Məhkəmə qərarları › İş №1(049)-366/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-366/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-366/2023 30.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Vüqar oğlunun, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.2001-ci il tarixdə Lənkəran rayonu, Şıxəkəran kəndində anadan olmuş, həmin ünvanında qeydiyyatda olmaqla yaşayan, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Vüqar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Vüqar oğlu xx.xx.2023-cü il tarixdə saat 09 radələrində “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi, özünə məxsus “Vaz-21014” markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhəri H.Aslanov küçəsi ilə Lənkəran şəhəri Qala Xiyabanı istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət edərək sürücü hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin maddənin tələblərini pozaraq, idarə etdiyi avtomobillə hərəkətdə olarkən getdiyi istiqamətdə yolu sağdan sola keçən piyadanı gördükdə hərəkəti üçün təhlükə yarandığı bilərək, lakin idarə etdiyi avtomobilin sürətini dayanma həddinə qədər azaltmaq üçün zəruri tədbirləri görməyərək hərəkətinə davam etməklə yolu keçən piyada Zərərçəkmiş şəxs vuraraq yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozmaqla ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol baldır sümüklərinin sınıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır zərər vurma əlamətlərinə malik xəsarətlər almasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs Vüqar oğlu ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, “Vaz-21014” markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobil onun özünə məxsusdur. Avtomobil idarə etməyə dair BC dərəcəli sürücülük vəsiqəsi var və təxminən 2 illik sürücülük təcrübəsinə malikdir. xx.xx.2023-cü il tarixdə 09 radələrində şəhərin H.Aslanov küçəsi ilə Qala Xiyabanı istiqamətinə doğru hərəkətdə olmuşdur. O, yolun kənarında yerləşən işıqfora yaxınlaşanda yolun sağ hərəkət hissəsində işıqforu gözləyən bir neçə avtomobilin ard-arda dayandığını görmüşdür. Yolun sol hərəkət hissəsində yol boş olduğuna, həm də işıqfordan sola dönəcəyinə görə yolun sol hərəkət zolağı ilə hərkətini davam etdirmişdir. Lakin ondan qarşıda sola dönmək istəyən bir avtomobil də dayanmışdır. Sürəti azaldıb, təxminən, 30 km sürətlə avtombili idarə etmiş, qarşıdan avtomobil yaxınlaşdığı üçün sürəti bir qədər də azaltmışdır. Qarşısındakı avtomobilə çatmağa az qalmış, yolun sağ hərəkət zolağında dayanmış avtomobillərin arasından yolu sağdan sola doğru keçən bir qız, sonradan adını bildiyi Zərərçəkmiş şəxs ani olaraq onun yoluna çıxmışdır. O, Zərərçəkmiş şəxs yolu keçmək istədiyini görmədiyi üçün avtomobilin ön sağ təkəri onun ayağına dəymiş və Zərərçəkmiş şəxs xəsarət almışdır. O, dərhal avtomobili saxlayıb avtmobildən düşərək ətrafdan yaxınlaşan tanımadığı şəxslərin köməyi ilə Zərərçəkmiş şəxs avtomobilinə əyləşdirib xəstəxanaya aparmışdır. Həkimlər Zərərçəkmiş şəxs müayinə edib tibbi yardım göstərdikdən sonra bilmişdir ki, onun sol topuq sümüyü sınmışdır. Hadisə onun diqqətsizliyi üzündən baş vermiş, həmin vaxt avtomobili aşağı sürətlə idarə etsə də, diqqətsizliyi hadisənin baş verməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxs Vüqar oğlu ifadəsində, eyni zamanda, göstərdi ki, ilk dəfədir ehtiyatsızlıqdan cinayət törədir. Törətdiyi cinayət əməlindən səmimi peşman olmuşdur. Hadisənin baş verməsindən dərhal sonra zərərçəkmiş şəxsin xəstəxanaya aparılmasını və ona tibbi yardım göstərilməsini təşkil etmiş, hadisə baş verdiyi vaxtdan indiyədək zərərçəkmiş şəxsin müalicə olunmasına maddi yardım etmişdir. O, zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də barəsində olan iş üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs Vüqar oğlunun ehtiyatsızlıqdan cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs ifаdə verərək göstərdi ki, o, ünvan 2 ünvanında valideynləri ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Lənkəran şəhəri H.Aslanov küçəsində avtomobildən düşüb yolu keçərək mağazaya tərəf getmək istəmiş, həmin vaxt yolda tıxac olmuşdur. Avtomobillərdən biri keçmək üçün ona yol vermişdir. O, həmin avtomobilin qarşısından keçərkən yolun digər hərəkət istiqamətində hərəkətdə olan “Vaz-21014” markalı avtomobil onu sol tərəfindən vurmuş və o, zərbənin təsirindən yerə yıxılmışdır. Bu zaman sol ayağı avtomobilin ön sol təkəri altında qalmışdır. Onu vuran avtomobilin sürücüsü sonradan adını bildiyi Təqsirləndirilən şəxs Vüqar oğlu oraya toplaşan şəxslərin köməyi ilə onu xəstəxanaya aparmışdır. Xəstəxanada ona tibbi yardım göstərildikdən sonra ona məlum olmuşdur ki, sol topuq və ayaq sümükləri sınmışdır. Hazırda müalicəsi davam edir və müalicə xərclərini Təqsirləndirilən şəxs ödəyir. Zərərçəkmiş şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, Təqsirləndirilən şəxs Vüqar oğlu onun müalicə olunmasına maddi yardım etmiş, hadisə nəticəsində ona dəymiş ziyanı ödəmiş və onlar barışmışlar. Onun təqsirləndirilən şəxsdən heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə notariat qaydada təsdiq olunmuş ərizəsini də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 оğlu ifаdə verərək göstərdi ki, o, Lənkəran şəhər-rayon X3 X4 Yol Patrul Xidmətinin inspektoru vəzifəsində işləyir. xx.xx.2023cü il tarixdə saat 09 radələrində YPX-nin əməkdaşı Şahid1 ilə birlikdə Lənkəran şəhəri ərazisində xidmətdə olarkən Lənkəran şəhəri H.Aslanov küçəsində yerləşən işıqforun qarşısında piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi barədə məlumat almışlar. Bununla bağlı dərhal hadisə yerinə getmişlər. Hadisə yeri Lənkəran şəhər H.Aslanov küçəsində yerləşən işıqforun yaxınlığında yerləşir və həmin yol bir tərəfli yoldur. Həmin vaxt adını sonradan bildiyi sürücü Təqsirləndirilən şəxs Vüqar oğlunun idarə etdiyi “Vaz-21014” markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobillə yolu piyada keçən Zərərçəkmiş şəxs vurduğu məlum olmuşdur. Onlar hadisə yerinə hadisədən qısa müddət sonra çatmış və sürücüyə piyadanı xəstəxanaya aparması üçün köməklik etmişlər. Sonra bu barədə Lənkəran ŞRPŞ-nin növbətçi hissəsinə məlumat vermişlər. Sürücü Təqsirləndirilən şəxs söhbət əsnasında bildirmişdir ki, piyada Zərərçəkmiş şəxs yol getdiyi istiqamətdə sağdan sola keçərkən diqqətsizlik üzündən vurmuşdur. İş materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Vüqar oğlu hadisədən sonra onu öz avtomobili ilə xəstəxanaya aparmış, onun müayinə və müalicə xərclərini tam şəkildə ödəyərək ona dəymiş maddi ziyanı aradan qaldırmışdır. O, Təqsirləndirilən şəxs Vüqar oğlu ilə barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs Vüqar oğluna cəza verilməməsini məhkəmədən xahiş edir. İş materiallarında olan, məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Vüqar oğlu ilə barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. İş materiallarına əlavə edilmiş “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən, yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Lənkəran şəhəri H.Aslanov küçəsinin Lənkəran şəhəri Qala Xiyabanı istiqamətindəki hissəsində baş vermiş yol nəqliyyat hadisəsinin sxemi çəkilmiş, hadisənin baş vermə şəraiti, vaxtı və yeri barədə müvafiq sənədlər tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2021-cı il tarixdə verilmiş BD 401281 nömrəli BC dərəcəli sürücülük vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16-5/2-6002/2023 nömrəli sorğuya cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Vüqar oğlunun nəqliyyat vasitəsini idarəetmə hüququ vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 000764 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Vüqar oğlu xx.xx.2023-cü il tarixdə saat 10:35-də tibbi müayinədən keçirilərkən onun ayıq olduğu, alkoqol qəbul etmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/947 nömrəli rəyindən müəyyən edilir ki, “Vaz-21014” markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Vüqar oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir.) İş materiallarına əlavə edilmiş, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 719 nömrəli rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol baldır sümüklərinin sınıqları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişdir, o cümlədən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2021-ci il tarixdə hərəkətdə olan minik avtomaşının qabarıq hissəsi ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Vüqar oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 10179 saylı arayışından görünür ki, Nəzərli X1 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər-rayon X2 Bölməsinin müstəntiqi Elgün Məmmədovun xx.xx.2023-cü il tarixli qərarından və həmin tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Vüqar oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Şıxəkəran kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 12- 34/270 nömrəli arayışdan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Vüqar oğlu həmin nümayəndəliyin ərazisində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur və onun barəsində yaşadığı ərazi üzrə İcra Nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Vüqar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Vüqar oğlunun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Vüqar oğlunun cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddəsinə görə məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin, təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Vüqar oğlu cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Vüqar oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işinə xitam verməklə yanaşı, bu əməldə inzibati xəta tərkibinin əlamətləri olduqda Təqsirləndirilən şəxs Vüqar oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Vüqar oğlu “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin “sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” müddəasının tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs Vüqar oğlunun Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran ŞRPŞ-nin X5 Bölməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Vüqar oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə 85 manat ekspertiza xərci qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs Vüqar oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia tələbi verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41, 43, 321.2.1, 346, 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Təqsirləndirilən şəxs Vüqar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-сi bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs Vüqar oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə 85 manat ekspertiza xərci qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs Vüqar oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs Vüqar oğlunun Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran Şəhər-Rayon X3 Yol Polisi Bölməsinə göndərilsin. İş üzrə maddi sübutun olmadığı və mülki iddia tələbinin verilmədiyi nəzərə alınsın. Qərar elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar