Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-350/2023 27.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun Müdafiəçi iştirakları ilə, Saat 16:35 xx.xx.1983-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayında, Lənkəran rayonunda istintaqla dəqiq müəyyən edilməyən vaxtda və şəxsdən 04 (dörd) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,183 qram, 0,211 qram, 0,222 qram, 0,192 qram, ümumi təmiz çəkisi -0,808 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə məlumat alan Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşları tərəfindən 18 fevral 2023-cü il tarixdə, saat 19:40 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Liman şəhəri, M.Ə.Sabir küçəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən polis bölməsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən həmin bükümdə və çəkidə eyni tərkibli narkotik vasitə olan heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, o, təkrarən, 2023-cü ilin mart ayında, Lənkəran rayonunda istintaqla dəqiq müəyyən edilməyən vaxtda və şəxsdən 02 (iki) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,222 qram, 0,213 qram, ümumi təmiz çəkisi -0,435 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə məlumat alan Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşları tərəfindən 31 mart 2023-cü il tarixdə, saat 19:05 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Liman şəhəri, M.Ə.Sabir küçəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən polis bölməsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən həmin bükümdə və çəkidə eyni tərkibli narkotik vasitə olan heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, o, təkrarən, 2023-cü ilin may ayında, Lənkəran rayonunda istintaqla dəqiq müəyyən edilməyən vaxtda və şəxsdən 02 (iki) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,574 qram, 0,393 qram, ümumi təmiz çəkisi -0,967 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən ağ rəngli, kristal formalı psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə məlumat alan Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 01 may 2023-cü il tarixdə, saat 18:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Liman şəhəri, H.Aslanov küçəsində saxlanılaraq ünvan 3 ünvanında yerləşən polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin sağ yan cibindən həmin bükümdə və çəkidə eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, heç bir yerdə işləmir, fəhləliklə məşğuldur. Əvvəllər məhkum olunmamışdır. Bir dəfə evli olub boşanmış, yenidən ailə həyatı qurmuşdur. Birinci evliliyindən bir, ikinci evliliyindən isə 2 azyaşlı uşağı var. Təxminən iki ildir ki, “kakos” adlanan narkotik vasitə olan heroindən istifadə edir. Hərdən psixotrop maddə metamfetamindən də istifadə etmişdir. 18 fevral 2023-cü il tarixdə, saat 19 radələrində Liman şəhəri, M.Ə.Sabir küçəsində olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu demişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis bölməsinə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Bölmədə Əzim adlı polis əməkdaşı onu döyərək 4 bükümdə narkotik vasitə heroini ona verərək öz üzərinə götürməsini tələb etmiş, sonuncu tərəfindən yenidən döyüləcəyindən qorxduğu üçün həmin bükümləri götürməyə məcbur qalaraq öz şəxsi istifadəsi üçün almağına dair etirafedici ifadələr vermişdir. O, saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır. Həmin vaxt barəsində istintaq edilən cinayət işi üzrə müstəntiq tərəfindən 20 fevral 2023cü il tarixdə başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. Daha sonra 31 mart 2023-cü il tarixdə, saat 19 radələrində Liman şəhərində, küçədə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu bildirmiş, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis bölməsinə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Bölmənin inzibati binasında Əzim, Nicat və Orxan adlı polis işçiləri onu döyərək, 2 bükümdə narkotik vasitə heroini ona verərək öz üzərinə götürməsini tələb etmişlər. Polis işçiləri tərəfindən yenidən döyüləcəyindən qorxduğu üçün həmin bükümləri götürməyə məcbur olmuş və öz şəxsi istifadəsi üçün almağına dair etirafedici ifadələr vermişdir. Məhkəmə tərəfindən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Bundan sonra yəni, 01 may 2023-cü il tarixdə, saat 18 radələrində Liman şəhəri, H.Aslanov küçəsində olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu təqdim etmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Şöbədə olarkən Faiq adlı polis işçisi onu döymüş, 2 bükümdə psixotrop maddə metamfetamini onun cibinə qoymuş və özünün şəxsi istifadəsi üçün alması ilə bağlı ifadə verməyə məcbur etmişdir. O da döyüldüyü üçün qorxaraq ona verilmiş metamfetamini özünün şəxsi istifadəsi üçün aldığını şəxsi axtarış zamanı videoçəkilişdə bildirmiş, eləcə də həmin məzmunlu etirafedici ifadələr vermişdir. Hər üç epizod üzrə özünü təqsirli bilmir. Belə ki, narkotik istifadəçisi olsa da, həm Liman PB, həm də Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən saxlanıldığı vaxtlarda üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmamış, polis işçiləri tərəfindən döyüldüyündən etirafedici ifadələr verməyə məcbur olmuşdur. Təqsirləndirilən şəxs son sözündə saxlanılarkən üzərində heç bir psixotrop maddə və narkotik vasitə olmadığını bildirərək, barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona qarşı elan olunmuş ittihamla özünü təqsirli bilir. Heç bir yerdə işləmir, fəhləliklə məşğuldur. Əvvəllər məhkum olunmamışdır. Bir dəfə evli olub ayrılmış, yenidən ailə həyatı qurmuşdur. Birinci evliliyindən bir, ikinci evliliyindən isə 2 azyaşlı övladı var. Təxminən iki ildir ki, “kakos” deyilən narkotik vasitə olan heroindən istifadə edir. Heroini çəkmə üsulu ilə qəbul edir, gün ərzində 1 qramdan yüksək çəkidə heroindən istifadə edir. Heroin olmadıqda isə “şüşə” deyilən metamfetamindən istifadə edir. 18 fevral 2023-cü il tarixdə Lənkəran şəhəri, “kiçik bazar” deyilən ərazidə üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən dörd bükümdə “kakos” deyilən narkotik vasitə heroin almış və üzərində saxlamış, həmin dörd bükümdə narkotik vasitəni üzərində saxlamaqda məqsədi sonradan istifadə etmək olmuşdur. Narkotik vasitələrin satış ilə məşğul olmur. Elə həmin gün, yəni, 18 fevral 2023-cü il tarixdə, saat 19:40 radələrində Liman şəhəri, M.Ə.Sabir küçəsində olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu demişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis bölməsinə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Bölmənin inzibati binasında, xidməti otaqlardan birində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün öz istəyi əsasında dövlət hesabına vəkil Vəliəhəd Həbibov təyin edilmiş, daha sonra vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi ona bildirilmişdir. O da əynindəki şalvarın sağ yan cibindən sellofana bükülmüş dörd bükümdə narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi bükümün içərisinə baxış keçirilmiş və içərisində narkotik vasitə olan heroinə bənzər kütlələr olması müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş və başqa qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşlarının onunla keçirdiyi şifahi sorğu-sual zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr heroindir, ona məxsusdur. Həmin kütlələri 18 fevral 2023-cü il tarixdə Lənkəran şəhərində tanımadığı şəxsdən ümumilikdə 20 manat qarşılığında almışdır. Təqdim etdiyi kütlələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmişdir. O da protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. Bundan başqa, 31 mart 2023-cü il tarixdə, saat 10 radələrində Lənkəran şəhəri, “kiçik bazar” deyilən ərazidə üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən iki bükümdə “kakos” deyilən narkotik vasitə heroin almış və üzərində saxlamış, həmin iki bükümdə narkotik vasitəni üzərində saxlamaqda məqsədi sonradan istifadə etmək olmuşdur. Elə həmin gün, yəni, 31 mart 2023-cü il tarixdə, saat 19 radələrində Liman şəhərində, küçədə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu demişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis bölməsinə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Bölmənin inzibati binasında, xidməti otaqlardan birində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün öz istəyi əsasında dövlət hesabına vəkil İntiqam Hüseynov təyin edilmiş, daha sonra vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi ona bildirilmişdir. O da əynindəki şalvarın sağ yan cibindən sellofana bükülmüş iki bükümdə narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi bükümün içərisinə baxış keçirilmiş və içərisində narkotik vasitə olan heroinə bənzər kütlələr olması müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş və başqa qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşlarının onunla keçirdiyi şifahi sorğu-sual zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr heroindir, ona məxsusdur. Həmin kütlələri 31 mart 2023-cü il tarixdə Lənkəran şəhərində, “kiçik bazar” deyilən ərazidə tanımadığı şəxsdən ümumilikdə 10 manat qarşılığında almışdır. Təqdim etdiyi kütlələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmişdir. O da protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. Bundan başqa, 01 may 2023-cü il tarixdə günorta radələrində Lənkəran şəhəri, “kiçik bazar” deyilən ərazidə üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi narkotik vasitə istifadəçisi olan şəxsə 10 manat pul vermiş və onun üçün narkotik vasitə almasını ondan xahiş etmişdir. Həmin şəxs də gedib tanımadığı şəxsdən iki bükümdə “şüşə” deyilən psixotrop maddə metamfetamin alaraq gətirib ona vermiş, həmin iki bükümdə metamfetamini üzərində saxlamaqda məqsədi sonradan istifadə etmək olmuşdur. Onun üçün metamfetamin alan şəxsi tanımır və həmin şəxsin metamfetamini kimdən almasını bilmir. Elə həmin gün, yəni, 01 may 2023-cü il tarixdə, saat 18:30 radələrində Liman şəhəri, H.Aslanov küçəsində olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu demişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Şöbənin inzibati binasında, xidməti otaqlardan birində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün öz istəyi əsasında dövlət hesabına vəkil İntiqam Hüseynov təyin edilmiş, daha sonra vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi ona bildirilmişdir. O da əynindəki gödəkçənin sağ yan cibindən sellofana bükülmüş iki bükümdə psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi bükümün içərisinə baxış keçirilmiş və içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olması müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş və başqa qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşlarının onunla keçirdiyi şifahi sorğu-sual zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr metamfetamindir. 01 may 2023-cü il tarixdə Lənkəran şəhərində tanımadığı narkotik vasitə istifadəçisi olan şəxsə 10 manat pul verərək mənim üçün narkotik vasitə almasını xahiş etmiş, həmin şəxs də tanımadığı şəxsdən 2 bükümdə metamfetamin alaraq ona vermişdir. Təqdim etdiyi kütlələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmişdir. O da protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Lənkəran şəhər-rayon polis şöbəsinin Liman PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı icraatına daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının doğruluğu yoxlandıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərliyi o özü etmiş, tərkibində onunla birlikdə polis nəfərləri Şahid2 və Şahid3 iştirak etmişlər. 18 fevral 2023-cü il tarixdə saat 19 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Tahirov X3 şəhəri, M.Ə.Sabir küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinin xidməti otaqlarının birində təhqiqatçı Mircan Quliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi Vəliəhəd Həbibov dəvət edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi və müdafiəçi Vəliəhəd Həbibovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən dörd ədəd sellofan bükümdə olan kütlələri təqdim etmişdir. Təqdim edilən bükümlərə baxış keçirilən zaman içərilərində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr narkotik vasitə heroindir, həmin bükümlər özünə məxsusdur, həmin kütlələri Lənkəran şəhərində tanımadığı şəxsdən almışdır, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0,89 qram təşkil etmişdir. Daha sonra ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Liman PB-nin əməliyyat müvəkkili Şahid1 icraatına ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının doğruluğu yoxlandıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri Şahid1 olmuş, polis nəfəri Şahid2 və o da əməliyyat tədbirində iştirak etmişdir. 18 fevral 2023-cü il tarixdə saat 19:40 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Tahirov X3 şəhəri, M.Ə.Sabir küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinin xidməti otaqlarının birində təhqiqatçı Mircan Quliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi Vəliəhəd Həbibov dəvət edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi və müdafiəçi Vəliəhəd Həbibovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən dörd ədəd sellofan bükümdə olan kütlələri təqdim etmişdir. Təqdim edilən bükümlərə baxış keçirilən zaman içərilərində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr narkotik vasitə heroindir, həmin bükümlər özünə məxsusdur, həmin kütlələri Lənkəran şəhərində tanımadığı şəxsdən almışdır, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0,89 qram təşkil etmişdir. Daha sonra ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı icraatına daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını realizə etmək məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri özü olmuş, onunla birlikdə polis əməkdaşları Şahid2 və Şahid5 iştirak etmişlər. 31 mart 2023-cü il tarixdə saat 19 radələrində tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Tahirov X3 rayonu, Liman şəhərində saxlanılaraq polis bölməsinə gətirilmişdir. Polis bölməsinin xidməti otaqlarının birində təhqiqatçı Emil Nurizadə tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi İntiqam Hüseynov dəvət edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi və müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən iki ədəd sellofan bükümdə olan kütlələr təqdim etmişdir. Təqdim edilən bükümlərə baxış keçirilən zaman içərilərində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr narkotik vasitə heroindir, həmin bükümlər özünə məxsusdur, həmin bükümləri Lənkəran şəhəri, “kiçik bazar” adlanan ərazidə tanımadığı şəxsdən ümumilikdə 10 manata almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0,48 qram təşkil etmişdir. Daha sonra ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs da heç bir təzyiq altında olmadan protokola imza etmişdir. Məhkəmə iclasında şahidlər Şahid5 və Şahid2 Şahid4 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı icraatına daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının doğruluğu yoxlandıqdan sonra tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun tərkibində onunla birlikdə əməliyyat müvəkkilləri Şahid7 və Şahid8 iştirak etmişlər. 01 may 2023-cü il tarixdə saat 18 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Tahirov X3 rayonu, Liman şəhəri, H.Aslanov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinin xidməti otaqlarının birində təhqiqatçı Vurğun Məmmədov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi İntiqam Hüseynov dəvət edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi və müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən iki ədəd sellofan bükümdə olan kütlələr təqdim etmişdir. Təqdim edilən bükümlərə baxış keçirilən zaman içərilərində ağ rəngli, kristal formalı olan psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr psixotrop maddə metamfetamindir, həmin bükümlər özünə məxsusdur, Lənkəran şəhərində tanımadığı narkotik vasitə istifadəçisi olan şəxsə 10 manat vermiş və onun xahişi ilə həmin şəxs özünə məlum olan şəxsdən 2 büküm metamfetamin alaraq gətirib ona vermiş, metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 1,06 qram təşkil etmişdir. Daha sonra ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs da heç bir təzyiq altında olmadan protokola imza etmişdir. Məhkəmə iclasında Şahid8 Şahid6 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Lənkəran ŞRPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid6 icraatına ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının doğruluğu yoxlandıqdan sonra tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun tərkibində Şahid6lə birlikdə o və əməliyyat müvəkkili Şahid8 iştirak etmişlər. 01 may 2023-cü il tarixdə saat 18:30 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Tahirov X3 rayonu, Liman şəhəri, H.Aslanov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinin xidməti otaqlarının birində təhqiqatçı Vurğun Məmmədov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi İntiqam Hüseynov dəvət edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi və müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən iki ədəd sellofan bükümdə olan kütlələr təqdim etmişdir. Təqdim edilən bükümlərə baxış keçirilən zaman içərilərində ağ rəngli, kristal formalı olan psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr psixotrop maddə metamfetamindir, həmin bükümlər özünə məxsusdur, Lənkəran şəhərində tanımadığı narkotik vasitə istifadəçisi olan şəxsə 10 manat vermiş və onun xahişi ilə həmin şəxs özünə məlum olan şəxsdən 2 büküm metamfetamin alaraq gətirib ona vermiş, metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 1,06 qram təşkil etmişdir. Daha sonra ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs da heç bir təzyiq altında olmadan protokola imza etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: Şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2023-cü il tarixdə saat 19:40-da saxlanılmış, saat 20:05-də isə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2023-cü il tarixdə saat 19:05-də saxlanılmış, saat 19:35-də isə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdə saat 18:30-da saxlanılmış, saat 19:10-da isə şübhəli şəxs qismində tutulmuşdur. 18 fevral 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 04 ədəd bükümlərdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin 04 ədəd narkotik vasitə heroinin çəkisi 0,89 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr narkotik vasitə heroindir, həmin bükümlər özünə məxsusdur, həmin kütlələri Lənkəran şəhərində tanımadığı şəxsdən almışdır, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 31 mart 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 02 ədəd bükümlərdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin 02 ədəd narkotik vasitə heroinin çəkisi 0,48 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr narkotik vasitə heroindir, həmin bükümlər özünə məxsusdur, həmin bükümləri Lənkəran şəhəri, “kiçik bazar” adlanan ərazidə tanımadığı şəxsdən ümumilikdə 10 manata almışdır, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 01 may 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 02 ədəd bükümlərdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin 02 ədəd psixotrop maddə metamfetaminin çəkisi 1,06 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr psixotrop maddə metamfetamindir, həmin bükümlər özünə məxsusdur, Lənkəran şəhərində tanımadığı narkotik vasitə istifadəçisi olan şəxsə 10 manat vermiş və onun xahişi ilə həmin şəxs özünə məlum olan şəxsdən 2 büküm metamfetamin alaraq gətirib ona vermiş, metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 fevral 2023-cü il tarixli 19/212 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 ədəd bükümlərdə kütlələr....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 04 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri -0,183 qram, -0,211 qram, - 0,222 qram, -0,192 qram, ümumi təmiz çəkisi -0,808 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 01 aprel 2023-cü il tarixli 19/397 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd şəffaf sellofana bükülmüş bükümdə heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 02 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri -0,222 qram, -0,213 qram, ümumi təmiz çəkisi -0,435 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 02 may 2023-cü il tarixli 19/503 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 02 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri -0,574 qram, -0,393 qram, ümumi təmiz çəkisi -0,967 qram ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə narkoloji ekspertizasının 20 fevral 2023-cü il tarixli, 203 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə narkoloji ekspertizasının 03 may 2023-cü il tarixli, 498 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. “Başqa yerə getməmək barədə qətimkan tədbirinin seçilməsi və şəxsin tutmadan azad edilməsi haqqında 20 fevral 2023-cü il tarixli qərardan görünür ki, 18 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Lənkəran Rayon Məhkəməsinin 4(049)-112/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 2 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Lənkəran Rayon Məhkəməsinin 4(049)-136/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 may 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” PHŞ Lənkəran Rayonlararası MTE və PA Zona Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 161 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” PHŞ Lənkəran Rayonlararası MTE və PA Zona Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 422 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Lənkəran ŞİHB-nin Liman şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Tahirov X3 rayonu, Liman şəhəri, M.Ə.Sabir küçəsi ev 179/2 ünvanında anası, arvadı, yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2010-cu il təvəllüdlü oğlu və xx.xx.2012-ci il təvəllüdlü qızı ilə birlikdə yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 06 ədəd bükümdə, ümumi təmiz çəkisi -1,243 qram narkotik vasitə heroin, 02 ədəd bükümdə, ümumi təmiz çəkisi -0,967 qram olan psixotrop maddə metamfetamin və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntülərin olduğu 03 ədəd CD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 06 ədəd bükümdə, ümumi qalıq çəkisi -0,963 qram narkotik vasitə heroin, 02 ədəd bükümdə, ümumi qalıq çəkisi -0,867 qram psixotrop maddə metamfetamin maddi sübutların saxlama otağına təhvil verilmiş, 03 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Lənkəran rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X2 tərəfindən 128C- 2023 saylı yoxlama materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 avqust 2023-cü il tarixli qərar qəbul edilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma inayət məsuliyyətinə səbəb olur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında ifadəsinin və müdafiə tərəfinin çıxışlarının “təqsirləndirilən şəxsin üzərində hər hansı narkotik vasitə və psixotrop maddə olmaması, onun polis əməkdaşları tərəfindən döyülərək üzərinə narkotik vasitə və psixotrop maddə qoyulması, polis tərəfindən döyüldüyü üçün ibtidai istintaq zamanı etirafedici ifadə verməyə məcbur edilməsi, habelə təqsirləndirildiyi maddə üzrə ona bəraət verilməsi” barədə ifadə və çıxışlarına qiymət verərək hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və Təqsirləndirilən şəxs şəxsi istifadə məqsədi ilə narkotik vasitə və psixotrop maddə metamfetamin əldə etməsi və üzərində saxlamaqla daşıması cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış protokolları və videogörüntüləri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi təsdiqedici ifadələrlə yanaşı, şahidlərin ifadələri, habelə məhkəmə-kimyəvi, məhkəmənarkoloji və məhkəmə-tibbi ekspertizasının rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi, onun barəsində fiziki zor tətbiq edilməsi ilə bağlı ifadəsinə, həmçinin bu barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər də iş materiallarında olan sənədlərlə təkzib olunur. Belə ki, təqsirləndirilən şəxsin ona polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi, döyülməsi ilə bağlı məhkəmə iclasında verdiyi bəyanat üzrə həmin xüsusatların araşdırılmasından ötrü məhkəmə tərəfindən müvafiq məlumat ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş, Lənkəran rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X2 tərəfindən 128C-2023 saylı yoxlama materialı üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 avqust 2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” PHŞ Lənkəran Rayonlararası MTE və PA Zona Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 161 №-li və xx.xx.2023-cü il tarixli, 422 №-li nömrəli rəylərindən bir daha görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar aparılmış araşdırma nəticəsində öz təsdiqini tapmamışdır. Digər tərəfdən Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı, eyni zamanda ibtidai istintaq zamanı ona verilən suallara cavab olaraq, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini, aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyi bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, ibtidai istintaq zaman daha inandırıcı ifadələr vermiş, məhkəmə istintaqı zamanı isə cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməllərin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə ona bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan 2 nəfər uşağının olmasını CM-nin 59.1.4-cü, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, cinayətin təkrar törədilməsi CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 18 fevral 2023-cü il tarixdən 20 fevral 2023-cü il tarixədək 2 gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxarılaraq ona qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 31 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 06 ədəd bükümdə, ümumi qalıq çəkisi -0,963 qram narkotik vasitə heroin, 02 ədəd bükümdə, ümumi qalıq çəkisi -0,867 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işininin materiallarına əlavə edilmiş 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-ekspertizası tədqiqatının xərci olan 185 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09(doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 fevral 2023-cü il tarixdən 20 fevral 2023-cü il tarixədək 2 gün şübhəli şəxs qismində tutularaq həbsdə olduğu müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01(bir) il 08(səkkiz) ay 28(iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 31 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 06 ədəd bükümdə, ümumi qalıq çəkisi -0,963 qram narkotik vasitə heroin, 02 ədəd bükümdə, ümumi qalıq çəkisi -0,867 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 185 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-350/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-350/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver