Məhkəmə qərarları › İş №1(049)-35/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-35/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-35/2024 15.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mehraliyev Zamı̇ l Zahı̇ d oğlu, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Əzı̇ mov Elşən Rövşən oğlu və Nəsı̇ rov Xalı̇ d İdrı̇ s oğlu, Müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər İbrahı̇ mov Elvı̇ n Telman oğlu, Məmmədlı̇ Tural Məmmədqulu oğlu, Müdafiəçi3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zərərçəkmiş şəxsin nümayəndəsi: Lənkəran Şəhər –Rayon Polis Şöbəsinin Təminat Hissəsinin inspektoru X1 iştirakı ilə, xx xxxx 1967-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, Lənkəran rayonu, Viravul kəndində qeydiyyatda olmaqla yaşamış, həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə, xx xxxxxxx 1993-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, Lənkəran rayonu, Viravul kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə, xx.xx.1976-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, Lənkəran rayonu Viravul kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən, ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə qərəzli hərəkətlər etmişdir. Belə ki, o, 01 iyul 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı Lənkəran rayonu, Viravul kəndinin mərkəzində fəaliyyət göstərən kənd çayxanasında olarkən, bu vaxt xidməti vəzifələrinin icrası ilə əlaqədar kənd ərazisində olan Lənkəran şəhər-rayon polis şöbəsinin Dövlət yol polisi bölməsinin yol patrul xidmətinin baş inspektoru, polis baş leytenantı Zərərçəkmiş şəxs1 və inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxs2 “BMW” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobildə küçə ilə xidmət yerinə hərəkət etdiklərini görüb, həmin vaxt orada olmuş həmkəndliləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək, polis əməkdaşı Zərərçəkmiş şəxs1 idarə etdiyi xidməti avtomobilin qarşısına keçib, avtomobili saxlatdırdıqdan sonra polis əməkdaşlarının kənd ərazisinə girməyə hünərlərinin çatmadığını israrla bildirib, guya onların avtomobili yüksək sürətlə idarə etməklə çayxananın qarşısında toz yaratdıqlarını bəhanə edərək, hər hansı bir səbəb olmadan müstəsna dərəcədə aqressivlik nümayiş etdirib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və dövlət əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edib, cəmiyyətdə qəbul olunmuş birgə yaşayış, ictimai yerdə insanlar arasında bərqərar olmuş davranış və əxlaq normalarına riayət olunmasına daha həssas yanaşılması tələblərini müstəsna dərəcədə etinasızlıq nümayiş etdirməklə pozaraq, öz şəxsiyyətlərini ictimai yer olan çayxananın qarşısında səs-küyə toplaşmış və sonradan ora gəlmiş çoxsaylı kənd sakinlərinin şəxsiyyətinin fövqündə qoyub, Lənkəran şəhər-rayon polis şöbəsinin balansında olan “BMW” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi və polis əməkdaşı Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, yəni hər üçü sükan arxasında əyləşmiş polis əməkdaşı Zərərçəkmiş şəxs1 ünvanına uca səslə nalayiq ifadələr işlədib, əvvəlcə özü yumruqla qəsdən xidməti avtomobilin mühərrik ötürüyünə (kapotuna), qrup üzvü Təqsirləndirilən şəxs3 isə təpiklə qəsdən xidməti avtomobilin sol ön qapısına vurub, özgənin əmlakına 40 manat məbləğində maddi ziyan vurmaqla əmlakı zədələyərək, daha sonra qrup üzvü Təqsirləndirilən şəxs3la birlikdə Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək, xidməti avtomobilin qapısını açıb, hər ikisi sonuncunun xidməti geyim formasından tutaraq onu zorla dartıb avtomobildən düşürməyə cəhd göstərib, onun xidməti geyim forması olan üst jileti qəsdən cıraraq, hər ikisi onunla əlbəyaxa olub, bədən nahiyələrinə qəsdən yumruq zərbələri vurmaqla Zərərçəkmiş şəxs1 sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən sol bazu nahiyəsində qançır kimi xəsarətlər yetirmiş, bunu görən digər polis əməkdaşı Zərərçəkmiş şəxs2 yaxınlaşaraq onları aralamağa və sakitləşdirməyə çalışarkən, bu vaxt eyni niyyətlə hərəkət edən digər qrup üzvü Təqsirləndirilən şəxs2 qrup üzvləri Təqsirləndirilən şəxs3 və onunla birlikdə ərtafdakıların onları uzaqlaşdırmaq cəhdlərinə məhəl qoymayıb, daha da aqressivləşərək, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərini davam etdirərək müqavimət göstərməklə, əraziyə toplaşmış insanların əhatəsində ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi Zərərçəkmiş şəxs2 üzərinə hücum edib, onun da ünvanına uca səslə nalayiq ifadələr işlədib, yumruğu ilə onun sinə nahiyəsinə qəsdən vuraraq ona fiziki ağrı yetirməklə, hər üçü bu qərəzli hərəkətlərini ümumilikdə 30-35 dəqiqə ərzində davam etdirərək bir qrup şəxs halında Lənkəran ŞRPŞ-nin DYPB-nin yol patrul xidmətinin baş inspektoru, polis baş leytenantı Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edilməsi, ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi olan yol patrul xidmətinin inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxs2 zor tətbiq edilməklə müqavimət göstərilməsi və şöbənin balansında olan xidməti avtomobilin zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən, ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə qərəzli hərəkətlər etmişdir. Belə ki, o, 01 iyul 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı Lənkəran rayonu, Viravul kəndinin mərkəzində fəaliyyət göstərən kənd çayxanasında olarkən, bu vaxt xidməti vəzifələrinin icrası ilə əlaqədar kənd ərazisində olan Lənkəran şəhər-rayon polis şöbəsinin Dövlət yol polisi bölməsinin yol patrul xidmətinin baş inspektoru, polis baş leytenantı Zərərçəkmiş şəxs1 və inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxs2 “BMW” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobildə küçə ilə xidmət yerinə hərəkət etdiklərini görüb, həmin vaxt orada olmuş həmkəndliləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşərək, polis əməkdaşı Zərərçəkmiş şəxs1 idarə etdiyi xidməti avtomobilin qarşısına keçib, avtomobili saxlatdırdıqdan sonra polis əməkdaşlarının kənd ərazisinə girməyə hünərlərinin çatmadığını israrla bildirib, guya onların avtomobili yüksək sürətlə idarə etməklə çayxananın qarşısında toz yaratdıqlarını bəhanə edərək, hər hansı bir səbəb olmadan müstəsna dərəcədə aqressivlik nümayiş etdirib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və dövlət əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edib, cəmiyyətdə qəbul olunmuş birgə yaşayış, ictimai yerdə insanlar arasında bərqərar olmuş davranış və əxlaq normalarına riayət olunmasına daha həssas yanaşılması tələblərini müstəsna dərəcədə etinasızlıq nümayiş etdirməklə pozaraq, öz şəxsiyyətlərini ictimai yer olan çayxananın qarşısında səs-küyə toplaşmış və sonradan ora gəlmiş çoxsaylı kənd sakinlərinin şəxsiyyətinin fövqündə qoyub, Lənkəran şəhər-rayon polis şöbəsinin balansında olan “BMW” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi və polis əməkdaşı Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, yəni hər üçü sükan arxasında əyləşmiş polis əməkdaşı Zərərçəkmiş şəxs1 ünvanına uca səslə nalayiq ifadələr işlədib, əvvəlcə qrup üzvü Təqsirləndirilən şəxs1 yumruqla qəsdən xidməti avtomobilin mühərrik ötürüyünə (kapotuna), digər qrup üzvü Təqsirləndirilən şəxs3 isə təpiklə qəsdən xidməti avtomobilin sol ön qapısına vurub, özgənin əmlakına 40 manat məbləğində maddi ziyan vurmaqla əmlakı zədələyərək, daha sonra qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək, xidməti avtomobilin qapısını açıb, hər ikisi sonuncunun xidməti geyim formasından tutaraq onu zorla dartıb avtomobildən düşürməyə cəhd göstərib, onun xidməti geyim forması olan üst jileti qəsdən cıraraq, hər ikisi onunla əlbəyaxa olub, bədən nahiyələrinə qəsdən yumruq zərbələri vurmaqla Zərərçəkmiş şəxs1 sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən sol bazu nahiyəsində qançır kimi xəsarətlər yetirmiş, bunu görən digər polis əməkdaşı Zərərçəkmiş şəxs2 yaxınlaşaraq onları aralamağa və sakitləşdirməyə çalışarkən, bu vaxt özü eyni niyyətlə hərəkət edərək qrup üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la birlikdə ərtafdakıların onları uzaqlaşdırmaq cəhdlərinə məhəl qoymayıb, daha da aqressivləşərək, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərini davam etdirərək müqavimət göstərməklə, əraziyə toplaşmış insanların əhatəsində ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi Zərərçəkmiş şəxs2 üzərinə hücum edib, onun da ünvanına uca səslə nalayiq ifadələr işlədib, yumruğu ilə onun sinə nahiyəsinə qəsdən vuraraq ona fiziki ağrı yetirməklə, hər üçü bu qərəzli hərəkətlərini ümumilikdə 30-35 dəqiqə ərzində davam etdirərək bir qrup şəxs halında Lənkəran ŞRPŞ-nin DYPB-nin yol patrul xidmətinin baş inspektoru, polis baş leytenantı Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edilməsi, ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi olan yol patrul xidmətinin inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxs2 zor tətbiq edilməklə müqavimət göstərilməsi və şöbənin balansında olan xidməti avtomobilin zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs3 - bir qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən, ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə qərəzli hərəkətlər etmişdir. Belə ki, o, 01 iyul 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı Lənkəran rayonu, Viravul kəndinin mərkəzində fəaliyyət göstərən kənd çayxanasının yaxınlığında olarkən, bu vaxt xidməti vəzifələrinin icrası ilə əlaqədar kənd ərazisində olan Lənkəran şəhər-rayon polis şöbəsinin Dövlət yol polisi bölməsinin yol patrul xidmətinin baş inspektoru, polis baş leytenantı Zərərçəkmiş şəxs1 və inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxs2 “BMW” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobildə küçə ilə xidmət yerinə hərəkət etdiklərini görüb, həmin vaxt çayxanada olmuş həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək, polis əməkdaşı Zərərçəkmiş şəxs1 idarə etdiyi xidməti avtomobilin qarşısına keçib, avtomobili saxlatdırdıqdan sonra polis əməkdaşlarının kənd ərazisinə girməyə hünərlərinin çatmadığını israrla bildirib, guya onların avtomobili yüksək sürətlə idarə etməklə çayxananın qarşısında toz yaratdıqlarını bəhanə edərək, hər hansı bir səbəb olmadan müstəsna dərəcədə aqressivlik nümayiş etdirib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və dövlət əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edib, cəmiyyətdə qəbul olunmuş birgə yaşayış, ictimai yerdə insanlar arasında bərqərar olmuş davranış və əxlaq normalarına riayət olunmasına daha həssas yanaşılması tələblərini müstəsna dərəcədə etinasızlıq nümayiş etdirməklə pozaraq, öz şəxsiyyətlərini ictimai yer olan çayxananın qarşısında səs-küyə toplaşmış və sonradan ora gəlmiş çoxsaylı kənd sakinlərinin şəxsiyyətinin fövqündə qoyub, Lənkəran şəhər-rayon polis şöbəsinin balansında olan “BMW” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi və polis əməkdaşı Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, yəni hər üçü sükan arxasında əyləşmiş polis əməkdaşı Zərərçəkmiş şəxs1 ünvanına uca səslə nalayiq ifadələr işlədib, əvvəlcə özü təpiklə qəsdən xidməti avtomobilin sol ön qapısına, qrup üzvü Təqsirləndirilən şəxs1 isə yumruqla qəsdən xidməti avtomobilin mühərrik ötürüyünə (kapotuna) vurub özgənin əmlakına 40 manat məbləğində maddi ziyan vurmaqla əmlakı zədələyərək, daha sonra qrup üzvü Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək, xidməti avtomobilin qapısını açıb, hər ikisi sonuncunun xidməti geyim formasından tutaraq onu zorla dartıb avtomobildən düşürməyə cəhd göstərib, onun xidməti geyim forması olan üst jileti qəsdən cıraraq, hər ikisi onunla əlbəyaxa olub, bədən nahiyələrinə qəsdən yumruq zərbələri vurmaqla Zərərçəkmiş şəxs1 sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən sol bazu nahiyəsində qançır kimi xəsarətlər yetirmiş, bunu görən digər polis əməkdaşı Zərərçəkmiş şəxs2 yaxınlaşaraq onları aralamağa və sakitləşdirməyə çalışarkən, bu vaxt eyni niyyətlə hərəkət edən digər qrup üzvü Təqsirləndirilən şəxs2 qrup üzvləri Təqsirləndirilən şəxs1 və onunla birlikdə ərtafdakıların onları uzaqlaşdırmaq cəhdlərinə məhəl qoymayıb, daha da aqressivləşərək, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərini davam etdirərək müqavimət göstərməklə, əraziyə toplaşmış insanların əhatəsində ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi Zərərçəkmiş şəxs2 üzərinə hücum edib, onun da ünvanına uca səslə nalayiq ifadələr işlədib, yumruğu ilə onun sinə nahiyəsinə qəsdən vuraraq ona fiziki ağrı yetirməklə, hər üçü bu qərəzli hərəkətlərini ümumilikdə 30-35 dəqiqə ərzində davam etdirərək bir qrup şəxs halında Lənkəran ŞRPŞ-nin DYPB-nin yol patrul xidmətinin baş inspektoru, polis baş leytenantı Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edilməsi, ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi olan yol patrul xidmətinin inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxs2 zor tətbiq edilməklə müqavimət göstərilməsi və şöbənin balansında olan xidməti avtomobilin zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, 01 iyul 2023-cü il tarixdə saat 23 radələrində baş vermiş hadisədə o, da iştirak etmiş, lakin o, heç kimi vurmamış, heç kimə xəsarət yetirməmişdir, sadəcə yol polisi əməkdaşlarına kənddə surətlə maşın surməməyi bildirmişdir. Həmin hadisə zamanı orada olduğuna görə əməlindən peşmandır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilməklə araşdırılmış cinayət işinin 81-83-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, 01 iyul 2023-cü il tarixdə, saat 23:12 radələrində yaşadığı Lənkəran rayonu, Viravul kəndində qonşusunda toya hazırlıq kimi məclisdən evinə gedirmiş. Həmin vaxt onun yanında küçədən iki yol polisi avtomobili sürətlə keçmişdir. Yol polisinin avtomobillləri bir gümüşü rəngli dörd göz mersedes markalı avtomobilin arxasınca gedib həmin avtomobili dayandırmaq istəmişlər. Lakin təxminən 10 dəqiqə sonra polis avtomobilləri geriyə qayıtmışlar. Həmkəndlisi Təqsirləndirilən şəxs3 və o həmin polis avtomobillərin qarşısına çıxıb avtomobilləri saxlatmışlar. Onlar polis əməkdaşı olan Zərərçəkmiş şəxs1 üzərinə hücum çəkib, onu avtomobildən yerə düşürtmək istəyən zaman Kamranın əynində olan polis ciletkası cırılmışdır. O, avtomobili saxlayan zaman avtomobilin kapotuna əli ilə vurmuş, daha sonra Kamranın qapısını açıb onu avtomobildən düşürtmək istəmişdir. Kamranın sinəsindən tutub demiş ki, “sizə kim icazə verib kənd yolunda bu sürətlə avtomobil idarə edəsiniz”. Kamran ona heç bir söz deməyib onu sakitləşmişdir. Orada həmkəndliləri Təqsirləndirilən şəxs3, Şahid6, Təqsirləndirilən şəxs2 və Şahid5 olmuşlar. O, Təqsirləndirilən şəxs3 qoşulmuş və polis əməkdaşları ilə mübahisə etmiş ki, kənd yerində sürətlə avtomobil idarə etməsinlər. Xalid polis avtomobilinə bir təpik vurmuşdur. Əməlindən peşmandır, gələcəkdə heç vaxt belə xoşagəlməz hadisə etməyəcəyinə söz vermişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, 01 iyul 2023-cü il tarixdə saat 23 radələrində baş vermiş hadisədə o, da iştirak etmiş, lakin o, heç kimi vurmamış, heç kimə xəsarət yetirməmişdir, sadəcə yol polisi əməkdaşlarına kənddə surətlə maşın surməməyi bildirmişdir. O, hadisə zamanı polis avtomobilinə, habelə polis əməkdaşına xəsarət yetirməmişdir. Polis əməkdaşları ilə mübahisə olmasına görə peşmandır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilməklə araşdırılmış cinayət işinin 101-103-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, 01 iyul 2023-cü il tarixdə saat 23:12 radələrində yaşadığı Lənkəran rayonu Viravul kəndində çayxanada oturub çay içmişdir. Həmin vaxt çayxananın yanımda küçədən iki yol polisi avtomobili sürətlə keçmişdir. Yol polisinin avtomobillləri bir gümüşü rəngli dörd göz mersedes markalı avtomobilin arxasınca gedib həmin avtomobili dayandırmaq istəmişlər. Həmin vaxt küçəni toz bürümüşdür. O, da bundan əsəbiləşmiş, çayxanadan durmuşdur. Həmin avtomobillərin getdiyi istiqamətə ayaqla o da getmişdir. Küçədə toz qalxması ona çox pis təsir etmişdir. Əsəbindən ətrafında kimlərin olub-olmamasını dəqiq xatırlamır. Həm də həmin axşam öz evində spirtli içki qəbul etmişdir. Yolda yol polisinin avtomobillərinin qarşısı alınmış və kənd yerində avtomobili sürətli idarə etməmək bəhanəsi ilə polis əməkdaşları ilə mübahisə etmişlər. Polis əməkdaşı olan sonradan adını bildiyi Xalid adlı polis ilə münaqişə etmişdir. Münaqişə zamanı əli ilə bir şillə Xalidin sinəsinə vurmuşdur. Sonra Xalid onun üzərinə gəlniş və ona demiş ki, onu nə üçün vurduğunu soruşmuşdur. O da polis serjantı Xalidə, sən vurulası şərəfsizsən, yaxşı edib səni vurmuşam sözlərini demişdir. Onun polis əməkdaşları ilə münaqişəsi onların kəndlərində avtomobili sürətli sürdükləri üçün olmuşdur. O əməlindən peşmandır, gələcəkdə heç vaxt belə xoşagəlməz hadisə etməyəcəyinə söz vermişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 01 iyul 2023-cü il tarixdə saat 23:12 radələrində yaşadığı Lənkəran rayonu Viravul kəndində evdən çıxıb mağazaya siqaret almağa getmişdir. Həmin vaxt onun yanında küçədən iki yol polisi avtomobili sürətlə keçmişlər. Yol polisinin avtomobillləri bir gümüşü rəngli dörd göz mersedes markalı avtomobilin arxasınca gedib həmin avtomobili dayandırmaq istəmişlər. Təxminən 10 dəqiqə sonra polis avtomobilləri geriyə qayıtmışdır. Həmkəndlisi Təqsirləndirilən şəxs1, o və bir neçə həmkəndliləri həmin polis avtomobillərin qarşısına çıxıb avtomobilləri saxlatmışlar. Həmin vaxt o camaatın arasına girib onlara demiş ki, hay-küy etmək lazım deyil. Həmkəndlilərinə demiş ki, polisin 102 xidməti zəng mərkəzinə məlumat verib gəlib Lənkəran ŞRPŞ-nin DYP-si əməkdaşlarının qanunsuz onların yaşadığı kəndə girib sürətli avtomobil idarə etdiklərini araşdırıb qanuni tədbir görsünlər. Həmin vaxt hay-küy olduğundan onun istifadə etdiyi mobil eynək yerə düşmüşdür. O, telefonunu götürüb oradan sakitcə uzaqlaşıb öz evinə getmişdir. Daha sonra kəndin mərkəzində nələrin baş verdiyini, kim kimi vurduğunu, yəni həmkəndlilərindən polis əməkdaşlarına qarşı hər hansı bir tabesizlik, vurma, həmçinin polis əməkdaşlarının həmkənlilərindən kimi vurmasını və ya təhqir etməsini görməmiş və bu barədə heçnə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində xidmət edir. Onun atası uzun müddət Lənkəran rayon Veravul kəndində tanınmış adam olduğuna görə həmin kənddə həmişə hörmətlə qarşılanmışdır. Lakin 01 iyul 2023-cü il tarixdə, saat 23 radələrində baş vermiş hadisə zamanı kənd sakinlərinin belə hərəkət etmələri ona qəribə gəlmişdir. Hadisənin üzərindən uzun müddət keçdiyi üçün tam təfərrüatı ilə xatırlmadığı üçün ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hadisə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xüsusilə canfəşanlıq etmiş, polis əməkdaşlarına və polisin ximəti avtomobilinə zərər vurmuşlar. Hadisədən uzun müddət keçdiyindən Təqsirləndirilən şəxs3 hadisə zamanı orada olması və hansı hərəkəti etməsini tam xatırlamır. Hazırda təqsirləndirilən şəxslərə barışmış, ona vurulmuş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş cinayət işinin 133-135-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2010-cu ildən DİO-da, 2013-cü ildə tutduğu vəzifədə xidmət edir. 01 iyul 2023-cü il tarixdə saat 23 radələrində o, Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru polis baş leytenantı Zərərçəkmiş şəxs1 ilə Viravul kənd yolunda xidmət apardıqları zaman YPX-nin inspektorları polis baş serjantları Şahid1 ilə Şahid2 efir vasitəsi ilə onları köməyə çağıraraq bildirmişlər ki, rayonun Viravul kəndində Mercedes markalı **- DB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şahid8 saxla əmrinə məhəl qoymayaraq, avtoxuliqanlıq edib tabesizlik göstərir. Onları olduqları ünvana çağırmışlar. O da Zərərçəkmiş şəxs1 ilə birlikdə köməyə gedib həmin avtomobili saxlaya bilməmiş, həmin avtomobil avtoxuliqanlıq edərək, tabesizlik etməkdə davam edib yüksək sürətlə avtomobilini idarə edib öz yaşadığı həyətinə daxil olmuşdur. Daha sonra onlar Vilvan kəndi ilə xidməti yerlərlərinə qayıdan zaman həmin kəndin mərkəzi küçəsində kənd sakinləri olan sonradan bəzilərinin adlarını bildikləri şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 özlərini xidməti avtomobil olan BMW markalı, **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qarşısına ataraq, avtomobili idarə etməyə mane olmuşlar, Təqsirləndirilən şəxs1 əlləri ilə avtomobilin kapotuna vurub avtomobili məcburi qaydada saxlatdırmışdır. Onlar uca səslə “sizə kim icazə verib bizim kəndimizə girəsiniz” deyə qışqırmağa başlamışlar. Onların səsinə kənd çayxanasından və ətrafda olan evlərdən insanlar çıxmaqla, hadisə yerinə çoxsaylı kənd sakinləri toplaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 və X9 onların üzərlərinə hücüm edərək, avtomobilin sürücü tərəfdən qapısını açıb Zərərçəkmiş şəxs1 üst geyimi olan xidməti ciletkasını dartıb avtomobildən düşürtməyə çalışmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs1 xidməti ciletkası cırılaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əllərində qalmışdır. Lakin Zərərçəkmiş şəxs1 avtomobildən düşmüş, onları sakitləşdirməyə çalışmışdır. Onlara izah etmiş ki, biz dövlət qulluqçularıyıq. Siz yolu bağlamısız, bu cinayətdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hər ikisi yenidən Zərərçəkmiş şəxs1 üzərinə hücum edib, onunla əlbəyaxa olmaqla yanaşı uca səslə nalayiq küçə söyüşləri ilə onu və onunla bərabər xidmətdə olan polis əməkdaşlarını söyüb-təhqir etmişlər. Bu vaxt xidmətdə olan polis serjantları Şahid1, Şahid2 və o da xidməti avtomobillərdən düşüb həmin şəxsləri birlikdə sakitləşdirməyə çalışmışlar. Lakin həmin şəxslər sakitləşmək bilməyib onların üzərlərinə hücüm çəkib onlarla əlbəyaxa olmuşlar. Bundan başqa o Zərərçəkmiş şəxs1 ilə əlbəyaxa olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ayıran zaman Viravul kənd sakini Təqsirləndirilən şəxs2 daha aqresir şəkildə onun üzərinə hücüm edib onunla əlbəyaxa olmuş, əli ilə sinəsindən vuraraq onu kənara itələmişdir. O, Təqsirləndirilən şəxs2 onu niyə vurduğu barədə soruşanda, Təqsirləndirilən şəxs2 ona “sən vurulası şərəfsizsən” sözlərini uca səslə deyib və eyni qaydada uca səslə nalayiq küçə söyüşləri ilə polis əməkdaşlarını söymüşdür. Nə qədər çalışsalar da həmin şəxsləri sakitləşdirə bilməmişlər. Həmin şəxslər yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 sakitləşdirmək mümkün olmamış, həmin şəxslər onların üzərlərinə dəfələrlə hücum edib, onlara əl-qol atdıb, nalayiq küçə söyüşləri ilə söyüb-təhqir etmişlər. Hadisə yerinə toplaşan kənd sakinləri həmin şəxsləri dəfələrlə onlardan ayırsalar da, həmin şəxslər yenidən onların üzərlərinə hücum edib onları dəfələrlə uca səslə iştimaiyyət içində küçə söyüşləri ilə söyüb-təhqir etməkdə davam etmişlər. Həmin şəxslərdən biri olan Təqsirləndirilən şəxs2 daha çılğın formada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qoşulub onları vurmağa çalışmışdır. Lakin həm polis əməkdaşları, həm də bəzi adlarını bilmədiyi kənd sakinləri həmin şəxsləri sakitləşdirərək buna imkan verməmişlər. Həmin şəxslərin içkili olduqları gözlə açıqca müşahidə olunmuşdur. Həmdə nəfəslərindən spirtli içki qoxusu gəlmişdir. Həmin şəxslər ona və xidmətdə olan polis əməkdaşlarına Kamrana, Mirtağıya və Afiqə hücum edib əl-qol atmışlar. Xalid Nəsir xidməti avtomobili təpikləmiş, birlikdə polis əməkdaşlarını təhqir etməklə ictimaiyyətə açıqca hörmətsizlik etmişlər. Həmin şəxslərin hərəkətləri təxminən 30-35 dəqiqə davam etmişdir. Yol demək olar ki, bağlanmışdır. Küçəyə yaxın olan yaşayış evlərinin sakinləri hadisə yerinə gəlib həmkənlilərini sakitləşdirmişlər. Həmin vaxt hadisə yerində olan adlarını bilmədikləri 3-4 vətəndaşlarda onlara hücum etməsələr də, uca səslə söyüb təhqir etmişlər. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş cinayət işinin 126-128-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2016-ci ildən DİO-da, 2019-cu ildə tutduğu vəzifədə xidmət edir. 01 iyul 2023-cü il tarixdə saat 23 radələrində o Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı Zərərçəkmiş şəxs2 ilə Viravul kənd yolunda xidmət apardıqları zaman YPX-nin inspektorları polis baş serjantları Şahid1 ilə Şahid2 efir vasitəsi ilə onları köməyə çağıraraq bildirmişlər ki, rayonun Viravul kəndində Mercedes markalı **-DB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şahid8 saxla əmrinə məhəl qoymayaraq, avtoxuliqanlıq edib tabesizlik göstərmişdir. Onları olduqları ünvana köməyə çağırmışlar. O da Zərərçəkmiş şəxs2 ilə birlikdə köməyə gedib həmin avtomobili saxlaya bilməmişlər, həmin avtomobil avtoxuliqanlıq hərəkətləri edərək, yolda ziqzaqvari hərəkətlər edib, tabesizlik etməkdə davam etmiş, yüksək sürətlə avtomobilini idarə edib öz yaşadığı həyətinə daxil olmuşdur. Daha sonra onlar Vilvan kəndi ilə xidməti yerlərinə qayıdan zaman həmin kəndin mərkəzi küçəsində kənd sakinləri olan sonradan bəzilərinin adlarını bildikləri şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 özlərini xidməti avtomobil olan BMW markalı, **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qarşısına ataraq, avtomobili idarə etməyə mane olmuşlar, Təqsirləndirilən şəxs1 əlləri ilə avtomobilin kapotuna vurub avtomobili məcburi qaydada saxlatdırmışdır. Onlar uca səslə “sizə kim icazə verib bizim kəndimizə girəsiniz” deyə qışqırmağa başlamışlar. Onların səsinə kənd çayxanasından və ətrafda olan evlərdən insanlar çıxıb hadisə yerinə çoxsaylı kənd sakinləri toplaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 və X9 onların üzərinə hücüm edərək, avtomobilin sürücü tərəfdən qapısını açıb onun üst geyimi olan xidməti ciletkanı dartıb avtomobildən düşürtməyə çalışmışlar. Həmin vaxt onun xidməti ciletkası cırılaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əllərində qalmışdır. Lakin o avtomobildən düşmüş, onları sakitləşdirməyə çalışmışdır. Onlara izah etmiş ki, dövlət qulluqçularıdırlar, yolu bağlamısız, bu cinayətdir. Onlar isə hər ikisi yenidən onun üzərinə hücum edib, onunla əlbəyaxa olmaqla yanaşı uca səslə nalayiq küçə söyüşləri ilə onu söyüb-təhqir etmişlər. Bu vaxt xidmətdə olan polis serjantları Şahid1, Şahid2 və Zərərçəkmiş şəxs2 də xidməti avtomobillərdən düşüb həmin şəxsləri birlikdə sakitləşdirməyə çalışmışlar. Lakin onlar sakitləşmək bilməyib onların üzərinə hücüm çəkib əlbəyaxa olmuşlar. Bundan başqa polis serjantı Zərərçəkmiş şəxs2 onunla əlbəyaxa olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ayıran zaman Viravul kənd sakini Təqsirləndirilən şəxs2 daha aqresir şəkildə Zərərçəkmiş şəxs2 üzərinə hücüm edib onunla əlbəyaxa olmuş, əli ilə Zərərçəkmiş şəxs2 sinəsindən vuraraq onu kənara itələmişdir. Nə qədər çalışsalarda onları sakitləşdirə bilməmişlər. Həmin şəxslər yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 sakitləşdirmək mümkün olmamış, həmin şəxslər onlar üzərlərinə dəfələrlə hücum edib, onlara əl-qol atıb, nalayiq küçə söyüşləri ilə söyüb-təhqir emişlər. Hadisə yerinə toplaşan kənd sakinləri onları dəfələrlə ayırsalar da həmin şəxslər yenidən onların üzərlərinə hücum edib uca səslə ictimaiyyət içində küçə söyüşləri ilə söyüb-təhqir etməkdə davam etmişlər. Həmin şəxslərdən biri olan Təqsirləndirilən şəxs2 daha çılğın formada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qoşulub onları vurmağa çalışmışlar. Lakin həm onlar, həm də bəzi adlarını bilmədikləri kənd sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 sakitləşdirərək buna imkan verməmişlər. Həmin şəxslərin içkili olduqları gözlə açıqca müşahidə olunmuşdur. Həmdə nəfəslərindən spirtli içki qoxusu gəldiyini hiss etmişlər. Həmin şəxslər ona və xidmətdə olan polis əməkdaşlarına Xalidə, Mirtağıya və Afiqə hücum edib əl-qol atmışlar. Xalid Nəsir xidməti avtomobili təpikləmiş, birlikdə polis əməkdaşlarını təhqir etməklə ictimaiyyətə açıqca hörmətsizlik etmişlər. Onların hərəkətləri təxminən 30-35 dəqiqə davam etmişdir. Yol demək olar ki, bağlanmışdır. Küçəyə yaxın olan yaşayış evlərinin sakinləri, hadisə yerinə gəlmiş, həmkənlilərini sakitləşdirmişlər. Həmin vaxt hadisə yerində olan adlarını bilmədikləri 3-4 vətəndaşlarda üzərlərinə hücum etməsələrdə onları söyüb təhqir etmişlər. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərlə barışdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş Lənkəran Şəhər–Rayon Polis Şöbəsinin nümayəndəsi qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Lənkəran Şəhər–Rayon Polis Şöbəsinin Təminat Hissəsinin inspektoru vəzifəsində xidmət edir. 01 iyul 2023-cü il tarixdə saat 23:12 radələrində baş vermiş hadisə nəticəsində xidməti avtomobilə 40 manat dəyərində, Zərərçəkmiş şəxs1 ciletkasının cırılmasına görə isə 78 manat ziyan dəymişdir.01 iyul 2023-cü il tarixdə baş vermiş hadisə nəticəsində Səmədov Asif, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 tərəfindən Lənkəran Şəhər – Rayon Polis Şöbəsinin xidməti avtomobilinə və geyim formasına dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışmış, onlardan şikayət və tələbləri yoxdur. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 01 iyul 2023-cü il tarixdə saat 23 radələrində Viravul kənd yolunda xidmət apardıqları zaman rayonun Viravul kəndində Mercedes markalı **-DB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şahid8 saxla əmrinə məhəl qoymayaraq, avtoxuliqanlıq edib tabesizlik göstərmişdir. Onlarda Şahid8 saxlaya bilmədikləri üçün yaxınlıqda xidmət aparan YPX-nin inspektorları polis baş leytenantı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 efir vasitəsi ilə köməyə çağıraraq bildirmişlər ki, Mercedes markalı **-DB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şahid8 saxla əmrinə məhəl qoymayaraq, avtoxuliqanlıq edib tabesizlik göstərir. Onlarda deyilən ünvana köməyə gəlmişlər. Birlikdə kömək etsələr də, həmin avtomobili saxlaya bilməmiş, həmin avtomobil avtoxuliqanlıq hərəkətləri edərək, yolda ziqzaqvari hərəkətlər edib, tabesizlik etməkdə davam etmiş, yüksək sürətlə avtomobilini idarə edib öz yaşadığı həyətinə daxil olmuşdur. Daha sonra onlar Vilvan kəndi ilə xidməti yerlərlərinə qayıdan zaman həmin kəndin mərkəzi küçəsində kənd sakinləri olan sonradan bəzilərinin adlarını bildikləri şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 özlərini Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xidməti avtomobili olan BMW markalı, **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qarşısına ataraq, avtomobili idarə etməyə mane olmuşlar, Təqsirləndirilən şəxs1 əlləri ilə avtomobilin kapotuna vurub avtomobili məcburi qaydada saxlatmışdır. Həmin şəxslər uca səslə sizə kim icazə verib bizim kəndimizə girəsiniz deyə qışqırmağa başlamışlar. Onların səsinə kəndin mərkəzi çayxanasından və ətrafda olan evlərdən insanlar çıxıb hadisə yerinə çoxsaylı kənd sakinləri toplaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 və X9 onların üzərlərinə hücüm edərək, avtomobilin sürücü tərəfdən qapısını açıb Zərərçəkmiş şəxs1 üst geyimi olan xidməti ciletkasını dartıb avtomobildən düşürtməyə çalışmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs1 xidməti ciletkası cırılaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əllərində qalmışdır. Lakin Zərərçəkmiş şəxs1 avtomobildən düşmüş, onları sakitləşdirməyə çalışmışdır. Həmin şəxslərə izah etmiş ki, “biz dövlət qulluqçularıyıq, siz yolu bağlamısız, bu cinayətdir”. Həmin şəxslər isə hər ikisi yenidən Zərərçəkmiş şəxs1 üzərinə hücum edib, onunla əlbəyaxa olmaqla yanaşı uca səslə nalayiq küçə söyüşləri ilə onu və onunla xidmətdə olan polis əməkdaşlarını söyüb-təhqir etmişlər. Bu vaxt xidmətdə olan polis serjantları Şahid1, Zərərçəkmiş şəxs2 və o də xidməti avtomobillərdən düşüb həmin şəxsləri birlikdə sakitləşdirməyə çalışmışlar. Lakin onlar sakitləşmək bilməyib onların üzərlərinə hücüm çəkib əlbəyaxa olmuşlar. Bundan başqa Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 ilə əlbəyaxa olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ayıran zaman Viravul kənd sakini Təqsirləndirilən şəxs2 daha aqresir şəkildə Zərərçəkmiş şəxs2 üzərinə hücüm edib onunla əlbəyaxa olmuş, əli ilə sinəsindən vuraraq onu kənara itələmişdir. Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs2 onu niyə vurması barədə soruşanda, Təqsirləndirilən şəxs2 ona uca səslə “sən vurulası şərəfsizsən” sözlərini deyib və eyni qaydada uca səslə nalayiq küçə söyüşləri ilə onları söymüşdür. Nə qədər çalışsalarda, həmin şəxsləri sakitləşdirə bilməmişlər. Həmin şəxslər yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 sakitləşdirmək mümkün olmamış, həmin şəxslər onların üzərlərinə dəfələrlə hücum edib, onlara əl-qol atdıb, nalayiq küçə söyüşləri ilə söyüb-təhqir etmişlər. Hadisə yerinə toplaşan kənd sakinləri onları dəfələrlə ayırsalar da, həmin şəxslər yenidən onların üzərlərinə hücum edib uca səslə iştimaiyyət içində küçə söyüşləri ilə söyüb-təhqir etməkdə davam etmişlər. Həmin şəxslərdən biri olan Təqsirləndirilən şəxs2 daha çılğın formada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qoşulub onları vurmağa çalışmışdır. Lakin həm onlar, həm də bəzi adlarını bilmədikləri kənd sakinləri həmin şəxsləri sakitləşdirərək buna imkan verməmişlər. Həmin şəxslərin içkili olduqları gözlə açıqca müşahidə olunmuş, həm də nəfəslərindən spirtli içki qoxusu gəlmişdir. Həmin şəxslər ona və xidmətdə olan polis əməkdaşlarına Kamrana, Xalidə və Afiqə hücum edib əl-qol atmışlar. Xalid Nəsir xidməti avtomobili təpikləyib, hər üçü birlikdə onları təhqir etməklə ictimaiyyətə açıqca hörmətsizlik etmişlər. Həmin şəxslərin hərəkətləri təxminən 30-35 dəqiqə davam etmişdir. Yol demək olar ki, bağlanmışdır. Küçəyə yaxın olan yaşayış evlərinin sakinləri hadisə yerinə gəlib həmkənlilərini sakitləşdirmişlər. Həmin vaxt hadisə yerində olan adlarını bilmədikləri 3-4 vətəndaşlarda üzərimizə hücum etməsələrdə uca səslə onları söyüb təhqir etmişlər. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2011-ci ildən DİO-da, 2017-ci ildə tutduğu vəzifədə xidmət edir. 01 iyul 2023-cü il tarixdə saat 23 radələrində o Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı Şahid1 ilə Viravul kənd yolunda xidmət apardıqları zaman rayonun Viravul kəndində Mercedes markalı **- DB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şahid8 saxla əmrinə məhəl qoymayaraq, avtoxuliqanlıq edib tabesizlik göstərmişdir. Onlarda Şahid8 saxlaya bilmədikləri üçün yaxınlıqda xidmət aparan YPX-nin inspektorları polis baş leytenantı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 efir vasitəsi ilə köməyə çağıraraq bildirmişlər ki, Mercedes markalı **-DB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şahid8 saxla əmrinə məhəl qoymayaraq, avtoxuliqanlıq edib tabesizlik göstərir. Onlarda deyilən ünvana köməyə gəlmişlər. Birlikdə kömək etsələr də, həmin avtomobili saxlaya bilməmiş, həmin avtomobil avtoxuliqanlıq hərəkətləri edərək, yolda ziqzaqvari hərəkətlər edib, tabesizlik etməkdə davam etmiş, yüksək sürətlə avtomobilini idarə edib öz yaşadığı həyətinə daxil olmuşdur. Daha sonra onlar Vilvan kəndi ilə xidməti yerlərlərinə qayıdan zaman həmin kəndin mərkəzi küçəsində kənd sakinləri olan sonradan bəzilərinin adlarını bildikləri şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 özlərini Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xidməti avtomobili olan BMW markalı, **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qarşısına ataraq, avtomobili idarə etməyə mane olmuşlar, Təqsirləndirilən şəxs1 əlləri ilə avtomobilin kapotuna vurub avtomobili məcburi qaydada saxlatmışdır. Həmin şəxslər uca səslə sizə kim icazə verib bizim kəndimizə girəsiniz deyə qışqırmağa başlamışlar. Onların səsinə kəndin mərkəzi çayxanasından və ətrafda olan evlərdən insanlar çıxıb hadisə yerinə çoxsaylı kənd sakinləri toplaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 və X9 onların üzərlərinə hücüm edərək, avtomobilin sürücü tərəfdən qapısını açıb Zərərçəkmiş şəxs1 üst geyimi olan xidməti ciletkasını dartıb avtomobildən düşürtməyə çalışmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs1 xidməti ciletkası cırılaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əllərində qalmışdır. Lakin Zərərçəkmiş şəxs1 avtomobildən düşmüş, onları sakitləşdirməyə çalışmışdır. Həmin şəxslərə izah etmiş ki, “biz dövlət qulluqçularıyıq, siz yolu bağlamısız, bu cinayətdir”. Həmin şəxslər isə hər ikisi yenidən Zərərçəkmiş şəxs1 üzərinə hücum edib, onunla əlbəyaxa olmaqla yanaşı uca səslə nalayiq küçə söyüşləri ilə onu və onunla xidmətdə olan polis əməkdaşlarını söyüb-təhqir etmişlər. Bu vaxt xidmətdə olan polis serjantları Şahid1, Zərərçəkmiş şəxs2 və o də xidməti avtomobillərdən düşüb həmin şəxsləri birlikdə sakitləşdirməyə çalışmışlar. Lakin onlar sakitləşmək bilməyib onların üzərlərinə hücüm çəkib əlbəyaxa olmuşlar. Bundan başqa Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 ilə əlbəyaxa olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ayıran zaman Viravul kənd sakini Təqsirləndirilən şəxs2 daha aqresir şəkildə Zərərçəkmiş şəxs2 üzərinə hücüm edib onunla əlbəyaxa olmuş, əli ilə sinəsindən vuraraq onu kənara itələmişdir. Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs2 onu niyə vurması barədə soruşanda, Təqsirləndirilən şəxs2 ona uca səslə “sən vurulası şərəfsizsən” sözlərini deyib və eyni qaydada uca səslə nalayiq küçə söyüşləri ilə onları söymüşdür. Nə qədər çalışsalarda, həmin şəxsləri sakitləşdirə bilməmişlər. Həmin şəxslər yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 sakitləşdirmək mümkün olmamış, həmin şəxslər onların üzərlərinə dəfələrlə hücum edib, onlara əl-qol atdıb, nalayiq küçə söyüşləri ilə söyüb-təhqir etmişlər. Hadisə yerinə toplaşan kənd sakinləri onları dəfələrlə ayırsalar da, həmin şəxslər yenidən onların üzərlərinə hücum edib uca səslə iştimaiyyət içində küçə söyüşləri ilə söyüb-təhqir etməkdə davam etmişlər. Həmin şəxslərdən biri olan Təqsirləndirilən şəxs2 daha çılğın formada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qoşulub onları vurmağa çalışmışdır. Lakin həm onlar, həm də bəzi adlarını bilmədikləri kənd sakinləri həmin şəxsləri sakitləşdirərək buna imkan verməmişlər. Həmin şəxslərin içkili olduqları gözlə açıqca müşahidə olunmuş, həm də nəfəslərindən spirtli içki qoxusu gəlmişdir. Həmin şəxslər ona və xidmətdə olan polis əməkdaşlarına Kamrana, Xalidə və Afiqə hücum edib əl-qol atmışlar. Xalid Nəsir xidməti avtomobili təpikləyib, hər üçü birlikdə onları təhqir etməklə ictimaiyyətə açıqca hörmətsizlik etmişlər. Həmin şəxslərin hərəkətləri təxminən 30-35 dəqiqə davam etmişdir. Yol demək olar ki, bağlanmışdır. Küçəyə yaxın olan yaşayış evlərinin sakinləri hadisə yerinə gəlib həmkənlilərini sakitləşdirmişlər. Həmin vaxt hadisə yerində olan adlarını bilmədikləri 3-4 vətəndaşlarda üzərimizə hücum etməsələrdə uca səslə onları söyüb təhqir etmişlər. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisə vaxtı səsə çıxmışdır, o orada heç bir dava görməmişdir. Hadisə günün qaranlıq vaxtı olmuşdur. Təqsirləndirilən şəxs3, X16 və Təqsirləndirilən şəxs2 hadisə zamanı orada olmuşdur. Həmin şəxslərin polis avtomobilinin saxlatması, polis əməkdaşının formasını cırmasını, polis avtomonilə təpik vurulmasını, polis əməkdaşının vurulmasını, söyüş söymələrini görməmişdir. Məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilməklə təqdid edilmiş cinayət işinin 170-ci vərəqində olan ifadəsində göstərmişdir ki, 01 iyul 2023-cü il tarixdə saat 23:12 radələrində o yaşadığı Lənkəran rayonu Viravul kəndində qaynatası Mahir Qurbanovun evində olan zaman həmin vaxt küçədə camaatın səsini eşidib küçəyə çıxmışdır. Küçədə ona məlum olmuş ki, iki yol polisi avtomobili sürətlə küçədən keçmişlər. Yol polisinin avtomobillləri bir gümüşü rəngli dörd göz mersedes markalı avtomobilin arxasınca gedib həmin avtomobili dayandırmaq istədiklərini kənd camaatından eşitmişdir. Camaatın toplaşdığı yerə o da gəlib maraq üçün dayanıb gözləmişdir. Lakin təxminən 1-2 dəqiqə sonra polis avtomobilləri geriyə qayıtmışlar. Həmkəndliləri Təqsirləndirilən şəxs3, X16 və Təqsirləndirilən şəxs2 polis avtomobillərin qarşısına çıxıb avtomobili saxlatmışlar. Təqsirləndirilən şəxs3 və Asəf Məmmədov polis əməkdaşı olan Zərərçəkmiş şəxs1 üzərinə hücum çəkib, onu avtomobildən yerə düşürtmək istəyən zaman Kamranın əynində olan polis ciletkası cırılmışdır. Avtomobili saxlayan zaman Asəf Məmmədov avtomobilin kapotuna əli ilə vurmuş, daha sonra Kamranın qapısını açıb onu avtomobildən düşürtmək istəmişlər. Asəf polis əməkdaşı olan Kamranın sinəsindən tutub ona demiş ki, sizə kim icazə verib kənd yolunda bu sürətlə avtomobil idarə edəsiniz. Kamran ona heç bir söz deməyib onu sakitləşdirməyə çalışsa da, Asəf və Xalidi sakitləşmək mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 da polis əməkdaşı olan Xalid ilə dalaşmışdır. Təqsirləndirilən şəxs2 polis əməkdaşı olan xalidin sinəsinə əli ilə vurmuşdur. Onlar hər üçü polis əmkdaşlarının ünvanlarına nalayiq küçə söyüşləri söyüb onları təhqir etmişlər. Onların bu hərəkətlərinə yaxınlıqda yaşayan kənd sakinləri narahat olub hadisə yerinə gəlmişlər. Kənd camaatı Asəfi və Xalidi polis əməkdaşlarından ayırmaq istəsələrdə, bu mümkün olmamışdır. Təxminən 25-30 dəqiqə onların hərəkətləri davam etmiş, Elşəni o da ayırmışdır. Lakin Elşən də çox aqresiv şəkildə uca səslə polis əməkdaşlarının ünvanlarına küçə söyüşləri söymüşdür. Hətta polis əməkdaşı olan Xalid, Elşəndən onu nə üçün vurmasını soruşanda, Elşən ona vurulası şərəfsizsən sözlərini demişdir. Məhkəmə iclasında dindirilmiş şahid X10 ifadəsində göstərdi ki, o, hadisə vaxtı evdə olmuşdur. Dava-dalaş görməmişdir. Təqsirləndirilən şəxs3, X16 və Təqsirləndirilən şəxs2 həmkəndilisi kimi tanıyır. Həmin şəxslərin polis avtomobilinin saxlatması, polis əməkdaşının formasını cırmasını, polis avtomobilinə təpik vurulmasını, polis əməkdaşının vurulmasını, söyüş söymələrini görməmişdir. Hadisə axşam vaxtı olmuş, kimin kimlə mübahsiə etdiyini görməmiş, ümumi olaraq hadisəni görmüşdür. Orada adamlar çox olmuş, təxminən 5 dəqiqə sonra polis əməkdaşları getmişlər. Şahid X10 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilməklə təqdid edilmiş cinayət işinin 173-cü vərəqində olan ifadəsində göstərmişdir ki, 01 iyul 2023-cü il tarixdə saat 23:12 radələrində yaşadığı Lənkəran rayonu, Viravul kəndində kənd çayxanasının yaxınlığında yerləşən mağazaya siqaret almağa getmişdir. Həmin vaxt çayxananın yanında küçədən iki yol polisi avtomobili keçmişlər. Yol polisləri kəndə nə üçün girdiklərini bilməmişdir. Həmin vaxt küçə toz olmuşdur. O, cəld yoldan kənara keçmişdir. Təxminən 5-6 dəqiqədən sonra kənd camatının yol polislərinin idarə etdiyi avtomobillərini saxladıqlarını və camaatın toplaşdığını görmüşdür. O, maraq üçün həmin yerə yaxınlaşmışdır. Bəzi kənd sakinlərinin narazı olduğunu görüb anlamışdır ki, polislərin kəndə girmələrinə görə camaat narazıdır və o, da bu səbəbdən nə baş verdiyini öyrənmişdir. Məlum olmuşdur ki, polis əməkdaşları həmkəndlisi Şahid8 idarə etdiyi avtomobilin arxasınca kəndimizə gəlmişlər. Bundan sonra həmkəndlisi olan Təqsirləndirilən şəxs2 bir polis əməkdaşı ilə münaqişə etdiyini görmüş və Elşəni polis əməkdaşından uzaqlaşdırmışdır. Bundan sonra görmüşdür ki, digər həmkəndlisi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 da digər bir polis əməkdaşı ilə münaqişə edirlər. O və kənd camaatı onları sakitləşdirməyə başlamışdır. Kənd camaatından eşitmişdir ki, Təqsirləndirilən şəxs1 polis avtomobilinin ön kapot yerinə əli ilə vurub və Təqsirləndirilən şəxs3 ilə birlikdə polis əməkdaşı olan Zərərçəkmiş şəxs1 üzərinə hücum edib onu avtomobildən zorla düşürtmək istəyəndə əynində olan ciletkasını cırmışlar. Bundan başqa Təqsirləndirilən şəxs3 polis avtomobilinə təpiklə vurduğunu da sonra kənd camaatından eşitmişdir. Beləliklə həmin gün o və kənd camaatının köməkliyi ilə münaqişənin daha da dərin olmasının qarşısını almış və həmkəndliləri olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 polis əməkdaşından birtəhər ayırmışlar. Buna baxmayaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 polis əməkdaşlarını uca səslə nalayiq küçə söyüşləri ilə söyüb-təhqir etdilər. Məhkəmədə dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hadisədən uzun müddət keçdiyi üçün tam təffərrütaları xatırlamır, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilməklə təqdid edilmiş cinayət işinin 218-ci vərəqində olan ifadəsində göstərmişdir ki, 01 iyul 2023-cü il tarixdə, saat 23:12 radələrində o, idarə etdiyi avtomobil ilə həyat qapısına çatmış, yerə düşüb həyət qapısını açan zaman, küçədən səs-küy səsləri gəlmişdir. O, hər hansısa bir evdə bədbəxt hadisə olduğunu düşünmüş və səs olan tərəfə yüyürərək getmişdir. Hadisə yerinə çatanda iki yol polisi avtomobilinin yolda dayandığını, Viravul kənd camaatının oraya toplaşdığını görmüşdür. O, hadisə yerinə çatanda həmkəndliləri Asəf və Xalid isə digər polis əməkdaşı olan Kamranın üzərinə hücum çəkdiklərini görmüşdür. Onlar hər ikisi Kamranın üst geyimindən tutub onu avtomobildən yerə düşürtmək istəyirdilər. Həmin vaxt polis əməkdaşı olan Kamranın üst geyimi cırılmışdır. Kamran avtomobildən düşüb Asəf ilə Xalidi sakitləşdirmək istəmişdir. Lakin onlar sakitləşməyərək öz əməllərini davam etdirməklə yanaşı hətta Xalid polis avtomobilinə təpikdə vurmuşdur. Bundan başqa digər həmkəndlisi olan Təqsirləndirilən şəxs2 çılğın vəziyyətdə polis əməkdaşlarına qarşı uca səslə nalayiq küçə söyüşləri söymüşlər. Polis əməkdaşı olan Xalid Elşənə dəfələrlə demişdir ki, sakitləş, o isə Xalidin və digər polis əməkdaşlarının sözlərinə məhəl qoymamışdır. Xalidin üzərinə hücum edib onu hədələməklə, ona əl-qol da atmışdır. Bundan başqa o, da həmin vaxt video çəkiliş etmişdir, həmin zaman polis əməkdaşları ona demişlər ki, çəkiliş edə-edə gəl bunları sakitləşdir. O, polis əməkdaşlarının haqlı iradını başa düşüb video çəkilişı dayandırıb, başlamışdır münaqişə yaradan şəxsləri hadisə yerindən uzaqlaşdırmağa. Çəkdiyi videoçəkilişi də telefonundan silmişdir. O, Asəfi, Xalidi və Elşəni polis əməkdaşlarından ayırmışdır. Münaqişə təxminən 25-30 dəqiqə davam etmişdir. Məhkəmədə dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, hadisəni axşam saat 23.45 radələrində olmuşdur, hadisə yerində insanlar toplaşmışdır, o münaqişəni sakitləşdirmişdir. Heç bir dava dalaş olmamışdır. Təqsirləndirilən şəxs3, X16 və Təqsirləndirilən şəxs2 həmkəndilisi kimi tanıyır. Həmin şəxslərin polis avtomobilinin saxlatması, polis əməkdaşının formasını cırmasını, polis avtomobilinə təpik vurulmasını, polis əməkdaşının vurulmasını, söyüş söymələrini eşitməmiş və görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Həmin ifadəni oxumamışdır. Məhkəmədə verdiyi ifadəni təsdiq edir. Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilməklə təqdid edilmiş cinayət işinin 220-ci vərəqində olan ifadəsində göstərmişdir ki, 01 iyul 2023-cü il tarixdə saat 23:12 radələrində o, həmkəndlisi Elfaqın idarə etdiyi VAZ 2106 markalı dövlət qeydiyyat nömrəsini bilmədiyi avtomobili ilə hadisənin səbəbkarı olan Cəlalın evinə getmək istəmişlər. Həmkəndliləri polis əməkdaşlarının avtomobillərin qarşısına çıxıb saxlatmışdılar. Onlar da avtomobili saxlamışlar. Avtomobildən yerə düşmüşlər. Elfaq kənd camaatını sakitləşdirmişdir. Həmin vaxt o, həm polis əməkdaşlarına, həm də kənd sakinlərinə irad bildirmişdir. Polis əməkdaşları onu videoya çəkmişdir. O, da polis əməkdaşlarına demişdir ki, “çəkirsiz çəkində”. Onlar hadisə yerinə çatanda artıq polis əməkdaşı Zərərçəkmiş şəxs1, ciletkası cırılmışdı. Ciletkanı kimin cırdığını görməmişdir. Həmin vaxt mən polis əməkdaşlarına sual etmişdir ki, “siz nə üçün kənd yolunda avtomobili sürətlə idarə edirsiniz?” Polis əməkldaşlarına və kənd camatına qınaq kimi irad bildirmişdir ki, hər iki tərəfi sakitləşdirsin. Orada həmkəndliləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmuşlar. O, da polis əməkdaşları ilə söz mübahisə etmişdir. Lakin sonradan məlum oldu ki, polis əməkdaşı olan Zərərçəkmiş şəxs1 əynində olan ciletkasını Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 cırıblar, Təqsirləndirilən şəxs2 isə polis əməkdaşı olan Zərərçəkmiş şəxs2 ilə münaqişə edib sinəsindən əli vurub. O, da polis əməkdaşları ilə münaqişə etdiyi üçün inzibati qaydada tənbeh olunmuşdur. Asəf, Xalid və Elşən polis əməkdaşlarına qarşı ard-arda nalayiq küçə söyüşləri söymüşlər, onları zorla sakitləşdirmişlər, lakin onlar yenidən polis əməkdaşlarına qarşı nalayiq söyüşlər söyüb təhqir etməklə yanaşı onların üzərinə hücum edirdilər. Məhkəmədə dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, yol polisləri Veravul kəndinə sürətlə girdiklərinə görə kənd camaatı narazılıq etmişdir. O, da polis əməkdaşları ilə mübahisə etmiş, buna görə inzibati qaydada tənbeh olunmuşdur. Həmin vaxt içkili olmuşdur. Hadisə vaxtı ətrafda 50 nəfər adam olmuşdur. Orada ancaq sözlü mübahisə olmuş, dava dalaş olmamışdır. Təqsirləndirilən şəxs3, X16 və Təqsirləndirilən şəxs2 həmkəndilisi kimi tanıyır. Həmin şəxslərin polis avtomobilinin saxlatması, polis əməkdaşının formasını cırmasını, polis avtomobilinə təpik vurulmasını, polis əməkdaşının vurulmasını, söyüş söymələrini görməmişdir. Şahid7 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilməklə təqdid edilmiş cinayət işinin 222-223-ci vərəqində olan ifadəsində göstərmişdir ki, 01 iyul 2023-cü il tarixdə saat 23:12 radələrində o, yaşadığı Lənkəran rayonu, Viravul kəndində çayxanadan çıxıb evinə getmişdir. Həmin vaxt onun yanında küçədən iki yol polisi avtomobili sürətlə keçmişlər. Yol polisinin avtomobillləri bir gümüşü rəngli dörd göz mersedes markalı avtomobilin arxasınca gedib həmin avtomobili dayandırmaq istəyirdilər. Lakin təxminən 3 dəqiqə sonra polis avtomobilləri geriyə qayıtmışlar. Həmkəndlisi, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 oğlu həmin avtomobillərin qarşısına çıxıb saxlatmışlar. Həmin vaxt o, onlardan geridə olsa da cəld yeriyib polis əməkdaşlarının avtomobillərinin saxlanıldığı yerə gəlmişdir. O, hadisə yerinə çatanda artıq polis əməkdaşı Zərərçəkmiş şəxs1 ciletkası cırılmışdı. Ciletkanı kimin cırdığını görməmişdir. Həmin vaxt o, polis əməkdaşlarına sual etmişdir ki, “siz nə üçün kənd yolunda avtomobili sürətlə idarə edirsiniz?” Polis əməkldaşları da ona demişlər ki, “sən kimsən bizi saxlayıb sual edirsən”. O, da polis əməkdaşları ilə söz mübahisəsi etmişdir. Həmkəndlisi Təqsirləndirilən şəxs2 isə polis əməkdaşı olan Zərərçəkmiş şəxs2 ilə əlbəyaxa olduğunu görmüşdür. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 “sən məni niyə vurdun sözlərini” deyəndə, Təqsirləndirilən şəxs2 da ona “sən vurulası şərəfsizsən” sözlərini dediyini eşitmişdir. Həmin vaxtı orada olan şəxslərdən eşitmişdir ki, polis əməkdaşı olan Zərərçəkmiş şəxs1 əynində olan ciletkasını həmkəndliləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 dartaraq avtomobildən düşürmək istəyən zaman cırıblar. Onlar da polis əməkdaşlarına qarşı uca səslə nalayiq küçə söyüşləri söyməklə onların üzərlərinə hücum etmişlər. O, da polis əməkdaşları ilə mübahisə etdiyi üçün inzibati qaydada tənbeh olunmuşdur. Məhkəmədə dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 2015-ci ildə özümə Mercedes benz 210 markalı, **-DB-*** ovə qeydiyyat nömrə nişanlı avtomobil almış, həmin avtomobillə taksi işləyir. 01 iyul 2023-cü il tarixdə, 19 radələrində Lənkəran rayon Viravul kəndində yerləşən Lalə şadlıq sarayında təşkil olunmuş həmkəndlisi Altayın övladının toy şənliyinə getmiş, toyda iştirak etmiş, ümimiyyətlə spirtli içki qəbul etmədiyi üçün toy şənliyində də spirtli içki qəbul etməmişdir. 01 iyul 2023-cü il tarixdə, saat 23 radələrində toydan çıxıb evimə getmişdir. Daha sonra öz yaşadığı Lənkəran rayon, Viravul kəndində yerləşən fərdi yaşayış evinin həyətinə girmiş və həyət qapılarını bağlamışdır. Daha sonra o, özü də evinə qalxmış, yataq otağına girib yatmışdır. Kəndə çıxmamışdır. Çünki səhər Bakı şəhərinə sübh vaxtı müştəri aparacaqdır. Polis əməkdaşlarının onun arxasınca gəldiklərini görməmiş, kənddə hər hansı bir polislə kimin dalaşdığını, mübashisə etdiyini bilməmişdir. Münaqişə yerində kimlərin də olub-olmamasını bilməmişdir. Bakı şəhərindən Lənkəran şəhərinə qayıdan zaman ona məlum olmuşdur ki, 01 iyul 2023-cü il tarixdə polis əməkdaşları guya onun arxasınca kəndə gəliblər və o, avtomobilini yüksək sürətlə idarə edib polis əməkdaşlarının saxla əmrini pozmuşdur. O, heç bir qanun pozuntusu etməmişdir. Əgər polis əməkdaşlarının arxasınca gəldiklərini görsəydi, təbii ki, onların saxla əmrinə tabe olub idarə etdiyi avtomobili saxlayardı. Cinayət işinin 199-201-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkəri həyata keçirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları əyani olaraq Təqsirləndirilən şəxs3 üzünə qarşı demişdir. Cinayət işinin 202-204-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkəri həyata keçirilmiş, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları əyani olaraq Təqsirləndirilən şəxs3 üzünə qarşı demişdir. Cinayət işinin 205-207-ci vərəqlərində olan olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış protokoldan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkəri həyata keçirilmiş, Şahid2 ifadəsində göstərdiyi xüsusatları əyani olaraq Təqsirləndirilən şəxs3 üzünə qarşı demişdir. Cinayət işinin 208-210-cu vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkəri həyata keçirilmiş, Şahid1 ifadəsində göstərdiyi xüsusatları əyani olaraq Təqsirləndirilən şəxs3 üzünə qarşı demişdir. Cinayət işinin 40-42-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış hadisə yerinə baxış keçirilməsi haqqında 02 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Lənkəran rayonu Viravul kəndinin mərkəzində kənd çayxanasının yaxınlığındadır. Həmin yer ictimai yer olmaqla vətəndaşların sıx yaşadıqları ərazidir. Cinayət işinin 37-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış avtomobilə baxış keçirilməsi haqqında 2 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Nizsami oğlunun idarə etdiyi xidməti avtomobil olan BMW markalı, **-YP-*** dövlət nişanlı qeyd edilən avtomobilə Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış keçirilmiş, avtomobilin ön mühərrik hissəsində (kapotunda) və ön qapı hissələrində batıq aşkar edilmişdir. Cinayət işinin 19-cu vərəqində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin nəticəsinə dair 2 iyul 2023-cü il tarixli, 001497 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yüngül dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Cinayət işinin 33-34-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış məhkəmə-tibbi ekspertizasının 2 iyul 2023-cü il tarixli, 649 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sol bazu nahiyəsində sıyrıq aşkar edilmiş, qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmiş, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşya ilə vurma nəticəsində əmələ gələ bilər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlməklə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin 22-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 2 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 57-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 3 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 119-121-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 115-117-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 197-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış 7 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 161-165-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 158-159-cu vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Lənkəran RİHB-nın Viravul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamə ilə Lənkəran rayonunun Viravul kəndində qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 212-213-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Lənkəran RİHB-nın Viravul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamə ilə Lənkəran rayonunun Viravul kəndində qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunmamışdır. Arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2009-cu il təvəllüdlü azyaşlı övladı vardır. Cinayət işinin 215-216-cı vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Lənkəran RİHB-nın Viravul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamə ilə Lənkəran rayonunun Viravul kəndində qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunmamışdır. Cinayət işinin 156-cı vərəqində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Lənkəran ŞRPŞ-dən daxil olmuş məktubdan görünür ki, 1 iyul 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX inspektorları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid2 və Qurbanov X5 rayonun Viravul kəndi ətrafında xidmətdə olmuşlar. Cinayət işinin 242-258-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış 03 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Lənkəran ŞRPŞ-dən daxil olmuş 02 iyul 2023-cü il tarixdə götürülmüş, 1 iyul 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nin DYPB-də xidməti istifadədə olan “BMW markalı” **-YP-*** dövlət nömrə nişanlı avtomobildə olan video müşahidə kamerası, həmçinin DYPB-nin YPX inspektorları Zərərçəkmiş şəxs1 əynində olmuş xüsusi geyim forması olan cırılmış cileti maddi sübut qismində tanınmışdır. Məhkəməyə təqdim edilmiş AO ******* nömrəli hərbi biletdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 İİ Qarabağ müharibəsində iştirak etmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilsələr də, mahiyyət etibarı ilə təqsirli olmamaqların dair ifadələrini, özlərinin ibtidai istintaq zamanı verdiyi ifadələrlə, habelə məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi və şahidlərin ifadələri ilə tam təkzib olunduğuna görə sübut qismində qəbul etmir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini iş üzrə məhkəmədə müəyyən olunan hallarla tam üst-üstə düşdüyündən həmin ifadələri sübut kimi qəbul edərək ittiham həlli üçün kifayət hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs3 özünü təqsirli bilməməsinə dair ifadəsini cinayət işi üzrə digər sübutlarla qarşılıqlı şəkildə müqayisə edərək hesab edir ki, həmin ifadə cinayət işi üzrə məhkəmədə müəyyən olunan hallarla üst-üstə düşmədiyindən, xüsusilə məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin, eyni zamanda Şahid5 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə tam təkzib olunduğu üçün iş üzrə sübut qismində qəbul etmir. Məhkəmə, şahidlər Şahid3, X10, Şahid6 və Şahid7 Muxtar oğlunun məhkəmə istintaqı zamanı verdiyi ifadələrə tənqidi yanaşaraq, həmin şahidlərin məhkəmə iclasında verdikləri ifadələri işin məhkəmədə müəyyən olunan hallarına uyğun olmadığı, eləcə də ibtidai istintaq zamanı verdikləri ifadələrlə tam ziddiyyət təşkil etdiyi, ibtidai istintaq zamanı verilən ifadələrin hadisədən az müddət sonra verilməsi ilə hadisə haqqında daha obyektiv və müffəssəl məlumat verməsini nəzərə alaraq məhkəmə hesab edir ki, şahidlər Şahid3, X10, Şahid6 və Şahid7 Muxtar oğlunun məhkəmə istintaqından verdikləri ifadələr sübut kimi qəbul edilməməlidir. Məhkəmə hesab edir ki, şahidlər Şahid3, X10, Şahid6 və Şahid7 Muxtar oğlunun məhkəmədə verdikləri ifadələri təqsirləndirilən şəxslərlə həmkəndli olmaqdan irəli gələrək təqsirləndirilən şəxsləri qorumaq məqsədi ilə verilmiş və onları cinayət məsuliyyətindən yayındırmağa yönəlmiş cəhd kimi qiymətləndirilməlidi. Məhkəmə, şahidlər Şahid3, X10, Şahid6 və Şahid7 Muxtar oğlunun məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı verdikləri ifadələri sübut kimi qəbul edilərək ittihamın həlli üçün kifayət edən sübut kimi qiymətləndirir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən, ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə qərəzli hərəkətlər etmişdir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında göstərilmişdir ki, cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsi dedikdə, ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyəti olan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə, üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. İctimai qaydanın qorunması üzrə vəzifənin yerinə yetirilməsi dedikdə, küçələrdə və ya ictimai yerlərdə post-patrul xidmətinin həyata keçirilməsi, nümayişlər, piketlər, mitinqlər, tamaşalar, kütləvi tədbirlər, qəza və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı qaydanın qorunması halları başa düşülməlidir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə təqsirləndirilən şəxslərin hər birinin törətdiyi cinayət əməli CM-nin 221.2.1 və 221.2.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin 221.2.1 və 221.2.2-ci maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlr bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışmasını, vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxsin nümayəndəsinin ondan heç bir şikayət və tələbinin olmamasını CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışmasını, vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxsin nümayəndəsinin ondan heç bir şikayət və tələbinin olmamasını, onlardan heç bir şikayət və tələbinin olmamasını CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər X4 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, İkinci Qarabağ müharibəsində iştirak etməsini CM-nin 59.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışmasını, vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxsin nümayəndəsinin ondan heç bir şikayət və tələbinin olmamasını CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması, cəzanın məqsədini təmin edə bilməsin. Məhkəmə, hesab edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların hər birinin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan, habelə yuxarıda şərh edilmiş Ali Məhkəmənin Plenumunun qərarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onların barəsində müəyyən edilmiş yüngülləşdirici halların, xüsusilə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməklə barışıq əldə edilməsinin nəzərə alınmaması ilə nəticələnə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, hər birinin təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 02 iyul 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs2 03 iyul 2023-cü il tarixdən tutulduğu və həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilən cəzadan çıxılmalı və qəti cəza təyin edilməlidir. CM-nin 52-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin hər birinin üzərinə ayrıayrılıqda Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı təqsirləndirilən şəxslərin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Lənkəran Rayon İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Lənkəran ŞRPŞ-də saxlanılan bir ədəd xüsusi geyim forması olan yay üst cileti yararsız olduğundan məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X8 02 iyul 2023-cü il tarixdən hazırkı tarixədək tutulduğu və həbsdə saxlanıldığı 7 ay 13 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 1 il 2 ay 26 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 il 9 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı X8 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X8 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X8 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 03 iyul 2023-cü il tarixdən hazırkı tarixədək tutulduğu və həbsdə saxlanıldığı 7 ay 12 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 1 il 2 ay 24 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 il 9 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Maddi sübut - 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, Lənkəran ŞRPŞ-də saxlanılan bir ədəd xüsusi geyim forması olan yay üst cileti yararsız olduğundan məhv edilsin. İş üzrə mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar