Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-357/2023 04.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X8, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1986-cı ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində Lənkəran rayon məhkəməsi tərəfindən 10 iyun 2023-cü il tarixində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Lənkəran rayonu Viyən kəndində qeydiyyatda olmaqa hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 iyun 2023-cü ilin tarixində saat 14 radələrində Lənkəran rayonu, Viyən kəndində yerləşən fərdi yaşayış evindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək həmin ünvanda yerləşən, X4 məxsus fərdi yaşayış evinin 1-ci mərtəbəsinə qanunsuz daxil olaraq orada olan, 1 ədəd 600 manat dəyərində, “26” düymlük, “Bike Zigzag ST 255-29-Orange” markalı velosiped olmaqla, X3 ümumilikdə 600 (altı yüz) manat qiymətində əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan əlavə o, 2022-ci ilin may ayında, yaşadığı Lənkəran rayonu Viyən kəndində fərdi yaşayış evinin həyətində əkib yetişdirdiyi, tərkibində narkotik maddə olan 1(bir) ədəd çətənə(kannabis) bitkisinin yarpaqlarından həmin ilin avqust ayında dərib, onları qurudaraq satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən 9,836 qram olan narkotik vasitə qurudulmuş marixuananı kustar üsulla hazırlamış, qeyd olunan narkotik vasitə qurudulmuş marixunananı satış məqsədi olmadan qanunsuz əldə edib üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatı almış Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 09 iyun 2023-cü il tarixdə saat 11:30 radələrində Lənkəran rayonu Viyən kəndində keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılaraq, ünvan 1 ünvanında yerləşən polis şöbənin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sol yan cibindən 9,836 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 6-7 aydır ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Heç bir yerdə işləmədiyi səbəbindən maddi sıxıntısı olduğu üçün oğurluq etmək fikrinə düşmüşdür. Belə ki, 03 iyun 2023-cü il tarixində onunla qonşuluqda yaşayan X7 təzə velosiped aldığını görmüşdür. Həmin velosipedi oğurlamaq niyyəti ilə 04 iyun 2023-cü il tarixdə saat 14 radələrində Afiqəgilin qapısı ağzına gedib qapını açmışdır. Qapı kilidli olmamışdır. Daha sonra evin 1-ci mərtəbəsində qoyulmuş velosipedi götürüb dərhal küçəyə çıxmışdır. Küçəyə çıxdıqdan sonra velosipedi sürərək Lənkəran şəhəri ərazisinə gəlmişdir. Orada tanımadığı şəxsə 110 manat qarşılığında həmin velosipedi satmışdır. Həmin pulu şəxsi ehtiyyacları üçün sərf etmişdir. 2022-ci ilin may ayında yaşadığı Viyən kəndi ərazisində piyada hərəkətdə olarkən yerdən toxum tapmışdır. Həmin toxumun narkotik vasitə çətənə bitkisinin toxumu olduğunu bildikdən sonra özü üçün becərmək fikrinə düşmüşdür. Yaşadığı evin həyətyanı sahəsində 1 ədəd çətənə kolu əkmişdir. Daha sonra həmin ilin avqust ayında əkdiyi çətənə bitkisinin yarpaqlarından yığıb onu qurudaraq narkotik vasitə qurudulmuş marixuana hazırlamışdır. Həmin qurudulmuş marixuanadan hissə-hissə istifadə edirmiş. 09 iyun 2023-cü il tarixdə yaşadığı Viyən kəndində piyada hərəkətdə olarkən əynindəki şalvarın sol yan cibində 1 büküm narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Həmin marixuananı kənd ərazisində olan kimsəsiz otlaq sahələrinə gedib orada çəkmək üçün üzərində saxlamışdır. Həmin günü saat 11-12 radələrində mülki geyimdə olan üç şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini Lənkəran ŞRPŞ-nin əməkdaşı kimi təqdim etmişlər və ona narkotik vasitələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib onu Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. İnzibati binaya gətirilənə kimi polis əməkdaşlarının nəzarəti altında olmuş və üzərində olan bükümü harasa atmaq imkanı olmamışdır. İnzibati binada ona şübhəli şəxs qismində tutulduğunu elan edib hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət etmişlər. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya, yaxud predmet olub-olmadığı soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmişdir. O da istifadə məqsədilə aldığı, əynində olan şalvarın sol yan cibində olan 1 ədəd bükümdə olan qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmiş və bükümün içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmişdir, nəticədə hər hansı bir qanunsuz əşya, yaxud predmet aşkar olunmamışdır. Üzərində aşkar edilmiş 1 bükümdə qurudulmuş marixuana elektron tərəzində çəkildikdə çəkisi 10,80 qram olmuşdur. Sonra həmin bükümdə olan qurudulmuş marixuana ekspertizaya təqdim olunması üçün kağız paketə qoyulub möhürlənmişdir. Zərfin üstünə o və müdafiəçisi imza etmişdir. Üzərində aparılan axtarış videoçəkiliş ilə müşayiət olunmuşdur, sonda tərtib edilən protokol iştirakçılara ucadan oxunmuş, o və müdafiəçisi tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməlindən peşimançılıq çəkdiyini, bir daha belə əməllərə yol verməyəcəyini, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödədiyini bildirib, ona aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid X5 ifadəsində göstərmişdir ki, 09 iyun 2023-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu Viyən kəndində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Bir müddət izlədikdən sonra Təqsirləndirilən şəxs yaxınlaşmağa qərar vermiş, özü ilə birlikdə olan polis əməkdaşlarını təlimatlandırandan sonra gözlənilməzliyi təmin edərək Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Təqsirləndirilən şəxs yaxınlaşdıqdan sonra özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs da özünü təqdim etməsini istəmiş və o da özünü təqdim etmişdir. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş və onu şöbəyə dəvət etmişlər. Əvvəlcə onlarla şöbəyə gəlmək istəməmiş, müxtəlif bəhanələr gətirməyə başlamışdır, bu onlarda olan şübhələri daha da artırmış və ona şöbəyə getməsinin vacib olduğunu bildirmişlər. Polis şöbəsində araşdırmanın aparılması təhqiqatçı Coşqun Qasımova həvalə edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış aparılmışdır. Videoçəkilişin aparılması Şahid3 həvalə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa, təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynindəki şalvarının sol yan cibindən sellofana bükülmüş, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 1 ədəd sellofan bükümü təqdim etmişdir. Daha sonra onun üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd büküm elektron tərəzidə çəkildikdə çəkisi 9,836 qram olmuşdur. Daha sonra təhqiqatçı tərəfindən həmin büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu, şəxsi istifadəsi üçün hazırlamışdır. Bundan başqa o, Lənkəran rayonu, Viyən kəndində qeydiyyatda olmaqla yaşayan X4 məxsus fərdi yaşayış evindən 1 ədəd velosiped oğurladığını etiraf etmişdir. Oğurladığı velosipedi Lənkəran şəhər sakini X2 120 manata satmışdır. Məhkəmə istintaqında Şahid3 Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş zərərçəkmiş şəxs X3 ibtidai istintaq zamanı veridiyi ifadəsindən görünür ki, Lənkəran rayonu, Viyən kəndində ailəsi ilə birlikdə yaşayır. Yaşadığı Viyən kənd tam orta məktəbində 17 ildir ki, ibtidai sinif müəlliməsi kimi işləyir. 03 iyun 2023-cü il tarixdə oğlu Fəqan Mahmudov üçün velosiped almaq məqsədilə Lənkəran şəhərində yerləşən mağazalardan birinə getmişdir. Orada 600 manat dəyərində “26” düymlük, “Bike Zigzag ST255-29-Orange” markalı velosiped almışdır. Evə gəldikdən sonra həmin velosipedi yaşadığı evin 1-ci mərtəbəsində qoymuşdur. Növbəti günü saat 16 radələrində velosipedin yerində olmadığını görmüşdür. Bir müddət velosipedi axtardıqdan sonra velosipedi tapa bilmədiyini görüb, DİN-in 102 xidmətinə zəng məlumat vermişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirmişlər. 10 iyun 2023-cü il tarixində velosipedi onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs oğurladığını öyrənmişdir. 11 iyun 2023cü il tarixdə həmin velosiped ona təhvil verilmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanıyırmış, belə ki, Təqsirləndirilən şəxs onların evində 1-2 dəfə fəhləlik etmişdir. Ona dəymiş maddi ziyan ödənilmişdir. Lakin Təqsirləndirilən şəxs şikayətçidir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, icraatına Lənkəran rayonu, Viyən kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatların icra olunmasından ötrü şöbə rəhbərliyinə raportla məruzə edərək əməliyyataxtarış tədbirlərinin keçirilməsi xahiş etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Onunla birlikdə əməliyyat qrupunun tərkibində Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi Şahid2 və polis nəfəri Şahid3 da olmuşdur. Əməliyyat qrupuna rəhbərliyi özü edirmiş. 09 iyun 2023-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu Viyən kəndində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Bir müddət izlədikdən sonra Təqsirləndirilən şəxs yaxınlaşmağa qərar vermiş, özü ilə birlikdə olan polis əməkdaşlarını təlimatlandırandan sonra gözlənilməzliyi təmin edərək Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Təqsirləndirilən şəxs yaxınlaşdıqdan sonra özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs da özünü təqdim etməsini istəmiş və o da özünü təqdim etmişdir. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş və onu şöbəyə dəvət etmişlər. Əvvəlcə onlarla şöbəyə gəlmək istəməmiş, müxtəlif bəhanələr gətirməyə başlamışdır, bu onlarda olan şübhələri daha da artırmış və ona şöbəyə getməsinin vacib olduğunu bildirmişlər. Polis şöbəsində araşdırmanın aparılması təhqiqatçı Coşqun Qasımova həvalə edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış aparılmışdır. Videoçəkilişin aparılması Şahid3 həvalə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa, təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynindəki şalvarının sol yan cibindən sellofana bükülmüş, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 1 ədəd sellofan bükümü təqdim etmişdir. Daha sonra onun üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd büküm elektron tərəzidə çəkildikdə çəkisi 9,836 qram olmuşdur. Daha sonra təhqiqatçı tərəfindən həmin büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu, şəxsi istifadəsi üçün hazırlamışdır. Bundan başqa o, Lənkəran rayonu, Viyən kəndində qeydiyyatda olmaqla yaşayan X4 məxsus fərdi yaşayış evindən 1 ədəd velosiped oğurladığını etiraf etmişdir. Oğurladığı velosipedi Lənkəran şəhər sakini X2 120 manata satmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında olunmaqla tədqiq edilmiş: Şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində 09 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında 09 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Viyən kəndində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmişdir. Polis əməkdaşlarının və müdafiəçinin iştirakı videoçəkiliş müşayiəti ilə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı sonuncuya üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya vardırsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, onun üzərindən başqa hər hansı bir qanunsuz əşya, yaxud predmet aşkar edilməmişdir. Şübhəli şəxsin üzərindən aşkar edilərək götürülmüş 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanayabənzər maddə elektron tərəzidə çəkildikdə ümumi çəkisi 10,80 qram olmuşdur. Həmin kütlə ekspertizaya göndərilmək məqsədilə kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə ona məxsusdur. Həmin kütləni keçən il 1 ədəd kol becərərək əldə etmişdir. Məhkəmə məhkəmə-bioloji ekspertizasının 09 iyun 2023-cü il tarixli, 19/629 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində narkotik vasitə qurudulmuş marixuanayabənzər kütlə olan bir ədəd büküm.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə, təmiz çəkisi –9,836 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. marixuananın təmiz çəkisi -9,836 qram, tədqiqata sərf edildi-0,05qr qalıq 9,786 qramdır. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. Məhkəmə narkoloji ekspertizasının 10 iyun 2023-cü il tarixli, 618 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və Psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. «İfadələrin yerində yoxlanılması haqqında» haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, təqsirləndirilən Əzizov X6 rayonu, Viyən kənd sakini X4 məxsus olan fərdi yaşayış evindən etdiyi oğurluq əməlinin baş vermə ardıcıllığını və mexanizmini göstərmişdir.. Zərərçəkmiş şəxs X3 Lənkəran ŞRPŞ-nə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, lakin o, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 9,836 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertizadan qaytarılmış 9,786 qram qalığı, 1 ədəd, “26” düymlük, “Bike Zigzag ST 255-29-Orange” markalı velosiped və zərərçəkmiş şəxs Afiqə Haşimovaya təhvil verilmiş, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk isə iş materiallarında saxlanılmışdır. Lənkəran Rayon Məhkəməsinin 10 iyun 2023-cü il tarixli, 4(049)-174/2023 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbetmənin əvvəli 09 iyun 2023-cü il tarixdən hesablanmışdır. DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən görünür ki, Əzizov X9 rayon məhkəməsinin 16 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02(iki) il 02(iki) ay müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikasının Məlli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş və məhkumluğu ödənilmişdir. Lənkəran şəhər İHB-nın Viyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, atası X10, anası X14 və qardaşı X11 ilə birlikdə Lənkəran rayonunun Viyan kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulan əməlləri törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş ifadələri, habelə ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə baxışı zamanı məhkəmə cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməllərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxsyə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf etməsi və əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsnin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş əməllərin ictimai təhlükəlilik dərəcəsini, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti cəzanın təyin edilməsi məqsədəuyğundur. Təqsirləndirilən şəxsnin CM-nin CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 09 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsyə polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyatda olması alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza keçiriləndən sonra qalıq qalmış 9,786 qram narkotik vasitə marixuana məhv edilməli, şəxsi axtarış videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılmalı, 1 ədəd, “26” düymlük, “Bike Zigzag ST 255-29-Orange” markalı velosiped zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2(iki) il müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə isə 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2(iki) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut - ekspertiza keçiriləndən sonra qalıq qalmış 9,786 qram narkotik vasitə marixuana məhv edilsin, şəxsi axtarış videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut – 1 ədəd, “26” düymlük, “Bike Zigzag ST 255-29-Orange” markalı velosiped zərərçəkmiş şəxs X4 qaytarılması nəzərə alınsın. İş ürzə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-357/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-357/2023
04.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver