Məhkəmə qərarları › İş №1(049)-35/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-35/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-35/2025 29.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci ildə Astara rayonu, Pensər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə verilən ittihama görə, o, avtomobili idarə edən şəxs kimi yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulmuş nəticənin baş verdiyi halda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti qaydalarını pozan şəxs olaraq yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, 12 iyun 2024-cü il tarixdə saat 21 radələrində “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi mülkiyyətində olan “Vaz 2105 minik” markalı, 42CX860 dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran rayonu, Yuxarı Nüvədi kənd yolu ilə üzü Lənkəran rayonu, Səpnəkəran kəndi istiqamətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci hissəsinin 3-cü bəndinin (1 saylı Əlavənin 3-cü hissəsinin 3cü bəndinin) tələblərinə zidd olaraq işıqları yanmadan nasaz vəziyyətdə 40 km/saat sürətlə idarə edərkən, sürücü olaraq diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, işıqları sönmüş vəziyyətdə hərəkətini davam etdirməməli, qarşıda əks istiqamətdə yolun solunda Şahid4 məxsus olub həmin vaxt dayanmış vəziyyətdə qalmış “Vaz 21154 minik” markalı, 42CB315 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısını açaraq avtomobilə əyləşmək istəyən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 və dayanmış vəziyyətdə olan həmin avtomobili nəzərə alıb, hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafə seçərək keçib getməli, lazım gələrsə idarə etdiyi avtomobili onlara çatmadan dayandırmalı, bununla da, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalıdırlar” tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin maddənin tələbini, yəni yol hərəkəti qaydalarını pozaraq, qeyd olunan yol şəraitində işıqları yanmadığına görə texniki cəhətdən nasaz vəziyyətdə olan “Vaz 2105 minik” markalı avtomobilin hərəkətini davam etdirməklə, hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafə seçməyərək, Şahid4 oğlunun yolun solunda, əks istiqamətdə dayandırdığı “Vaz 21154 minik” markalı avtomobilin arxa sol qapısını açaraq avtomobilə əyləşmək istəyən piyadalar – xx.xx.2021-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 və xx.xx.1968ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 avtomobilin ön sol hissəsi ilə ehtiyatsızlıqdan vurub, Zərərçəkmiş şəxs1 həmin zərbənin güclü təsirindən yaranan, ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olub, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik – kəllə sümüklərinin sınığı (alın, təpə, sağ gicgah, ənsə), baş beyinin ağır dərəcədə əzilməsi ilə müşayiət olunan küt açıq kəllə-beyin travması, başın təpə, alın nahiyələrində əzilmiş-cırılmış yaralar, alın nahiyəsində sıyrıq və sağ gözaltı nahiyəsində qançırdan ibarət xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 başın küt travması ilə əlaqədar kəllə sümüklərinin qəlpəli sınıqları və baş beyinin ağır dərəcədə əzilməsi nəticəsində ölümünə və Zərərçəkmiş şəxs2 həmin zərbənin güclü təsirindən yaranan, dərəcəsinə görə sağlamlığın uzun müddətə polzulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid – sol körpücük, sol kürək, sol mil və dirsək sümüklərinin qəlpəli sınıqları, hər iki diz qapağı nahiyələrində əzilmiş yaralardan ibarət xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan digər Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, daha sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin İV hissəsinin 1, 2, 3 və 4-cü bəndlərinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü olaraq üzərinə həmin yol-nəqliyyat hadisəsi zamanı “Nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir”, “Zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır”, “Başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir”, “Hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir.” vəzifələri qoyulsa da, bunları etməyərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulmuş nəticənin baş verdiyi halda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti qaydalarını pozan şəxs olaraq hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət almış Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yardım göstərmədən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamla təqsirli bilərək ibtida istintaq verdiyi ifadəsini təsdiq edib göstərdi ki, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Yaşadığı kənddə rəngsazqaynaq ustalığı ilə məşğul olur. 12 iyun 2024-cü il tarixdə saat 21 radələrində özünə məxsus olan Vaz 2105 minik markalı, 42CX860 dövlət qeydiyyat nişanlı avtomobil ilə ailə üzvlərini gəzdirmək və onları Lənkəran rayonu, Şürük kəndi ərazisində yerləşən “Favorit” marketə aparmaq qərarına gəlmişdir. Ailə üzvləri olan - arvadı Şahid5, uşaqları Havin və Rakif Quluzadəni avtomobilin arxa sərnişin hissəsində əyləşmişlər. Kənd ərazisinin ara yolları ilə təxminən 1 kilometr məsafədə hərəkətdə olduğu zaman torpaq yolun nisbətən sağa dönən yolu istiqamətində qarşısında markasını və qeydiyyat nişanını xatırlamadığı bir avtomobilin asta sürtlə eyni istiqamətdə hərəkət etdiyini görmüşdür. Bu zaman onu ötüb keçmək qərarına gəlmişdir. Bu zaman avtomobilimin sürətini 30-40 km/ saata qaldırıb həmin avtomobili ötmək istəyərkən torpaq yolun sol tərəfində, yəni əks hərəkət istiqamətində bir avtomobilin dayandığını və ön işıqlarının yandığını görmüşdür. Həmin yol torpaq yol olduğuna görə avtomobilin təkərləri çuxura düşdüyünə görə avtomobilimin işıq sistemi sönmüş bu zaman qarşısını görmədiyi üçün həmin avtomobilin qabaq sol hissəsi yolun sol hissəsində dayanmış avtomobilin arxa qapı hissəsinə çırpılmasının səsini eşitmişdir. Əvvəlcə yalnız başqa avtomobilin qapısını vurduğunu güman etmiş, piyadaları vurmasından xəbəri olmamışdır. Yol-nəqliyyat hadisəsi baş verən zaman piyadaları vurması, azyaşlı Zərərçəkmiş şəxs1 ölməsi, eləcə də Zərərçəkmiş şəxs2 xəsarət almasını sonradan bilmişdir. Yol-nəqliyyat hasiaəsi baş verən gün spirtli içki qəbul etməmiş, sərxoş olmamışdır. xx.xx.2024-cü il tarixdə sərxoşluğun olub-olmaması ilə bağlı müayinədən keçirilmiş, ilk öncə onu müayinə edən tibb bacısı onun sərxoş olmasını dedikdən sonra bununla razılaşmamış və səs-küy salmışdır. Bundan sonra dipanserə gələn xəstəxananın müdiri onu yenidən müayinə etmiş və həqiqətən də sərxoş olmadığı aşkar edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə olan cinayət işini ona daha ağır ittiham irəli sürülməklə prokurora qaytarılmasına razı olmadığı və vəsatətlərin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, 12 iyun 2024-cü il tarixdə Lənkəran rayonu, Yuxarı Nüvədi kəndinə yas yerinə getmişlər. Həmin gün onları yas yerinə aparmış qonşusu Vəliəhədin avtomobilinə minmək istəyərkən anidən Yuxarı Nüvədi kəndi istiqamətində bir avtomobilin anidən gələrək onu, nəvələri Duyğunu və Uğuru vuraraq hadisə yerindən uzaqlaşmışdır. Sürücü Təqsirləndirilən şəxs onu avtomobillə vurduqdan sonra avtomobilin üzərində sürümüşdür. Sonra isə hadisə yerindən qaçmışdır. Hadisə zamanı özü və nəvəsi Uğur xəsarət almış, digər nəvəsi Duyğu isə ölmüşdür. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə olan cinayət işini daha ağır ittiham irəli sürülməklə prokurora qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin iclaslarında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, o, 2018-ci ildə Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində yaşayan X7 ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən 2019-cu il təvəllüldü Uğur Məmmədli və 2021-ci il təvəllüldü Zərərçəkmiş şəxs1 adlı azyaşlı övladları dünyaya gəlmişdir. 2024-cü ilin mart ayında ərim İsaq Məmmədovla aralarında olan ailədaxili münasibətlərdə narazılıq yarandığına görə o, iki azyaşlı uşağı ilə birgə Lənkəran rayonu Bürcəli kəndində yerləşən atası Çingiz Ağaliyevə məxsus evə qayıtmışdır. 12 iyun 2024-cü il tarixdə qaynatası Azadxan Məmmədovun vəfat etdiyi barədə eşitmişdir. Həmin gün Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində yerləşən qaytanası Azadxan Məmmədovun yas mərasiminə getmişlər. Həmin gün axşam saatlarında övladları Zərərçəkmiş şəxs1, Uğur Məmmədli və anası Zərərçəkmiş şəxs2 qonşuları Vəliəhədin avtomobilinə minərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə onları vurmuşdur. Hadisə nəticəsində anası və oğlu Uğur xəsarətlər almış, digər övladı Duyğu isə vəfat etmişdir. Zərərçəkmiş şəxs3 ifadəsini davam edərək hadisəni törətmiş Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olduğunu və hadisədən sonra xəsarət almış şəxslərə kömək etmədən oradan qaçdığını bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs3 məhkəməyə “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 000834 nömrəli protokolu və imzaladığı vəsatəti təqdim edərək Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törədən zaman sərxoş olduğunu Təqsirləndirilən şəxs dah ağır ittiham irəli sürülməsi üçün cinayət işinin prokurora qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonu, Bürcəli kəndində ailə üzvlərilə birlikdə yaşayıram. Bacısı Zərərçəkmiş şəxs3 Lənkəran rayonu, Yuxarı Nüvədi kəndi sakini İsaq Məmmədovla evlidir. Onların bu evlilikdən Zərərçəkmiş şəxs1 və Uğur Məmmədli adlı azyaşlı övladları var idi. 12 iyun 2024-cü il tarixdə bacısı Salehənin qaynatasının vəfat etdiyini eşitmişdir. Həmin tarixdə saat 20 radələrində yaşadığı evə çatmışdır. Bu zaman bacısı Salehənin, anası Mərziyyənin və bacısı uşaqları - Duyğu və Uğurun Lənkəran rayonu, Yuxarı Nüvədi kəndinə getdiyini bilmişdir. Həmin ərəfələrdə küçəyə çıxdıqda qonşusu Vəliəhədin idarə etdiyi avtomobillə gəldiyini görmüşdür. O, avtomobili yanında saxlayıb bacısı Zərərçəkmiş şəxs3 qaynatasının yas yerinə, anası Zərərçəkmiş şəxs2 gətirməyə getdiyini bildirmişdir. O da yas yerində iştirak etmək üçün Vəlihədin avtomobilinə əyləşmişdir. Birlikdə Lənkəran rayonu, Yuxarı Nüvədi kəndinə getmişlər. Həmin zaman evin yaxınlığında anası Mərziyyənin bacısı uşaqları Uğur və Duyğu ilə uzaqdan maşına tərəf gəldiyini görmüşdür. Zərərçəkmiş şəxs2 avtomobilin sol arxa qapısını açıb uşaqları avtomobilə mindirmək istəyən zaman qarşı tərəfdən bir avtomobilin qarşısında hərəkət edən bir avtomobili sürətlə keçdiyini və ön işıqlarının söndüyünü görmüşdür. Dərhal avtomobilin qabaq sərnişin hissəsindən düşüb əli ilə həmin avtomobilə tərəf işarə edərək sürətini azaltmasını bildirməsinə baxmayaraq həmin avtomobil sürətlər hərəkət edərək anası Mərziyyən Ağaliyevanı, bacısı qızı Zərərçəkmiş şəxs1 və bacısı oğlu İsaq Məmmədlini vurmuşdur. Zərbənin təsirindən bacısı qızı Zərərçəkmiş şəxs1 bir neçə metr kənara tullamışdır. O, hadisənin təsirindən həmin avtomobilin arxasıyca qaçmağa başlamış və həmin avtomobilin “Vaz 2105” markalı avtomobil olduğunu görmüşdür. O, sürücünü avtomobildən yerə salmaq istəyən zaman sürücü avtomobili qabağa-arxaya verib geriyə doğru uzaqlaşmışdır. Hadisə zamanı anası Mərziyə və bacısı oğlu Uğur xəsarətlər almış, digər bacısı oğlu Duyğu isə vəfat etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonu, Bürcəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır Mülkiyyətində buraxılış ili 2011-ci il olan, Vaz 21154 minik markalı, 42BC315 dövlət qeydiyyat nişanlı avtomobili vardır. 12 iyun 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı evin arxasında yerləşən özünə məxsus otlaq sahəsində ot biçən zaman qonşusu X2 yaşadığı evə gələrək, ona Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində yaşayan qudasının vəfat etdiyini bildirib, təcili onu ailə üzvləri ilə birlikdə yas yerinə aparmağını xahiş etmişdir. O da dərhal onunla razılaşıb özünə məxsus Vaz21154 markalı avtomobilimi işə salıb onun evinin qarşısına getmişdir. Bu zaman qonşusu Mərziyyə Abdullayevə, qızı Salehə və onun Uğur və Duyğu adlı iki azyaşlı uşaqları avtomobilin arxa oturacağında əyləşmişlər. Avtomobili idarə edərək, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndinə, getdikləri ünvana onları aparmışdır. Sonra avtomobili ilə yaşadığı evə gəlmişdir. Həmin tarixdə saat 21 radələrində yaşadığı evdə olan qonşusu Mərziyyə Abdullayeva ona məxsus ***-***-**-** saylı mobil telefona zəng edərək, onları avtomobililə yaşadığı evə gətirməyini xahiş etmişdir. O da qonşusu Zərərçəkmiş şəxs2 oğlu Şahid2 kənd ərazisində avtomobilinə mindirib Lənkəran rayonu, Yuxarı kənd ərazisinə doğru hərəkət etməyə başlamışdır. 12 iyun 2024-cü il tarixdə saat 21 radələrində Lənkəran rayonu, Yuxarı Nüvədi kəndi ərazisində yerləşən torpaq yolla hərəkətdə olduğu zaman qarşıdan, yəni hərəkətdə oldğu yolun sol hissəsi ilə Zərərçəkmiş şəxs2 iki azyaşlı nəvəsi ilə təxminən 15- 20 metr məsafədən avtomobilimə doğru gəldiyini görmüşdür. O da avtomobili öz hərəkət hissəsi ilə hərəkət elətdirib onlarla paralel istiqamətdə saxlayıb avtomobilinə mindirmək üçün həmin yerdə avtomobili işlək vəziyyətdə saxlamışdır. Həmin zaman qarşı tərəfdən bir avtomobilin yavaş sürətlə hərəkət etdiyini, həmin avtomobilin arxa tərəfindən yüksək sürətlə başqa bir avtomobilin ötdüyünü, qabaq işıqlarından həmin avtomobilin sürücüsünün idarə etməni itirdiyini görmüşdür. Sonra həmin avtomobil saxladığı avtomobilin sol arxa qapısına sürtülüb, avtomobilinin arxa oturacağına minmək istəyən Zərərçəkmiş şəxs2 və onun iki azyaşlı nəvəsini vurmasını görmüşdür. Bu zaman o, həyəcandan özündə olmamışdır. Şahid2 dərhal onları vuran avtomobilin istiqamətində qaçmışdır. Sonra o, avtomobildən düşdükdə Mərziyənin nəvəsi Duyğunun yerdə uzandığını, Mərziyənin oturduğunu, Uğurun isə ağladığını görmüşdür. Hadisənin törədən sürücünü isə hadisə yerdən 20-30 metr məsafədə Şahid2lə mübahisə etmişdir. Sonra hadisəni törədən sürücü avtomobilini idarə edərək, gəldiyi istiqamətdə geri qayıdıb hadisə yerindən uzaqlaşmışdır. Hadisə zamanı Mərziyə və nəvəsi Uğur xəsarətlər almış, digər azyaşlı Duyğu isə vəfat etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid5 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində bildirmişdir ki, o, 2012-ci ildən Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində yaşayan Təqsirləndirilən şəxs ilə evlidir və həmin evlilikdən iki azyaşlı övladları vardır. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində ərim Təqsirləndirilən şəxslə Lənkəran rayonu, Şürük kəndində yerləşən marketə getmək qərarına gəlmişlər. Bu zaman o və azyaşlı övladları Havin və Rakif Quluzadələr əri Təqsirləndirilən şəxs “Vaz 2105” markalı avtomobilinə əyləşmişlər. Bu zaman Təqsirləndirilən şəxs avtomobili işə salıb Lənkəran rayonu, Yuxarı Nüvədi kəndi ərazisindən keçən torpaq yolla kəndin çıxışına doğru hərəkət elətdirmişdir. Təqsirləndirilən şəxs avtomobili idarə edərkən qarşısında asta surtələ hərəkət edən avtomobili ötərkən avtomobilin ön işıqları sönmüşdür. Bu zaman Təqsirləndirilən şəxs avtomobilin şitinə yumruqla bir neçə dəfə zərbələr vuraraq avtomobilin işığının yanmasına cəhd etmişdir. Elə həmin zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili yolun sol hissəsində dayanmış avtomobilin qapısına vurmasını səsini eşitmişdir. Təqsirləndirilən şəxs avtomobili hərəkət elətdirib yolun sol kənarında saxlamışdır. Həmin vaxt bir nəfərin qışqıraraq onlara tərəf qaçdığını görmüşdür. Bu zaman Təqsirləndirilən şəxs üzərilərinə kiminsə gəldiyini bildirib onları oradan aparmasını, uşaqlarının qorxduğunu bildirmişdir. Təqsirləndirilən şəxs də avtomobili ilə onları yaşadığı evə aparmışdır. Sonra Təqsirləndirilən şəxs evdən çıxıb getmişdir. Həmin zamandək əri Təqsirləndirilən şəxs piyaladaları vurmasını bilməmişdir. Yaşadığımz evdə olan zaman anası Şahid1 zəng edərək, Təqsirləndirilən şəxs onları marketə aparan zaman avtomobil vurduğunu bildirdikdə anası Şahid1 onların keçidyi avtomobildə olduğunu və Təqsirləndirilən şəxs həmin yolda piyadaları vurmasını gördüyün bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində bildirmişdir ki, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndi ərazisində yerləşən 7 saylı yol istismarı idarəsində fəhlə olaraq işləyir. Atası Əmirastanın mülkiyyətində olan “Mersedes Benz E240” markalı, 42CX470 dövlət qeydiyyat nişanlı avtomobilini etibarnamə ilə idarə edir. Təqsirləndirilən şəxs bacanağıdır. 12 iyun 2024-cü il tarixdə saat 21 radələrində Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində yerləşən yaşadığı fərdi yaşayış evində olduğu zaman qaynanası Şahid1 ona məxsus ***-***-**-** saylı mobil nörməsinə zəng edərək, bacanağı Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətdiyini bildirib, təcili olaraq kənd ərazsində yerləşən "xxxx" ASC-nin giriş hissəsi istiqamətindəki yola gəlməyini xahiş etmişdir. O da dərhal “Mersedes Benz E 240” markalı, 42CX470 dövlət qeydiyyat nişanlı avtomobilini işə salıb həmin hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda orada sol arxa qapısı əzik vəziyyətdə dayanmış “Vaz21154” markalı avtomobili və yolun kənarında oturmuş bir qadının olduğunu görmüşdür. Həmin vaxtı orada olan şəxslərin hanısısa uşağın xəsarət alması ilə bağlı söhbətlər etdiyini eşitmişdir. Bu zaman Təqsirləndirilən şəxs zəng edib harda olduğunu, soruşduqda o, evində olduğunu və hadisə yerinə gəldiyini bildirmişdir. O da Təqsirləndirilən şəxs hadisə yerinə gətirmək üçün avtomobili ilə yaşadığı evi istiqamətində getmişdir. Bu zaman Təqsirləndirilən şəxs avtomobilinə mindirib hadisənin baş verdiyi yerə doğru gəlmişlər. Hadisənin necə baş verməyi barədə Təqsirləndirilən şəxs soruşduqda, ona hadisənin necə baş veriyini təsəvvür edə bilmədiyini, anidən hadisənin baş verdiyini bildirib kimsənin xəsarət almasının bilmədiyini və piyadaları görmədiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun kürəkənidir. xx.xx.2024-cü il tarixdə digər kürəkəni Amid Yunusov onun evinə gələrək qızı Arzunun onu evə qonaq çağırdığını və birlikdə onlara gedəcəklərini demişdir. Bundan sonra Amidin idarə etdiyi “Naz Lifan” avtomobili ilə Arzugilə getmək üçün yola çıxmışlar. Torpaq yolda hərəkətdə olarkən kürəkəni Təqsirləndirilən şəxs onun əyləşdiyi Amidin avtomobilini ötüb keçdiyini görmüşdür. Bir az hərəkət etdikdən sonra Amid ona qarşıda qəza baş verdiyini bildirmişdir. Hadisə yerinə çatdıqda Sultanın avtomobili istiqamətində kiminsə qaçdığını görmüşdür. Bu zaman Sultan avtomobili arxaya verib oradan getmişdir. Həmin qəza nəticəsində iki azyaşlı uşağın və bir qadının xəsarət almasını bilmişdir.Hadisəni kürkəni Təqsirləndirilən şəxs törətdiyini bildikdən sonra digər kürəkəni Şahid3 zəng edib bu barədə Sultana məlumat verməsini xahiş etmişdir. Sonradan hadisə zamanı xəsarət almış Duyğu adlı uşağın ölməsini eşitmişdir. Məhkəmə istintaqında dindirilmiş şahid feldşer-narkoloq X8 ifadəsində göstərmişdir ki, “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 000835 nömrəli protokol təqdim edərək bildirmişdir ki, protokol onun tərəfindən tərtib edilmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 22:10-da Lənkəran ŞRPŞ-nın müstəntiqi Sərxan Rzayevin göndərişi əsasında tərəfindən alkotesterlə müayinədən keçirilmişdir. Təqsirləndirilən şəxs “deməsinə görə narkotik maddələrdən istifadə etmir, alkoqol iyi gəlmir”. Narkotest THC ilə müayinə edərək THCkannobinoid-neqativ” barədə rəyə gəlinmişdir. “sidiyində THC-aşkar olunmadı” faktını təsdiq etmişdir. Baş həkimin Vüqar Əliyev də, Təqsirləndirilən şəxs sərxoş olmaması barədə “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarına əlavə, Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair ” 000071 nömrəli akt tərtib etmişdir. Təqdim edilmiş 000834 nömrəli protokol barədə isə göstərmişdir ki, protokol onun tərəfindən tərtib edilmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 22:00-da Lənkəran ŞRPŞ-nın müstəntiqi Sərxan Rzayevin göndərişi əsasında tərəfindən müayinədən keçirilmişdir. Təqsirləndirilən şəxs alkoqol iyi gəlmiş və alkotesterlə müayinə zamanı alkotesterin göstəricisi 0,78 % olmuşdur. Yekunda “Yüngül dərəcəli alkoqol sərxoşluğu, alkoqol sərxoşluğu var” barədə rəyə gəlinmişdir. Müayinə olunan şəxs Təqsirləndirilən şəxs səs-küy salaraq sərxoş olmadığını bildirdikdə bu barədə baş həkimə məlumat vermiş, baş həkim müayinə edərək Təqsirləndirilən şəxs sərxoş olmaması barədə “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarına əlavə, Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair” 000071 nömrəli akt tərtib etmişdir. O da baş həkimin müayinəsindən sonra 000835 nömrəli protokol tərtib etmişdir. Təqsirləndirilən şəxs sərxoş olması barədə 000834 nömrəli protokollun hansı formada əldə edilməsi barədə məlumatı yoxdur. Həmin protokol onun tərəfindən tərtib edilmiş, imzalanmış və işlədiyi müəssisənin möhürü vurulmuşdur. Bir şəxs barəsində eyni vaxtda iki fərqli protokolun, yəni sərxoş olması və ya sərxoş olmaması barədə fərqli nömrəli protokolların tərtib etməsi barədə suala cavab verə bilməmişdir. Lakin, Sutan Quliyevi müayinə edən zaman sonuncudan alkoqol iyinin gəldiyini bildirmişdir. Məhkəmə istintaqında dindirilmiş şahid Lənkəran rayonlararası Narkoloji xəstəxanasının baş həkimi X10 ifadəsində göstərmişdir ki, rəhbəlik etdiyi xəstəxananın feldşer-narkoloqu Afiqə Əkbərova tərəfindən alkotesterlə müayinə edilərək “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 000835 nömrəli protokol tərtib edilmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 22:10-da Lənkəran ŞRPŞ-nın müstəntiqi Sərxan Rzayevin göndərişi əsasında tərəfindən müayinədən keçirilmişdir. Təqsirləndirilən şəxs “deməsinə görə narkotik maddələrdən istifadə etmir, alkoqol iyi gəlmir”. Narkotest THC ilə müayinə edərək THCkannobinoid-neqativ” barədə rəyə gəlinmişdir. “sidiyində THC-aşkar olunmadı” faktını təsdiq etmişdir. Feldşer-narkoloq Afiqə Əkbərova tərəfindən tərtib edilmiş Təqsirləndirilən şəxs sərxoş olması barədə 000834 nömrəli protokolla bağlı bildirmişdir ki, müayinə olunan şəxs Təqsirləndirilən şəxs səs-küy salaraq sərxoş olmadığını bildirdikdə bu barədə ona məlumat verilmiş, onun tərəfindən özündə olan digər alkotesterlə müayinə edərək Təqsirləndirilən şəxs sərxoş olmaması barədə 000071 nömrəli aktı tərtib etmişdir. 000834 nömrəli protokol zərərçəkmiş şəxsin qohumu tərəfindən rəhbərlik etdiyi xəstəxananın dəftərxanasından qeyri-rəsmi formada əldə edilmişdir. Həmin protokol feldşer-narkoloq Afiqə Əkbərova tərəfindən tərtib edilmiş, imzalanmış və rəhbərlik etdiyi müəssisənin möhürü vurulmuşdur. 000834 nömrəli protokolun qüvvədən düşməsini təsdiq edən hər hansı sənəd tərtib edilməmiş, sadəcə olaraq 000835 nömrəli protokol tərtib edilməklə kifayətlənmişdir. Feldşer-narkoloq X12 Quliyevi müayinə etdiyi alkotester işləmədiyi müəyyən edilmiş və alkotesterin yararsızlığı barədə xx.xx.2024-cü ildə bildiriş almışdır. Qeyd edilən bildirişdə hansı alkotesterin yararsız olması müəyyən olunmur. Tibbi müayinədən keçən şəxslər Sərxoşluq hallarının bütün növlərinin təyin məqsədi ilə aparılan tibbi müayinə protokollarının qeydiyyat Jurnalında qeydiyata alınır. Qeydiyyat jurnalının 834-cü qrafasında Təqsirləndirilən şəxs müayinəsinin yazılmalı olduğu halda başqa şəxsin müayinəsinin nəticəsi yazılmış, 000834 nömrəli protokolda Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 22:00-da, 000835 nömrəli protokolda isə 22:10-da yazılmış, 000833 nömrəli protokolda müayinə vaxtının saat 00:20 kimi göstərilməsinə baxmayaraq sıra ardıcıllığı pozularaq digər protokollardan (000834 və 000835 nömrəli) əvvəl qeydiyyata alınmaqla texki səhv yol verilmişdir. Nəqliyyat vasitələrini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aktlarının qeydiyyatına dair Jurnalının hər ilin ilk iş günündən tərtib edilərək ilin sonuna qədər olan müddətdə müayinə olunan şəxslərin tarix və saata uyğun ardıcıl olaraq jurnalda qeydiyyatının aparılmasına baxmayaraq Təqsirləndirilən şəxs müayinə olunaraq qeydiyyata alınmalı olduğu 2024-cü il tarixli qeydiyyat jurnalının ilkin səhifəsində “Başlanıb 17 may 2025-ci il” kimi yazılmasının da texniki səhv olduğunu bildirmişdir. İş materiallarında olan 12 iyun 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə Lənkəran rayonu, Yuxarı Nüvədi kəndi ərazisində yerləşən torpaq yolunda baş vermişdir. Hadisə yerində piyadaların vurulması ilə nəticələnən avtomobilin hadisə yerində olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan 13 iyun 2024-cü il tarixli “avtomobilə baxış” protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi ağ rəngli, “Vaz 2105” markalı, 42CX860 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanad hissəsinin orta və qabaq bufer hissəsinə bağlanan künc hissəsinin əzildiyi, ön qeydiyyat nişanın əyildiyi aşkar edilmişdir. Təqsirləndirilən şəxs avtomobili Lənkəran rayonu, Yuxarı Nüvədi ərazisində yerləşən torpaq yolla idarə edərkən avtomobilin təkərlərinin çuxura düşməsi nəticəsində avtomobilin işıqlarının söndüyünü və həmin zaman yolu keçən piyadaları və yolun kənarında dayanmış, “Vaz21154” markalı avtomobil vurması nəticəsində avtomobilində həmin zədələrin olmasını göstərmişdir. Baxış zamanı isə avtomobildə hər hansı zədə və ya qan izi aşkar edilməmiş, avtomobilin işıqlarının yandığı müəyyən olunmuşdur. İş materiallarında olan 14 iyun 2024-cü il tarixli DVD diskdə olan videogörüntülərə “baxış keçirilməsi” haqqında protokolundan görünür ki, baxış keçirilən videogörüntünün müddəti 05:08 dəqiqə, həcmi 21,9 meqabaytdır. Videogörünütü kompyuterin ekranında açıldıqda yuxarı sol tərəfində «xx-xx-2024 Wed 20:57:58» rəqəm və yazıları əks olunmuşdur. Həmin bu rəqəmlər hadisənin baş verdiyi tarix, saatı və həftənin çərşənbə gününü göstərir. Video görünütü saat 20:59:00-dan başlayaraq Lənkəran rayonu, Yuxarı Nüvədi kəndi ərazisinə doğru qara rəngli “Vaz21154 markalı”, ** CB *** dövlət qeydiyyat nömrəli avtomobil torpaq yolun sağ tərəfi ilə hərəkət etdiyini, əks istiqamətdə, yəni avtomobilə doğru üç nəfər şəxsin hərəkət etdiyi görünür. Həmin piyadalar dayanmış avtomobilə minmək istəyərkən saat 20:59:34-də kəndi istiqamətindən ağ rəngli “Vaz 2105” markalı, 42CX860 dövlət qeydiyyat nişanlı minik avtomobilin qabaq işıqları sönlü vəziyyətdə hərəkət edərək həmin piyaları vuraraq hərəkət etdiyini, bu zaman avtomobilin üç nəfər şəxsi vurduğunu və zərbənin təsirindən bir nəfər şəxsi, yəni Zərərçəkmiş şəxs1 təxminən 10 metr məsafədə tulladığını, avtomobil hərəkətini dama etdirərək təxminən 70 metr məsafədə avtomobili saxladığını, qara rəngli avtomobilin qabaq sərnişin hissəsindən bir nəfər şəxsin ağ rəngli avtomobilə tərəf qaçdığı görünür. Piyadaları vurduqdan sonra saat 21:00-da Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli, Vaz 2105 markalı, 42CX860 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hadisə yerindən uzaqlaşmışdır. İş materiallarında olan 12 iyun 2024-cü il tarixli sərxoşluq vəziyyətinin müayinəsi aktına əsasən Təqsirləndirilən şəxs oğlunda alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdır. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 30 sentyabr 2024-cü il tarixli, 8/1899 saylı rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 2105 markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobilin işıqları yanmadan, yəni nasaz vəziyyətdə idarə etdiyindən onun həəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (1 saylı Əlavənin 3-cü hissəsinin 3-cü bəndinin) tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 20 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, mərhum: Zərərçəkmiş şəxs1 meyitində aşkar edilmiş xəsarətlər-kəllə sümüklərinin sınığı (alın, təpə, sağ gicgah, ənsə), baş beyninin ağır dərəcədə əzilməsi ilə müşaiyət olunan küt açıq kəllə beyin travması, başın təpə, alın nahiyələrində əzilmiş-cırılmış yaralar, alın nahiyəsində sıyrıq, sağ gözlatı nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətini və həmçinin qərarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan minik avtomaşının xarici qabarıq hissələrinin güclü zərbəsi nəticəsində piyadanın vurulması zamanı əmələ gələ bilər və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat təhlükəli olan, sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 679 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, vət., Zərərçəkmiş şəxs2 bədəni üzərində - sol körpücük, sol kürək, sol mil və dirsək sümüklərinin qəlpəli sınıqları, hər iki diz qapağı nahiyələrində əzilmiş yaralar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində götərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan minik avtomaşının qabarıq hissələri ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdə və sağlamlığın uzun müddətə polzulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan 19 iyun 2024-cü il tarixli, 3-13-16-5/2-5042/2024 saylı məktubdsan görünür ki, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində yaşayan 1988-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adına xx.xx.2022-ci il tarixdə “BC” kateqoriyalı BC-361008 saylı sürücülük vəsiqəsinin verildiyi, sürücülük hüququndan məhrum olunanlar və sürücülük hüququ məhdudlaşdırılanlar arasında olmadığı göstərilmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 23 noyabr 2024-cü il tarixli qərardan görünür ki, VAZ 2105 markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil və bir ədəd DVD disk maddi sübut qismində tanınmışdır. Qətimkan tədbinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Lənkəra ŞİHB-nin Səpnəkəran KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışdan görünür ki, Quliyev X4 rayonu, Yuxarı Nüvədi kəndində ailəsi ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xaraterizə olunur. Məhkəmə iclasında iştirak etmiş dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamı üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı CPM-nın 318.2-ci maddəsinə əsaslanaraq təqsirləndirilən Təqsirləndirilən şəxs əməllərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nın 263-1.3 və 264-cü maddələrinin tərkib əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə, ona CM-nın həmin maddələri ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı vəsatəti belə əsaslandırılmışdır ki, İş materiallarında olan 12 iyun 2024-cü il tarixli sərxoşlq vəziyyətinin müayinəsi aktına əsasən Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdır. İş üzrə dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamla təqsirli bilib ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 12 iyun 2024-cü il tarixdə saat 21 radələrində idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı sərxoş olmamış, baş vermiş hadisə zamanı torpaq yolla hərəkətdə olarkən idarə etdiyi avtomobilin işıq sisteminin söndüyünə və qarşısındakı avtomobili görə bilmədiyi üçün idarə etməni itirib həmin avtomobilin arxa qapısına idarə etdiyi avtomobil sol hissəsi ilə vurduğunu, lakin piyadaları vurmasını görməmişdir. Hadisəni törətdikdən sonra kimsənin arxadan söyüş söyərək ona tərəf qaçdığını gördüyünə görə yaranmış mübahisənin ailə üzvlərinin görməməsi üçün hadisə yerində qalmayıb avtomobilinə əyləşib yaşadığı evə getmişdir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs3 məhkəməyə “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 000834 nömrəli protokolu təqdim edərək Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törədən zaman sərxoş olduğunu bildirmişdir. S.Ç.Ağayeva qeyd edilən protokolu qohumu vasitəsilə 2024-cü ilin oktyabr ayının sonlarında Lənkəran rayonlararası Narkoloji xəstəxanasının dəftərxanasından tanımadığı şəxsdən əldə edildiyini bildirmişdir. Məhkəməyə təqdim edilən həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 22:00-da Lənkəran ŞRPŞ-nın müstəntiqi Sərxan Rzayevin göndərişi əsasında həkim-narkoloq Əkbərova Afiqə tərəfindən müayinədən keçirilmişdir. Rəyə əsasən - “Deməsinə görə Spirtli içkidən istifadə etmişəm”. “Alkoqol iyi gəlir”. Alkotesterlə müayinə edilmiş, müayinənin dərəcəsi 0,78 % -dir. Yüngül dərəcəli alkoqol sərxoşluğu vardır. Məhkəmə istintaqında dindirilmiş feldşer-narkoloq Afiqə Əkbərova “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 000835 nömrəli protokol təqdim edərək bildirmişdir ki, onun tərəfindən tərtib edilmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 22:10-da Lənkəran ŞRPŞ-nın müstəntiqi Sərxan Rzayevin göndərişi əsasında tərəfindən alkotesterlə müayinədən keçirilmişdir. Təqsirləndirilən şəxs “deməsinə görə narkotik maddələrdən istifadə etmir, alkoqol iyi gəlmir”. Narkotest THC ilə müayinə edərək THC-kannobinoid-neqativ” barədə rəyə gəlinmişdir. “sidiyində THC-aşkar olunmadı” faktını təsdiq etmişdir. Baş həkimin Vüqar Əliyev də, Təqsirləndirilən şəxs sərxoş olmaması barədə “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarına əlavə, Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair ” 000071 nömrəli akt tərtib etmişdir. Şahid feldşer-narkoloqu Afiqə Əkbərova, həmçinin bildirmişdir ki, 000834 nömrəli protokol da onun tərəfindən tərtib edilmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 22:00-da Lənkəran ŞRPŞ-nın müstəntiqi Sərxan Rzayevin göndərişi əsasında tərəfindən müayinədən keçirilmişdir. Təqsirləndirilən şəxs alkoqol iyi gəlmiş və alkotesterlə müayinə edib 0,78 % -dir. Yekunda “Yüngül dərəcəli alkoqol sərxoşluğu, alkoqol sərxoşluğu var” barədə rəyə gəlinmişdir. Müayinə olunan şəxs Təqsirləndirilən şəxs səs-küy salaraq sərxoş olmadığını bildirdikdə bu barədə baş həkimə məlumat vermiş, baş həkim müayinə edərək Təqsirləndirilən şəxs sərxoş olmaması barədə “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarına əlavə, Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair” 000071 nömrəli akt tərtib etmişdir. O da baş həkimin müayinəsindən sonra 000835 nömrəli protokol tərtib etmişdir. Təqsirləndirilən şəxs sərxoş olması barədə 000834 nömrəli protokollun hansı formada əldə edilməsi barədə məlumatı yoxdur. Həmin protokol onun tərəfindən tərtib edilmiş, imzalanmış və işlədiyi müəssisənin möhürü vurulmuşdur. Bir şəxs barəsində eyni vaxtda iki fərqli protokolun, yəni sərxoş olması və ya sərxoş olmaması barədə fərqli nömrəli protokolların tərtib etməsi barədə suala cavab verə bilməmişdir. Lakin, Sutan Quliyevi müayinə edən zaman sonuncudan alkoqol iyinin gəldiyini bildirmişdir. Məhkəmə istintaqında dindirilmiş şahid Lənkəran rayonlararası Narkoloji xəstəxanasının baş həkimi Vüqar Əliyev ifadəsində göstərmişdir ki, rəhbəlik etdiyi xəstəxananın feldşer-narkoloqu Afiqə Əkbərova tərəfindən alkotesterlə müayinə edilərək “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 000835 nömrəli protokol tərtib edilmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024cü ildə saat 22:10-da Lənkəran ŞRPŞ-nın müstəntiqi Sərxan Rzayevin göndərişi əsasında tərəfindən müayinədən keçirilmişdir. Təqsirləndirilən şəxs “deməsinə görə narkotik maddələrdən istifadə etmir, alkoqol iyi gəlmir”. Narkotest THC ilə müayinə edərək THC-kannobinoid-neqativ” barədə rəyə gəlinmişdir. “sidiyində THC-aşkar olunmadı” faktını təsdiq etmişdir. Şahid Vüqar Əliyev, feldşer-narkoloq Afiqə Əkbərova tərəfindən tərtib edilmiş Təqsirləndirilən şəxs sərxoş olması barədə 000834 nömrəli protokolla bağlı bildirmişdir ki, müayinə olunan şəxs Təqsirləndirilən şəxs səs-küy salaraq sərxoş olmadığını bildirdikdə bu barədə ona məlumat verilmiş, onun tərəfindən özündə olan digər alkotesterlə müayinə edərək Təqsirləndirilən şəxs sərxoş olmaması barədə 000071 nömrəli aktı tərtib etmişdir. 000834 nömrəli protokol zərərçəkmiş şəxsin qohumu tərəfindən rəhbərlik etdiyi xəstəxananın dəftərxanasından qeyri-rəsmi formada əldə edilmişdir. Həmin protokol feldşer-narkoloq Afiqə Əkbərova tərəfindən tərtib edilmiş, imzalanmış və rəhbərlik etdiyi müəssisənin möhürü vurulmuşdur. 000834 nömrəli protokolun qüvvədən düşməsini təsdiq edən hər hansı sənəd tərtib edilməmiş, sadəcə olaraq 000835 nömrəli protokol tərtib edilməklə kifayətlənmişdir. Feldşer-narkoloq X12 Quliyevi müayinə etdiyi alkotester işləmədiyi müəyyən edilmiş və alkotesterin yararsızlığı barədə xx.xx.2024-cü ildə bildiriş almışdır. Qeyd edilən bildirişdə hansı alkotesterin yararsız olması müəyyən olunmur. Vüqar Əliyev əlavə olaraq göstərmişdir ki, tibbi müayinədən keçən şəxslər Sərxoşluq hallarının bütün növlərinin təyin məqsədi ilə aparılan tibbi müayinə protokollarının qeydiyyat Jurnalında qeydiyata alınır. Qeydiyyat jurnalının 834-cü qrafasında Təqsirləndirilən şəxs müayinəsinin yazılmalı olduğu halda başqa şəxsin müayinəsinin nəticəsi yazılmış, 000834 nömrəli protokolda Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 22:00-da, 000835 nömrəli protokolda isə 22:10-da yazılmış, 000833 nömrəli protokolda müayinə vaxtının saat 00:20 kimi göstərilməsinə baxmayaraq sıra ardıcıllığı pozularaq digər protokollardan (000834 və 000835 nömrəli) əvvəl qeydiyyata alınmaqla texkini səhv yol verilmişdir. Vüqar Əliyev həmçinin bildirmişdir ki, nəqliyyat vasitələrini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aktlarının qeydiyyatına dair Jurnalının hər ilin ilk iş günündən tərtib edilərək ilin sonuna qədər olan müddətdə müayinə olunan şəxslərin tarix və saata uyğun ardıcıl olaraq jurnalda qeydiyyatının aparılmasına baxmayaraq Təqsirləndirilən şəxs müayinə olunaraq qeydiyyata alınmalı olduğu 2024-cü il tarixli qeydiyyat jurnalının ilkin səhifəsində “Başlanıb 17 may 2025-ci il” kimi yazılmasının da texniki səhv olduğunu bildirmişdir. Nəqliyyat vasitələrini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Aktlarının qeydiyyatına dair Jurnaldan görünür ki, “Başlanıb 17 may 2025-ci il”, “Qurtarıb 29 dekabr 2025-ci il”. Jurnalın 71-ci qrafasında “xx.xx.2024-cü ildən saat 22:10-da 1988-ci il təvəllüdlü Quliyev X4 ŞRPŞ-nın Sərxan Rzayevin göndərişi əsasında Əliyev V tərəfindən müayinə edilərək ayıqdır” kimi qeyd edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyin məqsədi ilə aparılan tibbi müayinə protokollarının qeydiyyat Jurnalından görünür ki, “Başlanıb 01 yanvar 2024-cü il”, “Qurtarıb 31 dekabr 2024-cü il”. Jurnalın 835-ci qrafasında “xx.xx.2024-cü ildən saat 22:10-da 1988ci il təvəllüdlü Quliyev X4 ŞRPŞ-nın Sərxan Rzayevin göndərişi əsasında Əkbərova A tərəfindən müayinə edilərək THC-neqativ” kimi qeyd edilmişdir. Qeyd edilən Jurnalın 834-cü qrafasında “xx.xx.2024-cü ildən saat 22:00-da xx.xx.1963-cü il təvəllüdlü Şahmarov X1 ŞRPŞ-nın Sərxan Rzayevin göndərişi əsasında Əkbərova A tərəfindən müayinə edilərək müayinə edilərək ayıqdır” kimi qeyd edilmişdir. Göründüyü kimi, “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 000834 nömrəli protokolla Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olması, 000834 nömrəli protokolun protokollar kitabında qeydiyyata alınmaması, əksinə protokollar kitabında Təqsirləndirilən şəxs sərxoş olmaması barədə 000835 nömrəli protokolun qeydiyyata alınması, 000834 nömrəli protokolda müayinə vaxtının saat 22:00, 000835 nömrəli protokolda isə 22:10 kimi yazılması, 000833 nömrəli protokolda müayinə vaxtının saat 00:20 kimi göstərilməsinə baxmayaraq digər protokollardan (000834 və 000835 nömrəli) əvvəl qeydiyyata alınmasını, həkim-narkoloq Afiqə Əkbərovanın təqsirləndirilən şəxsi müayinədən keçirərkən “alkoqol iyi gəlir” kimi qeyd etməsi və məhkəmə istintaqı zamanı ifadəsində bir daha bildirməsi, zərərçəkmiş şəxsin hüquqi varisi Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş vəziyyətdə olmasını bildirməsi və Təqsirləndirilən şəxs sərxoş olması barədə 000834 nömrəli protokolu təqdim etməsi, alkotesterin yararsızlığı barədə bildirişin hadisədən 1 aydan çox müddətə əldə edilməsi, eləcə də həmin bildirişdə hansı alkotesterin yararsız olmasının müəyyən olunmaması Təqsirləndirilən şəxs 12 iyul 2024-cü il tarixdə saat 21 radələrində yol-nəqliyyat hadisəsi törədən zaman sərxoş vəziyyətdə olmasına dəlalət edən hallardır. Sadalananlardan görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs cinayət əməllərinə işin obyektiv hallarına uyğun qiymət verməmiş, onlar tərəfindən törədilən konkret cinayət əməllərinin cəhətləri ilə Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələrinin dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında tam uyğunluq olmasını nəzərə almamış, nəticə etibarilə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə düzgün tövsif etməməklə Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq və digər prinsiplərini pozmuşdur. CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələrinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə həmin maddə ilə ittihamın irəli sürülməsi üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməklə, həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs3 vəsatətlə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs Rauf oğlu (əslində Rakif oğlu) hadisə baş verən gün toy məclisində olmuş və ərxoş vəziyyətdə hadisəni törətdikdən sonra hadisə yerindən qaçmış, xəsarət alan şəxslərə kömək etməmişdir. Özü və ailə üzvləri hadisədən sonra Təqsirləndirilən şəxs hadisə törədən zaman sərxoş olubolmamasını bilmək üçün Lənkəran rayonlararası narkoloji xəstəxanasına gedərək həmin şəxsin sərxoş olub-olmaması ilə maraqlanmışlar. Oradan isə sürücünün sərxoş olması barədə bildirmişlər. Sürücü Təqsirləndirilən şəxs sərxoş olması ilə əlaqədar tərtib edilmiş 000834 saylı protokolun surətini götürərək özlərində saxlamışlar. Hadisən bir neçə ay sonra müstəntiq X9 xəstəxananın baş həkimi ilə danışaraq qanunsuzluğa yol vermiş və sürücünün sərxoşluğunu gizlətmişlər, ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokuror isə buna göz yummuşdur. Həmçinin azyaşlı uşağın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürcünün barəsində polisin nəzarəti alına vermək növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Dövlət ittihamçısı - prokuror Dövlət ittihamçısı və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs3 vəsatətlərini nəzərdən keçirib, məhkəmənin iclasında cinayət prosesi tərəflərini dinləyib və CPM-nın 318.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, vəsatətlər təmin edilməli, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-nın 263-1.3 və 264cü maddələri ilə ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, təqsirləndirilən Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməlidir. CPM-nın 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı və zərərçəkmiş şəxsin hüquqi varisinin vəsatətləri təmin edilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və Təqsirləndirilən şəxs CM-nın 263-1.3 və 264-cü maddələri ilə ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar