Məhkəmə qərarları › İş №1(049)-351/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-351/2023

07.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-351/2023 07.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 10:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, 20 Yanvar küçəsi 39-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 143-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında hazırlıq iclasını keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 19 may 2023-cü il tarixdə saat 20 radələrində“BC” dərəcəli sürücülük vəsiqəsi və 28 oktyabr 2022-ci il tarixli etibarnamə ilə qanuni əsaslarla idarəetdiyi “Hyundai Sonata minik” markalı 50EJ743 qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonu, Sütəmurdov kəndində asfalt yolda öz hərəkət zolağının solu ilə 60 km/saat sürətlə hərəkətdə olarkən ondan qarşıda 30 km/saat sürətlə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs2 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42.1 və 42.6-cı maddələrinin tələblərini pozaraq, idarə etdiyi “Vaz 2106 markalı 42CG626 qeydiyyat nişanlı avtomobilin sola dönmə işığını yandırmadan yolun sol tərəfindən olan ikinci dərəcəli yola dönmək üçün avtomobilini sola doğru istiqamətləndirdiyi şəraitdə idarə etdiyi Hyundai Sonata markalı avtomobilin qabaq sağ hissəsi ilə təqsirsiz olaraq Zərərçəkmiş şəxs2 idarə etdiyi Vaz 2106 markalı avtomobilin arxa sol tin hissəsini vurub sürücü Zərərçəkmiş şəxs2 qabırğaların iki tərəfli sınıqları (sol İ-İİ, sağ İ-İİ), hər iki körpücük sümüklərinin sınıqları, dalağın, sol böyrəyin zədələnməsi, döş və qarın boşluğunda qanaxma (1000 ml), peritonarxası qanaxma, döş qəfəsinin yumşaq toxumalar altına yayılmış qansızma, alın, burun, sağ almacıq, sağ dirsək, sol bud, sağ baldır nahiyələrinin sıyrıqları ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə yetirildiyi anda insan həyatı üçün təhlükəli olub sağlamlığa ağır zərər vuran xəsarətlər və sərnişin Zərərçəkmiş şəxs1 burun nahiyəsində qançırla müşayitə olunan sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, bundan bilavasitə sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin İV hissəsinin 1, 2, 3 və 4-cü bəndlərinin tələblərini pozaraq, həmin normada nəzərdə tutulmuş nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “Təcili tibbi yardım” maşını çağırmaq, zərərçəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda, onu yaxınlıqdakı tibbi müəssisəyə aparmaq, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, sonra hadisə yerinə qayıtmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmaq, zərərçəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etmək və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görmək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləmək kimi vəzifələrəni icra etməməklə həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan, özünün həyat və sağlamlıq üçün təhlükəli vəziyyətdə qoyduğu zərərçəkmiş şəxsləri onlara kömək göstərmək imkanı olduğu halda bunu etməyərək, yəni sonuncuları xəstəxanaya aparıb, onlara tibbi yardımın göstərilməsi üçün tədbir görmək və hadisə barədə müvafiq orqanlara və ya şəxslərə xəbər vermək əvəzinə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hadisə yerində qoyaraq oradan qaçmaqla onları bilə-bilə köməksiz vəziyyətdə, yəni təhlükədə qoymuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, törətdiyi cinayət əməlini səmimi etiraf edib özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olmuşdur. Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxsin hüquqi varisi X3 dəymiş ziyanı ödəmiş və onlarla barışıq əldə etmişdir. Sonuncuların ondan şikayəti və tələbləri yoxdur. Barəsində olan cinayət işi üzrə yekun qərar qəbul edilənədək zərərçəkmiş şəxslərlə barışıq əldə edərək onlara vurulmuş ziyanı tam ödədiyi üçün barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs onunla barışıq əldə edərək ona vurulmuş ziyanı ödədiyini, barışdıqlarını, ondan şikayət və tələbinin olmadığını bildirmiş və cinayət işi üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs onunla barışıq əldə edərək ona vurulmuş ziyanı ödədiyini, barışdıqlarını, ondan şikayət və tələbinin olmadığını bildirmiş və cinayət işi üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 19 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Lənkəran şəhərindən Sütəmurdov kəndinə gedən yolun Sütəmurdov kəndinin ərazisindən keçən hissəsində baş vermişdir. Yol, düz, quru, üfüqi, asfalt örtüklü olmaqla ortadan bütöv xətlə əks istiqamətli hərəkət axınlarına ayrılmışdır. Hərəkət hissəsinin eni 9 metrdir. Sütəmurdov kəndi istiqamətində yola sol tərəfdən torpaq örtüklü yol birləşir. Həmin yerdə yolun ortasında olan bütöv qırıq xətlə əvəz edilmişdir. Yolda tormoz izi şkar edilməmişdir. Toqquşma yeri Sütəmurdov kəndi istiqamətində hərəkət hissəsinin sağ kənarından sola doğru 3,7 metr, yolun ortasında olan qırıq xətdən sağa doğru 0,8 metr məsafədə yerləşir. 19 may 2023-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata minik” markalı 50EJ743 dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhərindən üzü Lənkəran rayonu Sütəmurdov kəndi istiqamətinə sağ zolaqla orta xəttə yaxın 60 km/saat sürətlə hərəkətdə olarkən qarşıda eyni iatiqamətdə hərəkət hissəsinin sağ kənarı ilə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs2 30km/saat sürətlə idarə etdiyi Vaz 2106 markalı 42CG626 dövlət qeydiyyat nişanlı avtomobillə sol tərəfdən birləşən ikinci dərəcəli yol olan torpaq örtüklü yola dönmək üçün sola dönmə işığını yandırmadan sola dönmə əməliyyatı aparmış, sürücü Təqsirləndirilən şəxs toqquşmamaq üçün avtomobili sola istiqamətləndirib ayağını tormoza atmaq istəmiş və bu zaman “Hyundai Sonata minik” markalı avtomobilin qabaq sağ hissəsi ilə Vaz 2106 markalı avtomobilin arxa sol tin hissəsi arasında toqquşma baş vermişdir. Sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə qarşıda ona nəzərən sağ ilə, yəni hərəkət hissəsinin sağ kənarı ilə hərəkətdə olan Vaz 2106 markalı avtomobilin sola dönməyə başladığı andan yaranmış və həmin andan toqquşma yerinə kimi VAZ-2106 markalı avtomobil 30 km/saat sürətlə 5,8 metr məsafə qət etmişdir. Məhkəmə-tibbi ekspertizasının 09 iyun 2023-cü il tarixli 17 saylı rəyindən görünür ki, - Mərhum: Zərərçəkmiş şəxs2 bədəni üzərində - qabırğaların ikitərəfli sınıqları (sol İ-İİ), hər iki körpücük sümüklərinin sınıqları, dalağın, sol böyrəyin zədələnməsi, döş və qarın boşluğunda qanaxma (1000 ml), peritonarxası qanaxma, döş qəfəsinin yumşaq toxumalar altına yayılmış qansızma, alın, burun, sağ almacıq, sağ dirsək, sol bud, sağ baldır nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətini və həmçinin qərarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə idarə etdiyi minik avtomaşınının digər avtomaşınla toqquşması zamanı avtomaşın salonun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. - Mərhum: Zərərçəkmiş şəxs2 ölümünə döş qəfəsi, qarın və belin küt travması ilə əlaqədar qabırğaların iki tərəfli sınıqları, dalağın, sol böyrəyin zədələnməsi və daxili qanaxma səbəb olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 30 iyun 2023-cü il tarixli 701 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 bədəni üzərində- burun nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarət küt travma nəticəsində törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə sərnişin olduğu minik avtomaşını digər avtomaşınla toqquşması zamanı avtomaşın salonun qabarıq hissəsinin zərbəsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 06 iyul 2023-cü il tarixli 8/1946 saylı rəyindən görünür ki, “İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Vaz 2106 markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 42-ci maddəsinin 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Hyundai Sonata markalı 50EJ743 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Ekspertiza tədqiqatlarının dəyəri 128 (yüz iyirmi səkkiz) manatdır. AE450453 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük hüququ vardır. BDYP-nin Lənkəran Rayonlararası Qeydiyyat İmtahan və Texniki baxış şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-165/2-6142/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2020-ci il tarixdə “BC” kateqoriyalı AE-450453 saylı sürücülük vəsiqəsinin verildiyi, sürücülük hüququndan məhrum olunanlar və sürücülük hüququ məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır, dəymiş ziyan tam həcmdə ona ödənilmişdir, ona görə də işə xitam verilməsini xahiş edir. Zərəçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə təqdim etdiyi ərizələrdən (notariat qaydada və əlyazma) görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır, dəymiş ziyan tam həcmdə ona ödənilmişdir, ona görə də işə xitam verilməsini xahiş edir. Sübutların qiymətləndirilməsi, cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və əməlin hüquqi tövsifi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai sonata minik” markalı 50EJ743 dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü sahibi-Təqsirləndirilən şəxs qaytarılmış, həmçinin iş üzrə Zərərçəkmiş şəxs2 idarə etdiyi “Vaz 2106 minik” markalı 42CG626 dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınaraq saxlanması üçün sahibi-Zərərçəkmiş şəxs2 hüquqi varisi X3 qaytarılmışdır. Qətimkan tədbinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 143-cü maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışmasını və onlara dəymiş ziyanı tamamilə ödənilməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 143-cü maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 305.2-ci maddəsinə görə cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Həmin Məcəllənin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd olunan hüquq normasının tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Qeyd olunan hüquq normasının tələbi baxımından məhkəmə hesab edir ki, «Hyundai Sonata minik» markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi- Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 idarə etdiyi «VAZ 2106 minik» markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi-Zərərçəkmiş şəxs2 hüquqi varisi X3 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-ci maddəsinə görə mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinin tələbi baxımından məhkəmə hesab edir ki, hazırki iş üzrə yuxarıda adıçəkilən ekspertiza tədqiqatlarının dəyəri 128(yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2 və 300.1.7 və 305-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Sonata minik» markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi-Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 idarə etdiyi «VAZ 2106 minik» markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi-Zərərçəkmiş şəxs2 hüquqi varisi X3 qaytarılması nəzərə alınsın. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE **********0002088501, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qərardan, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar