Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-36/2024 11.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat: 16:15 xx.xx.1951-ci ildə Lerik rayonun Anzullu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, pensiyaçı, evli, məhkumluğu olmayan, Lənkəran şəhəri, Kələntərlilər küçəsi ev 22-də qeydiyyatda olmaqla Lənkəran rayonu Şiləvar kəndində yaşayan və barəsində “polisin nəzərəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə 2021-ci ilin dekabr ayının ortalarında, istintaqa dəqiq məlum olmayan tarixdə Lənkəran rayon Mərkəzi Bazarda tanışı Zərərçəkmiş şəxs1 Məmədhüseyn oğlunun vasitəsi ilə tanış olduğu sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 onu 1.200 manat müqabilində təqaüdə çıxardacağı barədə yalan vəd verib aldadaraq etibarını qazandıqdan sonra, etibarından sui-istifadə etməklə, sonuncunu təqaüdə çıxartmaq adı ilə aldadaraq ondan ilk öncə 700 manatı aldıqdan bir neçə gün sonra həmin ərəfədə istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs2 qardaşı Zərərçəkmiş şəxs1 vasitəsi ilə göndərilən 500 manat pulu sonuncu ilə Lənkəran şəhəri Mərkəzi bazarda görüşüb qəbul etməklə, vahid niyyətlə iki dəfəyə Zərərçəkmiş şəxs2 ümumlikdə 1.200 manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə 2022-ci ilin yanvar ayının əvvəllərində, istintaqa dəqiq məlum olmayan tarixdə Lənkəran rayon Mərkəzi xəstəxanasında rastlaşıb tanış olduğu Zərərçəkmiş şəxs1 sonuncunun atası X4 800 manat müqabilində təqaüdə çıxardacağı barədə yalan vəd verib aldadaraq etibarını qazanmış və həmin ərəfədə yəni 2022-ci ilin yanvar ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan vaxtda Lənkəran şəhəri, Mərkəzi Bazar ərazisində Zərərçəkmiş şəxs1lə görüşüb etibarından sui-istifadə etməklə, atası Məmmədhüseyn Əliyevi təqaüdə çıxartmaq adı ilə aldadaraq 800 manat pulunu alıb ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə 2022-ci ilin yanvar ayının ortalarında, istintaqa dəqiq məlum olmayan tarixdə tanışı Zərərçəkmiş şəxs4 sonuncunun arvadı X2 1000 manat müqabilində təqaüdə çıxardacağı barədə yalan vəd verib aldadaraq etibarını qazanmış və xx.xx.2022-ci tarixdə Lənkəran şəhəri, Mərkəzi Bazar ərazisində yerləşən “Bazarstore” adlı dükanın qarşısında görüşüb etibarından sui-istifadə etməklə, arvadı Rəhimə Mirzəyevanı təqaüdə çıxartmaq adı ilə aldadaraq 1000 manat pulunu alıb ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə 2023-cü ilin iyun ayının ortalarında istinataq dəqiq olmayan tarixdə tanışı Şahid1 ona tanışı olan Zərərçəkmiş şəxs3 X10u səhhəti ilə bağlı hərbi xidmətdən saxladırmaq istəməsini bildirdikdən sonra etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda pul vəsaitindən ibarət əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə Şahid1 Balabəy Həsənovu hərbi xidmətdən saxlatdıracağı Şahid1 bildirərək, onun vasitəsi ilə Zərərçəkmiş şəxs3 özünə inandırıb, etibarını qazandıqdan sonra, sonuncunun ona olan inam və etibarından suiistifadə edərək üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyətində olmadan 7000 (yeddi min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə Lənkəran şəhəri, Z.Əliyeva küçəsində Gənclik çayxanasının qarşısında Şahid1 qəbul edib ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü qarşı elan olunmuş ittihamla təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Lənkəran rayonun Şilavar kəndində yaşayır. Pensiyaçıdır. Zərərçəkmiş şəxsləri tanıyır. Onun heç kimə pensiya düzəltmək və heç kəsi hərbi xidmətdən yayındırmaq kimi fikri olmamış, göstərilən məqsədlərlə heç kimdən pul almamışdır. Arvadının xəstəliyi ilə əlaqədar Bakı şəhərində müalicə olunması zərurəti yarandığından ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs2 700, 800 və 1000 manat, Şahid1 7000 manat borc pul almışdır. Borc aldığı pulların əhəmiyyətli hissəsini qaytarmış, Zərərçəkmiş şəxs2 aldığı borc puldan ödənilməmiş hissə 1300 manat təşkil edir. Təqsirləndirilən şəxs son sözündə ona elan edilmiş ittihamla özünü təqsirli bilmədiyini qeyd edərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittihamla özümü təqsirli bilir. Ailəsi ilə birlikdə Lənkəran rayonun Şilavar kəndində yaşayır. İşləmir. Təqaüdçüdür. Əvvəllər məhkum edilməmişdir. Lənkəran rayonun Günəhir kənd sakini Zərərçəkmiş şəxs1lə Lənkəran rayon Mərkəzi Xəstəxanasında həkim qəbulunda olarkən tanış olmuşdur. Səxavət də həmin vaxt oğlunu həkimə gətirmişdir. Həmin vaxtdan bir müddət sonra Səxavətlə yenidən xəstəxanada təsədüfən rastalaşanda ona atasını təqaüdə çıxarmaq üçün gəldiyini ondan bu işləri görə biləcək bir şəxsi tanıyıb tanımadığını soruşanda, ona bu işləri bacardığını demişdir. 2021-ci il dekabr ayında Səxavət ona zəng edərək qardaşı Elşəni təqaüdə çıxarmaq istədiyini demişdir. O da Səxavətə görüşüb söhbət edərik demişdir. Səxavətlə danışdığı günün səhəri günü onunla Lənkəran şəhər Mərkəzi Bazar yaxınlığında görüşmüşdür. Səxavətin yanında tanımadığı bir şəxs də olmuşdur. Sonradan həmin şəxsin onun qardaşı Elşən olduğunu bilmişdir. Həmin ərəfədə ona pul lazım olmuşdur. Pula ehtiyacı olduğu üçün Səxavətə yalan vəd verib onun qardaşının təqaüd işlərini düzəldəcəyinə söz vermişdir. O, Səxavətə qardaşı Elşəndən sənədləri yığmaqla birlikdə 1200 manat pul istəmişdir. Səxavətə onu inandırmaq üçün 6 ay ərzində də Elşəni ömürlük təqaüdə çıxacağını və hər ayda 200 manat təqaüd alacağı barədə bildirmişdir. Bu zaman Elşən ona “birdən alınmaz pulu batar” dedikdə o Elşənə “sizin pulunuzu heç kəs yeyə bilməyəcəyini” demişdir. Elşən də onunla razılaşmışdır. Elşən həmin vaxt ona Səxavətin yanında 700 manatı verib qalan pulu da tez bir zamanda göndərəcəyini demişdir. Həmin gündən 5 gün sonra Səxavət onunla Mərkəzi bazarda görşüb Elşənin ona verdiyi 500 manatı ona vermişdir. O həmin pulları öz maddi ehtiyaclarına xərcləmişdir. Səxavət ona atasını təqaüdə çıxarmaq istədiyini lakin pulu olmadığını dedikdə, bunu fürsət bilib Səxavətə atasını 800 manata təqaüdə çıxarda biləcəyini demişdir. O da razılaşmışdır. Səxavət ona gərək kredit götürsün dedikdə, atan təqaüd alar pulu ödəyərsən demişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində Səxavətlə mərkəzi bazarın ərazisində görüşmüşdür. Ona 800 manat vermişdir. O, Səxavətə “narahat olma 6 aya təqaüd kartı səndədir” deyib ona vəd vermişdir. Həmin pulu da maddi ehtiyacları üçün xərcləmişdir. Bir neçə gün sonra Səxavət ona zəng edərək bacısı xəstə olduğu üçün əri Bəhruzun onu da təqaüdə çıxarmaq istədiyini və bununla bağlı onunla görüşmək istədiyini demişdir. O Səxavətə həmin işi 1000 manata görə biləcəyini demişdir. 2022-ci il yanvar ayının ortalarında Bəhruzla Lənkəran şəhərində “Bazarstore” adlı marketin qarşısında görüşüb ona 1000 manatı vermişdir. O, Bəhruzu inandırmaq üçün ona narahat olmamasını demişdir. Lakin sonradan Səxavət, qardaşı Elşən və kürəkəni Bəhruz ondan pullarını tələb etsələr də onlara pullarını tez bir zamanda qaytaracağını deyib onlardan müxtəlif vaxtlarda möhlət istəmişdir. O, sonradan Səxavətə 500 manat ödəmişdir. Lənkəran rayonu Separadi kənd sakini Şahid1 uzun illərdir ki, tanıyır və onunla münasibətləri həmişə yaxşı olmuşdur. 2023-cü ilin iyun ayının ortalarında maddi sıxıntıları və şəxsi problemləri olmuşdur. Buna görə ona pul lazım olmuş, bu ərəfədə xatırlamadığı gündə tanışı Pərviz onunla əlaqə saxlayıb demişdir ki, onun bir tanışını hərbi xidmətdən saxlatdırmaq lazımdır və bunun üçün nə qədər pul tələb olunduğunu soruşmuşdur. O, Pərvizə telefonda deyil görüşüb söhbət etməyi təklif etmiş və Pərviz onun olduğu çayxanaya, yəni Lənkəran şəhəri mikrorayon ərazisində yerləşən “Gənclik” çayxanasına gəlmiş və ikisi bir masada oturub bu barədə söhbət etməyə başlamışlar. Onun həmin ərəfədə pula ehtiyacı olduğu üçün Pərvizə birbaşa ona borc pul verməsini deməmiş yalandan demişdir ki, bu işi 8000 manata düzüb-qoşa biləcəyini dedikdə Pərviz onunla 7000 manata razılaşmışdır, ertəsi gün Pərvizlə gündüz vaxtı həmin çayxanada görüşüb sonra Pərvizin maşınında oturub Pərvizdən 7000 manat pulu ondan almmışdır. Pərvizə hərbi xidmətdən saxlatdırmaq işini düzüb-qoşacağını desə də, fikri 7000 manat pulu ilə öz şəxsi problemlərini həll etmək olmuşdur. Pərvizə sonra həmin pulu borc kimi hissə-hissə qaytaracığını söz vermək fikri olmuşdur. Dostu Pərvizi aldatmağına görə peşmandır. Lakin aldatdığı şəxslərin maddi ziyanlarının ödəmək üçün evini satışa qoymuşdur. Evi satandan sonra həmin 7000 manat pulu və digər şəxslərin yəni təqəaüd düzəltmək adı ilə aldığı Səxavətin 800 manatından qalan 300 manatını, Elşənin 1200 manatını və Bəhruzun 1000 manatını qaytaracağına söz vermişdir. O, adlarını qeyd etdiyi şəxslərdən savayı heç kəsdən pul almamışdır. O bu işləri tək görmüşdür, bu işdə heç kimlə qabaqcadan əlbir olmamışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 bildirdi ki, Təqsirləndirilən şəxs 4 ilə yaxındır ki, tanıyır. Onunla Lənkəran rayon Mərkəzi xəstəxanasında tanış olmuşdur. Həmin vaxtlarda oğlu Rəvan skreloz xəstə olduğu üçün onu həkimə gətirmişdir. Xanağa ona özü yaxınlaşıb ondan uşağı barədə soruşduqda ona xəstə olduğunu demişdir. Xanağa ona uşağını xəstəliyə görə pensiyaya çıxarda biləcəyini təklif etmişdir. O isə oğlu əsgər gedə biləcəyini soruşduqda, o, ona gedə bilməyəcəyini dedikdə razı olmamışdır. Təqsirləndirilən şəxs ona kim istəsə təqaüdə çıxara biləcəyini və bu işləri görməyə “hər yerə əli çatdığını” demişdir. 2021-ci il dekabr ayında qardaşı Zərərçəkmiş şəxs2 ona əziyyət çəkdiyi “dəmrov” xəstəliyi ilə bağlı təqaüdə çıxmaq istədiyini dedikdə, o da bu işlərlə məşğul olan Xanağa adlı şəxsi tanıdığını demişdir. Sonra həmin ərəfədə Xanağa ilə danışıb ona qardaşının xəstəliklə bağlı təqaüdə çıxmaq istədiyini bildirmişdir. Xanağa da ona görüşüb söhbət edərik demişlər. Sonra qardaşı Elşənlə birlikdə Lənkəran şəhəri Mərkəzi Bazara gəlib Xanağa ilə görüşmüşdür. Xanağa ilə görüşdükdə Xanağa Elşəndən sənədləri yığmaqla birlikdə 1200 manat pul istəyərək 6 ay ərzində Elşənə təqaüdə ömürlük çıxacağını və hər ayda 200 manat təqaüd alacağını demişdir. Elşən ona “birdən alınmaz pulu batar” dedikdə ona və Elşənə “sizin pulunuzu heç kəs yeyə bilməz deyərək” öz ünvanına söyüşlər söyərək onları özünə inandırmışdır. Elşən də onunla razılaşmışdır. Elşən həmin vaxt Xanağaya onun yanında 700 manatı vermiş, qalan pulu da tez bir zamanda göndərəcəyini demişdir. Xanağa bundan öncə atası X3 təqaüdə çıxarmaq üçün sənədlərini topladığını bildirmişdir. Buna görə həmin vaxt Xanağa ondan atasının təqaüd işi ilə bağlı soruşanda Xanağaya pulunun olmadığını demişdir. Xanağa ona “əmin ölməyib sənin üçün bunu 800 manata düzəldəcəyini” demişdir. Ona “axı pulu yoxdur” dedikdə Xanağa ona “get krediti götür, onsuz da atan təqaüd alar pulu ödəyərsən” demişdir. Həmin gündən 5 gün sonra Elşən tanımadığı yol maşını ilə ona 500 manat göndərmişdir. Həmin pulu aldığı gün mərkəzi bazarda Xanağa ilə görüşüb ona vermişdir. Sonra evə gəlib atası Məmmədhüseynə bu barədə bildirdikdə atası bir söz deməmiş, razı olduğunu demişdir. 2021-ci ilin yanvar ayında Xanağa ilə görüşüb ona atasına aid sənədləri vermişdir. O, 2022-ci ilin yanvar ayının əvvəllərində özünə əlavə olaraq pul lazım olduğu üçün Kapitalbankdan öz adına 2000 manat kredit götürmüşdür. Xanağa ilə Lənkəran şəhəri mərkəzi bazarda görüşmüşdür. Xanağa ona “narahat olma 6 aya təqaüd kartı səndədir” deyə ona yalan vəd verib onu inandırdığı üçün ona 800 manatı vermişdir. Bir neçə gün sonra onlarla bir kənddə yaşayan bacısının əri Zərərçəkmiş şəxs4 onlara gəlmiş, bacısı Mirzəyeva Rəvanənin xəstəliyi ilə bağlı təqaüdə çıxarmaq üçün onu Xanağa ilə tanış etməyini xahiş etmişdir. Xanağa ilə danışıb ona kürəkənin onunla görüşərək bacısını təqaüdə çıxarmaq üçün söhbət etmək istəyəcəyini demişdir. Bəhruz da onun yanında Xanağa ilə telefonla danışmışdır. Xanağa ondan Rəvanə Mirzəyevanı təqaüdə çıxarmaq adı ilə 1000 manat pul istəmişdir. Bəhruz da razılaşmışdır. xx.xx.2022-ci il tarixdə Bəhruz bankdan öz adına kredti götürüb Xanağa ilə mərkəzi bazarda “bazarstore” adlı marketin qarşısında görüşüb ona 1000 manatı vermişdir. Xanağa Bəhruza 1 həftə sonra sənədləri ona verməsini desə də lakin ondan heç bir sənəd almamışdır. 6 ay sonra Xanağaya zəng edib təqaüdlə bağlı soruşanda ona “narahat olma bu gün sabah bu kimi” sözlərlə müxtəlif vaxtlarda möhlət istəmişdir. Hətta bir dəfə də ona “gəl kartın hazırdı” deyə onu kənddən Lənkərana gətirmişdir. Lakin Xanağa ona “səhərə qaldı” deyib onu yola salmışdır. Xanağanın nə atası, nə qardaşı, nədə ki, kürəkəni üçün təqaüd düzəltməkdən ötrü heç yerə müraciət etmədiyini sondaran bilmişdir. Sadəcə onları aldatmışdır. Xanağa onu aldatdığı üçün onun barəsində DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Xanağa təkcə onu deyil, qardaşı Elşəni və kürəkəni Bəhruzu da aldadaraq pullarını ələ keçirmişdir. Xanağa barəsində şikayət etdikdən bir müddət sonra ona 500 manat qaytarmışdır. Elşən Xanağaya pulu onun yanında vermişdir. Xanağaya pulu tək vermişdir. Bəhruz da həmçinin Xanağaya pulu tək görüşüb vermişdir. Xanağa özü də tək olmuşdur. Xanağa pulu onlardan alarkən pulu Bakıya verəcəyini demişdir. Konkret ad çəkməmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ondan aldığı 800 manat puldan 500 manatı qaytardığını, qalan 300 manatı qaytarmadığını bildirərək təqsirləndirilən şəxsə cəza təyin edilməsini xahiş etmişdir. Eyni məzmunda ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilməklə tədqiq olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Liman şəhərində ailəsi ilə birlikdə yaşayır. O uzun illərdir ki, yük maşını ilə yük daşımaqla məşqul olur. Əvvəllər məhkum edilməmişdir. X10 2004-cü il təvəllüdlüdür. 2023-cü ilin iyun ayında hərbi xidmətə çağıralacığını bilmişdir. Oğlu Balabəy 2023-cü ilin mart ayında xayasının birindən əməliyyat olumuşdur. Bundan başqa o iki il bundan öncə də digər xayasından əməliyyat olunmuşdur. 3 ay bundan qabaq əməliyyat olunduqdan sonra həkim ona Balabəyə ağır yük götürməyi qadağan etmişdir. O özü və qardaşları hamısı hərbi xidmətə olmuşlar. O, oğlunun hərbi xidmətdə olmasını arzu etmiş, lakin səhhəti ilə bağlı onun hərbi xidmətdən saxlatdırmaq istəmişdir. Qohumları Lənkəran rayonun Şağlaser kəndində yaşayır. Həmin kənddə yaşayan Səid adlı şəxsi tanıyır. Ona bir dəfə oğlunun səhhəti ilə bağlı hərbi xidmətdən saxlamaq istədiyini demişdir. Səid də ona tanışları olduğunu ona xəbər edəcəyini demişdir. Üstündən 5-6 gün sonra Səid ona zəng edib onun Pərviz adlı dostunun bu işləri düzüb-qoşan tanışının olduğunu və bu işin həll edilməsi üçün 7000 manat lazım olduğunu demişdir. O həmin gün axşam vaxtı Lənkəran rayonun Şağlaser kəndində Səidlə görüşmüşdür. Həmin vaxt onun yanında əvvəllər tanımadığı Pərviz adlı şəxs də olmuşdur. Səid ona yenə təkrarən bildirmişdir ki, Pərvizin tanışları var. Onun bu işi düzüb-qoşa biləcəyini demişdir. Pərvizlə söhbət edəndə ondan 7000 manat müqabilində tanışının bu məsələni həll edə biləcəyini demişdir. O da həmin vaxt üstündə olan 7000 manatı Səidə vermişdir. Səid də onun yanında pulu sayıb Pərvizə vermişdir. Üstündən bir müddət keçdikdən sonra evinə oğlu Balabəyə hərbi xidmətə getməklə bağlı çağırış vərəqəsi gəlmişdir. O, bundan sonra Səidə zəng edib bu barədə demişdir. Səidə əgər alınmırsa gətirib pulunu ona qaytarmasını demişdir. Sonra Pərvizlə görüşüb ondan pulunu istədikdə Pərviz ona özü də aldandığını demişdir. Pərviz ona pulu Xanağa adlı şəxə verdiyini, Xanağanın onu aldatdığını və heç bir iş görmədiyini demişdir. X11 barəsində DİN-nin 102- xidmətinə müraciət etmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizədə ölkə ərazisində olmadığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirərək, Təqsirləndirilən şəxs cəza təyin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 bildirdi ki, Lənkəran rayonun Zərərçəkmiş şəxs1 qaynıdır. X1 uzun müddətdir ki, ağır nevroz və əsəb xəstəliyindən əziyyət çəkir. Buna görə onu uzun müddətdir ki, müalicə elətdirir. 2022-ci ilin yanvar ayının əvvəllərində Günəhir kəndinə Səxavətin evinə getmişdir. Orada bir qədər söhbət etdikdən sonra Səxavət ona qardaşı Elşən təqaüdə çıxmağa çalışdığını bildirib bu işləri görən kimsə var deyə soruşduqda Səxavət ona tanışı Lənkəranda Xanağa adlı şəxsin olduğunu və Elşənə 1200 manata onun üçün təqaüd düzəldəcəyini və Elşənin də pulu verdiyini, 6 aya təqaüd alacağını, hətta atası yəni qaynatası Məmmədhüseyn üçündə təqaüd düzəldəcəyini bildirmişdir. O Elşəndən xahiş etmişdir ki, həmin şəxsə yəni Xanağaya arvadı Rəvanə üçün də təqaüdə çıxarmağa ona köməklik etməsini bildirsin. Səxavət də onun yanında Xanağaya zəng edərək Xanağaya ona köməklik etməsini tapşırmışdır. Sonra Səxavət ona Xanağanın mobil nömrəsini vermişdir. Bir neçə gün sonra Xanağa ilə danışmışdır. Ona Səxavətin kürəkəni olduğunu demişdir. Xanağadan arvadı Rəvanənin səhhəti ilə bağlı təqaüdə çıxarması ilə bağlı söhbət etdikdən sonra Xanağa ondan 1200 manat pul istəmiş və ona 6 aydan sonra arvadına hər ay 180 manat təqaüd veriləcəyini demişdir. O da Xanağaya 1200 manata imkanı çatmadığını, 1000 manat verə biləcəyini dedikdə o da razılaşmışdır. xx.xx.2022-ci il tarixdə Xanağanın ondan istədiyi pul ilə bağlı Lənkəra şəhərində yerləşən “Mbulak” adlı bankdan 900 manat kredit götürmüşdür. Sonra işlədiyi yerə gəlib oradan da 100 manat borc götürmüşdür. Ümumlikdə 1000 manat pulu götürüb həmin gün yəni, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Lənkəran şəhərində Mərkəzi bazarda yerləşən “Bazarstore” marketin qarşısında Xanağa ilə görüşmüşdür. O tək gəlmişdir. Xanağada həmin vaxt tək olmuşdur. Xanağa ilə görüşüb söhbət etdikdən sonra ona 1000 manatı sayıb vermişdir. Xanağa ona iki-üç günə zəng edəcəyini, arvadının sənədlərinin götürüb gəlməsini və birlikdə həkimə gedəcəyini demişdir. Lakin 3 gün sonra Xanağa ona zəng etmədiyi üçün Xanağaya zəng etmişdir. Ona başı qarşıq olduğunu, işlərin çətinləşdiyini, bu barədə ona sonra zəng edəcəyini desə də onunla əlaqə saxlamamışdır. Sonrakı vaxtlarda ona zəng etsə də telefonlarına cavab verməmişdir. Sonra Səxavətdən eşitmişdir ki, Xanağa ondan savayı Səxavətdən 800 manat, qaynı Elşəndən isə 1200 manat təqaüdə çıxarmaq adı ilə alaraq onları aldatmışdır. Buna görə Xanağanın Lənkəran rayonu Şilavar kəndində yerləşən evinə getmişdir. Həmin vaxt Xanağa evində olmamışdır. Həmçinin Səxavət də ondan pulunu tələb etsə də o hər dəfə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan boyun qaçırmışdır. Xanağa ondan 1000 manatı pulunu arvadı Rəvanənin xəstəliyi ilə bağlı təqaüdə çıxarmaq adı ilə alaraq aldatmışdır. Bununla bağlı ondan şikayət etmişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizədə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirərək, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 1200 manat ziyan ödənilmədiyindən ondan şikayətçi olduğunu bildirərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilməklə tədqiq olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonun Günəhir kəndində qeydiyyatda olsada, işi ilə bağlı Bakı şəhərində müvəqqəti yaşayır. O, Bakı şəhərində fəhlə işləyir. Təqsirləndirilən şəxs o, qardaşı Zərərçəkmiş şəxs1 görə tanımışdır. Belə ki, 2021-ci ilin dekabr ayında o yaşadığı kəndə olarkən, Səxavətə əziyyət çəkdiyi “Dəmrov” xəstəliyi ilə bağlı təqaüdə çıxmaq istədiyini dedikdə, Səxavət də ona bu işlərlə məşğul olan Xanağa adlı şəxsi tanıdığını demişdir. Səxavət də onun yanında Xanağa ilə danışıb ona qardaşının xəstəliklə bağlı təqaüdə çıxmaq istədyini bildirmişdir. Xanağa da Səxavətə “görüşüb söhbət edərik” demişdir. Səhəri gün o, Səxavətlə birlikdə Lənkəran şəhər Mərkəzi Bazara gəlib Xanağa ilə görüşmüşlər. Xanağa ilə görüşdükdə Xanağa ona sənədləri yığmaqla birlikdə 1200 manat pul istəyərək 6 ay ərzində təqaüdə ömürlük çıxacağını və hər ay 200 manat təqaüd alacağını demişdir. O, Xanağaya “birdən alınmaz pulu batar” dedikdə Xanağa onlara “sizin pulunuzu heç kəs yeyə bilməz” deyərək öz ünvanına nalayiq söyüşlər söyərək onları özünə inandırmışdır. O da razılaşmışdır. O həmin vaxt Xanağaya qardaşı Səxavətin yanında 700 manat vermiş, qalan pulu da tez bir zamanda göndərəcəyini demişdir. Sonra Bakı şəhərinə getdikdən 5 gün sonra qardaşı Səxavətə Xanağaya vermək üçün 500 manat göndərmişdir. Səxavət həmin pulu aldığı gün mərkəzi bazarda Xanağa ilə görüşüb ona vermişdir. Lakin 6 ay sonra Xanağadan xəbər çıxmadığı üçün ondan pulu tələb etdikdə Xanağa pulu verməkdən boyun qaçırmışdır. Sonra Xanağa atası Məməmdhüseyni təqaüdə çıxarmaq üçün qardaşı Səxavətdən 800 manat, kürəkəni Bəhruzdan arvadını təqaüdə çıxarmaq üçün 1000 manat alaraq onları da aldatmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyun ayının əvvəlində Liman şəhərindən olan qohumu Zərərçəkmiş şəxs3 ondan onun xəstə olan oğlu Balabəyi hərbi xidmətdən saxlatdırılması olunması məsələsini kimin düzüb-qoşmağını soruşduqda bu barədə dostu Pərvizlə əlaqə saxlamışdır. Pərviz də ona Xanağa adlı tanışı olduğunu və Xanağa ilə bu barədə danışıb ona xəbər edəcəyini demişdir. Bir-iki gün keçdikdən sonra Vuqar ilə birlikdə Pərvizlə görüşdükdə Pərviz ona Xanağanın bu işi 7000 manata həll edə biləcəyini demişdir. Vuqar da razılaşmışdır. Bir gün keçdikdən sonra onunla birlikdə yaşadığı kənddə Pərvizə 7000 manat pulu Vuqardan alıb onun gözünün qarşısında sayıb vermişdir. Ondan sonra bir neçə gün keçdikdə Vuqar onunla əlaqə saxlayıb oğluna 01 iyul 2023-cü il tarixdə hərbi xidmətdən çağırış vərəqəsi gəldiyini və onun əsgər aparıldığını, bir sözlə işin alınmadığını bildirib pulunu geri qaytarılmasını tələb etmişdir. O bu barədə Pərvizə deyib ondan pulu geri tələb etmiş və Pərviz də öz növbəsində həmin puldan 7000 manatını Xanağaya verdiyi üçün Xanağadan pulu geri tələb etdikdə Xanağa bəhanələr gətirib pulu qaytarmadığına görə 07 iyul 2023-cü il tarixdə Pərviz Xanağadan 102 xidmətinə şikayət etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 dostu və eyni zamanda həmkəndlisidir. 04 iyul 2023-cü il tarixdə gündüz vaxtı dostu Şahid1la Lənkəran şəhərinə birlikdə Pərvizin avtomobilində gələrəkən yolda Pərvizin tanıdığı Xanağa adlı şəxslə telefonda danışarkən mübahisə etdiklərini, Xanağaya Pərvizin “sənə 7000 manat pul vermişəm, pulumu qaytar” sözlərini deməsindən başa düşmüşdür ki, Xanağa ondan 7000 manat pul almışdır. Buna görə Pərvizdən yol gələrkən nə baş verdiyni ətraflı soruşduqda ona Şağlaser kəndində olan dostu Səidin ona 7000 manat pulu tanışının oğlunun hərbi xidmətdən saxlatdırmaq məsələsini düzüb-qoşması məqsədi ilə verdiyini, Pərvizin də həmin pulu Xanağaya verdiyini və sonuncunun həmin pulu mənimsədiyini, oğlanın əsgər aparıldığını, Xanağadan pulun geri tələb edilməsinə baxmayaraq, Xanağanın bəhanələr gətirib ona pul qaytarmadığını bildirmişdir. Bundan sonra Pərvizlə birliklə Lənkəran şəhəri mikrorayon ərazisində olan “Gənclik” çayxanasında Xanağa və onunla birlikdə gələn Həsənağa ilə görüşmüşlər və Xanağa ondan Pərvizə 7000 manat pulu qaytarmasına vaxt verməsini xahiş etmişvə Xanağa həmin pulu 05 iyul 2023-cü il tarixdə axşam vaxtı pulu qaytaracağı üçün möhlət istəmiş və ondan sonra onlar ayrılmışlar. Lakin Xanağa deyilən vaxtı həmin pulu qaytarmamış və Pərviz məcbur qalıb 07 iyul 2023-cü il tarixdə bu barədə 102 xidmətinə məlumat verib, Xanağadan şikayət etmişdir. Şahid1 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Lənkəran rayonun Separadi kəndində ailəsi ilə birlikdə özünə məxsus fərdi yaşayış evində yaşayır. 07 iyul 2023-cü il tarixdə əsgərlik xidmətindən saxladırmaq məqsədi ilə Xanağa adlı şəxsin ondan 7000 manat pul alaraq onu aldatması barədə 102 xidmətinə vermiş olduğu məlumat və həmçinin bu barədə 10 iyul 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nə yazmış olduğu ərizə ilə bağlı aşağıdakıları qeyd edərək bildirir ki, Lənkəran rayonu Şiləvar kənd sakini Təqsirləndirilən şəxs bir neçə il olar ki, iş düzübqoşan dəllal kimi tanıyır. Onunla hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. 2023-cü ilin iyun ayının əvvəllərində dostu Lənkəran rayonu Şağlaser kənd sakini Şahid3 ondan tanışının Balabəy adlı xəstə övladının hərbi xidmətdən saxlamaqdan ötrü bu işi düzübqoşan adam tələb olunduğunu deyəndə o da Xanağanın bu işdə kömək edə biləcəyini demişdir və Xanağanın onda olan mobil nömrəsinə zəng edib onunla Lənkəran şəhəri mikrorayon ərazisində “Gənclik” çayxanasında görüşüb bu söhbəti ətraflı danışdıqda Xanağa bu işi onun üçün 8000 manata düzüb-qoşa biləcəyini demişdir. O, Xanağa ilə bu işi 7000 manata razılaşmışdır və sonra ondan ayrılmış və dostu Səidlə görüşüb ona 7000 manata bu işin həll olunacağını demişdir. Bir neçə gün keçdikdən sonra Səid həmin 7000 manat pulu öz tanışından alıb ona vermişdir. Ondan sonra 2023-cü ilin iyun ayının ortalarında Xanağa ilə təkrarən “Gənclik” çayxanasında görüşüb, ona öz avtomobilində 7000 manat pulu vermişdir. Xanağa ona pulu aldıqdan sonra qısa zaman ərzində bu işi düzüb-qoşacağını söz vermişdir, lakin 01 iyul 2023-cü il tarixdə həmin Balabəy adlı oğlana hərbi xidmətə çağrış vərəqəsi gələrək hərbi xidmətə artıq çağrıldığı üçün o, xidmətə getmişdir. Ondan sonra başa düşmüşdür ki, Xanağa heç bir iş görmədiyi üçün həmin oğlanı hərbi xidmətə aparmışlar. O bundan sonra Xanağaya zəng edib ondan pulu geri qaytarmağını dedikdə o, hər dəfə bir bəhanə gətirib pulunu qaytarmağı üçün məcbur qalıb 07 iyul 2023-cü il tarixdə 102-xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bu işə Həsənağa adlı tanıdığı şəxs və Şahid2 Cəsail oğlu adlı şəxslər şahidləridir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında tutulması haqqında 02 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 11:10-da şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(049)-223/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə 04 avqust 2023-cü il tarixdə saat 17:20-də Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Ağayev X8 rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad edilmişdir. Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayəti törədərkən məhkumluğu ödənilmişdir. Lənkəran şəhər Psixatriya xəstəxanasına edilmiş sorğu nəticəsində Ağayev X8 şəhər Psixatriya xəstəxanasında qeydiyyata olmadığı müəyyən edilmişdir. Lənkəran ŞİHB-nin Şiləvar KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs rayonun Şiləvar kəndində ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulan əməli törətməsi özü etiraf etməsə də bunu tamamlayan zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında ifadəsinin və müdafiə tərəfinin çıxışlarının “təqsirləndirilən şəxsin heç kimə pensiya düzəltmək və heç kəsi hərbi xidmətdən yayındırmaq kimi fikri olmaması, göstərilən məqsədlərlə heç kimdən pul almaması” barədə ifadə və çıxışlarına qiymət verərək hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərin təkrarən etibarından sui-istifadə etmə və aldatma yolu ilə onların əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etməsi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi təsdiqedici ifadələrlə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, ibtidai istintaq zaman daha inandırıcı ifadələr vermiş, məhkəmə istintaqı zamanı isə cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməllərin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə ona bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini (Zərərçəkmiş şəxs1 münasibətdə) CM-in 59.1.14-cü, dəymiş ziyanı tam ödəməsini (Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 münasibətdə) CM-in 59.1.13-cü, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən onun onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşını, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətdikdən sonrakı davranışını nəzərə alıb ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 02 avqust 2023-cü il tarixdə saat 11:10-dan, 04 avqust 2023-cü il tarixdə saat 17:20-də 3 gün həbsdə olduğu müddət - bir günə iki gün hesablanmaqla, altı gün müddət ona təyin olunacaq cəzadan çıxarılaraq qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzərəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 avqust 2023-cü il tarixdən 04 avqust 2023-cü il tarixədək üç gün həbsdə olduğu müddət bir günə iki gün hesabı ilə hesablanmaqla, 6 gün cəza müddətindən çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Lənkəran rayonu Şiləvar kəndində yaşadığı evi təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-36/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-36/2024
11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver