Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-36/2023 12.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X5 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs X12 və müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 və tərcüməçi X24 iştirakları ilə, xx xxxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, rəsmi işləməyən, əvvəllər məhkum olunmamış, himayəsində iki azyaşlı uşağı olan və həmin uşaqları təkbaşına böyüdən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi; xx xxxxx 1988-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, rəsmi işləməyən, əvvəllər məhkum olunmamış, himayəsində bir azyaşlı uşağı olan və həmin uşağı təkbaşına böyüdən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi və xx xxxxxx 1985-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2 və 237.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan, qanunsuz olaraq, 14 iyul 2022-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhər sakini X3 öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd sellofan bağlamada təmiz çəkisi 0,257 qram narkotik vasitə olan heroini 5 manat pulun müqabilində əldə edərək üzərində saxlamaqla daşımış və 14 iyul 2022-ci il tarixdə saat 13:10 dəqiqədə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı-Astara şossesinin Lənkəran rayonu Digah kəndindən keçən hissəsində yolla piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman həmin bir ədəd ağ sellofana bükülmüş narkotik vasitə olan heroin əynində olan idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. X12 14 iyul 2022-ci il tarixdə Lənkəran şəhəri ərazisində tanışı Təqsirləndirilən şəxs3 10 manat qarşılığında satış məqsədilə qanunsuz olaraq, dörd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,142 qram, -0,153 qram, -0,136 qram və -0,257 qram; ümumi təmiz çəkisi - 0,688 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, həmin narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq üzərində saxlayaraq daşımış, 14 iyul 2022-ci il tarixdə həmin narkotik vasitə olan heroindən bir bükümdə ümumi təmiz çəkisi -0,257 qram olan narkotik vasitə heroini tanışı Təqsirləndirilən şəxs2 5 manat pul qarşılığında satmış, qalan bükümləri satış məqsədiylə üzərində saxlayaraq daşımış, sonuncu 14 iyul 2022-ci il tarixdə saat 13:10 dəqiqədə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı-Astara şossesinin Lənkəran rayonu Digah kəndindən keçən hissəsində yolla piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman həmin bir ədəd bükümdə ağ sellofana bükülmüş narkotik vasitə olan heroin əynində olan idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüş, daha sonra bu barədə məlumat almış Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının 14 iyul 2022-ci il tarixdə, saat 14:05də Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində yolla piyada hərəkətdə olan Sevanə Məmmədova saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış keçirilərkən əlində olan qara rəngli çantanın içərisindən üzərində narkotik vasitə heroin izləri olan işlək vəziyyətdə elektron tərəzi və üç bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,142 qram, -0,153 qram, -0,136 qram; ümumi təmiz çəkisi -0,431 qram olan narkotik vasitə heroin sellofan kəsiklərinə bükülmüş halda aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs3 2022-ci ilin iyul ayında Lənkəran rayonunda istintaqa məlum olmayan dəqiq vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir bükümdə -1,320 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək satışını realizə etmək üçün həmin narkotik vasitə heroini ayrı-ayrılıqda təmiz çəkiləri -0,118 qr, -0,174 qr, -0,145 qr, -0,099 qr, -0,096 qr, -0,142 qr, -0,153 qr, -0,136 və 0,257 qramdan ibarət hissələrə ayırmış, 14 iyul 2022-ci il tarixdə, dörd bükümdə ümumi təmiz çəkisi -0,688 qram, ayrı-ayrılıqda təmiz çəkiləri -0,142 qr, -0,153 qr, -0,136 qr və 0,257 qram narkotik vasitə heroini Lənkəran şəhəri ərazisində tanışı X10 10 manata satmış, qalan bükümləri üzərində saxlayaraq daşımış, 14 iyul 2022-ci il tarixdə X12 ondan aldığı narkotik vasitə olan heroindən onun məlumatı olmadan bir bükümdə ümumi təmiz çəkisi -0,257 qram olan narkotik vasitə heroini tanışı Təqsirləndirilən şəxs2 5 manat pul qarşılığında satmış, sonuncu 14 iyul 2022-ci il tarixdə saat 13:10-da Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Ələt-Astara şossesinin Lənkəran rayonu Digah kəndindən keçən hissəsində yolla piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman həmin bir ədəd bükümdə ağ sellofana bükülmüş narkotik vasitə olan heroin əynində olan idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq X12 14 iyul 2022-ci il tarixdə, saat 14:05-də Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində saxlanılaraq ŞRPŞ-ya gətirilib və üzərinə keçirilən şəxsi axtarış zamanı ondan aldığı qalan üç bükümdə ümumi təmiz çəkisi -0,431 qram, ayrı-ayrılıqda təmiz çəkiləri -0,142 qr, -0,153 qr və -0,136 qram narkotik vasitə heroin əlində olan qara rəngli çantanın içərisindən aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin nəticəsi olaraq özü də 14 iyul 2022-ci il tarixdə, saat 17:50-də yaşadığı ünvan 3-də saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra şöbənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan köynəyin sağ döş cibindən siqaretin gümüşü kağızına bükülmüş büküm içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri -0,118 qr, -0,174 qr, -0,145 qr, -0,099 qr, -0,096 qram; ümumi təmiz çəkisi 0,632 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 2022-ci ilin may ayında yaşadığı ünvan 4-də yerləşən evin həyətyanı torpaq sahəsini əkin üçün hazırlayaraq, orada istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi əkilib-becərilməsi qadağan edilmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkib, onlardan bitən xeyli miqdar təşkil edən 03 (üç) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edib yetişdirməklə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmiş, 14 iyul 2022-ci il tarixdə, saat 17:12-də Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, qeyd olunan torpaq sahəsinə baxış keçirilərkən xeyli miqdar təşkil edən, ümumi təmiz çəkisi 245,0 qram olan, 70-80 sm arası hündürlükdə həmin 03 (üç) ədəd yaş vəziyyətdə, çətənə (kannabis) bitkiləri kök üstə aşkar edilib qablaşdıralaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. İstifadə etmədiyi zamanlar bədənində güclü ağrıları olur. Əldə etdiyi narkotik vasitələri Lənkəran şəhərində tanımadığı şəxslərdən əldə edir. 14 iyul 2022-ci il tarixdə, səhər saatlarında tanışı olan Sevanə adlı Lənkəran şəhər sakini ilə görüşmüş və Sevanədə narkotik vasitə olub-olmamasını soruşmuşdur. Sevanə də üzərində narkotik vasitənin olduğunu bildirmişdir. Bundan sonra o, Sevanədən 01 ədəd bükümdə narkotik vasitə olan heroini 05 manat pulun müqabilində almışdır. Sevanənin narkotik vasitə istifadəçisi olduğunu bilmiş və Sevanədə də narkotik vasitə ola biləcəyini fikirləşmişdir. Məhz bu səbəbdən Sevanədən sözügedən 01 ədəd narkotik vasitə olan heroini almışdır. Narkotik vasitəni Sevanədən aldıqdan sonra həmin narkotik vasitəni əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. 14 iyul 2022-ci il tarixdə Bakı-Astara şossesinin Lənkəran rayonu, Digah kəndindən keçən hissəsindən piyada hərəkətdə olan zaman bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib Lənkəran ŞRPŞ-nin əməkdaşı olduğunu bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin əldə edilməsi, saxlanması və qəbulunda şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etdikdə etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Lənkəran ŞRPŞ-yə gəlmişdir. Polis şöbəsində otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üstündə qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunduqda əynində olan idman şalvarının sağ yan cibində saxladığı Sevanədən aldığı bir bükümdə narkotik vasitə heroini polis əməkdaşına təqdim etmişdir. Təqdim etdiyi kütlə elektron tərəzidə çəkilərək ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs2 son sözündə əməlindən səmimi peşiman olmasını, ilk dəfə cinayət törətməsini, həm ibtidai, həm də məhkəmə istintaqında əməlini etiraf etməsini, himayəsində iki azyaşlı uşağının olmasını, həmin uşaqları təkbaşına böyütməsini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs X12 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, qeyri-rəsmi nikahdan bir azyaşlı övladı vardır. Narkotik vasitə istifadəçisidir. Bədənində güclü ağrıları olur. Əldə etdiyi narkotik vasitələri Lənkəran şəhərində tanımadığı şəxslərdən əldə edir. 14 iyul 2022-ci il tarixdə, səhər saatlarında bədənində güclü ağrıları olduğundan narkotik vasitəyə ehtiyacı omuşdur. Bu zaman tanışı “Saşa” ləqəbi ilə tanınan Aleksandrla Lənkəran şəhəri ərazisində görüşərək 10 manata 03 bükümdə narkotik vasitə olan heroin almışdır. Aldığı bükümləri özünə məxsus olan əl çantasına qoymuşdur. Üzərindən bir neçə saat keçmiş Xəyalə adlı tanışı onunla şəhər ərazisində görüşərək ondan narkotik vasitə olan heroin istəmişdir. O, “Saşa”dan aldığı 03 ədəd bükümdən birini iki hissəyə ayırıb, bir hissəsini Xəyaləyə 5 manat pulun müqabilində vermişdir. Həmin bükümlərdən birini iki bükümə ayırıb 14 iyul 2022-ci il tarixdə Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində rəfiqəsi X21 ilə piyada hərəkətdə olarkən bir neçə mülki geyimdə olan şəxs onlara yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu bildirib, narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Lənkəran ŞRPŞ-yə dəvət etmişlər. Etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Lənkəran ŞRPŞ-yə gəlmişdir. Həmin vaxt o, polis əməkdaşlarına heç bir müqavimət göstərmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsində otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üstündə qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunduqda əlində olan qara rəngli çantanın içərisində saxladığı “Saşa” ləqəbli Aleksandr adlı şəxsdən aldığı 03 bükümdə narkotik vasitə heroini və 01 ədəd elektron tərəzini polis əməkdaşına təqdim etmişdir. Təqdim etdiyi kütlə elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. mişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmur. Təqsirləndirilən şəxs X4 sözündə özünü CM-nin 234.2-ci maddasində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildiyini, əməlindən peşiman olduğunu, himayəsində bir azyaşlı uşağının olmasını, uşağını təkbaşına böyütməsini, özünün astma xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamlarla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroindən hər gün istifadə edir. İstifadə etmədiyi zamanlar bədənində ağrıları olur. Əldə etdiyi narkotik vasitələri Lənkəran rayonu ərazisində tanımadığı şəxslərdən əldə edir. Lənkəran şəhərində yaşayan X11 tanıyır. Münasibətləri yaxşı olmuşdur. Aradabir görüşmüşlər. Əvvəllər bir neçə dəfə bir yerdə narkotik vasitə istifadə etmişlər. Sevanə Məmmədovanın narkotik vasitə istifadə etdiyini bilmiş və Sevanəyə hərdən həm pay kimi, həm də pul müqabilində narkotik vasitələr vermişdir. Narkotik vasitə istifadəçisi olduğundan özünə məxsus yaşadığı evin həyətində 03 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını da Kiçik Bazar ərazisində yerdən tapdığı kibrit qutusunun içərisindən tapmışdır. ünvan 4-də evinin həyətində narkotik maddə olan çətənə bitkilərini əkib-becərir həmin narkotik vasitəni özü istifadə edir. İki ay bundan əvvəl yaşadığı evin həyətyanı torpaq sahəsində 03 ədəd özündə olan həmin toxumları əkmişdir. Çətənə bitkisinin yaxşı inkişaf etməsi üçün torpağa qum qatmışdır. Həmin gündən etibarən o, həyətdə olan həmin çətənə bitkilərinə üç gündən bir su vermişdi. Bu barədə nə ailəsinin, nə də bir başqasının məlumatı olmamışdır. 14 iyul 2022ci il tarixdə, səhər saatlarında üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən Lənkəran şəhəri, Kiçik Bazar deyilən yerdən almışdır. Həmin siqaret qutusunun içərisinə baxan zaman içərisində beş büküm aşkar etmişdir. Həmin bükümlərdən bir neçəsini hissələrə ayırıb ondan narkotik vasitə istəyən X10 10 manat pulun müqabilində 03 bükümdə narkotik vasitə heroin satmışdır. 14 iyul 2022-ci il tarixdə, saat 17 radələrində evin qarşısında olduğu zaman polis əməkdaşları ona yaxınlaşmışlar, özlərini təqdim etmişlər, onun icazəsi ilə evinin həyətinə baxış keçirilməsini xahiş etmişlər, o, buna etiraz etməmiş və bu barədə polis əkdaşlarına ərizə təqdim etmişdir. Baxış keçirilməmişdən əvvəl həyətdə qanunla qadağan edilmiş hər hansı əşya, predmet və s. vardırsa təqdim etməsini təklif etdikdə evin qarşısında həyətdə qanunsuz olaraq əkdiyi tərkibində narkotik maddələr olan çətənə bitkilərini olduğu yeri polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları aqronomun iştirakı ilə həyətyanı torpaq sahəsinə baxış keçirmişlər. Baxış zamanı ona məxsus evin qarşısında yerləşən həyətyanı torpaq sahəsində əkdiyi, aqrotexniki qaydada qulluq etdiyi 03 ədəd çətənə bitkiləri aşkar edilmişdir. O, həmin çətənə kollarına qulluq etdiyini baxış zamanı polis işçisinə bildirmişdir. Polis işçiləri 03 ədəd çətənə kollarını kökündən çıxarıb qablaşdıraraq avtomobilin yük yerinə qoymuşlar. Həmin avtomobilə əyləşmiş və polis işçiləri ilə birlikdə Lənkəran polis şöbəsinə gəlmişdir. Polis şöbəsində polis işçiləri 03 ədəd çətənə kollarını çıxardıb yerə qoymuşlar. Yaşadığı evin həyətindən aşkar edib götürdükləri 03 ədəd narkotik tərkibli çətənə kolları barəsində polis işçisi tərəfindən yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi ilə bağlı tərtib edilmiş protokol o da daxil olmaqla iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. Sonra polis işçiləri ilə birlikdə Lənkəran ŞRPŞ-nə gəlmişlər, ŞRPŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilmişdir. Hüquq və vəzifələri izah edilmiş və müdafiəşi ilə təmin olunmuşdur. Şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində narkotik vasitə və qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunduqda üzərində olan sol yan cibindən “Rohtmans” siqaret qutusu və sağ yan cibindən 05 ədəd narkotik maddəni təqdim etmişdir. Daha sonra üzərində axtarış aparılsa da üzərindən narkotik vasitə və hər hansı bir qanunsuz əşya və maddə aşkar olunmamışdır. Tərtib olunmuş protokol o da daxil olmaqla iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Yaşadığı evin həyətində əkdiyi tərkibində narkotik maddə olan bitkiləri istifadə etmək məqsədilə əkmişdir. Təqsirləndirilən şəxs3 son sözündə özünü CM-nin 234.2 və 237.1-ci maddalərində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bildiyini, əməlindən səmimi peşiman olduğunu nəzərə alaraq ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis kapitanı rütbəsindədir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs2 narkotik vasitələri əldə etməsi, üzərində daşıması və saxlaması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının doğruluğu onun tərəfindən yoxlanıldıqdan sonra raportla şöbə rəisinə məruzə edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərliyi özü etmiş, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 qrupun üzvü olmuşdur. 14 iyul 2022-ci il tarixdə, saat 13 radələrində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs2 Bakı-Astara şossesi, Lənkəran rayonu, Digah kəndi ərazisindən keçən yolda saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə, xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah edilərək müdafiəçi ilə təmin olunmuşdur. Videoçəkiliş vasitəsi ilə və müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs2 üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsi bildirildikdə Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli idman şalvarının sağ cibindən bir ədəd ağ sellofana bükülmüş bükümü təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd büküm olan narkotik vasitə heroin elektron tərəzidə çəkilərək ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 ilə aparılan şifahi sorğu zamanı üzərindən aşkar edilmiş həmin kütləni 14 iyul 2022-ci il tarixdə Lənkəran şəhər sakini tanışı X3 05 manat pulun qarşılığında əldə etdiyini, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitəni nə vaxt, harada, kimdən almasını müəyyən etmək məqsədilə şöbənin cinayət axtarış bölməsində əməliyyat-axtarış tədbirləri keçirilmiş və həmin narkotik vasitəni tanışı Lənkəran şəhər sakini X3 05 manat pulun qarşılığında əldə edərək üzərində saxladığı müəyyən edilmişdir. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid X28 ifadəsində göstərmişdir ki, o, Lənkəran şəhər, rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis mayoru rütbəsindədir. İcraatına ünvan 2-da yaşayan X6 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı icra olunmasından ötrü onun tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmiş və razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmiş, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid4 və polis kapitanı Şahid5 isə qrupun üzvləri olmuşlar. 14 iyul 2022-ci il tarixdə, saat 14 radələrində X6 Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində olmasını müşahidə etmişlər. X30 yaxınlaşaraq özlərini təqdim etmişlər. Sevanə Məmmədovaya üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra ilk olaraq xidməti otaqların birində X10 hüquq və vəzifələrini izaha etdikdən sonra, təqdim edilmiş müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Sevanə Məmmədovaya üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduqda Sevanə Məmmədova əlində olan qara rəngli çantanın içərisindən 01 ədəd elektron tərəzi və 03 ədəd bükümü təqdim etmişdir. Sevanə bükümlərin içərisində heroin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Sevanənin üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sevanə Məmmədovanın əlində saxladığı qara rəngli çantanın içərisinə baxış zamanı aşkar olunmuş iki ədəd “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Sevanə Məmmədovanın əl çantasından aşkar edilmiş 5 manat pul əskinazı iş üçün əhəmiyyət kəsb etmədiyindən Sevanə Məmmədovanın özünə geri qaytarılmışdır. Aşkar olunmuş 03 ədəd bükümdə olan kütlələr elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyularaq qablaşdırılmışdır. Şifahi sorğu zamanı Sevanə Məmmədova üzərindən aşkar olunmuş narkotik vasitələri 14 iyul 2022-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhərində tanışı- “Saşa” ləqəbli Aleksandr adlı şəxsdən 10 manata əldə etdiyini bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq “Saşa” ləqəbli Aleksandr adlı şəxsin kimliyinin müəyyən edilməsi ilə bağlı şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən adı qeyd olunan şəxsin cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid4 və polis kapitanı Şahid5 isə qrupun üzvləri olmuşlar. 14 iyul 2022-ci il tarixdə, saat 17 radələrində ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs3 qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri qanunsuz kultivasiyası ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun yaşadığı evin qarşısında yerləşən həyətyanı torpaq sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 məxsus fərdi yaşayış evinin həyətinə daxil olduqda həmin torpaq sahəsində bir-birindən 50 sm aralıda 03 ədəd tərkibində narkotik maddə olan çətənəyə bənzər kollar aşkar edilmiş, həmin bitkilərin hündürlüyü 70-80 sm olmuşdur. Aşkar olunmuş çətənəyə bənzər bitkilər torpaqdan çəkilib çıxarılmaqla 01 ədəd sintetik kisəyə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs3 polis şöbəsinə dəvət edilərək gətirilmiş, hüquq və vəzifələri izah edilməklə müdafiəçi ilə təmin olunmuşdur. Müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3a üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduqda əynində olan köynəyin sol yan cibindən bir ədəd “Rothmans” siqaret qutusunu və sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş 05 ədəd bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs3 bükümlərin içərisində heroin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3ın üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Aşkar olunmuş 05 ədəd bükümdə olan kütlələr elektron tərəzidə çəkimiş və ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış zamanı keçirilmiş şifahi sorğu zamanı Təqsirləndirilən şəxs3ın üzərindən aşkar olunmuş narkotik vasitələri 14 iyul 2022-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhəri, Kiçik Bazar adlı ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manata əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitə satması barədə əməliyyat məlumatları daxil olmuş və həmin şəxsin X10 narkotik vasitə satması müəyyən olunmuşdur. Sevanənin üzərindən aşkar olunmuş narkotik vasitələrin mənbəsi Təqsirləndirilən şəxs3dir. Məhkəmə istintaqında Şahid4 və Şahid5 şahid X22 ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş şahid X13 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran ŞRPŞ-də xadimə işləyir. 14 iyul 2022-ci il tarixdə, günorta saatlarında şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhər sakini olan X1 polis şöbəsinə gətirilmişdir. Şöbədə, xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Sevanə Gülməmməd qızı şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah edilmiş, Sevanə Məmmədovanın istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Videoçəkiliş vasitəsi ilə və müdafiəçinin iştirakı ilə X6 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Sevanə Gülməmməd qızına üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra Sevanə Məmmədova əlindəki qara rəngli çantadan 03 ədəd bükümdə bükümü təqdim etmişdir. Bundan sonra Sevanə Hacızadənin üzərindən aşkar olunaraq götürülmüş 03 ədəd büküm olan narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Daha sonra o, Sevanə Məmmədovanın üzərində şəxsi axtarış aparmış və qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edə bilməmişdir. X12 ilə aparılmış şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş həmin kütlə özünə məxsus olmaqla həmin kütləni 14 iyul 2022-ci il tarixdə Lənkəran şəhər sakini, tanışı Aleksandrdan 10 manat pulun qarşılığında əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. X12 da heç bir təzyiq altında olmadan protokola imza etmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş şahid X18 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 1972-ci il tarixdən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun, meyvə-tərəvəz və üzümçülük ixtisası üzrə Alim-Aqronom ixtisasını bitirmiş, ali təhsillidir, 45 illik iş təcrübəsi vardır, 14 iyul 2022-ci il tarixdə, saat 17 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşlarının dəvəti ilə Təqsirləndirilən şəxs3 ünvan 4 ünvanında yerləşən yaşadığı evin həyətyanı torpaq sahəsinə polis əməkdaşları ilə birlikdə videoçəkilişlə baxışda iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs3 yaşadığı evin sağ tərəfində, 03 ədəd narkotik xassəli olan çətənə kolları aşkar olunmuşdur. Aşkar olunmuş çətənə kolları bir-birinə 50 sm məsafədə əkilmiş və bitkilərə bir sıra aqrotexniki xidmətlər göstərilmişdir. Bitkilərin dibi suvarılıb, yumşaldılmış, alaq otlardan təmizlənərək qulluq göstərilmişdir. Həmin çətənə kollarının hündürlüyü 70-80 sm ölçüdə olmuş, torpaqdan çıxarıldıqdan sonra 01 ədəd sintetik kisədə qablaşdırılmışdır. Baxış zamanı başqa qanunsuz olan hər hansı bir əşya aşkar edilməmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs3lə apardıqları şifahi sorğu zamanı bildirmişdir ki, 2022-ci ilin may ayında tanımadığı şəxsdən aldığı kibrit qutusunun içində olan marixuananı istifadə etdikdən sonra qutunun içində qalmış 03 ədəd toxumlarını saxlayıb, may ayının ortalarında həyətində əkib-becərmişdir. Sonda həmin bitkilər ekspertizaya təqdim olunması məqsədilə qablaşdırılaraq 01 ədəd sintetik torbaya qoyulmuş və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara oxunmuş, iştirakçılar tərəfındən heç bir şikayət, etiraz və vəsatət daxil olmadan protokol imzalarla təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: a) Təqsirləndirilən şəxs2 münasbətdə: Şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 14 iyul 2022-ci il tarixdə saat 13:10-da saxlanılmış, saat 13:20-də isə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında 14 iyul 2022-ci il tarixli protokoldan və protokola əlavə olunmuş CD diskdə olan video görüntüdən görünür ki, 14 iyul 2022-ci il tarixdə saat 13:10-da müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan idman şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülür və elektron tərəzidə çəkilərək çəkisi 0,29 qram olur. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 polis əməkdaşının şifahi suallarına cavab olaraq narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar olunaraq götürülmüş kütlənin ona məxsus olduğunu və tanışı-X3 14 iyul 2022-ci il tarixdə 05 manata əldə etdiyini bildirir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının ekspertizasının 15 iyul 2022-ci il tarixli 19/790 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd büküm...” sözlər və imzalar olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,257 qram olan olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,05 qram istifadə edilmiş, 0,207 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə narkoloji ekspertizasının 14 iyul 2022-ci il tarixli 782 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Qətimkan tədbirinin seçilməsi haqqında 16 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və o, 16 iyul 2022-ci il tarixdə saat 11:00-da tutulmadan azad edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Lənkəran ŞRPŞ tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 qaynanası X19, övladları – xx.xx.2014-cü il təvəllüdlü X25 və xx.xx.2016-cı il təvəllüdlü X23 ilə birlikdə ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. b) Təqsirləndirilən şəxs X10 münasbətdə: Şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, X12 14 iyul 2022-ci il tarixdə 14:05-də saxlanılmış, saat 14:15-də isə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında 14 iyul 2022-ci il tarixli protokoldan və CD diskdən görünür ki, 14 iyul 2022-ci il tarixdə saat 14:05-də müdafiəçinin iştirakı ilə X6 üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan qara rəngli çantanın içərisindən bir ədəd elektron tərəzi və 03 ədəd sellofan bükümlərə bükülmüş narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunaraq götürülür və elektron tərəzidə çəkilərək çəkisi 0,50 qram olur. Həmçinin şəxsi axtarış zamanı Sevanə Məmmədova polis əməkdaşının şifahi suallarına cavab olaraq narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar olunaraq götürülmüş kütlənin ona məxsus olduğunu və tanışı-Təqsirləndirilən şəxs3 14 iyul 2022-ci il tarixdə 10 manata əldə etdiyini bildirir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 15 iyul 2022-ci il tarixli 19/791 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “X6 üzərindən aşkar edilmiş 3 ədəd büküm.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,142 qram; -0,153 qram; -0,136 qram: ümumi təmiz çəkisi: 0,431 qram olan olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərilərində “X6 üzərindən aşkar olunmuş 1 ədədelektron tərəzi” sözlər və imzalar olan 1 ədəd zərfdəki 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroin izləri vardır, Heroin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Tədqiqata 0,15 qram istifadə edilmiş, 0,281 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə narkoloji ekspertizasının 15 iyul 2022-ci il tarixli 781 nömrəli rəyindən görünür ki, X7 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Qətimkan tədbirinin seçilməsi haqqında 16 iyul 2022-ci il tarixli qərardan görünür ki, X6 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və o, 16 iyul 2022-ci il tarixdə saat 12:35-də tutulmadan azad edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, X12 əvvəllər məhkum olunmamışdır. Lənkəran ŞRPŞ-dən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, X12 anası X29 və övladı – xx.xx.2020-ci il təvəllüdlü X20 ilə birlikdə ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Lənkəran Şəhər İcra hakimiyyətinin xx.xx.2022-ci il tarixli arayışından və xx.xx.2022ci il tarixli müayinə Aktından görünür ki, 5 aprel 1988-ci il təvəllüdlü X2 şəhəri, Şəhidlər Xiyabanı 46/2A, mənzil 7 ünvanında azyaşlı övladı 4 oktyabr 2020-ci il təvəllüdlü X20 ilə birlikdə yaşayır. Onun təlim-tərbiyəsi ilə məşğul ola bilir. Buna görə də onun anası Sevanə Məmmədovanın himayəsində qalması məqsədəmüvafiqdir. Onların istifadəsində olan yaşayış sahəsi 2 otaqlı, orta təmirli mənzildir. Hamam və sanitar qovşağı təmiz saxlanılır. Sanitar-gigiyena tələblərinə uyğundur. Evin şəraiti uşağın yaşaması üçün yararlıdır. Evdə işıq, qaz, su və kanalizasiya sistemləri yaşayış normalarına cavab verir. Ailənin mənəvipsixoloji və maddi durumu qənaətbəxşdir. Evdə daimi yaşayanların sayı 3 nəfərdir. c) Təqsirləndirilən şəxs3na münasibətdə: Şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 14 iyul 2022-ci il tarixdə 17:12-də saxlanılmış, saat 17:45-də isə şübhəli şəxs qismində tutulmuşdur. Baxış keçirilməsi və əşyanın götürülməsi haqqında 14 iyul 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş CD diskdəki videogörüntülərdən görünür ki, həmin tarixdə saat 17:12-də ünvan 3 ünvanında Təqsirləndirilən şəxs3 yaşadığı evin həyətyanı torpaq sahəsinə polis əməkdaşları və mütəxəssisin iştirakları ilə baxış keçirilmişdir. Baxış keçirilən əraziyə daxil olduqdan sonra fərdi yaşayış evinin sağ tərəfində olan torpaq sahəsində yerləşən 03 ədəd kök üstdə olan çətənə bitkisinə oxşar kollar aşkar edilmişdir. Aşkar edilmiş çətənə kolları həmin yerlərdə əkilmiş və onlara aqrotexniki xidmətlər olunmuş, yəni suvarılmış, gübrələnmiş, alaq otlardan təmizlənmiş və dibi yumşaldılmışdır. Həmin çətənə kolları regetasiya dövrünə uyğun inkişaf etmiş, hündürlükləri 70-80 sm olmuşdur. Aşkar olunmuş çətənə kolları baxışda iştirak edən polis əməkdaşları tərəfindən dibindən dartılaraq kökündən çıxarılmış, ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılaraq 01 ədəd sintetik kisəyə qoyulmuş və kisə möhür ilə möhürlənmişdir. Şəxsi axtarışın keçirilməsi haqqında 14 iyul 2021-ci il tarixli protokoldan və protokola əlavə olunmuş CD diskdə olan video görüntüdən görünür ki, 14 iyul 2022-ci il tarixdə saat 17:12-də Təqsirləndirilən şəxs3 Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 3 ünvanına baxış keçirilib həyətyanı torpaq sahəsindən 03 ədəd çətənə kolları aşkar edilib götürüldükdən sonra Lənkəran ŞRPŞ-nə gətirilmiş, daha sonra müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan köynəyin sağ yan cibindən beş ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunaraq götürülür və elektron tərəzidə çəkilərək çəkisi 0,80 qram olur. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 polis əməkdaşının şifahi suallarına cavab olaraq narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar olunaraq götürülmüş kütlələrin ona məxsus olduğunu və 14 iyul 2022-ci il tarixdə Lənkəran şəhəri Kiçik Bazar deyilən ərazidə tanımadığı şəxsdən aldığını göstərmişdir. 14 iyul 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanında Təqsirləndirilən şəxs3 yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs3 yaşadığı evin sağ tərəfində olan torpaq sahəsində 03 (üç) ədəd narkotik xassəli olan çətənə kolları aşkar edilmişdir. Bitkilər suvarılmış, dibləri alaq otlardan təmizlənmiş, gübrələnmiş və dibi yumşaldılmaqla hündürlüyü 70-80 sm olan 03 ədəd çətənə bitkiləridir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 15 iyul 2022-ci il tarixli 19/793 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 05 ədəd büküm.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 05 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,118 qram; 0,174 qram; 0,145 qram; 0,099 qram; 0,096 qram, ümumi təmiz çəkisi 0,632 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər və xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata heroindən 0,15 qram istifadə edilmiş, 0,482 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-bioloji ekspertizasının 15 iyul 2022-ci il tarixli 19/794 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs3 yaşadığı evin həyətindən aşkar olunmuş 03 ədəd çətənə bitkisi.....” sözlər və imzalar olan bir ədəd kisədəki, ümumi sayı 03 ədəd olmaqla, yaş vəziyyətdə ümumi təmiz çəkisi 245,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir, xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə narkoloji ekspertizasının 15 iyul 2022-ci il tarixli 783 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran Rayon Məhkəməsinin 4(049)-230/2022 №-li 16 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 iyul 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Lənkəran ŞRPŞ tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 05 avqust 2022-ci il tarixli 19/816 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs3 məxsus 05 büküm heroin Rəy №19/793.....” və “X10 məxsus 03 büküm heroin və 01 ədəd elektron tərəzi Rəy №19/791....” sözlər və imzalar olan 02 ədəd zərfdəki ümumilikdə sayı 08 büküm olan heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə birbiriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərilərində “X10 məxsus 03 büküm heroin və 01 ədəd elektron tərəzi Rəy №19/791....” və “Təqsirləndirilən şəxs2 məxsus 01 büküm heroin Rəy №19/790....” sözlər və imzalar olan 02 ədəd zərfdəki ümumilikdə sayı 04 büküm olan heroinlər, xarici görünüşlərinə və kimyəvi kompanent tərkiblərinə görə birbiriləri ilə eynidirlər. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 05 avqust 2022-ci il tarixli 19/816 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs3 məxsus 05 büküm heroin Rəy №19/793.....” və “X10 məxsus 03 büküm heroin və 01 ədəd elektron tərəzi Rəy №19/791....” sözlər və imzalar olan 02 ədəd zərfdəki ümumilikdə sayı 08 büküm olan heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərilərində “X10 məxsus 03 büküm heroin və 01 ədəd elektron tərəzi Rəy №19/791....” və “Təqsirləndirilən şəxs2 məxsus 01 büküm heroin Rəy №19/790....” sözlər və imzalar olan 02 ədəd zərfdəki ümumilikdə sayı 04 büküm olan heroinlər, xarici görünüşlərinə və kimyəvi kompanent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş heroindən 0,5 qram istifadə edilmiş, 0,432 qram qalıq qalmışdır. X6 üzərindən aşkar edilmiş heroindən 0,5 qram istifadə edilmiş, 0,231 qram qalıq qalmışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş heroindən 0,5 qram istifadə edilmiş, 0,157 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatınn dəyəri 60 manat təşkil edir. Sübutların qiymətləndirilməsi haqqında 21 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2, X12 və Təqsirləndirilən şəxs3 götürülmüş narkotik vasitələr heroin, habelə 3 ədəd çətənə(kannabis) bitkiləri və iş üzrə şəxs axtarış və yaşayış yerinə baxışın videogörüntülərini özündə əks etdirən CD disklər maddi sübut kimi tanınmışdır. 18 iyul 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Sevanə Məmmədova və Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Sevanə Məmmədova 14 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 ona 10 manat pulun qarşılığında narkotik vasitəni satdığını bildirmişdir. Təqsirləndirilən şəxs3 də, həmin xüsusatları təsdiq etmişdir. 10 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 və Sevanə Məmmədova arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 14 iyul 2022-ci il tarixdə X6 ona 05 manat pulun qarşılığında narkotik vasitəni satdığını bildirmişdir. Sevanə Məmmədova da həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 əməli CM-nin 234.1-ci maddəsi, X6 əməli CM-nin 234.2-ci maddəsi və Təqsirləndirilən şəxs3 isə əməlləri CM-nin 234.2 və 237.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma inayət məsuliyyətinə səbəb olur. CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə isə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. CM-nin 237.1-ci maddəsinin dispozisiyasına görə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama cinayət əməli hesab olunur. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» narkotik vasitələrin siyahının 5-ci bəndində narkotik vasitə heroinin 0,15 qramından artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar, «Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin» siyahısının 1.2ci bəndində çətənə bitksinin 3-15 ədədi xeyli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 CM-nin 234.1ci maddəsi, X6 234.2-ci maddəsi və Təqsirləndirilən şəxs3 isə CM-nin 234.2 və 237.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmələri, təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələri ilə yanaşı, həmçinin şahidlərin təsdiqedici ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, «şəxsi axtarışın keçirilməsi» barədə protokollar, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan sübutlar təqsirləndirilən şəxslərin istinad olunmuş əməllərin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, həm Təqsirləndirilən şəxs2 əməli CM-nin 234.1-ci maddəsi ilə, həm X6 əməli CM-nin 234.2-ci maddəsi ilə, həm də Təqsirləndirilən şəxs3 əməlləri CM-nin 234.2 və 237.1-ci maddələri ilə düzgün tövsif olunmuş, həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi, təqsirləndirilən şəxslərə bəraət verilməsi və CM-nin başqa maddəsinə tövsif edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası, CM-nin 237.1-ci maddəsinin sanksiyasında isə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. a) Təqsirləndirilən şəxs2 münasibətdə: Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə təqsirini etiraf etməsi, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi (aşkar edilmiş narkotik vasitə heroinin miqdarını), Təqsirləndirilən şəxs2 şəxsiyyəti, cəzanı yüngülləşdən halları və cəzanı ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin himayəsində olan uşaqlarını təkbaşına böyütməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkündür. Məhz buna görə də məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 14 iyul 2022-ci il saat 13:10-dan 16 iyul 2022-ci il saat 11:00-dək şübhəli şəxs qismində saxlanıldığı 2 gün (həbsdə saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla) azadlığın məhdudlaşdırılması cəzasının 4 gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs2 qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində CM-nin 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə azadlığın məhdudlaşdırılması cəzası üzrə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. b) Təqsirləndirilən şəxs X10 münasibətdə: Məhkəmə təqsirləndirilən şəxs X6 himayəsində qayğıya ehtiyacı olan bir yaşlı övladının olmasını CM-nin 59.1.4-cü, onun həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə təqsirini etiraf etməsi, əməlindən səmimi peşman olmasını, astma xəstəsi olması, yaşayış yeri üzrə müsbət xarakrterizə olunmasını, uşağını təkbaşına böyütməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. X6 əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. X6 barəsində CM-nin 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Məhkəmə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, X8 şəxsiyyəti, cəzanı yüngülləşdən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, X10 CM-nin 234.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqbul sayır. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 14 iyul 2022-ci il saat 14:15-dan 16 iyul 2022-ci il saat 12:35-dək şübhəli şəxs qismində saxlanıldığı 2 gün azadlıqdan məhrum etmə cəzasının 2 gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq X10 qəti cəza təyin olunmalıdır. X6 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə eyni zamandan onu da qeyd edir ki, X6 himayəsində bir azyaşlı uşağının olmasını və həmin uşağı təkbaşına böyütməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, CM-nin 79.1-ci maddəsi tətbiq edilməklə 4 oktyabr 2020-ci il təvəllüdlü X20 14 yaşına çatanadək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmalıdır. Belə ki, CM-nin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinın 79.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİ və İİİ hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 28-ci maddəsinin İ hissəsinə, 147-ci maddəsinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 mart 2010-cu il tarixli qərarında qeyd olunur ki, xüsusi qeyd olunmalıdır ki, CM-in müddəaları (o cümlədən 79-cu maddə) müəyyən siyasi-hüquqi münasibətlərin, hüquq normalarının, ideyaların, baxışların sistemi kimi səciyyələndirilən və dövlət tərəfindən yürüdülən cinayət-cəza siyasəti ilə bağlıdır. Bu siyasətin əsas məzmunu məqsəd və vəzifələrin işlənib hazırlanmasından, ictimai təhlükəsizliyin və cinayətkarlığın aradan qaldırılması və ya sosial baxımdan qəbul oluna biləcək səviyyədə saxlanmasının təmin edilməsi üçün zəruri vasitə və üsulların seçilməsindən ibarətdir. Cinayət-cəza siyasəti kompleks xarakteri daşıyır və digərləri ilə yanaşı ilk növbədə cinayətkarlıqla mübarizənin aparılması üzrə cinayət-hüquqi, cinayət-prosessual, cəza-icra normalarının müəyyənləşdirilməsini nəzərdə tutur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, cəzanın çəkilməsinin təxirə salınması ilə bağlı qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə uyğun olaraq, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Bu zaman məhkəmə qadının fizioloji vəziyyətini və ya qadının (kişinin) uşağının azyaşlı olmasını nəzərə alaraq təyin edilmiş cəzanın icrasının təxirə salınmasını məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli qərarında qeyd olunur ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Hamilə qadınların və ya səkkiz yaşına qədər uşağı olan qadınların, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzasının çəkilməsinin təxirə salınması da cinayət qanunvericiliyində əksini tapmış humanizm prinsipinin reallaşdırılması vasitələrindən biridir. Bu əsasla cəzanın təxirə salınmasında dövlətin məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlamaq və azyaşlı uşaqlara zəruri valideyn qayğısı və tərbiyəsini təmin etməkdir. Cəzanın çəkilməsinin təxirə salınmasının tətbiq edilməsi iki məqsəd daşıyır. Bir tərəfdən, bu yuxarıda qeyd edildiyi kimi, humanizmin təcəssümü, digər tərəfdən isə cəzanın məqsədlərinə cəza real çəkilmədən nail olmaq imkanıdır. Cinayət qanunu cəzanın çəkilməsinin təxirə salınmasını bir neçə əsaslarla şərtləndirmişdir: - bu institut ancaq hamilə qadınlara, səkkiz yaşına qədər uşağı olan qadınlara və səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə tətbiq edilir; - şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti beş ildən artıq olan şəxslərə tətbiq edilmir; - şəxs uşağının tərbiyəsi ilə məşğul olmalıdır. Bununla yanaşı, qeyd edilməlidir ki, cəzanın çəkilməsinin təxirə salınması məsələsini həll edərkən məhkəmə bir sıra digər halları da nəzərə almalıdır. Bu hallar sırasına məhkumun şəxsiyyəti, cəzanın çəkilməsi müddətində davranışı, əməyə münasibəti, uşağa zəruri şəraiti təmin etmək imkanı, cinayət əməli törədilənədək uşağın tərbiyəsinə olan münasibəti və s. aiddir. Bütün bu hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq imkanını təsdiq etməlidir. Bu hallar olmadıqda isə təxirə salma üçün zəruri olan əsaslar olsa belə, məhkəmə cəzanın çəkilməsini təxirə salmaya bilər. Belə ki, cəzanın çəkilməsinin təxirə salınması məhkəmənin vəzifəsi deyil, səlahiyyətidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda sadalanan qərarlarında sərgilədiyi hüquqi mövqeyini, təqsirləndirilən şəxs Sevanə Məmmədovanın himayəsində təşbaşına böyütdüyü iki yaşında uşağının olmasını, uşağın ana qayğısına daha çox ehtiyacının olmasını, təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmiş olarsa uşağın ana qayğısından məhrum olacağını, bunun da uşağın normal inkişafına və cəmiyyətin normal fərdi kimi yetişməsinə mane olacağını, təqsirləndirilən şəxs Sevanə Məmmədovanın uşağın normal yaşaması üçün yaşayış yerinin olmasını, uşaqların üstün mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-nin 79.1-ci maddəsi tətbiq edilməklə 4 oktyabr 2020-ci il təvəllüdlü X20 14 yaşına çatanadək X10 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmalıdır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, X6 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, CM-nin 93.1.2-ci maddəsinə əsasən X10 narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmə Plenumunun 54-cü bəndində göstərilmişdir ki, Şəxs cinayətlərin məcmusuna görə təqsirli bilindiyi hallarda cəzanın CMin 70-ci maddəsi tətbiq olunmaqla şərti tətbiq edilməsi və yaxud CM-in 79-cu maddəsi tətbiq olunmaqla çəkilməsinin təxirə salınması yalnız qəti cəza təyin edildikdən sonra göstərilməlidir. Bu zaman nəzərə almaq lazımdır ki, CM-in 70-ci maddəsi yalnız əsas cəzaya (müəyyən müddətə azadlıqdan məhrum etmə, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, islah işləri), CM-in 79-cu maddəsi isə həm əsas, həm də əlavə cəzaya şamil edilə bilər. c) Təqsirləndirilən şəxs3na münasibətdə Məhkəmə Təqsirləndirilən şəxs3 əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakrterizə oluunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 əməlində cinayətin təkrar törədilməsi CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs3 şəxsiyyəti, cəzanı yüngülləşdən və cəzanı ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid edilmədən islah olunması qeyri-mümkündür. Buna görə də yuxarıda qeyd olunanlar baxımından Təqsirləndirilən şəxs3 234.2 və 237.1ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, habelə CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti cəzanın təyin edilməsi məqsədəmüvafiqdir. Təqsirləndirilən şəxs3 barəsində CM-nin 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs3 CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzaçəkmə müddətinin başlanğıcı 14 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, CM-nin 93.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs3na cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan narkotik vasitələr heroin və 3 ədəd çətənə (kannabis) bitkiləri, habelə elektron tərəzi məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin şəxsi axtarışı və yaşayış yerinə baxış keçirilməsi zamanı aparılmış videoçəkilişin yazısı olan 4 ədəd CD disk maddi sübut kimi iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, X12 və Təqsirləndirilən şəxs3 hər birindən müştərək qaydada iş üzrə məhkəmə məsrəflərinə aid edilən ekspertiza xərci 300 manat tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlini törətməkdə təqsirli bilinərək, barəsində 2(iki) il müddət azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 14 iyul 2022-ci il saat 13:10-dan 16 iyul 2022-ci il saat 11:00-dək şübhəli şəxs qismində tutulmada saxlanıldığı 2(iki) gün müddət (həbsdə saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla) azadlığın məhdudlaşdırılması cəzasının 4(dörd) gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 26(iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X6 14 iyul 2022-ci il saat 14:15-dən 16 iyul 2022-ci il saat 12:35-dək şübhəli şəxs qismində tutulmada saxlanıldığı 2(iki) gün müddət azadlıqdan məhrum cəzasının 2(iki) gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq X6 üzərində qəti olaraq 2(iki) il 11(on bir) ay 28(iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə himayəsində olan 4 oktyabr 2020-ci il təvəllüdlü X20 14 yaşına çatanadək X10 təyin edilmiş 2(iki) il 11(on bir) ay 28(iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınsın. X6 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. X10 narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə barəsində 3(üç) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə barəsində isə 9(doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 3(üç) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 14 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsəni alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3na cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Maddi sübut – Lənkəran ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs2 aşkar edilərək götülümüş və eksertiza tədqiqatından sonra qalıq qalan 0,157 qram narkotik vasitə heroin, təqsirləndirilən şəxs X9 aşkar edilərək götülümüş və eksertiza tədqiqatından sonra qalıq qalan 0,231 qram narkotik vasitə heroin və elektron tərəzi, Təqsirləndirilən şəxs3 üzərindən və onun evindən aşkar edilərək götürülmüş və eksertiza tədqiqatından sonra qalıq qalan 0,432 qram narkotik vasitə heroin və 3 ədəd çətənə (kannabis) bitkisi məhv edilsin. Maddi sübut – təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, X6 şəxsi axtarışı zamanı və Təqsirləndirilən şəxs3 həm şəxsi axtarışı, həm də yaşayış yerinin axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 4 ədəd CD disk iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, X12 və Təqsirləndirilən şəxs3 müştərək qaydada ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X15, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-36/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-36/2023
12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver