vasitələrin aludəçisi olan, narkotik vasitələrin aludəçisi olan, Lənkəran rayonu Səpnəkəran kənd sakini Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən, şəxsi istifadəsi üçün bir bükümdə narkotik vasitə heroini əldə etmişdir. 18 may 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayonun Səpnəkəran kəndində piyada gedərkən tərəfimizdən saxlanılmış və polis şöbəsinə gətirildikdən sonra üzərindən bir bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əldə edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitələrə olan tələbatını ödəməkdən ötrü pul əldə etmək üçün xx.xx.2023-cü il tarixdə, səhər saatlarında qonşusu İlham Bayramova məxsus yaşayış evinin həyətində yerləşən anbardan bir ədəd bıçaq itiləyən aparatı, bir ədəd su motorunu, bir ədəd üç fazalı elektrik motorunu, bir ədəd çuğun tavanı və bir ədəd “UAZ” markalı avtomobilə aid transfer qurğusunu oğurlamışdır. Təqsirləndirilən şəxslə eyni ünvanda yaşayan ailə üzvlərinin və ya digər şəxslərin onun oğurluq etməsindən məlumatları olmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd olunan oğurluq hadisəsini törədərkən ona heç kim köməklik etməmiş, ona oğurlanmış əşyaları qabaqcadan alacağı ilə bağlı vəd verən olmamışdır. Təqsirləndirilən şəxs oğurladığı əşyaları satdığı metal yığımı ilə məşğul olan avtomobilin və avtomobilin sürücüsünün müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 bükümdə, təmiz çəkisi -0,644 qram narkotik vasitə heroin və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd CD disk işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 01 bükümdə, təmiz çəkisi -0,594 qram narkotik vasitə heroin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan DİN-nin BƏSİİ-nin tələbnaməsindən və hökmün sutərindən görünür ki, Quliyev X4 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 02 ay 27 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirlən şəxsin məhkumluğu ödənilmişdir. İş materiallarında olan xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsüfünə gəldikdə məhkəmə belə hesab edir ki, onun onun törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən etdiyi əməldən peşiman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmaması, zərəçəkmiş şəxsin şikayətçi və tələbkar olmasını, vurulmuş ziyanın ödənilməməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RPŞ-də saxlanılan qalıq çəkisi 0,594 qram olan heroin, hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərcini təşkil edən 60 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə üçün əsaslar yoxdur. İş üzrə mülki iddia yoxdur. Zərəçəkmiş şəxsə ona vurulmuş maddi ziyanla bağlı təqsirləndirlən şəxsə qarşı mülki iddia icraatı qaydasında iddia vermək hüququ izah edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 428-435-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 18 may 2023-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 0,594 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 manat ekspertiza xərci tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Zərəçəkmiş şəxsə ona vurulmuş maddi ziyanla bağlı təqsirləndirlən şəxsə qarşı mülki iddia icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. X9
Məhkəmə qərarları › İş №1(049)-348/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-348/2023
01.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver