Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-370/2023 21.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 16:35 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, qanuni nümayəndəsi Şahid, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 01 yanvar 1960-cı ildə Lerik rayonunda doğlumuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumuluğu olmayan, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 128-ci maddəsi ilə cinayət əməli törətməsi haqqında məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs azyaşlı nəvəsi Zərərçəkmiş şəxs ilə 24 iyul 2023-cü il tarixdə saat 21 radələrində Lənkəran rayonu Girdəni kəndində şəxsi münasibətləri zəminində, yəni sonuncunun anası Şahid guya ki, əxlaqsızlıqla məşğul olması səbəbindən aralarında yaranmış münaqişə zamanı qəsdən əlində olan heyva çubuğu ilə Zərərçəkmiş şəxs budçanaq və onurğa sütunu nahiyələrinə zərbələr endirməklə ona - sol bud-çanaq oynağı nahiyələrindəki yumşaq toxumaların əzilməsi-hemotoması, onurğa sütununun döş şöbəsində sıyrıqdan ibarət xəsarət yetirməklə sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaqla zərər vurmaya aid xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur.. Məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid onun qızıdır. Simnarə uzun müddətdir ki, Bakı şəhərində yaşayır. Ara-sıra övladları ilə birgə Lənkəran rayonu Girdəni kəndində yerləşən fərdi yaşayış evinə qonaq gəlir. xx.xx.2023-cü il tarixdə qızı Simnarə 4 övladı ilə birgə yaşadığı ünvana qonaq gəlmişdir. Evin 2-ci mərtəbəsində yerləşmişdir. Qızı Şahid kənddə olan zaman mütamadi olaraq evdən çıxıb müxtəlif avtomobillər ilə naməlum istiqamətlərdə getmiş və az yaşlı övladlarını tək başına evdə saxlamışdır. Bu barədə ona həmkəndliləri məlumat vermişlər. Bu səbəbdən o çox qəzəblənmişdir. X1 Behbudzadəyə tökmüşdür. xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində həyətdən heyva ağacından cubuğ qıraraq evin 2-ci mərtəbəsinə qalxmış, 2-ci mərtəbədə nəvəsi Zərərçəkmiş şəxs görmüş və əlində olan heyva cubuğu ilə onun bel nahiyəsinə 2 zərbə endirmişdir. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş ziyanın tamamilə ödəmişdir. Buna görə də onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat mateiallarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun babası, yəni anatası Simarə Səmədovanın atasıdır. Bakı şəhərində yerləşən 88 saylı tam orta məktəbin 5-ci sinif şagirdidir. xx.xx.2023-cü il tarixdə anası və bacı qardaşları ilə birgə Bakı şəhərindən Lənkəran rayonu Girdəni kəndində yerləşən fərdi yaşayış evinə gəlmişlər. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində babası Təqsirləndirilən şəxs evin 1-ci mərtəbəsindən onun olduğu 2-ci mərtəbəyə qalxmış və əlində olan çubuqla heç bir səbəb olmadan onun bədəni üzərinə zərbələr endirməyə başlamış və müxtəlif bədən xəsarətləri yetirmişdir. Səsinə anası Simnarə gəlmiş və aralarına girərək müdaxilə etməyə çalışmışdır. Mübahisənin 3-4 dəqiqə davam etmiş, hadisə yerinə kənar şəxs və ya şəxslər toplaşmamış, heç bir əmlaka maddi ziyanlıq vurulmamışdır. Daha sonra Zərərçəkmiş şəxs məhkəmə bildirmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxsla barışmış, ona vurulmuş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Buna gördə cinayət işinə xitam verilməsini xahiş etmiş, bu barədə qanuni nümayəndəsi Şahid ilə birlikdə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında zərərçəkmişş şəxsin qanuni nümayəndəsi,eyni zamanda Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. xx.xx.2023-cü il tarixdə övladları ilə birgə tətil olduğuna görə Bakı şəhərindən Lənkəran rayonu Girdəni kəndində yerləşən fərdi yaşayış evinə gəlmişdir. Gəldiyi gündən atası Təqsirləndirilən şəxs onunla və övladları ilə mübahisələr etməyə başlamışdır. Ünvanlarına nalayiq ifadələr işlətmişdir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində atası Təqsirləndirilən şəxs evin 1-ci mərtəbəsindən olduğu 2-ci mərtəbəyə qalxmış və əlində olan çubuğla heç bir səbəb olmadan oğlu Zərərçəkmiş şəxs bədəni üzərinə zərbələr endirməyə başlamış və ona müxtəlif bədən xəsarətləri yetirmişdir. Şahid onların arasına girərək müdaxilə etməyə çalışmışdır. Daha sonra atası Allahverdi oradan uzaqlaşmış və evin 1-ci mərtəbəsinə düşmüşdür. Baş vermiş mübahisə 3-4 dəqiqə davam etmiş, hadisə yerinə kənar şəxs və ya şəxslər toplaşmamış, heç bir əmlaka maddi ziyanlıq vurulmamışdır. Məhkəmə-tibbi ekspertizasının 25 iyul 2023-cü il tarixli, 736 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol bud-çanaq oynağı nahiyələrindəki yumşaq toxumaların əzilməsi-hemotoması, onurğa sütununun döş şöbəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmünə əsasən həmin dövrdə qüvvədə olan CM-nin 228-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2001-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Belə ki, CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin cinayət əməlini törətmiş şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödənilməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və CPM-nin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Qərardan, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-370/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-370/2023
21.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver