Məhkəmə qərarları › İş №1(049)-360/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-360/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-360/2023 22.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1980-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, iki azyaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, Lənkəran şəhəri Z.Əliyeva küçəsi 78/19, mənzil 56-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında 22 avqust 2023-cü il tarixdə, saat 10.55-də baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs, yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, 07 fevral 2023-cü il tarixdə, saat 19 radələrində özünə məxsus olan, BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Kamaz 53212” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələbini pozaraq, yəni yolayırıcından kənarda sola və ya geriyə dönərkən qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməli, yolayırıcından kənarda geriyə dönərkən yolun sol kənarı tərəfdən manver etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda hərəkət hissəsinin sağ kənarından manver etməli və bu zaman arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməli olduğu, bununla da, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin maddənin tələblərini pozaraq idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Kamaz 53212” markalı yük avtomobil ilə yolun sağ ehtiyat hissəsindən yolun sol ehtiyat hissəsinə manver etmək üçün üzü Lənkəran şəhəri istiqamətində qalmış nəqliyyat vasitəsi ilə sola dönmə manveri etməyə başlamış, bu zaman Ələt-Astara magistral yolunun Lənkəran rayonu Digah kəndindən keçən hissəsində üzü Ələt qəsəbəsi istiqamətində hərəkətdə olan, Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz" markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol verib manverini yekunlaşdırmalı olduğu halda qeyd edilən maddənin tələblərini pozaraq manevrə başlamış, həmin zaman Ələt-Astara magistral yolunun Lənkəran rayonu Digah kəndindən keçən hissəsində 70-80 km/saat sürətlə hərəkətdə olan, Zərərçəkmiş şəxs tərəfindən idarə edilən “Mercedes” Benz” markalı, **- GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Kamaz 53212” markalı yük avtomobilinin manverə başlayacağını gözləmədiyindən əyləc sistemindən istifadə edib nəqliyyat vasitəsini sola istiqamətləndirərək toqquşmanın qarşısını almağa çalışmış, yol yaş və “Mercedes Benz” markalı nəqliyyat vasitəsinin hərəkət sürəti icazə verilən maksimum (60 km/saat) sürətdən çox olduğu üçün Zərərçəkmiş şəxs idarə etdiyi nəqliyyat vasitəsini dayandırmaq və hadisənin qarşısını almaq cəhdi uğursuz olmuş, nəticədə sonuncunun nəqliyyat vasitəsinin sağ tərəfi onun idarə etdiyi “Kamaz 53212” markalı yük avtomobilinin qoşqusunun arxa sağ tərəfi ilə toqquşmuş, onun yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozması ehtiyatsızlıqdan “Mercedes Benz” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü olan Zərərçəkmiş şəxs nəqliyyat vasitəsinin salonunun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində sağ sirkə kasasının arxa divarının qapalı, qəlpəli, yerini dəyişmiş sınığı, sağ diz qapağının qapalı, yerini dəyişmiş sınığından ibarət xəsarətlərlə müşayiət edilən, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, özünə məxsus olan “Kamaz 53212” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edib yük daşıyır. 07 fevral 2023-cü il tarixdə Lənkəran rayonu Digah kəndində yerləşən daş bazarı ilə üzbəüz olan anbara saat 19 radələrində yükün müəyyən hissəsini boşaldıb, digər yük maşına yol verib bir müddət keçdikdən sonra yenidən anbar istiqamətində - sol tərəfə dönmə əməliyyatını həyata keçirməyə, yolun ehtiyat hissəsindən sol tərəfə dönməyə başlamış, bu zaman uzaqdan maşın gəldiyini görmüş, lakin dönməni vaxtında yekunlaşdıra biləcəyini düşünərək dönmə əməliyyatını aparmışdır. Həmin əməliyyatın bitirməyinə az qalmış zərəçəkmiş şəxsin avtomobilinin yüksək sürətlə gələrək maşınının arxa hissəsinə dəyməsini hiss etmişdir. Cəld avtomobilindən düşərək maşınının arxa hissəsinə tərəf getmiş və zərəçəkmiş şəxsin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsinin maşını ilə toqquşmasını görmüşdür. Ətrafda olan şəxslər zərəçəkmiş şəxsi maşından çıxararaq xəstəxanaya aparmışlar, daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Qeyd olunan hadisə dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş vermişdir. Hazırda o, zərəçəkmiş şəxslə barışmış, ona vurduğu ziyanı ödəmiş, sonuncu ondan şikayətçi və tələbkar deyil, buna görə də barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli, özünün etirafı ilə yanaşı iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış protokolu, hadisə yerinin sxemi, fotoşəkillər, məhkəmə tibbi və məhkəmə yol-nəqliyyat ekspertizalarının rəyləri ilə sübuta yetirilir. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs göstərmişdir ki, özünə məxsus “Mercedes Benz 220” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edir. 07 fevral 2023-cü il tarixdə, saat 18 radələrində Lənkəran şəhəri “Ləvəngi” dairəsi istiqamətində təxminən, 70-80 km/saat sürətlə hərəkət etmişdir. Həmin gün hava yağışlı və yol yaş olmuşdur. Yolun sağ tərəfindəki daş bazarının yanından keçən zaman yolun sol ehtiyat hissəsində, üzü Lənkəran şəhəri istiqamətində dayanmış “Kamaz” markalı avtomobil anidən sol istiqamətdə dönmə manevri etməyə başlayaraq onun hərəkət zolağına çıxmışdır. O, toqquşmanın qarşısını almaq üçün maşınını sola tərəf istiqamətləndirməyə çalışsa da toqquşmanın qarşısını ala bilməmişdir. Nəticədə onun maşınının sağ tərəfi “Kamaz” markalı avtomobilin arxa sağ tərəfinə dəymişdir. Hadisə nəticəsində o, bədən xəsarətləri almışdır. Hadisə yerinə gələn şəxslərin köməkliyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılmışdır .Hazırda təqsirləndirlən şəxslə barışmış, ona dəymiş ziyan tam həcmdə ödənmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Daha sonra o, məhkəməyə imzası notarial qaydada təsdiqlənmiş ərizəsini təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyini, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını göstərərək təqsirləndirlən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan Lənkəran RMX-nın xx.xx.2023-cü il tarixli 000350 nömrəli tibbi müayinə protokolundan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hadisə zamanı alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İşdə olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 280 nömrəli tibbi rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sağ sirkə kasasının arxa divarının qapalı, qəlpəli,yerinidəyişmiş sınığı, sağ diz qapağının qapalı, yerini dəyişmiş sınığı aşkar edilmişdir. Qeyd edilən xəsarətlər küt travma nəticəsində törənmişlər. Həmin xəsarətlər xx.xx.2023-cü il tarixdə idarə etdiyi minik avtomaşının yük avtomaşınla toqquşması zamanı avtomaşın salonunun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İşdə olan məhkəmə yol nəqliyyat hadisələri eksprertizasının xx.xx.2023-cü il tarixli 8/526 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kamaz-53212” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin təblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz” markalı, ** GO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Salayev avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək, 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza xərci 128 manat təşkil eləyir. AE 416223 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o sürücülük hüququna malikdir. İşdə olan “Sübutların qiymətləndirilməsi barədə” Qərardan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi görüntünü özündə əks etdirən 01 ədəd DVD disk, “Kamaz 53212” və “Mercedes Benz” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin maddi sübut kimi tanınmaları, 01 ədəd DVD diskinin cinayət işinin materiallarında saxlanılması, “Kamaz 53212” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təqsirləndirlən şəxsə, “Mercedes Benz” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin isə zərəçəkmiş şəxsə qaytarılmalarının nəzərə alınması qərara alınmışdır. İşdə olan qəbzlərdən görünür ki, müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə müvafiq olaraq “Kamaz 53212” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi təqsirləndirlən şəxsə, “Mercedes Benz” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə zərəçəkmiş şəxsə təhvil verilmişdir. İşdə olan xasiyyətnamə və arayışdan görünür ki, təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmaqla himayəsində müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2016-cı il təvəlldülü Mehti və Mehri adında iki azyaşlı uşaq vardır. İşdə olan DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, təqsirləndirlən şəxs əvvəllər məhkum olunmamışdır. Qətimkan tədbinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda— iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin(bundan sonra mətndə CPM-nin) 43.1 və 43.1.2-ci maddəsinə görə məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin cinayət əməlini törətmiş şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı bu əməlin inzibati xəta tərkibinin əlamətləri olduqda Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməlidir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin «yolayırıcından kənarda sola və ya geriyə dönərkən qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməli, yolayırıcından kənarda geriyə dönərkən yolun sol kənarı tərəfdən manver etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda hərəkət hissəsinin sağ kənarından manver etməli və bu zaman arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməli olduğu» tələbini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə hesab edir ki, hazırkı halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran ŞRPŞ-nin X5 Şöbəsinə göndərilməlidir. CPM-nin 346.1.19-cu maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında maddi sübutlar məsələsinin necə həll edilməli olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar aşağıdakıları qeyd edir: CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, «“Kamaz 53212” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Təqsirləndirilən şəxs, “Mercedes Benz” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş videogörüntülər olan 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti aaltına vermə» qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə məhkəmə məsrəflərinin tutulması ilə əlaqədar aşağıdakılar qeyd edir: CPM-nin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-сi bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə" iltizam qətimkan tədbiri ləğv edilsin. Maddi sübut - “Kamaz 53212” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Təqsirləndirilən şəxs, “Mercedes Benz” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın və yol-nəqliyyat hadisəsinin baş verdiyi görüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X5 Şöbəsinə göndərilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar