Məhkəmə qərarları › İş №1(049)-362/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-362/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-362/2023 17.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs X4 və onun müdafiəçisi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1959-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə xx xxx 1958-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan 4an, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında 17 oktyabr 2023-cü il tarixdə, saat 17.25-də baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 nəqliyyat vasitəsini idarə edən şəxs kimi yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 22 mart 2023-cü il tarixdə, saat 16 radələrində özünə məxsus QAZ 2740 yük marka və modelli 42CC126 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Təqsirləndirilən şəxs2 idarə etdiyi tormoz sistemi nasaz vəziyyətdə olan X2 məxsus İSUZU markalı, ECOBUS avtobus modelli 20EO705 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini elastik yedəyəalma ilə yedəyə alaraq köhnə Ələt-Astara magistral yolunun Lənkəran rayonu Şilavar kəndi ərazisindən keçən hissəsində Lənkəran rayonu Gərmətük qəsəbəsi istiqamətində hərəkətdə olarkən, avtobusun tormoz sisteminin nasaz vəziyyətdə olmasını nəzərə alaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə İsuzu markalı avtobusu elastik yedəyəalma üsulu ilə QAZ 2740 yük markalı avtomobillə yedəyə almamalı və İsuzu markalı avtobusun tormoz sistemində nasazlıq aradan qaldırıldıqdan sonra yedəyəalmanı həyata keçirməli olduğu halda bunları etməyərək, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 55-ci maddəsinin 5-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, ehtiyatsızlıqdan elastik yedəy avtobusun qabaq sağ təkərinə ilişmiş və bunun nəticəsində avtobus idarəetmədən çıxaraq yolun sağ yan ehtiyyat hissəsində dayanmış vəziyyətdə olan YUMZ 6LS markalı 42T608 dövlət qeydiyyat nişanlı traktorun qoşqusu ilə toqquşmaqla, həmin vaxt traktorun mühərrikxanasında iş görən, piyada- Zərərçəkmiş şəxs sol bud sümüyünün yerdəyişmiş qəlpəli sınığı, sol incik sümüyünün yerdəyişmiş sınığı, sağ Vİİİ, sol İX qabırğaların sınıqları, sol bazu nahiyəsində sıyrıq kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli bədən xəsarətləri almasına səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimi yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 22 mart 2023-cü il tarixdə, saat 16 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, etibarnaməsiz tormoz sistemi nasaz vəziyyətdə olan, X2 məxsus İSUZU markalı, ECOBUS avtobus modelli 20EO705 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Təqsirləndirilən şəxs1 idarə etdiyi sonuncuya məxsus QAZ 2740 yük marka və modelli 42CC126 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə elastik yedəyəalma ilə yedəyə alaraq köhnə Ələt-Astara magistral yolunun Lənkəran rayonu Şilavar kəndi ərazisindən keçən hissəsində Lənkəran rayonu Gərmətük qəsəbəsi istiqamətində hərəkətdə olarkən, avtobusun tormoz sisteminin nasaz vəziyyətdə olmasını nəzərə alaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə İsuzu markalı avtobusu elastik yedəyəalma üsulu ilə QAZ 2740 yük markalı avtomobillə yedəyə almamalı və İsuzu markalı avtobusun tormoz sistemində nasazlıq aradan qaldırıldıqdan sonra yedəyəalmanı həyata keçirməli olduğu halda bunları etməyərək, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 55-ci maddəsinin 5-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, ehtiyatsızlıqdan elastik yedəy avtobusun qabaq sağ təkərinə ilişmiş və bunun nəticəsində avtobus idarəetmədən çıxaraq yolun sağ yan ehtiyyat hissəsində dayanmış vəziyyətdə olan YUMZ 6LS markalı 42T608 dövlət qeydiyyat nişanlı traktorun qoşqusu ilə toqquşmaqla, həmin vaxt traktorun mühərrikxanasında iş görən, piyada- Zərərçəkmiş şəxs sol bud sümüyünün yerdəyişmiş qəlpəli sınığı, sol incik sümüyünün yerdəyişmiş sınığı, sağ Vİİİ, sol İX qabırğaların sınıqları, sol bazu nahiyəsində sıyrıq kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli bədən xəsarətləri almasına səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, özünə məxsus avtomobilə Təqsirləndirilən şəxs2 məxsus və tormoz sistemi nasaz olan avtobusu remenlə öz avtomobilinə qoşub təmir etdirmək üçün apardığı zaman, avtobusda sükan arxasında əyləşmiş İsmayıl ona əli ilə işarə edərək idarə etdiyi avtomobili saxlamağı xahiş etmiş, o, avtomobili saxlayan zaman remen avtomobilin təkərinə ilişmiş, bu zaman avtobus idarəetmədən çıxaraq yolun ehtiyat hissəsində dayanmış traktorun qoşqusuna dəymiş, həmin vaxt traktorun mühərrikxanasında iş görən Zərərçəkmiş şəxs xəsarət almışdır. Sonra onu TTY avtomobilinə yerləşdirib xəstəxanaya yola salmışlar. Hazırda o, zərəçəkmiş şəxslə barışmış, ona vurduğu ziyanı ödəmiş, sonuncu ondan şikayətçi və tələbkar deyil, buna görə də barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olsa da, avtobusu idarə etmək üçün kateqoriyası yoxdur. Avtobusunun mühərriki və əyləc sistemi işləmədiyi üçün İbrahimdən xahiş etmişdir ki, avtobusu avtomobilinə qoşub təmirə aparsın. Sonuncu razı olduqdan sonra brezent remenlə avtobusu İbrahimin avtomobilinə qoşub hərəkətə başlamışlar. Bir müddətdən sonra əyləcin havasının azaldığını görüb əli ilə İbrahimə işarə edərək idarə etdiyi avtomobili saxlamasını xahiş etmişdir. Bu zaman remen avtomobilin təkərinə ilişmiş, bu zaman avtobus idarəetmədən çıxaraq yolun ehtiyat hissəsində dayanmış traktorun qoşqusuna dəymiş, həmin vaxt traktorun mühərrikxanasında iş görən Zərərçəkmiş şəxs xəsarət almışdır. Hadisə yerinə gəlmiş TTY avtomobili ilə Samit xəstəxanaya aparılmışdır. Samit xəstəxanada müalicə aldığı zaman xəstəxana və digər xəırclərini ödəmişdir. Hazırda o, zərəçəkmiş şəxslə barışmış, ona vurduğu ziyanı ödəmiş, sonuncu ondan şikayətçi və tələbkar deyil, buna görə də barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri, özlərinin etirafları ilə yanaşı iş üzrə dindirilmiş zərərçəkmiş ifadələri, hadisə yerinə baxış protokolu, hadisə yerinin sxemi, fotoşəkillər, məhkəmə tibbi və məhkəmə yol-nəqliyyat ekspertizalarının rəyləri ilə sübuta yetirilir. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs göstərmişdir ki, idarə etdiyi traktorun mühərrikində nasazlıq olduğundan, Lənkəran rayonu, Şilavar kəndində traktorunu yolun kənarına çıxararaq mühərrikin nasazlığını aradan qaldırmaq istəmişdir. Bu zaman traktorun qoşqusuna nasaz vəziyyətdə olan və başqa avtomobilə remenlə qoşulmuş avtobus çırpılmış, qoşqu aşmış və o, qoşqunun altında qalaraq xəsarət aslmışdır. Bundan sonra avtomobilin və avtobusun sürücüləri onu hadisə yerinə gəlmiş TTY avtomobilinə yerləşdirib xəstəxanaya yola salmışlar. Təqsirləndirlən şəxslər müalicə xərclərini ödəməsində ona köməklik göstərmişlər. Daha sonra o, məhkəmə iclasında ərizə təqdim edərək təqsirləndirilən şəxslərlə barışdığını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu xəstəxanaya çatdırılmasına yardım göstərdiklərini, ona dəymiş ziyanı ödədiklərini, onlara qarşı heç bir şikayətinin və tələbinin olmadığını göstərərək təqsirləndirlən şəxslərə cəza verilməməsini xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirlmiş və məhkəmədə ifadəsi elan edilərək tədqiq olunmuş Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru, Şahid göstərmişdir ki, 22 mart 2023-cü il tarixdə o, xidmətdə olmuşdur. Həmin tarixdə saat 16 radələrində xidməti avtomobillə, köhnə Ələt-Astara magistral yolunun Lənkəran rayonu Şilavar kəndindən keçən hissəsində hərəkətdə olarkən “Şəms” şadlıq evinin qarşısında yol-nəqliyyat hadisəsi baş verdiyini görüb dərhal bu barədə polis şöbəsinin Növbəti Hissəsinə məlumat vermişdir. Özü hadisə yerinə yaxınlaşanda QAZ2740 yük markalı **- CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin və İsuzu markalı avtobusun sürücüləri hadisə yerində olmuşlar. Traktorun sürücüsü isə xəsarət aldığından X11 avtomobili ilə rayon xəstəxanasına göndərilmişdir. Hadisə yerinin müayinəsi zamanı müəyyən edilmişdir ki, QAZ2740 yük markalı avtomobilin sürücüsü-Təqsirləndirilən şəxs1 sürücü-Təqsirləndirilən şəxs2 sükanı arxasında əyləşdiyi nasaz vəziyyətdə olan İsuzu markalı avtobusu qoşqu edərək təmirxanaya aparan zaman elastik yedəy avtobusun qabaq sol təkərinə ilişmiş və bunun nəticəsində avtobusun sükanı arxasında olan sürücü Təqsirləndirilən şəxs2 idarəetməni itirərək yolun sağ yan tərəfindən, torpaq yolda dayanmış vəziyyətdə olan Yumz 6LS markalı 42T608 dövlət qeydiyyat nişanlı traktorun qoşqusunun arxa hissəsi ilə toqquşması səbəbindən qoşqu orada olan sürücü-Zərərçəkmiş şəxs çırpılmış və nəticədə Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri almışdır. Belə ki, həmçinin müəyyən eilmişdir ki, hər iki avtomobildə sürücülərdən əlavə sərnişin olmamış və ya yük olmamışdır. İşdə olan olan məhkəmə-tibbi ekspertizasının 17 may 2023-ci il tarixli 479 saylı rəyindən görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs bədəni üzərində-sil bud sümyününü yerdəyişmiş qəlpəli sınığı, sol incik sümyününü yerdəyişmiş sınığı, sağ Vİİİ, sol İX qabırğaların sınıqları, sol bazu nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aididrlər. İşdə olan 28 aprel 2023-cü il tarixli 8/910 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, QAZ-2740 markalı 42CC126 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 55-ci maddəsinin 5-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrinin tələblərinə riayət etməklə hadisənin qarşısının almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, İsuzu markalı 20ED705 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 55ci maddəsinin 5-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrinin tələblərinə riayət etməklə hadisənin qarşısının almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, YUMZ 6LS markalı 42T608 dövlət qeydiyyatnişanlı traktorun sürücüsü, Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Ekspertiza tədqiqatlarının dəyəri 85 manatdır. İşdə olan 22 mart 2023-cü il tarixli 000724 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs2 alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İşdə olan 22 mart 2023-cü il tarixli 000723 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə zamanı sürücü-Təqsirləndirilən şəxs1 alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İşdə olan BC354748 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 “BCE” kateqoriyalı sürücülük vəsiqəsi vardır. İşdə olan BD407715 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 “BC” kateqoriyalı sürücülük hüququ olsa da, avtobus idarə etmək hüququ verən “D” kateqoriyası yoxdur. İşdə olan DİN-in BDYPİ-nin Lənkəran RQİ və TB şöbəsinin məktublarından görünür ki, Təqsirləndirilən şəxs1 adına xx.xx.2021-ci il tarixdə BC-354788 saylı, Təqsirləndirilən şəxs2 adına xx.xx.2021-ci il tarixdə “BC” kateqoriyalı BD-407715 saylı sürücülük vəsiqələri verilmişdir. Sürücülük hüququndan məhrum olunanlar və sürücülük hüququ məhdudlaşdırılanlar sırasında yoxdurlar. İşdə olan “Sübutların qiymətləndirilməsi barədə” Qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 məxsus QAZ 2740 YÜK marka modelli 42CC126 dövlət qeydiyyat nişanlı avtomobil, X2 məxsus İsuzu Ecobus avtobus marka modelli 20EO705 dövlət qeydiyyat nişanlı avtomobil, YUMZ 6LS marka modelli AZ 42T608 dövlət qeydiyyat nişanlı traktor və bir ədəd elastik yedəyəalma rezini cinayət işi üzrə sübut əhəmiyyətli olduğlarından maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılmalarından ötrü Təqsirləndirilən şəxs1 məxsus QAZ 2740 YÜK marka modelli 42CC126 dövlət qeydiyyat nişanlı avtomobil-sahibi, Təqsirləndirilən şəxs1, X2 məxsus İsuzu Ecobus avtobus marka modelli 20EO705 dövlət qeydiyyat nişanlı avtomobil, etibar edilən şəxs, X3, YUMZ 6LS marka modelli AZ 42T608 dövlət qeydiyyat nişanlı traktor sahibi-Zərərçəkmiş şəxs, bir ədəd elastik yedəyəalma rezin sahibi-Təqsirləndirilən şəxs2 qaytarılması qərara alınmışdır. İşdə olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkum olunmamışlar. İşdə olan arayışdan görünür ki, təqsirləndirilən şəxslər yaşayış yerləri üzrə müsbət xarakterizə olunurlar. X5 təqaüdçüdür. Qətimkan tədbinin seçilməsi haqqında müvafiq olaraq xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ayrı-ayrılıqda «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmış, dəymiş ziyan ona tam həcmdə ödənilmiş, onlardan hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 263-1.1ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişlər. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, zərəçəkmiş şəxs hər iki təqsirləndirlən şəxslə barışdığını, onlardan şikayətçi və tələbkar olmadığını, ona vurduqları ziyanı ödədiklərini göstərib onlara cəza verilməməsini xahiş etsə də yalnız Təqsirləndirilən şəxs1 ayrıca qərarla cinayət məsuliyyətindən azad edilmiş və onun təqsirləndirilməsinə dair hissəyə xitam verilmiş, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 barəsində isə ittihamedici hökm çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Göründüy kimi, Təqsirləndirilən şəxs2 təqsirləndirlidiyi CM-nin 263-1.1-ci maddəsi CM-nin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinin tələbləri altına düşmür. Bu səbəbdən də o, cəzadan azad edilə və onun təqsirləndirlməsi hissəsinə xitam verilə bilməz. Beləliklə Təqsirləndirilən şəxs2 təqsiri zərəçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, istintaq materialları ilə tam sübuta yetirilir, buna görə də onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə CM-nin 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməsini, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə ilə barışıq əldə etməsini, 59.1.13-cü maddəyə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini onun əməlini yüngülləşdirici hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsin zərərçəkmiş şəxsin sağlamlığına vurduğu zərərin xarakteri, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınaraq, Təqsirləndirilən şəxs2 nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cərimə cəzası təyin olunmalıdır. CPM-nin 346.1.19-cu maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında maddi sübutlar məsələsinin necə həll edilməli olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar aşağıdakıları qeyd edir: CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlardan olan “İsuzu Ecobus avtobus” markalı, 20EO705 dövlət qeydiyyat nişanlı avtomobilin X2, “YUMZ 6LS” markalı, AZ 42T608 dövlət qeydiyyat nişanlı traktorun Zərərçəkmiş şəxs, bir ədəd elastik yedəyəalma rezinin isə Təqsirləndirilən şəxs2 qaytarılmaları nəzərə alınmalıdır. CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəıti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə məhkəmə məsrəflərinin tutulması ilə əlaqədar aşağıdakılar qeyd edir: CPM-nin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əlavə olunmuş bildirişdən görünür ki, ekspertiza tədqiqatlarının dəyəri 85 manat müəyən olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyərindən 42.50 manat Təqsirləndirilən şəxs2 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 1(049)-362/2023 saylı, xx.xx.2023-cü il tarixli ayrıca qərarı ilə iş üzrə icraata digər təqsiqləndirlən şəxs Təqsirləndirilən şəxs1 ilə bağlı hissədə xitam verilməsi nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6000 (altı min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan “İsuzu Ecobus avtobus” markalı, 20EO705 dövlət qeydiyyat nişanlı avtomobilin X2, “YUMZ 6LS” markalı, AZ 42T608 dövlət qeydiyyat nişanlı traktorun Zərərçəkmiş şəxs, bir ədəd elastik yedəyəalma rezinin isə Təqsirləndirilən şəxs2 qaytarılmaları nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğdən 42 (qırx iki) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs2 aid edilsin və ondan tutulub aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Lənkəran Rayon Məhkəməsinin 1(049)-362/2023 saylı, xx.xx.2023-cü il tarixli ayrıca qərarı ilə iş üzrə icraata digər təsiqləndirlən şəxs Təqsirləndirilən şəxs1 ilə bağlı hissədə xitam verilməsi nəzərə alınsın. Hökmün icrası Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar