Məhkəmə qərarları › İş №1(049)-35/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-35/2023

23.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-35/2023 23.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X19 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs – Zərərçəkmiş şəxs yanında Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Lerik rayonu, Şivlə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, əvvəllər məhkum olunmamış, evli, hazırda "xxxx" MMC-də mühəndis-hidroloq vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 519/k nömrəli 04 avqust N11-ci il tarixli əmri ilə keçmiş Milli Hidrometeorologiya Departamentinin X16 Müəssisəsinə (indiki Nazirlik yanında Milli Hidrometeorologiya Xidmətinin X25 Mərkəzi) direktor vəzifəsinə təyin edilməklə 14 avqust NN-ci il tarixədək həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Milli Hidrometeorologiya Xidmətinə məxsus olmaqla öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş özgənin xeyli miqdarda əmlakını mənimsəmə və israfetmə yolu ilə talamaq qərarına gəlib, bu məqsədilə direktoru olduğu keçmiş X16 Müəssisəsinə 23 yanvar N12-ci tarixli 04ʂ3/k saylı əmri ilə sürücü vəzifəsinə işə götürdüyü tanışı Şahid2 həmin gündən 03 aprel N17-ci il tarixədək olan müddət ərzində iş yerinə getmədiyi və əmək funksiyalarını icra etmədiyi halda, sonuncunun adına olmuş plastik əmək haqqı kartına hər ay yüklənməsinə nail olduğu 108-N5 manat civarında aylıq əmək haqqı və digər ödəniş məbləğlərini Şahid2 vasitəsi ilə nəğdləşdirərək, cəmi 8906,54 manat nəğd pul vəsaitini vahid niyyətlə hissə-hissə Mərkəzin inzibati binasındakı xidməti otağında sonuncudan şəxsən alıb şəxsi ehtiyaclarına sərf edərək və həmin məbləğdə pul vəsaitinə görə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.3.1-ci maddəsinə uyğun Şahid2 adına açılmış Dövlət Sosial Sığorta Şəhadətnaməsi üzrə fərdi uçotuna 1959,44 manat büdcə vəsaiti hesablanaraq yüklənməsinə səbəb olmaqla, ümumilikdə 10865,98 manat, eyni niyyətlə xidməti avtonəqliyyat vasitəsi üçün Milli Hidrometeorologiya Departamenti tərəfindən N avqust N14-cü il tarixli, 833816 nömrəli qaimə-faktura ilə adına sənədləşdirilmiş ümumi dəyəri 2164,59 manat təşkil edən 34 adda ehtiyat hissələrini müəssisənin anbarına təhvil verməyərək guya onların təyinatı üzrə istifadə edilməsinə dair 24 sentyabr N14-cü il tarixli 062340 nömrəli vəkalətnamə ilə öhdəsindən silinməsinə nail olmaqla, qeyd olunan ehtiyat hissələrinin dəyəri olan 2164,59 manat, 21 iyun N13-cü il tarixli 353/k saylı əmrlə X1 hidroloqu vəzifəsinə işə götürdüyü X49 03 oktyabr N14-cü il tarixdən işdən azad olunduğu 02 may N16-cı il tarixədək olan müddətdə ölkə hüdudlarından kənarda olub iş yerinə getmədiyi və əmək funksiyalarını icra etmədiyi halda həmin müddət ərzində sonuncunun adına olmuş plastik əmək haqqı kartına hər ay yüklənməsinə nail olduğu 155-310 manat civarında aylıq əmək haqqı və digər ödəniş məbləğlərini istintaqa məlum olmayan şəraitdə nəğdləşdirib, cəmi 3727,68 manat nəğd pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək və göstərilən məbləğdə pul vəsaitinə görə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.3.1-ci maddəsinə uyğun Gülyanə Əzizovanın adına açılmış Dövlət Sosial Sığorta Şəhadətnaməsi üzrə fərdi uçotuna 8N,09 manat büdcə vəsaiti hesablanaraq yüklənməsinə səbəb olmaqla, ümumilikdə 4547,77 manat, tərəfindən qəbul edilmiş 34/k nömrəli, 02 oktyabr N14-cü il tarixli əmrə əsasən Şahid24 iki ay ştatdankənar kompüter operatoru, X26 iki ay müddətinə ştatdankənar usta, Şahid22 Şaliağa oğlunu üç ay müddətinə ştatdankənar bağban vəzifəsinə, 92/k nömrəli, 01 sentyabr N15-ci il tarixli əmrə əsasən ŞahidN dörd ay müddətinə ştatdankənar çilingər vəzifəsinə, 93/k nömrəli, 01 sentyabr N15-ci il tarixli əmrə əsasən Şahid22 Şaliağa oğlunu dörd ay müddətinə ştatdankənar bağban vəzifəsinə, 117/k nömrəli, 02 noyabr N15-ci il tarixli əmrə əsasən Şahid21 iki ay müddətinə ştatdankənar dülgər vəzifəsinə işə qəbul edib, onların əmək funksiyalarını yerinə yetirmədikləri halda, müvafiq olaraq N14-N15-ci illərin oktyabr-dekabr ayları ərzində Şahid23 adına olmuş əmək haqqı kartına 355,02 manat, Şahid22 Şaliağa oğlunun adına olmuş əmək haqqı kartına 355,02 manat və 127,12 manat yüklənməsinə nail olub, cəmi 837,16 manat məbləğində pul vəsaitini Mərkəzin inzibati binasındakı xidməti otağında sabiq baş mühasib Şahid3 vasitəsi ilə, Şahid24 adına olmuş əmək haqqı kartına 235,38 manat, ŞahidN adına olmuş əmək haqqı kartına 336,89 manat və Şahid21 adına olmuş əmək haqqı kartına 241,12 manat yüklənməsinə nail olub, cəmi 813,39 manat pul vəsaitini isə şəxsən əldə edərək şəxsi ehyitaclarına sərf etməklə və həmin məbləğlərdə pul vəsaitinə görə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.3.1-ci maddəsinə uyğun göstərilən şəxslərin adlarına açılmış Dövlət Sosial Sığorta Şəhadətnaməsi üzrə fərdi uçotlarına cəmi 363,12 manat məbləğində büdcə vəsaiti hesablanaraq yüklənməsinə səbəb olmaqla, ümumilikdə N13,67 manat, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini müəssisə daxili intizam qaydalarını pozduqda” tələbinə əsasən N14-N18-ci illər üzrə töhmət növündə intizam tənbehi aldıqları halda, həmin Məcəllənin 190.1 maddəsinə zidd olaraq intizam tənbehi qüvvədə olduğu müddət ərzində özünə və müəssisənin işçilərinə, yəni N14-cü ildə X50 191 manat, N15-ci ildə özünə 425 manat, Şahid3 333 manat, N16-cı ildə X45 94,44 manat, X33 115,58 manat, X38 34,44 manat, N17-ci ildə Şahid15 105 manat, X51 4N manat, Şahid10 158 manat, X27 258 manat, X39 258 manat, X50 315 manat, Şahid12 258 manat, Şahid14 172 manat, Şahid11 172 manat, X46 172 manat, Şahid13 172 manat, N18-ci ildə X46 86 manat, Şahid11 178 manat, Şahid14 178 manat, Şahid9 Abdin oğluna 86 manat, Şahid10 92 manat, Şahid12 92 manat olmaqla, cəmi 4525,46 manat pul vəsaitinin mükafat qismində ödənilməsinə və qeyd olunan məbləğə görə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.3.1-ci maddəsinə uyğun adıçəkilən işçilərin adlarına açılmış Dövlət Sosial Sığorta Şəhadətnaməsi üzrə fərdi uçotlarına cəmi 995,60 manat büdcə vəsaiti hesablanaraq yüklənməsinə səbəb olmaqla, ümumilikdə 5521,06 manat, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar N12-ci il tarixli Q- 01 nömrəli qərarı ilə təsdiq edilmiş “X43”nın 1.3-cü müddəasının tələblərini pozaraq N15- N16-cı illərdə yuxarı təşkilatın dəvəti və qarşılıqlı razılaşma olmadığı halda baş idarəyə və yaxud digər ərazilərə ezam olunması rəsmiləşdirilmiş işçilərə 6 halda cəmi 319,00 manat məbləğində əsassız ezamiyyə xərcləri hesablanaraq əmək haqqı kartlarına ödənilməsinə səbəb olmaqla həmin məbləğdə, şifahi tapşırığı ilə onun əsl niyyətindən xəbərsiz olan Müəssisəsinin sabiq baş mühasibi Şahid3 vasitəsi ilə müəssisənin anbarında və həyətində maye halında olan yanacaq vasitələrinin, o cümlədən dizel yanacağının qorunub saxlanılması üçün xüsusi çənlər və yaxud digər qablaşdırıcı vasitələrin olmadığı bəhanəsi ilə direktoru olduğu Müəssisəyə və tabe qurumlara N14-cü ildə ayrılmış 2983 litr dizel yanacağının dəyəri olan 1789,80 manat, N15-ci ildə ayrılmış 2925 litr dizel yanacağının dəyəri olan 1755,00 manat olmaqla, cəmi 3544,80 manat pulu Lənkəran rayonu, Sütəmurdov kəndində fəaliyyət göstərən fərdi sahibkar X55 məxsus yanacaq doldurma məntəqəsinin anbardarı Şahid25 nəğd şəkildə alaraq, N19-cu ildə ayrılmış 1N0 manat qiymətində olan N00 litr dizel yanacağını Lənkəran şəhərində fəaliyyət göstərən “Ədo petrol” yanacaq doldurma məntəqəsindən qəbul edərək, həmin yanacağın 480 manat qiymətində olan 800 litrini təyinatı üzrə stansiyalara çatdırılmasını təmin etməyib şəxsi ehtiyaclarına sərf edərək, cəmi 4024,80 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 yanvar N01-ci il tarixli, 04 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısı”-na zidd olaraq N16-NN-ci illər ərzində Azərbaycan Respublikası “Vergi Məcəlləsi”-nin 102.3, 102.5 və 102.8-ci maddələri ilə tənzimlənən “İ və İİ dərəcə əlilliyi olan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri N0 manat məbləğində azaldılır, Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır və Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.” tələblərini pozaraq vergi güzəşti tətbiq olunması üçün arayış təqdim etmədikləri halda, özünə və Mərkəzin 18 nəfər işçisinə aylıq əmək haqqlarından 11,59-344,68 manat civarında güzəştlər tətbiq edilməsinə nail olub, cəmi 1496,90 manat məbləğində az gəlir vergisi tutulmasına səbəb olmaqla, həmin məbləğdə, ümumilikdə isə xeyli miqdar təşkil edən 30953,77 (otuz min doqquz yüz əlli üç manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət büdcə vəsaitini vahid niyyətlə qulluq mövqeyindən istifadə edərək mənimsəmə və israfetmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla talamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlarla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, N08-N11-ci illərdə X65 uçuşların meteoroloji təminatı şöbəsində mühəndis sinoptik vəzifəsində işləmişdir. N11-NN-ci illərdə Milli Hidrometeorologiya Xidmətinin Cənub X9 direktoru vəzifəsində işləmişdir. X25 Mərkəzində direktor işlədiyi müddətdə hər hansı qanunsuzluq halları baş verməmişdir. Gülyanə Əzizova N13-N16-cı illərdə Lənkəran rayonu Biləsər kəndində yerləşən Biləsər hidroloji məntəqəsində hidroloq vəzifəsində işləmişdir. Gülyanə Əzizovanın tərtib etdiyi aylıq hesabatları onun atası Şahid1 gətirib Mərkəzə, yəni hidrometeorologiya şöbəsinə təhvil vermişdir. Müxtəlif məntəqə və stansiyalardan toplanan hesabatlar ümumiləşdirilərək Xidmətə göndərilmişdir. Şahid1 N16-cı ildə Mərkəzə gəlib qızının Sumqayıt şəhərinə gəlin köçdüyünü və işləməyəcəyini bildirmişdir. O və kadrlar üzrə mütəxəssis Şahid5 ona qızının öz təşəbbüsü ilə işdən çıxması ilə bağlı Mərkəzə ərizə təqdim etməsini bildirmişlər. Bir neçə gün sonra Şahid1 Mərkəzə gəlib kadrlar üzrə mütəxəssis Şahid5 öz təşəbbüsü ilə işdən azad olunması ilə bağlı ərizə təqdim etmişdir. O da həmin ərizənin üzərinə dərkənar qoyaraq departamentə təqdim etmişdir. Gülyanənin işdən çıxarılması ilə bağlı departamentdən əmr gəlmişdir. Bundan sonra Şahid1 N16-cı ildə yenidən Mərkəzə gəmiş və özünün işə götürülməsini ondan istəmişdir. O isə bildirmişdir ki, işə götürülməsi işləri ilə məşğul olmur, Departamentə müraciət etsin. N21-ci ildə Şahid1 şikayət ərizəsi yazaraq qızının ölkə xaricində yaşamasına baxmayaraq əmək haqqı yazıldığını və Mərkəzdə qanunsuzluqlar olduğunu bildirərək müxtəlif dövlət təşkilarlarına böhtan xarakterli müraciətlər etmişdir. Gülyanə Əzizovanın xarici ölkədə olmasını bilməmişdir. Gülyanə Əzizovanın ölkə ərazisini tərk etməsi barədə məlumatı olmamışdır. Gülyanənin ölkə xaricində olması ilə bağlı atası Şahid1 ona hər hansı məlumat verməmişdir. Şahid1 bir neçə dəfə qızını Gülyanə adı ilə təqdim edərək Mərkəzə gəlmişdir. O, Mərkəzdə direktor işlədiyi müddətdə stansiyalardakı işçilər stansiyalara getməklə və orada olan telefon rabitəsi vasitəsilə yoxlanılmışdır. Məntəqələrin bir qismində telefon rabitəsi olduğundan telefon vasitəsilə işçilərin davamiyyəti yoxlanılmışdır. Telefon rabitəsi olmayan relyefi çətin olan məntəqələrdə isə yoxlanış ayda bir dəfə məntəqəyə getməklə həyata keçirilmişdir. Şahid2 saç ustası kimi onun saçını da kəsdiyi üçün ünsiyyəti yaranmışdır. Şahid2 Mərkəzdə sürücü vəzifəsinin vakant olduğunu haradan məlumatlı olmasını bilməmişdir. Güman edir ki, Şahid2 bu barədə məlumatı rayon sakinlərindən eşitmişdir. Rövşən özü ona müraciət edərək sürücü kimi işləmək istədiyini bildirmişdir. O da Rövşəni tanıdığı üçün işə götürmək qərarına gəlmişdir. Lakin bunun müqabilində Rövşəndən hər hansı məbləğdə pul almamışdır. Rövşən ona N12-ci ilin dekabr ayında hər hansı məbləğdə pul verməmişdir. Şahid2 təzyiqi olduğundan dağlıq kəndlərə və uzaq rayonlara maşını sürə bilməmişdir. Ona görə bir çox vaxtlarda maşını özü idarə etmişdir. Şahid2 özü işdən çıxmaq barədə ərizə ilə müraciət etmiş və həmin ərizəsi əsasında Rövşən işdən azad edilmişdir. Şahid2 səhəti ilə bağlı bir sıra hallarda işə gəlməsə də ona işdən çıxmaq istəməsi ilə bağlı tez-tez müraciətlər etməmişdir. Bundan başqa Rövşənin aylıq əmək haqqısını almamışdır. Rövşən özü əmək haqqısını əldə etmiş və öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, Rövşəndən 1250 ABŞ dolları da almamışdır. Şahid2 aylıq əməkhaqqı ödənişləri müvafiq tabel və mühasibatlıq sənədlərinə əsasən aparılmışdır. Əməkhaqqları da Rövşən tərəfindən plastik kartla müvafiq bankdan götürülmüşdür. Şahid2 hər gün işə çıxmışdır. Şahid2 N12-N17-ci illərdə saat 09 radələrindən saat 18 radələrinədək işdə olmuşdur. N16-N18-ci illərdə intizam tənbehi almış işçilərə mükafatlar ödənilmişdir. Belə ki, işçilərə ildə dörd dəfə mükafat qaydasında pul ödənilmişdir. İntizam tənbehi almış işçilərə nazirliyin ümumi mükafatlandırma əmrinə əsasən mükafat yazılmasında hər hansı qanun pozuntusu olmadığını düşündüyü üçün müvafiq şəxslərin adlarını qeyd edərək onlara mükafat verilməsini təmin etmişdir. N00 litr dizel yanacağı hər biri müvafiq stansiyalar üzrə paylanmışdır. Hər hansı qaydada dizel yanacağı nağdlaşdırılmamışdır. Bundan başqa N14-N15-ci illərdə də dizel yanacaqları ayrılsa da həmin yanacaqlar aidiyyəti üzrə stansiyalar üzrə paylanmışdır. N14-N15-ci illərdə bütün stansiyalara dizel yanacağı paylanmış və müvafiq aktlar tərtib edilmişdir. Şahid3 dizel yanacağı müqabilində nəğdləşdirilmiş qaydada ona hər hansı məbləğdə pul verməmişdir. Müəyyən mühasibatlıq səhvləri ucbatından aylıq əmək haqlarına güzəştlər tətbiq edilmişdir. Ezamda olan şəxslərə göstərişi ilə Şahid3 tərəfindən ezam yazılmışdır. Güman edir ki, Şahid3, Şahid2, sabiq direktor müavini Sabiq Qubadova ezamda olduqları üçün onlara ezamiyyə yüklənmişdir. XN Stansiyasında uzunmüddətli aktivlərin, azqiymətli və tez köhnələn əşyaların, material və digər ehtiyatların faktiki varlığı mühasibat qalığı ilə üzləşdirildikdə ümumilikdə 50,36 manat çatışmazlıq mal-materiallarının olmaması mümkündür. 24 sentyabr N14-cü il tarixli 062340 nömrəli vəkalətnamə ona təqdim edilmişdir. Orada qeyd olunan imza ona məxsusdur. Həmin vəkalətnamədə olan detallar Mərkəzə təqdim edilməmişdir. N14-cü ildə 34 adda avtomobil hissələrinin verilib-verilməməsi barədə ətraflı məlumatı yoxdur. Həmin xüsusatları xatırlamır. Bu barədə baş mühasib Şahid3 məlumatlıdır. Lənkəran X4 02 oktyabr N14-cü il tarixli əmrinə əsasən Lənkəran rayon sakini Şahid24 iki ay müddətinə ştatdankənar kompüter operatoru, X34 iki ay müddətinə ştatdankənar usta və Şahid22 Şaliağa oğlu üç ay müddətinə ştatdankənar bağban vəzifəsinə, müəssisəsinin 01 sentyabr N15-ci il tarixli əmrinə əsasən Lənkəran rayon sakini ŞahidN dörd ay müddətinə ştatdankənar çilingər vəzifəsinə, 01 sentyabr N15-ci il tarixli əmrinə əsasən Lənkəran rayon sakini Şahid22 Şaliağa oğlu dörd ay müddətinə ştatdankənar bağban vəzifəsinə 02 noyabr N15-ci il tarixli əmrinə əsasən Lənkəran rayon sakini Şahid21 isə iki ay müddətinə ştatdankənar dülgər vəzifəsinə qəbul edilmişlər. Onların hər biri ştatdankənar işçi kimi fəaliyyət göstərmişlər. Onların hər biri öz əmək funksiyalarını yerinə yetirmişlər. Təqsirləndirilən şəxs son sözündə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, zərərçəkmiş şəxslə razılığa gəlmiş, onunla barışmış, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizini dövlət büdcəsinə ödəmişdir. Əməlindən səmimi peşimandır. Bütün bunları nəzərə alaraq, ona təqsirləndirildiyi CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə xitam verilməsini və CM-nin 308.1-ci maddəsinin isə törətdiyi mənimsəmə və israf etmə cinayəti ilə əlaqədar olması ilə bağlı ittihamdan xaric edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin nümayəndəsi qızı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli nəticəsində təmsil etdiyi Zərərçəkmiş şəxs yanında Milli Hidrometeorologiya Xidmətinə 30.953,77 manat məbləğində ziyan vurulmuşdur. İbtidai istintaq zamanı vurulmuş ziyandan 2500 manat ödənilmiş, qalan ziyan məbləği isə ödənilməmiş qalmışdır. Buna görə də vurulmuş ziyanın qaytarılmasını tələb edir. Zərərçəkmiş hüquqi şəxs – Zərərçəkmiş şəxs yanında Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi Nümayəndə məhkəməyə Milli Hidrometeorologiya Xidmətinin xx.xx.N23-cü il tarixli məktubunu təqdim edərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında göstərilmiş dəymiş ziyan X28 büdcə hesabına 1N00 manat, 14000 manat, 2500 manat və 2453 manat olmaqla tam şəkildə ödənilmiş və barışıq əldə olunmuşdur. Onların təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid1 ifadə verərək bildirmişdir ki, o, X61 onun övladıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Cənub X9 sabiq direktoru Təqsirləndirilən şəxs Gülyanə Əzizovaya məxsus əmək haqqını mənimsəməsi barədə ərizəni qızı Gülyanə yazmışdır. X73 N13-cü ilin iyun ayından N14-ci ilin oktyabr ayına qədər CRHM-nin Biləsər hidroloji məntəqəsində hidroloq vəzifəsində işləmişdir. X74 da 45 ilə yaxın Biləsər hidrometeoroloji stansiyasında hidroloq vəzifəsində işləmişdir. N14-cü ilin sentyabr ayında qızı X66 Cümhuriyyətinin vətəndaşı Ərdoğan adlı şəxslə ailə həyatı qurmuş və həmin vaxtdan daimi olaraq X37 şəhərinə köçərək orada yaşamışdır. Gülyanə N14-cü ilin oktyabr ayının əvvəlində Türkiyəyə getdikdən sonra N15ci ilin may ayında Lənkəran rayonuna gəlmiş, həmin ilin iyun ayının əvvəlində Türkiyəyə qayıtmış, daha sonra N17-ci ildə yenidən Lənkəran rayonuna gəlmiş və bir müddət Lənkəran rayonunda qaldıqdan sonra Türkiyəyə ailəsinin yanına qayıtmışdır. Gülyanə Əzizova N13-cü ilin iyun ayından N14-cü ilin oktyabr ayınadək olan müddətdə CRHM-nin Biləsər hidroloji məntəqəsində hidroloq işləyərək öz vəzifələrini icra etmiş, bu müddət ərzində ona 143 manat məbləğində aylıq əmək haqqı ödənilmişdir. O, daim qızı Gülyanəyə işində köməklik etdiyindən hidroloq işini bilmiş və bununla əlaqədar Mərkəzə aylıq hesabatları qızı Gülyanənin əvəzinə CRHM-nin direktoru Təqsirləndirilən şəxs özü təhvil vermişdir. Bu səbəbdən həm Təqsirləndirilən şəxs, həm də Mərkəzin əməkdaşlarını tanımışdır. Biləsər hidroloji məntəqənin adı olsa da, faktiki olaraq inzibati binası olmamışdır. Ona görə də, havanın və suyun temperaturunu, yağıntının miqdarını ölçən, Mərkəzin inventarına daxil olan cihazlar onun yaşadığı evdə olmuşdur. Gülyanə evlənməsi ilə əlaqədar Türkiyənin Ankara şəhərinə köçdüyündən o, elə zənn etmişdir ki, qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və Gülyanə CRHM-dən çıxarılmışdır. Çünki o, Mərkəzin direktoru Təqsirləndirilən şəxs qəbuluna gedib Gülyanənin Türkiyəyə getməsi barədə bildirmişdir. N16-cı ilin may ayının əvvəllərində həmin Mərkəzin direktoru Təqsirləndirilən şəxs onu Mərkəzə dəvət edərək qızı Gülyanənin adının hələ də Mərkəzdə getdiyini bildirmiş və qızının əvəzinə işdən çıxmaq barədə ərizə yazmağı ondan xahiş etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, qızı Gülyanə işdən çıxarılmamışdır. O, Təqsirləndirilən şəxs bildirmişdir ki, Gülyanəni işdən çıxarmasın. Bunun cavabında Təqsirləndirilən şəxs ona “narahat olma qızını işdən tam çıxarmayacağam, qızın nə zaman ölkəyə qayıtsa yenidən əmək haqqısını alacaqdır” deyə bildirmişdir. O, Təqsirləndirilən şəxs qızı Gülyanəni işdən çıxardığı təqdirdə digər qızlarından birini məntəqəyə işə götürməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona narahat olmamağını, Gülyanəni sənəd üzərində işdən çıxarandan sonra digər övladlarından birini işə götürəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs inanaraq sonuncunun xidməti otağında N16-cı ilin may ayının əvvəllərində Gülyanənin işdən çıxmaq istəməsi barədə qızının adından ərizə yazaraq Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs ərizəni ondan təhvil alıb onu yola salmışdır. Lakin Gülyanənin əvəzinə onun digər övladlarından heç birini işlə təmin etməmişdir. Əksinə Gülyanə işdən çıxardıqdan sonra CRHM-nin Biləsər hidroloji məntəqəsini bağlatdırmışdır. Həmin vaxtdan indiyə qədər olan müddət ərzində o, bir neçə dəfə Təqsirləndirilən şəxs müraciət edərək, hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizələr də yazaraq övladlarından birini Mərkəzdə işlə təmin etmələrini xahiş etsə də, bunun bir nəticəsi olmamışdır. Bir müddət sonra ona məlum olmuşdur ki, qızı Gülyanə faktiki olaraq N14-cü ilin oktyabr ayından Türkiyədə olmasına baxmayaraq həmin aydan N16-cı ilin may ayına qədər olan müddət ərzində qızının adına hər ay əmək haqqı yazılaraq mənimsənilmişdir. Həmin müddət ərzində qızı Gülyanənin adına yazılmış aylıq əmək haqqı pul vəsaitlərini CRHM-nin direktoru olmuş Təqsirləndirilən şəxs mənimsəmişdir. Ona görə də gələcəkdə qızı Gülyanə üçün hər hansı problem yarana biləcəyini düşünərək bu barədə şikayət etmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərmişdir ki, N01-ci ildən Lənkəran rayonu, Haftoni qəsəbəsində yerləşən özünə məxsus obyektdə bərbər (saç ustası) işləyir. Təqsirləndirilən şəxs təxminən N10-cu ildən tanıyır. Həmin dövrdə Təqsirləndirilən şəxs Lənkəran rayonunda yerləşən Hava Limanında işləmişdir. Təqsirləndirilən şəxs onun müştərisi olmuşdur. Daim saç kəsdirmək üçün onun yanına gəlmişdir. Təqsirləndirilən şəxsla səmimi münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxsla heç bir ədavəti və düşmənçiliyi olmamış, müştərisi olduğuna görə münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs N11-ci ilin yay aylarından Cənub X9 direktoru təyin edilmişdir. Bu barədə Cavid ona məlumat vermişdir. N11-ci ilin təxminən noyabr ayında Təqsirləndirilən şəxs saçını kəsdirmək üçün müştəri qismində yanında olarkən ondan rəsmi iş yerinin olubolmadığını soruşmuşdur. O, N01-ci ildən bərbər işləsə də rəsmi olaraq heç bir yerdə işləmədiyini Təqsirləndirilən şəxs demişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, X13 direktoru olaraq ona “Vaz 21074” markalı xidməti avtomobil ayrılmışdır. Hazırda sürücüsü yoxdur. Sürücü kimi onu işə götürə biləcəyini təklif etmişdir. O, Təqsirləndirilən şəxs aylıq əmək haqqının nə qədər olduğunu soruşduqda ona aylıq əmək haqqının 110-130 manat civarında olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs Lənkəran rayonunda hər kəsin onu saç ustası kimi tanıdığını, kifayət qədər müştərisinin olduğunu və maddi cəhətdən sıxıntısının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs isə ona Mərkəzdə sürücü kimi yalnız adının gedəcəyini, işə çıxmayacağını, sadəcə gələcəkdə pensiya yaşına çatanda stajının olacağını bildirmişdir. Ona əlavə staj yazıldığına və sosial ödəniş ödəniləcəyinə görə Təqsirləndirilən şəxsla razılaşaraq orada işləmək qərarına gəlmişdir. Onun həmin dövrdə Təqsirləndirilən şəxsla münasibətləri yaxşı olduğuna görə sonuncunun ona etdiyi təkliflə razılaşmış, düşünmüşdür ki, adı rəsmi iş yerində gedər və stajı olar. Təqsirləndirilən şəxs ona növbəti ilin əvvəlində, yəni N12-ci ilin yanvar ayından etibarən onu sürücüsü olaraq işə götürəcəkdi. Təqsirləndirilən şəxsla gəldiyi razılığa əsasən onun adı sürücü kimi X14 getdiyi müddətdə heç vaxt işə çıxmayacaq, sürücü kimi əmək funksiyasını yerinə yetirməyəcək, hər ayın sonunda bir dəfə gəlib sürücüyə aid lazımi sənədləri imzalayacaq, hər dəfə gəldikdə isə adına veriləcək plastik kartdan çıxardığı pulun hamısını Təqsirləndirilən şəxs təqdim edəcək, bunun müqabilində isə ona staj yazılacaqdır. Cavid Hüseyovla razılaşdığı kimi N12-ci ilin yanvar ayında X8 direktorun sürücüsü kimi işə götürülmüş və sənədləri imzaladıqdan sonra adı sürücü olaraq Mərkəzdə rəsmiləşdirilmişdir. N12-ci ilin yanvar ayının sonunda hazırda fəaliyyət göstərməyən “Bank Standart”ın Lənkəran filialından adına verilmiş plastik kartı Mərkəzdə təhvil almışdır. O, ilk iki ayın əmək haqqını çıxarıb Təqsirləndirilən şəxs təqdim etmişdir. Onun işlədiyi üçüncü aydan etibarən Cavid ona zəng edərək yoxlamalar olduğunu bildirib, tez-tez onu işə çağıracağını bildirmişdir. Hətta bir neçə dəfə onu işə çağıraraq Mərkəzin tabeliyində olmaqla, Astara, Lerik və Yardımlı rayonlarında yerləşən hidrometeorologiya idarələrinə aparmışdır. Təqsirləndirilən şəxs onu tez-tez Mərkəzə çağırdığına görə sonuncuya iradlarını bildirmiş, belə razlaşmadıqlarını Təqsirləndirilən şəxs izah edərək işdən çıxmaq istədiyini bildirmişdir. Çünki hər dəfə Cavid onu işə çağıranda müştəriləri bərbər salonunda gözlətmiş və bir müddət sonra müştəriləri azalmağa başlamışdır. Təqsirləndirilən şəxs isə hər dəfə ona narahat olmamağını, bir müddət keçdikdən sonra onu çağırmayacağını bildirmişdir. Bundan sonra o, qərara gəlmişdir ki, adına olan plastik əmək haqqı kartını Təqsirləndirilən şəxs qaytarsın və işdən çıxsın. O, Təqsirləndirilən şəxs N12-ci ilin fevral ayının sonlarında xidməti otağına gedərək onu işdən azad etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs isə onu dilə tutaraq daha işə çağırmayacağını və adının işdə getməsini bildirmişdir. O, adına olan plastik kartı Təqsirləndirilən şəxs təhvil vermişdir. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs yenə hər dəfə onu işə çağırmış və sənədləri imzlamağını tələb etmişdir. O, isə hər dəfə narazılığını bildirmişdir. Onu Mərkəzə gah Təqsirləndirilən şəxs, gah da mühasib işləmiş Şahid3 çağırmışdır. O, N13-cü ilin əvvəlindən etibarən Təqsirləndirilən şəxs onu işdən çıxarmasını xahiş etsə də, Təqsirləndirilən şəxs yenə onunla mülayim danışıb, onu ələ alaraq razı salmışdır ki, adı işdə gedəcək və onu daha Mərkəzə çağırmayacaqdır. O da işdə olmasa da əmək stajının yazıldığını düşünmüşdür. Lakin Təqsirləndirilən şəxs yenə hər ayda 2-3 dəfə onu Mərkəzə çağırmışdır. Bu səbəbdən Cavidlə aralarında daim narazılıqlar olmuşdur. Təqsirləndirilən şəxs onu işdə saxlamaqda məqsədi hər ay onun adına yazılan aylıq əmək haqlarını və digər ödənişləri mənimsəmək olmuşdur. O, işçilərdən eşitmişdir ki, işçilərə, o cümlədən ona aylıq əmək haqqı ilə yanaşı bayram pulları, məzuniyyət pulları da verilmişdir. Lakin o, heç vaxt nə əmək haqqı, nə də digər ödənişlər almamışdır. O, aldığı maaşları da Təqsirləndirilən şəxs xidməti otağında şəxsən sonuncuya təqdim etmişdir. Nəhayət N17-ci ilin mart ayında Təqsirləndirilən şəxs onu sürücü vəzifəsindən azad etmişdir. Onun adı N12-ci ilin yanvar ayından N17-ci ilin mart ayınadək olan müddətdə X16 Mərkəzində sürücü olaraq qeyd olunduğu müddətdə onun adına hesablanmış bütün əmək haqları və digər ödənişlər Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmişdir. O, işdən çıxarkən ona əmək kitabçası təqdim olunmuş, lakin son haqq-hesab verilməmişdir. Ümumiyyətlə adı sürücü kimi X16 Mərkəzində yazıldığı müddətdə o, hər hansı məbləğdə nə əmək haqqı, nə də digər ödənişlər almamışdır. O, əmək funksiyasını isə gündəlik olaraq yerinə yetirməmişdir, sadəcə ayda 2-3 dəfə Təqsirləndirilən şəxs çağırışı ilə gəlib sürücüyə aid sənədləri imzalayıb getmişdir. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır. 1985-ci ildə keçmiş X44 mühasibat uçotu şöbəsini mühasibatlıq uçotu ixtisası üzrə bitirmişdir. 24 avqust 1998-ci ildə əmək müqaviləsi əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin X25 Mərkəzinə baş mühasib vəzifəsinə təyin olunmuşdur. Həmin vaxtdan 16 iyul N18-ci il tarixədək Mərkəzdə baş mühasib vəzifəsində işləmişdir. 16 iyul N18-ci il tarixdən 04 avqust NN-ci il tarixədək CRHM-də aparıcı mühəndis arqometroloq, 04 avqust NN-ci il tarixdən hal-hazıra kimi təsərrüfat müdiri vəzifəsində çalışır. Mərkəzdə baş mühasib işlədiyi müddətdə onun vəzifələri Mərkəzin bütün maliyyə xidmətini aparmaq, işçilərlə və təşkilatlarla hesablaşma, smetaların vaxtlı-vaxtında dürüstləşdirilməsi, aylıq hesabların vaxtında tərtibi və təhvil verilməsi, hər il ilin sonunda inventarizasiyanın qalıqlar üzrə aparılması, maliyyə məsələləri ilə bağlı direktorun tapşırıqlarının icra edilməsi və sair işlərin yerinə yetirilməsindən ibarət olmuşdur. Təqsirləndirilən şəxs 04 avqust N11-ci il tarixdən 14 avqust NN-ci il tarixədək Cənub X9 direktoru vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji tədbirlər mərkəzində direktor vəzifəsində çalışmışdır. Təqsirləndirilən şəxsla münasiblətləri xidməti işçi münasibətləri olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin X25 Mərkəzi Biləsuvar, Cəlilabad, Yardımlı, Masallı, Lənkəran, Neftçala, Salyan, Lerik və Astara rayonlarını əhatə etmişdir. Mərkəzin həmin rayonlarda (Masallı rayonundan başqa) hidrometroloji stansiyaları fəaliyyət göstərir. Masallı rayonunda isə 1 ədəd meteoroloji məntəqə fəaliyyət göstərir. Mərkəzin işi xidməti əraziyə daxil olan rayonlardan təqdim edilmiş hidrometroloji müşahidə sənədlərini yoxlanılmasından və onların Xidmətə hər ay göndərilməsini təmin etməkdən ibarətdir. İşlədiyi müddətdə Mərkəzdə 60-100 civarında işçilər olmuşdur. Hal-hazırda Mərkəzdə 60-a yaxın işçi çalışır. İşçilərə hər ay aylıq əmək haqqı N06-cı ilin sentyabr ayından etibarən adlarına verilmiş plastik kart vasitəsi ilə köçürülür. Həmin əmək haqqı kartları əvvəlcə “Kapital Bank”ın Lənkəran filialından, daha sonra “Bank Standart”ın Lənkəran filialından və yenidən “Kapital Bank”ın Lənkəran filialından verilmişdir. Mərkəzin maliyyə əməliyyatları 31 iyul N18-ci il tarixədək Lənkəran rayon Maliyyə İdarəsi tərəfindən aparılmışdır. Həmin vaxtdan sonra maliyyələşmə işləri Xidmət tərəfindən aparılmışdır. Lənkəran rayonu Biləsər kənd sakini X56 işçi kimi tanımışdır, həmin şəxsi işə qəbul edilən zaman bir dəfə görmüşdür. Gülyanə Əzizova sənədlə CRHM-nin Biləsər hidroloji məntəqəsində hidroloq olmuşdur. Biləsər hidroloji məntəqəsinin binası olmamış, Gülyanə Əzizova evində ona təhvil verilmiş cihazlarla ölçmələr və hidroloji müşahidələr apararaq hər ay tərtib etdiyi aylıq hesabatları atası Şahid1 vasitəsi ilə Mərkəzin hidrologiya şöbəsinə təhvil vermişdir. Məhz Şahid1 da hər ay Mərkəzdə gördüyünə görə tanımışdır. Gülyanə Əzizova 21 iyun N13-cü ildən 02 may N16cı ilədək Biləsər hidroloji məntəqəsində hidroloq vəzifəsində işləmişdir. İşlədiyi müddətdə Gülyanə Əzizovaya 05 iyul N13-cü il tarixdə, N14-cü ilin iyun ayında və 01 iyul N15-ci il tarixdə plastik əmək haqqı kartı verilmişdir. Növbəti plastik kart ilkin plastik kartın istifadə müddəti bitdiyinə görə verilmişdir. Sonradan (dəqiq tarix və vaxt yadımda qalmamışdır) ona məlum olmuşdur ki, Gülyanə Əzizova daimi olaraq xarici ölkəyə köçmüşdür. Gülyanənin xarici ölkədə yaşadığı müddətdə ona hər ay aylıq əmək haqqı ödənilmişdir. Lakin Biləsər hidroloji məntəqəsinin hesabatlarını atası Rza hər ay Mərkəzə təhvil verməyə davam etmişdir. Həmin dövrdə Mərkəzin direktoru işləmiş Təqsirləndirilən şəxs Şahid1 Mərkəzə çağıraraq ondan X73nın əvəzinə işdən çıxma barədə ərizə almışdır. Həmin günü o da orada olmuşdur. Şahid1 Təqsirləndirilən şəxs göstərişi ilə kağıza qızının könüllü işdən çıxaması barədə ərizə yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin ərizəni elektron qaydada Mərkəzə ötürmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs Cənub X9 direktoru işlədiyi müddətdə bir sıra qanun pozuntularına yol vermişdir. Belə ki, Mərkəzdə direktor üçün “Vaz 21074” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobil ayrılmış və həmin avtomobilin xidmət zamanı idarə edilməsi üçün sürücü vəzifəsi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs N12-ci ilin yanvar ayında sürücü vəzifəsinə Lənkəran rayonu, Talışlı kənd sakini olan tanışı Şahid2 işə götürmüşdür. Şahid2 adı N12-ci ilin yanvar ayından N17-ci ilin aprel ayına kimi Mərkəzdə sürücü olaraq qeyd edilmiş, həmin müddətdə ona kadrlar şöbəsi tərəfindən hər ay tabeldə aylıq əmək haqqı yazıldıqdan sonra Təqsirləndirilən şəxs tərəfindən təsdiq edildikdən sonra əmək haqqı hesablanması üçün mühasibatlıq şöbəsinə verilmişdir. O da Şahid2 əmək haqqı hesablayaraq maliyyə sənədlərini Lənkəran rayonu Maliyyə İdarəsində uçota aldırdıqdan sonra öhdəlik sənədləri, kassa-ödəniş sənədləri banka və digər təşkilatlara göndərmişdir. Əmək haqları Rövşənin adına olan plastik karta köçürülməsini təmin edilmişdir. Lakin Şahid2 yaşadığı Talışlı kəndinə yaxın Haftoni qəsəbəsində yerləşən obyektində bərbər işləmiş və heç vaxt Mərkəzdə sürücü olaraq əmək funksiyalarını icra etməmişdir. Bu müddət ərzində xidməti avtomobili Təqsirləndirilən şəxs şəxsən özü idarə etmişdir. Hansısa sənədə, o cümlədən aylıq yol vərəqlərinə imza etmək lazım olduqda Təqsirləndirilən şəxs Rövşəni Mərkəzə çağırtdırmış və müvafiq sənədləri ona imzalatdırmışdır. N17-ci ilin aprel ayında Şahid2 işdən azad olunmuşdur. Rövşəndən sonra sürücü olaraq işə götürülmüş Qənbər Quliyev isə daim işə çıxaraq öz vəzifələrini icra etmişdir. İşlədiyi müddətdə Rövşənin aylıq əmək haqqını özünün və ya Təqsirləndirilən şəxs alması barədə heç bir məlumatı yoxdur. Bundan başqa Mərkəzin direktoru işləmiş Təqsirləndirilən şəxs həmin vəzifədə işlədiyi müddətdə Mərkəzə ayrılmış istilik yanacağı ilə bağlı pozuntulara yol vermişdir. Belə ki, dövlət büdcəsindən maliyələşən təşkilat olaraq X25 Mərkəzinə yanacaq və sürtkü materiallarının alınması ilə bağlı illik smetalarda vəsait ayrılır. Sabiq direktor Təqsirləndirilən şəxs şifahi tapşırığına əsasən N14-cü ildə 2983 litr dizel yanacağının dəyəri 1789,80 manat, N15-ci ildə 2925 litr dizel yanacağının dəyəri 1755,00 manat, cəmi 3544,80 manat pulu fərdi sahibkar Talış petrolun direktoru "X62"-nun anbardarı Ağakərim adlı şəxsdən alaraq Təqsirləndirilən şəxs xidməti iş otağında ona vermişdir. N19-cu ildə alınması rəsmiləşdirilmiş 1N0,00 manat dəyərində N00 litr dizel yanacağından Lerik və Lənkəran HMS-yə 480,00 manat dəyərində 800 litr dizel yanacağı verilməmişdir. Təqsirləndirilən şəxs həmin yanacağı Ədo Petrol yanacaq doldurma məntəqəsindən nağdlaşdıraraq götürmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs göstərişi əsasında vergi güzəşti tətbiq olunması üçün arayış təqdim etmədikləri halda bir sıra işçilərin aylıq əməkhaqqlarından güzəşt tətbiq etməklə ümumilikdə 1496,90 manat məbləğində az gəlir vergisi tutulmuşdur. Təqsirləndirilən şəxs özünə münasibətdə də vergi güzəşti tətbiq etmişdir. İstilik yanacağına ayrılmış pulu “Talış petrol” YDM-də nəğdləşdirib Təqsirləndirilən şəxs təqdim etməyi ilə əlaqədar ona hər hansı məbləğdə pul və sair verilməmişdir. Bu işi və sənədləşmə işlərini direktor Təqsirləndirilən şəxs tapşırığı ilə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin məbləğdə pul vəsaitlərinin bir hissəsinin müəssisənin xərclərinə sərf edəcəyini, odun alınması üçün stansiyalara pul göndərəcəyini bildirmişdir. Cinayət işi materiallarında olan audit aktında göstərilənlər həqiqəti əks etdirir. Bundan başqa intizam tənbehi qüvvədə olduğu müddətdə müəssisənin işçilərinə Təqsirləndirilən şəxs göstərişi əsasında tərəfindən mükafatlar yazılmışdır. Həmin mükafatları işçilər almışdır. O, Təqsirləndirilən şəxs göstərişini icra etmişdir. Ümumilikdə 4525,46 manat məbləğində mükafat ödənildiyi, 995,60 manat məbləğində büdcə vəsaitinin intizam tənbehi almış işçilərin Dövlət Sosial Sığorta Şəhadətnaməsi üzrə fərdi uçotuna ödənilmişdir. Təqsirləndirilən şəxs göstərişi əsasında ezamda olmayan şəxslərə ezamiyyə xərcləri yazılmışdır. Ezamiyə yazılan şəxslər Lənkəran rayonu ərazisini tərk etməmişdir. 6 halda cəmi 319,00 manat məbləğində ezamiyyə xərci ödənilmişdir. 19 fevral N22-ci il tarixli audit aktı və ona əlavə edilmiş sənədlərdə göstərilənlər həqiqəti əks etdirir. Qeyd edim ki, xidməti maşın üçün nəzərdə tutulan 34 adda maşın ehtiyat hissələri verilməmişdir. Belə ki, həmin dövrdə Cavid Hüseyovun göstərişi ilə həmin maşın ehtiyat hisslərə sənədləşmə aparılaraq guya Mərkəzə verildiyini göstərilmişdir. Bu yolla ümumilikdə 2164,59 manat büdcə vəsaiti israf edilmişdir. 02 oktyabr, 13 noyabr, 15 dekabr N14-cü il tarixlərdə qüsur aktlarında, 21 oktyabr, 18 noyabr, 19 dekabr N14-cü il tarixli ehtiyat hissələrinin əlavə quraşdırma aktlarında qeyd edilən ehtiyat hissələri Mərkəzə verilməmişdir. Təqsirləndirilən şəxs ona və digər işçilərə bildirmişdir ki, yeni ehtiyat hissələri Milli Hidrometeorologiya Xidməti tərəfindən ona göndərilmişdir və hazırda çilingərdədir. Təqsirləndirilən şəxs avtomobili özü idarə etdiyindən avtomobilinin təmirini özünün edəcəyini bildirmişdir. Ehtiyat hissələri barədə isə əlavə məlumat verməmişdir. Məhkəmə istintaqında Şahid4 qızı ifadəsində göstərmişdir ki, 1972-ci ildə Əzizağa Əlizadə ilə ailə qurmuşdur. 1973-cü ildən Milli Hidrometeorologiya Xidmətinin X25 Mərkəzində müxtəlif vəzifələrdə işləmişdir. 1993-cü ildən N16-cı ilədək Cənub X9 hidrometeoroloji şöbəsinin rəisi vəzifəsində işləmişdir. Şöbə rəisi kimi əsas vəzifələri iş planının qurulmasından, gündəlik məlumatların qəbul edilməsindən, ümumiləşdirilməsindən, işçilərin fəaliyyətini yoxlanılmasından və digər işlərdən ibarət olmuşdur. Belə ki, 6-7 işçi Mərkəzdə, digər işçilər müxtəlif rayonlarda, habelə Lənkəran rayonunda yerləşən məntəqələrdə işləmişlər. Təqsirləndirilən şəxs 04 avqust N11-ci il tarixdən 14 avqust NN-ci il tarixədək Cənub X9 direktoru vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji tədbirlər mərkəzində direktor vəzifəsində çalışır. Təqsirləndirilən şəxsla münasibətləri xidməti işçi münasibətləri olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. N16-cı ildə təqaüdə çıxmışdır. Təqsirləndirilən şəxs dəfələrlə ona qarşı qərəzli yanaşması nəticəsində 63 yaşında öz ərizəsi ilə işdən çıxmışdır. Lənkəran rayonu Biləsər kənd sakini X56 ilk dəfə işə qəbul ediləndə görmüş və onunla tanış olmuşdur. Gülyanə Əzizova sənədlə CRHM-nin Biləsər hidroloji məntəqəsində hidroloq olmuşdur. Biləsər hidroloji məntəqəsinin binası olmamış, Gülyanə Əzizova evində təhvil verilmiş cihazlarla ölçmələr və hidroloji müşahidələr apararaq hər ay tərtib etdiyi aylıq hesabatları atası Şahid1 vasitəsi ilə Mərkəzin hidrologiya şöbəsinə təhvil vermişdir. Məhz Şahid1 da hər ay Mərkəzdə gördüyünə görə tanımışdır. Gülyanə Əzizova 21 iyun N13-cü ildən 02 may N16-cı ilədək Biləsər hidroloji məntəqəsində hidroloq vəzifəsində işləmişdir. Maddi və texniki imkanlar olmadığından məntəqədə işləyən işçilərin davamiyyətini yoxlamaq mümkün olmamışdır. Gülyanə Əzizovanın atası hər ay hidroloji məlumatları gətirdiyi üçün o, Gülyanənin rayonda olduğunu və işlədiyini fikirləşmişdir. Ona görə tabelləri tərtib edib təsdiq edərək kadrlar şöbəsinə vermişdir. Nəticədə Təqsirləndirilən şəxs tərəfindən tabellər təsdiq edildikdən sonra sənədlər əməkhaqlarının verilməsi üçün mühasibatlığa verilmişdir. Sonradan məlum olmuşdur ki, Gülyanə Əzizova xarici ölkədə olduğu müddətdə onun adına əməkhaqqı yazılmışdır. Ona hər ay Gülyanənin atası tərəfindən müvafiq məlumatlar gətirildiyindən Gülyanənin məntəqədə işlədiyini zənn etmişdir. Sonradan ona məlum olmuşdur ki, 02 may N16-cı il tarixdə Mərkəzin direktoru işləmiş Təqsirləndirilən şəxs Şahid1 Mərkəzə çağıraraq ondan X73nın əvəzinə işdən çıxması barədə ərizə almışdır. Ərizəni Şahid1 yazmışdır. Həmin ərizə əsasında Gülyanə işdən azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Cənub X9 direktoru işlədiyi müddətdə bir sıra qanun pozuntularına yol vermişdir. Belə ki, Mərkəzdə direktor üçün “Vaz 21074” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobil ayrılmış və həmin avtomobilin xidmət zamanı idarə edilməsi üçün sürücü vəzifəsi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs N12-ci ilin yanvar ayında sürücü vəzifəsinə Lənkəran rayonu Talışlı kənd sakini olan Şahid2 işə götürmüşdür. Şahid2 bir neçə dəfə xidməti avtomaşını idarə edən görsə də sonralar Təqsirləndirilən şəxs özü xidməti maşını idarə etmişdir. Şahid2la əlaqəsi olmamışdır. Şahid2 bir neçə dəfə Mərkəzdə görmüşdür. Lakin uzun müddət Təqsirləndirilən şəxs xidməti maşını özü idarə etmişdir. Məhkəmə istintaqında Şahid5 ifadəsində bildirmişdir ki, 1992-ci ildə Vüqar Kərimovla ailə qurmuş və birgə nikahlarından bir övladı vardır. Əri Vüqar 1998-ci ildə xəstəliklə əlaqədar ölmüşdür. Anası və atası bir neçə il əvvəl ölmüşlər. Oğlu Şahid24 N19-cu ildə ailə qurmuş və bir nəvəsi vardır. O, oğlu, gəlini və nəvəsi ilə birlikdə yaşayır. 1995-ci ildən X25 Mərkəzində müxtəlif vəzifələrdə işləmişdir. 1996-cı ildən N18-ci ilədək Cənub X9 kadrlar şöbəsinin aparıcı mütəxəssisi işləmişdir. Kadrlar şöbəsində ondan başqa işçi olmamışdır. N18-ci ildən hazırki vaxtadək kompyuter operatoru vəzifəsində işləyir. Kadrlar şöbəsinin aparıcı mütəxəssisi kimi onun əsas vəzifəsi işçilərin işə qəbul sənədlərinin toplanması, direktor tərəfindən verilmiş əmrlərin tərtibi, işçilərin tabellərinin yazılması, yoxlanılması, işçilərin davamiyyətinə nəzarət edilməsi və digər işlərdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs 04 avqust N11-ci il tarixdən 14 avqust NN-ci il tarixədək Cənub X9 direktoru vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxsla münasiblətləri xidməti işçi münasibətləri olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin X25 Mərkəzi Biləsuvar, Cəlilabad, Yardımlı, Masallı, Lənkəran, Neftçala, Salyan, Biləsuvar, Lerik və Astara rayonlarını əhatə etmişdir. Hazırda bir sıra rayonlarda hidrometroloji stansiyalara nəzarət götürülmüşdür. Mərkəzdə 60-a yaxın işçi çalışır. İşçilərə hər ay aylıq əmək haqqı N06-cı ilin sentyabr ayından etibarən adlarına verilmiş plastik kart vasitəsi ilə köçürülür. Həmin əmək haqqı kartları əvvəlcə “Kapital Bank”ın Lənkəran filialından, daha sonra “Bank Standart”ın Lənkəran filialından və yenidən “Kapital Bank”ın Lənkəran filialından verilmişdir. Mərkəzin maliyyə əməliyyatları 31 iyul N18-ci il tarixədək Lənkəran rayon Maliyyə İdarəsi tərəfindən aparılmışdır. Həmin vaxtdan sonra maliyyələşmə işləri Xidmət tərəfindən aparılmışdır. Lənkəran rayonu Biləsər kənd sakini X56 ilk dəfə işə qəbul ediləndə görmüş və onunla tanış olmuşdur. Gülyanənin şəxsi işinə dair sənədləri toplamışdır. Gülyanə Əzizova sənədlə CRHM-nin Biləsər hidroloji məntəqəsində hidroloq olmuşdur. Biləsər hidroloji məntəqəsinin binası olmamış, Gülyanə Əzizova evində təhvil verilmiş cihazlarla ölçmələr və hidroloji müşahidələr apararaq hər ay tərtib etdiyi aylıq hesabatları atası Şahid1 vasitəsi ilə Mərkəzin hidrologiya şöbəsinə təhvil vermişdir. Şahid1 da hər ay mərkəzdə gördüyünə görə tanımışdır. Gülyanə Əzizova 21 iyun N13-cü ildən 02 may N16-cı ilədək Biləsər hidroloji məntəqəsində hidroloq vəzifəsində işləmişdir. İşçilərin davamiyyətinin yoxlanılması üçün ən azı həftədə bir dəfə məntəqələrə gedib işçilərin davamiyyəti yoxlanılmalı olsa da yoxlanılmamış, hidroloqlarla telefon əlaqəni əsasən şöbə rəisi qurmuşdur. Gülyanə Əzizovanın şöbə rəisi Şahid4 olmuşdur. Vera xanım Gülyanə və onun kimi digər işçilərin davamiyyətini yoxlayıb hər ayın əvvəlində tabelləri tərtib edib imzası ilə təsdiq edərək aidiyyəti üzrə ona vermişdir. O da Vera xanımın işinə məsuliyyətli yanaşmasına güvənərək əlavə yoxlama aparmadan tabelləri imzalayıb direktor Təqsirləndirilən şəxs təqim etmişdir. Təqsirləndirilən şəxs da həmin tabelləri təsdiq edib sənədləri aidiyyəti üzrə mühasibatlığa vermişdir. Sonradan (dəqiq tarix və vaxt yadımda qalmamışdır) ona məlum olmuşdur ki, Gülyanə Əzizova daimi olaraq xarici ölkəyə köçmüşdür. Gülyanənin xarici ölkədə yaşadığı müddətdə ona hər ay aylıq əmək haqqı ödənilmişdir. Biləsər hidroloji məntəqəsinin hesabatlarını Gülyanənin atası Rza hər ay Mərkəzə təhvil verməyə davam etmişdir. 02 may N16-cı il tarixdə Mərkəzin direktoru işləmiş Təqsirləndirilən şəxs Şahid1 Mərkəzə çağıraraq ondan X73nın əvəzinə işdən çıxma barədə ərizə almışdır. Ərizəni Şahid1 yazmışdır. O, direktorun otağına daxil olduqda Şahid1 direktorun ona dediklərini yazıya köçürmüşdür. Ərizə imzalandıqdan sonra direktor ərizəni ona vermişdir ki, PDF formatında ərizəni Bakı şəhərinə Xidmətin elektron portalına göndərsin. O da ərizəni elektron qaydada Xidmətə göndərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Cənub X9 direktoru işlədiyi müddətdə bir sıra qanun pozuntularına yol vermişdir. Mərkəzdə direktor üçün “Vaz 21074” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobil ayrılmış və həmin avtomobilin xidmət zamanı idarə edilməsi üçün sürücü vəzifəsi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs N12-ci ilin yanvar ayında sürücü vəzifəsinə Lənkəran rayonu Talışlı kənd sakini olan tanışı Şahid2 işə götürmüşdür. Şahid2 adı N12-ci ilin yanvar ayından N17-ci ilin aprel ayına kimi Mərkəzdə sürücü olaraq qeyd edilmiş, həmin müddətdə ona hər ay tabeldə aylıq əmək haqqı yazılaraq adına olan plastik karta köçürülməsi təmin edilmişdir. Lakin Şahid2 yaşadığı Talışlı kəndinə yaxın Haftoni qəsəbəsində yerləşən obyektində bərbər işləmiş və heç vaxt Mərkəzdə sürücü olaraq əmək funksiyalarını icra etməmişdir. Bu müddət ərzində xidməti avtomobili Təqsirləndirilən şəxs şəxsən özü idarə etmişdir. Hansısa sənədə, o cümlədən aylıq yol vərəqlərinə imza etmək lazım olduqda Təqsirləndirilən şəxs Rövşəni Mərkəzə çağırtdırmış və müvafiq sənədləri ona imzalatdırmışdır. O, Təqsirləndirilən şəxs göstərişinə əsasən Şahid2 barəsində tabellər tərtib etmiş və təsdiq olunması üçün Təqsirləndirilən şəxs təqdim etmişdir. N17-ci ilin aprel ayında Şahid2 işdən azad olunmuşdur. Rövşəndən sonra sürücü olaraq işə götürülmüş Qənbər Quliyev isə daim işə çıxaraq öz vəzifələrini icra etmişdir. İşlədiyi müddətdə Rövşənin aylıq əmək haqqını sonuncunun və ya Təqsirləndirilən şəxs alması barədə heç bir məlumatı yoxdur. Şahid2 işə çıxmasa da direktor Təqsirləndirilən şəxs tapşırığı ilə onu tabellərdə işə çıxan işçi kimi göstərmişdir. Bundan başqa X21 Müəssisəsinin 34/k nömrəli, 02 oktyabr N14-cü il tarixli əmrinə əsasən Lənkəran rayon sakini Şahid24 iki ay ştatdankənar kompüter operatoru, X34 iki ay müddətinə ştatdankənar usta, Şahid22 Şaliağa oğlu üç ay müddətinə ştatdankənar bağban vəzifəsinə, müəssisəsinin 92/k nömrəli, 01 sentyabr N15-ci il tarixli əmrinə əsasən Lənkəran rayon sakini ŞahidN dörd ay müddətinə ştatdankənar çilingər vəzifəsinə, 93/k nömrəli, 01 sentyabr N15-ci il tarixli əmrinə əsasən Lənkəran rayon sakini Şahid22 Şaliağa oğlu dörd ay müddətinə ştatdankənar bağban vəzifəsinə, 117/k nömrəli, 02 noyabr N15-ci il tarixli əmrinə əsasən Lənkəran rayon sakini Şahid21 iki ay müddətinə ştatdankənar dülgər vəzifəsinə qəbul edilmiş, ştatdankənar işçilərin işə çıxmamışlar, direktorun tapşırığına əsasən tabellərə onların adlarına əmək günü yazaraq imzası ilə təsdiq etmiş, sabiq baş mühasib Şahid3 da N14-N15-ci illərin sonunda işə qəbul edilmiş ştatdankənar işçilərin işə çıxmadıqları halda ona təqdim edilmiş tabel cədvəllərini əsas götürərək sabiq direktor Təqsirləndirilən şəxs tapşırığına əsasən N14-cü ildə Şahid23 355,02 manat, X42 355,02 manat, Şahid24 235,38 manat, N15-ci ildə X42 127,12 manat, Şahid21 241,12 manat, ŞahidN 336,89 manat, ümumilikdə 1650,55 manat məbləğində əmək haqqı hesablayaraq ödənilməsini təmin etmişdir. Kadrlar şöbəsində işlədiyi müddətdə direktor Təqsirləndirilən şəxs tapşırıqlarını yerinə yetirmişdir. Məhkəmə istintaqında Şahid6 ifadəsində göstərmişdir ki, 1990-cı ildən N16-cı ilədək X32 Mərkəzdə təsərrüfat müdiri vəzifəsində işləmişdir. Əsas vəzifəsi Mərkəzə verilən malmaterialların siyahısını tərtib etmək, çatışmazlıqların müəyyən edilməsi və digər işlərdən ibarət olmuşdur. Təsərrüfat müdiri kimi səlahiyyətləri geniş olsa da, Təqsirləndirilən şəxs icazəsiz heç bir səlahiyyətini həyata keçirməmişdir. Təqsirləndirilən şəxs həmişə müxtəlif sənədlər tərtib edərək ona təqdim etmiş, o da həmin sənədləri imzalamışdır. Sənədlərlə tanış olmadığından həmin sənədlərdə yazılanlardan məlumatı olmamışdır. Ona əmək haqqı kartları əvvəlcə “Kapital Bank”ın Lənkəran filialından, daha sonra “Bank Standart”ın Lənkəran filialından və yenidən “Kapital Bank”ın Lənkəran filialından verilmişdir. Ona sonradan məlum olmuşdur ki, Lənkəran rayonu, Biləsər kənd sakini X61 işdə olmadığı müddətdə ona bir neçə il əməkhaqqı yazılmışdır. Gülyanə Əzizovanı görməmişdir. Eşitdiyinə görə Gülyanənin atası Şahid1 qızının adından ərizə yazaraq işdən azad olma ilə əlaqədar Təqsirləndirilən şəxs müraciət etmişdir. Bundan başqa Şahid2 adı Mərkəzdə sürücü kimi getdiyi halda işə çıxmamışdır. Lakin tabeldə Şahid2 işdə olduğu göründüyü üçün Təqsirləndirilən şəxs göstərişi ilə onun barəsində əməkhaqqı və digər ödənişlər hesablanıb banka təqdim olunmuşdur. Cinayət işi materiallarında olan audit aktı və ona əlavə edilmiş sənədlərdən Cənub X9 baş mühasibi Şahid3 N14-cü ildə 2983 litr dizel yanacağının dəyəri 1789,80 manat, N15-ci ildə 2925 litr dizel yanacağının dəyəri 1755,00 manat, cəmi 3544,80 manat pulu fərdi sahibkar "X62"-nun anbardarı Ağakərim adlı şəxsdən alaraq Təqsirləndirilən şəxs xidməti iş otağında ona verdiyi müəyyən edilmisinə cavab olaraq ifadəsində göstərmişdir ki, stansiyalara və digər məntəqələrə dizel yanacağının verilməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs Mərkəzin adına gəlmiş dizel yanacağını nağdlaşdıraraq əldə etmiş və şəxsi ehtiyacları üçün sərf etmişdir. Təqsirləndirilən şəxs müxtəlif qaimələrə imza çəkdirərək dizel yanacağı ilə bağlı nağdlaşdırdığı pulları sənədləşdirmə yolu ilə yumuşdur. Cinayət işi materiallarında olan audit aktı və ona əlavə edilmiş sənədlərdə Milli Hidrometeorologiya Xidmətinin Cənub X9 Astara Hidrometeoroloji Stansiyasında uzunmüddətli aktivlərin, azqiymətli və tez köhnələn əşyaların, material və digər ehtiyatların faktiki varlığı mühasibat qalığı ilə üzləşdirildikdə ümumilikdə 50,36 manat dəyərin çatışmazlığın olması müəyyən edilməsinə cavab olaraq ifadəsində göstərmişdir ki, XN Stansiyasında uzunmüddətli aktivlərin, azqiymətli və tez köhnələn əşyaların, material və digər ehtiyatların faktiki varlığı mühasibat qalığı ilə üzləşdirildikdə cəmi 50,36 manat çatışmazlıq olması mümkündür. Mal-materiallar daim istifadə edildiyindən xarab olması mümkündür. 02 oktyabr, 13 noyabr, 15 dekabr N14-cü il tarixlərdə qüsur aktlarında, 21 oktyabr, 18 noyabr, 19 dekabr N14-cü il tarixli ehtiyat hissələrinin əlavə quraşdırma aktlarında qeyd edilən ehtiyat hissələri Mərkəzə verilməmişdir. Təqsirləndirilən şəxs ona və digər işçilərə bildirmişdir ki, yeni ehtiyat hissələri Milli Hidrometeorologiya Xidməti tərəfindən ona göndərilmişdir və hazırda çilingərdədir. Təqsirləndirilən şəxs avtomobili özü idarə etdiyindən avtomobilinin təmirini özünün edəcəyini bildirmişdir. Ehtiyat hissələri barədə isə əlavə məlumat verməmişdir. Məhkəmə istintaqında Şahid7 ifadəsində göstərmişdir ki, N16-cı ilin may ayında X25 Mərkəzinə təsərrüfat müdiri vəzifəsinə işə düzləmişdir. Təqsirləndirilən şəxs onu işə qəbul etmişdir. Öz vəzifə səlahiyyətlərindən əlavə Təqsirləndirilən şəxs ona xadimələrə, gözətçilərə nəzarət etməyi tapşırmışdır. Lakin sürücü Şahid2 nəzarət etməməyini tapşırmamışdır. Çünki Şahid2 sürücü kimi vəzifədə adı getsə də işə gəlməmiş, əmək funksiyasını yerinə yetirməmişdir. Şahid2 ayda bir dəfə gəlib sənədlərə imza çəkmişdir. Təsərrüfat müdiri kimi səlahiyyətləri geniş olsa da Təqsirləndirilən şəxs icazəsiz heç bir səlahiyyətini həyata keçirə bilməmişdir. Təqsirləndirilən şəxs həmişə müxtəlif sənədlər tərtib edərək ona təqdim etmiş, o da həmin sənədləri imzalamışdır. Sənədlərlə tanış olmadığından həmin sənədlərdə yazılanlardan məlumatı olmamışdır. Ona əmək haqqı kartları əvvəlcə “Kapital Bank”ın Lənkəran filialından, daha sonra “Bank Standart”ın Lənkəran filialından və yenidən “Kapital Bank”ın Lənkəran filialından verilmişdir. O, ayda 295 manat məbləğində əməkhaqqı almışdır. Sonradan ona məlum olmuşdur ki, Lənkəran rayonu, Biləsər kənd sakini X61 işdə olmadığı müddətdə ona bir neçə il əməkhaqqı yazılmışdır. Gülyanə Əzizovanı görməmişdir. Belə ki, o, işə qəbul olunduqda Gülyanə işdən çıxarılmışdır. Kəlvəz hidrometeoroloji stansiyasnın işçisi Ruslan Şıxaliyev “Ədo Petrol” yanacaq doldurma məntəqəsində Vaz 2107 markalı maşına kanistirlərdə ümumilikdə 100 litr dizel yanacağı təhvil vermişdir. Yardımlı hidrometeoroloji stansiyasının işçiləri “Ədo Petrol” yanacaq doldurma məntəqəsində N0 litr daha sonra 100 litr yanacağı kansitirlərə doldurub niva markalı maşınla aparmışlar. Digər stansiyaların hansı miqdarda dizel götürməsi və ya dizel götürməmələri barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs özü yanacaq işləri ilə məşğul olmuşdur. Məhkəmə istintaqında Şahid8 ifadəsində göstərmişdir ki, N15-ci ildən X25 Mərkəzində elektrik vəzifəsində işləyir. İşə Təqsirləndirilən şəxs götürmüşdür. Təqsirləndirilən şəxs onunla qonşuluqda kirayə yaşamışdır. Təqsirləndirilən şəxsla münasibətləri xidməti olmuşdur. Əsas vəzifəsi Mərkəzdə və Mərkəzin tabeçiliyində olan stansiya, məntəqələrdə elektrik xətlərinin düzəldilməsi, elektrik qovşaqlarının salamtlığının təmin edilməsi və bu kimi digər işlərdən ibarətdir. Əmək haqqını plastik kartla almışdır. O, həftənin beş günü işə getmişdir. Cinayət işi materiallarında olan 25 noyabr N15-ci il tarixli 172325 nömrəli qaimə fakturada 104,40 manat dəyərində 174 litr dizel yanacağını X57 məxsus yanacaq doldurma məntəqəsindən əldə etməsinin müəyyən edilməsinə cavab olaraq ifadəsində göstərmişdir ki, həmin qaimə fakturadakı imza ona məxsusdur, həmin qaimə faktura əsasında guya 174 litr dizel yanacağını əldə etmişdir. Lakin o, heç bir miqdarda dizel yanacağı qəbul etməmişdir. Güman edir ki, həmin məbləğdə pulu nağdlaşdıraraq Cavid Hüeynov özünə götürmüşdür. Şahid2 sürücü kimi işlədiyi müddətdə əmək funksiyasını yerinə yetirməmişdir. Məhkəmə istintaqında Şahid9 ifadəsində göstərmişdir ki, O, N14-cü ildən Cənub X9 Lerik rayon hidrometeoroloji stansiyasında meteoroloq vəzifəsində işləyir. Hazırda stansiyada 3 meteoroloq vardır. Meteoroloq kimi gündəlik hava məlumatlarının Xidmətə ötürülməsini təmin edir. Onu işə Təqsirləndirilən şəxs qəbul etmişdir. Təqsirləndirilən şəxs N11-ci ildən NN-ci ilədək Cənub X9 direktoru olmuşdur. O, N18-ci il tarixdə gündəlik məlumatları gecikdirdiyinə görə töhmət almışdır. N18-ci ilin mart ayında isə 86 manat mükafat əmək haqqı kartına yüklənmişdir. Məhkəmə istintaqında şahid Lerik rayon hidrometeoroloji stansiyasında meteoroloq vəzifəsində işləyən Şahid11 xx.xx.N17-ci il tarixdə 923/Ü nömrəli əmrlə töhmət intizam tənbehi almışınız. N17-ci ilin dekabr ayında isə mükafat qaydasında 172 manat məbləğində pul, N18-ci ilin mart və may aylarında ayrı-ayrılıqda 86 manat məbləğində pul aldığını təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Şahid14 məhkəməyə gəlməmiş, teleqramla müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Şahid14 ifadəsində xx.xx.N17-ci il tarixdə 960/Ü nömrəli əmrlə töhmət intizam tənbehi aldığını, N17-ci ilin dekabr ayında isə mükafat qaydasında 172 manat məbləğində pul, N18-ci ilin mart ayında 86 manat və may ayında 92 manat məbləğində pul aldığını və həmin pulun əmək haqqı kartına yükləndiyini göstərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Şahid15 məhkəməyə gəlməmiş, teleqramla müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Şahid15 ifadəsində göstərmişdir ki, N02-N07-ci illərdə Lerik rayonu Mərkəzi Bazarının müdiri, N07-N12-ci illərdə Füzuli rayonu N saylı hərbi hissədə minaatan batareya komandiri vəzifəsində işləmişdir. N12-ci ildə hərbi hissədən təxris olunmuşdur. N12-ci ildən Lerik rayon Hidrometeoroloji Stansiyasının rəisi vəzifəsində işləyir. Əsas vəzifəsi işçilərin iş rejiminə, texniki təhlükəsizlik qaydalarına nəzarət etməkdən, gündəlik məlumatların Mərkəzə ötürülməsindən və digər işlərdən ibarətdir. Təqsirləndirilən şəxs N11-ci ildən NN-ci ilədək Cənub X9 direktoru olmuşdur. Lerik rayonunda olduğundan Mərkəzdə və digər stansiyalarda qanunsuzluqların olub-olmaması barədə məlumatı olmamışdır. Qış mövsümü ilə əlaqədar stansiyalara o cümlədən X18 dizel yanacağı ayrılsa da öz hesabına dizel yanacağı alıb qış mövsümündə istiliyi təmin etmişdir. Mərkəzdən X18 dizel yanacağı ayrılmaması ilə bağlı heç vaxt Mərkəzə etiraz etməmiş və bu barədə müzakirə aparmamışdır. Mərkəzdə aparılan audit yoxlaması zamanı izahatında yalnış xatırladığı üçün Mərkəzdən dizel yanacağını aldığını bildirmişdir. Bundan başqa müxtəlif dövrlərdə dizel yanacağını Lerikdən və ya Lənkəranda yerləşən yanacaq doldurma məntəqələrindən öz hesabına almışdır. Qış mövsümü üçün X18 hər hansı məbləğdə pul, odun və ya dizel yanacağı verilməmişdir. Audit yoxlaması zamanı X17 bir ədəd 0,N manat dəyərində pilləkanın və bir ədəd 14,16 manat dəyərində su keçirməyən plaşın olmadığı müəyyən edilmişdir. Həmin ləvazimatlar artıq alınıb yerinə qoyulmuşdur. Digər qalıq məbləğ Astara hidrometeoroloji stansiyasında aşkar edilmişdir. xx.xx.N17-ci il tarixdə 142/Ü nömrəli əmrlə töhmət intizam tənbehi alsa da, N17-ci ilin may ayında isə mükafat qaydasında 105 manat məbləğində pul verilməsini təsdiq etmişdir. Məhkəmə istintaqında Şahid16 ifadəsində göstərmişdir ki, N13-cü ildən Neftçala HMS-də müxtəlif vəzifələrdə işləmişdir. N18-NN-ci illərdə stansiyada aparıcı mütəxəssis vəzifəsində işləmişdir. NN-ci ildən mütəxəssis meteoroloq vəzifəsində işləyir. N18-N19-cu illərdə Neftçala Hidrometeorolji stansiyasının rəisi Aynurə Aslanova olmuşdur. N19-cu ildə Aynurə Aslanova keçirilmiş attestasiya nəticəsində vəzifəsindən xaric edilmişdir və onun vəzifələrini müvəqqəti olaraq o, icra etmişdir. Neftçala HMS N18-NN-ci illərdə Cənub X9 tabeçiliyində olmuşdur. N18-NN-ci illərdə Salyan HMS Cənub X9 təkibində olduğu müddətdə Mərkəzin direktoru Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs hər gün müxtəlif saatlarda onunla və digər işçilərlə telefon əlaqəsi yaradaraq işçilərin davamiyyəti ilə bağlı məlumatlar əldə etmişdir. O, stansiya rəisi vəzifəsini müvəqqəti icra etdiyi müddətdə əsas vəzifəsi işçilərin iş rejiminə, texniki təhlükəsizlik qaydalarına nəzarət etməkdən, gündəlik məlumatların Mərkəzə ötürülməsindən və digər işlərdən ibarət olmuşdur. N18-NN-ci illərdə istiliyin təmin olunması üçün işlədiyi stansiyaya dizel yanacağı ayrılmamışdır. Təqsirləndirilən şəxs tələbi ilə stansiyaya dizel sobası alınmışdır. N19-cu ilin qış ayında Təqsirləndirilən şəxs Şahid3la stansiyaya gəlmişdir. Eyni gündə Təqsirləndirilən şəxs Salyan rayonuna da getmişdir. Orada Təqsirləndirilən şəxsla söhbətləşdikdə ona bildirmişdir ki, stansiyaya dizel yanacağı ayrılmamışdır. Ona görə Təqsirləndirilən şəxs 1N manat məbləğində pul verərək 300 litr dizel yanacağı ilə bağlı akt tərtib etdirmişdir. Həmin aktı imzalamışdır. Belə ki, həmin akta görə guya 300 lit dizel yanacağı qəbul etmişdir. Lakin həqiqətdə Təqsirləndirilən şəxs ona 1N manat məbəğində pul vermişdir. O da həmin məbləğdə pula dizel yanacağı alıb istilik üçün istifadə etmişdir. Məhkəmə istintaqında Şahid17 ifadəsində göstərmişdir ki, N14-cü ildən Salyan HMS-in rəisi vəzifəsində işləyir. Salyan HMS N14-N18-ci illərdə X22 Hidrometeorologiya Mərkəzinin tabeçiliyində olmuş, N18-NN-ci illərdə Cənub X9 tabeçiliyində, NN-ci ildən hazırki vaxtadək Aran X9 tabeçiliyindədir. N18-NN-ci illərdə Salyan HMS Cənub X9 təkibində olduğu müddətdə Mərkəzin direktoru Cavid Hüeynov olmuşdur. Təqsirləndirilən şəxs N11-ci ildən NN-ci ilədək Cənub X9 direktoru olmuşdur. Salyan rayonunda işlədiyimdən Mərkəzdə və digər stansiyalarda qanunsuzluqların olub-olmaması barədə məlumatım olmamışdır. N18-NN-ci illərdə istiliyin təmin olunması üçün işlədiyi stansiyaya dizel yanacağı ayrılmamışdır. Təqsirləndirilən şəxs tələbi ilə stansiyaya dizel sobası almışdır. N19-cu ildə qış ayında Təqsirləndirilən şəxs Şahid3la stansiyaya gəlmişdir. Orada Təqsirləndirilən şəxsla söhbətləşdikdə ona bildirmişdir ki, stansiyaya dizel yanacağı ayrılmamışdır. Ona görə Təqsirləndirilən şəxs 1N manat məbləğində pul verərək 300 litr dizel yanacağı ilə bağlı akt tərtib etmişdir. Həmin aktı imzalamışdır. Belə ki, həmin akta görə guya 300 lit dizel yanacağı qəbul etmişdir. Lakin həqiqətdə Təqsirləndirilən şəxs ona 1N manat məbəğində pul vermişdir. X23 Lənkəran şəhərində 140 km aralıda yerləşməsinə baxmayaraq Təqsirləndirilən şəxs işlədiyim stansiyada işçilərin vaxtı-vaxtında işə gəlibgetmələrinə telefonla əlaqə saxlayaraq daim nəzarət etmişdir. 1N manata da dizel alaraq stansiyaya aldığı dizel sobasında işlətmişdir. Məhkəmə istintaqında Şahid18 ifadəsində göstərmişdir ki, N14-cü ildən X25 Mərkəzində müxtəlif vəzifələrdə işləmişdir. N17-ci ildən Lənkəran rayon Hidrometeoroloji Stansiyasının rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs N11-ci ildən NN-ci ilədək Cənub X9 direktoru olmuşdur. Qış mövsümü ilə əlaqədar Xidmət tərəfindən stansiyalara o cümlədən X10 dizel yanacağı ayrılmışdır. O, işlədiyi müddətdə N19-cu il tarixdə ƏDO Petrol yanacaqdoldurma məntəqəsindən 100 litr dizel qəbul etməmişdir. N19-cu il üçün Mərkəz tərəfindən X5ş mövsümü üçün istiliyin təmin olunması məqsədi ilə 100 litr dizel yanacağı verilmişdir. Kəlvəz və Yardımlı Hidremeteoroloji stansiyalara hansı məbləğdə dizel yanacağı ayrılmasından, dizel yanacağının həmin stansiyalara təhvil verilibverilməməsindən məlumatı yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Şahid19 məhkəməyə gəlməmiş, teleqramla müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Şahid19 ifadəsində göstərmişdir ki, 1992-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətində müxtəlif vəzifələrdə işləmişdir. N12-ci ildən Cənub X9 Kəlvəz hidrometeoroloji stnasiyasının rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs N11-ci ildən NN-ci ilədək Cənub X9 direktoru olmuşdur. Lerik rayonunda olduğumdan Mərkəzdə və digər stansiyalarda qanunsuzluqların olub-olmaması barədə məlumatı olmamışdır. Qış mövsümü ilə əlaqədar stansiyalara o cümlədən X18 dizel yanacağı ayrılmışdır. Lerik rayonunda hava soyuq keçdiyindən Xidmət tərəfindən Mərkəzə ayrılmış dizel yanacağından istifadə etmişdir. N14-N15-ci illərdə qış mövsümü ilə əlaqədar istiliyin təmin edilməsini özü təmin etmişdir. Mərkəz tərəfindən hər hansı miqdarda dizel yanacağı ayrılmamışdır. N19-cu ildə işdən çıxmışdır. N19-cu ildə stansiya rəisi vəzifəsi vakant olmuşdur, lakin maddi məsul şəxs Ruslan Şıxaliyev olmuşdur. Ruslan N19-cu ildə xatırlamadığı vaxt məzuniyyətdə olarkən Mərkəzdən əldə etdiyi qaimələr əsasında “ƏDO Petrol” yanacaq doldurma məntəqəsindən 100 litr dizel yanacağını kanistrlər vasitəsilə götürüb stansiyaya gətirmişdir. N19-cu ildə Kəlvəz hidrometeoroloji stansiyasına 100 litr dizel yanacağı ayrılmış və həmin yanacaq götürülmüşdür. Bundan əlavə ifadəsində 01 oktyabr N15-ci il tarixli qaiməni imzalasa da, hər hansı miqdarda dizel yanacağı götürməmişdir. Təqsirləndirilən şəxs tapşırığına əsasən həmin qaiməni imzalamışdır. Lakin hər hansı miqdarda dizel yanacağı verilməmişdir. Məhkəmə istintaqında Şahid23 Şahid22la oxşar ifadə verərək N14-cü ilin oktyabr ayında ştatdan kənar Çilingər vəzifəsinə işçi kimi işə düzəldiyini, əmək funksiyasını cra etmədiyini, həmin ilin oktyabr ayında 108,57 manat, noyabr ayında 114 manat, dekabr ayında 132,45 manat məbləğində əmək haqqı köçdüyünü, N15-ci ilin oktyabr ayında 114 manat, noyabr ayında 112,45, dekabr ayında isə 110,44 manat məbləğində əmək haqqı adına olan bank kartına köçdüyünü və həmin pulları Şahid3 təhvil verdiyini bildirmişdir. Məhkəmə istintaqında Şahid24 ifadəsində göstərmişdir ki, “REFEM” mağazasında N15-ci ildən kassir işləyir. xx.xx.N14-cü il tarixdən xx.xx.N14-cü il tarixədək Mərkəzə kompyuter operatoru vəzifəsinə təyin edilsə də işə getməmişdir. N14-cü ilin oktyabr, noyabr aylarında ona hər hansı məbləğdə əməkhaqqı verilməmişdir. Belə ki, anası kadrlar şöbəsində mütəxəssis işlədiyi müddətdə Mərkəzin direktoru Təqsirləndirilən şəxs göstərişi əsasında ərizə yazaraq əmək müqaviləsi bağlanmış və kompyuter operatoru vəzifəsinə işə götürülmüşdür. Onun ərizə yazmayacağı təqdirdə Təqsirləndirilən şəxs anasını işdən azad edəcəyini bildirdiyi üçün ərizə ilə müraciət etmişdir. Onun adına gələn əmək haqqı isə Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmişdir. Audit hesabatı və ona əlavə edilmiş sənədlərdə ştatdankənar işçi kimi ona N14-cü ilin oktyabr və noyabr aylarında 108,57, 126,81 manat əmək haqqı verilməsinə cavab olaraq bildirmişdir ki, N14-cü ildə adına olan plastik kartdan çıxardığı ayrı-ayrı aylarda cəmi 235,38 manat pul vəsaitini Təqsirləndirilən şəxs verməsi üçün anası Şahid5 vermişdir. Məhkəmə istintaqında Şahid26 ifadəsində göstərmişdir ki, N08-ci ildən Lənkəran şəhəri Su 8 qəsəbəsində yerləşən “ƏDO Petrol” adlı yanacaq doldurma məntəqələrini işlədir. Həmin məntəqədən bir sıra dövlət təşkilatlarının yanacaq təminatını təmin etmək üçün onun hesabına pul yüklənmişdir. Təqsirləndirilən şəxs Mərkəzin direktoru kimi tanımışdır, onunla şəxsi münasibətləri olmamışdır. Hidrometeorologiya Xidmətindən Mərkəzə ayrılmış dizel yanacaqlar müvafiq qaimə fakturalar əsasında Mərkəzə təhvil verilmişdir. Təqsirləndirilən şəxs işlədiyi müddətdə Mərkəzdə hər hansı qanunsuzluğun olub-olmaması barədə məlumatı yoxdur. Belə ki, Hidrometeorologiya Xidməti tərəfindən N19-cu ilin dekabr ayında Cənub X9 dizel yanacağı ilə təmin edilməsi üçün 1N0 manat məbləğində pul ayrılmışdır. Həmin məbləğdə olan dizel yanacağını Mərkəzin müvafiq əməkdaşı paylama cədvəlinə əsasən verilmişdir. ƏDO Petrol yanacaq doldurma məntəqəsi tərəfindən dizel yanacağı Mərkəzə hissə hissə verilmişdir. 480 manat dəyərində 800 litr dizel yanacağının Mərkəz tərəfindən hara sərf edilməsi barədə məlumatı yoxdur. Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.N22-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətindən daxil olmuş 30 noyabr N21-ci il tarixli N/1288 nömrəli məktub və ona əlavə edilmiş sənədlərdən görünür ki, X61 353/K nömrəli 21 iyun N13-cü il tarixli əmrlə Lənkəran X4 Biləsər-Vəşəryu Hidrometeoroloji məntəqəsinə hidroloq vəzifəsinə qəbul edilmiş, 02 may N16-cı il tarixli 263/k nömrəli əmrlə tutduğu vəzifədən azad edilmişdir. İşlədiyi müddətdə ona çatacaq bütün əmək haqqı onun adına açılmış bank kartına müvafiq qaydada köçürülmüşdür. Azərbaycan Respublikası Baş Prokurorluğu Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin təqdim olunmuş X49 Azərbaycan Respublikası dövlət sərhəddini keçməsi (giriş-çıxış) barədə məlumatların əks olunduğu cədvələ əsasən, onun 3 oktyabr N14-cü il tarixdə ölkə ərazisindən çıxışı, 8 may N15-ci il tarixdə girişi, 5 iyun N15-ci il tarixdə yenidən çıxışı və 21 aprel N17-ci il tarixdə girişi qeydə alınmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Cənub X9 maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasına dair tərtib etdiyi 19 fevral N22-ci il tarixli akta əsasən Şahid2 verdiyi izahatında qeyd etdiyi işə çıxmadığı iş günləri üçün ona ümumilikdə 8906,54 manat məbləğində əməkhaqqı, mükafat və son haqq-hesab hesablanaraq ödənilməsi müəyyən olundu. Əlavə olaraq Sığortaedən tərəfindən "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 14.3.1. maddəsinə görə hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi, yəni 1959,44 manat məbləğində büdcə vəsaiti Şahid2 adına açılmış Dövlət Sosial Sığorta Şəhadətnaməsi üzrə fərdi uçotuna ödənilmiş və onun üçün pensiya fondu yaratmışdır. Yoxlama zamanı müəyyən olundu ki, keçmiş Milli Hidrometeorologiya Departamentinin 353 nömrəli, 21 iyun N13-cü il tarixli əmrinə əsasən Lənkəran rayonu Biləsər kənd sakini X61 müəssisənin Biləsər-Vəşəryu Hidrometeoroloji məntəqəsinə hidroloq vəzifəsinə qəbul edilmişdir. Atası Şahid1 verdiyi 15 fevral N22-ci il tarixli izahatında 03 oktyabr N14-cü il tarixdə qızı Əzizova Gülyanənin ailə həyatı qurduğunu, yaşamaq üçün Turkiyə Respublikasına getdiyini, həmin tarixdən hidroloq vəzifəsini icra etmədiyini, qeyd olunan dövrlər üçün əmək haqqı və sair işlə bağlı ödənişləri almadığını, dəfələrlə xahiş etməsinə baxmayaraq onların ailəsindən heç kəsi qeyd olunan vəzifəyə qəbul etmədiyini və X73ya məxsus ödənişlər üzrə plastik kart və PİN kodu iş otağında adi qaydada təhvil-təslim aparmadan Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. N14-cü ilin oktyabr ayından başlayaraq N16-ci ilin 02 may tarixinə kimi Gülyanə Əzizovanın işə çıxmadığı iş günləri üçün ona ümumilikdə 3727,68 manat məbləğində əməkhaqqı, mükafat və son haqq-hesab hesablanaraq ödənilmişdir. Əlavə olaraq Sığortaedən tərəfindən "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 14.3.1. maddəsinə görə hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi, yəni 8N,09 manat məbləğində büdcə vəsaiti Gülyanə Əzizovanın adına açılmış Dövlət Sosial Sığorta Şəhadətnaməsi üzrə fərdi uçotuna ödənilmiş və onun üçün pensiya fondu yaratmışdır. Eyni zamanda müəyyən olundu ki, keçmiş Lənkəran X4 34/k nömrəli, 02 oktyabr N14-cü il tarixli əmrinə əsasən Lənkəran rayon sakini Şahid24 iki ay müddətinə ştatdankənar kompüter operatoru, X34 iki ay müddətinə ştatdankənar usta və Şahid22 Şaliağa oğlu üç ay müddətinə ştatdankənar bağban vəzifəsinə, Müəssisəsinin 92/k nömrəli, 01 sentyabr N15ci il tarixli əmrinə əsasən Lənkəran rayon sakini ŞahidN dörd ay müddətinə ştatdankənar çilingər vəzifəsinə, 93/k nömrəli, 01 sentyabr N15-ci il tarixli əmrinə əsasən Lənkəran rayon sakini Şahid22 Şaliağa oğlu dörd ay müddətinə ştatdankənar bağban vəzifəsinə, 117/k nömrəli, 02 noyabr N15-ci il tarixli əmrinə əsasən Lənkəran rayon sakini Şahid21 isə iki ay müddətinə ştatdankənar dülgər vəzifəsinə qəbul edilmiş, lakin müəssisənin kadr işləri üzrə aparıcı mütəxəssisi Şahid5 08 fevral N22-ci il tarixdə verdiyi izahatında müəssisənin adları qeyd olunan ştatdankənar işçilərin işə çıxmadığı, direktorunun tapşırığına əsasən onların adlarına əmək günü yazaraq imzası ilə təsdiq etdiyini bildirmişdir. Sabiq baş mühasib Şahid3 08 fevral N22-ci il tarixdə verdiyi izahatında N14- N15-ci illərin sonunda işə qəbul edilmiş ştatdankənar işçilərin işə çıxmadıqları halda ona təqdim edilmiş tabel cədvəllərini əsas götürərək sabiq direktor Təqsirləndirilən şəxs tapşırığına əsasən N14-cü ildə Şahid23 355,02 manat, Şahid22 Şaliağa oğluna 355,02 manat, Şahid24 235,38 manat, N15-ci ildə Şahid22 Şaliağa oğluna 127,12 manat, Şahid21 241,12 manat, ŞahidN 336,89 manat, ümumilikdə 1650,55 manat məbləğində əmək haqqı hesablanaraq ödənildiyini, əlavə olaraq Sığortaedən tərəfindən "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 14.3.1. maddəsinə görə hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi, yəni 363,12 manat məbləğində büdcə vəsaiti qeyd olunan ştatdankənar işçilərin adlarına açılmış Dövlət Sosial Sığorta Şəhadətnaməsi üzrə fərdi uçotuna ödənilmiş, onlar üçün pensiya fondu yaratdığını bildirmişdir. Yохlаmа ilə əhatə olunan dövrdə müəssisədə minimum əmək haqqının və əmək haqlarının artırılması düzgün tətbiq edilmiş, məzuniyyət haqlarının hesablanmasında nöqsanlara yol verilməmiş, məzuniyyətdə və iş qabiliyyətini müvəqqəti itirməyə görə müavinət alan işçilərə təkrar əməkhaqqı yazılması halları aşkar edilməmişdir. Müəssisədə işçilərdən tutulmuş gəlir vergisinin yoxlanılması zamanı müəyyən olundu ki, müəssisədə Azərbaycan Respublikası Nazirlər Kabinetnin 04 nömrəli, 04 yanvar N01-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahisi" -nə zidd olaraq Azərbaycan Respublikası “Vergi Məcəlləsi”-nin 102.3-cü maddəsinin "İ və İİ dərəcə əlilliyi olan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri N0 manat məbləğində azaldılır", 102.5-ci maddəsinin "Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər ,o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır" və 102.8-ci maddəsinin "Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir." maddəsinin tələblərinə əməl edilməmiş, vergi güzəşti tətbiq olunması üçün arayış təqdim etmədikləri halda bir sıra işçilərin aylıq əməkhaqqlarından güzəşt tətbiq etməklə ümumilikdə 1496,90 manat məbləğində az gəlir vergisi tutulmuşdur. Müəssisədə işçilərə hesablanıb ödənilən mükafat və yardımların yoxlanılması zamanı müəyyən olundu ki, Zərərçəkmiş şəxs yanında Milli Hidrometeorologiya Xidmətinə 03/03 nömrəli, 10 fevral N22-ci il tarixli məktubla müraciət edilmiş və Xidmətin N/118 nömrəli, 10 fevral N22-ci il tarixli məktubu ilə 01 sentyabr N14-cü ildən 31 avqust NN-ci il tarixə kimi olan dövrdə intizam tənbehi almış işçilərin adlı siyahısı mükafat hesablama cədvəllərində olan işçilərin adlı siyahısı ilə üzləşdirərkən müəyyən olundu ki, müəssisədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2 maddəsinə "İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini müəssisə daxili intizam qaydalarını pozduqda" əsasən töhmət verildiyi halda həmin Məcəllənin 190.1 maddəsinin tələbinə zidd olaraq başa çatmamış N14-cü ilin dekabr ayında X50 191,00 manat, N15-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs 425,00 manat, Şahid3 333,00 manat, N16-cı ilin dekabr ayında X45 94,44 manat, X33 115,58 manat, X35 94,44 manat, N17-ci ilin may ayında Şahid15 105,00 manat, X52 105,00 manat, sentyabr ayında X52 105,00 manat, Şahid10 86,00 manat, X27 86,00 manat, X35 86,00 manat, X50 105,00 manat, Şahid12 86,00 manat, dekabr ayında Şahid14 172,00 manat, Şahid11 172,00 manat, X35 172,00 manat, Şahid12 172,00 manat, X50 210,00 manat, X52 210,00 manat, Şahid13 172,00 manat, X35 172,00 manat, X27 172,00 manat, Şahid10 172,00 manat, N18-ci ilin mart ayında X46 86,00 manat, Şahid11 86,00 manat, Şahid14 86,00 manat, X47 86,00 manat, Şahid10 92,00 manat, Şahid12 92,00 manat, Şahid14 92,00 manat, Şahid11 92,00 manat, ümumilikdə 4525,46 manat məbləğində mükafat ödənilmiş və "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 14.3.1. maddəsinə görə 22 faiz olmaqla yəni 995,60 manat məcburi dövlət sosial sığorta ayırması hesablanaraq qeyd olunan işçilərin adlarına Dövlət Sosial Sığorta Şəhadətnaməsi üzrə fərdi uçotuna ödənilmiş, onlar üçün pensiya fondu yaratmışdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar N12-ci il tarixli Q-01 nömrəli qərarı ilə təsdiq edilmiş “X43”na uyğun olaraq müəssəsədə ezamiyyətdə olan işçilərə hesablanıb ödənilən ezamiyyə xərclərinin düzgünlüyü yoxlanıldıqda müəyyən olundu ki, Müəssisədə həmin qərarın 1.3-cü müddəasının tələbləri gözlənilməyərək yuxarı təşkilatın dəvəti və qarşılıqlı razılaşma olmadığı halda baş idarəyə və yaxud digər ərazilərə ezam olunması rəsmiləşdirilmiş işçilərə 6 halda cəmi 319,00 manat məbləğində ezamiyyə xərci ödənilmişdir. Zərərçəkmiş şəxs yanında Milli Hidrometeorologiya Xidmətinin X25 Mərkəzində, X11, X7, X15, X6, Viləşçay-Şıxlar Hidrometeoroloji Müşahidə məntəqəsində, Təkdam Hidrometeoroloji məntəqəsində, X48 məntəqəsində, Rvarud Meteoroloji məntəqəsində, Vaqo-Təngərud Hidrometeoroloji məntəqəsində, Xəzər-Dəniz Hidrometeoroloji məntəqəsində və Sıfıdor-Lənkərançay Hidrometeoroloji məntəqəsində uzunmüddətli aktivlərin, azqiymətli və tez köhnələn əşyaların, material və digər ehtiyatların faktiki varlığı mühasibat qalığı ilə üzləşdirdikdə kənarlaşma müəyyən olunmadı. X41 Stansiyasında uzunmüddətli aktivlərin, azqiymətli və tez köhnələn əşyaların, material və digər ehtiyatların faktiki varlığı mühasibat qalığı ilə üzləşdirildikdə bir ədəd 35,40 manat dəyərində TM-1, N6055 markalı termometri, bir ədəd 0,60 manat dəyərində TM-12, N3942 markalı termometrin, X17 bir ədəd 0,N manat dəyərində pilləkanın və bir ədəd 14,16 manat dəyərində su keçirməyən plaşın, ümumilikdə 50,36 manat dəyərində çatışmamazlıq müəyyən olundu. Keçmiş Zərərçəkmiş şəxs Milli Hidrometeorologiya Departamentinin Lənkəran X4 sabiq baş mühasibi Şahid3 verdiyi 03 fevral N22-ci il tarixli izahatında müəssisənin anbarında və həyətinədə maye halında olan yanacaq vasitələrinin, o cümlədən dizel yanacağının qorunub saxlanılması üçün xüsusi çənlər və yaxud digər qablaşdırıcı vasitələrin olmadığına görə sabiq direktor Təqsirləndirilən şəxs şifahi tapşırığına əsasən N14-cü ildə 2983 litr dizel yanacağının dəyəri 1789,80 manat, N15-ci ildə 2925 litr dizel yanacağının dəyəri 1755,00 manat, cəmi 3544,80 manat pulu fərdi sahibkar "X62"-un anbardarı Ağakərim adlı şəxsdən alaraq Təqsirləndirilən şəxs xidməti iş otağında ona verdiyini, alınması rəsmiləşdirilmiş dizel yanacağının Stansiya və məntəqələr arasında bölgüsünü, aylıq silinməsi üçün aktlar tərtib edərək aidiyyatı üzrə imzalatdırdığını bildirmişdir. N19-cu ildə alınması rəsmiləşdirilmiş 1N0,00 manat dəyərində N00 litr dizel yanacağından 500 litri 300 manat dəyərində Lənkəran Yardımlı, Kəlvəz, 400 litrinin dəyəri 240,00 manat Salyan, Neftçala və 300 litrinin dəyəri 180,00 manat X2 verildiyi halda 480,00 manat dəyərində 800 litr dizel yanacağı cavabdeh şəxslər tərəfindən mənimsənilmişdir. Bundan əlavə xidməti avtonəqliyyat vasitəsi üçün Milli Hidrometeorologiya Departamenti tərəfindən Təqsirləndirilən şəxs adına yazılmış N avqust N14cü il tarixli, 833816 nömrəli qaimə-faktura ilə əvəzsiz qaydada 34 adda olmaqla 2164,59 manat dəyərində müxtəlif ehtiyat hissələri verilməsi sənədləşdirilmişdir. Lakin ehtiyat hissələrinin alınması üçün müəssisədə təsərrüfat müdiri, sürücü və sair aidiyyatı üzrə işçilərin olduğu halda qaimə-faktura tarixindən bir ay sonra, yəni 24 sentyabr N14-cü il tarixdə Təqsirləndirilən şəxs adına vəkalətnamə yazılmışdır. Həmin vaxt müəssisədə sürücü olmuş Şahid2 verdiyi 02 fevral N22-ci il tarixli izahatında yoxlamanın əhatə etdiyi dövrdə Bakı şəhərinə ezamiyyətə getmədiyini, xidməti avtonəqliyyat vasitəsi üçün ehtiyat hissələrinin alınmasında və quraşdırılmasında iştirak etmədiyini bildirmişdir. Müəssisənin sabiq baş mühasibi Şahid3 verdiyi 11 fevral N22-ci il tarixli izahatında N avqust N14-cü il tarixli, 833816 nömrəli qaimə-faktura ilə əvəzsiz qaydada 34 adda, 2164,59 manat dəyərində müxtəlif ehtiyat hissələri natura şəkilində müəssisənin anbarına mədaxil edilməmiş, Təqsirləndirilən şəxs tələbinə əsasən bir ay sonra, yəni 24 sentyabr N14-cü il tarixdə Təqsirləndirilən şəxs adına vəkalətnamə yazıb qaimə fakturada olan ehtiyat hissələrini sənəd üzərində anbara mədaxil edərək növbəti aylarda mütəxəsisin iştirakı və rəyi olmadan sürücünün, anbardarın və özünün iştirakı ilə qüsur və quraşdırma aktları tərtib edərək imzalatdırmış, qeyd olunan 34 adda 2164,59 manat dəyərində müxtəlif ehtiyat hissələrinin müəssəsnin direktoru Təqsirləndirilən şəxs öhtəsindən silinməsinin sənədləşdirməsini bildirmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Milli Hidrometeorologiya Xidmətindən daxil olmuş 08 iyul N22-ci il tarixli N/7N saylı cavab məktuba əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsininin 10 saylı Lənkəran Ərazi İdarəsindən daxil olmuş 14 iyul N22-ci il tarixli **********91 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Lerik rayonu, Şivlə kəndində yerləşən ümumi birgə (8 nəfər) mülkiyyətdə olan 0,61 ha həyətyanı torpaq sahəsi və Lerik rayonunun Şivlə kəndində yerləşən ümumi birgə (10 nəfər) mülkiyyətdə olan 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. Lənkəran RQİ və TBŞ-dən daxil olmuş 11 iyul N22-ci il tarixli 3145340-12N nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi qeydiyyata alınmamışdır. Milli Hidrometeorologiya Xidmətindən daxil olmuş 19 avqust N22-ci il tarixli N/893 saylı məktuba və ona əlavə edilmiş sənədlərə əsasən Zərərçəkmiş şəxs 519/k nömrəli 04 avqust N11-ci il tarixli əmrlə X25 Mərkəzinə direktor vəzifəsinə təyin edilmiş, Ekologiya və Təbii sərvətlər Nazirliyinin 460/Ü nömrəli 16 iyul N18-ci il tarixli əmri ilə Təqsirləndirilən şəxsla bağlanmış əmək müqaviləsi 16 iyul N18-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin a bəndi ilə ləğv edilmmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 638/K nömrəli 04 sentyabr N18-ci il tarixli əmri ilə Təqsirləndirilən şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Cəbnub X9 direktoru vəzifəsinə təyin edilmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 518/Knmrəli 14 avqust NN-ci il tarixli əmri ilə Təqsirləndirilən şəxs arasında bağlanmış əmək müqaviləsinə 14 avqust NN-ci il tarixdən Azərbaycan Respublikası əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndi ilə xitam verilmişdir. Ekologiya və təbii sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin 391/K nömrəli 19 avqust NN-ci il tarixli əmri ilə Təqsirləndirilən şəxs 19 avqust NN-ci il tarixdən Xidmətin texniki xidmət, meteorologiya və kalibrlənmə mərkəzinin direktor müavini vəzifəsinə təyin edilmişdir. Milli Hidrometeorologiya Xidmətinin 459/K nömrəli 10 iyun N21-ci il tarixi əmri ilə öz xahişi ilə işindən azad olunmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin 473/K nömrəli 10 iyun N21-ci il tarixli əmri ilə 11 iyun N21ci il tarixdən Təqsirləndirilən şəxs müddətli əmək müqaviləsi bağlamaqla Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji təədbirlər mərkəzinin direktor vəzifəsinə təyin edilmişdir. Ekologiya və təbii Sərvətlər Nazirliyinin 550/K nömrəli 14 iyun N22ci il tarixli əmri ilə Təqsirləndirilən şəxsla bağlanmış müddətli əmək müqaviləsinə 14 iyun N22ci il tarixdən əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəinin “b” bəndinə əsasən xitam verilmişdir. "xxxx" MMC-dən daxil olmuş 18 avqust N22-ci il tarixli HA-xx/xx/N22 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də mühəndis-hidroloq vəzifəsində çalışır. Məhkəmə mühasibatlıq ekspertizasının 09 avqust N22-ci il tarixli 9/5267 nömrəli rəyinə əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Maliyyə Xidməti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin X30 Mərkəzinin 01 yanvar N12-ci ildən 31 avqust NN-ci il tarixədək olan dövr ərzində maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı yaranmış çatışmazlıq 31.004,13 manat məbləğində müəyyən olunur. Lənkəran ŞRPŞ-dən 29 iyul N22-ci il tarixli 154-22406-1222 nömrəli məktubla daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Bakı şəhər İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 144 saylı Mənzil-Kommunal İstismar sahəsindən daxil olmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Bundan başqa daxil olmuş ailə tərkibi haqqında arayışa əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı qız övladı vardır. N111 nömrəli Kapital Bank ASC ödəmə qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X31 hesabına dəymiş ziyanın 25 faizi -7739 manat ödənilmişdir. Kapital Bank ASC ödəmə qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X31 hesabına xx.xx.N23-cü il tarixdə 12.000 manat, xx.xx.N23-cü il tarixdə 2 manat, xx.xx.N23-cü il tarixdə 2.353,70 manat, xx.xx.N23-cü il tarixdə 14.000 manat, xx.xx.N22-ci il tarixdə 2.500 manat məbləğində pul ödənilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən daxil olmuş xx.xx.N23-cü il tarixli, 3-14-N/2-1593/N23 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam olaraq ödənilmiş və barışıq əldə olunmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ona görə CM-nin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə ittiham elan edilmişdir ki, Zərərçəkmiş şəxs 519/k nömrəli 04 avqust N11-ci il tarixli əmri ilə keçmiş Milli Hidrometeorologiya Departamentinin X16 Müəssisəsinə (indiki Nazirlik yanında Milli Hidrometeorologiya Xidmətinin X25 Mərkəzi) direktor vəzifəsinə təyin edilməklə 14 avqust NN-ci il tarixədək həmin vəzifədə işləyərkən Milli Hidrometeorologiya Departamenti tərəfindən təsdiq edilmiş “Cənub X4 vəzifə təlimatı”nın 4-cü bəndinə əsasən direktor kimi X4 Əsasnaməsinə, Milli Hidrometeorologiya Departamentinin əmr, sərəncam və göstərişlərinə uyğun olaraq regionalın işini təşkil etmək, funksiya və vəzifələrinin yerinə yetirilməsini təmin etmək, MHD-nin təsdiq etdiyi qaydada dövlət orqanlarının, müəssisə və təşkilatların meteoroloji, hidroloji, iqlim hidroloji, dəniz hidrometeoroloji, aqrometeoroloji məlumatlarla, proqnozlarla, təhlükəli, o cümlədən təbii fəlakət törədə bilən hidrometeoroloji hadisələr haqqında xəbərdarlıqlarla təmin edilməsinə nəzarət etmək, tabeliyində olan hidrometeoroloji stansiya və məntəqələrdə meteoroloji, hidroloji, aqrometeoroloji və digər müşahidələrin mövcud təlimatlara uyğun aparılmasını, müşahidələrin nəticələrinin vaxtında MHD-yə çatdırılmasını təmin etmək, müəssisənin tabeliyində olan inzibati binaların, cihaz və avadanlıqların qorunmasını və səmərəli istifadəsini təşkil etmək, müəssisədə, o cümlədən, tabeliyində olan stansiya və məntəqələrdə əməyin mühafizəsi qaydalarına əməl olunmasını təmin etmək, mərkəz işçilərinin mükafatlandırılması və onlara əlavə əmək haqqı verilməsi məqsədilə MHD rəhərliyinə təkliflər vermək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul rəhbər vəzifəli şəxs kimi həmin xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə vahid niyyətlə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, Azərbaycan Respublikası Milli Hidrometeorologiya Xidmətinə məxsus olmaqla ona etibar olunmuş özgənin xeyli miqdarda əmlakını mənimsəmə və israfetmə yolu ilə talamaq qərarına gəlib, bu məqsədilə direktoru olduğu keçmiş X16 Müəssisəsinə 23 yanvar N12-ci tarixli 04ʂ3/k saylı əmri ilə sürücü vəzifəsinə işə götürdüyü tanışı Şahid2 həmin gündən 03 aprel N17-ci il tarixədək olan müddət ərzində iş yerinə getmədiyi və əmək funksiyalarını icra etmədiyi halda, sonuncunun adına olmuş plastik əmək haqqı kartına hər ay yüklənməsinə nail olduğu 108-N5 manat civarında aylıq əmək haqqı və digər ödəniş məbləğlərini Şahid2 vasitəsi ilə nəğdləşdirərək, cəmi 8906,54 manat nəğd pul vəsaitini vahid niyyətlə hissəhissə Mərkəzin inzibati binasındakı xidməti otağında sonuncudan şəxsən alıb şəxsi ehtiyaclarına sərf edərək və həmin məbləğdə pul vəsaitinə görə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.3.1-ci maddəsinə uyğun Şahid2 adına açılmış Dövlət Sosial Sığorta Şəhadətnaməsi üzrə fərdi uçotuna 1959,44 manat büdcə vəsaiti hesablanaraq yüklənməsinə səbəb olmaqla, ümumilikdə 10865,98 manat, eyni niyyətlə xidməti avtonəqliyyat vasitəsi üçün Milli Hidrometeorologiya Departamenti tərəfindən N avqust N14-cü il tarixli, 833816 nömrəli qaimə-faktura ilə adına sənədləşdirilmiş ümumi dəyəri 2164,59 manat təşkil edən 34 adda ehtiyat hissələrini müəssisənin anbarına təhvil verməyərək guya onların təyinatı üzrə istifadə edilməsinə dair 24 sentyabr N14-cü il tarixli 062340 nömrəli vəkalətnamə ilə öhdəsindən silinməsinə nail olmaqla, qeyd olunan ehtiyat hissələrinin dəyəri olan 2164,59 manat, 21 iyun N13-cü il tarixli 353/k saylı əmrlə X1 hidroloqu vəzifəsinə işə götürdüyü X49 03 oktyabr N14-cü il tarixdən işdən azad olunduğu 02 may N16-cı il tarixədək olan müddətdə ölkə hüdudlarından kənarda olub iş yerinə getmədiyi və əmək funksiyalarını icra etmədiyi halda həmin müddət ərzində sonuncunun adına olmuş plastik əmək haqqı kartına hər ay yüklənməsinə nail olduğu 155-310 manat civarında aylıq əmək haqqı və digər ödəniş məbləğlərini istintaqa məlum olmayan şəraitdə nəğdləşdirib, cəmi 3727,68 manat nəğd pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək və göstərilən məbləğdə pul vəsaitinə görə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.3.1-ci maddəsinə uyğun Gülyanə Əzizovanın adına açılmış Dövlət Sosial Sığorta Şəhadətnaməsi üzrə fərdi uçotuna 8N,09 manat büdcə vəsaiti hesablanaraq yüklənməsinə səbəb olmaqla, ümumilikdə 4547,77 manat, tərəfindən qəbul edilmiş 34/k nömrəli, 02 oktyabr N14-cü il tarixli əmrə əsasən Şahid24 iki ay ştatdankənar kompüter operatoru, X26 iki ay müddətinə ştatdankənar usta, Şahid22 Şaliağa oğlunu üç ay müddətinə ştatdankənar bağban vəzifəsinə, 92/k nömrəli, 01 sentyabr N15-ci il tarixli əmrə əsasən ŞahidN dörd ay müddətinə ştatdankənar çilingər vəzifəsinə, 93/k nömrəli, 01 sentyabr N15-ci il tarixli əmrə əsasən Şahid22 Şaliağa oğlunu dörd ay müddətinə ştatdankənar bağban vəzifəsinə, 117/k nömrəli, 02 noyabr N15-ci il tarixli əmrə əsasən Şahid21 iki ay müddətinə ştatdankənar dülgər vəzifəsinə işə qəbul edib, onların əmək funksiyalarını yerinə yetirmədikləri halda, müvafiq olaraq N14-N15-ci illərin oktyabr-dekabr ayları ərzində Şahid23 adına olmuş əmək haqqı kartına 355,02 manat, Şahid22 Şaliağa oğlunun adına olmuş əmək haqqı kartına 355,02 manat və 127,12 manat yüklənməsinə nail olub, cəmi 837,16 manat məbləğində pul vəsaitini Mərkəzin inzibati binasındakı xidməti otağında sabiq baş mühasib Şahid3 vasitəsi ilə, Şahid24 adına olmuş əmək haqqı kartına 235,38 manat, ŞahidN adına olmuş əmək haqqı kartına 336,89 manat və Şahid21 adına olmuş əmək haqqı kartına 241,12 manat yüklənməsinə nail olub, cəmi 813,39 manat pul vəsaitini isə şəxsən əldə edərək şəxsi ehyitaclarına sərf etməklə və həmin məbləğlərdə pul vəsaitinə görə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.3.1-ci maddəsinə uyğun göstərilən şəxslərin adlarına açılmış Dövlət Sosial Sığorta Şəhadətnaməsi üzrə fərdi uçotlarına cəmi 363,12 manat məbləğində büdcə vəsaiti hesablanaraq yüklənməsinə səbəb olmaqla, ümumilikdə N13,67 manat, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini müəssisə daxili intizam qaydalarını pozduqda” tələbinə əsasən N14-N18-ci illər üzrə töhmət növündə intizam tənbehi aldıqları halda, həmin Məcəllənin 190.1 maddəsinə zidd olaraq intizam tənbehi qüvvədə olduğu müddət ərzində özünə və müəssisənin işçilərinə, yəni N14-cü ildə X50 191 manat, N15-ci ildə özünə 425 manat, Şahid3 333 manat, N16-cı ildə X45 94,44 manat, X33 115,58 manat, X38 34,44 manat, N17-ci ildə Şahid15 105 manat, X51 4N manat, Şahid10 158 manat, X27 258 manat, X39 258 manat, X50 315 manat, Şahid12 258 manat, Şahid14 172 manat, Şahid11 172 manat, X46 172 manat, Şahid13 172 manat, N18-ci ildə X46 86 manat, Şahid11 178 manat, Şahid14 178 manat, Şahid9 Abdin oğluna 86 manat, Şahid10 92 manat, Şahid12 92 manat olmaqla, cəmi 4525,46 manat pul vəsaitinin mükafat qismində ödənilməsinə və qeyd olunan məbləğə görə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.3.1-ci maddəsinə uyğun adıçəkilən işçilərin adlarına açılmış Dövlət Sosial Sığorta Şəhadətnaməsi üzrə fərdi uçotlarına cəmi 995,60 manat büdcə vəsaiti hesablanaraq yüklənməsinə səbəb olmaqla, ümumilikdə 5521,06 manat, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar N12ci il tarixli Q-01 nömrəli qərarı ilə təsdiq edilmiş “X43”nın 1.3-cü müddəasının tələblərini pozaraq N15-N16-cı illərdə yuxarı təşkilatın dəvəti və qarşılıqlı razılaşma olmadığı halda baş idarəyə və yaxud digər ərazilərə ezam olunması rəsmiləşdirilmiş işçilərə 6 halda cəmi 319,00 manat məbləğində əsassız ezamiyyə xərcləri hesablanaraq əmək haqqı kartlarına ödənilməsinə səbəb olmaqla həmin məbləğdə, şifahi tapşırığı ilə onun əsl niyyətindən xəbərsiz olan Müəssisəsinin sabiq baş mühasibi Şahid3 vasitəsi ilə müəssisənin anbarında və həyətində maye halında olan yanacaq vasitələrinin, o cümlədən dizel yanacağının qorunub saxlanılması üçün xüsusi çənlər və yaxud digər qablaşdırıcı vasitələrin olmadığı bəhanəsi ilə direktoru olduğu Müəssisəyə və tabe qurumlara N14-cü ildə ayrılmış 2983 litr dizel yanacağının dəyəri olan 1789,80 manat, N15-ci ildə ayrılmış 2925 litr dizel yanacağının dəyəri olan 1755,00 manat olmaqla, cəmi 3544,80 manat pulu Lənkəran rayonu, Sütəmurdov kəndində fəaliyyət göstərən fərdi sahibkar X55 məxsus yanacaq doldurma məntəqəsinin anbardarı Şahid25 nəğd şəkildə alaraq, N19-cu ildə ayrılmış 1N0 manat qiymətində olan N00 litr dizel yanacağını Lənkəran şəhərində fəaliyyət göstərən “Ədo petrol” yanacaq doldurma məntəqəsindən qəbul edərək, həmin yanacağın 480 manat qiymətində olan 800 litrini təyinatı üzrə stansiyalara çatdırılmasını təmin etməyib şəxsi ehtiyaclarına sərf edərək, cəmi 4024,80 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 yanvar N01-ci il tarixli, 04 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısı”-na zidd olaraq N16-NN-ci illər ərzində Azərbaycan Respublikası “Vergi Məcəlləsi”-nin 102.3, 102.5 və 102.8-ci maddələri ilə tənzimlənən “İ və İİ dərəcə əlilliyi olan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri N0 manat məbləğində azaldılır, Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır və Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.” tələblərini pozaraq vergi güzəşti tətbiq olunması üçün arayış təqdim etmədikləri halda, özünə və Mərkəzin 18 nəfər işçisinə aylıq əmək haqqlarından 11,59-344,68 manat civarında güzəştlər tətbiq edilməsinə nail olub, cəmi 1496,90 manat məbləğində az gəlir vergisi tutulmasına səbəb olmaqla, həmin məbləğdə, ümumilikdə isə xeyli miqdar təşkil edən 30953,77 (otuz min doqquz yüz əlli üç manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət büdcə vəsaitini vahid niyyətlə mənimsəmə və israfetmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla talamış, bu əməlləri ilə dövlətin hidrometeorologiya və sosial sahədə qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin dispozisiyasına görə mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin dispozisiyasına görə vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda cinayət məsuliyyətinə səbəb olur. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 519/k nömrəli 04 avqust N11-ci il tarixli əmri ilə keçmiş Milli Hidrometeorologiya Departamentinin X16 Müəssisəsinə (indiki Nazirlik yanında Milli Hidrometeorologiya Xidmətinin X25 Mərkəzi) direktor vəzifəsinə təyin edilməklə 14 avqust NN-ci il tarixədək həmin vəzifədə işləmişdir. Milli Hidrometeorologiya Departamenti tərəfindən təsdiq edilmiş “Cənub X4 vəzifə təlimatı”nın 4-cü bəndinə əsasən direktor kimi X4 Əsasnaməsinə, Milli Hidrometeorologiya Departamentinin əmr, sərəncam və göstərişlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri yerinə yetirməyərək ümumilikdə isə xeyli miqdar təşkil edən 30953,77 (otuz min doqquz yüz əlli üç manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət büdcə vəsaitini vahid niyyətlə mənimsəmə və israfetmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla talamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr N21-ci il tarixli 15 №-li qərarının 39-cu bəndində qeyd olunur ki, Məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə əsasən, heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Cinayət Məcəlləsinin Ədalət prinsipindən bəhs edən 8-ci madddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Eyni zamanda Cinayət-Prosessual Məcəlləsinin 34.1-ci maddəsində göstərilmişdir ki, heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 mart N22-ci il tarixli Qərarına əsasən hüququn hamılıqla qəbul edilmiş eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipini ifadə edən bu konstitusiya normasının mənasına uyğun olaraq, əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Bu o deməkdir ki, bir şəxs eyni cinayətə görə təkrar olaraq cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilməz. Həmin hüquq öz konstitusiya-hüquqi təbiəti baxımından məhdudlaşdırıla bilməz və mahiyyət etibarı ilə həm qanunvericiliyə, həm də təqsirkar şəxsi cinayət məsuliyyətinə cəlb edən və ona cəzanın növünü və həddini müəyyən edən hüquqtətbiqedicilərə istiqamətlənmişdir. Bir əmələ görə iki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarda da ifadə olunmuşdur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) Böyük X3rşı iş üzrə N09-cu il 10 fevral tarixli Qərarındakı mövqeyinə əsasən, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsi ikinci cinayətin eyni faktlardan və ya birinci cinayətin əsasında duran faktlarla “əhəmiyyətli dərəcədə” eyni olan faktlardan irəli gəldiyi hallarda şəxsin ikinci «cinayətə» görə cinayət təqibinə məruz qalmasını və məhkəməyə verilməsini qadağan edən norma kimi qəbul edilməlidir (§§ 79-82). Qanunverici tərəfindən əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət aparılması baxımıdan, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunmasını nəzərdə tutmuşdur. Vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi tövsifini istisna edir. Əks hal eyni əmələ görə şəxsin Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təkrarən cəzalandırılması ilə nəticələnəcəkdir. Bu isə Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsinin tələblərinə ziddir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun N10-cu il tarixli Qərarına görə cinayət məsuliyyəti yaradan əməlin qanunda dəqiq, birmənalı və açıq-aşkar şəkildə göstərilməsi tələb edilir. Müvafiq olaraq, təqsirsiz şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına və təqsirli şəxslərin cinayət məsuliyyətindən kənarda qalmasına şərait yaratmamaq məqsədilə məsuliyyəti müəyyən edən cinayət qanununun müddəası qeyri-müəyyən və ikimənalı olmamalıdır. Beləliklə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, CM-nin 17.4-cü maddəsinin tələbləri baxımından həmin əməl CM-bnin 308.1-ci maddəsi ilə və məcmu kimi deyil, məhz CM-nin 179.2.3-cü maddəsi ilə tövsif olunmasını göstərmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr N21-ci il tarixli 15 №-li qərarının 37-ci bəndində qeyd olunur ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, CM-nin 17.4-cü maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə elan edilmiş ittihamdan CM-in 308.1-ci maddəsi ilə verilmiş ittiham xaric edilməli və Təqsirləndirilən şəxs əməli CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinə tövsif edilməlidir. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin həmin maddələrdə nəzərdə tutulan əməlləri törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan məhkəmə iclasında dindirilmiş və ibtidai istintaq zamanı elan edilmiş şahidlərin təsdiqedici ifadələri, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş istintaq hərəkətlərin dair digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə baxışı zamanı məhkəmə cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlinin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs son sözündə ona istinad edilən əməli törətdiyini etiraf etmiş, həmçinin səmimi peşmanlıq hissi keçirdiyini, zərər çəkmiş hüquqi şəxslə barışdığını, dəymiş ziyanı tamamilə ödədiyini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi bildirmişdir. Eyni zamanda zərər çəkmiş şəxsin nümayəndəsi məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizəsini təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbinə görə «Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmiş beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir». İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs maddi ziyan məbləğini tamamilə ödəməklə zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, eyni zamanda, o, dəymiş ziyanın iyirmi beş faizi miqdarında vəsaiti də dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin məcəllənin 43.1 və 43.1.2-ci maddəsinə görə məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunanları, həmçinin, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və onlara dəymiş ziyanı ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmiş beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə 150 (yüz əlli) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməli, maddi sübut və mülki iddianın olmaması nəzərə alımalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73- 1.2-ci, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41, 43, 321.2.1, 346, 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin, onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə olan cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv olunsun. İş üzrə 150 (yüz əlli) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardan, onun elan olunduğu andan N(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar