Məhkəmə qərarları › İş №1(049)-349/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-349/2023

02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-349/2023 02.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:40 Lənkəran Rayon Məhkəməsinin hakimi: Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Lerik rayonu, Siyov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Siyov kəndində qeydiyyatda olan və Lənkəran rayonu Darquba kəndində yaşayan, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Lənkəran rayonu Darquba kəndində yerləşən birgə yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ilə ailə münasibətləri zəminində yəni, Zərərçəkmiş şəxs Lerik rayonu Ləkər kəndində yaşayan qardaşı Şahidla danışmasına icazə verməməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı yumruğu ilə Zərərçəkmiş şəxs sağ göz nahiyyəsinə qəsdən zərbə vurmaqla ona sağ göz almasına yayılmış qansızma, sağ göz qapaqları-gözaltı qançırla nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Müəyyən edilmişdir ki, münaqişə 2-3 dəqiqə davam etmiş, ora kənar şəxslər gəlməmiş, ictimai qayda pozulmamışdır. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nə yazılmış ərizə ilə tanış olduqdan sonra göstərmişdir ki, xx.xx.2010-cu il tarixdə Lerik rayonu Ləkər kənd sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, həmin nikahdan iki övladları dünyaya gəlmiş. Lənkəran rayonu Darquba kəndində ailə üzvləri ilə birlikdə yaşayır, fəhlə işləyir. xx.xx.2023-cü il tarixdə Lerik rayonu Ləkər kəndində yaşayan həyat yoldaşının bacısı X1 toy məclisinə həyat yoldaşı Zərərçəkmiş şəxs və iki azyaşlı övladları ilə birlikdə getmişdir. Toydan sonra yəni xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Lerik rayonu Ləkər kəndində yaşayan qaynı Şahid özünə məxsus “Uaz” markalı avtomaşınla həyətindən Lənkəran rayonuna getmək istədiyini gördükdə onu da Lənkəran rayonuna evinə aparmasını həyat yoldaşının yanında ondan xahiş etsə də, lakin qaynı Şahid avtomaşında toy üçün kirayə götürdüyü qablar olduğunu və avtomaşında yer olmadığını dediyi üçün o, heç bir söz deməyib, evinə getmək məqsədi ilə piyada qaynı Şahid həyətindən çıxmış, Lerik rayonu Piran kəndi istiqamətində piyada gedərkən, arxadan qaynı Şahid özünə məxsus “Uaz” markalı avtomaşını onun yanında saxlayıb, onu avtomaşına dəvət etmiş, Şahid öz həyətində avtomaşında yer olmadığını deyib hörmətsizlik etməsini ona xatırladıb, avtomaşına əyləşmədiyi üçün aralarında sözlə mübahisə baş vermiş və Əli avtomaşını sürətlə sürüb oradan uzaqlaşdıqdan sonra başqa bir yol maşını ilə evə gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində evdə olan zaman, Lerik rayonu Siyov kəndində yaşayan Teymur adlı dostu özünə məxsus “Uaz” markalı avtomaşınla həyat yoldaşı Zərərçəkmiş şəxs və iki azyaşlı uşaqlarını evə gətirmiş, həyətdə dostu Teymurla görüşüb yola saldıqdan sonra, evə daxil olmuşdur. Leylanın qardaşı Əli onu evə gətirməyib, əksinə yolda onunla mübahisə etməsi barədə Zərərçəkmiş şəxs deyəndə, Leyla onu polislə hədələdiyi üçün aralarında mübahisə yaranmış, əsəbləşib bir dəfə təpik zərbəsi ilə onun bel nahiyyəsinə, bir yumruq zərbəsi ilə üz nahiyyəsinə vurub, əlbəyaxa olan zaman, 2011-ci il təvəllüdlü oğlu X6 ağlayıb onları ayırmışdır. Aralarında dava 2-3 dəqiqə ərzində baş vermiş və bununla da dava-dalaş başa çatmışdır.O,Zərərçəkmiş şəxs qardaşı Şahidla danışmamasını tələb etsə də məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə gün ərzində Leyla qardaşı ilə telefonda danışıb, bu səbəbdən də həmin gün saat 15:00 radələrində yenə də evdə aralarında sözlə mübahisə olmuş, həmin gecə yəni xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində polis əməkdaşları onun evinə gəlmişlər. Sonradan məlum olmuşdur ki, evdə həyat yoldaşı ilə mübahisə edən zaman 2011-ci il təvəllüdlü oğlu telefon vasitəsi ilə Lerik rayonu Ləkər kəndində yaşayan dayısı Şahid ondan və anasından xəbərsiz zəng vurub məlumat vermişdir. Həmin gün həyat yoldaşı Zərərçəkmiş şəxs onun tərəfindən xx.xx.2023-cü il tarixdə yaşadığı evdə döyülüb xəsarət alması barədə ərizə ilə müraciət etmişdir. O, xx.xx.2023-cü il tarixdə yaşadığı evdə saat 15 radələrində həyat yoldaşı Leyla Məmədovanı döyüb müxtəlif bədən xəsarətləri yetirsə də lakin azyaşlı uşaqlarını döymədiyini, heç bir bədən xəsarətləri yetirmədiyini, dava evin içərisində olduğundan ora kənar şəxslər gəlməmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nə yazdığı ərizəsini təsdiq etdikdən sonra göstərmişdir ki, xx.xx.2010-cu il tarixdə Lerik rayonu Siyov kənd sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, həmin nikahdan iki övladları dünyaya gəlmişdir. Lənkəran rayonu Darquba kəndində ailə üzvləri ilə birlikdə yaşayır, işləmir. xx.xx.2023-cü il tarixdə Lerik rayonu Ləkər kəndində yaşayan bacısı X1 toy məclisinə həyat yoldaşı Təqsirləndirilən şəxs və iki azyaşlı övladları ilə birlikdə getmişdir.Toydan bir gün onra xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində həyat yoldaşı Təqsirləndirilən şəxs onun qardaşı Şahid onu da Lənkəran rayonuna evinə aparmasını onun yanında xahiş edən zaman, qardaşı Şahid apara bilmədiyini bildirdikdən sonra, sonuncu evinə getmək üçün piyada həyətdən çıxmışdır. xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində qardaşı Şahid onu Lerik rayonu Piran kəndinə gətirib orada Təqsirləndirilən şəxs dostu Lerik rayonu Siyov kənd sakini Teymur adlı sürücünün avtomaşını ilə göndərmiş, saat 15:00 radələrində evə gəlmiş,həyat yoldaşı Təqsirləndirilən şəxs Teymur ilə görüşdükdən sonra Teymur həyətdən çıxmışdır. Bundan sonra Təqsirləndirilən şəxs evin içərisində ona, “Qardaşın Əli məni evə gətirmədi” deyib, onu evdən qovmaq istəyəndə aralarında mübahisə baş vermiş, Təqsirləndirilən şəxs eyvanda bir dəfə təpik zərbəsi ilə onun bel nahiyyəsinə, bir-iki dəfə yumruq zərbəsi ilə sağ göz üz nahiyyələrinə vurmuşdur. Dava 2-3 dəqiqə ərzində baş vermiş, onunla əlbəyaxa olub ona xəsarət yetirsə də həmin gün şikayət etməmişdir. xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində yenə də Təqsirləndirilən şəxs qardaşı Şahidla aralarında mübahisə olmasını yada salıb evdə mübahisə etdiyi üçün, 2011-ci il təvəllüdlü oğlu X6,Şahid ondan xəbərsiz xəbər verdiyi üçün sonuncu mübahisə barədə DİN- nin 102 xidmətinə məlumat vermişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə yaşadığı evdə saat 15 radələrində onu döyüb bel və üz nahiyyələrinə müxtəlif bədən xəsarətləri yetirsə də lakin azyaşlı uşaqlarını döyməyib və heç bir xəsarət yetirmədiyini bildirmişdir. Qardaşı Şahid, Təqsirləndirilən şəxs avtomaşınla Lənkəran rayonuna gətirməyib və təhqir etməsi barədə Təqsirləndirilən şəxs ona deyib, evdən qovmaq istəmiş, getmədiyi üçün evin içərisində eyvanda onu döyüb, müxtəlif bədən xəsarətləri yetirdiyini göstərmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən ziyan tamamilə ödənilmiş və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş iş üzrə Şahid təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, “xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə verdiyi məlumatı təsdiq edib, Lənkəran rayonu Darquba kəndində yaşayan bacısı Zərərçəkmiş şəxs tərəfindən Lənkəran ŞRPŞ-nə yazılmış ərizə ilə tanış olduqdan sonra göstərmişdir ki, Lerik rayonu Ləkər kəndində ailə üzvləri ildə birlikdə yaşayır, işləmir. xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Darquba kəndində yaşayan bacısı Zərərçəkmiş şəxs iki azyaşlı övladları və həyat yoldaşı Təqsirləndirilən şəxs ilə birlikldə onunla bir evdə yaşayan bacısı X1 toy məclisinə həyətinə gəlmişlər. Toydan bir gün sonra yəni xx.xx.2023cü il tarixdə saat 13:00 radələrində, toy üçün Lənkəran rayonu ərazisindən kirayə götürdüyü qabları özünə məxsus “Uaz” markalı ** BS *** dövlət nömrə nişanlı avtomaşına yükləyib həyətindən çıxmaq istəyəndə, Təqsirləndirilən şəxs da avtomaşına əyləşmək istəmiş, avtomaşında yer olmadığı üçün Təqsirləndirilən şəxs avtomaşına götürməyib həyətdən çıxmışdır. Lerik rayonu Piran kəndi ərazisindən keçən zaman Təqsirləndirilən şəxs yolda görüb, avtomaşına əyləşdirmək istəyəndə ondan incidiyi üçün avtomaşına əyləşmədiyinə görə aralarında sözlə mübahisə olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində Lerik rayonu Piran kəndində yaşayan xalası oğlu X2 ona zəng vurub, bacısı Zərərçəkmiş şəxs azyaşlı oğlu, atası tərəfindən döyülməsi barədə ona mesaj göndərməsi barədə o, darhal DİN-nin 102 xidmətinə zəng vurub bacısı Leylanın həyat yoldaşı Asif uşaqlarını döyməsi barədə məlumat verdikdən sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs uşaqlarını deyil, xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində evdə həyat yoldaşı Zərərçəkmiş şəxs döyüb müxtəlif bədən xəsarətləri yetirmişdir. Bu barədə bacısı Zərərçəkmiş şəxs telefon vasitəsilə xx.xx.2023-cü il tarixdə ona demişdir.” İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən sadələşdirilmiş icraat materiallarının 15-17-ci vərəqlərində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə Lənkəran rayonu Darquba kəndində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs birgə yaşadığı evdə baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 12-13-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli, 655 nömrəli məhkəmə ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sağ göz almasına yayılmış qansızma, sağ göz qapaqlarında-gözaltı qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 37-ci vərəqəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam həcmdə ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmişə dəyən ziyan tam ödənildiyindən və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar